Çoban kilsəsi

Çoban kilsəsi - Türkiyə Cümhuriyyətində, Ani şəhər xarabalıqlarında yerləşən, qədim bir erməni kilsəsi. Kilsə, Ani qalasından kənarda, təxminən qalanın Şimal-Qərb tərəfində, Horomos monastırına gedən yolun üstündə yerləşir. XX əsrin əvvəllərində dağılmış bir vəziyyətdə olan kilsə, 1966-cı ildə baş verən bir zəlzələdən sonra tamamilə yerlə yeksan olmuşdur. Dövrümüzə kilsənin yalnız bir neçə divarının qalığı çatsa da, həmin qalıqların yerləşdiyi ərazi Türkiyə-Ermənistan sərhəddində - qadağan olunmuş zonada yerləşdiyinə görə oraya getmək mümkün deyildir.

Çoban kilsəsi
Հովվի եկեղեցի
Ölkə  Türkiyə
Şəhər Qars
Yerləşir Ani
Aidiyyatı Erməni Qriqoryan Kilsəsi
Tikilmə tarixi XI əsr
Üslubu Erməni memarlığı
Çoban kilsəsi (Türkiyə)
Çoban kilsəsi
Kilsənin planı

Kilsənin kitabəsi olmayıb və inşa tarixi haqqında heç nə məlum deyil. Çoban kilsəsi adı isə kilsəylə bağlı bir rəvayətdən qaynaqlanır. Belə ki, rəvayətə görə kilsə Anidəki kilsələrdə olan səs-küy səbəbindən, həmin kilsələrdə ibadət edə bilməyən bir çoban tərəfindən inşa etdirilmişdir.

Memarlıq xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Çoban kilsəsi kiçik bir kilsə olsa da, çox qarışıq bir memarlıq layihəsinə malik olmuşdur. Kilsə binası iki mərtəbəli olmaqla on bir metr hündürlüyə malik olmuş, binəsinin qalınlığı isə yeddi metr olmuşdur. Birinci mərtəbə xüsusilə mürəkkəb bir plana sahib olub. Binanın birinci mərtəbəsi fasaddan on iki guşəli ulduz formasında, daxildən isə altıguşəli ulduz formasında olmuşdur.

Kilsənin ikinci mərtəbəsi isə eşikdən altıguşəli ulduz, daxildən isə dairəvi formada olmuşdur. İkinci mərtəbənin üstündə silindrik formada bir baraban olmuşdur. İkinci mərtəbədə bayıra açılan bir qapı olsa da bu qapının nə məqsədlə qoyulduğu bəlli deyil. Çünki, eşik tərəfdən ikinci mərtəbəyə pilləkən olmamışdır.

Kilsənin planı böyük bir memarlıq hünəri olmasına baxmayaraq, sadə bəzəkləri və kobud işlənmiş daşlarıyla ümumilikdə kilsə olduqca qaba tikili təsiri bağışlayır. Binanın inşa tarixi də dəqiqləşdirilməmiş olaraq qalır. Belə ki, tədqiqatçılar X-XI və ya XII-XIII əsrlər ola biləcəyini güman edirlər. Layihəsi və kiçikliyi kilsənin daha çox I mərtəbəsində məzar olan bir məqbərə olaraq istifadə edildiyini güman etməyə əsas verir.

Erməni kilsəsi yoxsa müsəlman türbəsi

[redaktə | mənbəni redaktə et]

Erməni qəbristanlıq kilsələrinin birinci zəminində heç vaxt apsis olmur. Lakin qəribədir ki, müsəlman türbələrinə xas bu cəhət məhz Çoban kilsəsi adlandırılan bu abidədə özünü göstərməkdədir. Araşdırmaçıların bəziləri həmin bu nişsiz apsisin qibləyə tərə olan bir mehrab olduğunu güman edirlər. Mütəxəssislərə görə əgər bu abidə müsəlmanlar üçün ermənilər tərəfindən inşa edilmiş bir türbədirsə, o zaman böyük bir ehtimalla XI-XII əsrlərdə - Şəddadilərin hakimiyyətdə olduğu dövrdə inşa edilmişdir.

Çoban kilsəsi