Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Harv.
Vilyam Henri Harvi (ing. William Henry Harvey; 5 fevral 1811, Limerik, Munster[d] – 15 may 1866, Torki, Devon qraflığı) — İrlandiya botaniki. == Əsərləri == Harvey, William Henry. 1833. Div.II. Confervoideae. Div.III. Gloiocladeae. In, Hooker, W.J. (Ed.) The English flora of Sir James Edward Smith 5. London. Harvey, William Henry. 1834.
Sarh
Sarh şəhəri (fr. Sarh) — Sarh köhnə adı ilə Fort-Arçambault Çadın Ncamena və Mundu şəhərlərindən sonra ən böyük üçüncü şəhəridir. Şəhər Moyen-Şari (Mərkəzi Şari) regionunun Barh-Köh şöbəsinin inzibati mərkəzidir. Əhalisi 2012-ci 103270 nəfər olmuşdur. Dəniz səviyyəsindən 353 m yüksəklikdə yerləşən şəhər, Şari çayının sahilində paytaxt Ncamenadan təxminən 550 km cənub-şərqdə yerləşir. Çadla Mərkəzi Afrika Respublikasını birləşdirən avtomobil yolu da bu şəhərdən keçir .Şəhərin adı burada üstünlük təşkil edən Sara etnik qrupunun adından yaranmışdır. == İqtisadiyyatı == Çadın digər böyük şəhərlərindən fərqli olaraq Sarhın iqlimi daha rütubətli (il ərzində bura 969,3 mm yağış düşür) və sərindir. Məhz, iqliminin münbitliyi şəhərin Çadda pambıq sənayesinin mərkəzi olmasını təmin etmişdir. Pambıqçılıqla yanaşı şəhərdə balıqçılıqla da məşğul olurlar. Həmçinin, Çadla Mərkəzi Afrika Respublikasını birləşdirən avtomobil yolunun da bu şəhərdən keçməsi şəhər iqtisadiyyatına müsbət təsir göstərir .
Hari Mata Hari
Hari Mata Hari — 1985-ci ildə Sarayevoda yaradılmış Bosniya pop-rok qrupu. 2006-cı ildə qrup Avroviziya Mahnı Müsabiqəsində iştirak etmiş və 3-cü yeri tutmuşdur. Bu nəticə Bosniya və Herseqovinanın bu günə qədər bu müsabiqədəki ən yaxşı nəticəsidir.
Ayumi Hara
Ayumi Hara (d. 21 fevral 1979) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 42 oyun keçirib, 2 qol vurub.
Co Hart
Çarlz Cozef Con Hart və ya sadəcə Co Hart (ing. Charles Joseph John (Joe) Hart; 19 aprel 1987[…]) — İngiltərə futbolçusu, Şotlandiya çempionatının üzvü "Seltik" klubunun və İngiltərə millisinin qapıçısı. == Həyatı == Co Hart 1987-ci ildə Şrusberi şəhərində Karl və Luiza Hartın ailəsində anadan olmuşdur. O, Okson ibtidai məktəbində, daha sonra Şrusberi şəhərində Meole Brace şəhərciyindəki orta məktəbdə oxumuşdur. Məktəbdə həm də kriketçi Stefan Devis ilə birgə yaxşı kriket oynamış və 11 yaşından Şrusberi futbol komandasında oymağa başlamışdır. == Klub karyerası == === "Şrusberi Taun" === Co Hart öz futbol karyerasına doğma şəhərini təmsil edən "Şrusberi Taun" klubunda başlayıb və 2003—2006-cı illərdə klubu təmsil edib. Lakin o, komandanın əsas heyətində yalnız 2005/06 mövsümündə, 46 matç oynadı və bu müddətdə 55 qol tutdu. === "Mançester Siti" === Co Hart 2006-cı ildə "Mançester Siti" klubu ilə müqavilə imzaladı və akademik futbol klubuna göndərildi. 22 may 2006-cı ildə Mançester Siti Hart üçün əvvəlcə 600 min funt sterlinq ödəmişdi. Hart 2006-cı il oktyabrın 14-də Mançester Sitidə debüt etdi və Andreas İsaksson və Nikki Ueaverın zədələnməsindən sonra Premyer Liqa matçı üçün Şeffild Yunaytedə qarşı oynadı.
Hard-rok
Hard-rok (ing. Hard Rock) — ağır rok və ya sərt rok. Rok musiqisinin bir janrıdır. Hard rok musiqisində əsasən bas gitaradan və zərb alətlərindən istifadə olunur. Hard rok 1960-cı illərin əvvəllərində yenidən dirçəldi və 60'cı illərin sonlarına doğru adət etdiyi formanı aldı. 1970-ci ilin başlanğıcı və sonralar isə Led Zeppelin, Deep Purple, Black Sabbath kimi qrupların fəaliyyəti ilə hard rok musiqisi öz çiçəklənmə dövrünü yaşadı. Rok musiqisində "ağırlaşma" 1960-cı illərin ortalarında Böyük Britaniya və Amerika qrupları tərəfindən başlandı, hansılar ki; The Kinks, Cream, The Rolling Stones, The Beatles, The Yardbirds, The Who və mahir rok-gitarist Cimi Hendriks. Hard rok musiqisin bilinən mahnıları "You Really Got Me" (The Kinks) və "White Room" (Cream), "Helter Skelter" (The Beatles) hesab etmək olar. "You Really Got Me" musiqisində isə hard rok'un tipik xüsusiyyətlərini görmək mümkündür. O vaxt yeni ağır rok-qruplar (Guns N’ Roses, Mötley Crüe, Def Leppard) ilə bərabər öz yeni işlərilə 1970-ci illərin klassik hard-rok nümayəndələri (Black Sabbath-ın keçmiş vokalisti Ozzy Osborn, Deep Purple-ın keçmiş vokalisti Devid Koverdeylin Whitesnake qrupu) və 1970-ci illərin ortalarına yaxın debüt etmiş qruplar (Aerosmith, AC/DC, Judas Priest) böyük uğur qazanırdı.
Hard rok
Hard-rok (ing. Hard Rock) — ağır rok və ya sərt rok. Rok musiqisinin bir janrıdır. Hard rok musiqisində əsasən bas gitaradan və zərb alətlərindən istifadə olunur. Hard rok 1960-cı illərin əvvəllərində yenidən dirçəldi və 60'cı illərin sonlarına doğru adət etdiyi formanı aldı. 1970-ci ilin başlanğıcı və sonralar isə Led Zeppelin, Deep Purple, Black Sabbath kimi qrupların fəaliyyəti ilə hard rok musiqisi öz çiçəklənmə dövrünü yaşadı. Rok musiqisində "ağırlaşma" 1960-cı illərin ortalarında Böyük Britaniya və Amerika qrupları tərəfindən başlandı, hansılar ki; The Kinks, Cream, The Rolling Stones, The Beatles, The Yardbirds, The Who və mahir rok-gitarist Cimi Hendriks. Hard rok musiqisin bilinən mahnıları "You Really Got Me" (The Kinks) və "White Room" (Cream), "Helter Skelter" (The Beatles) hesab etmək olar. "You Really Got Me" musiqisində isə hard rok'un tipik xüsusiyyətlərini görmək mümkündür. O vaxt yeni ağır rok-qruplar (Guns N’ Roses, Mötley Crüe, Def Leppard) ilə bərabər öz yeni işlərilə 1970-ci illərin klassik hard-rok nümayəndələri (Black Sabbath-ın keçmiş vokalisti Ozzy Osborn, Deep Purple-ın keçmiş vokalisti Devid Koverdeylin Whitesnake qrupu) və 1970-ci illərin ortalarına yaxın debüt etmiş qruplar (Aerosmith, AC/DC, Judas Priest) böyük uğur qazanırdı.
Hari (çay)
Hari (ind. Batang Hari, digər adları Batanqxari, Cambu) — İndoneziyanın Sumatra adasında olan ən uzun çay. Bir çox mənbələrə görə uzunluq 600-800 km arasında dəyişir. == Ümumi məlumat == Hari çayı öz mənbəyini dəniz səviyyəsindən 1531 metr yüksəklikdən, Qununq Rasam (2585 m) dağının yamaclarından götürür. Qununq Rasam dağı Barisan silsiləsinə daxil olub Qərbi Sumatrada yerləşir. Çay ilk öncə cənuba istiqamətində axır, daha sonra şərq meyillənir. Çay əsasən bataqlaşmış düzənlik ərazilərdən axır . Hari çayı Qərbi Sumatranın iki dairəsini (Cənubi Solok, Dharmasraya) və Cambi əyalətinin beş dairəsini (Bunqo, Tebo, Batanqhari, Muaro-Cambi, Şərqi Tancunq-Cabunq) kəsib keçir. Hari çayının mənsəbi Berhala körfəzidir. Körfəz Cənubi Çin dənizi hövzəsinə aiddir .
Hari Bekker
Hari Bekker (ing. Gary Stanley Becker; 2 dekabr 1930[…], Pottsvill[d], Pensilvaniya[…] – 3 may 2014[…], Çikaqo) — amerikalı sosioloq və iqtisadçı. 1992-ci ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. == Həyatı == Hari Bekker 2 dekabr 1930-cu ildə Pensilvaniya ştatında anadan olub. 1951-ci ildə Prinston Universitetində magistr və 1955-ci ildə Çikaqo Universitetində doktorluq dərəcəsinə yüksəlmişdir. 1957–1968-ci illərdə Kolumbiya Universitetində mühazirə dedikdən sonra, Çikaqo Universitetinə qayıdır. 1967-ci ildə Con Beyts Klark medalı, 1992-ci ildə İqtisadiyyat üzrə Nobel mükafatı və 2007-ci ildə ABŞ Prezidentinin Azadlıq medalına layiq görülmüşdür. Hari Bekker irqçilik, cinayət, ailə quruluşu, narkotik aslılığı kimi ənənəvi sosioloji mövzularda tədqiqatlar aparan ilk iqtisadçılardan biridir. == Əsərləri == Gary S. Becker (1957, 1971, 2nd ed.). The Economics of Discrimination.
Hari Qunarto
Hari Qunarto (1954~) Yaponiyanın Ritsumeikan APU Universitetində Asiya-Sakit Okean Araşdırmaları üzrə tədqiqatçı alim və professordur və onun nəşrlərindən biri UNESCO-nun Ümumdünya İrs Saytlarının rəqəmsal mühafizəsi haqqındadır Borobudur, İndoneziya Məbədi .
Hart Kreyn
Hart Kreyn(ing. Harold Hart Crane, 21 iyul 1899, Herretsvil, Ohayo — 27 aprel 1932, Meksika körfəzi) — amerika şairi. == Həyatı == Hart Kreyn (1899—1932) məşhur “Körpü” şerinin müəllifidir. Nəinki amerikan ədəbiyyatında, elə dünya ədəbiyyatında da Kreyn epik şerin uğurlu ustalarından hesab olunur. Amma onun yaratdıqlarına göstərilən maraq, özünə verilən seçilmişlik onu qane etmirdi. Kreyn birmənalı şəkildə özünü inandırmışdı ki, artıq dünyanı heyran qoyacaq bir əsər yazmaq mümkün deyil. Bunun üçün deyiləsi bütün sözlər, deyilə biləcək bütün formalarda deyilib. Kreyn iddia edir ki, onun yazmaq istədiyi şeylər yazmaqla təsvir edilə, göstərilə bilməz. Kreynin 1932-ci ildə öldüyü qeyd olunsa da, əslində onun nə vaxt və harada öldüyü məlum deyil. Nyu-Yorka getmək üçün mindiyi gəmi gedəcəyi yerə çatsa da, Kreyn oraya çatmır.
Herbert Hart
Herbert Lionel Adolf Hart(18 İyul 1907 – 19 Dekabr 1992) Britaniyalı hüquqşünas-filosof, siyasi və hüquqi fəlsəfənin görkəmli xadimi.O, Oksford Universitetinin hüquq professoru olmuşdur.Onun ən məşhur işi "Hüquq anlayışı" 1961-ci ildə yazılmışdır(1961:3-cü nəşr,2012) .Hart əsərində hüququ fəlsəfi cəhətdən yeniləyərək "hüququn təbiəti" və ya "hüququn anlayışı" kimi ifadə etdi.O, Hans Kelzenlə yanaşı XX əsrin ən qabaqcıl filosolarından biri hesab olunur. == Həyatı == H.Hart 1907-ci ildə Yorkşirdə yerləşən Herroqeyt şəhərində Rouz Semson Hart və Saymon Hartın ailəsində dünyaya gəlmişdir.Atası Alman və Polyak əsilli yəhudi bir dərzi idi.Polyak əsilli olan anasının valideynləri isə varlı parça tacirləri idi.Hartın Albert adlı böyük qardaşı, Sibil adlı kiçik bacısı var idi.O, Çelenthem Kollecində,Bredford Qrammatika Məktəbində və Oksford Nyu Kollecdə təhsil almışdır. Hart 1932-ci ildən 1940-cı ilə qədər vəkil kimi Lordlar məhkəməsində uğurlu praktika keçmişdir.
Hiromi Hara
Hiromi Hara (d. 19 oktyabr 1958) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 75 oyun keçirib, 37 qol vurub.
Kevin Hart
Kevin Hart (6 iyul 1979, Şimali Filadelfiya[d], Pensilvaniya və ya ABŞ), Amerikalı komediyaçı, aktyor və prodüser. == Həyatı == Kevin Darnell Hart 6 iyul 1979-cu ildə ABŞ-nin Pensilvaniya ştatının Filadelfiya şəhərində doğulub. Atası kokain aludəçisi idi və Hartın uşaqlıq illəri ərzində həbsxanaya girib çıxıb. Hart anası Nensi Hart tərəfindən tək böyüdülüb. Robert Hart adlı qardaşı var. 14 aprel 2013-cü ildə sərxoş vəziyyətdə avtomobil sürdüyü üçün Kaliforniyada həbs edilib.
Lusia Haro
Lusia Haro (d. 22 avqust 1986; Kordoba, Argentina) — Argentinanı təmsil edən həndbolçu. == Karyerası == Lusia Haro Argentina yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun hamısında məğlub olan Argentina yığması, Rio-de-Janeyro Olimpiadasını sonuncu, 12-ci yerdə başa vurdu.
Masafumi Hara
Masafumi Hara (d. 21 dekabr 1943) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 5 oyun keçirib.
Mata Hari
Mata Hari (tam adı: Marqareta Qertruda Zelle, nid. Margaretha Geertruida Zelle; 7 avqust 1876[…], Leyvarden – 15 oktyabr 1917[…], Vensen) — Almaniya kəşfiyyatçısı, əslən Hindistandan olan rəqqasə. Birinci Dünya Müharibəsi dövründə Almaniyanın xeyrinə casusluq fəaliyyəti ilə məşğul olmuş və bu səbəbdən Fransız məhkəməsi tərəfindən müharibə vaxtı düşmən lehinə casusluq iddiası ilə güllələnmişdir. == Həyatı == 7 avqust 1876-da dünyaya gələndə, Marqarita Qertruda Zell adı ilə vəftiz edilmişdi.Ailəsi dindarlıq və ticarəti eyni səbətə qoyan Kalvinistlər idi.Papaqçı olan atası başqa bir qadın üçün evi tərk etmişdi.Anasın da qısa müddət sonra öldükdən sonra, həyatın bütün çətinlikləri ilə üz- üzə qalmışdı. 1895-in martında,19 yaşında olarkən Het Nieuwes van den Dag qazetində gördüyü bir elan həyatını dəyişdirəcəkdi. Şotland əsilli Rudolf MacLeo 20 ildir Hollaniya müstəmləkələrindən olan İndoneziyada yaşayırdı və özünə uyğun həyat yoldaşı axtarırdı. Bu vəziyyət o zamanlar çox məşhur idi.Elan yayımlananda MacLeod,ağır xəstəlikdən yenicə xilas olmuş və Amsterdamda sağalmağa çalışırdı.Əslində elan Rudolfun yaxın dostlarının zarafatı idi.Elana 16 nəfər cavab vermişdi,Marqarita bunlardan sonuncusu idi.Elana cavabına qoyduğu şəkil Rudolfun diqqətini cəlb etmişdi.Bir-birlərinə məktublar yazdıqdan qısa müddət sonra evləndilər.Və 1 may 1897-də İndoneziyaya gedən Prenses Amalia adlı gəmi ilə yeni bir həyata yelkən açdılar. Almaniya kəşfiyyatı Birinci dünya müharibəsi ərəfəsində əzəli düşmənləri olan fransızların hərbi sirlərini öyrənmək üçün Avropada böyük şöhrət qazanan Mata Haridən istifadə etmək qərarına gəldi. Birinci Dünya savaşından bir neçə il əvvəl onlar Mata ilə əlaqə quraraq onu özlərinə işləməyə razı sala bildilər. Mata Almaniyanın Löerrach şəhərindəki kəşfiyyat düşərgəsində xüsusi məktəbdə casusluğun sirlərini öyrəndi.
Natsuko Hara
Natsuko Hara (d. 1 mart 1989) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Natsumi Hara
Natsumi Hara (d. 18 avqust 1988) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Oliver Hart
Oliver Hart (ing. Oliver Simon D'Arcy Hart; 9 oktyabr 1948, London) — amerikan iqtisadçı. 2016-cı ildə Benqt Holmströmlə birlikdə Müqavilə nəzəriyyəsi ilə bağlı apardığı tədqiqatlara görə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. == İlk illəri == == Təhsili və Karyerası == == Mükafatları == === İqtisadiyyat üzrə Nobel mükafatı === == Həmçinin bax == İqtisadiyyat üzrə Nobel mükafatı İqtisadiyyat üzrə Nobel mükafatı laureatlarının siyahısı == Xarici keçidlər == Oliver Hart's home page at Harvard Oliver Hart - Facts == Ədəbiyyat siyahısı == === Kitabları === Firms, Contracts, and Financial Structure (Oxford University Press, 1995). === Seçilmiş məqalələri === "On the Optimality of Equilibrium when the Market Structure is Incomplete", Journal of Economic Theory, December 1975, 418–443 "Takeover Bids, the Free-rider problem, and the Theory of the Corporation" (with Sanford J. Grossman), Bell Journal of Economics, Spring 1980, 42–64 "An Analysis of the principal–agent problem" (with Sanford J. Grossman), Econometrica (January 1983) 7–46. "The Market Mechanism as an Incentive Scheme," Bell Journal of Economics, 14 (Autumn 1983) 366-82. "The Costs and Benefits of Ownership: A Theory of Vertical and Lateral Integration" (with Sanford J. Grossman), Journal of Political Economy, August 1986, 691–719. "One Share-One vote and the Market for Corporate Control" (with Sanford J. Grossman), Journal of Financial Economics, 1988 "Incomplete Contracts and Renegotiation" (with John Hardman Moore), Econometrica 56(4) (July 1988). "Property Rights and the Nature of the Firm" (with John Hardman Moore), Journal of Political Economy 98(6) (1990). " A Theory of Debt Based on the Inalienability of Human Capital " (with John Hardman Moore), Quarterly Journal of Economics, November 1994, 841–879 "The Proper Scope of Government: Theory and an Application to Prisons" (with Andrei Shleifer and Robert W. Vishny), Quarterly Journal of Economics 112(4) (1997) 1126–61.
Hisaiçiro Hara
Hisaiçiro Hara (原久一郎, Hara Hisaiçiro, 10 aprel 1890, Niiqata prefekturası – 19 oktyabr 1971) – Yaponiya ədəbiyyatşünası və tərcüməçisi. Rus ədəbiyyatını tədqiq etmişdir. == Həyatı və karyerası == Hisaiçiro Hara 1890-cı ildə Yaponiyanın Niiqata prefekturasında doğulmuşdur. 1914-cü ildə Vaseda Universitetinin ingilis ədəbiyyatı şöbəsini, 1917-ci ildə Tokio Xarici Dillər Məktəbinin rus dili bölməsini bitirmişdir.1921-ci ildə Vaseda Universitetinin rus dili bölməsində müəllim kimi işləməyə və rus ədəbiyyatının əsərlərini tərcümə etməyə başlamışdır. Lev Tolstoyun yaradıcılığını yaxından öyrənmiş, rus ədəbiyyatındakı idealistik realizmi və humanizmi Yaponiyaya populyarlaşdırmağa çalışmışdır. "Lev Tolstoyun tamamlanmış əsərləri" və "İvan Turgenyevin tamamlanmış əsərləri"ni tərcümə etmişdir. == İstinadlar == == Ədəbiyyat == The Japan Biographical Encyclopedia & Who's Who (ingiliscə) (II). Tokio: Rengo Press. 1961. səh.
Har (krater)
Har – Yupiterin təbii peyki Kallistoda yerləşən krater. German-skandinav mifologiyasında baş tanrı Odinin adlarından birinin şərəfinə adlandırılmışdır. Zərbə krateri olduğu güman olunur.
Har Krişan
Har Krişan - pənc. ਸ੍ਰੀ ਗੁਰੂ ਹਰਿ ਕ੍ਰਿਸ਼ਨ ਜੀ. (1556-1664). Siqhlərin səkkizinci qurusudur. yaşında ikən atası Quru Har Rayın vəfatından sonra quru elan edilmişdir. Az sonra Dehliyə köçmüş, səkkiz yaşında ikən burada vəfat etmişdir.
Har Qobind
Har Qobind-Siqhlərin altıncı qurusudur. orijinal adı ਸ੍ਰੀ ਗੁਰੂ ਹਰਿ ਗੋਬਿੰਦ ਸਾਹਿਬ ਜੀ. 14 iyun 1595-3 mart 1644.
Har Ray
Har Ray-ਗੁਰੂ ਹਰਿ ਰਾਇ ਜੀ Siqhlərin yeddinci qurusudur. 1630-1661. Quru Har Qobindin nəvəsidir. 1644-cü ildə quru olmuşdur.