Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cennifer Lopes
Cennifer Linn Lopez (ing. Jennifer Lynn Lopez; 24 iyul 1969[…], Bronks, Nyu-York) — əsasən J. Lo ləqəbi ilə tanınan ABŞ müğənnisi, aktrisası və rəqqasəsi. İspan dilli amerikalı aktrisa hesab olunur, həmçinin müğənni və maneken kimi də fəaliyyət göstərir. Dünya üzrə 55 milyondan artıq musiqi diskini satıb. 1998-ci ildə Qarışqa Zed cizgi filmində "Atsteka" personajını səsləndirmişdir. Cennifer Lopez 1969-cu il iyulun 24-də Cənubi Bronksda doğulub. Valideynləri Qvadelupa Rodriqes və David Lopez Puerto-Rikodan gəlmiş mühacirlər olublar. Cenniferin özündən böyük Linda və Lesli adlı iki bacısı var. Ailə kasıb yaşasa da, valideynləri qızlarını təmin etməyə və küçənin təsirindən qorumağa çalışıblar. Bu məqsədlə də Qvadelupa və Devid pul yığaraq Cenniferi katolik məktəbinə göndəriblər.
Eber Lopes
Eber Lopes (port. Héber Roberto Lopes; 13 iyul 1972, Londrina, Braziliya) — Braziliyalı futbol hakimi. 1995-ci ildən peşəkar hakimdir, 1997-ci ildən Braziliya çempionatının oyunlarını idarə edir. 2012-ci ildən FİFA hakimidir. Futbol üzrə 2014-cü il dünya çempionatının seçmə mərhələsinin oyunlarında hakimlik edib. 2016-cı il Kopa Amerika Sentenario final oyununu idarə etmişdir. Lopes finalda əsasən, argentinalıların etirazlarına səbəb olan qərarlarla yadda qalmışdı. Brazilyalı referi həlledici oyunda Çilinin və Argentinanın bir oyunçusuna qırmızı vərəqə vermişdi. Matçın 28-ci dəqiqəsində çilili Marselo Diazı ikinci sarı vərəqəylə meydandan qovan hakim, 43-cü dəqiqədə isə argentinalı Markos Roxoya qırmızı vərəqə göstərmişdi.
High Hopes
"High Hopes" (azərb. Böyük ümidlər‎) — Pink Floyd qrupunun 1994-cü ildə yayımladığı The Division Bell albomundakı on birinci və son mahnı. Musiqisi Devid Gilmorun, sözləri isə Gilmor və Polli Semsonundur. Mahnının sözləri bir şəxsin həyatda qazanıb itirə biləcəyi şeylərdən bəhs edir. Gilmor bildirmişdir ki, mahnı daha çox onun erkən günləri və məmləkətini tərk etməsi haqqındadır. Gilmourun dostu Duqlas Adams albomun adını bu mahnının bir misrasından seçmişdir. Canlı versiyalar Pink Floydun Pulse, həmçinin Gilmorun In Concert, Remember That Night, Live in Gdańsk və Live at Pompeii buraxılışlarına daxil edilib. Echoes: The Best of Pink Floyd albomunda bu mahnının bir qədər qısaldılmış versiyasından Sid Barrettin "Bike" mahnısına keçid edilir. Bu, "High Hopes"-un sonundakı kilsə zəngi səsinin velosiped zəngi səsi ilə əvəz olunması vasitəsilə yerinə yetirilmişdi. Sinqlın 7 düymlük val versiyası şəffaf üzlüklə buraxılmışdır.
Lopes burnu
Lopes burnu (fr. Cap Lopez) — Mərkəzi Afrikanın Qabon sahillərində 55 km məsafədə uzanan burun və yarımada. Burun həmçinin Qvineya körfəzini Atlantik okeanından ayıran təbii sərhəddir. Burunda Oqave çayının deltası yerləşir. Yaxınlıqda Port-Jantil şəhəri yerləşir. Burunda 1897-ci ildə mayak quraşdırılmışdır. Müasir bina isə 1911-ci ildə inşa edilmişdir. Burun öz adını portuqaliyalı araşdırmaçı Qonsales Lopesin adından almışdır. O, 1474-cü ildə buruna qədər üzüb gələ bilmişdir. XVIII—XIX əsrlərdə burun qul ticarətinin əsas mərkəzlərindən biri olmuşdur.
Mark! Lopes
Mark! Lopes — Amerikalı ətraf mühit fəalı. O, ekoloji ədaləti müdafiə edən East Yard icmasının icraçı direktorudur. 2017-ci ildə Qoldman Ətraf Mühit Mükafatını qazanışdır. Santa Kruzdakı Kaliforniya Universitetini və Nortricdəki Kaliforniya Dövlət Universitetini bitirmişdir. Onun nənəsi Mothers of East Los Angeles təşkilatının həmtəsisçisi Xuana Beatris Quterredir. Kaliforniyanın Vernon şəhərində qurğuşun batareyasının çirklənməsinin aradan qaldırılması üçün lobbiçilik etmişdir. Los Anceles Vətəndaş Mərkəzində etiraz aksiyası təşkil etmişdir.
Pablo Lopes
Pablo Sesar Lopes Martines (isp. Pablo César López Martínez; 7 yanvar 1998, Santyaqo-de-Keretaro, Meksika) — Meksika təmsilçilərindən olan Paçuka klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Meksika futbolçusudur. Lopes peşəkar karyerasına Paçuka klubunda başlamışdır. O, peşəkar karyerasında debütünü 18 fevral 2016-cı ildə Meksika Kubokunda Atletiko San-Luis klubuna qarşı oyunda etmişdir. Lopes Meksika Premyer Liqasında debütünü 20 noyabr 2016-cı ildə Amerika klubuna qarşı oyunda etmişdir. O, ikinci hissədə Xorxe Ernandesi əvəz etmişdir. 2015-ci ildə Lopes Meksikanın gənclərdən ibarət milli komandası ilə Hondurasda keçirilən Şimali Amerika Gənclər Çempionatında iştirak etmişdir. Həmin ildə Lopes Meksikanın gənclərdən ibarət milli komandası ilə Çilidə keçirilən Gənclər arasında Dünya Çempionatında iştirak etmişdir. Turnirdə Pablo Argentina, Avstraliya, Almaniya, Çili, Ekvador, Nigeriya və Belçika milli komandalarına qarşı oyunlarda meydana çıxmışdır. Almaniya və Çili millilərinə qarşı oyunda Lopes bir qolla yadda qalmışdır.
Vaqner Lopes
Vaqner Lopes (d. 29 yanvar 1969) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 20 oyun keçirib, 5 qol vurub.
Marqa Lopes
Marqa Lopes (isp. Marga Lopez; əsl adı — Katalina Marqarita Lopes Ramos, isp. Catalina Margarita Lopez Ramos; 21 iyun 1924 – 4 iyul 2005, Mexiko) — Argentina mənşəli görkəmli Meksika teatr və kino aktrisası. Meksika kinematoqrafiyasının Qızıl əsr dönəminin aktrisasıdır. Marqa Lopes 21 iyun 1924-cü ildə San-Migel-de-Tukumanda Pedro Lopes Sançes və Dolores Ramos Navanın ailəsində anadan olmuşdur. Ailədə 7 uşaq idilər — özündən başqa onun Manuel, Migel, Pedro və Xuan adlı dörd qardaşı, Dolores-kiçik və Mariya adlı iki bacısı var idi. Dünyaya gələndən sonra böyük ailəsi ilə birlikdə Meksikaya köçmüş və buna görə də vətəndaşlığını orada almışdır. 1936-cı ildə ailəvi şəkildə bütün Latın Amerikası boyunca kruizə çıxarkən prodüser Karlos Amadorla tanış olmuşdur. O, Marqa Lopesə kinematoqrafda yaşıl işıq yandırır. Aktrisa 1945-ci ildə Meksika kinematoqrafiyasında debüt edir.
Fransisko Solano Lopes
Fransisko Solano Lopes Karillo (isp. Fransisko Solano López Carrilo; 24 iyul 1826[…], Asunson – 1 mart 1870). 1827-ci ilin 24 iyulda Monaro Asunsonda dünyaya göz açır. 1870-ci ilin 1 martında Serro Kora Amabayda öldürülür.O böyük hökumət adamı, respublika ordusunun marşalı (Marşal de los Ejėrcitosde la Respública) (5 mart 1865), hərbi nazir (1855-1862), müvəqqəti prezident vəzifəsini daşıyıcısı (10 sentyabr 1862 - 16 oktyabr 1862), 1862 16 oktyabrdan 15 avqust 1869-ilə qədər Paraqvayın prezidenti olmuşdur.16 avqustdan vəzifədən uzaqlaşdırısada ölənə qədər bu vəzifəni yerinə yetirilmişdir. O Karlos Antonio Lopesin böyük oğlu olur. Bundan da irəli gələrək atasından hakimiyyəti vərəsə olaraq almışdır. Paraqvay müharibəsinin əsas fiqurlarınından biri və ideoloqlarından idi. Müharibənin sonunda 1870-ci ilin 1 martında öldürülür. Onun 200 nəfərlik dəstəsi müharibəni davam etdirirdi və onları Üçlər birliyinin qüvvələri təqib edirdi. Nəhayət Lopesin tərəfdarlarının düşərgəsi aşkarlanır.
Karlos Antonio Lopes
Karlos Antonio Lopes (isp. Carlos Antonio Lopéz; 4 noyabr 1792, Asunson – 10 sentyabr 1862, Asunson) — Paraqvay siyasətçisi olaraq ölkənin birinçi prezidenti olmuşdur. Faktiki diktator olaraq olkəni 1841–1862-ci illər ərzində ölkəni idarə etmişdir. O ölkənin xariçi siyasətində qapalılıqdan imtina etmiş, modernləşmə xəttdi götürmüşdür. Üstəlik beynəlxalq birliyə üzv olmuş həm də beynəlxalq münaqişələrə sürüklənmişdi. Lopesin valideynləri ispan və hindu məşəlli olmuşdur. Kasıb ailədə dünyaya göz acır. O semnariyanı bitirdikdən sonra Asunsonda dərs deyir, o vaxta qədər ki Xose Qasperi Rodriges de Fransi seminariyanı bağlayır. Ümumiyyətlə o ölkədə ali təhsili ləğv etməyi calışır. Lopes varli bir qadınla evlənir hansı ki, bu qız ölkənin ən varlı ailəsinin övladı idi.
Adolfo Lopes Mateos
Adolfo Lopes Mateos (isp. Adolfo López Mateos; 26 may 1910[…] – 22 sentyabr 1969, Mexiko) — Meksika dövlət və siyasət xadimi, 1958–1964-cü illərdə Meksika Prezidenti. Adolfo Ruis Mateos 26 may 1910-cu ildə anadan olmuşdur. O, 1929-cu ildə Toluka Elm və Ədəbiyyat İnstitutunu bitirmişdir. Mateos 1934-cü ildə Meksika Universitetində hüquq təhsili almışdır. O, 1933-cü ildən İnstitusional İnqilab Partiyasının (İİP) üzvü olmuşdur. Mateos 1944–1946-cı illərdə Tolukada Elm və Ədəbiyyat İnstitutunun direktoru olmuşdur. Mateos 1946–1952-ci illərdə senator vəzifəsində çalışmışdır. O, 1952–1957-ci illərdə əmək və sosial təminat naziri vəzifəsində çalışmışdır. Mateos 1958–1964-cü illərdə Meksika Prezidenti olmuşdur.
Xose Lopes Portilyo
Xose Gilyermo Abel Lopes Portilyo-i-Paçeko (isp. José Guillermo Abel López Portillo y Pacheco; 16 iyun 1920[…], Mexiko – 17 fevral 2004[…], Mexiko) — Meksika siyasətçisi, 1 dekabr 1976-cı ildən 30 noyabr 1982-ci ilə qədər Meksika Prezidenti. 1945-ci ildə İnstitusional İnqilab Partiyasına (İİP) qoşulmuşdur. Tezliklə partiyanın önəmli üzvlərindən birinə çevrilmişdir. Digər dövlət vəzifələri arasında o, 1970-ci ildə İrs maziri, 1973–1975-ci illərdə Maliyyə və Dövlət Krediti katibi vəzifələrində çalışmışdır. 1976–1982-ci illərdə Meksika Prezidenti olmuşdur. Prezidentliyi dövründə o, parlamenti genişləndirərək müxalifətin minimum təmsilçiliyini təmin etmişdir. Bu, İİP-nin hər yerdə mövcudluğunu daha az bariz etmişdir. O, Tabasko və Verakruz ştatlarında həmin illərdə aşkar edilmiş neft ehtiyatlarının istismarı və ixracının tərəfdarı olmuşdur. Bu ticarətdən əldə edilən gəlirin çox hissəsini korrupsioner məmurlar yayındırmışdılar.
Andres Manuel Lopes Obrador
Andrés Manuel López Obrador (13 noyabr 1953[…], Tepetitan[d]), həmçinin AMLO baş hərfləri ilə də tanınır, 2018-ci ildən Meksikanın 65-ci və hazırkı prezidenti vəzifəsini icra edən meksikalı siyasətçidir. Milli Yeniləşmə Hərəkatının (Morena) lideri. López Obrador Tabasko ştatının Tepetitan şəhərində orta səviyyəli ailədə anadan olub. O, Meksika Milli Muxtar Universitetində (UNAM) siyasi elmlər üzrə təhsil alıb və siyasi karyerasına 1970-ci illərdə İnstitusional İnqilab Partiyasının (PRI) üzvü kimi başlayıb. Daha sonra o, solçu Demokratik İnqilab Partiyasına (PRD) qoşulub və 1994–1996-cı illərdə Tabasko ştatının Makuspana şəhərinin meri vəzifəsində çalışıb. 2000-ci ildə Lopez Obrador Tabasko qubernatoru seçildi. O, 2006-cı ilə qədər Meksikanın prezidentliyinə namizəd olana qədər qubernator vəzifəsində çalışıb. O, seçkini Felipe Kalderona az fərqlə uduzdu, lakin seçkinin ondan oğurlandığını iddia etdi. López Obrador seçkinin nəticələrinə qarşı kütləvi etiraz hərəkatına rəhbərlik edib və bunu "Lopez Obrador Vətəndaş İtaətsizliyi Kampaniyası" (LECDO) adlandırıb. 2012-ci ildə Lopez Obrador yenidən prezidentliyə namizəd oldu.
Mali i Lopes dağı
Mali i Lopes (İnək dağı), Mali i Lopës (alb) — Albaniyanın mərəkəzi, qismən də şərq hissəsində yerləşən dağ massivi. Mali i Lopes dağı Diber və Mat bələdiyyələrinin sərhəddində yerləşir. Ən yüksək zirvəsi Maja e Dhoksit olub, hündürlüyü dəniz səviyyəsindən 2021 metrdir. Mali i Lopes dağı şimaldan Zalli və Bulkizes, şərqdən Zalli və Okştunit, cənubdan Kaptina və Martaneşit, qərbdən isə Mat vadiləri ilə həmsərhəddir. Dağ silsiləsi qərbdən şərqə doğru təxminən 7,5 km məsafədə uzanır. Şimal-qərb hisəsində hündürlük 1200 metr, cənubda isə hündürlük 700 metrə qədər enir. Şimal ərazisində bir neçə kar relyef forması mövcuddur. Dağlar qərbdən şərqə doğru tədricən enir, kəskin meyillik çox azdır. Dağlıq ərazinin cənubunda Martaneş dağlıq rayonu yerləşir və ərazinin ən yüksək nöqtəsi olan Maja e Dhoksit zirvəsi bu bölgədədir. Geoloji baxımdan ərazi əsasən ultraəsas maqmatik süxurlardan təşkil olunub.
Fransisko Lopes de Qomara
Fransisko Lopes de Qomara (isp. Francisco López de Gómara; 1511[…] – 1566[…]) — İspaniya keşişi, humanisti, Amerikanın fəthi üzrə tarixşünas. Heç vaxt Yeni dünyada olmamışdır, lakin onun əsərləri çox təfərrüatlıdır. Qomara Kortesin etirafçısı idi və Meksikanın fəthində iştirak edənlərin çoxunu şəxsən tanıyırdı. Onun işi Bernal Diası ilhamlandırmışdır.
Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz
Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz (1959) — Braziliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2018-ci ildən)
Herpes
Herpes və ya qızdırma qabarcığı kimi tanınan, əsasən dodaqlara təsir edən herpes simplex virusunun infeksiya növü. Virusun peyvəndi olmasa da, insan orqanizminin immun sistemi və spesifik anticisimlər adətən virusla mübarizə aparır. Virusa ən çox yoluxur: dəri, gözlər (konyunktivit, keratit), xarici cinsiyyət orqanları Xəstəliyin ağır vəziyyətlərində, herpetik meningit və ensefalitin inkişafı ilə nəticələnən mərkəzi sinir sisteminin zədələnməsi mümkündür. Bədənin müqavimətinin azalması xəstəliyin inkişafını tezləşdirir. Bədənin həddindən artıq istiləşməsi zamanı herpes isti havada da mümkündür. İnsanlarda 8 növ herpes virusu olur: Herpes virusu 1 növ — dodaqlarda qabarcıqlara ("soyuqdəymə") səbəb olan herpes simpleks virusu. Herpes virusu 2 növ — genital herpesə səbəb olur, əksər hallarda cinsiyyət orqanlarında problemlər yaradır. Su çiçəyi virusu — Çiçək və şingles (herpes zoster) xəstəliklərinə səbəb olan herpes virusu növ 3. Epştein-Barr virusu — 4-cü növ virus — infeksion mononükleoza səbəb olur. Sitomeqalovirus — sitomeqalovirus infeksiyasına səbəb olan 5-ci növ virus.
Kxopeş
Xopeş və ya kxopeş — Qədim Misirdə Soyuq silah növü. "Xopeş" sözü forma oxşarlığına görə "qaramal ayağı" kimi "ayaq" sözündən yaranmış ola bilər. Qədim Misir dilində ḫpš ("ayaq") üçün heroqlif sarkofaq mətnləri dövrünə aiddir. Xopeş bir kənarlı sinusoidal tiyəyə malikdir. Bu silahın tiyəsi qabarıq tərəfində itidir və bu səbəbdən oraqla zahiri oxşarlığa malikdir. Xopeşin şumerlərə aid daha qədim ekvivalenti əsasında yarandığına dair bir nəzəriyyə var. Бёртон Р. Ф. Книга мечей. Холодное оружие сквозь тысячелетия / Пер. с англ. Д. А. Лихачева.
Elodes
Dazı (lat. Hypericum) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin dazıkimilər fəsiləsinə aid bitki cinsi.
FLOPS
FLOPS (həmçinin flops, flop/s) (ing. FLoating-point Operations Per Seconddən akronim, flops kimi tələffüz edilir) — kompüterlərin sürətini qiymətləndirmək üçün istifadə edilən ölçü vahidi. Hesablama sisteminin bir saniyədə neçə əməliyyat həyata keçirmə göstəricisidir. TOP500 Рейтинг суперкомпьютеров TOP500 (ing.) The Performance Database Server Большая база данных производительности вычислительных систем (ing.) Roy Longbottom’s PC Benchmark Collection Arxivləşdirilib 2008-03-26 at the Wayback Machine Подборка тестовых программ для ПК (включая LINPACK) и результатов испытаний (ing.) История суперкомпьютеров (англ.
Xopeş
Xopeş və ya kxopeş — Qədim Misirdə Soyuq silah növü. "Xopeş" sözü forma oxşarlığına görə "qaramal ayağı" kimi "ayaq" sözündən yaranmış ola bilər. Qədim Misir dilində ḫpš ("ayaq") üçün heroqlif sarkofaq mətnləri dövrünə aiddir. Xopeş bir kənarlı sinusoidal tiyəyə malikdir. Bu silahın tiyəsi qabarıq tərəfində itidir və bu səbəbdən oraqla zahiri oxşarlığa malikdir. Xopeşin şumerlərə aid daha qədim ekvivalenti əsasında yarandığına dair bir nəzəriyyə var. Бёртон Р. Ф. Книга мечей. Холодное оружие сквозь тысячелетия / Пер. с англ. Д. А. Лихачева.
Falco alopex
Tülkü qızılquş (lat. Falco alopex) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü. Bu, uzun ensiz qanad və quyruğa malik böyük müşgüldür. Uzunluğu 32-38 sm, açılan vəziyyətdə qanadlarının uzunluğu 76-88 sm, kütləsi 250-300 qram arasında dəyişir. Dişiləri erkəklərindən 3% böyük olur.
Flores (ada)
Flores (ind. Flores, portuqalca güllər) — İndoneziyaya məxsus olan Kiçik Zond adaları daxil olan ada. Onun ümumi sahəsi 13 540 km² təşkil edir. 8 vilsyətə bölünən adada 1,8 milyon insan (2010) yaşayır. Flores inzibati cəhətdən Şərqi Kiçik Zond adaları əyalətinə daxildir. Ən iri adası — Maumere. Flores adası uzunsov formaya malik olub, qərbdən şərqə doğru uzanır. Onun uzunluğu 425 km təşkil edir. Ən enli yerdə (şimaldan cənuba) məsafə 70 kilomertrdir. Flores adasının qərbində yerləşən ən iri qonşu ada Sumbavadır.
Flores dənizi
Flores dənizi (ing. Flores Sea)— Sakit okeanında Sulavesi adasının qutaracağında Kabia,Sumbava (şimalda) və Flores adaları (cənubda) arasında yerləşir. Dənizin sahəsi 115,000 km², orta dərinliyi 1522 m ,maksimal dərinlik isə 5234 m təşkil edir. Səthində temperatur 26 s (avqust ,sentyabr), 28,8 s (noyabr) təşkil edir. Duzluluğu 32,0 - 34,6 ‰ olur, yağışlar mövsümündə 32 - 33 ‰ enir. Axınlar əsasən cənub və qərb istiqamətində olur. Ərazi seysmik baxımından fəaldır. Sumbava adasında İndoneziyanın fəaliyyətdə olan və hündürlüyü 1949 m çatan Ani-Slau vulkanı vardır. Balıqçılıq inşaf etmişdir.
Keyt Hooper
Keyt Hooper (d. 26 fevral 1978) — Avstraliyanı təmsil edən su poloçusu. Keyt Hooper, Avstraliya yığmasının heyətində 2000-ci ildə baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatılıb və qızıl medal qazanıb. Keyt Hooper, 2000-ci ildə Avstraliya yığması ilə birgə XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Birləşmiş Ştatlar yığmasını 4:3 hesabı ilə məğlub edən Avstraliya yığması, XXVII Yay Olimpiya Oyunlarının çempionu oldu.
Luis Flores
Olones bərzəxi
Olones bərzəxi (rus. Олонецкий перешеек) - Bərzəx Kareliya Respublikasının ərazisində, Ladoqa gölü ilə Oneqa gölü arasında yerləşir. Bəzən Oneqa-Ladoqa suayrıcısı kimi adlandırılır. Olones bərzəxi artıq mezolit dönəmində meydana gəmişdir. Artıq dağ döründə Kareliya ərazisində bir çox qədim yaşayış yerləri formalaşmışdı. Bu isə bərzəxin əhəmiyyətini artırırdı. Bərzəx 1801-1922-ci ilə qədər eyni adlı quberniyanın tərkibində olmuşdur. Bərzəxin əhəmiyyəti səbəbindən bölgə ərazisi bir çox müharibələrə şahidlik etmişdir. XIII əsrin ortalarından XX əsrə qədər İsveç, Finlandiya, Rusiya imperiyası və SSRİ kimi ölkərərin nəzarətində olmuşdur.
Senecio helodes
Senecio helodes (lat. Senecio helodes) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Venansio Flores
Venansio Flores (18 may 1808 Trinidad — 19 fevral 1868 Montevideo.) — Dövlət və siyasi xadim, ordu generalı, Uruqvay prezidenti olaraq 1854–1855 və 1865–1868-ci illərdə ölkənin müvvəqəti prezidenti. 1839-cu ildə San-Xose departamentinə rəhbər təyin edir. Uruqvay Vətəndaş müharibəsində fəal iştirak etmişdir. O Manuel Oribe və onun argentinalı tərəfdarlarına qarşı fəaliyyət göstərmişdir. Müharibə bitdikdən sonra Uruqvay Kolorado Partiyasının əsas simasına çevrilir. 1853-cü ilin 26 sentyabrdan fəaliyyətdə olan üç müvvəqəti hökumətdən birinə rəhbərlik etmişdir. O Uruqvay prezidenti olaraq 1855-ci ilə qədər ölkəni idarə edir. Sonradan Argentinaya getməli olur. 1863-cü ildən Bernardo Berroya qarşı vətəndaş müharibəsi başlayır. Argentina və Braziliyanın dəstəyi ilə 1865-ci ildə hakimiyyətə gətirilir.