Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mural
Panno (fr. panneau, lat. pannus sözündən — "parça") — divarın və ya tavanın (plafon) tam və ya qismən örtülməsi üçün nəzərdə tutulmuş dekorativ xarakterli rəsm əsəri, yaxud barelyef, yonma, yapma və ya keramik kompozisiya. Bayır divarlarda freska texnikası ilə rəngli plitələrdən hazırlanmış pannoları bəzən mural adlandırırlar.
Ural
Ural — Fin və ya qədim Türk dilində "aydın gecə" mənasını ifadə edir. Ural dağları — Ukrayna, Rusiya, Qazaxıstan və Qırğızıstanın ərazisində olan dağ silsiləsi. Ural çayı — Şərqi Avropada çay. Rusiya və Qazaxıstandan keçib Xəzər dənizinə tökülür. Ural Federal Dairəsi — Rusiya Federasiyası federal dairələrindən biri. Ural dilləri — fin-uqor və samodi dillərini birlşdirən dil ailəsi. Ural nefti — Ural Avtomobil Zavodu — URAL nəqliyyat markası — Rusiyada maşın. Ural (Krasnodar vilayəti) — FC Ural — Sverdlovski vilayətində futbol klubu.
Ahmet Kural
Ahmet Kural (10 noyabr 1982, Kütahya) — Türkiyə aktyoru. == Həyatı == Ahmet Kural 10 noyabr 1982-ci ildə doğulmuşdur.
Oktay Vural
Oktay Vural (9 fevral 1956, Diyarbəkir) — türk siyasətçi, hüquqşünas, bürokrat və elm insanı, millət vəkili, Türkiyə Respublikasının 2001–2002-ci illərdə nəqliyyat və infrastruktur naziri vəzifəsini icra edib. == Həyatı və təhsili == Oktay Vural 9 fevral 1956-cı ildə Diyarbəkirdə anadan olub. Orta təhsilini Diyarbakırda bitirib 1979-cu ildə İstanbul Universiteti hüquq fakültəsini bitirib. 1983-cü ildə Ege Universiteti iqtisadiyyat fakültəsinin İqtisadiyyat üzrə magistr dərəcəsini alıb. 1987-ci ildə Dokuz Eylül Universiteti Sosial Elmlər İnstitutundan iqtisad elmləri doktoru dərəcəsini alıb. 1988-ci ildə Dokuz Eylül Universiteti iqtisadiyyat və idarəetmə elmləri fakültəsinin dosenti olub. BOTAŞ boru kəmərləri və yanacaq nəqliyyatında A. Ş. idarə heyətinin müdiri olub. Prezident yanında Dövlət Nəzarət Agentliyinin idarə heyəti üzvü olub. Türkiyə Gübrə Sənaye A. Ş. İdarə Heyətinin və Baş Direktorluğunun, Demokratiyada Birliyin Üzvü, NATO Parlament Assambleyasının üzvü, XXI, XXIII, XXIV və XXV İzmir Millət vəkili, TBMM Sənaye, Ticarət, Enerji, Təbii Qaynaqlar, İnformasiya və Texnologiya Komissiyası və Nəqliyyat Nazirliyi vəzifələrini icra edib. XXIII və XXIV dönəm Türkiyə Böyük Millət Məclisində MHP Qrup sədrinin müavini vəzifəsini rəhbərlik edib.
Rural Universiteti
Rural Universiteti (isp. Universidad Rural) — Qvatemalaın paytaxtı Qvatemala şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarixi == Universitetin əsası 1988-ci ildə qoyulmuşdur.
Tural Abbaslı
Tural Feyruz oğlu Abbaslı (13 sentyabr 1982, Bakı) — Azərbaycan siyasətçisi, jurnalisti, Müsavat Partiyasının üzvü və funksionerlərindən biri (2000–2016), 2016-cı ildən bəri Ağ Partiyasının sədri. Müsavat Partiyasının Divan üzvü olmuş Başxanım Abbasovanın ailəsində böyüyən Tural Abbaslı siyasi fəaliyyətə Müsavat Partiyasında başlamış, 2000–2016-cı illərdə partiya funksionerlərindən biri olmuşdur. 2014-cü ildə Müsavat Partiyası başqanlığına namizəd olsa da, seçkidə sonuncu yeri tutaraq seçilə bilməyib. Tural Abbaslı Ağ Partiyasını təsis edənə qədər İctimai Palata (2010), Demokratik Qüvvələrin Milli Şurası (2013), "Ağ Blok", sədr olduqdan sonra "Qarabağ Komitəsi" və "Azərbaycan Xalq Hərəkatı" kimi bir sıra müxalif siyasi təşkilat və blokların rəhbərliyində təmsil olunub. 2018-ci ildə keçirilən Prezident seçkilərində namizədliyini irəli sürmüşdür. 2020-ci ildə VI çağırış Azərbaycan Milli Məclisinə seçkilər zamanı 21 saylı Nəsimi Birinci seçki dairəsindən namizəd olmuşdur. == Həyatı == Tural Abbaslı 13 sentyabr 1982-ci ildə Bakı şəhərində doğulub. Atasını erkən yaşlarında itirən Abbaslı anası Baxşıxanım Abbasovanın himayəsində böyüyüb. Başxanım Abbasova Müsavat Partiyasının Divan üzvü olub. Siyasi fəaliyyətə başlamasında da məhz anasının təsiri olub.
Tural Eyyubov
Tural Yadulla oğlu Eyyubov (2 iyul 1992, Mollakənd, Kürdəmir rayonu – 25 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tural Eyyubov 1992-ci il iyulun 2-də Kürdəmir rayonunun Mollakənd kəndində Yadulla və Gülnarə Eyyubovların ailəsində anadan olub. 1993-cü ilin iyulunda Eyyubovlar ailəsi Rusiyada yaşamağa başladılar. 1998–2005-ci illərdə təhsilini Rusiyada alıb. 2005–2009-cu illərdə isə Nəsimi rayonunda 240 nömrəli tam orta məktəbdə təhsil alıb. 2009–2013-cü illərdə Bakı Dövlət Universitetində (BDU) "Tətbiqi-riyaziyyat" üzrə ali təhsil alıb. Ailəli idi. == Hərbi xidməti == Tural Eyyubov 2013–2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Həqiqi hərbi xidmətini başa vurduğdan sonra isə 2014–2015-ci illərdə Azərbaycan Ordusunun sıralarında müddətdən artıq həqiqi hərbi xidmətdə olub və "leytenant" hərbi rütbəsi alıb. Azərbaycan Ordusunun leytenantı olan Tural Eyyubov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Tural Gəncəliyev
Tural Gəncəliyev (6 mart 1980, Şuşa, Dağlıq Qarabağ) — Azərbaycan Respublikasının Milli Məclisinin Xankəndidən olan VI çağırış deputatı. "Qarabağa Dönüş" İctimai Birliyinin sədri (2021–h.h.) Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü (2021–h.h.); Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin 2-ci və son sədri (2018–2021) == Həyat == Tural Babaşah oğlu Gəncəliyev, 6 mart 1980-ci ildə Şuşa şəhərində anadan olub. Uşaqlıq illərini Şuşanın ən qədim və məşhur məhəllələrindən biri sayılan "Çölqala Məhəlləsi"ndə yerləşən Xan qızı Xurşudbanu Natəvan, Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəyov və tanınmış muğam ustası Xan Şuşinskinin ev muzeyləri ilə qonşuluqda keçirib. Bu isə onun sonradan musiqi təhsili almağına həvəs yaradıb. Daha sonra Şuşa şəhəri Vaqif Cəfərov küçəsi 28 ünvanında yaşayıb. Şuşa şəhər 4 saylı orta məktəbdə ibtidai təhsil alıb. 1987-ci ildə Şuşa şəhəri Niyazi adına musiqi məktəbində tar sinfinə daxil olub. Eyni zamanda, atası Gəncəliyev Babaşah Şuşa şəhər Uşaq Şahmat məktəbinin direktoru işlədiyi müddətində şahmat dərsləri sinfinə gedərək, şahmat təlimi alıb. Dağlıq Qarabağda keçirilən musiqi müsabiqələri və şahmat yarışlarında uşaq vaxtlarından iştirak edib. Şuşanın işğalı səbəbindən 1992-ci ilin may ayından etibarən Bakı şəhərinə köçmüş və məcburi köçkün olaraq orta məktəb və musiqi təhsilini Bakıda davam etdirib.
Tural Haşımlı
Tural Hümbətov
Tural Hümbətov (24 yanvar 1994, Sankt-Peterburq, Rusiya) — müdafiəçi mövqeyində oynayan Azərbaycan futbolçusu. 2017-ci ildən Makedoniyanın "Pobeda" klubunda çıxış edir. 17, 19 və 21 yaşadək Azərbaycan yığma komandalarının şərəfini qoruyub. Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarında 23 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətinə salınmışdır. == Həyatı == Tural Hümbətov 1994-cü ildə Sankt-Peterburqda anadan olmuşdur. Futbolla 10 yaşında məşğul olmağa başlamışdır, onun ilk klubu Vasili Aleksandroviç Kostrovskinin çalışdırdığı DYUSŞ "Smena" klubu olmuşdur. Bir il sonra o, Sankt Peterburqun "Turbostroitel" komandasına (indiki "Zenit-84") keçir, burada məşqçisi Protasov Sergey İvanoviç olur. Klubun kapitanına çevrilən Tural burada 4 il keçirir. 2009-cu ildən 2011-ci ilə qədər Romanov Sergey İvanoviçin rəhbərliyi altında olan SDYUŞOR "Zenit"in oyunçusu olur 2011-ci ildə Sankt-Peterburq Dövlət Aerokosmik Cihazqayırma Universitetinin hüquq fakültəsinə qəbul olmuşdur. == Klub karyerası == === Çempionat === ==== Rusiya ==== 2011-ci ilin əvvəlində Zenit futbol komandasının Akademiyası ilə müqavilə bağlayır, 18 yaşadək komandanın tərkibində "Severo-Zapad" birinciliyində bir il keçirir.
Tural Hümmətov
Tural Rövşən oğlu Hümmətov (20 may 1998, Tatoba, Lənkəran rayonu – 7 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tural Hümmətov 1998-ci il mayın 20-də Lənkəran rayonunun Tatoba kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Tural Hümmətov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Hadrut qəsəbəsinin, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tural Hümmətov noyabrın 7-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Lənkəran rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Hümmətov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Hümmətov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Tural Həmid
Tural Həsənov
Tural Həsənqarayev
Tural Mustafayev
Tural Mustafayev (28 avqust 1980, Bakı) — Azərbaycan teatr rejissoru. == Həyatı == Tural Mustafayev 28 avqust 1980–ci ildə Bakı şəhərində anadan olub. 2000-2006-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsində təhsil alıb. Azərbaycan Dövlət Pantomima Teatrında, Gənc Tamaşaçılar Teatrında və Rus Dram Teatrında aktyor işləyib. “YUĞ” teatrının rejissoru olub. 2011-2017-ci illərdə Lənkəran Dövlət Dram Teatrının baş rejissoru olub. Bir sıra Beynəlxalq festivallarda iştirak edib. == Quruluş verdiyi əsərlər == Ə.Haqverdiyev “Yeyərsən qaz ətini, bilərsən ləzzətini” A.Puşkin “Qızıl xoruz” Ə.Haqverdiyev “Şah” M.F.Axundov “Lənkəran xanın vəziri” Xanım “Yeni il nağılı” E.Voyniç “Ovod” A.Nikolayi “Qızıl qəfəs” və başqaları. 6 may 2015-ci ildə və 6 may 2016-cı ildə Prezident Mükafatına layiq görülmüşdür. Aktrisa Almaz Mustafayevanın oğludur.
Tural Məmişov
Tural Tələt oğlu Məmişov (5 aprel 1992; Gədəbəy rayonu, Azərbaycan — 5 noyabr 2020; Laçın rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Tural Tələt oğlu Məmişov Gədəbəydə doğulub Laçın şəhərində vəfat etmişdir. == Həyatı == Tural Məmişov 1992-ci il aprelin 5-də Gədəbəy rayonunun Maarif kəndində anadan olub. Ailəli idi. Ayşə adında bir qızı və Ömər adında bir oğlu yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Tural Məmişov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tural Məmişov noyabrın 5-də Laçın döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Məmişov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Məmişov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Məmişov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Tural Məmmədli
Tural Məmmədov
Tural Məmmədov (gizir) — Azərbaycan Silahlı Qüvvələrinin 1995-ci il təvəllüdlü giziri, Vətən müharibəsinin şəhidi. Tural Məmmədov (əsgər, 1990) — Azərbaycan Silahlı Qüvvələrinin 1990-cı il təvəllüdlü əsgəri, Vətən müharibəsinin şəhidi. Tural Məmmədov (əsgər, 1999) — Azərbaycan Silahlı Qüvvələrinin 1999-cu il təvəllüdlü əsgəri, Vətən müharibəsinin şəhidi.
Tural Orucov
Tural Əmir oğlu Orucov (1 yanvar 1993; Mingəçevir, Azərbaycan — 5 noyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tural Orucov 1993-cü il yanvarın 1-də Mingəçevir şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Tural Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tural Orucov noyabrın 5-də Qubadlının azad edilməsi zamanı şəhid olub. Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Orucov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Orucov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Tural Orucov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Tural Qarayev
Tural Şahin oğlu Qarayev (29 aprel 1991; Qobustan rayonu, Azərbaycan SSR — 2 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tural Qarayev 1991-ci il aprelin 29-da Qobustan rayonunun Bəklə kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Tural Qarayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tural Qarayev oktyabrın 2-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Qobustan rayonunun Bəklə kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Qarayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Qarayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Tural Qasımov
Tural Yelmar oğlu Qasımov (21 sentyabr 1991; Ağamalıoğlu, Goranboy, Azərbaycan — 11 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tural Qasımov 21 sentyabr 1991-ci ildə Goranboyda anadan olub. 2009–2011-ci illərdə hərbi xidmətdə olmuşdur. Ailəli və bir oğlu var idi. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Vüsal İsgəndərov Gülüstan, Ağuçuq, istiqamətində gedən hərbi əməliyyatlarda iştirak edib. Tural 11 oktyabr 2020-ci ildə Tərtər-Ağdərə bölgəsində düşmən tərəfindən atılan artilleriya mərmisinin partlaması nəticəsində aldığı qəlpə yarasından şəhid olmuşdur. Goranboyda dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Qasımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Tural Qasımov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Tural Qasımov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Tural Qubatov
Tural Firəddin oğlu Qubatov (4 iyul 1998, Böyük Bəhmənli, Füzuli, Azərbaycan — 28 sentyabr 2020;, Cəbrayıl, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin MAXE əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tural Qubatov 4 iyul 1998-ci ildə Füzuli rayonu Böyük Bəhmənli kəndində anadan olub. Şəhid Ehtiram Piriyev adına 1 saylı Böyük Bəhmənli kənd orta məktəbində orta təhsili bitirdikdən sonra 2016–2018-ci illərdə müddətli hərbi xidmətə başlayıb. Daha sonra Ordu sıralarında qalaraq Həmlə taborunda fəaliyyətinə davam edib. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Tural Qubatov Füzuli və Cəbrayılın azad edilməsində savaşıb. 28 sentyabr 2020-ci ildə Cəbrayıl istiqamətində şəhidlik zirvəsinə ucalıb. Tural Qubatov Fizuli kənd qəbiristanlığında torpağa tapşırılmışdır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Qubatov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Qubatov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Tural Qubatov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Tural Quliyev
Tural Mustafa oğlu Quliyev (25 oktyabr 1995; Yevlax, Azərbaycan — 1 oktyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tural Quliyev 25 oktyabr 1995-ci ildə Yevlaxda anadan olmuşdur. 2001-2012-ci illərdə orta təhsil almışdır. == Hərbi xidməti == Tural Quliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra mülki fəaliyyətinə geri dönmüşdür. 2020-ci ilin 9 sentyabr tarixindən Tural Quliyev müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Tural Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Tural Quliyev 1 oktyabr 2020-ci ildə Kəlbəcər rayonunun Murovdağ silsiləsi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.
Tural Qurbanov
Tural Gürşad oğlu Qurbanov (d. 11 Sentyabr 1992; Kürdəmir, Azərbaycan — ö. 2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. == Həyatı == Tural Qurbanov 11 sentyabr 1992-ci ildə Kürdəmir rayonunun Sığırlı kəndində Solmaz və Gürşad Qurbanovların ailəsində anadan olub. == Hərbi xidməti == Gizir Tural Qurbanov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Aprelin 11-i isə Tural Qurbanov doğulduğu Kürdəmir rayonunun Sığırlı kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və gizir Qurbanov uğrunda şəhid olduğu torpağa tapşırıldı. Tural Qurbanov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.
Tural Abbasov
Tural Abbasov (25 aprel 1990) — Azərbaycanı təmsil edən üzgüçü. == Karyerası == Tural Abbasov Azərbaycanı 2008-ci ildə Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə o, 50 metr məsafəyə sərbəst üsulla üzmə turnirinin təsnifat mərhələsində 26.30 saniyə nəticə göstərdi və 78-ci pillənin sahibi olub.
Duran Duran
Duran Duran — 1978-ci ildə İngiltərənin Birminhem şəhərində qurulmuş İngilis New Wave musiqi qrupudur. Albomları dünya miqyasında 85 milyondan artıq satılmışdır. Qrupun qurucuları sintizatorda Nik Rodes, bas gitarada Con Teylor, barabanda Rocer Teylor, gitarada Endi Teylor və vokalda Saymon Le Bon'dur. Qrup heçvaxt dağılmamıştır. 1989–2001-ci illər arasında Uoren Kukkurulo grupa qoşulmuş, 1989–1991-ci illər arasında Sterlinq Kempbell barabançı olaraq qrupa daxil olmuştur.