Cübran Xəlil Cübran

Cübran Xəlil Cübran (ərəb. جبران خليل جبرانJubrān Khalīl Jubrān;[qeydlər 1] ing. Kahlil Gibran; 6 yanvar 1883[2][3][…], Bişari[d], Osmanlı imperiyası10 aprel 1931[2][3][…], Nyu-York, ABŞ[5]) — Livan yazıçısı. Cübran Xəlil Cübran "Qələmlər cəmiyyətinin" yaradıcısı və sədri, Amerikada yaranmış ərəb ədəbiyyatının ən görkəmli nümayəndəsi olmuşdur.

Cübran Xəlil Cübran

suriya-fələstin ərəb. جُبْران خَليل جُبْران

[1]
Doğum adı جُبْران خَليل ميخائيل سَعْد جُبْران
Gibran Khalil Gibran
Doğum tarixi 6 yanvar 1883(1883-01-06)[2][3][…]
Doğum yeri
Vəfat tarixi 10 aprel 1931(1931-04-10)[2][3][…] (48 yaşında)
Vəfat yeri
Vəfat səbəbi Sirroz[5], vərəm[5], xərçəng xəstəliyi
Dəfn yeri
Təhsili
Fəaliyyəti yazıçı, şair, rəssam, filosof, hekayə yazıçısı[d]
Fəaliyyət illəri 1902–1931
Əsərlərinin dili ingilis dili, ərəb dili
İstiqamət Məhcər ədəbiyyatı, simvolizm[4]
Janrlar poeziya, Pritça[d], hekayə, təmsil, teatr pyesi
İmza
kahlilgibran.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Onun şöhrəti yalnız Şərq aləmi ilə məhdudlaşmır. Avropada və Amerikada da onu istedadlı yazıçı və mahir rəssam kimi tanıyırlar. Cübran Xəlil Cübran haqqında ən dolğun məlumatı onun yaxın dostu və silahdaşı, "Qələmlər cəmiyyətinin" məsləhətçisi Mixail Nüeymənin "Cübran Xəlil Cübran: Həyatuhu, mautuhu, ədəbuhu va fənnuhu" (Cübran Xəlil Cübran: həyatı, vəfatı, ədəbiyyatı və sənəti) kitabından alırıq. 1934-cü ildə nəşr olunmuş bu əsəri sovet şərqşünası Kraçkovski yeni ərəb ədəbiyyatı tarixinin, ümumiyyətlə, ərəb ədəbiyyatının böyük hadisəsi adlandırmışdır. Bu iki ədib 1916-cı ildə tanış olmuş və 1931-ci ildə Cübranın vəfatına qədər onların arasında səmimi bir münasibət olmuş, qürbət həyatı bu iki yazıçını yaxınlaşdırmışdır. Məhz bu yaxınlıq, Cübranın həyatının incəliklərinə bələd olma Nüeyməyə olduqca hərtərəfli, dəyərli bir əsər yaratmağa imkan vermişdir. Əsərdə Cübranın həyatına dair bir sıra qiymətli məlumatlarla yanaşı onun düşüncələr aləmi, hiss-həyəcanlar dünyası, cəmiyyətə, insanlara münasibəti də geniş əksini tapmışdır.

Görkəmli yazıçı və tanınmış rəssam Cübran 1883-cü ildə Osmanlı imperiyasının muxtar vilayətində, Livanın Bşərre şəhərində katolik ailəsində doğulub. Cübranın anası Kamila, Cübranı üçüncü həyat yoldaşından dünyaya gətirib. Yoxsulluq səbəbindən Cübran normal təhsil ala bilməsə də, vaxtaşırı keşişlər onun yaşadığı evə gələrək ona İncil və ərəb dilindən müxtəlif dərslər keçiblər.

Cübran Xəlil Cübranın yaradıcılığını dərindən başa düşmək üçün onun uşaqlıq illərinə səyahət etmək və onun dünyaya yanaşma tərzinin formalaşdığı vaxtlara diqqət yetirmək lazımdır. Belə ki, o, hələ Livanda ailəsi ilə birlikdə yaşadığı vaxt yoxsul evlərində anası ilə tez-tez söhbətlər edirdi. Anası Cübranı üçüncü evliliyindən dünyaya gətirmiş və Cübranla dərdləşdiyi vaxtlar həmişə qeyd edirdi: "Mən heç vaxt bu dünyaya gəlmək istəməzdim. Sən dünyaya gələnədək mən qadın monastırına getmək istəmişəm. Sənin dünyaya gəlişin, sanki göylərdən yerə enən mələyin zühuru kimi oldu mənim üçün. Lakin qanadları sınıq mələyin". Bu xatirə daha sonra onun "Sınıq qanadlar" (Broken Wings, 1912) əsərinin yaranmasına səbəb oldu.

Əsərləri dünyanın iyirmiyə qədər dilinə tərcümə edilib. Rəssam kimi isə bir çox əsərləri indi də sərgilərdə nümayiş edilməkdədir. Ömrünün son iyirmi ilini ABŞ-də yaşayan yazıçı əsərlərini ingiliscə yazmağa başlayıb. Yazıçının "Xəbərçi", "Dünya tanrıları", "İnsanoğlu İsa", "Asi ruhlar", "Dəli", "Sözlər" və b. kitabları nəşr edilib.

Cübran 1904-cü ildə ərəb qəzeti olan "Emiqrant" (ərəb. المهاجر‎‎) qəzetində məqalələrini nəşr etdirir. 1895-ci ildə görkəmli filosof anası, qardaşı və bacıları ilə birlikdə ABŞ-yə miqrasiya edərək dünyasını dəyişdiyi günədək ABŞ-də (Nyu-York və Bostonda) yaşayıb yaratmışdır. O, rəssamlığı 1908-ci ildə Parisə gedərək dərindən öyrənir. 1910-cu ildə isə ABŞ-yə geri qayıdır. Filosofun "Peyğəmbər" (1923) əsəri yaradıcıllığının zirvəsi hesab olunur və 100-dən çox dilə tərcümə edilib.

Cübranın anası Kamilanın Bostona miqrasiya etməsinin də qəribə tarixçəsi var. Belə ki, Cübranın atası vergi toplayıcısı idi və bir gün o, vəzifəsində yol verdiyi hansısa səhvlərə görə cəzalandırılır. Bütün əmlakı alınır və həbsxanaya salınır. Bundan sonra Cübranın anası bütün uşaqlarını götürərək Bostona miqrasiya edir. Orada o, özünü dolandırmaq üçün toxuculuqla məşğul olan bir qadınla tanış olur. Cübranın qardaşı Piter kiçik dükan açır və bacısı Mariana Cübranın məktəbə getdiyi dövrdə toxuculuğu öyrənməyə başlayır. Məktəbdə Cübranın rəssam kimi və parlaq şagird kimi bütün bacarıqları aşkara çıxır. 4 il sonra ailə Livana geri dönməyə qərar versə də, Cübran daha sonra Bostona geri dönür. 1902-ci ildə Cübranın qardaşı və bacısı tuberkulyoz xəstəliyindən, anası isə həmin ildə xərçəng xəstəliyindən dünyasını dəyişir. 1904-cü ildə isə Cübran Meri Elizabet Haskellə (ing. Mary Elizabeth Haskell) tanış olur. Bu qadınla tanışlığı onun şəxsiyyətinə və yaradıcıllığına çox böyük təsir edir (yazılı qaynaqlarda bu qadın onun həyat yoldaşı kimi qeyd edilmir və onların münasibətləri rəsmi olmayıb).

Cübranın dini görüşləri özünəməxsusluğu ilə fərqlənir. O, xristian adət-ənənələri ilə böyüsə də, üzərində islam dinin təsirləri də sezilir. Sufi fəlsəfəsi ilə yaxından tanış olur və təsirlənir. Uşaq yaşlarında evlərində müxtəlif dinlərdən olan insanların qonaq olması onun dünyagörüşünün artmasında mühüm rol oynayır.

Cübranın əsərlərində və şəxsi həyatında siyasətin izlərini tapmaq çətindir. Buna baxmayaraq hər nə qədər o, siyasətin onun həyatında yer almadığını desə də, Osmanlı imperiyasının Suriyanı tərk etməsi vaxtı "Peyğəmbərin bağı" əsərinə daxil etdiyi "Azad Suriya" poemasını yazır. Cübranda çox az miqdarda ərəb milliyyətçiliyinin izlərini görmək olar.

Cübran Xristianlıq, İslam, İudaizm, Sufizmdən təsirlənərək universal məhəbbət, həyata tam fərqli və yeni baxış, insanlara olan sevgidən ibarət olan janrda yaradırdı. O, deyirdi: "Sən mənim qardaşımsan və mən səni sevirəm. Sən məsciddə səcdədə olanda da, kilsədə diz çökəndə də, sinaqoqda ibadət edərkdən də səni sevirəm. Sən və mən inamın — Allahın övladıyıq."

Cübranın rəsm əsərləri öz-özlüyündə ayrıca mövzudur. Onun yaradıcıllığı ilə az-çox maraqlanan insanlar bilirlər ki, o, çəkdiyi rəsm əsərlərində əsasən çılpaqlıq elementindən istifadə edir. Onun rəsmlərindəki qadınların sifətləri əsasən onun anasının sifətidir. Bizim dünyaya çılpaq gəlişimiz və çılpaq gedişimiz fəlsəfəsinə əsaslanan Cübran fərqli və təsirli əsərlər yaratmağa müvəffəq ola bilib. Cübranın anasının rəsmlərdə belə çox yer alması onu göstərir ki, dahi filosof anası vasitəsilə öz istedad və bacarıqlarını kəşf edə bilib.

Cübran rəsmlərində yaradıcını da görmək olar. Daha doğrusu onun əlini. Bu möhtəşəm simvolika və metafor bizləri düşünməyə vadar edir. Yaradıcı ilə əlaqədar olan rəsmlər əsasən "Peyğəmbər" əsəri ilə sıx əlaqəlidir. Paradoksal olan yaradıcının və insanın bir-birindən asılılığı ideal təsvir olunub. İnanın ki, bu tamamilə yeni fəlsəfi məktəbdir. Cübrandan soruşublar ki, niyə görə siz öz rəsm əsərlərinizi imzalamırsınız? O da cavab olaraq qeyd edib ki, mənim rəsm əsərlərim harada tapılmağından asılı olmayaraq mənə aid olduğunu özləri söyləyəcəklər.

Cübran 48 yaşında aprelin 10-u 1931-ci ildə Nyu York şəhərində qaraciyərin sirrozu və tuberkulyoz xəstəliyindən dünyasını dəyişir. Cübranın vəfatından sonra bacısı Mariana və Meri Haskell onun bədənini Livana, doğma şəhər Bşərreyə gətirir. Böyük filosof hələ sağlığında Livanda monastırda dəfn olunmağı istəyirdi. Xüsusilə də Mar Sarkis monastırında. Dünyasını dəyişdikdən sonra onun bacısı bu arzusunu yerinə yetirir. Marianna monastır və ona tabe olan əraziləri satın alır və beləliklə də, qardaşını monastırda hüzurlu yuxusunu təmin edir. Monastır daha sonra Cübran muzeyinə çevrilir. Muzeydə əsasən onun çəkdiyi rəsmlər (440 rəsm əsəri) yer alır.

Cübranın başdaşında bu sözlər yazılıb: "Mən də sizin kimi sağam. Qarşınızdayam. Gözlərinizi yumun və ətrafınıza baxın. Məni qarşınızda görəcəksiniz."

Ərəbcə
  • نبذة في فن الموسيقى Nübẕə fī fənn-il-musīqa (1905)
  • عرائس المروج ʿƏraʾis-ül-müruc ("Çəmənlər gəlinləri", 1906)
  • الأرواح المتمردة Əl-ərvaḥ-ül-mütəmərridə ("Üsyankar ruhlar", 1908)
  • الأجنحة المتكسرة Əl-əcniḥət-ül-mütəkəssirə ("Qırılmış qanadlar", 1912)
  • دمعة وابتسامة Dəmʿə və-btisamə ("Göz yaşı və təbəssüm", 1914)
  • المواكب Əl-məvakib ("Yürüşlər", 1919)
  • العواصف Əl-ʿəvaṣif ("Tufanlar", 1920)
  • البدائع والطرائف Əl-bədaʾiʿ və-ṭ-ṭəraʾif ("Qəriblər və ecazkarlar", 1923)
İngiliscə
  • The Madman ("Divanə", 1918)
  • The Forerunner ("Sələf", 1920)
  • The Prophet ("Peyğəmbər", 1923)
  • Sand and Foam ("Qum və köpük", 1926)
  • Jesus the Son of Man ("İnsan oğlu İsa", 1928)
  • The Earth Gods ("Yer tanrıları", 1929)
  • The Wanderer ("Səyyah", 1932)
  • The Garden of the Prophet ("Peyğəmbər bağı", 1933)
Yazışması
  • Beloved Prophet: The love letters of Kahlil Gibran and Mary Haskell, and her private journal (1972; redaktor: Virginia Hilu)
  • الشعلة الزرقاء Əş-şöʿlət-üz-zərqaʾ (1979)
  • Jean-Pierre Dahdah: Khalil Gibran, eine Biographie. Walter-Verlag, Zürich 1997. ISBN 3-530-10006-4
  • Raif Georges Khoury: Passé et Présent de la Culture Arabe ou Tradition, Modernité et Conservation d’Identité, selon Djubrān Khalīl Djubrān (1883–1931), à l’image de la Renaissance Européenne. deux mondes, Edingen-Neckarhausen 1997. ISBN 3-932662-00-8
  • Khalil Gibran: Der Prophet. Walter-Verlag, ISBN 3-530-26800-3
  • Khalil Gibran: Der Prophet. Musikbuch Maraton Records, www.maraton.de
  • Khalil Gibran: Der Prophet, Broschur, Patmos verlag Düsseldorf, ISBN 978-3-491-50714-2
  • Khalil Gibran: Der Prophet, Illustriert von Stephanie Nickel, Broschur/Gebunden, Patmos Verlag Düsseldorf, ISBN 978-3-491-50718-0 и ISBN 978-3-491-50719-7
  • Khalil Gibran: Der Prophet, Seidenmoire, Patmos Verlag Düsseldorf, ISBN 978-3-491-50708-1
  • Khalil Gibran: Die Rückkehr des Propheten, Illustriert von Stefanie Nickel, Gebunden, Patmos Verlag Düsseldorf, ISBN 978-3-491-50720-3
  • Khalil Gibran: Jesus Menschensohn, Gebunden, Patmos Verlag Düsseldorf, ISBN 978-3-491-50717-3
  1. Tam adı: Cübran bin Xəlil bin Mixail bin Sə'd Cübran (ərəb. جبران بن خليل بن ميخائيل بن سعد جبران[6] Jubrān bin Khalīl bin Mīkhāʼīl bin Saʻd Jubrān.
  1. Medici F. The Strange Case of Kahlil Gibran and Jubran Khalil Jubran (ing.).
  2. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. 1 2 3 4 Khalil Gibran // Benezit Dictionary of Artists (ing.). OUP, 2006. ISBN 978-0-19-977378-7
  4. 1 2 RKDartists (nid.).
  5. 1 2 3 4 Ərəbcə Vikipediya. 2003.
  6. فراج عطا سالم. كشاف معجم المؤلفين لكحالة. 2. 1998.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]