Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Saki
Saki — ad. Saki (musiqiçi) — musiqiçi. Saki Kumaqay — Yaponiya qadın futbolçusu. Saki Ueno — Yaponiya qadın futbolçusu.
Şaski Milli Parkı
Şaski Milli Parkı (ukr. Шацький національний природний парк) — Ukraynanın Volın vilayətində yerləşən milli park. == Ümumi məlumat == Parkın ümumi sahəsi — 48 977 hektardır. Bunun parka məxsus olan ərazi 18 810 hektardır. Zonallaşdırılmış ərazi — 5 144,9 hektar, rekreasiya ərazisi — 12 971,1 hektar, stasionar rekreasiya zonası — 978 hektar, təsərrüfat zonası isə — 29 883 hektardır. Flora: ümumi bitki növlərinin sayı — 789, bunlardan 32 növ Ukraynanın Qırmızı kitabına daxil edilib. Fauna: park ərazisində 33 növ var və bunlar Qırmızı kitaba daxil olunub. Şaski milli park USSR-nin Nazirlər Sovetinin 28 dekabr 1983-cü il, № 533 qərarı ilə yaradılmış. Ümumi sahəsi 32 5150 hektar olmuşdur. SSRİ Nazirlər Sovetinin 31 mart 1986-cı il, № 159 qərarı ilə parka əlavə 6 761,8 hektar sahə ayrılmış.
Harold Laski
Harold Laski (ing. Harold Joseph Laski; 30 iyun 1893, Mançester, Böyük Britaniya — 24 mart 1950, London, Böyük Britaniya) — Britaniya siyasi nəzəriyyəçisi, iqtisadçı, müəllif və müəllim. O, siyasətdə fəal idi və 1945-1946-cı illərdə Leyboristlər Partiyasının sədri vəzifəsini yerinə yetirmiş və 1926-cı ildən 1950-ci ilə qədər London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində professor olmuşdur. Plüralist demokratiyası idealını daha geniş şəkildə Harold Laski əsaslandırmışdır. O, "dövlətin plüralist nəzəriyyəsi" və "siyasi plüralizm" anlayışlarını formalaşdırmışdır; konsepsiyanın davamçıları bunu qəbul etmiş və indi də həmin nəzəriyyədə onun qoyduğu adlardan istifadə olunur.
Hiroşi Saeki
Hiroşi Saeki (d. 26 may 1936) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 4 oyun keçirib.
Koci Sasaki
Koci Sasaki (d. 30 yanvar 1936) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 14 oyun keçirib, 1 qol vurub.
Kyara Sakki
Kyara Sakki (isp. Chiara Sachchi) — Argentinalı iqlim fəalı. O, "Geləcəyimizi bizə qaytarın" şüarı ilə tanınır. == Bioqrafiya == Kyara Sakki 2002-ci ildə Buenos-Ayresin Haedo şəhərində anadan olub. El Palomardakı Elmina Pas de Gallo Kollecində təhsil almışdır. Kyara Sakki Qreta Tunberq və digər fəallarla birlikdə "Uşaqlar İqlim Böhranına Qarşı" tarixi hərəkatının üzvü olur. Bu BMT-nin Uşaq Hüquqları Komitəsinin Argentina, Braziliya, Fransa, Almaniya və Türkiyəni iqlim böhranı qarşısında hərəkətsizliyinə görə cavablandırmaq qərarına gəldiyi bir təşəbbüsdür. Bu Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Konvensiyasına əsasən, 18 yaşından kiçik bir qrup uşağın iqlim dəyişikliyi ilə bağlı verdiyi ilk rəsmi şikayət idi. Slow Fooda verdiyi müsahibəyə görə, Kyara Sakki həmişə sağlam qidalanmaqdan çox narahat olduğu bir ailə mühitində böyüdüyü və buna görə də bir iqlim fəalı kimi bir çox hərəkətləri bu məsələ ətrafında cərəyan etdiyini bildirir. Kyara Sakki biomüxtəlifliyi və sağlam qidanı qorumaq üçün işləyən qlobal qrupda fəal iştirak etmişdir.
Masanao Sasaki
Masanao Sasaki (d. 19 iyun 1962) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 20 oyun keçirib.
Mayu Sasaki
Mayu Sasaki (d. 12 yanvar 1993) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 8 oyun keçirib.
Nobutsuna Sasaki
Nobutsuna Sasaki (佐佐木 信綱, 8 iyul 1872, Suzuka[d], Mie prefekturası – 2 dekabr 1963, Kamakura, Kanaqava prefekturası) – Yaponiya ədəbiyyatşünası və vaka şairi. == Həyatı == 1872-ci ildə Mie prefekturasında bir kokuqaku aliminin oğlu kimi dünyaya gəlmişdir. 1888-ci ildə Tokio Universitetindən məzun olmuş və yapon dilində ixtisaslaşmışdır. Sasaki Yaponiya klassikləri haqqında rəylər, eləcə də, vakalar, marşlar və mahnılar nəşr etdirmişdir. İlk vaka kolleksiyası olan "Omoiqusa" 1903-cü ildə çapdan çıxmışdır. 1905-ci ildə Tokio Universitetində mühazirələr verməyə başlamış, bu dövrdən sonra vaxtını "Manyoşu" və vaka tarixi haqqında yazılar yazmağa sərf etmişdir. O, Yaponiya klassikləri haqqında ətraflı araşdırmalar aparmışdır. 1912-ci ildə "Şinqetsu" adlı ikinci vaka kolleksiyasını nəşr etdirmişdir. 1917-ci ildə Yaponiya Elmlər Akademiyasının mükafatına layiq görülmüşdür. 1931-ci ildə Tokio Universitetindəki işini tərk edərək təqaüdə çıxmışdır.
Sadako Sasaki
Sadako Sasaki (佐々木 禎子; 7 yanvar 1943 –– 25 oktyabr 1955) — Xirosima şəhərində yaşamış yaponiyalı qız. 6 avqust 1945-ci ildə Xirosimanın bombardmanı zamanı evində, partlayışın episentrindən 1,5 kilometr uzaqlıqda olan Sadako 10 ildən sonra şüalanmanın təsirindən yaranan leykemiya xəstəliyindən vəfat etmişdir. == Xəstəliyi və vəfatı == 1954-cü ilin noyabrında Sadakoda şüa xəstəliyinin ilk əlamətləri özünü göstərməyə başladı. 21 fevral 1955-ci ildə o leykoz diaqnozu ilə xəstəxanaya yerləşdirildi. Xəstəxanada o, öz yaxın dostlarından birindən bir yapon əfsanəsini eşidir. Həmin əfsanəyə görə oriqami sənəti əsasında min kağız durna düzəldən şəxsin tutduğu bir arzu mütləq yerinə yetməlidir. Bu əfsanə Sadakoya təsir edir və o, xəstəxanadakı bəzi digər uşaqlar kimi əlinə keçən kağız parçalarından durna düzəltməyə başlayır. 25 oktyabr 1955-ci ildə Sadako vəfat etdi. "Sadako və min kağız durna" kitabındakı fikrə görə o, yalnız 644 durna düzəldə bilmişdi. Dostları onun yerinə lazım olan sayda durna düzəldir və Sadako min kağız durna ilə birlikdə dəfn edilir.
Sasaki Doyo
Sasaki Takauci (佐々木 高氏, ən geci 1306 – 12 sentyabr 1373) və ya dini adı ilə Sasaki Doyo (佐々木 道誉) – Muromaçi dövründə yaşamış Yaponiya hərbi xadimi və şairi. == Həyatı == Sasaki Takauci Omi əyalətində tanınmış döyüşçü ailəsində doğulmuşdur. Kamakura şoqunluğunun sonuncu regenti Hoco Takatoki üçün xidmət göstərdikdən sonra Aşikaqa Takauciyə kömək edərək Kenmu restavrasiyasının ləğvində və Muromaçi şoqunluğunun qurulmasında iştirak etmişdir. O, 1336-cı ildə şoqunluq tərəfindən elan edilmiş, ölkənin fundamental inzibati kodeksi olan Kenmu kodeksinin tərtib olunmasına kömək etmişdir. Takauci müxtəlif vaxtlarda Omi əyaləti də daxil olmaqla, 6 əyalətin şuqosu olmuş, şoqunluğun mərkəzi administrasiyasında vacib vəzifələri tutmuş, 1354-cü ildə İnzibati şuranın rəhbər rəsmisi olmuşdur. Sasaki Takauci vaka və renqa şairi kimi də tanınmış, yerli Omi saruqakusunun himayədarı olmuşdur. XIV əsrə aid "Heyke nağılı" əsərində hərbi aristokrat və dəbdəbəlik modeli kimi təsvir olunmuşdur. == Qeydlər == == İstinadlar == == Ədəbiyyat == Kodansha Encyclopedia of Japan (ingiliscə). VII cild. Tokio: Kodansha.
Sasaki Soiçi
Sasaki Soiçi (佐々木 惣一, 28 mart 1878 – 4 avqust 1965) – Yaponiya hüquqşünası. Konstitusional və inzibati hüquq sahəsindəki fəaliyyətinə görə tanınır. == Həyatı == Sasaki Soiçi 1878-ci ildə Yaponiyanın Tottori prefekturasında doğulmuşdur. 1903-cü ildə Kioto Universitetindən məzun olmuş və burada mühazirələr verməyə başlamışdır. 1909-12-ci illərdə Almaniya və Fransada inzibati hüquq üzrə təhsil almışdır. 1913-cü ildə Kioto Universitetində professor olmuşdur. Lakin akademik azadlığın pozulmasına və həmkarı Takikava Yukitokinin universitetdən qovulmasına görə universiteti tərk etmişdir. Daha sonra Ritsumeykan Universitetinin prezidenti seçilmişdir. İkinci dünya müharibəsindən dərhal sonra Sasaki və Konoe Fumimaro Yaponiya möhürünün qoruyucusu tərəfindən Meyci konstitusiyasına dəyişiklik təklif etməklə vəzifləndirilmişdirlər. Sasakinin konstitusional və inzibati hüquq haqqında şərhləri xırda məntiq və obyektivliklə xarakterizə olunur.
Sasaki Takaoki
Takaoki Sasaki (佐々木 隆興, 5 may 1878, Tokio – 31 oktyabr 1966) – Yaponiya biokimyaçısı və onkoloqu. 1878-ci ildə Tokio şəhərində doğulmuşdur. Tokio Universitetindən məzun olduqdan sonra 1913-cü ildə Kioto Universitetində daxili xəstəliklər üzrə professor olmuşdur. Daha sonra 1915-ci ildə Kyoundo xəstəxanasının sayca 3-cü direktoru təyin olunmuşdur. Sasaki xərçəng xəstəliyi sahəsindəki tədqiqatlarına görə tanınır. O, tələbəsi Yoşida Tomizo ilə birlikdə siçovullardan istifadə edərək azoboyaqlar vasitəsilə qaraciyər xərçənginin induksiyasını nümayiş etdirmişdir. O, 1924-cü ildə "Protein və qurucu amin turşularının bakterial deqradasiyası və amin turşularının sintezi üzrə apardığı tədqiqatlara", 1936-cı ildə isə "C14H15N3 ilə qaraciyər karsinomasının təcrübi yetişdirilməsinə görə" Yaponiya Elmlər Akademiyasının mükafatına layiq görülmüşdür. 1940-cı ilin noyabrında "Mədəniyyət" ordeni ilə təltif olunmuşdur. == İstinadlar == == Ədəbiyyat == Kodansha Encyclopedia of Japan (ingiliscə). VII cild.
Sasaki Takatsuna
Sasaki Takatsuna (佐々木 高綱, 1160 – 8 dekabr 1214) – Kamakura dövründə yaşamış Yaponiya döyüşçüsü. Qenpey müharibəsində iştirak etmişdir. == Həyatı == Sasaki Takatsuna 1160-cı ildə doğulmuşdur. Ana tərəfindən Minamoto no Tameyoşinin nəvəsi idi. Ailəsi 1159-60-cı illərdə baş vermiş Henci insidenti zamanı məhv edilmişdir. Takatsuna kiçik uşaq olduğu üçün yaşamasına icazə verilmiş və Kiotodakı xalasının yanına göndərilmişdir. Takatsuna 1180-ci ildə Yaponiyanın şərqində ordu toplayaraq Tayra ailəsinə qarşı döyüşməyə hazırlaşan Minamoto no Yoritomoya qoşulmuşdur. O, İşibaşiyama döyüşündə Yoritomonun həyatını xilas etmişdir. O, Minamoto no Yoşitsuneyə kömək edərək Tayra ailəsinin məhv edilməsində iştirak etmişdir. Göstərdiyi xidmətlərə Takatsuna Naqato əyalətinin şuqosu təyin edilmişdir.
Sasaki Takauci
Sasaki Takauci (佐々木 高氏, ən geci 1306 – 12 sentyabr 1373) və ya dini adı ilə Sasaki Doyo (佐々木 道誉) – Muromaçi dövründə yaşamış Yaponiya hərbi xadimi və şairi. == Həyatı == Sasaki Takauci Omi əyalətində tanınmış döyüşçü ailəsində doğulmuşdur. Kamakura şoqunluğunun sonuncu regenti Hoco Takatoki üçün xidmət göstərdikdən sonra Aşikaqa Takauciyə kömək edərək Kenmu restavrasiyasının ləğvində və Muromaçi şoqunluğunun qurulmasında iştirak etmişdir. O, 1336-cı ildə şoqunluq tərəfindən elan edilmiş, ölkənin fundamental inzibati kodeksi olan Kenmu kodeksinin tərtib olunmasına kömək etmişdir. Takauci müxtəlif vaxtlarda Omi əyaləti də daxil olmaqla, 6 əyalətin şuqosu olmuş, şoqunluğun mərkəzi administrasiyasında vacib vəzifələri tutmuş, 1354-cü ildə İnzibati şuranın rəhbər rəsmisi olmuşdur. Sasaki Takauci vaka və renqa şairi kimi də tanınmış, yerli Omi saruqakusunun himayədarı olmuşdur. XIV əsrə aid "Heyke nağılı" əsərində hərbi aristokrat və dəbdəbəlik modeli kimi təsvir olunmuşdur. == Qeydlər == == İstinadlar == == Ədəbiyyat == Kodansha Encyclopedia of Japan (ingiliscə). VII cild. Tokio: Kodansha.
Sasaki Takayuki
Sasaki Takayuki (佐々木 高行, 26 noyabr 1830 – 3 mart 1910, Tokio) – Meyci dövründə fəaliyyət göstərmiş Yaponiya siyasətçisi. == Həyatı == Sasaki Takayuki 1830-cu ildə Yaponiyanın Tosa hanında doğulmuşdur. Sakamoto Ryoma və Qoto Şociro ilə birlikdə Tosa hanındakı imperator restevrasiyası hərəkatında iştirak etmişdir. Meyci islahatından sonra Ədalət nazirliyinə qoşulmuş, 1871-ci ildə İvakura missiyası çərçivəsində digər ölkələrin məhkəmə sistemlərini tədqiq etmişdir. Koreyanın mümkün işğalı üzərindəki mübahisələrdən sonra bir çox tosalı siyasətçi buna qarşı çıxaraq vəzifələrindən istefa etsələr də, Sasaki hökumətdə qalmışdır. 1877-ci ildə keçmiş Tosa samuraylarının Satsuma üsyanına qatılmamasında vacib rolu olmuşdur. Növbəti illərdə Yaponiya Gizli Şurasının üzvü olmuş, gələcəkdə İmperator Tayşo olacaq vəliəh Harunun tyutoru seçilmişdir. O, Şahzadə Masako və Şahzadə Fusakonun da müəllimi olmuşdur. Bunlara baxmayaraq, Sasaki həmişə ana siyasətin xaricində qalmışdır. == Qeydlər == == İstinadlar == == Ədəbiyyat == Kodansha Encyclopedia of Japan (ingiliscə).
Sasik gölü
Sasik (Sasık, Kunduk) (türk. üfunətli) — Odessa vilayətində süni göl. Vaxtı ilə liman olan Sasik gölü Tatarbunar və Kiliyski rayonlarında yerləşir. Gölün sahəsi 210 km², dərinliyi 2,7 metrdir. Sasik gölü şimaldan cənuba doğru 29 km məsafədə uzanır. Eni isə 3-12 km arasında dəyişir. == Ümumi məlumat == Sasik limanı 1970-ci illərə kimi kurort zonası idi. Limanın palçığı bir çox müalicəvi xüsusiyyətlərə malik idi. Sonradan liman suyunun şirinləşdirilməsi məqsədi ilə böyük layihə işlənildi. Liman suyunu kənd təsərrüfatında istifadə etmək üçün onu dənizdən bənd vasitəsi ilə ayırdılar.
Takaoki Sasaki
Takaoki Sasaki (佐々木 隆興, 5 may 1878, Tokio – 31 oktyabr 1966) – Yaponiya biokimyaçısı və onkoloqu. 1878-ci ildə Tokio şəhərində doğulmuşdur. Tokio Universitetindən məzun olduqdan sonra 1913-cü ildə Kioto Universitetində daxili xəstəliklər üzrə professor olmuşdur. Daha sonra 1915-ci ildə Kyoundo xəstəxanasının sayca 3-cü direktoru təyin olunmuşdur. Sasaki xərçəng xəstəliyi sahəsindəki tədqiqatlarına görə tanınır. O, tələbəsi Yoşida Tomizo ilə birlikdə siçovullardan istifadə edərək azoboyaqlar vasitəsilə qaraciyər xərçənginin induksiyasını nümayiş etdirmişdir. O, 1924-cü ildə "Protein və qurucu amin turşularının bakterial deqradasiyası və amin turşularının sintezi üzrə apardığı tədqiqatlara", 1936-cı ildə isə "C14H15N3 ilə qaraciyər karsinomasının təcrübi yetişdirilməsinə görə" Yaponiya Elmlər Akademiyasının mükafatına layiq görülmüşdür. 1940-cı ilin noyabrında "Mədəniyyət" ordeni ilə təltif olunmuşdur. == İstinadlar == == Ədəbiyyat == Kodansha Encyclopedia of Japan (ingiliscə). VII cild.
Şatski yaylası
Şatski yaylası — Sakit okeanda Yaponiyanadan şərqdə yerləşir. Hündürlüyü 5500–6000 m, zirvə hissəsindən səthə olan məsafə isə 2400—3100 metr təşkil edir. Şimal-qərqə istiqamətlənir. Tərkibinə Şişov, Ori və TAMU massivləri daxildir. Uzunluğu 1700 km, eni isə 500 km-dir. 1970-1980 illərdə SSRİ alimləri tərəfindən aşkarlanmışdır. 2013-ci araşdırmaları yaylada yerləşən TAMU massivi Yer kürrəsində ən böyük, Günəş sistemində isə ən böyük vulkalardan biridir . Formalaşması Yura dövrünün sonları Təbaşir dövrünün əvvəllərində formalaşmışdır. Sakit okean plitəsi, Farallon plitəsi və İzaqani plitəsinin toqquşması nəticəsində əmələ gəlmişdir. Yayla sovet geoloqu Nikalay Sergeyeviç Şatskinin şərəfinə adlandırılmışdır.
Şo Sasaki
Şo Sasaki (2 oktyabr 1989, Kanaqava prefekturası) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 6 oyun keçirib.
Gökhan Saki
Gökhan Saki (d.18 Oktyabr 1983 Schiedam, Hollandiya) Türkiyə və Hollandiya vətəndaşı peşəkar Kikboksinq idmançısıdır. Hollandiyada Golden Glory Gym komandasında döyüşən Saki 2 dəfə Hollandiya və Avropa Muay Tay çempionu, 2008-ci ildə təşkil olunmuş K-1 Dünya GP 2008 Havay çempionudur. == Kariyerası == Saki 1993-cü ildə 10 yaşında Muay Tay idmanına başladı. 2008-ci ildə Tokioda təşkil olunmuş Dünya K-1 Grand Prix çempionluğunda yarım finala qədər yüksəldi. Yarım finalda rəqibi hollandiyalı Remy Bonjasky-yə nakaultla uduzdu. Hollandiyada böyüyən və özünü Kikboksinq-də təkmilləşdirən Saki Türkiyə adına yarışlara çıxmaqdadır. Ləqəbi İsyancı olan Sakinin boyu 182 sm-dir. Sonuncu dəfə 2010-cu ildə K-1 Grand Prix çempionluğunda Türkiyəni təmsil etmiş və izləyənlərin rəğbətini qazanmışdır. Bu yarışda 1/8 finaldakı rəqibi Daniel Ghita ilə qarşılaşmışdır. Eyni xüsusiyyətlərə malik olduqları üçün onlar arasındakı döyüş son dərəcə ağır və böyük maraqla izlənən oldu.
Saki Kumaqay
Saki Kumaqay (d. 17 oktyabr 1990) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 100 oyun keçirib.
Saki Ueno
Saki Ueno (d. 20 noyabr 1994) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Şaşi Kapur
Şaşi Kapur (Balbir Raj Prithviraj Kapoor; 18 mart 1938, Kəlkətə, Britaniya Hindistanı – 4 dekabr 2017, Mumbay) — məşhur hind aktyoru və kinorejissorudur. Baş rollarında oynadığı Junoon, Kabhie Kabhie, Deewaar, Siddhartha, Ajooba, Xəyali səadət və s. filmləri ilə tanınır. Məşhur Hind aktyoru və kinorejissoru Şaşi Kapur 2017-ci il dekabrın 4-də 79 yaşında sirrozdan müalicə aldığı Mumbayda xəstəxanada vəfat etmişdir.
Özgül Saki
Özgül Saki (1967, Çaycümə, Zonquldak ili) — müəllim və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Özgül Saki 1967-ci ildə Zonquldak ilinin Çaycümə ilçəsində anadan olub. 1990-cı ildə ODTÜ Təhsil Bölməsindən məzun olub. Kocaeli Universiteti Fənn və Ədəbiyyat Bölməsində magistr dərəcəsi alıb. Uzun illər müəllim olaraq çalışıb. Təhsil və Elm İşçiləri İttifaqının (EĞİTİM SEN) üzvü olub. Daimi olaraq 8 Mart Feminist Gecə Yürüşlərinə və LGBTİ+ Yürüşlərinə qatılır. 2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq İstanbul ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Kişi və Qadınlar üçün Bərabər Cəmiyyət Komissiyasının vəzifəsində təmsil olunub.