Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şaqonar
Şaqonar — Rusiya Federasiyasında yerləşən şəhər. Tıva Respublikasınana daxildir.
Sagmen
Güləvər (lat. Centaurea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Gülsün Sağlamer
Gülsün Sağlamer (1945, Trabzon). Memar, müəllim, İTU-nun ilk qadın rektoru. İstanbul Texniki Universiteti Memarlıq Fakültəsini bitirdi. 1978-ci ildə dosent, 1988-ci ildə professor oldu. 1996–2004-cü illərdə İstanbul Texniki Universitetinin rektoru vəzifəsində işləmişdir. Bir çox layihədə iştirak etdi. Hal-hazırda "Open House International" jurnalının redaksiya heyətinin üzvüdür. 2006–2014-cü illərdə Kadir Has Universitetinin Nümayəndə Heyətinin üzvüdür.
Maqomed Daudov
Maqomed Xojaxmedoviç Daudov (rus. Магомед Хожахмедович Даудов, çeç. Дауди Хожахьмадан Мохьмад; 26 fevral 1980, Mixaylovsk, Stavropol diyarı), həmçinin Lord təxəllüsü ilə də tanınır — çeçen əsilli Rusiya dövlət xadimi və siyasətçisi, 2007-ci ildə "Rusiya Federasiyasının Qəhrəmanı" fəxri adına layiq görülmüşdür. Çeçenistan Respublikası Parlament sədrinin güc sektoru üzrə birinci müavini (2010–2012), Çeçenistan Respublikasının Başçısı və Hökuməti Administrasiyasının rəhbəri (2011–2015). Çeçenistan Respublikası III çağırış (2015–2016) və IV çağırış (2016-cı ilin oktyabrından) Parlamentinin sabiq sədri. Çeçenistan Respublikasının İqtisadi və İctimai Təhlükəsizlik Şurasının daimi üzvü (2015-ci ildən). Rusiya Federasiyası Federal Məclisi yanında Rusiya Federasiyası Qanunvericilər Şurasının üzvü (2016-cı ildən), "Vahid Rusiya" ümumrusiya siyasi partiyasının üzvü, partiyanın baş şurasının Rəyasət Heyətinə seçilib (2018), partiyanın regional şöbəsinin katibi seçilib (2019), Rusiya Federasiyası Prezidenti yanında Yerli Özünüidarəetmənin İnkişafı Şurasına daxil edilib (2019). Rəsmi KİV-də onun Rusiya dövlətçiliyinin gücləndirilməsinə yönəlmiş fəaliyyətləri və əldə etdiyi nailiyyətlər arasında terrorizmlə mübarizəyə əhəmiyyətli töhfələri vurğulanır. O bir sıra vəzifələrdə çalışmışdır: Əhməd Kadırovın Təhlükəsizlik Xidmətində işçi (2002–2004), keçmiş bölük komandiri, sonra Çeçenistan Respublikası üzrə Daxili İşlər Nazirliyinin Şali rayonunun Daxili İşlər Şöbəsi üzrə xüsusi polis batalyonu komandiri (2004–2005), respublika OMONunun qərargah rəisi (2006–2007), Şali rayonunun Daxili İşlər Şöbəsi (2007–2010). Polis polkovniki, bir çox mükafata malikdir, o cümlədən iki "Cəsarət" ordeni (2005, 2006), Çeçenistan Respublikasının ən yüksək mükafatı "Kadırov" ordeni (2006), "Çeçenistan Respublikasının fəxri vətəndaşı" (2007), vəzifə borcunu yerinə yetirərkən göstərdiyi cəsarət və qəhrəmanlığa görə "Rusiya Federasiyasının Qəhrəmanı" fəxri adına layiq görülmüşdür (2007).
Maqomed Həmidov
Maqomed Həmidov (28 sentyabr 1930, Serqoqala rayonu, Dağıstan MSSR – 25 sentyabr 2016, Mahaçqala) — Sovet, rus, dargin şairi və dövlət xadimi. Dağıstan Respublikasının xalq şairi. "Dağıstan" Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin İdarə Heyətinin sədri (1970–2002). Dağıstan MSSR Ali Sovetinin deputatı. Rusiya Federasiyası Prezidenti Vladimir Putinin Dağıstan Respublikasındakı etibarlı adamı. == Bioqrafiyası == Aymaumaxinski kənd məclisinin kiçik Uraxinski xutorunda fermasında anadan olmuşdur (indi Dağıstanın Serqoqala rayonu). Uraxin orta məktəbinin 7-ci sinfini, sonra Serqoqala pedaqoji məktəbini bitirir. Ali təhsilini Dağıstan Pedaqoji İnstitutunda və Ali Partiya Məktəbində alır. Bir müddət "Leninskoe Znamya" qəzetində işləyir. 1970–1991-ci illərdə Dağıstan Muxtar Sovet Sosialist Respublikasının Nazirlər Soveti yanında Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri, sonra 12 il "Dağıstan" Dövlət Teleradio Şirkətinə rəhbərlik etmişdir.
Maqomed Qadayev
Maqomed Salah Qadayev (çeç. Мохьмад-Салахь Гадаев;6 dekabr 1909 – 24 dekabr 1972) — Çeçen şairi, yazıçı, dramaturq və alimi. == Həyatı == Maqomed-Salah Qadayev 1909-cu il dekabrın 6-da Çərçi-İrzə kəndində anadan olub. 1924-cü ildə ailəsi Aşağı Gerzel kəndinə köçüb və burada o, kənd ibtidai məktəbinin dörd sinifini bitirmişdir. 1928-ci ildə Rostov-na-Donuda fəhlə fakültəsinə daxil olub, burada ədəbi və elmi fəaliyyətə başlayıb. Maqomed Salah Qadayev həmçinin Rayon İcraiyyə Komitəsinin aparatında işləyir. Lakin artıq 1930-cu illərdə o, Çeçenistana qayıdıb və Çeçen-İnquş Elmi-Tədqiqat Tarix, Dil və Ədəbiyyat İnstitutunda elmi işçi kimi çalışıb, burada folklor və kosmoloji tədqiqatlar aparır. Mixail Lermontov, Lev Tolstoy, Aleksandr Puşkin, Nikolay Nekrasov və Taras Şevçenkonun əsərlərinin çeçen dilinə tərcüməsi ilə məşğul olur. Bu zaman onun "İki adam" və "Gecə atlısı" romanları, "Gəlin", "Gürcü" və "Vəhşilik" hekayələri, "Xəzman", "Dostlar" hekayələri və s çap olunur. Maqomed-Salah Qadayev 1940-cı ildə "Poeziya" adlı şeirlər toplusunu da nəşr etdirir.
Maqomed Sulayev
Maqomed Abueviç Sulayev (çeç. Сулаев, Магомет Абуевич; 20 sentyabr 1920, Qoytı – 11 noyabr 1992) — məşhur çeçen yazıçısı, şairi, həkimi, Çeçenistan-İnquşetiya Yazıçılar İttifaqı və SSRİ Yazıçılar İttifaqının üzvü. == Həyatı == Maqomed Sulayev 20 sentyabr 1920-ci ildə Çeçenistanın Qoiti kəndində anadan olub. O, 1933-cü ildə kəndlərində ümumtəhsil məktəbini bitirmişdir. Sonradan Bakı fəhlə fakültəsində təhsil almışdır. 1941-ci ildə isə Maqomed Sulayev Bakıda Azərbaycan Tibb İnstitutunun məzunu olmuşdur. Universiteti bitirdikdən sonra M.Sulayev Çeçenistana qayıdır. Respublikanın və Qroznı şəhərinin rayon xəstəxanalarının baş həkimi kimi çalışır. Sulayevin ədəbi yaradıcılığının başlanğıcı gənclik dövrünə təsadüf edir. O, ilk şeiri "Çeçen mahnısı"nı 1939-cu ildə 15 yaşında yazıb.
Maqomed Tuşayev
Maqomed Tuşayev (rus. Магомед Салаудинович Тушаев; 23 fevral 1986, Qroznı, RSFSR, SSRİ) — Rusiya Silahlı Qüvvələrinin çeçen əsilli General-mayoru. == Həyatı == Tuşayev Çeçenistan Milli Qvardiyasının 141-ci motoatıcı alayının komandiri və OMON-un üzvü olub. 2022-ci ilin 26 fevral tarixində təsdiqlənməmiş məlumatlara görə Rusiyanın Ukraynaya müdaxiləsi zamanı Ukrayna Milli Qvardiyasının Alfa Bölməsinin əsgərləri tərəfindən Qostomel yaxınlığında öldürülüb.
Maqomet Mamakayev
Maqomet Amayeviç Mamakayev (16 (29) dekabr 1910, Axçoy-Martan, Terek vilayəti – 2 avqust 1973, Qroznı) — Sovet dövlət və partiya lideri, Çeçen yazıçısı və şairi. == Həyatı == Maqomet Mamakayev 1910-cu ildə Axçoy-Martan kəndində kəndli ailəsində anadan olub. 1927-ci ildən Sov.İKP(b) üzvü seçilib. Maqomet Mamakayev Stalin adına Şərq Kommunist Zəhmətkeşləri Universitetini və Moskvadakı Ali Ədəbiyyat Kurslarını bitirib. 1930-cu ildə Sov.İKP (b) Urus-Martan rayonu komitəsinin katibi, sonra - İKP (b) Mərkəzi Komitəsinin proqram qrupunun üzvü işləmişdir. 1931-ci ildə - "Qroznı Fəhləsi" qəzetinin baş redaktor müavini kimi çalışmışdır. 1931-1934-cü illərdə Ümumittifaq Bolşeviklər Kommunist Partiyasının Çeçen vilayət komitəsində çalışmışdır. Maqomet Mamakayev 1930-1934-cü illərdə Çeçen Araşdırma Dil, Ədəbiyyat və Tarix İnstitutunun direktoru olub. 1934-1935-ci illərdə M.Mamakaev Ümumittifaq Bolşevik Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Ali Partiya İşçiləri Məktəbində təhsil alıb. Moskvadan qayıtdıqdan sonra Qroznıximstroy rəhbərinin müavini vəzifəsində çalışıb.
Maqomet Maqomedov
Maqomet Maqomed-Sultanoviç Maqomedov və ya Məhəmməd Məhəmməd Sultan oğlu Məhəmmədov (rus. Магомед Магомед-Султанович Магомедов; 11 dekabr 1987, Mahaçqala, SSRİ) — Rusiya futbolçusu, hücumçu. Özünün bütün oyun karyerasını Anji Mahaçqala futbol klubunda keçirib. Əsas heyətinin oyunçusudur. Onun ilk peşəkar çıxışı 2003-cü ildə birinci divizion matçlarında, "Anji" tərəfində olub. 2004-2005-ci illərdən Krılya Sovetov Samara klubunun futbolçusu. "Anji" komandasının prezidentinin oğludur.
Karl Stomer
Frederik Karl Mülertz Stomer (norv. Fredrik Carl Mülertz Størmer; 3 sentyabr 1874[…] – 13 avqust 1957[…], Oslo) — norveçli riyaziyyatçı və astrofizik. Riyaziyyatda ardıcıl düz ədədlər üzərində π və Stormer teoreminin hesablanması da daxil olmaqla say nəzəriyyəsi sahəsindəki töhfələri ilə tanınır.O, fizikada maqnitosferdəki yüklü hissəciklərin hərəkətini və aurora meydana gəlməsini öyrənir və bu mövzularla bağlı olan "Kosmik Dərinliklərdən Atom Qəlbinə" kitabını yazır.Stomer, Norveçin Oslo Universitetində riyaziyyat professoru kimi çalışmışdır. Aydan uzaqda yerləşən Stömer krateri onun adını daşıyır. == Həyatı == Stormer 3 sentyabr 1874-cü ildə Skiendə bir əzcaçı Georq Lüdviq Stormer (1842-1930) və Elizabet Amali Yohan Henritte Mülertzin (1844–1916) ailəsində anadan olmuşdı. Əmisi sahibkar və ixtiraçı olan Henrik Kristian Frederik Stormer idi. Stormer, 1892-ci ildən 1897-ci ilə qədər Norveç Kral Frederik Universitetində (indiki Oslo Universiteti) riyaziyyatı öyrənmiş, 1898-ci ildə "Candidatus realium" dərəcəsi qazanmışdır.O, Parisdə Pikard, Poincare, Painlevé, Yordan, Darbux, Sorbonna və Qursat kimi professorlar ilə 2 il (1898-1900) təhsil almışdı. 1900-cü ildə riyaziyyat üzrə elmi işçi olaraq Kristianiyaya (Oslo) qayıtdı, 1902-ci ildə Göttingen Universitetində oldu və 1903-cü ildə yenidə Kristianiyaya qayıtdı və buradakı universitetdə riyaziyyat professoru vəzifəsinə təyin olundu.43 il riyaziyyat professoru vəzifəsini icra etdi. Kristianiyada daimi bir vəzifə aldıqdan sonra adını Karl Stomer olaraq qısaltdı. 1918-ci ildə yaradılan Norveç Riyaziyyat Cəmiyyətinin ilk prezidenti seçildi.
Lu Salome
Lu Andreyas Salome (rus. Луиза Густавовна Саломе; 12 fevral 1861[…], Sankt-Peterburq – 5 fevral 1937[…], Göttingen) — rus əsilli psixoanalitik və yazıçı. Onun fərqli intellektual maraqları Nitşe, Freyd, Rilke də daxil olmaqla görkəmli qərb mütəfəkkirləri ilə dostluğuna səbəb olmuşdur. == İlk illər == Lu Salome Sankt Peterburqda müharibə generalının ailəsində dünyaya göz açıb. Salome valideynlərinin tək qızı, beş qardaşın bir bacısı olub. Sonradan ona nasistlər tərəfindən " fin yəhudisi" deyilsə də, onun valideynləri əslində Fransız protestantı və şimali alman mənşəli olublar. Təhsil axtarışında olan Salome 17 yaşında 25 yaşlı holland pastoru Hendrix Qilyotdan fəlsəfə, ilahiyyat, dinlər və alman, fransız ədəbiyyatını öyrəndi. Qilyot Salomeyə o qədər vurulur ki, öz arvadından boşanıb onunla ailə qurmağı planlaşdırır. Salome universitet təhsili almaq üçün anası ilə birgə Zürixə köçür. Bu səfərin onun fiziki durumu üçün də xeyirli olacağını düşünürdülər; həmin vaxtlar Salome qan öskürürdü.
Salome Pajava
Salome Pajava (d. 3 sentyabr 1997, Moskva, Rusiya) — Gürcüstanı təmsil edən bədii gimnast. Salome Pajava 2016-cı ildə Yunanıstanı XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Pajava həm də 2015-ci ildə Avropa Oyunlarının bürünc medalını qazandı. Salome Pajava 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, fərdi yarışların təsnifat mərhələsində 69.115 xal topladı və 14-cü yeri tutaraq mübarizəni dayandırdı.
Salome Zurabişvili
Salome Zurabişvili (gürc. სალომე ზურაბიშვილი, 18 mart 1952, XV arondisman (Paris)) — Fransa və Gürcüstan siyasətçisi və siyasi xadimi. Gürcüstan Respublikasının 2004-cü ilin mart ayından 2005-ci ilin noyabr ayınadək Xarici İşlər Naziri olmuşdur. Gürcüstanın Mtatsminda rayonunun millət vəkilidir. 2018-ci ilin dekabrın 16-dan Gürcüstan Respublikasının 5-ci Prezidentidir. Gürcüstan Respublikası Xarici İşlər Naziri olaraq təyin edildiyi müddətdə, adı Rusiyanın Gürcüstandakı rus hərbi bazalarının geri çəkilməsi ilə əlaqələndirilir. Salome Zurabişvili, Fransadakı gürcü diasporunun sədri olmuş Levan Zurabişvilinin ailəsində, gürcü siyasi mühacirlərinin ailəsində anadan olub və böyüyüb. Salome Zurabişvili 1952-ci il martın 18-də Parisdə, gürcü siyasi mühacirlərin ailəsində, Fransadakı Gürcüstan diasporunun sədri Levan Zurabişvilinin ailəsində anadan olmuşdur. Levanın atası 1921-ci ildə Gürcüstandan SSRİ işğalına görə qaçan siyasi mühacirlərdən biri idi. 1972-ci ildə Salome Zurabişvili Paris Siyasi Elmlər İnstitutunu, 1973-cü ildə Kolumbiya Universitetini, 1981-ci ildə isə Parisin Milli Təhsil məktəbini bitirmişdir.
Səid-Maqomed Çupalayev
Səid-Maqomed Çupalayev (4 aprel 1957, Urcar rayonu[d]) — çeçen səhra komandiri, Çeçen İçkeriya Respublikası Silahlı Qüvvələrinin briqada generalı, Gürcü-Abxaz müharibəsinin və Birinci, İkinci Çeçenistan müharibələrinin fəal iştirakçısı, Şamil Basayev qərargahının rəisi, "Borz" xüsusi təyinatlı qüvvələrinin 2-ci alay komandiri (Gelayev xüsusi təyinatlıları). Ruslan Gelayev hərbi rütbəyə yüksəldikdən sonra 1995–1997-ci illərdə Gelayev xüsusi təyinatlı dəstəsinə Səid-Maqomed Çupalayev rəhbərlik etmişdir. 1994–1996-cı illərdəki Birinci müharibədə Çupalayev "çeçen milisləri"nin yaradılmasında iştirak etmiş və Şamil Basayevin komandanlığı altında ÇİR Silahlı Qüvvələrinin "Mərkəzi Cəbhəsi"nin qərargahına rəhbərlik etmişdir. 1999-cu ildə İkinci müharibə başlayanda Aslan Masxadovun əmri ilə Şamil Basayevin komandanlıq etdiyi ÇİR Silahlı Qüvvələrinin “Şərq Cəbhəsi”nin qərargah rəisi vəzifəsinə təyin edilir. Şamil Basayevin müavinlərindən biri və onun şəxsi dostu olur. Basayev ona “Terminator” ləqəbini vermişdir. Birinci Çeçenistan müharibəsi başa çatdıqdan sonra o, İçkeriyanın ən yüksək mükafatı olan “Millət şərəfi” ordeni ilə təltif edilmişdir. 4 aprel 1957-ci ildə Qazaxıstanın Semipalatinsk vilayətinin Urcar rayonunun İrinovka kəndində anadan olmuşdur. Həmin il o, ailəsi ilə birlikdə Çeçenistanın Urus-Martan rayonundakı Alxazurovo kəndinə qayıdır. Orta məktəbin səkkizinci sinfini bitirir.
Qazarkı-Qomər
Qazarkı-Qomər — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Heç bir Azərbaycan saytında bu adla qeyd olunmadığından bu kəndin ad dəyişikliyinə məruz qaldığı və ya artıq mövcud olmadığı ehtimal edilir. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Qazarkı-Qomər kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır.
Samer Tauk
Samer Tauk (3 sentyabr 1998) — Livanlı xizək yürüşçüsü. Samer Tauk Livanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. Samer Tauk birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər 15 km məsafəyə sərbəst üsul yarışlarında iştirak etdi. Tauk 47:03.4 saniyəlik nəticəsi ilə 119 atlet arasında 109-cu yeri tutdu və medalçılar sırasına düşə bilmədi.
Somer Sivrioğlu
Somer Sivrioğlu (25 may 1971, İstanbul) - Türk aşpaz, restoran meneceri və server. 1971-ci ildə İstanbulda anadan olan Somer Sivrioğlu, 1996-cı ilə qədər Türkiyədə qaldı. Bilkent Universiteti Turizm və Qonaqpərvərlik Bölməsini bitirib, sonra magistr dərəcəsini tamamladı və 25 yaşında olarkən 1995-ci ildə magistr dərəcəsi və akademik karyerasını davam etdirmək üçün Avstraliyaya getdi. Aşpaz karyerasına ilk addımı Avstraliyada magistr dərəcəsi alarkən atdı. Restoranlarda menecer işlədikdən sonra Sidneydə menyusunda Türk ləzzətləri olan öz restoranını açdı. MasterChef, Avstraliyada qonaq hakim idi. 2015-ci ildə David Dale ilə birlikdə yazdığı Anadolu: Türk Mətbəxindəki Bir Macera kitabı nəşr olundu. 2018-ci ildən bəri TV8 kanalındaki "MasterChef" kulinariya proqramının münsiflər heyətində xidmət göstərir. 2001-ci ildə Aslı Sivrioğlu ilə evlənən Somer Sivrioğlu, 2 uşaq atasıdır və 2019-cu ildə ərindən boşandı.
Qreta Salome & Yonsi
Qreta Saloume Stefansdottir (isl. Greta Salóme Stefánsdóttir; d. 11 noyabr 1986, Mosfedlsbayr, İslandiya) — İslandiya müğənnisi, bəstəkarı və İslandiya simfonik orkestrının skripkaçısı. O, Younsi ilə duet şəklində ifa etdiyi "Never Forget" mahnısı ilə Azərbaycanın paytaxtı Bakıda keçirilən 2012 Avroviziya Mahnı Müsabiqəsində İslandiyanı təmsil etmiş və final mərhələsində İslandiyaya 20-ci yeri qazandırmışdır. Saloume növbəti dəfə solo ifaçı olaraq İsveçin paytaxtı Stokholmda keçirilən 2016 Avroviziya Mahnı Müsabiqəsində ölkəsini "Hear Them Calling" mahnısı ilə təmsil etmiş, lakin yarımfinal mərhələsində məğlub olmuşdur. 2012-ci ilin noyabr ayında Qreta Saloumenin In the Silence adlı debüt albomu işıq üzü görmüşdür. Albomda onun Avroviziya 2012 mahnısının ingilis və island dilində ("Mundu Eftir Mér") olan versiyaları da yer almışdır. 2016-cı ildə ifaçının "Raddirnar" mahnısı İslandiyanın Avroviziya 2016 üçün keçirdiyi milli seçim turunda iştirak edəcəyi təsdiqlənmişdir. Həmin mahnı ilə seçim turunun finalına vəsiqə qazanan Saloume finalda mahnının ingilis dilində olan versiyasını ("Hear Them Calling") ifa etmişdir. Nəticədə isə qalib gələrək, ikinci dəfə ölkəsini Avroviziyada təmsil etmək fürsətini qazanmışdır.