1. Təşəxxüs, lovğalıq, iddia, mənəm-mənəmlik; tərslik. Hikkəsindən əl çəkməmək.
– Qartal qıyıltısı dumanı dəlir; İnsan hikkəsinin sahili yoxdur.
Dəyişmirsən fikrini; Lap bu dünya dağıla; Öz hikkəndə qalmısan; Sən boğula-boğula.
2. Acıq, hirs.
Aslan isə barıt kimi açılır, bəzən qəhərlənir və hikkəsindən ağlayırdı.
[Zərnigar xanım] önlüyünün ətəyi ilə gözlərini silib, hikkəsindən boğulaboğula: – Gördünmü, ay bala, – dedi, – atan mənim başıma nə oyun açdı?