Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gəlincik
Gəlincik (lat. Mustela) — dələlər fəsiləsinə aid heyvan cinsi.
Gəlinlik
Gəlinlik, Nikah paltarı, Toy paltarı və ya Gəlin donu — toy mərasimi zamanı gəlinin geydiyi geyim. Donun rəngi, üslubu və mərasimsəl əhəmiyyəti toy iştirakçılarının din və mədəniyyətinə asılı ola bilər. Qərb mədəniyyətlərində gəlinlər çox vaxt 19-cu əsrdə Kraliça Viktoriya tərəfində məşhur olduğu ağ gelinlik seçirlər. Şərq mədəniyyətlərində, gəlinlər ümumiyyətlə şans simvolu olan qırmızı gəlinlikləri seçirlər. == Mədəni xüsusiyyətlər == === Qərb mədəniyyətləri === Bir toy, iki şəxs, ailə və ya ölkə arasındakı bir birlikdir. Orta əsrlərdə nəciblik və cəmiyyətin yuxarı təbəqələri arasında, sevgi, siyasət, cəmiyyətdəki mövqe, sərvət, mülahizələrə əsaslanaraq bir toy haqqında razılaşdılar. Toy mərasimində yeni ailələri təqdim etmək üçün gəlinlik geyinilirdi. Varlı ailələrin gəlinləri üçün geyimlər eksklüziv parçalardan tikilib xəz ilə bəzədilib. Əsrlər boyu gəlinlik geyimləri sosial vəziyyətlərinə və dəblərinə uyğun olmalı idi. Bir gəlinlik tikməyə sərf olunan sayğacın sayı gəlinin sosial vəziyyətini əks etdirir və ailənin var-dövlətinin dərəcəsini göstərirdi.
Selanik
Saloniki (yun. Θεσσαλονίκη, translit. Tessaloníki , translit. Saloniki) ya da Səlanik (osman. سلانیك, türk. Selanik) — Yunanıstanın ikinci böyük şəhəri. Əhalisi 363.987 nəfərdir. Şəhərin əsası e.ə. 315-ci ildə Makedoniya hökmdarı Kassandr tərəfindən qoyulmuşdur. O, Term körfəzi sahilində yerləşən 26 kiçik yaşayış məntəqəsini birləşdirərək yeni şəhərə öz həyat yoldaşı, Makedoniyalı İsgəndərin ögey bacısı Fessalonikanın adını vermişdir.
Adi gəlincik
Adi gəlincik (lat. Mustela nivalis) — gəlincik cinsinə aid heyvan növü. Gəlincik dələkimilər fəsiləsinin ən kiçik nümayəndəsidir. Gəlincik yırtıcıdır. Bədəninin uzunluğu 21-26 sm, quyruğunun uzunluğu 2-5 sm, çəkisi isə 70-105 qramdır. Bədəni azca uzunsovdur. Sıx və qısa xəzə malikdir. Tükü yayda sarımtıl-boz, qışda isə boz rəngdə olur. Döş və qarın tükləri ağ rəngdədir. Başı kiçik, üzü nisbətən enlidir.
Gəlincik (dəqiqləşdirmə)
Gəlincik (lat. Mustela) — dələkimilər fəsiləsinə aid heyvan cinsi. Gəlincik (oyuncaq) — insanı təsvir edən oyuncaq növü.
Gəlincik (heyvan)
Gəlincik (lat. Mustela) — dələlər fəsiləsinə aid heyvan cinsi.
Gəlincik (oyuncaq)
Gəlincik — insanı təsvir edən oyuncaq növü. == Gəlinciklərə İranda münasibət == İllər uzunu Qərb mədəniyyəti və xüsusən də kino və musiqisi populyarlığının artması İranın ruhani təsisatlarında narahatlığa səbəb olub. İranın baş prokuroru Qurban Əli Doru Nəcəfəbadi bu cür təsirə malik və son illər geniş yayılan belə oyuncaqların qarçısını almaq üçün tədbirlər görməyə çağırıb. Onun dediyinə görə, Barbi gəlincikləri, Bətmen, Spaydermen, Harry Potter kimi oyuncaqların kompüter oyunları və filmlərlə yanaşı axını mənfi sosial təsirə malikdir və bunun ağır mədəni nəticələri ola bilər. İran, deyib baş prokuror, oyuncaqlar idxalı üzrə dünyada üçüncü yerdə olsa da, bir çox oyuncaqlar ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilir. Keçmişdə İran rəsmiləri Barbi və bu gəlinciyin Ken adlı oğlan dostunun populyarlığını azaltmaq üçün bir sıra cəhdlər etmişlər, hətta İran dəyərlərinə uyğun paltar geyinmiş Sara və Dara adlı gəlinciklərin istehsalına başlanmışdır.
Qaraquyruq gəlincik
Qaraquyruq gəlincik və ya Qaqum (lat. Mustela erminea) — dələkimilər fəsiləsinə, Gəlincik cinsinə aid və Azərbaycanda nəsli kəsilmək üzrə olan heyvan növü. Ölçüləri xırdadır: erkəklərin çəkisi 104 - 150 qr, dişilərinki 50 - 280 qr, bədənin uzuznluğu uyğun olaraq 20 - 40 və 17 - 27, quyruq 6.5 - 12 və 5.5 - 10.5 qulaq 1.5 - 2.4 və 1.4 - 2.3 sm-dir. Ölçülərində cinsi dimorfizm aşkar görünür. Bədəni uzunsov formalı və qısa ayaqlar üzərindədir. Xarici görünüşcə oxşar olan gəlincikdən daha iri ölçüləri, uzun quyruğu və ucunun qara olması ilə fərqlənir. Baş qısadır, girdə qulaq seyvanları vardır. Qışda xəzi sıxdır və qatı ağ rəngdədir (bəzən qarın hissəsi sarımtıl olur), yayda bəzən bədənin üst hissəsi qəhvəyi alt hissəsi ağ olur. Caynaqlar açıq rəngli və itidir. Qafqazda xırda ölçüləri və yay xəzinin kərpici-qəhvəyi rəngi ilə fərqlənən M. (M.) e.
Selinski rayonu
Selinski rayonu — Rusiya Federasiyası Rostov vilayəti ərazisində yerləşən inzibati rayon. Rayon mərkəzi Selina qəsəbəsidir. Rostov-na-Donu şəhərindən 135 km məsafədə yerləşir. Rayon 1923-cü ildə Zapadno-Konnozavodçeski (inqilabdan əvvəl rayonun ərazisi at yetişdiricilərinə aid idi) adı ilə qurulur, daha sonra Salsk dairəsinin bir hissəsi olur. Rayonun bütün əhalisi (indiki sərhədlər daxilində) əsasən sonradan Sredneeqorlıkski və Lopanski kənd sovetlərininn bir hissəsi olan ərazidə yaşayırdı. 1930-cu ildə adı Qiqantovski olaraq dəyişdirilir (rayon mərkəzi Qiqant kəndində köçürülür), sonra ləğv edilir və ərazisi Salski rayonuna birləşdirilir. RSFSR Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin qərarı və Azov-Qara dəniz Regional İcraiyyə Komitəsinin Rəyasət Heyətinin 28 dekabr 1934-cü il tarixli Azov bölgələrinin bölgüsü haqqında fərmanı əsasında Selinski rayonu qurulur. Rayon mərkəzi Selin kəndi olur. Rayon əsasən keçmiş Qiqantovski (Zapadno-Konnozavodçevski) ərazisi hesabına qurulur. 1963-cü ildə ləğv edilir, ərazisi Yeqorlıkski rayonunun tərkibinə daxil olur.
Sevindik Hətəmov
Hətəmov Sevindik Hacıağa oğlu (7 aprel 1961-ci il, Laçın rayonu, Güləbird kəndi) — Salyan Rayon İcra Hakimiyyətinin başçısı. Sevindik Hətəmov 1961-cü il aprelin 7-də Laçın rayonunun Güləbird kəndində anadan olub. 1980-ci illdə Güləbird kənd orta məktəbini bitirib. 1980–1981-ci illərdə Laçın rayonu Güləbird kənd orta məktəbində çilingər-montyor işləyib. 1981–1986-cı illərdə Azərbaycan Politexnik İnstitutunun Mühəndis- mexanik fakültəsində təhsil almışdır. 1987-ci ildə Laçın rayon Texniki Təhcizat Bazasında mühəndis, 1987–1989-cu illərdə Laçın rayon Texniki Təhcizat Bazasında böyük mühəndis, 1989–1990-cı illərdə Laçın rayon Maddi-Texniki Təhcizat və Mexanikləşdirmə İstehsalat Birliyində mühəndis, 1990–1997-ci illərdə Laçın rayon Təsərrüfathesablı Tikinti Quraşdırma Sahəsində rəis, 1997–1999-cu illərdə "Güzdək" daş karxanasında direktor, 1999–2005-ci illərdə "Güzdək-Günay" firmasında direktor vəzifəsində işləyib. 2005–2010-cu illərdə Üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. Bir müddət Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri olub. 2012-ci ilin mart, aprel aylarında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi, 2012–2016-cı illərdə isə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 4 mart 2016-cı il tarixli Sərəncamı ilə Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdur.
Sevindik İsmayılzadə
Vəlincik (Əcəbşir)
Vəlincik (fars. ولينجق‎) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 509 nəfər yaşayır (115 ailə).
Pandora (gəlincik)
Pandora (kukla) — yunan mifologiyasında qəhrəman qadın olan Pandoranın (yunancadan-hamıya bəxş edilmiş deməkdir) şərəfinə adlanıb və geyim modellərinin nümayişi üçün yaradılmışdır. 1640-cı illərdə Fransada modanın geniş yayılması ilə əlaqədar mumdan hazırlanan gözəl bir kukla ixtira etdilər. Bu kukla insan boyu ölçüsündə idi və yunan mifilogiyasının qadın qəhrəmanı olan Pandoranın şərəfinə adlanmışdı. Bu moda jurnallarının olmadığı və modanın düşünülmüş şəkildə yayılması üçün ilk cəhdlərdən biri olmuşdur. Düzdür həmin dövrdə “Zərif Merkuri (mifologiya)” adlı bir moda jurnalı olsa da, amma o, çox az tirajda nəşr olunurdu. Moda jurnalları ancaq XVI Lüdoviqin hakimiyyət illərinin sonlarında, daha doğrusu Böyük Fransa inqilabı zamanı tez satılmağa başlamışdı. Kuklanın özünün bütöv bir qarderobu, parfumeriya və aksessuarlar olan sandıqcaları vardı. Pandoralar 1860-cı illərə qədər mövcud olmuş və bundan sonra onları müasir manekenlər əvəz etmiş, moda jurnalları isə adi vətəndaşlar üçün də ələ keçilən olmuşdur. Pandora gəmilərdə, arabalarda, qayıqlarda bütüb avropa ölkələrini gəzmişdir. Buna görə, iki cür Pandora kuklası var idi: Böyük Pandora rəsmi geyindirilmiş və həmin dövrdə modada hakimlik edən; Balaca Pandora isə səhərlər geyinilən ev geyimini nümayiş etdirirdi.
Devid Selznik
Devid O. Selznik və ya Zelsnik (ing. David O. Selznick; 10 may 1902[…], Pitsburq, ABŞ – 22 iyun 1965[…], Hollivud, ABŞ) — ABŞ prodüseri, Hollivud tarixində ən böyük uğurlara imza atmış kinoprodüserlərdən biri. Onun rəhbərliyi altında XX əsrin "Kinq-Konq" (1933), "Küləklə sovrulanlar" (1939), "Rebekka" (1940) kimi ən möhtəşəm filmlərinə imza atılmışdır. == Həyatı == Devid Selznik 1902-ci ildə Pensilvaniyada yəhudi ailəsində anadan olmuşdur. Atası səssiz kino distribütoru Lüis C. Selznik idi. Devid Nyu-Yorkdakı Kolumbiya Universitetində təhsil almış və 1923-cü ildəki iflasa qədər atasının şagirdi kimi işləmişdir. 1926-cı ildə Selznik Hollivuda köçür və atasının əlaqələrini köməyilə Metro-Goldwyn-Mayer kino şirkətində ssenari redaktorunun köməkçisi kimi işə düzəlir. 1928-ci ildə MGM-i tərk edərək Paramount Pictures studiyasına üz tutur. Selznik orada 1931-ci ilə qədər işləyir. Bu, artıq onun RKO Pictures-in rəhbəri olduğu dövrə təsadüf edir.
Sevindik bəy Avşar
Sevindik bəy Əfşar (1468, Ağqoyunlu dövləti – 1562, Təbriz) — I Şah Təhmasibin qorçubaşısı. 1561-62-ci ildə vəfat etdiyi güman edilən Sevindik bəy hələ uşaq ikən Şah İsmayılın yanında olmuş və Şah Təhmasib dövründə qorçubaşı vəzifəsinə təyin edilmişdir. Hər iki hökmdar dövrünü əhatə edən uzun ömür sürən Sevindik bəyin vəfat edəndə yaşı 90-dan çox idi. Sevindik bəy Əfşar elinin Teymurlu oymağındandır. Atası Səfəvilər dövlətinin qurucularından olmuşdu. Gənc yaşlarından orduda xidmət etmişdi. Sıravi əsgərdən qorçubaşı vəzifəsinədək yüksəlmişdi.1538-ci ildən 1562-ci ilədək qorçubaşısı olmuşdu. Sevindik bəy Əfşar I Şah Təhmasibə sədaqətlə xidmət etmişdi. O, sarayda olurdu. Şahın yanında bir çox döyüşlərə qatılmışdı.
Sevindik bəy Əfşar

Yokohama Gəlincik Evi
Yokohama Gəlincik Muzeyi (横浜人形の家, Yokohama Ninqyo no İe, azərb. Yokohama Gəlincik Evi‎) – Yaponiyanın Yokohama şəhərində yerləşən və gəlinciklərə həsr olunmuş muzey. Muzeydə 141 ölkədən toplanmış 10.000-dən çox gəlincik və gəlinciklərə aid əşya nümayiş etdirilir. 1978-ci ilin sentyabrında Hideko Ono adlı şəxs gəlincik kolleksiyasını Yokoma şəhərinə bağışlamış və 1979-cu ilin martında Yokohama Gəlincik Muzeyinin əsası qoyulmuşdur. 1986-cı ilin iyununda indiki muzey binasının açılışı baş tutmuşdur. Muzeydə Avropaya aid antik biskvit gəlinciklər, feodal Yaponiya dövrünə aid karakuri avtomatları, müxtəlif mədəniyyətlərə aid etnoloji fiqurlar, Mikki Mausun vintaj üslubundakı kuklaları və ənənəvi yapon gəlincikləri saxlanılır. Muzeyin kolleksiyasına Yaponiyada Yaşayan Milli Xəzinə elan olunmuş gəlincik ustalarının hazırladığı gəlinciklər də daxildir. Muzeydə saxlanılan ən məşhur gəlinciklər 1927-ci ilin martında ABŞ səfirliyi tərəfindən hinamatsuri münasibətilə yapon uşaqlara göndərilmiş "mavigözlü gəlinciklərdir". Yaponiyaya göndərilmiş 12.000-dən çox mavigözlü gəlincikdən ancaq 344-ünün salamat qaldığı təxmin olunur və onlardan 4-ü muzeydə saxlanılır. Daimi sərgidə nümayiş etdirilən mavigözlü gəlinciklər əslində replikadır, orijinal olanlar ancaq xüsusi tədbirlər zamanı sərgilənir.
Yokohama Gəlincik Muzeyi

Devid O. Selznik