Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bozar
Bozar (fr. beaux-arts – “təsviri sənət”) – XIX əsrin ortalarında meydana çıxan və milli orta əsrlərə heyranlığının əksinə olan tarixi memarlıq üslubudur (neo-Gotik, neo-Bizans, rus stili); İtalyan İntibahı və Fransız Barokko ənənələrini davam etdirirdi. Klassik Bozar üslubu, klassik və neoklasik arxitekturaya güclü inamla inkişaf etmişdir. == Stilin doğuşu == Üsluba adını verən Paris Gözəl Sənətlər Məktəbinin yetirmələri olmuşdurlar. Fransız İnqilabı dövründə ilk Fransız memarlıq məktəbi olan Académie royale d'architectsure (1671-1793) kral ilə əlaqələrinin olmasına görə bağlanmış və 1803-cü ildə Napoleon Bonapart onun yerində hal-hazırda mövcud olan Təsviri Sənətlər Məktəbini yaratmışdır. Bu prestijli təhsil müəssisəsində gələcək memarlara (çoxu xarici ölkələrdən gəlmişdi) müştərinin zövqünə görə fərqli tarixi üslubları yenidən yaratmaları öyrənilmişdir. Tələbələrə otaqları binaya nüfuz edən oxlar boyunca simmetrik bir formada düzəltmək, həmçinin otaqların yerləşdirilməsi və bəzədilməsinin qonaqda necə təsir bağışlayacağını nəzərə almaq öyrədilmişdir.
Həzar Məscid dağları
Həzar Məscid dağları (fars. رشته‌کوه هزارمسجد‎) — İranda dağ silsiləsi. Kopetdağ silsiləsinin cənub-şərq hissəsini təşkil edir. İranın Rəzəvi Xorasan ostanında, Dərgəzdən təxminən 20 kilometr (12 mil) şərqdə və Məşhəddən 70 kilometr (43 mil) şimalda yerləşir. Dağ silsiləsi ölkənin ucqar şimal-şərq hissəsində yerləşir. Hündürlüyü 3,040 metr olan Həzar Məscid dağı qrupun ən yüksək zirvəsidir və dağ silsiləsinin demək olar ki, mərkəzi hissəsində yerləşir. == Etimologiya == "Həzar Məscid" fars dilindədir və iki sözdən ibarətdir. Bunlar "min" mənasını verən "həzar" və "məscid"dir. Odur ki, . "Həzar Məscid" adı "min dənə məscid" deməkdir.
Bazar
Bazar (fars. بازار‎) – satıcı və alıcıların alış-veriş etdiyi məkan, ticarət obyekti. Bazarın ən sadə və həm də ən mühüm tərkib hissəsi əmtəələrin alqı-satqı əməliyyatıdır. Bu prosesdə əmtəə və pul satıcı ilə alıcının münasibətə girmələri üçün iqtisadi vasitələrdir, bazarın mövcudluğunun zəruri şərtlərdir (komponentlərdir). Deməli, bazarın mövcudluğu üçün onun subyektləri (alıcı və satıcı) və vasitələri (pul və əmtəə) olmalıdır. Lakin alqı-satqı əməliyyatının baş verməsi üçün hər iki bazar subyektinin marağı (mənafeyi) olmalıdır. Onları bazara gətirən də elə budur, mənafelərdir. Deməli, bazar mənafeləri reallaşdıran iqtisadi mexanizmdir ki, onun da bir çox ünsürləri mövcuddur. == Tarix == Tarixən əvvəl, yerli bazarlar yaranır və onların inkişafı region bazarlarının meydana gəlməsinə səbəb olur. Regionlararası iqtisadi əlaqələrin yaranması və genişlənməsi milli bazarın formalaşmasına gətirib çıxarır.
Boyar
Boyar — rus knyazlıqlarında və sonralar Rusiya dövlətinin ilk vaxtlarında Böyük knyazdan sonra dövlətin idarə edilməsində mühüm rol oynayan yüksək zümrə, iri əyan. == Etimologiya == Boyar sözünün etimologiya-sı ilə bağlı müxtəlif fikirlər irəli sürülməkdədir. Bəzi alimlər boyar sözünün slavyan mənşəli olduğunu və döyüş mənasına gələn "boy" sözündən əmələ gəldiyini hesab edirlər. Digər alimlər isə sözün türk mənşəli olduğunu və varlı kişi mənasını daşıyan "bay ar" sözlərindən törədiyini iddia edirlər. == X–XIII əsrlər == İlk dövrlərdə boyarlar torpaq sahibliyi ilə yanaşı həm də knyazın məsləhətçisi hesab olunurdular. Onlar varislərin təyin edilməsində, diplomatik danışıqlar zamanı və s. yaxından iştirak edirdilər. boyarların toxunulmazlıq, habelə digər bir knyazın xidmətinə keçmək hüququ var idi. Onlar həmçinin döyüşlərdə knyaz ordusunda vuruşmalı idilər. XII əsrdə mərkəzi hökumətin zəifləməsi ilə birlikdə boyarların gücü də artmışdı == XIV–XVII əsrlər == XIV əsrdən etibarən bəzi xırda knyazlar da boyar adlanmağa başlandı və əmlak boyarları adı verilən boyarlar meydana gəldi.
Cokar
Cövkar — İranın Həmədan ostanının Məlayir şəhristanının Cövkar bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,209 nəfər və 548 ailədən ibarət idi.
Folar
Folar (port. Folar) — Portuqaliyada Pasxa bayramı münasibətilə bişirilən kuliçin müxtəlif növlərindən biridir. Foların tərkibinə su, duz, yumurta, buğda unu daxildir. Portuqaliyanın müxtəlif vilayətlərində folar formasına, konkret reseptinə, duzlu və şirin dadlı olmasına baxmayaraq bütün reseptlərdə yumurta sarısı əsas yer tutur.
HEPAR
Haqq və Bərabərlik Partiyası (türk.: Hak ve Eşitlik Partisi) ya da rəsmi qısaltması ilə HEPAR, qurucusu əməkdar əsgər Osman Pamukoğlu olan və Türkiyədə fəaliyyət göstərən siyasi partiya. Partiyanın simvolu Anadolu qartalıdır. 2011 Türkiyə Parlament Seçkilərindən uğursuz nəticə ilə çıxan partiyanın başçısı Osman Pamukoğlu, 23 İyun 2011 tarixində partiyanı bağlama qərarı aldığını bildirmiş, ancaq 10 İyul 2011 günü baş tutan qurultayda partiyanın bağlanmaması qərara alınmış və partiya fəaliyyətinə davam etmişdir. == Seçkilərdə == Partiya, 10% seçki sərhədi səbəbi ilə 2015-ci ildə seçkiyə müstəqil millət vəkili namizədləri ilə girib məclisdə qrup yaratmağı planlayırdı. Bu səbəbdən ötrü də partiyanın sədri Osman Pamukoğlu vəzifəsindən istefa verərək İstanbul 3-cü seçki bölgəsindən namizəd olaraq səs hədəfinin 400 min olduğunu söyləmişdi. Lakin seçkilərdə heç bir partiya üzvü müvəffəqiyyət əldə edə bilmədi və Türkiyə Böyük Millət Məclisində yer ala bilmədilər.
Harar
Harar (Harer) — Efiopiyanın əsas islam şəhəri, daş divarlarla əhatə olunmuş məscidlər və rəngarəng bazarlar şəhəri, müsəlman elmi və məktəbləri mərkəzi. == Tarixi == Əsrlər boyu Harardan Şərqi Afrikanı ərəb dünyası ilə əlaqələndirən ticarət karvanları keçib. Bu şəhərin çiçəklənmə dövrü XVI əsrdir. Şəhər o zaman böyük əraziyə malik, bugünkü Şərqi Efiopiyanı əhatə edən müstəqil Somali Sultanlığı olan Adalın paytaxtı olub, lakin vaxt ötdükcə Adal mövqelərini itirib. Hazırda Harara Efiopiya hökuməti nəzarət edir. === Cuqol === Şəhərin "Cuqol" adlandırılan köhnə hissəsi son 400 il ərzində çiçiəklənmə vaxtı qonşuların hücumlarından müdafiə üçün dörd metr hündürlüyə malik divarlarla əhatə olunub. 2006-cı ildə 82 məscidə malik Cuqol YUNESKO-nun Dünya irsi siyahısına daxil edilib. 300 ildən çox müddət ərzində köhnə şəhərə giriş qeyri-müsəlmanlar üçün bağlı olub. Burada mövcud ənənəyə əsasən, köhnə şəhərdə sakinlər evlərin xarici divarlarını müxtəlif əlvan rənglərə boyayırlar. Evlər üç növdə tikilib; bəziləri Qırmızı dəniz sahilindəki ənənəvi ərəb şəhərləri memarlığını xatırladır.
Hasar
Hasar (Xoy) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. Hasar (Sərdarabad) — Sərdarabad mahalında kənd.
Havar
Havar adaları (ərəb. جزر حوار‎) — Hind okeanına aid Fars körfəzində yerləşən arxipelaq. Adalar inzibati cəhətdən Bəhreynin Cənub muxafazasına daxil olsa da 16 adadan üçünə Qətər iddia edir. == Coğrafiyası və təsviri == Arxipelaqın mərkəzi Bəhreynin əsas adasından 25 km cənub-şərqdə yerləşir. Arxipelaqın bir qutaracağı Qətərin qərbindən bir km məsafədə yerləşir. Bu səbəbdən 16 adadan üçünün hansı dövlətə mənsub olması mübahisələrə səbəb olur. Ümumilikdə isə bəzi mənbələrdə ada, adacıqlar, qumlu dillər, dayazlıq və bankələrin sayı ilə birlikdə 36 adanın hələ də dəqiq kimə mənsubluğu müəyyən edilməmişdir. Arxipelaqın uzunluğu 23 kilometr, eni isə 8 km təşkil edir. Ümumi sahəsi isə cəmi 52 km²-dir. Ən böyük adası Havar adlanır.
Hisar
Hisar (Bükan)
Hobart
Hobart — Avstraliyanın Tasmaniya adasının ən böyük şəhəri və paytaxtı. Dervent çayının və Vellinqton dağının (1270 m) yaxınlığındadır. == Tarixi == Hobart şəhərində ilk yaşayış məntəqəsi Risdon körfəzində qurulmuşdur. YYaşayış məntəqəsi daim fransızlarla ingilislər arasında mübahisə yaratmışdır. 20 fevral 1804-cü ildə yaşayış məntəqələri daha uyğun olan Sullivan körfəzinə köçürülmüşdür. Yaşayış məntəqəsi uzun müddət buranı idarə edən Lord Hobartın adı ilə Hobart Taun və Hobarton adlandırılmışdır. Buranın əsl sakinləri yerli Mouhenener qəbiləsi olmuşdur. Uzun müharibələrdən sonra aboregenlərin sayı kəskin azalmışdır. Çarlz Darvin 1836-cı ilin fevralında bu şəhərdə olmuşdur. == Coğrafiya == Hobar Darvent çayının yaxınlığında yerləşir.
Hoçaz
Hoçaz — Azərbaycan Respublikasının Laçın rayonunun Hoçaz kənd inzibati ərazi dairəsində kənd. == Etimologiyası == Kəndin qərbində Hocazdaşı adlı dağ da var. Kənd öz adını eyniadlı çaydan almışdır. == Tarixi == 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kəndi işğal etdikdən sonra kəndin təqribən 50%-dən çox yaşayış evləri dağıdılmışdır. Kənd 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Coğrafiyası və iqlimi == Kənd Hocaz çayının sahilində, Qarabağ yaylasındadır. == Əhalisi == Azərbaycan Nazirlər Kabineti yanında Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupun eksperti Faiq İsmayılovun məlumatına görə, kəndin əhalisi bütün dövrlərdə azərbaycanlılardan ibarət olmuşdur.
Çezar
Çezar — 18 fevral 1980-ci ildə anadan olan Rumıniyalı müğənni. Çezar 2013 Avroviziya Mahnı Müsabiqəsində Rumıniyanı "It's My Life" mahnısı ilə təmsil edib və öz ölkəsinə 14-cü yeri qazandırıb.
Çobar
Çubər — İranın Gilan ostanında yerləşən şəhər. Çobar əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edir. == Əhalisi == Şəhərdə 2006-cı il siyahıya alınmaya görə 1,481 nəfər yaşayır (374 ailə).
Çomar
Çomar — Rəcəb Tayyib Ərdoğanı kor-koranə dəstəkləyən stereotip fanat, dindar, milliyətçi, mühafizəkar və savadsız türklərə istinad etmək üçün istifadə edilən türkcə jarqon. == Zəmin == Bu söz əvvəlcə Anadolunun kənd yerlərində sahibinə hədsiz sədaqətləri ilə tanınan iri çoban itləri üçün istifadə edilmişdir. Buna baxmayaraq, bu, Gəzi parkı etirazlarından sonra siyasi sözə çevrilmişdir. Bu söz mahiyyət etibarı ilə "rednek"in türkcə variantıdır. Türk Dil Qurumu bu sözün başqa bir mənasını "dözümsüz, kobud, aqressiv insan" kimi vermişdir.
Hannelore Hoger
Hannelore Hoger (20 avqust 1942, Hamburq) — alman aktrisa.
Hasar (Qəzvin)
Hasar (Qəzvin) (fars. حصار‎) - İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 440 nəfər yaşayır (149 ailə).
Hasar (Xoy)
Hasar (fars. حصار‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 362 nəfər yaşayır (64 ailə).
Hasar sarmaşığı
Hasar sarmaşığı (lat. Calystegia sepium) - çəpərsarmaşığı cinsinə aid bitki növü.
Hezer Lencenkemp
Hezer Lencenkemp (17 iyul 1964, Talsa) — ABŞ aktrisasıdır. Ən məşhur filmi "Qarağac küçəsində dəhşət" filmidir. Bu filmdə Nensi Tompson personajının ifa etməsi ilə film səhnəsində böyük populyarlıq qazanmışdır. == Həyatı == Hezer Lencenkemp 17 iyul 1964-cü ildə Oklahoma ştatının Talsa şəhərində rəssam Meri Elis və neft maqnatı Dobi Lencenkempin ailəsində dünyaya gəlmişdi. Atası Dobi Karter və Klinton administrasiyasının energetika komissiyasının müavini vəzifəsində işləyirdi. Hezer 1983–1994-cü illər arasında bir çox filmlərə çəkilmişdi. Hezer Lencenkemp Devid Leroem Anderson ilə ailə həyatı qurmuş və ondan iki övladı dünyaya göz açmışdı. Cütlük Kaliforniya ştatının Los Anceles Sahəsinə məxsus Malibu şəhərində yaşayırlar.
Hödər (Salmas)
Hödər (fars. هدر‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kəndin əhalisini Azərbaycan Türklərinin Kürəsinli tayfası təşkil edir. 2006-cı il məlumatına görə kənddə 1,036 nəfər yaşayır (210 ailə).
Hızır Paşa
Hızır Paşa — Misir və Budin bəylərbəyi, Osmanlı vəziri == Həyatı == == Mənbə == Sicill-i Osmani VI, səh.
Həjar Şamiloğlu
Həjar Şamil oğlu Süleymanov və ya Həjar Şamiloğlu (kürd. Hejarê Şamil; 16 iyul 1966, Kəlbəcər) — azərbaycanəsilli Rusiya və Qırğızıstan yazıçısı, şairi və jurnalisti. == Həyatı == Həjar Şamil oğlu Süleymanov 16 iyul 1966-cı ildə Azərbaycanın Kəlbəcər şəhərində, Şamil Əsgərov və Nazilə Əsgərovanın ailəsində anadan olmuşdur. O, 1984–1990-cı illərdə Bakıda filologiya ixtisası üzrə təhsil almışdır. Şamiloğlu 1989–1991-ci illərdə təhsilini başa vurduqdan sonra Bakıda "Yazıcı" nəşriyyatında işləmişdir. Bundan sonra o, 1991–1993-cü illərdə Azərbaycan Mlli Məclisinə bağlı "Azərbaycan" qəzetində müxbir olaraq çalışmışdır. Şamiloğlu həmçinin, 1992–1994-cü illərdə "Kurdish Voice" jurnalının Bakıdakı bölməsinin redaktoru, 1994–1997-ci illərdə Moskvada "Kurdistan Report" jurnalının redaktoru, 2000-ci ildən sonra isə İraq Kürdüstanında "Maxmûr" jurnalının redaktoru kimi işləmişdir. O, 2008-ci ildə "Ak News"un müxbiri olmuş, 2004–2010-cu illərdə Qazaxıstanda "Nubar" jurnalının redaksiyasında işləmişdir. Şamiloğlu 2005–2010-cu illərdə Qırğızıstanda radio redaktoru işləmişdir. O, rus, Azərbaycan və türk dillərində çoxlu kitablar yazmışdır.
Mark Hoare