Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sikl terrası
Sikl terrası – (rus. цикловая терраса, ing. cyclic terrace) tek­tonik hərəkətlərin təsiri nəticə­sində çay dərəsinin meylliyinin artması və eroziya bazisinin aşağı düşməsi ilə əlaqədar formalaşan terraslar. Sikl terrası iqlimin rütubətlən­məsi, çayın eroziya fəaliyyətinin artması nəticəsində də yaranır.
Sial
Sial təbəqəsi - Yer qabığı süxurlarının tərkibi başlıca olaraq silisium və alüminiumdan ibarət olan üst qatıdır.
Sill
Vərəm infeksion xəstəlik olub, adətən, Mycobacterium tuberculosis bakteriyası tərəfindən törədilir. Xəstəlik əsasən ağciyərlərə təsir edir, ancaq vücudun başqa hissələrinə də təsir edə bilir. Yoluxmuş fərdlərin çoxu heç bir simptom göstərmir. Simptomsuz orqanizmlərin 10%-ində xəstəlik aktiv mərhələyə keçir və müalicə olunmazsa, yarısı ölür. == Ümumi == Vərəm hal-hazırda, dünyada ən təhlükəli infeksiyalardan biri olaraq qalmaqdadır və əsasən əhalinin əmək qabiliyyətli hissəsini sıradan çıxarır. Ümumdünya Səhiyyə Təşkilatının rəqəmlərinə əsasən hazırda dünyada 20 milyondan artıq vərəm xəstəsi vardır və bunların 7 milyonu açıq formalı vərəmdir. Hər il 3.5 milyon insan vərəmlə xəstələnir və 1 milyon insan bu xəstəlikdən ölür. Hər dəqiqə təxminən 2 insan vərəmdən dünyasını dəyişir. XX əsrin əvvəllərində insan ölümlərinin 20 faizi vərəmdən baş verirdi. Hazırda Azərbaycanda rəsmi statistikaya görə, 8 minə yaxın vərəmli xəstə var.
Sımsıkı Sıkı Sıkı
Sımsıkı Sıkı Sıkı — Kənan Doğulunun albomu.
Geokimyəvi tsikl
Geokimyəvi tsikl - Vernadskiyə görə, Yer qabığında kimyəvi elementlərin və onların birləşmələrinin dövranına səbəb olan hadisə və proseslərin məcmusu. Elementlərin tarazlıqda olan birləşmələri, elementlərin bir geosferdən digərinə keçməsi nəticəsində bu tarazlığın pozulması, uzunmüddətli (geoloji baxımdan) dəyişilmələrin vaxtaşırı təkrarı Yer qabığı atomlarının əksəriyyətinin iştirak etdiyi xüsusi dövrü proseslər yaradır. Bir termodinamik örtüyü əhatə edən elementin Yer qabığının bütün proseslərində dövrü miqrasiyalarını əhatə edən dövrü proses (tsikl) və ümumi geokimyəvi tsikl fərqləndirmək lazımdır. Kimyəvi xassələrinə uyğun olaraq hər elementin öz geokimyəvi tsikl vardır. Bu tsikllər atomların yalnız əsas hissəsi üçün dönərdir: onların bir qismi daim və qanunauyğun olaraq dövrandən çıxır və ya yenidən dövrana qoşulur. Planetar miqyasda geokimyəvi tsikl səthi hadisələr olub, Yer qabığından kənara çıxmır. Bu anlayış müxtəlif termodinamik örtüklərdə gedən ayrı-ayrı prosesləri bir-birilə əlaqələndirməyə və beləliklə, Yer qabığında elementin tarixini bərpa etməyə imkan verir. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006.
Geomorfoloji Skil
Geomorfoloji Skil (rus. геоморфологичеcкий цикл, ing. geomorphological cycle) -coğrafi sikl – hər-hansı ərazinin tektonik hərəkətlərlə Dünya okean səviyyəsindən yüksəyə qaldırılmasından başlayaraq müx-təlif ekzogen proseslərin təsiri ilə hamarlanaraq əvvəlki səviyyəsinə yaxın vəziyyətdə peneplen əmələ kəsilməsinə qədər, relyefin ardıcıl dəyişməsi. İqlim şəraitindən və əsas aparıcı denudasion amillərdən asılı olaraq G.s. su-erozion, arid, buz-laq, dəniz, karst və b. sikllərə ayrılır. Hər bir sikl relyefin morfoloji əlamətlərinə görə bir-birindən fərqlənən gənclik, yetkinlik, qocalıq və zəiflik mərhələlərinə ayrılır. Nəzəriyyə 19 əsrin axırlarında amerika geomorfoloqu U.Devis tərəfindən irəli sürülmüşdür.
Geotektonik skil
Geotektonik skil (rus. цикл геотектонический, ing. geotectonic cycle) -Belousova görə uzun müd¬dət ərzində (150 mln. ilə yaxın) bütün Yer üzərində həm geosink-linal və həm də platformalarda eyni vaxtda təzahür edən ehtizazı hərə¬\kətlər rejiminin dövrü dəyişməsi. Qalxma və enmənin dövriliyi dənizlərdə geniş transqressiya və reqressiyaların dövriliyinə səbəb olur. Paleozoydan başlayaraq Yerin inkişafında üç sikl ayrılır: Kaledon-Kembridən başlayır və Devonun əvvəllərində qurtarır; Hertsen-Devondan başlayıb, Permdə qurtarır; Alp-bütün Mezozoy və Kaynozoyda davam edən. Belousova görə geosinklinallarda qırışıq əmələgəlmə epoxaları bu sikllərə uyğun gəlir.
Sike Aleksandresku
Sike Vasile Aleksandresku (rum. Sică Vasile Alexandrescu; 15 avqust 1896, Buxarest – 6 avqust 1973, Kann) — Rumıniya rejissoru. == Həyatı == Sike Vasile Aleksandresku 15 avqust 1896-cı ildə Buxarestdə anadan olmuşdur. O, 1913-cü ildən müxtəlif teatrlarda fəaliyyət göstərmişdir. Aleksandresku 1947–1967 illərdə Buxarestdəki Y. L. Karaçale adına Milli Teatrın baş rejissoru olmuşdur. O, 1967-ci ildən Braşov şəhərindəki dram teatrının direktorudur. Aleksandresku "Həyəcanlı gecə" (Y. L. Karaçale), "Adsız ulduz" (M. Sebastian), "Müfəttiş" (N. V. Qoqol), "Belçesku" (K. Petresku), "Matey Millo" (M. Ştefenesku) pyeslərini, J. B. Molyerin komediyalarını və s. əsərləri tamaşaya qoymuşdur. O, yaradıcılığında rumın teatrının realist ənənələrini inkişaf etdirmişdir. Sike Vasile Aleksandresku 6 avqust 1973-cü ildə Kann şəhərində vəfat etmişdir.
Vulkan sikli
Vulkan sikli – (rus. цикл вулканический, ing. volcanic cycle)bir tektonik-maqmatik mərhələdə təzahür edən vulkan prosesləri.
Çağla Şikel
Çağda Şikel — Aktrisa, model. == Həyatı == Çağla Şikel 1979-cü ildə İstanbulda Qarslı bir azərbaycanlının ailəsində dünyaya gəlib. Anası Adanalı olduğundan o ərazilərdə o qədər də yaşamayıblar. Sənətçi hazırda türk kino və serial biznesinin uğurlu simalarından sayılır.
Çökmə tsikl
Çökmə (sedimentasion) tsikl – müəyyən akvatoriya və ya ərazinin inkişaf prosesində bu və ya digər dəyişkənliklərlə təkrarlanan çöküntütoplanma şəraitlərinin dəyişmə ardıcıllığı. == Haqqında == Çökmə tsikl çox vaxt ardıcıl dəniz transqressiyalararası və yaxud çöküntütoplanmada fasilələrarası intervallar aid edilir. Sedimentasion şəraitlərin ardıcıl olaraq bir-birini əvəzləməsinin maddi tərkibini, yəni müvafiq çöküntü komplekslərini tsikl, yaxud tsiklotemlər (bəzən səhvən ritmlər) adlandırırlar. Tsikllərin davamiyyəti çox müxtəlif ola bilər: məsələn: geosinklinalların alp, hersin, kaledon və daha qədim inkişaf mərhələlərinə uyğun gələn tsikllərin davamiyyəti 180–240 mln. il hüdudlarında dəyişir. Belə tsikllərə müəyyən geoloji formasiya sırası (geogenerasiya), o cümlədən çöküntü vulkanogen formasiya sırası uyğun gəlir. Məsələn, Qafqazda aşağıdakı formasiya sırası müəyyən edilmişdir: 1) spilit-keratofir; 2) aspid; 3) fliş; 4) şlir (alt molass); 5) əsl molass (üst molass). Tsikllər az davamiyyətli, hətta qısamüddətli də ola bilər. Çökmə tsikl qatlarının kəsilişinin öyrənilməsi göstərir ki, tsikllər (davamiyyətinə görə) 16-dan az olmayaraq daha aşağı tərtibli ola bilərlər (Xain,1964). Ayrı-ayrı aşağı tərtib tsikllər yüksək tərtibli tsikllərin mərhələlərini (fazaları) təşkil edirlər.
İqtisadi tsikl
İqtisadi tsikl (dövr) (ing. Business cycle) — iqtisadi fəaliyyətdəki dalğalanmalar, təkrarlanan iqtisadi tənəzzüllərdən (tənəzzül, depressiya) və iqtisadi yüksəlişlərdən ibarətdir. Dövrlər dövri, lakin nizamsız xarakterlidir. Salınımların müddəti və genişliyi çox dəyişə bilər. İqtisadi dövrlərə bazar iqtisadiyyatı fenomeni kimi baxılır. Planlı iqtisadiyyatda dövrlər yoxdur, baxmayaraq ki planlı iqtisadiyyat da qeyri-bərabər böyüyə bilər. Müasir iqtisadiyyatda dövrlər ilk növbədə məhsul (ümumi daxili məhsul) və məşğulluq dalğalanmaları kimi müəyyən edilir. Lakin bunlarla yanaşı digər iqtisadi dəyişənlər (istehlak, investisiya, inflyasiya dərəcələri və s.) Dəyişir. Onların birgə dinamikası makroiqtisadi tədqiqatın mövzusudur. Analiz dövrlərin stokastik (təsadüfi) xarakterli olduğu, yəni müxtəlif xarici təsirlərin (şokların) yaratdığı fikrinə əsaslanır.
Calophyllum sil
Calophyllum sil (lat. Calophyllum sil) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin kalofillumkimilər fəsiləsinin kalofillum cinsinə aid bitki növü.
Makias-Sil
Makias-Sil (ing. Machias Seal Island) — Men körfəzində yerləşən kiçik ada. Ada Fandi körfəzi ilə sərhəddə, Sautuest-Hed burnu və Qran-Manan adası arasında yerləşir. Adanın sahəsi 0,08 km² təşkil edir. Nort-Rok adası ilə birlikdə Kanada və ABŞ arasında mübahisə prednetidir. Adada daimi yaşayış yoxdur. Burada olan mayakda iki işçi işləyir. Adanı tez-tez Kanadanın vəhşi təbiət xidmətinin əməkdaşları ziyarət edir.
Patrik Şik
Patrik Şik (çex. Patrik Schick; 24 yanvar 1996[…], Praqa) — Çexiyalı peşəkar futbolçu. Almaniyanın "Bayer 04" klubunun və Çexiya milli futbol komandasının hücumçusu . == Klub karyerası == Patrik Praqanın "Sparta" klubunun yetirməsidir. Çexiyanın futbol üzrə yüksək divizionunda debütü 3 may 2014-cü ildə "Teplice" ilə oyunda olub. Debüt mövsümündə ümumilikdə iki görüşdə meydana çıxır. Növbəti mövsümdə də hücumçu ölkə çempionatının yalnız iki oyununda iştirak edir. 2015/16 mövsümündə Patrik "Bohemians" klubuna icarəyə verilir. "Bohemians"ın sıralarında özunu göstərən futbolçu, 27 görüşdə meydana çıxaraq yeddi qol vurur və milli komandaya dəvət alır. Tezliklə gənc futbolçu Avropa nəhənglərinin diqqətini cəlb edir.
SIL International
SIL International (ing. Summer Institute of Linguistics, Yay Dilçilik İnstitutu) — əsas məqsədi linqvistik biliklərin genişləndirilməsi və ədəbiyyatın zənginləşdirilməsi üçün az yayılmış dillərin öyrənilməsi, inkişaf etdirilməsi və sənədləşdirilməsi olan beynəlxalq qeyri-kommersiya təşkilatı. Fəaliyyəti İncilin az yayılmış dillərə tərcümə olunması istiqamətində qurulan Wycliffe Bible Translators agentliyi ilə əməkdaşlıq edir. SIL International öz tədqiqatlarının məlumat bazasını Ethnologue - dünya dillərinin məlumat bazası vasitəsilə ötürür. Təşkilata 50 ölkədən 6 mindən çox adam üzvdür.
Sil-Ki
Sil-Ki (ing. Seal Cay) — Baham adalarında ada. İnzibati cəhətdən Qrand-Ki rayonunun bir hissəsidir. == Coğrafiya == Ada Abako adalarının şimalında, Volkers-Kidən 3.3 kilometr (2.1 mil) şərqdə yerləşir. Qrupun ən şərqində yerləşən və ən yüksək (dəniz səviyyəsindən 3 metr (9.8 ft) hündürlükdə) adasıdır. Uzunsov formaya malikdir. Adanın uzunluğu 700 metr (2,300 ft), eni isə 85 metr (279 ft) kimidir. == Turizm == Volkers-Ki kimi, Sil-Ki adası da dayaz sahil suları ilə tanınır. Burada çoxlu balıqlar, xüsusən də əllə bəslənə bilən köpəkbalıqları var. Bundan əlavə, burada dalğıclıq da inkişaf etdirilir.
Sil kanyonu
Sil kanyonu (qalis. Canón do Sil) — İspaniyanın Qalisiya bölgəsində, Sil çayı boyunca yerləşən kiçik kanyon. Kanyon Sil çayının Minyo çayına tökülən hissəsinin 50 km-lik hissəsini təşkil edir. Kanyonun mənzərəsi Qalisiyada ən gözəl mənzərələrdən biri hesab olunur. Yaxınlığında Noqueyra de Ramuin, Parade de Sil kimi yaşayış məskənləri yerləşir. Kanyon 5961,49 hektar ərazini əhatə edir. Bəzi yerlərdə hündürlüyü 150 metrə çatır. Coğrafi quruluşu sayəsində burada Aralıq dənizinə bənzər iqlim hakimdir. Bu səbəbdən Aralıq dənizi iqlimində yetişən bitkilər də burada bitə bilir. Roma dövründən burada zeytun yetişdirilir və şərab istehsal edilir.Kanyon ərazisində 2000-dən çox heyvan növü yaşayır.
Dövrü(tsikl) işsizlik
Dövrü (tsikl) işsizlik — Bu işsizlik forması sənayenin tənəzzülü, istehsalda işçi qüvvəsinə olan tələbin aşağı düşməsi nəticəsində yaranır.
Dövrü (tsikl) işsizlik
Dövrü (tsikl) işsizlik — Bu işsizlik forması sənayenin tənəzzülü, istehsalda işçi qüvvəsinə olan tələbin aşağı düşməsi nəticəsində yaranır.
Silk Way Airlines
Silk Way Airlines baş ofisi və əsas əməliyyat bazası Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşən Azərbaycan hava yükdaşımaları şirkətidir. Aviaşirkət müxtəlif yükdaşıma ehtiyacları üçün sərfəli həllər təqdim edir. Silk Way Airlines Bakıda yerləşən mərkəzindən bütün Asiya və Avropaya uzanan qitələrarası marşrutlar üzrə müntəzəm uçuşlar ilə bərabər, belə uçuşların yerinə yetirilməsi çətin olan ərazilərdə geniş təcrübəyə malikdir. Silk Way Airlines mürəkkəbliyindən asılı olmayaraq istənilən sorğunun həlli üçün dünyanın hər yerində hökumətlər və QHT-lərlə əməkdaşlıq edir. Aviadaşıyıcının personalı təhlükəsizlik və etibarlılıq öhdəliyinə əsaslanaraq şirkətin nüfuzunu gücləndirməyə davam edir. == Silk Way Group == Silk Way Airlines daha iki şirkətin – Silk Way West Airlines və Silk Way Technics şirkətlərinin daxil olduğu Silk Way Group şirkətlər qrupunun tərkib hissəsidir. == Tarixçə == 2001-ci ildə əsası qoyulmuş Silk Way Airlines dünya üzrə çarter istiqamətləri şəbəkəsi ilə xidmət göstərən hava yükdaşımaları şirkətidir. == Donanma == Aviadaşıyıcının donanmasında hazırda ICAO-nun 16-cı Əlavəsinin 4-cü fəslinə uyğun olaraq, PS-90A səs standartı mühərrikləri ilə təchiz edilmiş iki İL-76TD-90 tipli təyyarə də daxil olmaqla beş təyyarə xidmət göstərir.
Vittorio de Sika
Vittorio de Sika — İtaliya kinorejissoru. == Həyatı == Vittorio de Sika 1901-ci ildə iyulun 7-da İtaliyanın Sora vilayətində anadan olub. O, Sciuscià (1946), Velosiped oğruları, Dünən, bu gün, sabah, Umberto D. (film, 1952)) və digər bədii filmlərin rejissoru olub. O, "Milanda möcüzə" filminə görə Kann kinofestivalının Qızıl Palma Budağı mükafatına layiq görülüb.13 noyabr 1974-ci ildə vəfat edib. == Filmoqrafiya == Şuşa (film, 1946) / Sciuscià Velosiped oğruları (film, 1948) / Ladri di biciclette Milanda möcüzə (film, 1950) / Miracolo a Milano Umberto D. (film, 1952) / Umberto D. Dünən, bu gün, sabah (film, 1963) / Ieri, oggi, domani Səfər (film, 1974) / Il viaggio Drakula üçün qan / Blood for Dracula == Mükafatları == Kann kinofestivalının "Qızıl palma budağı" mükafatı (1972) - "Il giardino dei Finzi-Contini" filminə görə. "Oskar" mükafatı (1946) - Əcnəbi dildə olan ən yaxşı filmə ("Sciuscià") görə. "Oskar" mükafatı (1948) - Əcnəbi dildə olan ən yaxşı filmə ("Velosiped oğruları") görə. "Oskar" mükafatı (1965) - Əcnəbi dildə olan ən yaxşı filmə ("Dünən, bu gün, sabah") görə. "Oskar" mükafatı (1972) - Ən yaxşı geyim dizaynına görə ("Il giardino dei Finzi-contini" filmi).
Kim Bu Şik
Kim Bu Şik (kor. 김부식; 1075[…], Köncu[d] – 1151, Keson) — Qoryo dövründə yaşamış Koreya tarixşünası, sərkərdəsi və dövlət xadimi. O, "Samquk saqi" xronikinin müəllifidir. Bu Şik Şila kral sülaləsinə yaxın bir zadəgan ailəsindən idi. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Ким Бусик. Самкук саги. Т. 1. Изд. текста, пер., вступит. ст.
Kim Yon-sik
Kim Yon-sik (25 iyul 1910 – 8 mart 1985, Seul) — keçmiş Cənubi Koreya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Pak Hyon Şik
Park Hyung-sik (kor. 박형식; 16 noyabr 1991) — Cənubi Koreyalı müğənni, aktyor və rəqqas. Cənubi Koreyanın ZE: A oğlan qrupunun və alt qrupu ZE: A Five-ın üzvü olmuşdur. Bir aktyor olaraq,"The Heirs (2013)", "High Society (2015)", "Hwarang: The Poet Warrior Youth (2016)", "Strong Girl Bong-soon (2017)", və "Suits (2018)" rolları ilə tanınır. Drama seriallarında, eyni zamanda filmlərdə və musiqi teatrınlarında baş rollarda oynayır. == Həyatı == === İlk İllər === Pak Cənubi Koreya-nın Gyeonggi əyalətinin Yongin şəhərində anadan olub.Anası və nənəsi Buddist olduqları üçün bir Buddist rahib ona Hyung-sik (형식, 炯 植) adını verdi. === Hərbi qeydiyyat === Pak məcburi hərbi xidmətinə 10 iyun 2019-cu il tarixində başladı. İlk hərbi hazırlığına başlamaq üçün Cənubi Çunqçonq əyaləti (Chungcheong)-ndəki Nonsan Ordusu İşəgötürmə Tədris Mərkəzinə daxil oldu və qalan hərbi vəzifələrini fəal bir hərbi qulluqçu kimi Paytaxt Müdafiə Komandanlığının hərbi polis şöbəsində başa vurdu. Pak, əvvəllər Real Man estrada şousu üçün məşq edərkən atıcılıq bacarıqlarına görə müsbət rəy aldıqdan sonra Paytaxt Müdafiə Komandanlığına qoşulmaq üçün ilham aldığını açıqlamışdı. Aktyor, bacarıqlarını yaxşı bir şəkildə istifadə etmək istədiyini, buna görə bölməyə qoşulmaq və ölkəsinə xidmət etməkdən məmnun olduğunu söylədi.
Bibl
Cübeyl (ərəb. جبيل‎ Jubayl; finik. GBL) və ya Bibl (q.yun. Βύβλος Büblos) — Livanda, Dağlıq Livan mühafəzəsində şəhər. Aralıq dənizi sahilindədir.Şəhərin qurulma tarixi dəqiq olaraq bilinmir. Bəzi mütəxəssislər bu şəhərin tarixinin 7,000 il əvvələ qədər çatdığını təxmin edir. Həmçinin, şəhərə yunanca papirus mənasını verən "Bibl" adı verilmişdir, çünki Cübeyl vaxtilə papirus ticarətinə hakim bir liman şəhəri idi. Cübeyl e.ə. III əsr və e.ə. II əsr arasında Misir fironlarının idarəsi altında olan bütün Finikiya sahilinin həm dini, həm də ticari paytaxtı idi.
Bill
Bill — dünyada daha çox işlədilən ad və soyad.
Biql
Biql boğazı — Çili ilə Argentinada boğaz. Biql gəmisi — Krallıq donanması gəmisi. Biql (it cinsi) — ov itləri cinsi.