Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Horus
Horus (və ya Horos, Hor), Qor - erkən Misir mifologiyasına görə baş tanrı sayılır. Ən qədim dövrdə göylər tanrısı, Horus bir (çox hallarda Hor) qədim Misir dilindəki Hr ("yüksəklik", "səma" mənasını daşıyır) sözünün latın dilindəki formasıdır. Bu ad, göy tanrısına aid edilir. Digər tanrıların adları kimi, bu ad da, qədimdən bir çox formalara malik olmuşdur: „Şərqi Hor" „Şenut Hor" „Hor-Anubis" „ Hierakonpolisli Hor" „Böyük Hor" „Butolu Hor" „Şimali Hor" „Mükəmməl Hor" == Horus rəvayətlərdə == Rəvayətə görə Horus Göy tanrısı hesab edilir. Günəş və Ay allah cismi kimi təsəvvür edilən göyün gözləri hesab edilir. Günəş tanrının sağ, ay isə sol gözü sayılır. Şahinin lələklərinin ucları göyün hüdudlarını göstərir. Horusun gözü qədim Misirdə simvolik əhəmiyyətə malik olmuşdur. Əfsanəyə görə, döyüşlərin birində Set tərəfindən burub çıxarılmış Horusun sol gözündən Ay yaranmışdır. Ayın fazası bu zədələnmə ilə izah edilir.
Moruq
Moruq (lat. Rubus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Azərbaycanda həm yabanı, həm də mədəni şəkildə yayılmışdır. Tünd-qırmızı rəngli, turşməzə meyvələri olur. Meyvələri qurudulan zaman bozumtul-qonur rəngə çevrilir. Ən əla keyfiyyətli meşə moruğu hesab olunur. Meşə moruğunun meyvələri xırda olsa da, çox şirəli, şirin və ətirlidir. Meyvələri avqust ayında yetişir. Moruğun meyvələrini günəşli quru havada, tam yetişən dövrdə yığmaq lazımdır. Qurudulması isə o qədər də isti olmayan sobalarda və ya xüsusi quruducularda aparılmalıdır.
Poruq
Poruq (lat. Stachys) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi. Bu cinsin Yer kürəsinin mülayim iqlim qurşaqlarında və subtropik vilayətlərdə bitən 300 növə yaxın, Azərbaycanda isə 23 növ birillik və çoxillik bitkiləri məlumdur. Onlardan təxminən 15 növündən, o cümlədən aşağıdakı növdən yaşıllaşdırmada istifadə edilir: Yunlu poruq (S. lanata) azyarpaqlı gövdələri 60 sm hündürlüyə çatan kökümsovlu, çoxillik bitkidir. Gülləri yalançı çiçək köbəsindən ibarət sünbülşəkilli çiçək qrupunda yığılmışdır. İkidodaqlı çiçək tacı çəhrayı ya da çahrayımtıl-bənövşəyi rənglidir. Bu bitkinin vətəni Rusiyanın cənub rayonları, Zaqafqaziya Türkiyənin qərb vilayətləri və İranın şimalıdır. Yunlu poruq 1782-ci ildən gülçülükdə geniş istifadə olunur. Poruğu toxumlarla və kolun bölünməsi ilə çoxaltmaq olar. Bordürlərdə vaxtaşırı yararsız çiçəkləri kəsilərsə çox gözəl görünür.
Qoruq
Qoruq — mövcud təbiət komplekslərini qorumaq, təbiət proseslərinin təbii hərəkətlərini öyrənmək üçün xüsusi qorunan təbiət əraziləridir. Qoruqlar elm, mədəniyyət və təsərrüfat üçün müstəsna əhəmiyyəti olan, dövlət tərəfindən mühafizə edilən ərazilərdir (akvatoriyalar). Qoruqlar təbiətin ən yaxşı mühafizə formalarından biridir. Burada müxtəlif təbii zonaların xarakterik landşaftları, kökü kəsilməkdə olan, yaxud nadir hallarda rast gələn bitki və heyvan növləri, eləcə də aradan çıxmaq təhlükəsinə məruz qalan təbii komplekslər və onların komponentləri, marağalar, şəlalələr, buzlaqlar və s. qorunur. Qoruqlarda geoloji kəşfiyyat işləri, şumlama, mal-qara otarması, turizm, ov etmək, balıq tutmaq, ağac kəsmək, bitkiləri məhv etmək, ümumiyyətlə təbii sərvətlərdən istifadə etmək və onların təbii halını pozmaq qadağan edilir. Qoruqlar təbii canlı laboratoriya sayılır. Burada müxtəlif obyektlərdə uzun illər boyu tədqiqatlar aparılır, təbiətin etalon və kontrol sahələrində mürəkkəb ekoloji sistemlərin inkişafı qanunauyğunluqları öyrənilir. Tədqiqat zamanı əldə edilən materiallar təsərrüfatda istifadə edilən sahələrlə müqayisə edilir. Belə nəticələr təbii mühitin pozulma dərəcəsini aşkara çıxarmağa və onun qarşısını almaq üçün tədbirlər sistemini hazırlamağa imkan yaradır.
Dərman poruğu
Erebuni qoruğu
Erebuni Dövlət Təbiət Qoruğu (erm. «Էրեբունի» արգելոց) — Ermənistan ərazisinin Kotayk mərzi ilə Ararat mərzi sərhədində, Şorbulaq və Qexadir kəndləri arasında yerləşir. Qoruq 1981-ci ildə 89 ha ərazidə təşkil olunmuşdur. Burada 10 milyonlarla yaşı olan suxurlar vardır. Burada Ermənistan ərazisində yetişən endemik bitkilər var. == Təbiəti == === İqlimi === Qoruğun ərazisi olduqca kontinentald və qurudur. Orta illik temperatur 11 °C, yağıntının miqdarı 300–350 mm təşkil edir. Qışı az qarlı, qoyuq və buludlu olur. Qar örtüyünün qalınlığı 10–35 sm arasında dəyişir. Qış noyabrın ikinci yarısında başlayır və martın ikinci yarısında isə bitir.
Həştərxan qoruğu
Həştərxan qoruğu — Bu qoruq Volqa çayı deltasında 1919-cu ildə salınmışdır. == Məlumat == Həştərxan qoruğu çayın deltasının nadir təbii kompleksinin mühafizəsi və ilk növbədə burada su quşlarının qışlaması və yuvalaması, onların tüləmə yerlərinin qorunması məqsədilə yaradılmışdır. Həştərxan qoruğu vətəkə balıqlarının təbii çoxalmasında böyük əhəmiyyət kəsb edir. Qoruğun ümumi sahəsi 63,4 min hektardır. Həştərxan qoruğunun su quşlarının qorunmasında beynəlxalq əhəmiyyəti vardır. 1968-ci ildə Həştərxan qoruğu nəzdində ornitoloji stansiya təşkil edilmişdir. Qoruqun iqlimi mülayim kontinentaldır: yayı isti, qışı isə soyuqdur. Qar örtüyü 60 gün, buz örtüyü isə 60–90 gün qalır. Qoruqda olan bütün hövzələrin suyu şirindir. == Flora və fauna == Həştərxan qoruğu sularında 65 fəsiləyə daxil olan 290 növ bitki və onurğasız heyvanların 500 növü qeydə alınmışdır.
Kamçiya qoruğu
Kamçiya biosfer qoruğu (bolq. Биосферен Резерват Камчия — Bolqarıstanın şərqində yerləşən qoruq. Qoruq əsasən Kamçiya çayının subasar ərazilərini və mənsəbini əhatə edir. Çayın subasar hissəsində olan meşələri qorumaq üçün 1951-ci ildə yaradılmışdır. Yaraldılan zamanı daha böyük ərazini əhatə edirdi - 1200 hektar. Kamçiya uzun müddət UNESCO-nun qorunan ərazilər siyahısında idi. Qoruq ərazisinə həmçinin Qara dəniz sahillərində olan kiçik zolaq daxil idi. Qoruqdan qorunma statusu 2017-ci ildən götürülmüşdür. == Coğrafiyası == Qoruğun əsas sahəsi 842.1 hektardır (bufer zonası 230 ha). Əsas sahənin 764 hektarı meşədir, qalan 78.1 ha meşəsiz ərazilərdir (34.5 ha çəmənliklər, 0.4 ha kanallar, 3.3 ha qobular, 21,8 ha bataqlıq meşələri, 9,9 ha bataqlıqlar və s.).
Kobuleti Qoruğu
Kobuleti Qoruğu ( gürc. ქობულეთი ), Gürcüstanın Acarıstan bölgəsi, Kobuleti Bələdiyyəsində, Qara dəniz sahili boyunca Kobuleti'nin şimal hissəsində qorunan bir ərazidir . Kobuleti qorunan ərazilər 1998-ci ildə Ramsar Konvensiyası ilə tanınan bənzərsiz bataqlıq ekosistemlərini qorumaq üçün qurulmuşdur. Kobuleti qorunan ərazilərə müvafiq olaraq Şavi Ghele ( qara dərə ) çayının sol və sağ sahilində yerləşən Kobuleti Qoruğu və Kobuleti İdarə Qoruğu daxildir. Kobuleti Qoruğu, şimalda Togoni çayı ilə həmsərhəd olan ərazini, şərqdə Kobuleti - Ozurgeti şossesini, cənubdan Şavi Ghele və qərbdən Kobuleti ətraflarından sərhədlənir. == Coğrafiya == Qoruq Şavi Gele və Togoni çayları və bir neçə su axını ilə kiçik bir eroziya ilə düz bir səthə malikdir. Yerli torf qübbələri adlandırılan, nəzərə çarpacaq dərəcədə nəzərə çarpan yerüstü yüksəklikləri olan torf yosundan ibarətdir. Bu kiçik yüksəkliklər ətrafından 1–3 m yuxarı qalxır. Bu ərazidə çuxur 5 m-dən 9 m-ə qədər qalınlığı olan tək torf təbəqəsindən ibarətdir == İqlim == Qoruq yüksək nisbi rütubət və dövri güclü külək olan rütubətli dəniz subtropik iqlimə malikdir. Yağıntılar, əsasən, illik miqdarı 1500–2500 mm olan yağış şəklində olur.
Komandor qoruğu
Komandor dövlət təbiət qoruğu — 23 aprel 1993-ci ildə yaradılmışdır. Qoruq dörd əsas adanın sahəsində qurulmuşdur — Mednı, Beqinqa, Ariy kamen və Toporkov, üstəlik 60 kiçik ada. Qoruğun ərazisinə Berinq dənizi və Sakit okeanın şelf əraziləridə daxildir. Komandor adaları Sakit okeanın şimal-qərbində yerləşərək, Aleut adaları silsiləsinin sualtı davamını təşkil edir. Ən hündür nöqtəsi Steller dağıdır (755 m). Qoruğun sahəsi 3 648 679 ha təşkil edir. Üstəlik 3 463 300 ha dəniz sahəsi belə bura daxildir. == Flora və fauna == Qoruq ərazisində ümmumilikdə 383 növ və 37 yarımnöv borulu bitkiyə rast gəlinir. Adalar 93 bitkinin şərq, 10 bitkinin isə qərb qərhədini təşkil edir. Ərazidə bir çox endemik və relikdir, İlin şaxtasız günlərinin sayı 127–140 arasında dəyişir.
Komarov moruğu
Korqaljın qoruğu
Korqaljın Dövlət Təbiət Qoruğu (qaz. Қорғалжын мемлекеттік табиғи қорығы) ― Qazaxıstanın Aqmola və Karağandı vilayətlərində, Astana şəhərinin qərbində yerləşən təbiət qoruğu. Ərazi həm UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmiş Şimali Qazaxıstan step və göllərinin, həm Ramsar sahəsinin, həm də müvafiq biosfer qoruğunun bir hissəsidir. Ərazidəki göllərdən ən böyüyü Tengiz gölüdür. 543 171 hektar ərazisi olan Korqaljın təbiət qoruğunun ərazisi köçəri quşların Hindistan və Sibir-Şərqi Afrika miqrasiya marşrutunun ayrılmaz hissəsidir və yalnız Qazaxıstan üçün deyil, həm də bütün Asiya üçün beynəlxalq əhəmiyyətli bataqlıq sahəsidir. Ərazidəki böyük su ehtiyyatı Asiyadakı ən böyük bataqlıq quşları populyasiyası üçün yaşayış sahəsini təmin edir. == Tarix == 1976-cı ildə Tengis - Korqaljın gölləri Beynəlxalq əhəmiyyətli bataqlıq ərazilərin siyahısına, "Ramsar siyahısına" daxil edilmişdir. Qoruq 2008-ci ildə “Sarıarka - Şimali Qazaxıstan step və gölləri” ilə birlikdə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. 2012-ci ildə UNESCO Korqaljın qoruğunun Qazaxıstan Respublikasının ilk biosfer qoruğu olaraq tanımışdır. == Bitki == Mühafizə olunan ərazinin bioloji müxtəlifliyinə 500-dən çox bitki növü (Qazax təpəliyinin bütün florasının dörddə biri) və 43 növ məməli və 350 növ quş da daxil olmaqla 1400-dən çox heyvan növü daxildir.
Krosnovodsk qoruğu
Krosnovodsk qoruğu — 1932-ci ildə Xəzər dənizi sahəsində təşkil edilmiş qoruq. == Məlumat == Bu qoruğ 1932-ci ildə təşkil edilmişdir, lakin onu 1969-cu ilə kimi Həsənqulu qoruğu adlandırmışlar. Bura əsasən quşlar qışlamağa gəlirlər. 1968-ci ildə qoruğun sahəsi xeyli artırılmış və buraya Krosnovodsk və şimali Çəlikən körfəzləri də daxil edilmişdir. Qoruğun ümumi sahəsi 262 min hektardır. Qoruq şimal və cənub hissələrdən ibarətdir. Krosnovodsk qoruğunun iqlimi kontinental qurudur, qar örtüyünün müddəti 10-20 gündür, qoruğun duzluluğu 13,5 % dir. == Flora və fauna == Krosnovodsk qoruğunda 400 növ quru bitkisi müəyyənləşdirilmişdir onun əsas hissəsini səhra bitkiləri təşkil edir. Bunlar qaraşoran, saksaul, kəvən, şoraot və s. Krosnovodsk körfəzinin zooplanktonunda 18 növ heyvan qeyd edilmişdir.
Kuril qoruğu
Kuril qoruğu — dövlət təbii qoruğu. RSFSR Nazirlər Sovetinin 10 fevral 1984-cü il tarixli 47 nömrəli qərarı ilə Kunaşir adasında və RSFSR-in Saxalin vilayətinin Cənubi Kuril rayonunda Kiçik Kuril cərgəsi adalarında qurulmuşdur. Sahəsi 65 355 hektardır. Qorunan zona 73 475 hektardır. Qoruğun mərkəzi şəhər tipli Yujno-Kurilsk qəsəbəsindədir. Qoruğun yaradılmasında məqsəd təbii proseslərin və hadisələrin təbii gedişatını, flora və faunanın genetik fondunu, bitki və heyvanların ayrı-ayrı növlərini və icmalarını, Cənubi Kuril adalarının tipik və unikal ekoloji sistemlərini qorumaq və öyrənməkdir. Qoruğun təbii kompleksləri misilsizdir və dünyada analoqu yoxdur. Kunaşir ərazisi və Kiçik Kuril silsiləsi Rusiya ilə Yaponiya arasında ərazi mübahisəsinin predmetidir. == Flora və fauna == Bitki örtüyünün əsasını mühafizə olunan ərazinin 70% -dən çoxunu tutan meşələr təşkil edir. Qoruğun ərazisində 227 növ quş (bunlardan 107-si yuva qurur), 29 növ məməli vardır.
Laqodexi qoruğu
Laqodexi (gürc. ლაგოდეხის სახელმწიფო ნაკრძალი) — Gürcüstan ərazisində mövcud olan qoruq. Üstəlik ərazidə həmcinin yasaqlıq mövcuddur. Yasaqlığın tarixi 2003-cü ildən başlayır. Goruq 1912-ci ildə təşkil efilmişdir. Ümumilidə Gürcüstan ərazisində təşkil olunan ilk qoruqdur. == Yerləşməsi və coğrafiyası == Qoruğun ərazisi Gürcüstanın şimal-şərqində, Qafqaz dağlarının cənub ətəklərində yerləşir. Qoruq ərazisi Azərbaycan və Dağıstanla sərhdə malikdir. Qoruğuun sahəsi 19 748 ha, yasaqlığın ərazisi isə 4702 hektardır. Qoruğun ərazisi 590–3500 metr okean səviyyəsindən yüksəklikdə qərarlaşır.
Liaxvi qoruğu
Liaxvi Qoruğu ( gürc. ლიახვის სახელმწიფო ნაკრძალი ) Sxinvali rayonunun şimal-şərq hissəsindəki Böyük Qafqaz silsiləsinin cənub yamacındakı Şida Kartli, tarixi bölgəsindəki Gürcüstanın Axalgori Bələdiyyəsində qorunan bir ərazidir. .Qoruğun əsas məqsədi ətraf dağlıq ərazidə flora və faunanın qorunmasıdır. Ümumiyyətlə Patara Liaxvi dərəsində bir çox turistik məkan var: etnoloji, quş izləyicisi və botanika. == Tarix == Tarixən bu sahə Şida Kartli, həm də Dvaleti və Samachablo kimi tanınır və sovet dövründə Cənubi Osetiya Muxtar Vilayəti kimi tanınırdı. Liaxvi dərəsində və ətraf ərazilərdəki neolit və eneolit abidələrinə eramızdan əvvəlki dövrlərdə bu ərazidə yaşayan insanlar şahidlik etmişdir. Cava bölgəsində ibtidai insan yaşayış yerlərinin qalıqları qazılmışdır. Bu arxeoloji kəşflər arasında ən məşhuru Ksani dərəsində tapılan Axalgori xəzinəsidir . Xəzinə eramızdan əvvəl IV- V əsrlərə aiddir . Siklop qalalarının qalıqları bu bölgədə hələ də görünməkdədir.
Maqadan qoruğu
Maqadan Dövlət Təbiət qoruğu — Maqadan vilayətinin cənubunda, Oxot dənizinin şimal sahili yaxınlığında, Maqadan vilayətinin Olski və Srednekanski rayonlarında yerləşən bir qoruq. Qoruğun əsası 1982-ci ildə qoyulmuşdur, sahəsi 883 817 hektardır. Qoruq dörd sahədən ibarətdir: Kava-Çelomdjinski (624 456 ha), Olski (103 425 ha), Yamski (38 096 ha), Seymçanski (117 839 ha). Bütün digər sahələr bir-birindən çox uzaq məsafədədir, ərazilərində yaşayış məntəqələri və nəqliyyat marşrutları yoxdur. Qoruğun mərkəzi əmlakı Maqadan şəhərində (ərazilərdən 100-650 km) yerləşir. 2005-ci ildən etibarən ehtiyat, UNESCO-nun Dünya Mirasları siyahısına daxil edilmək üçün bir namizəddir. == Flora və fauna == Qoruğun ərazisində 729 növ damarlı bitki qeyd edilmişdir. Əsas meşə yaradan növlər şamkimilərdir. İkinci geniş yayılmış növ Alçaqboylu sidr şamı, relikt mərkəzi növ isə Sibir küknarıdır. Sularında 32 növ balıq, ümumilikdə 180-dən çox növ quş yaşayır.
Meşə poruğu
Naurzum qoruğu
Naurzum Dövlət Təbiət Qoruğu (qaz. Наурызым мемлекеттік табиғи қорығы) ― Qazaxıstan ərazisində qoruq. Ərazi UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmiş "Sarıarka - Şimali Qazaxıstan step və gölləri"nin bir hissəsidir. Qoruq Qazaxıstanın çöl zonası daxilində yerləşən Turqay yaylasının mərkəzi hissəsindədir. Qoruğun bitki örtüyü zəngindir və çöllər, kolluq ərazilər, yarımsəhra və çöl zonası daxilində yaranması ilə misilsiz bir xüsusiyyət kimi qəbul edilən meşələri əhatə edir. Bu meşələr əsasən şam ( Pinus sylvestris), tozağacı ( Betula pendula, B. pubescens ) və əsməqovaqdan (Populus tremula) ibarətdir. Ərazinin dəniz sahilləri boyunca suya uyğunlaşmış bitki örtüyü mövcuddur. Kolluqların üstünlük təşkil etdiyi hissələrdə tipik çöl kollarından olan alçaq badam (Amygdalus nana), albalı (Cerasus fruticosa), Cytisus ( Cytisus ruthenicus), yabanı gül növləri (Rosa) və ardıc (Juniperus sabinea) yayılmışdır. Daha rütubətli ərazilərdə söyüd (Salix), göl sahillərində isə çoxbudaqlı yulğuna (Tamarix ramosissima) rast gəlinir. Qoruqda 47 növ məməli, 279 növ quş, 10 növ sürünən və amfibiya və 10 balıq növü mövcuddur.
Orelyak qoruğu
Orelyak qoruğu (bolq. Ореляк) — Bolqarıstanın cənub-qərbindəki Pirin dağ silsiləsinin mərkəzi hissəsində yerləşən təbiət qoruğu. Blaqoevqrad vilayəti Qose-Delçev icmasında yerləşir. 22 fevral 1985-ci ildə Mərkəzi Pirinin ən yüksək zirvəsi olan Orelyak dağının (2099 m) kənarındakı köhnə fıstıq meşələrini qorumaq məqsədilə qurulmuşdur. Qoruq 757 ha (7,57 km²) ərazini əhatə edir. Qoruğun sərhədləri Aurelak dağının şimalındakı əsas dağ silsilələri boyunca uzanır. Silsilə özü ehtiyatın tampon zonasında yerləşir. Ən şərq hissəsi Marevo çayının qolu olan Lajniçka çayının vadisindədir. Qoruq 900–1800 m hündürlükdə yerləşir. Dağlar mərmər suxurlardan təşkil olunub.
Putorana qoruğu
Putorana Dövlət Təbiət Qoruğu — Putorana platosu daxilində, Orta Sibir yaylasında Taymır yarımadasının cənubunda yerləşir. Qoruğun ərazisi 1 887 251 ha-dır ki, bununda 1 773 300 ha ərazisi qorunandır. Qoruq 15 dekabr 1988-ci ildə təsis edilmişdir. Qoruğun cəmi 28 işçisi vardır. İnzibati cəhətdən qoruq Norilsk (Krasnoyarsk diyarı) ərazisində yerləşir. 30 mart 2013-cü ildə Böyük Arktika qoruğu ilə birlikdə «Taymır qoruğu» ilə birləşmişdir. Qoruğun yaradılmasında əsas hədəflər: Dağ-göl-meşə lanşaftının qorunması; Özünəməxsus bitki aləminin qorunması; Nadir heyvanların qorunması (Xüsusi ilə Qar qoyununun Putoran yarımnövünün qorunması. Yarımnöv SSRİ və Rusiyanın Qırmızı kitabına daxil edilmişdir.); Dünyada ən böyük Şimal maralı papulyasiyasının qorunub artırılması. Bu canlıların qışlağı qoruq ərazisində yerləşir. Qoruğun ərazisi 2010-cu ilin avqust ayında YUNESCO Ümumdünya irsi siyahısına daxil edilmişdir.
Qafqaz qoruğu
Qafqaz qoruğu — dövlət təbiət qoruğudur. Tam adı X.G. Şapoşnikov adına Qafqaz Dövlət Təbiət Biosfer Qoruğudur. Şimali Qafqazda ən böyük və ən qədim, xüsusi qorunan təbiət sahəsidir. Rusiya Federasiyasının üç tərkib hissəsi — Krasnodar diyarı, Adıge Respublikası və Qaraçay-Çərkəz Respublikası sərhədləri daxilində yerləşir. Qoruq, 12 may 1924-cü ildə təsis edilmiş, Qərbi Qafqazda mülayim və subtropik iqlim zonalarının kəsişməsində yerləşən Qafqaz bizon qoruğunun hüquqi varisidir. Avropanın ən böyük dağ-meşə qoruğudur. Qoruğun ümumi sahəsi 280 min hektardan çoxdur, bunun 177,3 min hektarı Krasnodar diyarındadır. 19 fevral 1979-cu ildə UNESCO-nun qərarı ilə Qafqaz qoruğuna biosfer qoruğu statusu verildi və 2008-ci ilin yanvarında X.G. Şapoşnikovun adını aldı. 1999-cu ildə, Qafqaz Dövlət Təbiət Biosfer Qoruğunun ərazisi, Krasnodar diyarı və Adıge Respublikasında bir sıra digər təbiəti mühafizə obyektləri ilə birlikdə təxminən 19 min hektar sahə, Qərbi Qafqaz adı altında Ümumdünya irsi siyahısına daxil edilmişdir. Qoruqda 89 növ məməli, 248 — quş, o cümlədən 112 yuva quran quş, 15 növ sürünən, 9 — suda-quruda yaşayanlar, 21 — balıq, 1 — dəyirmiağızlı, 100-dən çox molyusk növü və təxminən 10.000 həşərat növü var.
Rostov qoruğu
Rostov dövlət təbiət qoruğu — qoruq Cənub Federal dairəsi, Rostov vilayətinin cənub-şərqində Orlov rayonu ərazisində yerləşir. Qoruğun sahəsi 4591 ha-dır. Qoruğa daxil olan ərazilər: Manıç-Qudilo gölünün şimal-qərb hissəsini, Vodnıy adası, Qrelıy adası və onun yaxın akvatoriyası. Maniç çölü əsasən quru, quru və kontinental çöl xüsusiyyətlərinə malikdir. Ərazisinin böyük hissəsi şoranlıqlar və ya şorlaşmış ərazilər təşkil edir. Bu səbəbdən şora davamlı bitkilər yayılır. Qoruq ərazisində ümumilikdə 410 növ borulu bitki növü yayılmışdır. Bu bitkilərdən altısı nadirdir. Quşlar istər növ istərsə say baxımından onurğalılar arasında ən çox olanıdır. Burada nadir quşlardan: dovdaq, Sternula albifrons, kiçik qarabatdaq, cəhrayi qutan, adi ərsindimdik, adi yapalaq, Flaminqo və digərlərinə rast gəlinir.
Sataplia qoruğu
Sataplia qoruğu — Gürcüstanın Çxaltub bələdiyyəsinə bağlı qoruğ. Qafqazın cənub-şərq silsiləsində, Stapli dağında yerləşir. Qoruğun əsası 1935-cildə qoyulub, indiki sərhədlərnən—1957-ci ildə. Qoruğ həmişə yaşıl meşələrin Kolxid növünün və geologiya, arxeologiya abidələrinin qorunması məqsədi ilə qurulub. Qoruğun sahəsi 354 hektardır, 348 hektarı meşə sahəsidi. Qoruğun relyefi dağlıqdır, iqlimi isə subtropikə yaxındır. Qoruqda nadir meşə ağacları yetişir, onlardan: tis, kolxidi samşiti, kolxidi padubu, meşə fıstlğı və s. 20 növ ağac endemik sayılır. Qoruğda dovşan, tülkü, çaqqal və barsuk vardır. Qoruğun ərazisində sönmüş vulkanın krateri, daş dövrünə aid ilk insan məskənləri, dinazavorların daşlaşmım ayaq izləridə vardır.
Saxalin moruğu
Saxalin moruğu (lat. Rubus sachalinensis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü.