Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Souk Eye
Souk Eye — Böyük Britaniyanın virtual musiqi qrupu olan Gorillaz-ın sayca altıncı studiya albomu "The Now Now"-da səsləndirilmiş mahnı. Albomun qapanış trekidir. == Yazılması == Deymon Albarn bu trek üçün ilk demonu Kaliforniyadakı Modrian hotelində "Humanz" albomu üçün etdiyi konsert turu əsnalarında qeydə alıb. Bu ilkin material sonda iki fərqli mahnını ortaya qoyub — "Souk Eye" və "Hollywood". Mahnının yazılması prosesi qrupun sənədli filmi olan "Gorillaz: Layiqsiz kumirləri rədd edin"də göstərilir. Gorillaz 1 iyun 2018-ci ildə Almaniyanın Nürnberq şəhərində baş tutan "Rock Im Park" musiqi festivalı zamanı "Souk Eye" mahnısını ilk dəfə canlı olaraq ifa edib.
Suk-Əhras
Suk-Əhras (ərəb. سوق أهراس‎) — Əlcəzairin şimal-şərqində şəhər, eyniadlı vilayətin inzibati mərkəzi. Toponim iki sözün birləşməsindən yaranmışdır. Ərəb dilində "suk" bazar, bərbər dilində "əhra" (cəmdə "əhras") şir deməkdir. Şəhər vilayətin şimal-qərb hissəsində, Ores massivinin dağlıq ərazisində, dəniz səviyyəsindən 699 metr yüksəklikdə yerləşir. Suk-Əhras ölkənin paytaxtı Əlcəzairdən təxminən 440 kilometr şərq-cənub-şərqdə yerləşir. 2008-ci ilin siyahıyaalınmasına əsasən əhalinin sayı 155,259 nəfər idi. İllər üzrə şəhər əhalisinin dinamikası: Əhalinin etnik tərkibində bərbərlər üstünlük təşkil edir. Ən yaxın hava limanı Ənnabə şəhərində yerləşir.
Frans fon Ştuk
Frans fon Ştuk (doğum 23 fevral 1863, Tettenvays — ölüm 30 avqust 1928) — alman simvolist və art-nevü rəssamı, heykəltaraş, qravüraçı və memarı. == Həyatı və karyerası == Ştuk Bavariya Krallığında Tettenvays bölgəsində anadan olmuşdur. Erkən yaşlarından qrafika və karikaturaya maraq göstərmişdir. O, rəssamlıq təhsilinə başlamaq üçün 1878-ci ildə Münhenə köçür. 1881-ci ildən 1885-ci ilə kimi Münhen Rəssamlıq Akademiyasında təhsil alır. O, əvvəlcə "Fliegende Blatter" jurnalı üçün işlədiyi karikaturalar, kitab bəzəkləri və proqramlar üçün dizaynlarla tanınır. 1889-cu ildə o özünün ilk rəsmlərini Münhen Şüşə Sarayında sərgilədi. Burada o, Cənnətin gözətçisi (The Guardian of Paradise) əsəri ilə qızıl medal qazanır. 1892-ci ildə Ştuk Münhen Sessiyasının həmtəsisçilərindən biri olmuşdur və həmçinin özünün ilk heykəltaraşlıq nümunəsi olan Atleti tamamlamışdır. Növbəti il o, indi onun ən məşhur əsəri sayılan Günah (The Sin) ilə önəmli və ictimai uğur qazandı.
Min Hye-suk
Min Hye-So (d. 15 mart 1970) — Cənubi Koreyanı təmsil edən həndbolçu. Min Hye-So Cənubi Koreya yığmasının heyətində 1992-ci ildə İspaniyanın Barselona şəhərinin ev sahibliyində baş tutan XXV Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasını 22:28 hesabı ilə məğlub edən Cənubi Koreya yığması, Barselona Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı. Min Hye-Sonun həyat yoldaşı həndbolçu Ço Çi-Hyodur.
Suk-əl-Həd
Suk-əl-Həd (ərəb. سوق الأحد‎, fr. Souk El Had) — Əlcəzairin şimalında, Bumerdes vilayəti ərazisində kommuna. Kommuna vilayətin şimal hissəsində, dəniz səviyyəsindən 69 metr yüksəklikdə yerləşir. Kommuna ölkənin paytaxtı Əlcəzairdən təqribən 55 kilometr şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 21 kilometr cənub-şərqdə yerləşir. 2008-ci ildə əhalinin sayı 6,181 idi.
Vu-Suk-Xvan
Vu-Suk-Xvan — veterinar elmlər üzrə alim, elmi saxtakarlığı ilə tanınıb. Seul Milli Universitetinin veterinar elmlər üzrə professoru Vu-Suk-Xvanın elmi saxtakarlığı onu çox məşhurlaşdırıb. O, insan hüceyrələrini klonlaşdırdığını bəyan edib. Ancaq sonradan məlum olub ki, bu, klonlaşdırılmış deyil, adi hüceyrə olub. Sonradan o, elmi saxtakarlıqda ittiham edilib.
Anuk
Anuk — 8 aprel 1975-ci ildə anadan olan Niderlandlı müğənni. Anuk 2013 Avroviziya Mahnı Müsabiqəsində Niderlandı "Birds" mahnısı ilə təmsil edib və Niderlanda 9-cu yeri qazandırıb. == Həyatı == Anası da özü kimi müğənnidir.
Druk
Druk (lat druk — Əjdaha) — Butan respublikasının rəsmi simvolu və Butanın mifoloji personajıdır. Butanın bayrağında əks olunan bu simvol sağlamlıq simvoludur. Jonq-ke dilinde Drukyul - əjdahalar vətəni, və Butanın kralı adlanır. 2007-ci ildə seçkilər zamanı 4 partiya özünü “Qızmızı əjdaha partiyası” adlandırdı. Hər partiya ayrı-ayrı rənglərlə təmsil olundu. Butanın himni “Druk cenden” isə Əjdahanın baş kralı” adlanır. == Digər Asiya əjdahaları == Çin əjdahası Yapon əjdahası Koreya əjdahası Vyetnam əjdahası == İstinad == ↑ About Bhutan :: Bhutan Footprints Travel & AdventureАрхивировано 27 fevral 2010-cu il. Waddell, Laurence (1895). The Buddhism of Tibet Or Lamaism. ss.
Nuuk
Nuuk, Qotxob (Nuk, dan. Nuuk və ya dan. Godthåb) — Danimarka Krallığı tərkibində Qrenlandiya özünüidarə ərazisinin şəhəri və paytaxtı. 2021-ci ilin yanvarına olan məlumata əsasən 18.800 nəfər əhalisi olan Nuuk Qrenlandiyanın ən böyük şəhəridir. Nuukun əhalisi 1977-ci ildən bəri iki dəfə, 1990-cı ildən bəri 1/3 qədər, 2000-ci ildən bu yana isə 21% artmışdır. 2015-ci il statistikasına görə, Qrenlandiyada doğulanlardan başqa, 3826 nəfər ölkədən kənarda doğulmuşdur. Yüksək məvacibli və cəlbedici iş imkanlarına görə danimarkalılar şəhərə köçməyə davam etmişlər. Hazırda Nuuk Qrenlandiyada danimarkalıların əhalinin ümumi sayına nisbətdə ən yüksək olduğu şəhərdir. Şəhərdə B-67 idman klubu və süni otla örtülmüş milli stadion vardır.
Qauk
Qauk (alm. Gauck; Hauk, Hauck‎) — alman soyadı.
Saak
Saak Süni — 821-831/832 - ci illərdə Qeqarqunik hakimi. Sünik knyazı Vasakın kiçik oğlu olan Saak atası Vasakın ölümündən sonra Sünikin şimal-qərb ərazisində yerləşən Qeqarqunik ərazisində və Göyçə gölünün ətrafında hakimiyyətə gəlmiş və Sünik sülaləsinin bir qolu olan Qeqarqunik Haykazunları nəslinin əsasını qoymuşdur. 831-832-ci illərdə ərəblərə qarşı Zəngiçay sahilində Kavakert döyüşündə öldürülmüş və nəşi katolikos II David Kakagetsi tərəfindən dəfn edilmişdir. Ölümündən sonra taxta oğlu I Qriqor Supan keçmişdir. “Kavakert dastakerti qarşısında Xurastan çayı sahilində böyük ərlər onları qarşıladılar. Hulun onların üzərinə hücum əmri verməsindən sonra tərəflər arasında vuruşma başlandı və bir çoxlarının qanı töküldü. Öldürülənlər arasında Sünik teri (zadəganı) Saak da var idi. Smbat və Sevada isə qaçaraq canlarını qurtara bildilər. Hul yenidən Dvinə döndü. Sünik teri Saakın cəsədi böyük patriarx David tərəfindən müqəddəs patriarxlıq evinə gətirilərək müqəddəs məbəd yaxınlığında dəfn edilmişdir.
Saue
Saue (est. Saue) — Estoniyanın şimalında, Haryumaa bölgəsində şəhər. Şəhər statusunu 1993-cü ildə alıb. Əhalisi 6,0 min nəfər, onların 93% estonlar təşkil edir. Saue Tallinin çox əlverişli mövqeyində yerləşdiyindən, həmçinin bu kiçik şəhərdə təmiz iqlimi olduğundan, varlı insanların istirahət yerlərindəndir. Saue təbiətə çox yaxınlıqda olmasına baxmayaraq, burada əyləncə növləri, iş və digər böyük şəhər şəraiti təklif olunur.
Seul
Seul rəsmi olaraq Seul Xüsusi Şəhəri (kor. 서울)— Cənubi Koreyanın ən böyük metropolu və paytaxtıdır. Seul 9,7 milyon nəfər əhaliyə sahibdir və ətrafdakı İnçon metropolu və Gyeonggi vilayəti ilə Seul Paytaxt Bölgəsinin mərkəzini təşkil edir. Qlobal şəhər olaraq qəbul edilən Seul, 2014-cü ildə dünyanın ən böyük metropoliten iqtisadiyyatı olan Tokio, Nyu York və Los Angelesdən sonra 4-cü oldu. 2017-ci ildə Seulda yaşayış dəyəri dünya miqyasında 6-cı sırada yer aldı. Qannam və Digital Medya Şəhəri mərkəzli böyük texnologiya mərkəzləri ilə Seul Paytaxt Ərazisi, Samsung, LG və Hyundai daxil olmaqla 14 Fortune Global 500 şirkətinin qərargahına ev sahibliyi edir. Metropolis, qlobal konfransların aparıcı beş ev sahibliyindən biri olaraq qlobal işlərdə böyük təsir göstərir. Seul 1986 Asiya Oyunlarına, 1988 Yay Olimpiya Oyunlarına, 2002 FIFA Dünya Kubokuna (Yaponiya ilə) və 2010 G-20 Seul sammitinə ev sahibliyi etdi. Seul, Bekçe, Çoson, Koreya İmperiyası, Qoryo (ikinci dərəcəli paytaxt olaraq) və hal-hazırda Cənubi Koreya da daxil olmaqla müxtəlif Koreya əyalətlərinin paytaxtı idi. Strateji olaraq Han çayı boyunca yerləşən Seulun tarixi, e.ə.
Seyk
𐕚 (səslənməsi /s/, transkripsiyası S, s) — Alban əlifbasının 43-cü hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. սէկ (Sēk) kimi verilmişdir. Tədqiqatçı Jost Gippert bu adla razılaşır. Bütün tədqiqatçılar hərfin bu cür adlanması ilə razılaşır və Udi dilindəki S səsi ilə eyniləşdirirlər.
Sink
Sink (Zn), köhnə mənbələrdə Ruf və Tutiya adlar ilə tanınırdı – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 30-cu element. Rus dilinə metalın adını Mixail Lomonosov alman dilindəki zink sözündən yaradaraq daxil edib. Metalın almanca adı ehtimal ki, qədim alman tinka – “ağ” sözündəndir. Geniş yayılmış sink preparatı – ZnO (əlkimyaçıların “fəlsəfi yunu”) ağ rənglidir. Digər ehtimala görə almanca adı zinke sözündəndir – “diş, tiyə” (çəngəldə, qrabeldə və s.): sink bərkidikdə dişəbənzər kristallar əmələ gətirir. Alman dilində oxşar sözlər var: zinne – “divarın dişləri”, zahn – diş (ağızda), zant – “diş” (altlıqda). Sinkit (əlavələrə rəng almış sink oksid) kristalları da dişlər əmələ gətirir. Sinkin xeyli geniş yayılmış mineralı sfaleritdir (sink sulfiddir). Digər metallarla müqayisədə çox sayda ərinti quruluşuna malikdir. Avtomobil, elektrik və təchizat sənayələrində istifadə olunan tökmə qəliblərinin istehsalında da sink vardır.
Sirk
Sirk (lat. Circus - "çevrə" deməkdir) — bir qrup artist və ya müəssisə tərəfindən akrobatika, kloun, sehrbazlıq, heyvan oyunları kimi müxtəlif səhnələrlə həyata keçirilən sənət növü. Sirk peşəsi heyvanlarla işləməklə bərabər müxtəlif akrobatika və gimnastika kimi sahələri də özündə cəmləşdirir. Buraya həmçinin havada kəndir üzərində yerimək, velosiped sürmək, janqlyorluq etmək və həmçinin, yerdə idman növləri yerinə yetirilir. Kloun daha mürəkkəb sirk janrıdır. O bir neçə ixtisasa yiyələnmiş olur və başqa "nömrələrdə" onun çıxışı böyük maraq doğurur.Klounun mənası gülməli çıxış deməkdir. Sirkin yaranmasının qədim tarixi vardır. Onun kökü antik Romadan başlayır. Keçən zaman ərəfəfəsində sirk sənəti də inkişaf etmiş və istər xarici görünüşündə (çevik karvan və teatr səhnələri), istərsə də atraksiyonların aparılmasında (at teatrı, pantomima) müəyyən dəyişikliklərə məruz qalmışdır. Sirk sənəti adətən ailə sülaləsi şəklində mövcud olmuşdur.
Sium
Sukərəvizi (lat. Sium) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi.
Soul
Soul (ing. soul — can) — ABŞ-də qara insanların populyar musiqisi.
Şötük
Şötük — ən çox quzu və dəvə yunundan, eləcə də zərif qoyun yunundan hazırlanmış ipliklərdən hörülən əşya. Şötükdən ulaq və qəflə-qatırı alıqlamaq üçün istifadə olunardı. Hörülmə üsulu çatıda olduğu kimi yerinə yetirilsədə çatıya nisbətən boş hörülərdi. Şötük hazırlandıqdan sonra bir ucuna doğanaq tikilərdi.
Dənəvərləşdirilmiş şlak
Dənəvərləşdirilmiş şlak - domna və marten sobalarında metal əridilməsində istifadə olunan odadavamlı qum qarşılıqlı gillərdən ibarət kərpici rəngində tullantıların termiki şəraitdə dənəvərləşdirilməsi ilə alınır. Bu üsulla alınan şlaklar həm yüngül, həm də yüksək dərəcədə məsaməli olurlar (ümumi həcminin 70 %-dən çox). Neft mədəni yerlərində mazutlaşmış və bitumlaşmış torpaqlann rekultivasiyasında yağlı-qatranlı kütlənin parçalanmasında daha doğrusu rekultivasiya qatının yaradılmasında fəallaşdırıcı maddə kimi istifadə edilir.
Elli Bruk
Ellison Bruk Hernandes (ing. Allyson Brooke Hernandez; 7 iyul 1993, San Antonio) — ABŞ müğənnisi.
Frans Şalk
Frans Şalk (alm. Franz Schalk‎; 27 may 1863[…], Vyana – 3 sentyabr 1931[…], Rayhenau-an-der-Raks[d], Aşağı Avstriya[d]) — Avstriya opera və simfonik dirijoru və pedaqoqu. 1918-ci ildən 1929-cu ilədək - Vyana Dövlət Operasının direktoru olmuşdur. Alman repertuarının, xüsusilə də Rixard Ştraus ilə birlikdə ən böyük interpretatoru olaraq tanınır, Salzburq Festivalının qurucularından biridir. == Həyatı == Frans Şalk Vyana şəhərində anadan olub, görkəmli bəstəkarlar Anton Brukner (harmoniya və kontrpop), J. Helmesberger (skripka), Y. Epştein (fortepiano) ilə birlikdə Vyana konservatoriyasında təhsil almışdır. 1889-cu ildə Reyxenberqdə, 1890-cı ildən 1895-ci ilə qədər - Qrats Opera teatrında, 1895-ci ildən 1998-ci ilədək - Praqa Milli Teatrında dirijorluq vəzifəsində çalışıb. Londonda (Covent Garden: 1988, 1907, 1911), Nyu Yorkda (Metropolitan Opera: 1988, 1989), Berlində (Royal Opera: 1898-1901) operaları tamaşaya qoyulmuşdur. Vyanadakı Dövlət Operasında, H. Rixterin istefasından sonra, ilk dirijor vəzifəsini icra etmişdir. 1918-ci ildə, Şalk monarxiyanın devrilməsindən sonra, teatrın direktoru təyin olunub, Vyana Dövlət Opera adını dəyişdi. 1919-cu ildə bu vəzifəni R.Ştraus ilə birgə icra etdi.
Gluk’oZa
Qlükoza (7 iyun 1986, Moskva) və ya əsl adı ilə Natalya İlyiniçna Çistyakova-İonova — Rusiya müğənnisi, aktrisası, teleaparıcısı, MTV EMA 2003 premiyasının qalibi. Debüt albomu olan "Qlükoza Nostra" (2003) ona beynəlxalq məşhurluq qazandırmışdır. == Həyatı == Natalya İlyiniçna Çistyakova-İonova 7 iyun 1986-cı ildə Moskva şəhərində anadan olmuşdur. 1993-cü ildə yeddi yaşı olanda Uşaq Musiqi Məktəbinin fortepiano sinifinə qəbul edilib, səkkiz yaşında isə oranı tərk etib. Uşaq yaşlarında bir çox dərnəklərdə iştirak edib: sahmatdan başlayaraq baletə qədər. Moskvada 308 nömrəli məktəbdə oxuyub. 2001-ci ildə isə 10 və 11 sinifləri Moskva 17 saylı axşam məktəbinə bitirmişdir. İlk film təcrübəsi uşaq kinojurnalı olan "Yeralaş"dakı fəaliyyəti idi. == Şəxsi həyatı == Həyat yoldaşı, biznesmen Aleksandr Nikolayeviç Çistyakov (doğ. 25 yanvar 1973) qızı Lidiya (doğ.
Gələcəyin şoku
"Gələcəyin şoku" (ing. Future Shock) — Amerikalı sosioloq, postindusterial cəmiyyət konsepsiyasının müəlliflərindən biri Alvin Tofflerin həyat yoldaşı Xaydi Tofflerlə birlikdə yazdığı və ilk dəfə 1970-ci ildə çap olunmuş kitab; beynəlxalq bestseller. == Tarixi == Kitab 1965-ci ilin yayında "Horizon" jurnalında dərc edilmiş "Həyat yolu kimi gələcək" (ing. "The Future as a Way of Life") adlı məqalənin genişləndirilmiş və təkmilləşdirilmiş variantıdır. "Gələcəyin şoku" kitabı müəllifin əsərləri içərisində xüsusi yer tutur və ona böyük şöhrət gətirmişdir. == Mövzusu == Alvin Tofflerin qeyd etdiyi "gələcəyin şoku" hər şeydən əvvəl insanları əhatə edən sosial həyatdakı və mədəniyyətdəki dəyişikliklərdir. İnsan "cəmiyyət" adlı sistemin çox kiçik bir elementidir və onun təhlükəsizliyinin özünəməxsus çalarları var. Alvin Toffler qeyd edir ki, "İnsan orqanizminin ətraf mühitdəki dəyişikliklərə uyğunlaşa biləcəyi müəyyən hədlər mövcuddur. Əgər əvvəldən bu hədlər müəyyən olunmazsa və bu dəyişikliklər artmaqda davam edərsə, biz çoxlu sayda insanları onların sadəcə dözə bilməyəcəkləri təsirlərə məruz qoya bilərik. Onları "gələcəyin şoku" adlandırdığım qeyri-adi vəziyyətə düçar etməklə biz çox risk edirik".
Katti Sark
"Katti Sark" (ing. Cutty Sark) — Bu günə qədər də qorunub saxlanılan yeganə və ən məşhur çay kliperlərindən biri. 1869-cu ildə qurulmuşdur. Hal-hazırda Qrinviçdə quru limanında yerləşir. 2007-ci il 21 may tarixində baş vermiş yanğın nəticəsində gəmiyə çox ciddi şəkildə ziyan dəymişdir. Restavrasiyadan sonra təkrar açılışı 2012-ci ildə baş tutmuşdur. == Gəminin tarixi == === "Katti Sark"ın yaradılması === Kliper Herkules Linton (Hercules Linton) tərəfindən proektləşmiş və 1869-cu il 23 noyabr tarixində ləqəbi "Ağ silindr" olan kapitan Con Cok Uillisin sifarişi ilə Scott&Linton kompaniyası tərəfindən şotland şəhəri Dambartonda (Dumbarton) çaya buraxılmışdır. Kapitana Çindən çay daşınması üçün dünyada ən sürətli kliper lazım idi. == Adının tarixi == "Katti Sark" şotland dilindən tərcümədə "qısa köynək" mənasını verir. Kliperin gələcək sahibi, kapitan Con Uillis şəkilli qalereyalardan birinə girəndə, bataqlıq üzərindən şabaşa uçan qısa gecə köynəyi geyinmiş cavan əcinnənin təsviri olan bir rəsm əsəri görür.