Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bozar
Bozar (fr. beaux-arts – “təsviri sənət”) – XIX əsrin ortalarında meydana çıxan və milli orta əsrlərə heyranlığının əksinə olan tarixi memarlıq üslubudur (neo-Gotik, neo-Bizans, rus stili); İtalyan İntibahı və Fransız Barokko ənənələrini davam etdirirdi. Klassik Bozar üslubu, klassik və neoklasik arxitekturaya güclü inamla inkişaf etmişdir. Üsluba adını verən Paris Gözəl Sənətlər Məktəbinin yetirmələri olmuşdurlar. Fransız İnqilabı dövründə ilk Fransız memarlıq məktəbi olan Académie royale d'architectsure (1671-1793) kral ilə əlaqələrinin olmasına görə bağlanmış və 1803-cü ildə Napoleon Bonapart onun yerində hal-hazırda mövcud olan Təsviri Sənətlər Məktəbini yaratmışdır. Bu prestijli təhsil müəssisəsində gələcək memarlara (çoxu xarici ölkələrdən gəlmişdi) müştərinin zövqünə görə fərqli tarixi üslubları yenidən yaratmaları öyrənilmişdir. Tələbələrə otaqları binaya nüfuz edən oxlar boyunca simmetrik bir formada düzəltmək, həmçinin otaqların yerləşdirilməsi və bəzədilməsinin qonaqda necə təsir bağışlayacağını nəzərə almaq öyrədilmişdir.
Həzar Məscid dağları
Həzar Məscid dağları (fars. رشته‌کوه هزارمسجد‎) — İranda dağ silsiləsi. Kopetdağ silsiləsinin cənub-şərq hissəsini təşkil edir. İranın Rəzəvi Xorasan ostanında, Dərgəzdən təxminən 20 kilometr (12 mil) şərqdə və Məşhəddən 70 kilometr (43 mil) şimalda yerləşir. Dağ silsiləsi ölkənin ucqar şimal-şərq hissəsində yerləşir. Hündürlüyü 3,040 metr olan Həzar Məscid dağı qrupun ən yüksək zirvəsidir və dağ silsiləsinin demək olar ki, mərkəzi hissəsində yerləşir. "Həzar Məscid" fars dilindədir və iki sözdən ibarətdir. Bunlar "min" mənasını verən "həzar" və "məscid"dir. Odur ki, . "Həzar Məscid" adı "min dənə məscid" deməkdir.
Bazar
Bazar (fars. بازار‎) – satıcı və alıcıların alış-veriş etdiyi məkan, ticarət obyekti. Bazarın ən sadə və həm də ən mühüm tərkib hissəsi əmtəələrin alqı-satqı əməliyyatıdır. Bu prosesdə əmtəə və pul satıcı ilə alıcının münasibətə girmələri üçün iqtisadi vasitələrdir, bazarın mövcudluğunun zəruri şərtlərdir (komponentlərdir). Deməli, bazarın mövcudluğu üçün onun subyektləri (alıcı və satıcı) və vasitələri (pul və əmtəə) olmalıdır. Lakin alqı-satqı əməliyyatının baş verməsi üçün hər iki bazar subyektinin marağı (mənafeyi) olmalıdır. Onları bazara gətirən də elə budur, mənafelərdir. Deməli, bazar mənafeləri reallaşdıran iqtisadi mexanizmdir ki, onun da bir çox ünsürləri mövcuddur. Tarixən əvvəl, yerli bazarlar yaranır və onların inkişafı region bazarlarının meydana gəlməsinə səbəb olur. Regionlararası iqtisadi əlaqələrin yaranması və genişlənməsi milli bazarın formalaşmasına gətirib çıxarır.
Boyar
Boyar — rus knyazlıqlarında və sonralar Rusiya dövlətinin ilk vaxtlarında Böyük knyazdan sonra dövlətin idarə edilməsində mühüm rol oynayan yüksək zümrə, iri əyan. Boyar sözünün etimologiya-sı ilə bağlı müxtəlif fikirlər irəli sürülməkdədir. Bəzi alimlər boyar sözünün slavyan mənşəli olduğunu və döyüş mənasına gələn "boy" sözündən əmələ gəldiyini hesab edirlər. Digər alimlər isə sözün türk mənşəli olduğunu və varlı kişi mənasını daşıyan "bay ar" sözlərindən törədiyini iddia edirlər. İlk dövrlərdə boyarlar torpaq sahibliyi ilə yanaşı həm də knyazın məsləhətçisi hesab olunurdular. Onlar varislərin təyin edilməsində, diplomatik danışıqlar zamanı və s. yaxından iştirak edirdilər. boyarların toxunulmazlıq, habelə digər bir knyazın xidmətinə keçmək hüququ var idi. Onlar həmçinin döyüşlərdə knyaz ordusunda vuruşmalı idilər. XII əsrdə mərkəzi hökumətin zəifləməsi ilə birlikdə boyarların gücü də artmışdı XIV əsrdən etibarən bəzi xırda knyazlar da boyar adlanmağa başlandı və əmlak boyarları adı verilən boyarlar meydana gəldi.
Cokar
Cövkar — İranın Həmədan ostanının Məlayir şəhristanının Cövkar bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,209 nəfər və 548 ailədən ibarət idi.
Folar
Folar (Portuqaliya dilində:Folar) - Portuqaliyada Pasxa bayramı münasibətilə bişirilən kuliçin müxtəlif növlərindən biridir. Foların tərkibinə su, duz, yumurta, buğda unu daxildir. Portuqaliyanın müxtəlif vilayətlərində folar formasına, konkret reseptinə, duzlu və şirin dadlı olmasına baxmayaraq bütün reseptlərdə yumurta sarısı əsas yer tutur.
HEPAR
Haqq və Bərabərlik Partiyası (türk.: Hak ve Eşitlik Partisi) ya da rəsmi qısaltması ilə HEPAR, qurucusu əməkdar əsgər Osman Pamukoğlu olan və Türkiyədə fəaliyyət göstərən siyasi partiya. Partiyanın simvolu Anadolu qartalıdır. 2011 Türkiyə Parlament Seçkilərindən uğursuz nəticə ilə çıxan partiyanın başçısı Osman Pamukoğlu, 23 İyun 2011 tarixində partiyanı bağlama qərarı aldığını bildirmiş, ancaq 10 İyul 2011 günü baş tutan qurultayda partiyanın bağlanmaması qərara alınmış və partiya fəaliyyətinə davam etmişdir. Partiya, 10% seçki sərhədi səbəbi ilə 2015-ci ildə seçkiyə müstəqil millət vəkili namizədləri ilə girib məclisdə qrup yaratmağı planlayırdı. Bu səbəbdən ötrü də partiyanın sədri Osman Pamukoğlu vəzifəsindən istefa verərək İstanbul 3-cü seçki bölgəsindən namizəd olaraq səs hədəfinin 400 min olduğunu söyləmişdi. Lakin seçkilərdə heç bir partiya üzvü müvəffəqiyyət əldə edə bilmədi və Türkiyə Böyük Millət Məclisində yer ala bilmədilər.
Harar
Harar (Harer) — Efiopiyanın əsas islam şəhəri, daş divarlarla əhatə olunmuş məscidlər və rəngarəng bazarlar şəhəri, müsəlman elmi və məktəbləri mərkəzi. Əsrlər boyu Harardan Şərqi Afrikanı ərəb dünyası ilə əlaqələndirən ticarət karvanları keçib. Bu şəhərin çiçəklənmə dövrü XVI əsrdir. Şəhər o zaman böyük əraziyə malik, bugünkü Şərqi Efiopiyanı əhatə edən müstəqil Somali Sultanlığı olan Adalın paytaxtı olub, lakin vaxt ötdükcə Adal mövqelərini itirib. Hazırda Harara Efiopiya hökuməti nəzarət edir. Şəhərin "Cuqol" adlandırılan köhnə hissəsi son 400 il ərzində çiçiəklənmə vaxtı qonşuların hücumlarından müdafiə üçün dörd metr hündürlüyə malik divarlarla əhatə olunub. 2006-cı ildə 82 məscidə malik Cuqol YUNESKO-nun Dünya irsi siyahısına daxil edilib. 300 ildən çox müddət ərzində köhnə şəhərə giriş qeyri-müsəlmanlar üçün bağlı olub. Burada mövcud ənənəyə əsasən, köhnə şəhərdə sakinlər evlərin xarici divarlarını müxtəlif əlvan rənglərə boyayırlar. Evlər üç növdə tikilib; bəziləri Qırmızı dəniz sahilindəki ənənəvi ərəb şəhərləri memarlığını xatırladır.
Hasar
Hasar (Xoy) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. Hasar (Sərdarabad) — Sərdarabad mahalında kənd.
Havar
Havar adaları (ərəb. جزر حوار‎) — Hind okeanına aid Fars körfəzində yerləşən arxipelaq. Adalar inzibati cəhətdən Bəhreynin Cənub muxafazasına daxil olsa da 16 adadan üçünə Qətər iddia edir. Arxipelaqın mərkəzi Bəhreynin əsas adasından 25 km cənub-şərqdə yerləşir. Arxipelaqın bir qutaracağı Qətərin qərbindən bir km məsafədə yerləşir. Bu səbəbdən 16 adadan üçünün hansı dövlətə mənsub olması mübahisələrə səbəb olur. Ümumilikdə isə bəzi mənbələrdə ada, adacıqlar, qumlu dillər, dayazlıq və bankələrin sayı ilə birlikdə 36 adanın hələdə dəqiq kimə mənsubluğu müəyyən edilməmişdir. Arxipelaqın uzunluğu 23 kilometr, eni isə 8 km təşkil edir. Ümumi sahəsi isə cəmi 52 km²-dir. Ən böyük adası Havar adlanır.
Hisar
Hisar (Bükan)
Hobart
Hobart — Avstraliyanın Tasmaniya adasının ən böyük şəhəri və paytaxtı. Dervent çayının və Vellinqton dağının (1270 m) yaxınlığındadır. Hobart şəhərində ilk yaşayış məntəqəsi Risdon körfəzində qurulmuşdur. YYaşayış məntəqəsi daim fransızlarla ingilislər arasında mübahisə yaratmışdır. 20 fevral 1804-cü ildə yaşayış məntəqələri daha uyğun olan Sullivan körfəzinə köçürülmüşdür. Yaşayış məntəqəsi uzun müddət buranı idarə edən Lord Hobartın adı ilə Hobart Taun və Hobarton adlandırılmışdır. Buranın əsl sakinləri yerli Mouhenener qəbiləsi olmuşdur. Uzun müharibələrdən sonra aboregenlərin sayı kəskin azalmışdır. Çarlz Darvin 1836-cı ilin fevralında bu şəhərdə olmuşdur. Hobar Darvent çayının yaxınlığında yerləşir.
Hoçaz
Hoçaz — Azərbaycan Respublikasının Laçın rayonunun Hoçaz kənd inzibati ərazi dairəsində kənd. Kəndin qərbində Hocazdaşı adlı dağ da var. Kənd öz adını eyniadlı çaydan almışdır. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kəndi işğal etdikdən sonra kəndin təqribən 50%-dən çox yaşayış evləri dağıdılmışdır. Kənd 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. Kənd Hocaz çayının sahilində, Qarabağ yaylasındadır. Azərbaycan Nazirlər Kabineti yanında Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupun eksperti Faiq İsmayılovun məlumatına görə, kəndin əhalisi bütün dövrlərdə azərbaycanlılardan ibarət olmuşdur.
Çezar
Çezar — 18 fevral 1980-ci ildə anadan olan Rumıniyalı müğənni. Çezar 2013 Avroviziya Mahnı Müsabiqəsində Rumıniyanı "It's My Life" mahnısı ilə təmsil edib və öz ölkəsinə 14-cü yeri qazandırıb.
Çobar
Çubər — İranın Gilan ostanında yerləşən şəhər. Çobar əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edir. Şəhərdə 2006-cı il siyahıya alınmaya görə 1,481 nəfər yaşayır (374 ailə).
Çomar
Çomar — Rəcəb Tayyib Ərdoğanı kor-koranə dəstəkləyən stereotip fanat, dindar, milliyətçi, mühafizəkar və savadsız türklərə istinad etmək üçün istifadə edilən türkcə jarqon. Bu söz əvvəlcə Anadolunun kənd yerlərində sahibinə hədsiz sədaqətləri ilə tanınan iri çoban itləri üçün istifadə edilmişdir. Buna baxmayaraq, bu, Gəzi parkı etirazlarından sonra siyasi sözə çevrilmişdir. Bu söz mahiyyət etibarı ilə "rednek"in türkcə variantıdır. Türk Dil Qurumu bu sözün başqa bir mənasını "dözümsüz, kobud, aqressiv insan" kimi vermişdir.
Azad bazar
Azad bazar və ya sərbəst bazar — iqtisadiyyatda iştirakçıların sayı məhdud olan qiymətlərin hər hansı xarici amillərdən asılı olmadan yalnız tələb və təklifə uyğun olaraq müəyyən edildiyi bazar. Bu cür bazarda cəmiyyətin bütün üzvləri istənilən təsərrüfat fəaliyyəti ilə tam sərbəst şəkildə məşğul ola bilərlər. Bu bazarda istehsal amillərinin mütləq mobilliyi, kapitalın yerdəyişməsinin qeyri-məhdud sərbəstliyi, bazarın hər bir iştirakçısının bazar haqqında mütləq tam informasiyaya malik olması, eyniadlı məhsulların mütləq mənada yekcins olması inhisarçılıq, monopsoniya, dövlət tənzimləməsinin olmaması, qiymətlərin azad rəqabətin gedişində kortəbii şəkildə müəyyənləşməsi səciyyəvi haldır. Azad rəqabətin heç bir iştirakçısı qeyri-iqtisadi metodlarla başqa iştirakçının qərarına bilavasitə təsir göstərə bilməz.
Bazar-Cümə
Bazar-Cümə — İranın Gilan ostanında yerləşən şəhər. Bazar-Cümə əhalisinin əksəriyyətini giləklər təşkil edir.
Bazar (Zaqatala)
Bazar — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Kənd Çobankol bələdiyyəsinin tərkibindədir. 659 əhalisi var.
Bazar (dəqiqləşdirmə)
Müxtəlif Bazar — Bazar ertəsi — dünyanın bir çox ölkələrində yeni həftənin başlandığı gün. Bazar (gün) — həftənin sonuncu günü. Bazar meydanı — İçəri Şəhərdə yerləşən və ölkə əhəmiyyətli abidə olan sıratağlı dini-memarlıq kompleksi. Bazar (iqtisadiyyat) — Bazar iqtisadiyyatı — Yaşayış məntəqələri Bazar (Xaçın kənd) Bazar (Zaqatala) — Azərbaycanın Zaqatala rayonunda yerləşən kənd. Bazar cümə — İranın Gilan ostanında yerləşən şəhər.
Bazar (iqtisadiyyat)
Bazar — ayrı-ayrı mal və xidmətlərin alıcıları (istehlakçıları) ilə satıcıları (təchizatçıları) arasında mübadiləni təmin edən bir sıra proses və prosedurlar. Bazarlar müxtəlif formalarda ola bilər. Bazarın əsas meyarlarından biri rəqabətin mövcudluğunu təmin edən iştirakçıların fəaliyyət sərbəstliyidir. Müstəqil iştirakçıların sayı nə qədər çox olsa, bazarın rəqabət qabiliyyəti o qədər yüksəkdir. Bir əsas satıcısı və bir neçə alıcısı olan bazara inhisar deyilir. Ən böyük alıcı və bir neçə satıcı üçün bazar monopoliyasıdr. Bunlar qeyri-kamil rəqabətin həddidir. K. R. Makkonellu və S. L. Brüya görə bazar, müəyyən mal və xidmətlərin alıcılarını və satıcılarını bir araya gətirən bir qurum, bir mexanizmdir. Bazarların özləri müxtəlif formalarda ola bilər. Bazar — əmtəə iqtisadiyyatının bir kateqoriyasıdır, məhsul (xidmət) istehsalçıları ilə istehlakçılar arasında müntəzəm mübadilə əməliyyatlarına əsaslanan iqtisadi münasibətlər məcmusudur.
Bazar Meydanı
Sıratağlı dini-memarlıq kompleksi, Bazar meydanı və ya Xanəgah kompleksi — İçəri Şəhərdə yerləşən və ölkə əhəmiyyətli abidə olan sıratağlı dini-memarlıq kompleksi. Qız Qalasının şimal tərəfində 1964-cü ildə aparılan arxeoloji qazıntı işləri zamanı maraqlı quruluşa malik sıratağlı abidə aşkar olunmuşdur. Abidənin hər tərəfdən səki və sütunlu tağlarla əhatə olunması Məscidül-Həramı xatırladır. Aparılan arxeoloji qazıntılar nəticəsində bu ərazidən 52 qəbir aşkar olunmuşdur. Qəbirlərin əksəriyyəti "əmanət meyitlər"dir. Abidə ərazisində və tağlar altında olan qəbirlər yəqin ki, başqa yerdən gətirilən "əmanət meyitlər"ə məxsus olmuşdur. Müsəlman adətlərinə görə bəzi şəxslər öldükdən sonra müqəddəs yerlərdə basdırılmalarını vəsiyyət edirdilər. Nəzərdə tutulmuş müqəddəs yer çox uzaq olduqda meyiti əmanət olaraq yaxın yerlərdə basdırırdılar. Həyətin ortasında, qəbirlərin yanında silindrik formalı bir quyu və ondan bir qədər aralı cənub-şərq tərəfdə səkkizguşəli böyük bir sütun aşkar olunmuşdur. Sütün daşla hörülmüş səkkizguşəli, üç pilləli səki üzərində dayanmışdır.
Bazar adası
Bazar adası — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə yerləşir. Oktyabr İnqilabı adasından 3,5 km şimal-şərqdə, Cverdlov burnu ilə Naçalnıy burnu arasında qərarlaşır. Ovalvari formaya malikdir. Şimaldan cənuba 800 metr, şərqdən qərbə isə 250 km uzunluğa malikdir. Bazar adasından 1,7 km aralıda adsız bir ada yerləşir.
Bazar cümə
Bazar-Cümə — İranın Gilan ostanında yerləşən şəhər. Bazar-Cümə əhalisinin əksəriyyətini giləklər təşkil edir.
Bazar ertəsi
Bazar ertəsi – dünyanın bir çox ölkələrində yeni həftənin başlandığı gün. ISO 8601 beynəlxalq standartına görə yeddi günlük həftənin birinci günüdür. Rəsmi sənədlərdə bazar ertəsi bəzən qısaldılmış şəkildə b.e. də yazılır. Türk dillərində " ertə " " gün başlanğıcı", " sabah " anlamında olduğundan " bazar ertəsi " -" bazardan sonrakı " gün deməkdir. Azərbaycanda bu gün rəsmi sənədlərdə və rəsmi dildə bazar ertəsi adlansa da, cəmiyyətdə daha sadə, sıra sayına görə birinci gün deyilir. Bazar ertəsi həftədə bazar günü ilə çərşənbə axşamı arasında yerləşir. Bir çox ölkələrdə həftənin birinci günü bazar ertəsidir. Həm yeni iş, həm də yeni dərs günü bazar ertəsi ilə başlayır. Ancaq islam ölkələrində və İsraildə həftə bazar günü ilə başlayır.