Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Figani
Figani — XVI əsrdə yaşamış Osmanlı divan şairi. Figani Sultan Süleyman Qanuninin dövründə yazıb-yaratmışdır. Qanuninin şahzadələrinə həsr etdiyi Suriya Qəsidəsi Figaninin ən məşhur əsəridir. Şeirlərinin birində Osmanlı imperiyasının vəziri Parqalı İbrahim Paşanı sərt şəkildə tənqid etmiş və onun kafir adlandırmışdır. Qurulan məhkəmədə sözlərini geri götürmədiyi üçün Parqalı İbrahim Paşanın əmri ilə gənc yaşda edam edilmişdir. Figani XVI əsrin əvvələrində Trabzon şəhərində anadan olmuşdur. Əsil adı Ramazandır. Gənclik dövründə İstanbul şəhərinə köçüb burada dini və tibbi biliklər aldığı ehtimal olunur. Fiqani tibbi biliklərini daha da dərinləşdirmək üçün İsfahan şəhərinə Şah Məhmədin yanına getmişdir. Fiqani İstanbul şəhərində bir müddət mirzəlik etdikdən sonra şeir yazmağa başlamışdır.
Fiqani
Figani — XVI əsrdə yaşamış Osmanlı divan şairi. Figani Sultan Süleyman Qanuninin dövründə yazıb-yaratmışdır. Qanuninin şahzadələrinə həsr etdiyi Suriya Qəsidəsi Figaninin ən məşhur əsəridir. Şeirlərinin birində Osmanlı imperiyasının vəziri Parqalı İbrahim Paşanı sərt şəkildə tənqid etmiş və onun kafir adlandırmışdır. Qurulan məhkəmədə sözlərini geri götürmədiyi üçün Parqalı İbrahim Paşanın əmri ilə gənc yaşda edam edilmişdir. Figani XVI əsrin əvvələrində Trabzon şəhərində anadan olmuşdur. Əsil adı Ramazandır. Gənclik dövründə İstanbul şəhərinə köçüb burada dini və tibbi biliklər aldığı ehtimal olunur. Fiqani tibbi biliklərini daha da dərinləşdirmək üçün İsfahan şəhərinə Şah Məhmədin yanına getmişdir. Fiqani İstanbul şəhərində bir müddət mirzəlik etdikdən sonra şeir yazmağa başlamışdır.
Şixanı
Şixanı — Rusiya Federasiyasında yerləşən şəhər. Saratov vilayətinə daxildir.
Ev siçanı
Ev siçanı (lat. Mus musculus) — gəmiricilər dəstəsinin Siçanlar fəsiləsinə (lat. Muridae) aid məməli heyvan növüdür. Ölçüləri kiçikdir, bədənin uzunluğu 110 mm, quyruğun uzunluğu 105 mm, qulağın uzunluğu 17 mm, arxa pəncəsi 19 mm-ə qədərdir. Arxa pəncənin uzunluğu meşə siçanınkına nisbətən gödəkdir. Çəkisi 30 q-a çatır. Bədənin üst hissəsinin tük örtüyü sarımtıl-qonur və kül rəngində, alt hissəsinin rəngi isə ağ və ya bədənin üst hissəsinə oxşar rəngdədir. Əmcəklərinin sayı 10-dur. Kəllənin uzunluğu 18,0 – 22,6 mm-dir. Onun burun hissəsi qısa, kəllə qutusu isə çox da böyük deyildir.
Hind siçanı
Hind siçanı (lat. Nesokia indica) — Gəmiricilər dəstəsinə aid məməli heyvan növü. Yayılma arealı Əfqanıstan, Banqladeş, Çin, Misir, Hindistan, İran, İraq, İsrail, Pakistan, Səudiyyə Ərəbistanı, Suriya, Tacikistan, Türkmənistan və Özbəkistandır.
Tarla siçanı
Tarla siçanı (lat. Apodemus agrarius) — gəmiricilər dəstəsinin Siçanlar fəsiləsinə (lat. Muridae) aid məməli heyvan növüdür. Bədəninin uzunluğu 123, quyruğu 90 mm-ə qədərdir. Sifəti kütləşmiş, qulaqları və gözləri kiçikdir. Belindəki xəz kobud, ortasından tünd zolaq keçir. Bədənin aşağı tərəfı ağımsovdur. Döşündə ön pəncələri arasında xallar yoxdur. Tarla siçanının arealı Avropanın meşə zonasını və Asiyanın mühüm hissəsini əhatə edərək sərhədləri şimalda Danimarka və Sankt-Peterdurqa, cənubda Zaqafqaziyaya, şərqdə Vladivostoka və Yuniana qədər çatır. Şimali Qafqazın dağətəklərindən Zaqafqaziya hüdudlarına iki yolla keçir: Qara dəniz sahili boyunca təqribən Suxumiyə qədər, Xəzər sahili boyunca Xaçmaza və Quba-Qusar maili düzənliyinə qədər.
Kəvər soğanı
Üzüm soğanı (lat. Allium ampeloprasum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü.
Lənkəran soğanı
Lənkəran soğanı (lat. Allium lenkoranicum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir. Azərbaycanın nadir, endemik növüdür. Regional IUCN statusu: CR B2ab (ii, v). Çoxillik ot bitkisidir. Soğanaq yumurtavari, 1-2 sm yoğunluğunda, boz-qəhvəyi və yatutqun qınla örtülüdür. Gövdə 2/3 hissədə yarpaq qını ilə örtülüdür, 16-40 (50) sm hündürlükdə, yarpaqlar şarşəkilli şırımlıdır. Çətir yarımşarvari, 3-4 sm diametrində sıx, çox olmayan çiçəklidir. Çiçəkyanlığı 5-6 mm uzunluğundan bir az çıxır, qutucuqdan 3 dəfə qısadır.
Mala soğanı
Mala soğanı (lat. Allium schoenoprasum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü. Allium acutum Spreng. Allium alpinum (DC.) Hegetschw. Allium broteroi Kunth Allium buhseanum Regel Allium carneum Schult. & Schult.f. [Illegitimate] Allium coloratum Dulac [Illegitimate] Allium foliosum Clairv. ex DC. Allium glaucum DC. Allium glaucum Ledeb. [Illegitimate] Allium idzuense H.Hara Allium lusitanicum Link ex Regel [Invalid] Allium montanum Schrank Allium palustre Chaix Allium palustre Salisb. [Illegitimate] Allium palustre Pourr.
Matuşkin soğanı
Matuşkin soğanı (lat. Allium materculae) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir (En B 1ab (i, ii)). Azərbaycanın nadir, Qafqazın endemik növüdür. Çoxillik ot bitkisidir. Soğanaq yumurtavari və ya şarvari, 1-2 sm qalınlığında, boz qınla örtülüdür. Gövdə (6)10-20(26) sm hündürlükdə, yoğun, əsası adətən ikiyarpaqlı, uzun qınla örtülüdür. Yarpaqlar göyümtül, xətvari 6-20 (30) mm enində, spiralvari bükülmüşdür. Çətir çoxçiçəkli, yarımşarvari, 3–4 mm diametrindədir. Çiçəkyanlığı 5–8 mm uzunluğunda, ulduzşəkilli, yasəmən rənglidir.
Moli soğanı
Moli soğanı (lat. Allium moly) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü.
Pskem soğanı
Pskem soğanı (lat. Allium pskemense) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü.
Qafqaz sığını
Qafqaz sığını (lat. Alces alces caucasicus) — Sığın növünə aid yarımnöv.. Əsasən Qafqaz dağları, Şərqi Avropada və Kiçik Asiya yayılmışdı. Nəsli kəsilmişdir. Hazırda isə isə sığınlar Baltikyanı ölkələrdə və Skandinaviya yarımadası kimi ərazilərdə yayılıb. Qafqaz sığının izlərinə Şərqi Avropa və Qərbi sibirdə rast gəlinir. Artıq bu yarımnövün tamamən nəslinin kəsilməsi XIX əsrə təsadüf edir. Nəslikəsilmiş Qafqaz sığını. Arxivləşdirilib 2011-04-22 at the Wayback Machine (ing.) Caucasian Moose – Extinct Arxivləşdirilib 2011-04-22 at the Wayback Machine.
Qaya soğanı
Qaya soğanı (lat. Allium saxatile) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü.
Talış soğanı
Talış soğanı (lat. Allium talyschense) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir (VU D2). Azərbaycanın nadir, Qafqazın endemik növüdür. Çoxillik ot bitkisidir. Soğanaq yumurtavari və ya 1,5 sm yoğunluğunda, boz qınlıdır. Yarpaqlar novşəkilli, 2-3 mm enində, xətvaridir. Çətir şarvari, çoxçiçəklidir. Çiçəkyanlığı 5 mm uzunluğundadır, enli-zəngvari, ağ-çəhrayımtıl, tünd-qırmızı damarlıdır. Erkəkcik sapı çiçəkyanlığından qısadır, əsası qısa kirpicklidir, xaricdən neştərşəkilli, daxildən 3 bölümlü, sütuncuq çiçəkyanlığından kənara çıxmır.
Voronov soğanı
Voronov soğanı (lat. Allium woronowii) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir (EN B2ab (i, ii, iii)). Azərbaycanın nadir növüdür. Çoxillik ot bitkisidir. Soğanağı yumurtavari, 1-2 sm diametrində, boz qınlıdır. Gövdə 4 (7) – 13 sm hündürlükdə, 6-13 mm enində, novşəkilli, göyümtül yarpaqlıdır. Çətir şarvaridir. Çiçəkyanlığı 5-6 (7) mm uzunluğunda, çəhrayıdır. Erkəkcik bütöv, xarici neştərşəkilli, daxili enli, tozluqları tünd-bənövşəyi; sütuncuq çiçəkyanlığından kənar çıxmır.
Xristof soğanı
Xristof soğanı (lat. Allium cristophii) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü.
Xəzəz soğanı
Şirani (Səlmas)
Şirani (fars. شيراني‎‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Səlmas şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 280 nəfər. yaşayır (45 ailə).
Simane tayfası
Simane tayfası Bu tayfa dünyada ən sağlam ürək-damar sisteminə malik xalq Boliviyanın cəngəlliklərində yaşayır. Müayinəsi aparılmış yaşı 40-94 olan 705 simane hindusunun 90%-nin damarlarında xolesterin qalıqları aşkar olunmamış, ürək-damar sistemi xəstəliklərinin riski yalnız yaşı 75-dən yuxarı olan əhalinin 8%-də qeydə alınmışdır. Tayfa nümayəndələrində hipertoniya, sürətləndirilmiş nəbz, qanda şəkərin və xolesterinin yüksək miqdarı çox az halda müşahidə olunur. 13 min nümayəndədən ibarət tayfanın əhalisi 85 xırda kəndlərdə yerləşmişdir. Simane tayfası əhalisinin ürək-damar sisteminin yaxşı vəziyyətdə olması, tədqiqatçıların fikrincə, onların yaşam tərzi və qidalanmaları ilə bağlıdır. Burada kişilər gündə 6-7 saat, qadınlar isə 4-6 saat fiziki işlərlə - ovçuluq, balıq tutma, qida məhsullarının toplanması - məşğul olurlar. Onların qidası mürəkkəb karbohidratlardan - düyü, plantan (bananların şirnisiz tərəvəz növü), qarğıdalı, qoz və meyvələrdən ibarətdir. Ət zülalları və yağlar rasionun 14-15%-ni təşkil edir. Tütünün nə olması barədə onlarda məlumat yoxdur, arabir maniokadan pivə düzəldilib içilir.
Şibanə (Sərdəşt)
Şibanə (fars. شيبانه‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 46 nəfər yaşayır (11 ailə).
Şimane prefekturası
Şimane prefekturası — Yaponiyanın Çuqoku regionunda prefektura. Ərazisi 6 707 kvadrat kilometr, əhalisi 716 000 nəfərdir. İnzibati mərkəzi Masue şəhəridir.
Siqne Baumane
Siqne Baumane (latış. Signe Baumane‎; 7 avqust 1964) — Latviya animatoru, rəssam, illüstrator və yazıçı. Baumane hal-hazırda Nyu-Yorkda yaşayır və orada işləyir. Kinematoqrafiya İncəsənəti və Elmlər Akademiyasının üzvüdür. Baumane həmçinin pedaqoqdur. 2000-ci ildən 2002-ci ilə qədər Pratta İnstitutunda multiplikasiyadan dərs demişdir. Siqne Baumane Latviya SSR-in Autse şəhərində anadan olmuşdur. Baumanenin uşaqlığı Latviya Tukumsunda və Saxalin adasında keçmişdir. 14 yaşı olarkən ədəbi fəaliyyətə başlamışdır. 1989-cu ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsini bitirmişdir.
Siqne Bro
Siqne Bro (d. 5 mart 1999) — Danimarkalı üzgüçü. Siqne Bro Danimarkanı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil edib. Siqne Bro birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 200 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 2:02.23 saniyəlik nəticəsi ilə 54 üzgüçü arasında 27-ci oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Anri Le Sidane
Anri Ejen Oqüsten Le Sidane (fr. Henri Eugène Augustin Le Sidaner; 7 avqust 1862[…], Port-Lui – 16 iyul 1939[…], Paris) — müxtəlif incəsənət cərəyanlarında çalışan fransız rəssam (İmpressionizm, simvolizm və baş.). Rəssam gəmi kapitanı ailəsində anadan olmuşdur . 1870–1871-ci illərdə Franko-Prussiya müharibəsinin bitməsindən sonra, Le Sidane ailəsi Fransaya qayıdır və Dunkirkdə yaşayır. Burada, Anri ilk rəsm dərslərini yerli bir sənətçi Aleksandr Desmitdən alır. 1880-ci ildə Parisə gələn Le Sidane, 1882-ci ildə rəssam Aleksandr Kabanelin sinfində Paris Gözəl Sənətlər Məktəbinə daxil oldu olur . 1882–1887-ci illərdə Etaplda (Pa-de-Kale) yaşayır.
Liqand
Liqand (lat. ligare "bağlamaq") — donor-akseptor qarşılıqlı təsiri ilə başqa bir atoma (akseptor) bağlanmış atom, ion və ya molekul. Anlayış kompleks birləşmələrin kimyasında istifadə olunur, bir və ya bir neçə mərkəzi (kompleks əmələ gətirən) metal atomlarına bağlanmış hissəcikləri ifadə edir. Çox vaxt bu cür bağlanma "koordinasiya" adlanan donor-akseptor rabitəsinin meydana gəlməsi ilə baş verir, burada liqandlar Lyuis əsasları kimi çıxış edir, yəni elektron cütünün donorları kimi. Liqandlar mərkəzi atoma bağlandıqda, kompleksləşdirici agentin kimyəvi xassələri və liqandların özləri çox vaxt əhəmiyyətli dəyişikliklərə məruz qalır. Əslində, liqandın komplekslər yaratmaq və D-orbitalını öz-özünə məhv etmək qabiliyyətini qiymətləndirməyə və proqnozlaşdırmağa imkan verən ən vacib xüsusiyyəti - bütövlükdə birləşmənin məhv edilməsidir. Birinci təxmin olaraq, liqandın koordinasiya rabitəsi yaratmaq üçün ayıra bildiyi elektron cütlərinin sayını və bağlayan atomun və ya funksional qrupun elektronmənfiliyini ehtiva edir.
Akaka soğanı
Akaka soğanı (lat. Allium akaka) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir (VU D2). Azərbaycanın nadir növüdür. Çoxillik ot bitkisidir. Soğanaq yumurtavari və şarvaridir, 1, 5–2, 5 sm yoğunluğunda, boz qınla örtülüdür. Gövdə (4) 8–15 sm hündürlükdə, yoğun, (1) 2 yarpaqlı. Aşağı hissədən pərdəvari, rəngsiz qınla örtülüdür. Yarpaqlar uzun qınlıdır, uzunsov-ellipsivari və ya enli-neştərşəkilli, 2–7 sm enində, təpə hissəsi küt və ya dairəvidir. Çətir yarımşarvari, çoxçiçəkli, 3–5 sm diametrindədir.
Şirani (Sərdəşt)
Şirani (fars. شيراني‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 81 nəfər yaşayır (17 ailə).
Əflatun soğanı
Əflatun soğanı (lat. Allium aflatunense) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü.
Qələbə soğanı
Qələbə soğanı (lat. Allium victorialis) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü.
Üzüm soğanı
Üzüm soğanı (lat. Allium ampeloprasum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü.