Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çarvak gölü
Çarvak gölü (özb. Chorvoq; fars. چهارباغ‎, Char bagh – "dörd bağ") — Özbəkistanın Daşkənd vilayətinin şimal hissəsindəki Bostanliq rayonundakı su anbarı, Ugam (şimal), Pskem (şərqdə) və Chatkal ( cənub) silsilələri. Su anbarı, Tuncu Şan dağlarının qərbindəki Pskem, Ko'ksu və Chatkal çaylarının birləşməsindən bir qədər aşağı məsafədə yerləşən Chirchiq çayı üzərində 168 m (551 fut) yüksəklikdə bir daş bənd (Çarvak Su Elektrik Stansiyası) tikməklə yaradılmışdır. Suyun əsas həcmini təmin edir. Hər üç çay birbaşa Çarvaka axır. Anbarın tutumu 2 km3 (0,48 kub mil) təşkil edir.Çarvak gölü, Chirchiq çayında hazırlanan bir neçə su anbarının ən üstüdür. Aşağıdan daha kiçik əraziyə sahib olan Xodjikent su anbarı və Qazalkent su anbarı var. Bəndin inşasına 1964-cü ildə başlanılmış və 1970-ci ildə başa çatdırılmışdır. Anbar doldurulduqda 150-yə yaxın arxeoloji yer su altında qalmışdır.
Çervyak adası
Çervyak adası — Sedov arxipelaqı qrupuna daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. == Yerləşməsi == Kara dənizində, Demyan Bednıy adalarının qərbində Komsomoles adasının 11 km şimal-qərbdə yerləşir. 800 m şimalda Utyonok, 1,1 km şimal-qərbdə Şimal adası yerləşir. Adalar su altı qumlu sayla bir-birinə birləşir. == Təsviri == Ada qərbdən şərqə doğru uzanır. Uzunluğu 750 m, eni isə 250 metrdir. Adanın adı onun ensiz formasına görə verilmişdir. Burada yüksəklik yoxdur.
Cermuk
Cermuk — mənası çarmıx, Azərbaycan toponimidir. Etimologiyasi burada çarmıx qalasının yerləşməsi ilə bağlıdır. Qarabağda Çiləbörd məlikliyinin ərazisi olmuşdur. (Mənbə Qarabağnamələr 2 .Mirzə Yusif Qarabaği. 2-ci kitab. Bakı, 1991) Quşçu — Ermənistan Respublikasında Arpaçayın (Araz hövzəsi) yuxarı axınında, 2100 m yüksəklikdə yerləşən şəhər. 1961-ci ildən respublika tabeli şəhərdir. İrəvan şəhərindən 173 km məsafədədir. Balneoloji və kurort şəhəridir. == Əhalisi == 1873-cü ilin kameral sayımına əsasən İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, Arpaçayın yuxarı axarında, sağ sahilində, "İstisu" adlanan mineral bulaqların yaxınlığında yerləşən və dövlət xəzinəsinə məxsus İstisu kəndində 19 evdə 56 nəfəri kişilər, 58 nəfəri qadınlar olmaqla toplam 114 nəfər şiə təriqətli müsəlman azərbaycanlılar yaşayırdılar.
Cərrah
Müasir tibbdə cərrah cərrahiyyə əməliyyatını həyata keçirən həkimdir. Fərqli dövrlərdə və yerlərdə fərqli ənənələr mövcud olsa da, müasir cərrah eyni zamanda lisenziyalı bir həkimdir və ya cərrahiyyə sahəsində ixtisaslaşmadan əvvəl həkimlərlə eyni tibbi təhsili almışdır. Pediatriya, stomatologiya və baytarlıq sahəsində də cərrahlar var. Cərrahların hər il dünyada 300 milyondan çox cərrahi əməliyyat apardığı təxmin edilir.
Dərvaq
Dərvaq – Rusiya Federasiyasının Dağıstan Respublikasının Tabasaran rayonunda yerləşən kənd. Dərvaq kəndi «„Dərvaq kənd“» vahidliyinə daxildir. == Əhali == Əhalisi 2875 nəfərdir (2019). Əhalisinin mütləq əksəriyyətini azərbaycanlılar təşkil edir. Dini baxımdan islam dininin sünnə məzhəbində etiqad edirlər. == Coğrafiya == Kənd Dağıstan öndağlığı ərazisində, Dərbənd şəhərindən 20 km qərbdə yerləşir. == Tarix == Bir çox məlumstlara görə kənd V—VII əsrlərdə «Dağ-Barı» istehkamının ətrafında salınmışdır. Dəndin adı Dərbəndnamədə belə keçərlidir. Oda qeyd edilir ki, Əbu Cəfər əl-Mənsur xəlifə olarkın Qafqaza Yezid ibn Əsədi göndərərək Dərbənddə sədd tikintisinə gösyəriş verir. Altı ay ərzində Yezid ibn Əsəd bir necə qalanın tikintisini başa çatdırır.
Lervik
Lervik (ing. Lerwick — Böyük Britaniyada, Şotlandiya (Şotlandiya Boyük Britaniya dövlətinin vilayətidir) vilayətində şəhər.
Pərvan
Pərvan vilayəti (dəri پروان, puşt. پروان) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Vilayətin sahəsi 5.974 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 600 min nəfər, inzibati mərkəzi Çahariqar şəhəridir. Əhalisinin etnik tərkibi puştunlardan (vilayətdə Vardak puştun tayfası məskunlaşıb, Vərdək tayfası Qılzay tayfa ittifaqına daxildir və kompakt halda Surxi Parsa rayonunda yaşayırlar), taciklərdən (əksər rayonlarda yaşasalar da yalnız Saləng rayonunda əhalinin çoxluğunu təşkil edirlər), qızılbaşlardan (kompakt halda Şeyx Əli və Surxi Parsa rayonlarında yaşayırlar - Nadir Şah tərəfindən Azərbaycandan bura köçürülmüşlər), kuçilərdən (əsasən Çahariqar rayonunda yaşayırlar), həzaralardan (kompakt halda Çahariqar və Qorbənd rayonlarında və az sayda digər rayonlarda yaşayırlar), özbəklərdən (əsasən Çahariqar rayonunda yaşayırlar), safilərdən (əsasən Kohi Safi rayonunda yaşayırlar) və şinvarilərdən (əsasən Şinvari, Cəbəlüsaray və Qorbənd rayonlarında yaşayırlar) ibarətdir. Vilayət inzibati cəhətdən Bağram, Çahariqar, Qorbənd, Cəbülsaray, Kohi Safi, Salang, Səyid Xel, Şeyx Əli, Şinvari və Surxi Parsa rayonlarına bölünür.
Serval
Serval (lat. Leptailurus serval) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin leptailurus cinsinə aid heyvan növü. == Yayılması və yarımnövləri == Servallar praktik olaraq Saxara, ekvatorial zonaları və materikin lap cənub hissələri istisna olmaqla bütün Afrika ərazisində yayılıblar. Hazırda Saxaradan şimalda (Əlcəzair və Mərakeş) bu heyvana çox nadir şəkildə rast gəlinsə də, Qərbi və Şərqi Afrikada ona rast gəlmək adi hal alıb. 14-ə yaxın yarımnövü qeydə alınıb: Leptailurus serval serval, Tanzaniyadan Kap əyalətinə qədər (CAR), Leptailurus serval beirae, Mozambik, Leptailurus serval brachyura, Qərbi Afrika, Sahel, Efiopiya, Leptailurus serval constantina, Şimali Afrika (nəsli kəsilmək üzrədir), Leptailurus serval hamiltoni, Şərqi Transvaal, Leptailurus serval hindeio, Tanzaniya, Leptailurus serval ingridi, Namibiya, cənubi Botsvana, Zimbabve, Leptailurus serval kempi, Uqanda, Leptailurus serval kivuensis, Konqo, Leptailurus serval liposticta, Şimali Anqola, Leptailurus serval lonnbergi, Cənubi Anqola, Leptailurus serval mababiensis, Şimali Botsvana, Leptailurus serval robertsi, Qərbi Transvaal (CAR), Leptailurus serval togoensis, Toqo, Benin.
Xərvar
Xalvar— çəki ölçü vahidi. == Ümumi məlumat == Daha böyük çəkiləri ölçmək üçün xalvardan istifadə olunmuşdur. 1 xalvar 25 puda bərabərdir ki, bu da təxminən 400 kq deməkdir. "Hesab var dinarla, bəxşiş var xalvarla" – atalar sözü də xalvarın böyük ölçü vahidi olmağıyla bağlı yaranmışdır. Məişətimizdə xalvar kimi işlənən bu söz əslində xərvardır və "bir uzunqulaq yükü" mənasını verir (farsca "xər" – uzunqulaq deməkdir). Belə çıxır ki, bir eşşək yükü 400 kq-a bərabərdi. == Mənbə == Azərbaycan etnoqrafiyası, Bakı-2007, "Şərq-Qərb" nəşriyyatı. Üç cilddə. III cild. səh.
Yermak
Yermak Timofeyeviç (1532/1534/1542 – 6 avqust 1585, Sibir xanlığı) —Kazak atamanı. == Həyatı == Ural tacirləri və sənayeçiləri Stroqanovların vəsaiti hesabına onun başçılığı ilə kazakların Sibir xanlığına işğalçı yürüşlər təşkil edilmişdir. 1581-ci ildə Yermak Sibir xanlığının işğalına başladı. 1582-ci ilin payızında kazaklar hücumla Sibir xanlığının əsas istehkamı — paytaxtı Kaşlıkı tutdular və qarət etdilər. Sibir xanı Küçüm xan müqaviməti davam etdirdi. 1585-ci ildə başda Kuçum olmaqla tatarların kazaklara gözlənilməz gecə hücumu zamanı Yermak öldürüldü. == İstinadlar == == Həmçinin bax == == Xarici keçidlər == Атаман Ермак Йармак (Ермак) Кольцо Сибири. Ермак, освоение Сибири Сказ о казаке-разбойнике Arxivləşdirilib 2007-10-27 at the Wayback Machine Ермак — человек — ледокол Кто же ты, Ермак Аленин? Arxivləşdirilib 2010-01-06 at the Wayback Machine Казаки. Походы Ермака (фигурки) Arxivləşdirilib 2011-12-27 at the Wayback Machine Савельев Е. П. Кто был Ермак и его сподвижники.
Çervon
Çervon (rus. черво́нец) rusca xarici və yerli böyük qızıl sikkələrin ənənəvi adıdlr. İlk olaraq bu qızıl sikkə nominalsız 3,3—3,5 qram çəkidə olmuşdur və dəyəri müxtəlif dövrlərdə 2—3,5 gümüş rus manatına bərabət idi. İlk rus çervonu XV əsrdə – rus çarı III İvanın dövründə, istehsal edilmiş və dövriyyəyə buraxılmışdır. Həmin vaxtlarda istənilən böyük qızıl sikkəni, imperialları və yarım imperialları “çervon” adlandırırdılar. XX əsrin əvvəllərindən etibarən isə on manatlıq rus əskinazları (həm də qrivna, avro və s.) bəzən çervon adlanmışdır. == İstinadlar == == Ədəbiyyat == Нумизматический словарь (4-е изд.). Львов: Высшая школа. Автор: Зварич В.В. 1980. Словарь нумизмата (2-е изд., перераб.
Çərmik
Çərmik (türk. Çermik ) — Türkiyənin Diyarbəkir ilində şəhər və rayon. == Tarixi == İnsanlar qədim zamanlardan bu yerlərdə yaşayıblar. Sonradan şəhər müxtəlif dövlətlərin bir hissəsi idi. Qədim Avarn şəhərinin burada yerləşdiyi güman edilir. XVI əsrdən Osmanlı imperiyasının tərkibində olmuşdur.
Cervus
Əsl maral (lat. Cervus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinə aid heyvan cinsi.
Cerba
Cerba — Aralıq dənizində ada. == Sahəsi == Sahəsi 514 km2 . == Əhalisi == Əhalisi 139,6 min (2004). == Coğrafiyası == Tunis sahillərində, Qabes körfəzinin cənub hissəsindədir. Tunisin mülkiyyətidir. Səthi düzənlikdir; Antropogen çöküntülərdən ibarətdir. Quyu suyundan və gətirmə sulardan istifadə olunur. Xurma palmaları, zeytun və əncir ağacları becərilir. Balıq və süngər ovlanır. Turizm inkişaf etmişdir.
Nerva
Mark Kokçey Nerva (lat. Marcus Cocceius Nerva; * 8 noyabr 30; † 27 yanvar 98) — Antoninlər sülaləsinin banisi, "Beş yaxşı imperator"dan birincisi. == Həyatı == Nerva Vespasian kimi flavi sülaləsinə mənsub olub, əsilli nəcabətli ailəsi əslən Romadan bir qədər şimalda yerləşən Narnia şəhərindəndir. Babası və atası dövrünün seçilən hüquqşünas və aristokratlarından olmuşlar. Ata-baba sənətinin davamçısı olan Nervanın şairlik və artistlik qabiliyyəti onu imperator Neronun sevimlisinə çevirmişdir. Karyerasına konsul kimi 71-ci ildə imperator Vaspasianın dövründə başlamış və 90-cı illərdə Domisianın hakimiyyəti dövründə davam etmişdir. == İmperatorluğu == 96-cı ildə Domisian sui-qəsd nəticəsində öldürüldükdən sonra, artıq yaşlaşmış və sonsuz Nerva senatın dəstəyi ilə 18 sentyabr 96-cı ildə imperator elan edilir və Domisiana qarşı onu xatirədən silmək (lat. Damnatio memoriae) qərarı verir. Senatın bu tədbirli planı digər hakimiyyət iddiaçılarını geri çəkilməyə məcbur edir. Domisian zamanında sürgün edilənlərin geriyə dönməsinə və mülklərinə yenidən sahib olmasına izin verən Nerva, Pretorian qvardiyasının (latın dili|lat.
Perak
Perak (jawın: ڨيرق) — Malayziya Federal Dövlətini meydana gətirən 13 ştatdan biridir. Malayziya nın qərbində Malakka boğazı kənarında yerləşir. Qərbdə Andaman dənizi nə sahili vardır, şimalda isə Tayland ilə qonşudur.
Çəram
Çəram — İranın Kohgiluyə və Boyer-Əhməd ostanının şəhərlərindən və Çəram şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 11,980 nəfər və 2,264 ailədən ibarət idi.
Çərik
Xüsusi təlim görmüş oxçu qvardiyasıdır. Sözün türk dillərində müxtəlif variantları mövcuddur. Bu söz “ordu”, “yürüş” “bahadırın yoldaşları”, “igid” anlamında işlənir. Xanın xüsusi qvardiyasına da çerik deyilmişdir. Osmanlılar yeni üsul ilə hazırladıqları korpusu “yeniçəri” adlandırmışlar. Azərbaycan dövlətçiliyinin ordu terminologiyasında bu söz “könüllü əsgər” korpusunu ifadə etmişdir. Mirzə Yusif Qarabağinin “Tarixi-Safi” əsərində Rus-İran müharibəsi zamanı qızılbaş ordusunun könüllü əsgərləri çəri, xüsusi piyada şah qvardiyası isə canbaz adlanır. Ruspərəst erməni tarixçisi, 1804-cü il İrəvan ətrafındakı döyüşü təsvir edərkən qeyri-ixtiyari bu sözləri yazır: “Qızılbaşlar atlarını çaparaq, döyüş meydanına, rus əsgərlərinin içərisinə girdilər. Rusların bir çoxunun başlarını qılıncla vurub, yenə meydandan salamat çıxırdılar.” == Mənbə == Ə.Əsgər, M. Qıpçaq. Türk savaş sənəti, B., 1997.
Çərək
Çərək — riyaziyyatda əski çağlarda əsasən uzunluq və çəki ölçmək üçün istifadə edilən ölçü vahidi. == Ümumi məlumat == Çərəkdən həm uzunluq, həm də çəki vahidi kimi istifadə edilmişdir. Uzunluq ölçüsü vahidi kimi çərəkdən çox geniş istifadə olunduğu mənbələrdən də aydın gorunur. Çərək arşının dörddə birinə bərabərdir. Əgər arşın 0,71 m-dirsə, onda çərək təxminən 18 sm-ə bərabər olur. Çəki vahidi kimi 1 çərək girvənkənin dörddə birinə bərabərdir. Girvənkənin 400 qram olduğunu biliriksə, onda çərək 100 qram olmuşdur. Çərək qab mənasında da işlənmişdir. Həmin qabın adı onun olcusu, tutumu ilə bağlıdır. Bir çərək taxıl, un və s.
Çəvan
Çəvan (Marağa)
Ərsak
Arsak (erm. Արցախ) və ya Orxistena (yun. Ὀρχιστηνή) – Cənubi Qafqazda yerləşmiş tarixi vilayət. Antik və orta əsr mənbələrinin məlumatlarına görə tarixi Arsak vilayətinin ərazisi müasir Azərbaycan Respublikasının Kəlbəcər, Tərtər, Xocavənd, Xocalı, Cəbrayıl və Şuşa rayonlarının ərazisini əhatə etmişdir. Kür çayının sol sahilində yerləşən tarixi Utik vilayəti qərbdən və cənub-qərbdən Sünik vilayəti, şimaldan və şimal-şərqdən Uti vilayəti, cənub-şərqdən isə Paytakaran vilayəti ilə sərhədlənirdi. Tarixçi-armenoloq Robert Hyusenin fikrincə Uti vilayətinin avtoxton sakinləri qeyri-Hind-Avropa dillərində danışan tayfalar olmuşlar. E.ə. 91-87-ci illərdə Böyük Ermənistan hökmdarı II Tiqranın İberiya və Qafqaz Albaniyasına yürüşləri nəticəsində Qafqaz Albaniyasının Uti, Arsak və Paytakaran əyalətləri, İberiyanın isə sərhədyanı cənub əraziləri Böyük Ermənistanın tərkibinə qatılır. 387-ci ildə Ermənistanın Bizans və Sasani imperiyaları arasında bölünməsindən sonra Qafqaz Albaniyası və İberiyanın tutulmuş ərazilər geri qaytarılır. X əsrdə Arsak ərazisində Xaçın knyazlığı yaranmışdır.
"Sərvan" nəğmələri
“Sərvan” nəğmələri – Güney Azərbaycanda qədim toy-nişan mərasimində oxunan nəğmələr. Nişan, xına gecəsi və toy günü mərasimlərində, xüsusilə qadın çalğıçılar məclisdə iştirak edən xanımlarla birgə “sərvanlar” söyləyər, bu nəğmələrin ritmi ilə rəqs edərdilər. “Sarvan” nəğmələri bayatılar əsasında qurulmaqla müxtəlif mövzularda sarvana müraciətlər üzərində oxunur: Oxşar nəğmə başlıqları (“Yoluva qoymuşam iydə”, “Yoluva qoymuşam kahı”, “Yoluva qoymuşam qəndi”, “yoluva qoymuşam alma” və s.) “sərvanlar”ın əvvəlki bənd misralarında yer almaqla həm də qadın çalğıçı, qavalçılarının bir-birlərilə asanlıqla nəğmə qoşub oxumalarına şərait yaradır. “Sərvan” nəğmələri bir çox hallarda oxşar nəqarətlərlə oxunur. “Aş gəl, aş gəl” nəqarətli sərvan nəğmələri Güney toy mərasimləri folklorunda xüsusilə geniş yayılmışdır.
Aleksandr Şerbak
Aleksandr Mixailoviç Şerbak (1926—2008) —Rusiya türkoloqu, filologiya elmləri doktoru, professor. == Həyatı == Aleksandr Mixailoviç Şerbak 1928-ci ildə anadan olmuşdur. 1948-ci ildə Stavropol Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirmişdir. 1952-ci ildə filologiya elmlər namizədi adını qazanmış, 1970-ci ildə filologiya elmlər doktoru olmuşdur. Şerbak doktorluq işində türk dialektlərinin müqayisəli fonetikası üzərində dayanmışdır. Bu sahədəki çalışmalarını «Sravnitel'naja fonetika tjurkskih jazykov» (1970) əsərinə toplamışdır. Şerbak əski uyğur dili və özbək dilinin tədqiqi sahəsində də bir sıra əsərlərin müəllifidir. «Oguz-näme», «Muxabbet-näme», «Pamjatniki drevneujgurskoj ı starouzbekskoj pis'mennosti», «GrammatiCeskij oierk jazyka tjurkskih tekstov X- XIII vv. iz Vostoönogo Turkestana», «Grammatika starouzbekskogo jazyka» və s əsərlərini buna misal olaraq göstərmək olar. Türk dialektlərində istifadə olunan e\ və çöl heyvanlarının adlarının tədqiqinə həsr olunmuş çalışması isə türkologiya elminin öyrənilməsinə dəyərli bir töhfədir.
Arizona Zervas
Arizona Zervas (ing. Arizona Zervas; 19 aprel 1995 və ya 9 aprel 1995, Providens[d]) — Amerikalı reper, müğənni və bəstəkardır. Spotify çalğı siyahılarında yer aldıqdan sonra 2019-cu ildə Billboard Hot 100-də dördüncü yerə çıxan "Roxanne" mahnısı ilə məşhurdur. "Roxanne" müvəffəqiyyəti onu 2019-cu ildə ümummilli tura çıxartdı və həmin ilin noyabrında "Columbia Records" ilə ortaq oldu. "Roxanne" Yeni Zelandiyadakı qrafikləri də üstələdi və İngiltərə, Avstraliya və bir sıra digər millətlər arasında ilk 10-a daxil oldu. == Karyera == Arizona Zervas on birinci sinifdə ilk mahnısını buraxdı. Onun debütü olan "Not Hit My Line" 2016-cı ildə işıq üzü gördü. Bir debüt üç mahnı olan EP Living Facts 2018-ci ildə işıq üzü gördü.Zervas ilk charting mahnısı "Roxanne" 10 oktyabr 2019-cu ildə çıxdı. Tez bir zamanda TikTok tətbiqində viral hit oldu. Mahnı 8 Noyabrda Spotify-in United States Top 50 chartında 1 nömrəsinə çatdı, imzalanmamış, tam müstəqil bir sənətçinin tablonun üstündəki ilk parçası oldu.
Bernar Verlak
Bernar Verlak (fr. Bernard Verlhac) - Fransız Karikaturist və jurnalist. Charlie Hebdo jurnalının əməkdaşı. 2015-ci il 7 yanvar tarixində "Charlie Hebdo" dərgisinə edilən silahlı hücum zamanı öldürülüb.