Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Açar
Açar bu mənaları ifadə edə bilər:
Caqar
Caqar — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Bəzi tədqiqatçıların fikrincə, toponim türk dillərindəki caqar (qaladan kənarda divarla əhatə olunmuş, möhkəmləndirilmiş yer) sözü ilə bağlıdır. Lakin caqar sözü dilimizdə "cadarlanmaq" mənasında da işlənir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 417 nəfər əhali yaşayır. == Coğrafiyası və iqlimi == Kənd Qızılqaya dağının (Böyük Qafqaz) yamacında yerləşir. == İqtisadiyyatı == Rayon ərazisində çəkilmiş və 1973-cü ildə istifadəyə verilmiş Caqar-Cibir kanalı bu ərazilərin həqiqətən də susuz olduğunu göstərir. Samurçaydan başlanan bu kanal 45.6 km. uzunluğa malik olub, Qusar rayonu ərazisində 4 min ha. torpaq sahəsinin suvarılmasına xidmət edir.
Maar
Maar (rus. маар, ing. maar, alb. maar) ― vulkanın lava axımı ilə müşayiət olunmayan qaz partlayışı zamanı yer səthində əmələ gətirdiyi qıfabənzər, yaxud silindrvari dərinlik, diametri 3200 m-ə, dərinliyi isə 300-dək olan çuxur. Maar vulkan lava püskürmədən qaz partalayışı nəticəsində əmələ gəlir. Rütubətli iqlimdə maar bəzən su ilə dolur və göl əmələ gəlir. Məsələn: Almaniyada Laxer-Ze gölü, Fransada Paven və Hodival gölləri.
Saar
Saarland (alm. Saarland‎) — Almaniyanın bir əyalətidir. Paytaxtı Saarbrükken şəhəridir. Əyalət Almaniyanın cənub-qərbində yerləşir. Qərbdə və cənubda Fransa ilə, qərbdə Luksemburq ilə, şimalda və şərqdə isə Reynland-Pfalts əyaləti ilə həmsərhəddir. Əyalət öz adını Reyn çayının bir qolu olan Saar çayından götürmüşdür. Ərazisi 2,568.65 km², əhalisi isə təxminən 1 milyon nəfərdir. Saar Almaniyada ən kiçik əyalətlərdən biridir, ərazisinə görə 4-cü, əhalisinə görə isə 2-ci ən kiçik əyalətdir. 20-ci əsrdə müxtəlif illərdə Fransanın tərkibində olsa da, yenidən Almaniyaya birləşdirilmişdir.
Çabar
Çabar (fars. چابار‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Mərkəz bəxşinin İsfəndan dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 46 ailədə 72 nəfəri kişilər və 67 nəfəri qadınlar olmaqla cəmi 139 nəfərdir. Kəndin əhalisini türklər təşkil edir, türkcə danışırlar və şiə müsəlmandırlar.
Çahar
Çahar — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd.
Çapar
Çapar haqqında aşağıdakı məqalələr var: Çapar (Ağdərə) — Azərbaycan Respublikasının Ağdərə rayonunun inzibati ərazi vahidində kənd. Çapar (Sərdəşt) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. Çapar (Zəncan) — İranın Zəncan ostanının Zəncan şəhristanı ərazisinə daxil olan kənd. Çapar (peşə) — qədim dövrələrə aid Atlı poçtçular. Çapar (jurnal) — Azərbaycanda jurnal.
CAR
Cənubi Afrika (ing. Republic of South Africa, afrik. Republiek van Suid-Afrika) — Afrikanın cənubunda dövlət.Şimalda Namibiya, Botsvana, Zimbabve, şimal-şərqdə Esvatini və Mozambiklə həmsərhəddir. CAR həmçinin anklav dövlət Lesotonu hər tərəfdən əhatə edir. Cənubi Afrika Respublikası, Afrikadaki müxtəlif ölkələrindən biridir və qitəyə nəzərən ağ, Asiya və qarışıq əhalinin ən çox olduğu ölkələrdən biridir. Ölkə həm zəngin mineral ehtiyatlara malikdir, həm də Afrikada iqtisadi cəhətdən ən inkişaf etmiş ölkədir və dünyada nisbətən möhkəm mövqelərə malikdir. G20 üzvü olan tək Afrika ölkəsidir. CAR-ın tarixi və siyasətində əsas məqam qara çoxluğu ilə ağ azlıq arasında irqi münaqişədir. 1948-ci ildən 1990-cı illərə qədər mövcud olmuş aparteid rejimi qurulduqdan sonra özünün kulminasiya nöqtəsinə çatdı. Ayrı-seçkilik qanunlarının tətbiqinin təşəbbüskarı Milli Partiya olmuşdur.
Acar kərtənkələsi
Acar kərtənkələsi (lat. Darevskia mixta) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin qayalıq kərtənkələsi cinsinə aid heyvan növü. == Təsviri == Orta ölçülü, uzunluğu 63 mm olan kərtənkələdir. Başı sıxılmış formaya malik olur. Boğaz nahiyəsində 20-28 pulcuq vardır. Bədəninin orta hissələrində 40-55 pulcuq olur. Mirvari-yaşıl və yaşılın müxtəlif çalarlarında olurlar. Bədəninin aşağı nahiyəsi boğazın aşağı hissəsinə qədər yaşıl-sarı olur. Başında xırda tünd nöqtələr vardır. == Yayılması == Mesxeti silsiləsi, Acarıstan, Gürcüstanın cənub hissəsi Borjomi dərəsi, Kürün yatağı kənarları boyunca, Meqreli öndağlığı boyunca yayılmışdır.
Acar kərtənlələsi

Dəyişdirici, açar
Erjebet Şaar
Erjebet Şaar (mac. Schaár Erzsébet; 27 iyul 1908[…] – 29 avqust 1975[…], Budapeşt) — Macarıstan heykəltaraşı, Mihai Munkaçı mükafatı laureatı (1962), Macarıstan Xalq Respublikasının əməkdar heykəltaraşı (1972). == Həyatı == Usta Jiqmond Kişfaludi-Ştrobl onun müəllimi olmuşdur. 1932-ci ildə o, ən yaxşı gənc rəssam nominasiyasında "Siney" mükafatına layiq görüləndə, ilk peşəkar sərgisini təşkil etdi və mütəxəssislərin diqqətini çəkdi. 1935-ci ildə heykəltaraş Tibor Vilt ilə evləndi. Qadın fiqurları, cütlükləri və ölən əsgərləri təsvir edən bir sıra heykəllərin müəllifidir. Heykəllər təbii görünsün deyə asan kəsilən yüngül polistirol materialından istifadə edirdi. 1970-ci ildə Budapeştin Müçarnok salonunda sərgi keçirdi və iki il sonra Antverpen və Cenevrədə sərgisi təşkil olundu. 1977-ci ildə Şaarın ölümündən sonra Duysburq şəhərindəki Lembruk muzeyində sərgi keçirildi. Şaarın düzəltdiyi məşhur heykəllər Budapeşt, Keçkemet, Mişkolts, Peç, Tihani və digər şəhərlərdə yerləşirlər.
KVM açar
KVM switch ~ KVM-переключатель ~ KVM anahtar ~ KVM açar – (KVM – “keyboard, video, mouse” sözlərinin abreviaturası) bir dəst giriş-çıxış qurğularını bir neçə kompüter arasında kommutasiya etmək üçün nəzərdə tutulmuş qurğu. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Namizəd açar
Namizəd açar (candidate key)– verilənlər bazası cədvəlinin müəyyən əlaqələr sətrinin unikal idenfikatoru (tanıdıcısı). Namizəd açar həm sadə (bir atribut halında), həm də mürəkkəb (iki və daha artıq atribut halında) ola bilər. Tərifə görə, hər bir əlaqənin (münasibətin) heç olmazsa bir namizəd açarı olur. Əgər namizəd açar təkdirsə, onda o verilmiş münasibət üçün avtomatik olaraq ilkin açar olur. Əgər namizəd açar bir neçədirsə, istifadəçi onlardan birini ilkin açar kimi göstərməlidir. İlkin kimi göstərilməyən hər bir açar alternativ açar olur. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Saar Protektoratı
Saar Protektoratı (Almanca: Protectorat de Sarre) — Nasist Almaniyasından İkinci Dünya Müharibəsində məğlub olduqdan sonra ayrılan qısamüddətli protektorat. Dördüncü Fransa Respublikası tərəfindən idarə edilmişdir. 1957-ci ildə Qərbi Almaniyaya birləşdirildikdən sonra ən kiçik Almaniya regionuna çevrilmişdir (Bremen, Berlin və Hamburq şəhər dövlətləri istisna olmaqla). Adı Saar çayından götürülmüşdür. Saar çayı və onun qolları ətrafında səpələnmiş ərazi etnik almanların yaşadığı minerallarla zəngin, iqtisadi cəhətdən əhəmiyyətli və sənayeləşmiş bir regiondur. Rur bölgəsindən və Yuxarı Sileziya kömür bölgəsindən sonra, 1900-cü illərdə Almaniya İmperiyasının üçüncü ən vacib kömür, dəmir və polad sənayesinə malik olub və sənaye inqilabından sonra Almaniyanın əhəmiyyətli nəqliyyat mərkəzlərindən biridir. 1920-1935-ci illər arasında Birinci Dünya Müharibəsinin nəticələrindən biri olaraq Millətlər Liqasının mandatı altında olan bölgə İkinci dünya müharibəsinin sonuna doğru strateji əhəmiyyətinə görə müttəfiqlər tərəfindən bombalanmışdı. Bu gün bu bölgə coğrafi cəhətdən Saarland əyalətindədir (1 yanvar 1957-ci ildə Qərbi Almaniya ilə birləşdirilmişdir). 1951-ci ilə qədər bölgədəki müttəfiqlər tərəfindən sənayeləşmə siyasəti tətbiq edildi və 1947-ci ildə Fransanın himayəsinə verildi. Soyuq müharibə dövründə daha güclü bir Qərbi Almaniya üçün yenidən sənayeləşmə prosesi başladılmış və 1957-ci ildə fransızlar bölgənin idarəsini Qərbi Almaniyaya təhvil vermişdirlər.
Saar bölgəsi
Saar bölgəsi, Birinci Dünya Müharibəsində Almaniya İmperiyasının məğlubiyyətindən sonra imzalanan Versal sülh müqaviləsi (Versailles) ilə qurulmuş yarı müstəqil inzibati bir bölgədir. Bir müddət Fransanın hakimiyyəti altında mövcud olmuş və 1935-ci ildən Almaniyanın və ya rəsmi adı ilə yeni qurulmuş Nasist Almaniyasının idarəsi altında kiçik bir region olaraq idarə edilmişdir. 1945-ci ildə başa çatmış İkinci dünya müharibəsində müttəfiq dövlətlərin qələbəsindən sonra İşğal Almaniyasının hakimiyyəti (hüquqi və beynəlxalq idarəetmə forması) altında bir protektorat (Saar Protektoratı) olaraq müstəqilliyinə qovuşmuşdu, ancaq 1957-ci ildə yenidən Qərbi Almaniyanın hakimiyyəti altına düşmüşdü. Bu gün yenə də Almaniya Federativ Respublikasının və ya geniş yayılmış adı ilə Almaniyanın ən kiçik regionu olaraq Saarland adı altında mövcudluğunu davam etdirir.
Saar regionu

Çahar borc
Çarburc və ya Çaharbürc (fars. چهاربرج-چاربورج‎)— İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanının Mərhəmətabad bəxşində yerləşən bir şəhərdir. Marağa şəhristanının Miyandab bölgəsinin Mərhəmətabad kəndistanında, Miyandab qəsəbəsindən 21 km şimal-qərbdədir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 7,940 nəfər və 1,937 ailədən ibarət idi.
Çapar (Ağdərə)
Çapar — Azərbaycan Respublikasının Ağdərə rayonunun İmarət Qərvənd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Çapar kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. 1993-cü ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Çapar kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Çapar kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır. Yaşayış məntəqəsini 1887-ci ildə keçmiş Zəngəzur mahalının Qaraqışlaq, Zamzur və Tatev kəndlərindən çıxmış ailələr Caparxana adlanan poct məntəqəsinin yerində salmışlar. Keçmışdə poctu aparan dövlət qulluqçularına capar deyilirdi. Çapar kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Çapar kəndi də Kəlbəcər rayonuna birləşdirilən kəndlərdən biridir. 5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib.
Çapar (Kəlbəcər)

Çapar (Sərdəşt)
Çapar (fars. چپر‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 71 nəfər. yaşayır (18 ailə).
Çapar (Zəncan)
Çapar (fars. چپر‎) - İranın Zəncan ostanının Zəncan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 91 nəfər. yaşayır (18 ailə).
Yeliz Açar
Yeliz Açar (19 dekabr, 1997) — müdafiəçi kimi çıxış edən türk əsilli azərbaycanlı futbolçu. O, Fatih Vatan Spor klubunda müdafiəçi kimi çıxış edir. 17 yaşadək qızlardan ibarət Türkiyə millisinin, daha sonra isə Azərbaycanın qadınlardan ibarət milli futbol komandasının üzvü olub. == Klub karyerası == Açar karyerasına 19 mart 2010-cu ildə Zeytinburnu Sporda başlayıb. O, 2011–12 Qadınların İkinci Liqası mövsümündə Akdeniz Nurçelik Sporda debüt etdi. Növbəti mövsüm klubun adı Akdeniz Nurçelik Spor olarak dəyişdirildi. Daha sonra 2013-cü ilin sentyabrında gənc idmançı Lüleburgaz 39 Sporla müqavilə imzaladı. Lakin klub liqadan çıxdı. Beləliklə Türkiyə Futbol Federasiyasının nizamnaməsinə əsasən, o 2013–14 mövsümündə başqa kluba transfer oluna bilmədi. Həmin mövsümün ikinci yarısında Karadeniz Ereğli Belediyespora transfer oldu.
Xarici açar
Xarici açar (ing. foreign key) — SQL verilənlər bazalarında bir cədvəldəki bir sütunun (və ya bir neçə sütunun) başqa bir cədvəlin bir sütunu ilə əlaqəli olduğunu göstərən bir məhdudiyyətdir. Xarici açarlar, verilənlər bazasında cədvəllər arasındakı əlaqələri müəyyən etmək və bu əlaqələrin düzgünlüyünü qorumaq üçün istifadə olunur. Onlar verilənlər bazasında məlumatların bütövlüyünü təmin etməyə kömək edir. == Əsas funksiyaları == Məlumatlar arasında əlaqə — xarici açar bir cədvəldəki məlumatı başqa bir cədvəldəki məlumatla əlaqələndirir. Məsələn, bir məhsul cədvəli və bir kateqoriya cədvəli varsa, məhsul cədvəlindəki category_id sütunu xarici açar kimi təyin edilə bilər ki, bu da onu kateqoriya cədvəlindəki id sütunu ilə əlaqələndirir. Referensial bütövlük — xarici açarların əsas vəzifəsi referensial bütövlüyü qorumaqdır. Bu, o deməkdir ki, xarici açarın istinad etdiyi dəyər əsas cədvəldə mövcud olmalıdır. Məsələn, əgər məhsul cədvəlində bir category_id varsa, bu dəyər kateqoriya cədvəlindəki id sütununda mövcud olmalıdır. == Əməliyyat məhdudiyyətləri == ON DELETE — əsas cədvəldən bir qeydi sildikdə xarici açara malik qeydlərlə nə baş verəcəyini idarə edir.
Çapar (jurnal)
Çapar — 2018-ci ildə təsis edilmiş və Azərbaycanda çap olunan tarix jurnalıdır. Aylıq jurnal kimi nəzərdə tutulan "Çapar"ın məqsədi Azərbaycan tarixi, mədəniyyəti və ədəbiyyatı ilə bağlı oxuculara bilgi verməkdir. Çapar jurnalı 2018-ci ildə Bakıda təsis olunub. Jurnalın təsisçisi Yusif İlhamoğlu, baş redaktoru isə Dilqəm Əhməddir. Məqsədləri Azərbaycan tarixi, mədəniyyəti və ədəbiyyatı ilə bağlı oxuculara bilgi verməkdir. Jurnalın ilk sayı 2018-ci ilin dekabr ayının 8-də işıq üzü görüb və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub. Jurnalın ilk sayında baş yazı "Azərbaycan Parlamenti 100 yaşında" adlanır. Bundan başqa Azərbaycanın tanınmış ictimai-siyasi xadimi, publisisti Mirzəbala Məmmədzadənin 14 yaşında ikən Bakıda nəşr etdiyi "Nəf-i elm, yaxud elmin sonu" adlı kitabçası ilk dəfə İlahə Xantəmirovanın təqdimatında latın qrafikasında verilib. Jurnalın ilk müsahibi Azərbaycan Cümhuriyyəti Parlamenti, 1937-ci il repressiyası ilə bağlı suallara geniş cavab verən professor Ədalət Tahirzadə olub. Daha sonra jurnalda Yusif İlhamoğlunun "99 illik universitet necə quruldu?", Ceyhun Nəbinin "Əhməd bəy Ağaoğlunun Xalidə Ədib Adıvara cavabı", Orxan Cəbrayılın "Mühacir hərbçi Firudin bəy Daryal" yazıları, eləcə də polkovnik Vəli bəy Yadigarın xatirələri, İrəvanın Göy məscidinin 100 illik fotoşəkilləri, Şuşa şəhərinin Çar dönəminə aid təsvirləri verilib, Əmin Abid, Ömər Faiq, Üzeyir bəy Hacıbəyli kimi klassiklərin məqalələri dərc edilib.
Axar-Baxar
Axar-baxar — suayrıcı. Axarbaxar (dağ) — Kəlbəcər rayonunun qərb hissəsində, Qarabağ vulkanik yaylasında yerləşən vulkanik dağ. Axarbaxar — Abşeron rayonunda aşırım; Axarbaxar — Sumqayıt ərazisində dağ. Axarbaxar — Şəki yaylası ilə Mingəçevir su anbarı arasında dağ silsiləsi. Axarbaxar — Yevlax rayonunda aşırım.