Pərvanə Qurbanova
Pərvanə Yaqub qızı Qurbanova — azərbaycanlı teatr və kino aktrisası, Gəncə Dövlət Dram Teatrının aparıcı aktrisası, Azərbaycan Respublikasının xalq artisti (2000).
2 aprel 1965-ci ildə anadan olmuşdur. 1981-ci ildə Gəncə Dövlət Dram teatrında fəaliyyətə başlamışdır. Bu illər ərzində aşağıdakı rolları oynamışdır:
Maral “Maral” (Cəfər Cabbarlı)
Firəngiz “Oqtay Eloğlu” (Cəfər Cabbarlı)
Sevinc “Sənsiz”(Şıxəli Qurbanov)
İncixanım “Atabəylər” (Nəriman Həsənzadə)
Əfsanə “İtkin gəlin” (Əlibala Hacızadə)
Narınc “Yandırılmış adam”(Əlibala Hacızadə)
Aqasiya “Odu atma, Promitey”(M.Kərim)
Nazan “Yad qız”(Orhan Kemal)
Gülqönçə “Cavad xan”(Nüşabə Məmmədova)
Ülviyyə “Unutmaq İstəyirəm” (Nüşabə Məmmədova)
Şahnaz “Mahnı dağlarda qaldı” (İlyas Əfəndiyev)
Gənc qadın “Qana-qan”(Bukovça)
Həcər xanım “Eşq və İntiqam”(Süleyman Sani Axundov)
Qadəm “Qatil”(Elçin Əfəndiyev)
Firuzə “Ölüm hökmü”(Elçin Əfəndiyev)
Həvva “Varlı qadın” (Elçin Əfəndiyev)
Qətibə “Şeyx Nizami”(Oqtay Altunbay)
Qızılgül “Balaca şahzadə”(Antuan de Sent-Ekzüperi)
Şəhrəbanu “Müsyo Jordan və dərviş Məstəli şah”(Mirzə Fətəli Axundov)
Pırpız Sona “Dəli yığıncağı”(Mirzə Cəlil)
1990-cı ildən hal hazıra kimi Gəncə Dövlət Nizami Poeziya teatrında işləyir, və aşağıdakı rolların ifaçısıdır:
“Xeyir və Şər”də Kürd qızı, “Məhəbəət əfsanəsi”ndə Şirin, “Bəhram şah”da Afaq, “Məhəbbətin qənimi”ndə Sədaqət və s.
Pərvanə Qurbanovanın Milli kino sahəsində də xidmətləri az olmamışdır. Bunlardan "Xocalı faciəsi" haqqında çəkilən "Haray" filmində baş rolda, E. Əfəndiyevin "Sarı gəlin" filmində əsas rollardan birinə, "Pərvanələrin rəqsi" serialında Yaqut xanım roluna çəkilmişdir.
Teatr xadimləri ittifaqının üzvüdür, “Qızıl Dərviş” mükafatı laureatı, Azərbaycan Respublikasının xalq artistidir. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə, 7 may 2021-ci ildə, 10 may 2022-ci ildə, 6 may 2023-cü ildə və 9 may 2024-cü ildə Prezident Mükafatına layiq görülmüşdür.