Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Girdə
Girdə — Azərbaycan Respublikasının Ağsu rayonunun Xanbulaq kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Dağ yaylasındadır. Kənd yaxınlığındakı Girdə dağın adı ilə adlandırılmışdır.
Hirbə
Hirbə – Midiyanın ən böyük şəhərlərindən biri. Təxminən Midiyanın gücləndiyi dövrlərdə inşa edilmiş şəhər hökmdar şəhəri qədər zəngin və dəbdəbəli olmuşdur. Şəhərin yeri haqqında mənbələrdə məlumat verilmədiyindən onun harda yerləşməsi hələ də naməlumdur. Dəməşqli Nikolayın əsərinn dövrümüzə çatmış hissələrində Hirbə Midiyanın Persiaya yaxın ərazisində yerləşən şəhər kimi təsvir olunur. Hər halda Dəməşqli Nikolay şəhərin nəhəng imperiyanın məhz Midiya ərazisində yerləşdiyini qeyd edir. Şəhərin davam edən axtarışları hələ də uğurlu bir nəticə verməmişdir. Tarixçilərin əksəriyyəti Hirbə şəhərinin də digər Midiya şəhərləri kimi mühüm strateji ərazidə salındığını güman edirlər. Madaylar və farslar arasında Harpaq və II Kirin rəhbərliyi ilə keçirilən ilk döyüş də məhz Hirbə şəhəri yaxınlğında olmuşdur. Ktesi qeyd edir ki, II Kir maday qoşununu bilərəkdən Hirbə şəhərinə yönəltmişdi. Ola bilsin ki, Kir Hirbə döyüşündə Midiya Persia sərhəddində yerləşən mühüm strateji əhəmiyyəti olan bu şəhəri ələ keçirməyi planlaşdırmışdı.
Girdə (Nəmin)
Girdə (fars. گرده‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 379 nəfər yaşayır (103 ailə).
Girdə evkalipt
Girdə evkalipt (lat. Eucalyptus globulus) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü. == Təbii yayılması == Təbii halda Avstraliyanın Viktoriya, Yeni Cənubi Uels ştatları, Tasmaniya, Yeni Zelandiya, Cənubi Amerika, Kaliforniya və Çinin cənubunda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 70 m-ə çatan, bozumtul və ya mavi-ağ rəngli, hamar gövdəli ağacdır. Gövdənin aşağı hissəsi istisna olmaqla qalan hissəsində qabığı uzun, nazik, lentşəkilli qopub tökülür. Cavan zoğlarında yarpaqlar üzbəüz, oturaq, boz və ya külvari-ağ rəngli, ürək və ya yumurtavari formalı, ucu daralmış olub, 7-16 sm uzunluqdadır. Yetkin yarpaqları isə növbəli düzülüşlü, saplaqlı və dərivari, cavan yarpaqlardan iki dəfə qalın və dörd dəfə uzundur. Rəngi tünd yaşıl olub, neştərvari və ya qılıncvari, 15-30 sm uzunluqda və 3-4 sm enindədir. Ağımtıl və ya qırmızı çiçəkləri tək və ya 2-3-ü bir yerdə olmaqla, oturaq və ya qısa ayaqcıq üzərində yerləşir. Çiçək yatağı və qapağı tükcüklü, üzəri mavi-ağ rəngli, muma oxşar təbəqə ilə örtülüdür.
Girdə hil
Girdə topalaq
Girdə topalaq (lat. Cyperus rotundus) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin topalaqkimilər fəsiləsinin topalaq cinsinə aid bitki növü.
Girdə xul
Girdə xul (lat. Neogobius melanostomus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin xul cinsinə aid heyvan növü. Başqa növlərdən bədəninin xarakter quruluşuna görə fərqlənir. == Morfoloji əlamətləri == Baş və bədəni dəyirmi və bir qədər qısaldılmış formadadır. Dodaqları bir qədər ətli formadadır. Alnının eni gözünün diametrinə bərabərdir. Ağzı kiçikdir və gözün ön kənarına qədər çatmır. Qarun üzgəci anusa qədər çatır. Birinci bel üzgəcində böyük qara ləkə olur. Burnu kütdür.
Girdə zəravənd
Girdə zəravənd (lat. Aristolochia rotunda) — zəravəndkimilər fəsiləsinin zəravənd cinsinə aid bitki növü.
Hirbə döyüşü
Hirbə Döyüşü – madaylar və farslar arasında baş vermiş döyüş. Bu döyüş həm də Fars qiyamından sonra iki tərəf arasında baş verən ilk döyüşdür. Döyüş II Kirin yürüşü ilə başlamış və fars ordusunun şərqə doğru irəliləməsi ilə davam etmişdir. Döyüşdə qazanılan qələbə ilk fars dövləti olan Əhəmənilər imperiyasının yaradılmasının təməlini qoydu və qarşıdakı on ildə II Kirin bütün məlum dünyanı fəth etməsi üçün imkan yaratdı. Döyüş haqqında ən çox və ətraflı məlumat verən tarixçi Dəməşqli Nikolay olsa da, digər tarixçilər, Herodot, Ktesi və Strabon da bu döyüşdən bəhs etmişlər. Döyüş madaylara o qədər pis təsir edir ki, Astiaq şəxsən orduya rəhbərlik etməyə başlayır. Tələsik edilmiş yürüş Astiaqın məğlubiyyəti ilə nəticələndi. Dönüşdə maday ordusu yenidən farslara qarşı həmlə etməyə çalışdısa da bu cəhdin də qarşısı II Kir tərəfindən alındı. Bu hadisədən sonra qürurlu madaylar farslara məğlub olmaları ilə barışmaları oldular, iki xalq arasında yaradılan qohumluq əlaqələri də bunda öz təsirini göstərdi. Tezliklə Madanın möhtəşəm paytaxt şəhəri olan Ekbatan farsların əlinə keçdi və yaradılmış fars imperiyasının çoxsaylı mərkəzlərindən birinə çevrildi.
Böyük girdə əzələ
Böyük girdə əzələ — Çiyin əzələsi.
Kiçik girdə əzələ
Kiçik girdə əzələ — Yuxarı ətraf əzələsi.
Birds
Birds — (Azərbaycanca: Quşlar) Niderlandın 2013 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Birdy
Jasmin van den Boqard (15 may 1996) — Birdy təxəllüsü ilə tanınan Britaniya müğənnisi. == Bioqrafiya == Jasmin van den Boqard 15 may 1996-cı ildə, Layminqton şəhərində anadan olmuşdu. Anası pianoçu olduğundan, Jasmin artıq 7 yaşından pianoda ifa edə bilir, 8 yaşından isə artıq öz mahnılarını yazırdı. Birdy təxəllüsü — (ing. quşcuğaz) valideynlərindən ona verilən addır.
Bərdə
Bərdə — Azərbaycan Respublikasının Bərdə rayonunun Bərdə şəhər inzibati ərazi dairəsində şəhər, Bərdə rayonunun inzibati mərkəzi. 1948-ci ildə rayon tabeli şəhər statusu almışdır. == Tarixi == Qədim Bərdə şəhəri indiki ərazisindən təqribən 5 kilometr kənarda yerləşib. Tarixi mənbələrə görə, eradan əvvəl 4–5 ci əsrlərdən inkişaf edən bu şəhər 1500 il əvvəl Qafqazın ən böyük şəhərindən biri olub və sonralar Azərbaycan ərazisindəki Albaniya dövlətinin iri yaşayış məntəqəsi hesab edilib. 75 kvadratmetr ərazidə aparılan arxeoloji tədqiqatlar zamanı şəhərin tarixini 3 təbəqədə izləmək mümkün olub. Üst təbəqə IX–X əsrləri, 2-ci mədəni təbəqə II əsrdən VIII əsrə qədər olan dövrü, 3-cü təbəqə b.e.ə. IV əsrdən bizim eranın III əsrinə qədər olan dövrü əhatə edir. Qədim alban tayfalarının məskunlaşdığı Bərdənin xarabalıqları altından müxtəlif dövrlərə aid sənətkarlıq nümunələri ilə yanaşı evlərin qalıqları, təndirlər, ocaq yerləri, quyular aşkar edilib. Arxeoloqlar qazıntılar zamanı Bərdə şəhərinin 943-cü ildə ruslar tərəfindən işğalını əks etdirən izlərə də rast gəlib. Bərdə ərazisindən Mesopotomiya, Yunan və Parfiya mədəniyyəti dövrlərinə aid pullar da tapılıb.
Ciddə
Ciddə (ərəb. جدة‎) — Səudiyyə Ərəbistanının ikinci böyük şəhəri və maliyyə paytaxtı. Əhalisi 3,8 milyon nəfərdir (2009).
Cirdək
Cirdək — Azərbaycan Respublikasının Tovuz rayonunun Çatax kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Cir (qədim türk dillərində çir) Azərbaycan dilinin dialekt və şivələrində "kiçik, balaca" mənasında işlənmişdir. -dək məkan, yer bildirən şəkilçidir. Oykonim "kicik, balaca yaşayış yeri" mənasını bildirir. Kənd həqiqətən də sahəsinə görə cox kiçikdir. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Tovuz şəhərinin mərkəzindən 35 km aralıda, Tovuz-Böyük Qışlaq yolunun üzərində, dağlıq ərazidə yerləşir. Kənd dörd bir yandan dağ və meşələrlə əhatə olunmuşdur. Kəndin içməli suyunu bulaqlar təşkil edir. Cirdək kəndi Qandalar, Kazımlı, Çatax, Hacılar, Saladınlı kəndləri ilə həmsərhəddir.
Girnə
Kırna (əvvəlki adı: Kirnə) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Kirnə kənd inzibati ərazi dairəsi tərkibindəki Kirnə kəndi Kırna kəndi, Kirnə kənd inzibati ərazi dairəsi Kırna kənd inzibati ərazi dairəsi adlandırılmışdır. == Tarixi == == Mədəniyyəti == === Kırna türbəsi === Culfa rayonunun Kırna kəndində memarlıq abidəsi. Abidə Naxçıvan memarlıq məktəbinin mərkəzi günbəz tipli binalar sahəsində də diqqətəlayiq memarlıq kompozisiya üsulları yaratdığını göstərir. Abidənin ümumi quruluşu onun türbə və ya məscid olması haqqında mülahizə irəli sürməyə əsas verir. Planda kvadratşəkilli olan bina türbələr üçün səciyyəvi şəkildə ikiqat örtüklü olub, içəridə çatmatağlı, xaricdən isə piramidaşəkilli çadırvarı günbəzlə örtülmüşdür. Beləliklə, Kırna abidəsi ümumi kompozisiyası etibarı ilə günbəz-qülləvarı adlandırılan Azərbaycan türbələri sırasına daxil edilə bilər. Kırna abidəsi bir sıra xüsusiyyətlərinə görə Əlincəçay Xanəgahındakı abidəyə oxşayır. Bu, türbənin daxili günbəzinin quruluşunda və xüsusən xarici çadırvarı günbəzin oxşarlığında özünü göstərir. Hər iki abidənin xarici örtüyü 16 səthli piramida şəklində həll edilmişdir.
Hande
Hande — Türk adı
Harpe
Qızılquş (lat. Falco) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinə aid heyvan cinsi.
Hideo
Hideo — ad. Hideo Haşimoto — Yaponiya futbolçusu. Hideo Sakay — keçmiş Yaponiya futbolçusu. Hideo Şinocima — keçmiş Yaponiya futbolçusu.
Hidəc
Hidəc — İranın Zəncan ostanınınd Əbhər şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 11,798 nəfər və 3,011 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Hillə
Hillə (ərəb. الحلة‎) — İraqın mərkəzində, Fərat çayı üzərində şəhər. Hillə şəhəri Bağdadın 100 kilometr (62 mil) cənubunda yerləşir. 1998-ci ildə siyahı alınmaya görə əhalisi 564.700 nəfərdir. == Tarixi == Hillə şəhəri bir ara şiəliyin mərkəzinə çevrilmişdi. Nəcəf hövzəsində elmi durumun zəifləməsi ilə ibn İdris Hilli Hillə şəhərində fiqhi hərəkata başladı. Beləcə, şiə fiqhinin elmi mərkəzi İraqın Hillə şəhəri oldu. Mühəqqiq Hilli, Əllamə Hilli kimi şöhrətli fəqihlər Şeyx Tusidən sonra şiə fəqihliyinin yeni mərhələsinin bünövrəsini qoyanlardan sayılırdı. Onlar şiə fiqhini mükəmməl vəziyyətə gətirib Şeyx Müfidin xəttini davam etdirdilər. Hillə şəhərindən sonra fəqihlik mərkəzi Cəbəle-Amil və Şam məntəqəsinə köçürüldü.
Hindcə
Hind dili (हिन्दी Hindi) — Hindistanın rəsmi dili, Hindistanda rəsmi istifadə olunan 24 dildən biridir. Pakistanda istifadə olunan urdu dili ilə birlikdə hindustani dilini əmələ gətirir.
Hindi
Hindilər (ing. Indians), həmçinin yerli amerikalılar (ing. Native Americans), Amerika hindiləri (ing. American Indians), qırmızı dərililər (ing. Red skins) və ya qırmızı hindilər (ing. Red Indians) — Amerikanın yerli əhalisinin, Amerika qitəsinin, Cənubi və Şimali Amerikanın yalnız bəzi rayonlarında qalan ən qədim yerli əhalisini təşkil edən tayfa və xalqların ümumi adı. Adları Xristofor Kolumb və başqalarının (15-ci əsr) Amerikanı səhvən Hindistan güman etmələri ilə əlaqədar yaranmışdır. Dil baxımdan bir-biriylə qohum olmayan iki ayrı əsas qrupa bölünürlər: Sibir mənşəli na-dene dilləri və na-dene istisna olmaqla özündə bütün hindi dillərini ehtiva edən amerind dilləri. Alyaska yerliləri adı Alyaskada yaşayan eskimos-aleut xalqlarını və hindiləri topluca xarakterizə etmək üçün istifadə edilir. ABŞ-nin digər əyalətlərində "Native Americans", "American Indians" ya da qısaca olaraq "Indians" adlanırlar.
Hindu
Hindlilər, hindu, hindistanlı — Hindistanın milli, dini və kasta mənsubiyyətindən asılı olmayaraq əsl yerli əhalisinin ümumi adı .