Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kuban
Kuban çayı — Şimali Qafqazın Qaraçay-Çerkesiya və Adıqe respublikaları, Stavropol və Krasnodar diyarları ərazisindən axan çay. Kuban Şimali Qafqazın iki böyük çayından biridir. O birisi Terekdir. Başlanğıcını, Elbrus dağının cənub-qərb ətəyindəki buzlaqlarda qaynaqlanan Üçkulan və Ullukam qollarının birləşməsindən götürür. Kuban çayının uzunluğu 870 km, Ullukamla birlikdə 900 km. Hövzəsinin sahəsi 57900 km². Temrük şəhəri yanında, Petruşin adlanan əsas qolu ilə Azov dənizinə tökülür. Kazaçiy yerik və Perevoloka qolları ilə suyunun bir hissəsini Axtanizovski limanına və duzsuzlaşdırma kanalı vasitəsilə Qızıldaş limanına axıdır. Azov dənizinə 116 km qalmış, böyük qolu — Protoka — sağa ayrılır və Açuyevo qəsəbəsi yanında Azov dənizinə tökülür. Ümumi çoxillik axımının orta həcmi 13,5 kum/m.
Çoban
Çuzan
Toyama Masakazu (外山正一, 23 oktyabr 1848, Tokio – 8 mart 1900) və ya Toyama Şoiçi – Yaponiya pedaqoqu və şairi. Miçiqan Universitetinin ilk yapon tələbələrindən biri olmuşdur. Toyama Masakazu 1848-ci ildə Yaponiyanın Edo şəhərində yoxsul samuray ailəsində doğulmuşdur. 1861-ci ildə Qərb elmləri üçün nəzərdə tutulmuş şoqunluq məktəbi Banşo Şirabeşoda ingilis dili təhsil aldıqdan sonra ingilis dili müəllimi olmuşdur. 1866-cı ildə şoqunluq tərəfindən Londona göndərilmiş 14 yapon tələbədən biri olmuşdur. 1868-ci ildə Yaponiyaya qayıtmış, 1870-ci ildə xarici işlər naziri Arinori Morinin katibi kimi ABŞ-yə göndərilmişdir. Toyama 1872-ci ildə ABŞ-də təhsil almaq üçün qazandığı təqaüdü iki yapon tələbə ilə bölüşməyə qərar vermişdir. Ann-Arbor şəhərində yaşamaq daha ucuz olduğu üçün o, Miçiqan Universitetini seçmişdir. Toyama Ann-Arbor liseyində təhsil aldıqdan sonra 1873-cü ildə Miçiqan Universitetinə daxil olmuşdur. 1876-cı ildə universiteti buraxaraq Yaponiyaya qayıtmışdır.
Cübran Xəlil Cübran
Cübran Xəlil Cübran (ərəb. جبران خليل جبران‎ Jubrān Khalīl Jubrān; ing. Kahlil Gibran; 6 yanvar 1883[…], Bişari[d], Osmanlı imperiyası – 10 aprel 1931[…], Nyu-York, ABŞ) — Livan yazıçısı. Cübran Xəlil Cübran "Qələmlər cəmiyyətinin" yaradıcısı və sədri, Amerikada yaranmış ərəb ədəbiyyatının ən görkəmli nümayəndəsi olmuşdur. == Həyatı == Onun şöhrəti yalnız Şərq aləmi ilə məhdudlaşmır. Avropada və Amerikada da onu istedadlı yazıçı və mahir rəssam kimi tanıyırlar. Cübran Xəlil Cübran haqqında ən dolğun məlumatı onun yaxın dostu və silahdaşı, "Qələmlər cəmiyyətinin" məsləhətçisi Mixail Nüeymənin "Cübran Xəlil Cübran: Həyatuhu, mautuhu, ədəbuhu va fənnuhu" (Cübran Xəlil Cübran: həyatı, vəfatı, ədəbiyyatı və sənəti) kitabından alırıq. 1934-cü ildə nəşr olunmuş bu əsəri sovet şərqşünası Kraçkovski yeni ərəb ədəbiyyatı tarixinin, ümumiyyətlə, ərəb ədəbiyyatının böyük hadisəsi adlandırmışdır. Bu iki ədib 1916-cı ildə tanış olmuş və 1931-ci ildə Cübranın vəfatına qədər onların arasında səmimi bir münasibət olmuş, qürbət həyatı bu iki yazıçını yaxınlaşdırmışdır. Məhz bu yaxınlıq, Cübranın həyatının incəliklərinə bələd olma Nüeyməyə olduqca hərtərəfli, dəyərli bir əsər yaratmağa imkan vermişdir.
Cuba
Cuba (ərəb. جوبا‎, ing. Juba) — Cənubi Sudanın paytaxtı, Cənubi Sudanda Mərkəzi Ekvatoriya əyalətinin inzibati mərkəzi. Ölkə rəhbərliyi müstəqillikdən sonra paytaxtı başqa şəhərə köçürmək planlarını açıqlamışdır. == Mənbə == Equatorians Abroad Fisher, J. 2005, 'Southern Sudan's Front-line Town', BBC News, 20 April 2005.
Hüsaməddin Çoban
Hüsaməddin Çoban (XII əsr – XIII əsr) — Rum Sultanlığının tanınmış bəylərindən biri. XIII əsrdə yaşamışdır. I İzzəddin Keykavus ilə qardaşı I Əlaəddin Keyqubad arasındakı taxt davasında tərəflər arasında razılaşmada pay sahibi olmuşdur. I İzzəddin Keykavusun Trabzon imperiyasına qarşı həyata keçirdiyi hərəkata başçılıq etmiş, Sinopu tutaraq Qaradəniz donanmasını qurmuş, Krıma qarşı hərəkat başlatmışdır. Kastamonu bölgəsində böyük nüfuza sahib olmuşdur. Ölümündən sonra sülaləsi də bu nüfuzundan istifadə etmiş və Çobanoğulları bəyliyi yaranmışdır.
Kuban deltası
Kuban deltası — Rusiya ərazisində yerləşən iri deltalardan biri. Delta Kuban çayının mənsəbində yerləşir. Sahəsi 4 300 km² təşkil edir. Bu sahə Volqa çayının illik su sərfiyyatının 5 % təşkil edən Kuban çayı üçün böyük göstəricidir. Kuban deltası Azov dənizinin şərq sahillərində yerləşir. Çayın qolları sahil boyunca ensiz zolaq şəklində axır. Onun qollarından bəziləri Taman yarımadası ərazisindən dənizə tökülür. Bu isə deltanı dünyanın ən fərqli deltası edir. Belə ki yarımadanın degər sahilini Qara dənizin suları yuyur. Deltanın sahil xəttinin uzunluğu 280 km-dir.
Kuban mədəniyyəti
Kuban mədəniyyəti — təxminən e.ə. 1100- e.ə. 400-ci illər Şimali və Mərkəzi Qafqazda Tunc və Dəmir dövrü mədəniyyətidir. Bu mədəniyyətin mövcudluğu dövrünə aid tapıntılar müxtəlif muzeylərdə nümayiş etdirilir. == Haqqında == Kuban mədəniyyəti Qafqazın qərb qismindəki Xaraçoy mədəniyyəti və Kolhis mədəniyyətindən əvvəl meydana çıxmış mədəniyyətdir. 1869-cu ildə Kuban kəndində döyüş baltaları, bəzək əşyaları və digər buna bənzər qədim əşyalar kəşf edildi. Bugün Maykopdan minlərlə Kuban mədəniyyəti dövrünə aid dəyərli əşyalar aşkarlanmaqdadır. Bunların əksəriyəti Maykopdakı milli muzeylərdə nümayiş etdirilməkdədir. Amjad Caiçuxa kimi bir çox elm adamı Kuban mədəniyyəti haqqında elmi tədqiqatlar aparmış və elmi əsərlər yazmışdırlar. Ən yaxşı nümunələr e.ə.
Kuban stadionu
Kuban Stadionu — 2019-cu ildən etibarən Kuban futbol klubunun ev arenası olan Krasnodar şəhərindəki çox məqsədli bir stadion, 2019 -cu ildən etibarən Kuban Futbol klubunun və 2020-ci ildən Kuban Holding klubunun azarkeşləri və köhnə oyunçuları tərəfindən canlandırılmışdır. 1960–2018-ci illərdə stadion Kuban Krosnadar klubunun, 2009–2016-cı illərdə Krasnodar klubunun və 2018–2019-cu ilrdə stadion Kubanoçka qadın futbol klubunun ev arenası olur. Stadion 35.200 tamaşaçı tutumuna malikdir. İdman arenası 30 oktyabr 1960-cı ildə açılmış və ilk futbol oyunu 14 may 1961 -ci ildə baş tutmuşdur. == Tarix == Stadion 1960-cı ildə inşa edilir, eyni ilin 30 oktyabrında açılışı baş tutur. İnşaat zamanı rəsmi olaraq 20.000 tamaşaçı (əslində 25.000) tutacağı bildirilir. 1980-ci ildə yenidən qurmadan sonra maksimum tutum 50 min nəfərə yüksəlir. 2004-cü ildə stadionda 2006 Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində Rusiya və Estoniya milliləri arasında oyun baş tutur. Rusiya komandası 4: 0 hesabı ilə oyunu başa çatdırır. Bir il sonra Kuban stadionu Rusiya millisi ilə Danimarka milliarasında keçirilən Avropa Gənclər Çempionatı matçına ev sahibliyi edir.
Kuban çayı
Kuban çayı — Şimali Qafqazın Qaraçay-Çerkesiya və Adıqe respublikaları, Stavropol və Krasnodar diyarları ərazisindən axan çay. Kuban Şimali Qafqazın iki böyük çayından biridir. O birisi Terekdir. Başlanğıcını, Elbrus dağının cənub-qərb ətəyindəki buzlaqlarda qaynaqlanan Üçkulan və Ullukam qollarının birləşməsindən götürür. Kuban çayının uzunluğu 870 km, Ullukamla birlikdə 900 km. Hövzəsinin sahəsi 57900 km². Temrük şəhəri yanında, Petruşin adlanan əsas qolu ilə Azov dənizinə tökülür. Kazaçiy yerik və Perevoloka qolları ilə suyunun bir hissəsini Axtanizovski limanına və duzsuzlaşdırma kanalı vasitəsilə Qızıldaş limanına axıdır. Azov dənizinə 116 km qalmış, böyük qolu — Protoka — sağa ayrılır və Açuyevo qəsəbəsi yanında Azov dənizinə tökülür. Ümumi çoxillik axımının orta həcmi 13,5 kum/m.
Kənan Çoban
Kənan Çoban (türk. Kenan Çoban; 22 yanvar 1975, Palu, Elazığ ili) ― Türkiyə aktyoru.
Nakaqava Cunan
Nakaqava Cunan (中川 淳庵, 1739, Edo[d] – 2 iyul 1786, Edo[d]) – Yaponiya həkimi, botaniki və ranqaku alimi. 1739-cu ildə Obama hanında həkim ailəsində doğulmuşdur. O, gənc yaşlarından etibarən botanika və mineralogiyaya maraq göstərmişdir. 1764-cü ildə Hiraqa Qennay ilə birlikdə asbest parçanı ixtira etmişdir. O, daha sonra Qərb tibbinə maraq göstərmiş və Yasutomi Kisekidən holland dilini öyrənmişdir. Maeno Ryotaku, Suqita Qenpaku və digər alimlərlə birlikdə alman anatom Yohan Adam Kulmusun "Anatomiya cədvəlləri" (alm. "Anatomische Tabellen"‎, 1722) əsərinin 1734-cü ildə nəşr olunmuş holland versiyasını (nid. "Ontieedkundige Tafelen") yapon dilinə tərcümə etmişdir. Bu əsər 1774-cü ildə Yaponiyada "Yeni anatomiya kitabı" adı ilə nəşr olunmuş və Yaponiyada Qərb tibbinin öyrənilməsi üçün vacib rol oynamışdır. Cunan isveçli həkim və botanik Karl Peter Tunberqdən dərslər almış, hollandların Naqasakidə yerləşən ticarət postunun direktoru İsaak Titsinqlə dostluq etmişdir.
Qaraca çoban
Qaraca çoban—Kitabi-Dədə Qorqud dastanında personaj. "Dədə Qorqud" eposunda Oğuz cəmiyyətinin yüksək təbəqəsinə mənsub qəhrəmanlarla yanaşı, aşağı təbəqənin mərd adamları haqqında da təsvirlər vardır. Belə qəhrəmanlardan biri də Qaraca çobandır. Qaraca çoban öz mərdliyi, cəsurluğu, sədaqəti ilə seçilir. Oğuz elinə düşmənlər hücum edən zaman Qaraca çoban yurdunun müdafiəsinə qalxır, düşmənin hərbə-zorbasından qorxmur, onların təklif etdiyi var-dövlətdən imtina edir. Qaraca Çoban surəti göstərir ki, xalq ədəbiyyatında zəhmətkeş təbəqənin nümayəndələrinə böyük hörmət və məhəbbətlə yanaşılır.
Quercus cubana
Quercus cubana (lat. Quercus cubana) — fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü.
Xan Çoban
Xan Çoban - Azərbaycanın məşhur aşıqlarında olmuşdur. Xan Çoban təxəllüsü ilə məşhur olan Həkim Əbülqasım Nəbati 1799-сü cu ildə Azərbaycanda Qaradağin Uştəbin kəndində anadan olmuşdur. Onun "Xan Çoban" və "Sara" adlı nağılqoşmasi məşhur və çox oxunan dastanlardandır. Nəbatının ayrıca divanı da nəşr edilmişdir.
Çoban (1971)
Film ömrünü dağlarda keçirən çobanların çətin əməyindən danışır. Filmin qəhrəmanı Azərbaycan Ali Sovetinin deputatı, çoban Boran Kərimovdur.
Çoban (bürc)
Çoban vəya Naxırçı (bürc) (lat. Boötes) — göyün şimal yarımkürəsində bürc. Çoban bürcünü Azərbaycanda il boyu göydə görmək olur, ən yaxşı görüntülər fevral-iyun ayları olur.
Çoban Həsən
Həsən Kərimov (çoban)
Çoban Məhəmməd
Çoban Məhəmməd (1857, Ağkilsə, Yeni Bəyazid qəzası – 1937, Ağkilsə, Basarkeçər rayonu) — şair, ustad aşıq. Aşıq Məhəmməd Alməmməd oğlu 1857-ci ildə Göyçə mahalının Ağkilsə kəndində doğulmuşdur. Aşıq Ələsgərin qardaşıdır. Ömrünün çox hissəsini təsərrüfat işlərində, xüsusən də çobançılıqda keçirsə də, o, el arasında Şair Məhəmməd, bəzən də Çoban Məhəmməd kimi tanınıb. Onun bədahətən şeir demək qabiliyyəti, yaxşı hafizəsi varmış. Ailələrində babası da, atası da, qardaşları da şer yazdıqlarından bəzən onların sənət nümunələrini biri-birindən fərqləndirmək çətinlik törətsə də, Şair Məhəmmədin şeirlərində Göyçə yaylaqlarının abı-havası duyulur. Yaylaqlarda, el-obada baş verən hadisələr onun gözündən yayınmamış, böyük sənətkarlıqla onları nəzmə çəkmişdir. Milli qırğın vaxtı dədə-baba yurdunu tərk edib Kəlbəcərə köçməli olan Məhəmməd zamanın ağır sınaqlarını "Fələk" rədifli şikayətnaməsində təfsilatı ilə təsvir edə bilmişdir. İngilis silahı ilə silahlanan erməni millətçilərinin qəddarcasına Göyçəyə divan tutması, mahalda törədilən qırğınlar, qaçanların dağlarda borana düşüb qırılması tarixi bir sənəd nümunəsidir: Şair Məhəmməd "Məhəmməd və gürcü qızı", "Məhəmmədin Qars səfəri", "Məhəmmədin Çələbiyan səfəri" və "Məhəmmədin Yalanbol vilayətinə səfəri" kimi bir neçə dastanı aşıqların dilində məclislərdə söylənilmişdir.
Çoban Nurmətov
Çoban kilsəsi
Çoban kilsəsi - Türkiyə Cümhuriyyətində, Ani şəhər xarabalıqlarında yerləşən, qədim bir erməni kilsəsi. Kilsə, Ani qalasından kənarda, təxminən qalanın Şimal-Qərb tərəfində, Horomos monastırına gedən yolun üstündə yerləşir. XX əsrin əvvəllərində dağılmış bir vəziyyətdə olan kilsə, 1966-cı ildə baş verən bir zəlzələdən sonra tamamilə yerlə yeksan olmuşdur. Dövrümüzə kilsənin yalnız bir neçə divarının qalığı çatsa da, həmin qalıqların yerləşdiyi ərazi Türkiyə-Ermənistan sərhəddində - qadağan olunmuş zonada yerləşdiyinə görə oraya getmək mümkün deyildir. Kilsənin kitabəsi olmayıb və inşa tarixi haqqında heç nə məlum deyil. Çoban kilsəsi adı isə kilsəylə bağlı bir rəvayətdən qaynaqlanır. Belə ki, rəvayətə görə kilsə Anidəki kilsələrdə olan səs-küy səbəbindən, həmin kilsələrdə ibadət edə bilməyən bir çoban tərəfindən inşa etdirilmişdir. Çoban kilsəsi kiçik bir kilsə olsa da, çox qarışıq bir memarlıq layihəsinə malik olmuşdur. Kilsə binası iki mərtəbəli olmaqla on bir metr hündürlüyə malik olmuş, binəsinin qalınlığı isə yeddi metr olmuşdur. Birinci mərtəbə xüsusilə mürəkkəb bir plana sahib olub.
Abdulhey Çoban
Əbdülhey Çoban (1975 – 12 iyun 2014, İstanbul) — Qurdlar Vadisi teleserialında Kənan Çoban tərəfindən canlandırılan uydurma personaj. == Səsləndirmə == Oynadığı ilk səhnədə səsləndirməni özü etmişdi. Lakin sonradan personajı Qədir Çermik səsləndirməyə başladı. Bir müddət Qədir Çermiklə anlaşıla bilinməməsinə görə Qurdlar Vadisində bir neçə bölüm Əngin Yüksəl tərəfindən səsləndirildi, daha sonra yenidən Qədir Çermiklə yola davam edildi. == Qurdlar Vadisində Əbdülhey == "KGT" (Kamu Güvenliği Teşkilatı) adlı çox məxfi kəşfiyyat təşkilatının üzvüdür. Əsl adı Zülfü Yüksəldir. Kəşfiyyatda kod adı "Əqrəb"dir. KGT-nin ikinci nömrəli adamıdır. Elazığlıdır. Uşaqlıqdan dövlət tərəfindən böyüdülüb və Şimali İraqda Ömər qəbiləsinin içinə yerləşdirilib.
Əbdulhey Çoban
Əbdülhey Çoban (1975 – 12 iyun 2014, İstanbul) — Qurdlar Vadisi teleserialında Kənan Çoban tərəfindən canlandırılan uydurma personaj. Oynadığı ilk səhnədə səsləndirməni özü etmişdi. Lakin sonradan personajı Qədir Çermik səsləndirməyə başladı. Bir müddət Qədir Çermiklə anlaşıla bilinməməsinə görə Qurdlar Vadisində bir neçə bölüm Əngin Yüksəl tərəfindən səsləndirildi, daha sonra yenidən Qədir Çermiklə yola davam edildi. "KGT" (Kamu Güvenliği Teşkilatı) adlı çox məxfi kəşfiyyat təşkilatının üzvüdür. Əsl adı Zülfü Yüksəldir. Kəşfiyyatda kod adı "Əqrəb"dir. KGT-nin ikinci nömrəli adamıdır. Elazığlıdır. Uşaqlıqdan dövlət tərəfindən böyüdülüb və Şimali İraqda Ömər qəbiləsinin içinə yerləşdirilib.
Çoban (dəqiqləşdirmə)
Çoban — heyvan otaran şəxs.
Çoban yastığı
Çobanyastığı (lat. Matricaria) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Dünya florasının tərkibində çobanyastığının 50 növü yayılmışdır. Cinsin Qafqazda 3, o cümlədən Azərbaycanda 2 növünə təsadüf edilir. Botanika elmində işlədilən bitki adlarının nomenklaturasında dərman çobanyastığı başqa adla, yəni səhv olaraq "vulgare" kimi təqdim edilmişdir. Sonralar 1708–1777-ci illərdə yaşamış alman botaniki Haller bitkiyə "matircaria" adı vermişdir. Matircaria latın sözü olub "balalıq" və "uşaqlıq", "mater" isə "ana" mənalarını verir. Alim çobanyastığının güclü mualicəvi təsirə malik olduğunu qeyd edərək bildirir ki, bitki ilə bir çox xəstəlikləri, o cümlədən də "uşaqlığı" müalicə edirmişlər. Bitkinin növ adı isə "rectuta"dır (recutitus — hamar, çılpaq sözlərindən götürülmüşdür). Qədim romalılar isə bitkiyə "chamaemelon" adı vermişlər.