Tural Dadaşov

Tural Sabir oğlu Dadaşov (24 avqust 1993, Bakı8 aprel 2016, Tərtər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Tural Dadaşov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan
Vəfat tarixi (22 yaşında)
Vəfat yeri Tərtər, Azərbaycan
Dəfn yeri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Rütbə Əsgər
Təltifləri "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı

Həyatı[redaktə | mənbəni redaktə et]

Tural Dadaşov 1993-cü ilin 24 avqust günündə Bakı şəhərində anadan olub. Tural Dadaşov 2015-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) "Kommersiya" fakültəsini bitirib.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Əsgər Tural Dadaşov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı şəhid olmuşdur.

Aprelin 8-i isə Tural Dadaşov Bakı şəhərinin Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində son mənzilə yola salındı.

Təltifləri[redaktə | mənbəni redaktə et]

Tural Dadaşov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Tural Dadaşov həm də ölümündən sonra "Dədə Qorqud" Milli Fondunun və "Azərbaycan Dünyası" Beynəlxalq Jurnalının təsis etdiyi "Vətən övladı" qızıl ordeni ilə də təltif edilmişdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]