Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hilas
Hilas (q.yun. Ὕλας; mənası – "meşə") — yunan mifologiyasında personaj. O, çox yaraşıqlı olması ilə tanınır. Hilas Feodamant və Menodikanın, Exaliya və ya Arqosun oğlu idi. Feokritə görə, o, Arqosun oğlu idi. Başqa bir versiyaya görə, Hilas drioplar ölkəsindən idi, ya Driop və ya Keykin oğlu idi. Hilas arqonavtdır. O, Heraklın sevimlisi olaraq xatırlanır. Hilas dolionlarla döyüşdə Saqesi öldürür. Propersi dostu Korneli Qallı Hilasla müqayisə edir.
Gilas
Gilas (lat. Cerasus avium) – gavalı cinsinə aid bitki növü. Gilas Azərbaycanda çox geniş yayılmışdır. Meyvələrinin tərkibində aşı maddəsi, şəkər, boyayıcı və pektin maddələri, üzvi turşular, B2, C vitaminləri, eləcə də karotin vardır. == Yabanı gilas == Gülçiçəklilər fəsiləsinin albalı cinsinə aiddir. Yabanı halda Ukraynada, Moldovada, Krım və Qafqazda bitir. Hazırda mədəni gilas sortları çox olduğundan yabanı gilas öz əhəmiyyətini itirmişdir. Lakin meşələrdə yabanı formalara təsadüf edilir. Yabanı gilas aprel-mayda çiçəkləyir. Çiçəkləri ağ, ətirli, beşləçəkli və uzun saplaqlıdır.
Hilal
Hilal (ərəbcə هلال) — yeni doğulmuş Ay. Qəməri təqvimi ilə ayın 1-ci günü hilalın görünməsi ilə hesablanır. Hilalın görünməsi Günəşlə Ayın Yerə nəzərən yerləşməsindən aslıdır. Əhalisinin əksəriyyəti müsəlman olan bir çox ölkə kimi, Azərbaycan bayrağında da hilal simvolundan istifadə olunur.
Hilan
Hilan- Şərqi Azərbaycan ostanının Əhər şəhristanının kəndlərindəndir.Kənd 11 avqust 2012-ci il tarixində zəlzələ nəticəsində tamam dağılıb.
Nilas
Adam Halas
Beverli Hills
Beverli-Hillz (ing. Beverly Hills) — ABŞ-nin Kaliforniya ștatında șəhər.
Bərəkətli Hilal
Bərəkətli hilal (ing. Fertile Crescent) — Orta Şərqdə, Qərb və Orta Şərq sivilizasiyalarının beşiyi sayılan bölgə.Termini ilk dəfə ABŞ şərqşünası və arxeoloq Ceyms Henri Brested istifadə etmişdir. Bərəkətli Hilal, qışları yağışlı, yayları quraq keçən Aralıq dənizi iqliminin suveren olduğu, aypara formasında, olduqca bitək bir sahədən ibarətdir.Cənubda Ərəbistanı çölü ilə şimalda Şərqi Anadolu dağlıq bölgəsi arasında yer alır.Köhnə Babil torpaqları ilə dərhal yaxınındakı Elamdan (bu gün İranın cənub-qərbi) Dəclə və Fərat çayları ilə Assuriyatorpaqlarına qədər uzanır.Zaqros dağlarından, qərbdə Suriya üzərindən Aralıq dənizinə, cənub istiqamətində də Fələstinin cənubuna qədər olan torpaqları əhatə edir.Misirin Nil vadisini də bu bölgə içinə soxanlar vardır; çünki buradakı Sina çölü, Mesopotamiya və Suriyada davamlılığı pozan digər çöllərdən daha böyük deyildir.Bölgədə yaxşı məhsul ala bilmək, hətta əkinçilik edə bilmək üçün suvarma zəruridir.
Cey Bilas
Cey Bilas (ing. Jay Bilas), (24 dekabr 1963, San Pedro, Kaliforniya, ABŞ)- ABŞ basketbolçusu və aktyoru. Cey Bilas Vendi ilə ailə həyatı qurmuşdur. Onların Viktoriya adlı qızı və oğlu dünyaya gəlmişdi. == Filmoqrafiya == == Maraqlı faktlar == Cey Bilasın boyu 2.03 m-dir.
Gilas povidlosu
Hilal (ad)
Hilal — kişi adı. Hilal Məmmədov — fizika-riyaziyyat elmləri namizədi Hilal Münşizadə — Cümhuriyyət tələbəsi, publisist, mühacir.
Hilal (dəqiqləşdirmə)
Hilal
Hilal (qəzet)
"Hilal" (qəzet) — Bakıda 1910-ci ildən nəşr olunmuş qəzet. == Tarixi == 1910-cu ildə "Hilal" adlı qəzet çap etməyə başlayıb. Üzərində türkçülük və islamçılıq rəmzi Ay və ulduz olan "Hilal" qəzetinin ilk nömrəsi dekabrın 18-də işıq üzü görüb. Əliabbas Müznib qəzetdə "Binəva islam" adlı məqaləsində xalqının ağır vəziyyətini qələmə alaraq oxucusuna bir sıra həqiqətləri deməyə çalışıb. Bu dəfə qəzetin cəmi üç nömrəsi çıxıb.
Hilal Baydarov
Hilal Baydarov (d. 1987, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan kino rejissoru. == Həyatı == O, kino dərslərini macar rejissor Bela Tarrdan alıb. Onun debüt filmi 2018-ci ildə - yayımlanan "Adsız yüksəkliklər"dir. Filmin premyerası Monreal film festivalında olub. Eyni ildə, Hilal Sarayevo film festivalında "Ad günü" filmi ilə iştirak edib və Docu Talent mükafatını qazanıb. 2020-ci ildə Hilal Baydarovun "Səpələnmiş ölümlər arasında" filmi Venesiya beynəlxalq film festivalının "Qızıl Şir" mükafatına iddialıdır.
Hilal Həsənov
Hilal Həsənov (10 sentyabr 1943, Kirovabad – 30 oktyabr 2019, İstanbul) — Azərbaycan novator teatr rejissoru. Gəncə Dövlət Kukla Teatrının yaradıcısı eyni zamanda keçmiş baş rejissoru, bədii rəhbəri. == Həyatı == Hilal Mahmud oğlu Həsənov 10 sentyabr 1943-cü ildə Gəncə şəhərində anadan olub.1959-cu ildə Gəncə şəhəri 20 saylı tam orta məktəbi bitirib. Həmin ilin oktyabr ayının 1-də Gəncə Dövlət Dram Teatrının yardımcı heyətinə aktyor kimi qəbul olunaraq əmək fəaliyyətinə başlayıb. Sənətə olan məhəbbəti onu 1962-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun rejissorluq fakültəsinə gətirib. İnstitutda təhsil alarkən onun sənət müəllimi və kurs rəhbəri Rza Sarabski olub. Hilal Həsənov 1963–1966-cı illərdə hərbi xidmətə çağrıldığından ali təhsilini 1970-ci ildə bitirə bilib. Azərbaycan Dövlət Akademik Musiqili Teatrında suflyor, rejissor köməkçisi və rejissor assisenti kimi də fəaliyyət göstərib. Bu teatrın səhnəsində 27 sentyabr 1969-cu ildə səhnəyə qoyulan dramaturq Asif Zeynallı və bəstəkar Nəriman Məmmədovun "Məmmədəli kurorta gedir…" pyesinin tamaşasında quruluşçu rejissor Səftər Turabovun və 7 mart 1970-ci ildə dramaturq Şıxəli Qurbanovla bəstəkar Süleyman Ələsgərovun "Sevindik qız axtarır" pyesinin tamaşasında quruluşçu rejissor Şəmsi Bədəlbəylinin assisenti olub. Burada diplom işi üçün dramaturq Məhərrəm Əlizadə və bəstəkar Ağası Məşədibəyovun "Toy kimindir?" musiqili komediyasının quruluşu ona tapşırılıb.
Hilal Münşizadə
Hilal Münşizadə (24 aprel 1899, Şuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 22 avqust 1994, Bad-Honnef[d], Şimali Reyn-Vestfaliya, Almaniya Federativ Respublikası) — Cümhuriyyət tələbəsi, publisist, mühacir. == Həyatı == Hilal Hacı Mirzə Məhəmməd bəy oğlu 1899-cu ildə Şuşa şəhərində anadan olmuşdur. 1918-ci ildə Şuşa real məktəbini bitirib. Azərbaycan Cümhuriyyəti dövründə bir müddət Ziraət və Dövlət Əmlakı Nəzarətinin dəftərxanasında çalışıb. 1919-cu ildə hökumətin seçdiyi və parlamentin təsdiq etdiyi yüz tələbədən biri olub, dağ-mədən mühəndisliyi üzrə təhsil almaq üçün Berlin Universitetinə göndərilib. == Sovet işğalından sonra fəaliyyəti == 1920-ci ildə Azərbaycan sovet qoşunları tərəfindən işğal olunduğu üçün universiteti oxuyub bitirdikdən sonra bir daha vətənə dönməmiş, Almaniyada qalmışdır. Azərbaycan mühacirləri içərisində fəal siyasi iş aparmış, 1924-cü ildə Almaniyada təhsil alan azərbaycanlı tələbələrin yaratdığı "Azərbaycan İstiqlal Komitəsi"nə sonralar sədrlik etmişdir. Onun rəhbərliyi ilə bu təşkilat uzun müddət Avropa ictimaiyyətinin və dövlətlərinin diqqətini Azərbaycanın müstəqilliyi məsələsinə cəlb edə bilmişdi. Hilal Münşi "Müsavat" partiyasının Berlin komitəsinə başçılıq etmiş, 1928-ci il mayın 28-də Berlində Azərbaycanın müstəqilliyinin elan olunmasının 10 illiyinin bayram edilməsinin əsas təşkilatçılarından olmuş, bu münasibətlə keçirilən iclas onun "1918-ci il 28 mayın əhəmiyyəti" mövzusunda çıxışı ilə açılmışdır. 1930-cu ildə Berlində almanca "Azərbaycan Cümhuriyyəti" əsəri nəşr olunmuşdur.
Hilal Məmmədov
Hilal Məmmədov (28 avqust 1959, Təngərüd, Astara rayonu) — fizika-riyaziyyat elmləri namizədi; Azərbaycanda talış dilində nəşr edilən yeganə qəzetin — "Tolışi sədo" qəzetinin baş redaktoru; hüquq müdafiəçisi. == Həyatı == 1990-cı illərin əvvəllərində Azərbaycan Xalqlarının Bərabərlik Partiyasının sədri olmuşdur. Partiyanın fəaliyyəti qadağan edildikdən sonra Azərbaycanı tərk etmiş və 12 il Rusiyada yaşadıqdan sonra, 2005-ci ildə Azərbaycana qayıtmışdır. 2007-ci ildə "Tolışi Sədo" qəzetinin əvvəlki redaktoru Novruzəli Məmmədov həbs edildikdən sonra onun hüquqlarının müdafiəsi Komitəsini yaradır və ona rəhbərlik edir. Novruzəli Məmmədov həbsdə vəfat etdikdən sonra "Tolışi Sədo" qəzetinin baş redaktoru vəzifəsini həyata keçirmişdir. 2012-ci ildə o, Rusiyada "Tı kto takoy? Davay, do svidaniya!" meyxana rolikinə görə məşhurlaşıb. Hilal Məmmədov bu meyxana ilə bağlı videoroliki hazırlayıb "YouTube"də yerləşdirmişdir == Həbsi == 21 iyin 2012-ci ildə Hilal Məmmədov narkotik saxlama ittihamı ilə həbs edilib. İki həftə sonra ona əlavə olaraq dövlətə xəyanət və milli ədavət yayma ittihamları da irəli sürülüb. Beynəlxalq hüquq müdafiə təşkilatları, hüquq müdafiəçiləri və müdafiə tərəfi həbsin sifarişli olduğunu bildirirlər.
Hilal taktikası
Hilal taktikası və ya turan taktikası — Aypara (Hilal) Taktikası və ya Qurd qapanı, düşməni çevrələyərək yox etməyi məqsəd qoyan bir hərbi taktika Türk dövlətləri tərəfindən sıxlıqla istifadə edilərdi. Bu taktika meydan döyüşlərində təsirli idi və iki mərhələli olaraq tətbiq olunardı: Saxta ricat (ricat — geri çəkilmə); Pusqu. Ordu, döyüş anında mərkəz, sağ və sol olmaq üzrə üç hissəyə ayrılardı. Mərkəz qüvvətləri düşmənə hücum edər, bir müddət sonra hücum edən bu qüvvələr, qaçar kimi geri çəkilərdi. Bunu edərkən də at üzərində ox atmaq surətiylə döyüşə davam edərdilər. Beləcə geri çəkilən əsgərlərin arxasından gələn düşmən, ordunun sağ və sol qisimi tərəfindən tələ qurulan yerə çəkilər, çevrə içinə alınaraq məhv edilərdi. Ordu, təməldə üçə ayrılar və mərkəzə ən seçmə qüvvələr toplanar. Sağ və sol cinah mərkəzdən tamamilə ayrılmamaqla birlikdə araya məsafə qoyar. Mərkəzdəki qüvvələr sürətli bir vur qaç (ümumiyyətlə mizraqlı ya da atlı qüvvətlər ilə) düşmənin mərkəz safını fayda və düşmənin sağ və sol qanadlarının ordunun bölünməməsi adına mərkəzə sürüşməsini təmin edər. Bunun üzərinə araya məsafə qoyulan sağ və sol cinahdakı əsgərlər düşmənin qanadlarında buraxılan boşluqlara doğru sürətli hücum edərək düşməni ordunun meydana gətirdiyi ayparanın tam ortasına alardı.
Hilal İmanzadə
Hilal Sabir oğlu İmanzadə (23 dekabr 1995; Beyləqan rayonu, Azərbaycan — 1 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Hilal İmanzadə 1995-ci il dekabrın 23-də Beyləqan rayonunun Mil qəsəbəsində anadan olub. Subay idi. == Hərbi xidməti == Hilal İmanzadə 2013-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Sərhəd Qoşunlarının "N" saylı hərbi hissəsində müddəli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə DİN Daxili Qoşunların müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Hilal İmanzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Hilal İmanzadə oktyabrın 1-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Beyləqan rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Hilal İmanzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Hilal İmanzadə ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Hilal Əsədov
Hilal Məmməd oğlu Əsədov — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini — Dövlət Plan Komitəsinin sədri (1971–1977) == Həyatı == Hilal Məmməd oğlu Əsədov 1908-ci ildə anadan olmuşdur. Azərbaycan Sənaye İnstitutunu bitirmişdir. 1931–1957-ci illərdə neft sənayesi sahəsində müxtəlif vəzifələrdə mühəndis, mədən müdiri, bir sıra nextçıxarma trestlərində baş mühəndis, müdir, eləcə də Azərbaycan SSR neft sənayesi nazirinin müavini olmuşdur. 1957-ci ildən Azərbaycan SSR Dövlət Plan Komissiyası (Komitəsi) sədrinin müavini, 1963-cü ildən isə birinci müavini vəzifələrində çalışmışdır. 1971-ci ilin iyul ayında Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini — Dövlət Plan Komitəsinin sədri vəzifəsinə təyin edilmişdir. 1977-ci ilin dekabr ayında təqaüdə çıxanadək bu vəzifədə işləmişdir. Hilal Əsədov Azərbaycan Ticarət Palatası Rəyasət Heyətinin sədri, Azərbaycan Elm-Texnika Cəmiyyətləri Şurasının sədri olmuşdur. O, 7–9-cu çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmiş, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü olmuşdur.
Hilan (Bostanabad)
Hilan (fars. هلان‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 346 nəfər yaşayır (82 ailə).
Yabanı gilas
Yabanı albalı (lat. Prunus fruticosa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Təbii yayılması == Ukraynada, Moldaviyada, Krım və Qafqazda bitir. == Botaniki təsviri == Hazırda mədəni albalı sortları çox olduğundan yabanı albalı öz əhəmiyyətini itirmişdir. Lakin meşələrdə yabanı formalara çox təsadüf edilir. Yabanı albalı aprel-mayda çiçəkləyir. Çiçəkləri ağ, ətirli, beşləçəkli və uzun saplaqlıdır. Bir neçə çiçək bir yerdən çətir kimi sallanır. Meyvələri iyun-iyulda yetişir. Forması yumru və ya ürək şəklindədir.
Hilal Altınbilek
Hilal Altınbilek (11 fevral 1991, İzmir) — Bir Zamanlar Çukurova serialında Züleyha Altun Yaman rolu ilə tanınan, anası tərəfdən Xorvat, atası tərəfdən isə Kosovalı olan türk aktrisa və modeldir. == Bioqrafiya == Hilal Altınbilek 11 fevral 1991-ci ildə İzmirdə (Türkiyə) Xorvat əsilli anası və Kosovalı ata Özdemir Altınbilekin ailəsində anadan olub. İbtidai məktəbdən teatra və aktyorluğa maraq göstərib. == Karyera == === Təhsil === Hilal Altınbilek ibtidai məktəbdə oxuyarkən teatrda aktyorluğa başladı, Əli Heydər Elçiğın İzmirdəki Müasir Dram Ansamblında verdiyi dərslərlə. Orta məktəbi bitirdikdən sonra Ege Universitetinin biznesin idarə edilməsi fakültəsinə daxil olur, bir neçə il sonra burada təhsil alır və eyni zamanda müxtəlif teatr kursları və emalatxanalarında iştirak edir, həmçinin şoularda iştirak edir. Daha sonra o, gözəllik müsabiqəsində iştirak etdi, burada müxtəlif markaların diqqətini çəkən bir titul qazanmağı bacard 2009 və 2010-cu illərdə Müjdat Gezen İncəsənət Mərkəzində (MSM) aktyorluq təhsili aldı. İstanbulda aktyor studiyası. === Aktyorluq karyerası === Hilal Altınbilek 2011-ci ildə Fox gündəlik serialı Derin Sular serialında İrem rolu ilə ilk aktyor görünüşünü etdi. 2013-2016-cı illərdə Tülkü serialında Karagül filmində Özlem Şamverdi rolunu oynamaq üçün seçilib. 2016-cı ildə Kanal D Hayatımın Aşkı serialında Nil obrazını canlandırıb.
Kilas Məhəmmədov
Kilas Məhəmmədov (1837, Vəlikənd, Dağıstan MSSR – 1882) — XIX əsr Azərbaycan şairi və aşığı. Dağıstan azərbaycanlılarının (Tərəkəmə) fərdi (müəllif) poeziyasının banilərindən biri hesab olunur. == Bioqrafiya == Kilas Məhəmmədov Velikənd kəndində imkanlı ailədə anadan olub və dünyavi təhsil alıb. Uşaq ikən qoyun otarır, valideynlərinə kömək edirdi. O, aşıq Camal Dəliçobanlı ilə dost olub, ona şeirlər həsr edib. O, kiçik yaşlarından şeir yazmağa başlayıb, tezliklə bölgədə tanınmış aşıqlardan birinə çevrilib. Onun rahatlığı və xoş niyyəti haqqında əfsanələr var. Şayiələrə görə o, Məhəmmədovlara miras olaraq qalan torpaqları yoxsul kəndlilərə paylayıb. == Yaradıcılığı == O, tez-tez Azərbaycanda keçirilən aşıq yarıəşmalarında iştirak edir və bu yarışlarda qalib gəlirdi. Bunun sayəsində ona ustad-aşıq adı verilir.
Gilas Ağacı (1972)
Bhilai
Bhilai (hind. भिलाई, ing. Bhilai və ya ing. Bhilai Nagar) — Hindistan Respublikasıın mərkəzi hissəsində, Çhattisqarh ştatında, Durq-Bhilai aqlomerasiyasında şəhər. == Etimologiya == "Bhilai" adının ilk olaraq bu bölgədə yaşayan Bhil tayfasının adı ilə bağlı olduğu bildirilir. Onların bu günə qədər yaxınlıqdakı meşəlik ərazilərdə yaşamağa davam etdiklərinə inanılır. == Coğrafiyası == Bastar platosunda, dəniz səviyyəsindən 292 metr yüksəklikdə yerləşir. Şəhər 21 ° 22 ' Şimal enində və 81 ° 43' Şərq uzunluğunda yerləşir. Şəhərin yerləşdiyi saat qurşağı UTC +5:30-dur. == İqlimi == Bhilainin iqlimi tropikdir.