Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sukarno
Sukarno (6 iyun 1901[…], Surabaya, Niderland Ost-Hindi – 21 iyun 1970[…], Cakarta) — İndoneziyanın ilk prezidenti. O, 1945-1967-ci illərdə bu vəzifəni icra etmişdir. İndoneziya milli partiyasının yaradıcılarından və İndoneziya millətçiliyinin banilərindən biri sayılır. Yoldaş Karno ləqəbi ilə tanınır. == Uşaqlığı == Sukarno 6 iyun 1901-ci ildə Surabae şəhərində anadan olub. Onun xəstə və zəif böyüməsini valideynləri adının uğursuz olamsı ilə bağlayıb və onun adını qədim hind eposu "Mahabharata" qəhrəmanı olan Karnonun adını qoyublar. Əhməd adı oğlanın ikinci adıdır. == Gənclik == Gənc Sukarno "Sarekat islam" (islam birliyi) hərəkatına qoşulub və bu hərəkatının liderinin — Çokroaminotonun evində dörd il yaşayıb. 1920-ci ildə Sukarno Ömar Səid Çokroaminotonun qızı Siti Oetari ilə evləndi. Bu illərdə o ilk siyasi dərslər almağa başladı.
Devi Sukarno
Dewi Sukarno (デ ヴ ィ · ス カ ル ノ Devi Sukaruno) tam adı Ratna Sari Devi Sukarno (ラ ト ナ · サ リ · デ ヴ ィ · ス カ ル ノ; 6 fevral 1940) — Ratona Sari Devi Sukaruno Nemoto Naokoda doğulub (根本 七 保子 Naoko Nemoto); 6 Fevral 1940), Yaponiyada Devi Fujin kimi tanınan (デ ヴ ィ 夫人, Ledi Devi, Madam Devi) yapon iş adamı, moda cəmiyyətində yaxşı tanınmış, televiziyaların qonağı və xeyriyyəçidir. İndoneziyanın ilk prezidenti Sukarnonun xanımlarından biridir. == Bioqrafiya == 19 yaşındakı Naoko Nemoto 57 yaşındakı Sukarnonu Imperial Oteli yaxınlığında, Tokyodakı Ginza hostes barında qarşıladı. Sukarno Yaponiyaya dövlət səfərində o incəsənət tələbəsi və icraçı idi.Naoko 1962-ci ildə İndoneziyada Sukarno ilə evləndi və İslamı qəbul etdi və Sukarno ona İndoneziya adı olan "Yava-sanskrit" mənasını verən bir tanrıça zinətinin mahiyyəti Ratna Sari Devi Sukarno adı verdi. Onların Kartika adlı (indi "Carina" adını istifadə edir) bir qızı vardı. Sukarno General Suxarto tərəfindən 1967-ci il çevrilişi ilə devrildi və üç il sonra vəfat etdi. Devi Sukarno Sukarnonun devrilməsindən sonra Avropaya köçdü və Fransa, İsveçrə və ABŞ-də yaşadı. 2008-ci ildən etibarən Şibuya, Tokio, Yaponiyada yaşayır, burada o xatirə dolu iqamətgahında yaşayır. Devi Sukarno aşkar bir şəxsiyyətiylə tanınır. Yaponiyada o tez-tez sadəcə tam adından daha çox Devi Fucin (デ ヴ ィ 夫 人 Devi Fucin, demək olar ki, "Devi" ya da "Madam Devi") kimi adlandırılır.
Şikar Şikarov
Şikar Şikarov (tam adı: Şikarov Şikar Şükür oğlu; 3 dekabr 1953, Bakı – 13 iyun 1992, Ağdərə, Ağdərə rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi; Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı rəisinin birinci müavini (1992). == Həyatı == 1953-cü il dekabr ayının 3-də Bakı şəhərində anadan olmuşdur. 1971-ci ildə Bakı şəhərindəki 46 saylı orta məktəbi bitirmişdir. Elə həmin il SSRİ Müdafiə Nazirliyinin Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinə daxil olmuşdur. 1975-ci ildə təhsilini başa vuraraq, təyinatla Primorsk diyarındakı hərbi hissələrin birində rota komandiri kimi fəaliyyətə başlamışdır.1986-cı ildə SSRİ Müdafiə Nazirliyinin Frunze adına Hərbi Akademiyasına daxil olmuş, 1989-cu ildə oranı bitirdikdən sonra podpolkovnik rütbəsində Ukraynanın Luqansk şəhərində yerləşən hərbi hissələrdən birinə qərargah rəisi təyin edilmişdir. === Ailəsi === Ailəli idi. İki övladı var. == Döyüşlərdə iştirakı == 1990-cı il 20 yanvar hadisələrindən sonra Azərbaycana qayıtmışdır. Əvvəl Mülki Müdafiə Baş Qərargahında əməliyyat şöbəsinin rəisi, 1992-ci ildə isə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı rəisinin birinci müavini təyin edilmişdir. 1992-ci ildə Goranboy rayonunda əməliyyatlara bilavasitə rəhbərlik etmiş, uğurlu əməliyyatlar keçirmişdir.1992-ci il iyunun 13-də Ağdərə uğrunda gedən ağır döyüşlərin birində həlak olmuşdur.
David Rikardo
David Rikardo (ing. David Ricardo; 18 aprel 1772[…], London – 11 sentyabr 1823[…], Qlosterşir[d]) — ingilis iqtisadçısı. == Həyatı == David Rikardo Londonda Hollandiyadan köçən ispan mənşəli yəhudi olan iri birja işbazının ailəsində dünyaya gəlmişdir. Onun heç bir universitet təhsili olmamışdır, lakin öz-özünə yaxşı təhsil alaraq gənc(14 yaşından) yaşlarından bizneslə, fond birjasında alış-veriş işləriylə məşğul olmuşdur. O, tez bir vaxtda varlı iri bir torpaq mülkiyyətçisi olmuşdur. Lakin buna baxmayaraq o, iri torpaq mülkiyyətçilərinin deyil,iri burjuaziyanın mənafeyini müdafiə etmişdir. Rikardo iqtisad elminin metodologiyasına da mühüm töhfələr vermişdir. Hər şeydən əvvəl o, iqtisad elminin texnikasını icad etmiş, ilk dəfə olaraq "model" məhfumunu və müqayisəli təhlil metodunu iqtisadiyyata tətbiq etmişdir. == Əsərləri == İngiltərədə klassik iqtisad elmi özünün yüksək ifadısini Rikardonun əsərində tapmasına və iqtisad elminin tarixində ona daha çox istinad edilməsinə baxmayaraq çox cəhətdən mübahisə edilən iqtisadçılardan biridir. Onun yalnız "Siyasi iqtisadın və vergiqoymanın əsasları" (1817) adlı əsəri olmuşdur.
Daşqın Şikarov
Daşqın Məzi oğlu Şikarov (29 yanvar 1973, Şamaxı) — Azərbaycan Respublikasının dövlət xadimi və diplomatı, Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində Fövqəladə və Səlahiyyətli Səfiri. 2010–2011-ci illərdə Azərbaycan Respublikasının Pakistanda müvəqqəti işlər vəkili, 2011–2015-ci illərdə Azərbaycan Respublikasının Pakistanda Fövqəladə və Səlahiyyətli Səfiri, 2012–2015-ci illərdə isə Əfqanıstanda Fövqəladə və Səlahiyyətli Səfiri vəzifələrini icra etmişdir. 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərancamı ilə Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli Səfir diplomatik rütbəsi verilmişdir. Bir çox elmi-publisistik məqalələrin və əsərlərin müəllifidir. == Həyatı == Daşqın Şikarov 29 yanvar 1973-cü ildə Azərbaycan SSR-in Şamaxı şəhərində dünyaya gəlmişdir. Uşaqlığı və gəncliyi Bakı şəhərində keçmişdir. === Təhsili === 1990-cı ildə Bakı şəhəri S.C.Pişəvəri adına 4 saylı Fars təmayüllü orta məktəbini başa vurub. Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib. 1996-cı ildə İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik kursunu başa vurub. 1998-ci ildə İslamabadda, Pakistan İslam Respublikası Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunmuş Diplomatik kursu bitirib.Daşqın Şikarov azərbaycan ingilis, türk, fars, rus və urdu dillərini akademik səviyyədə bilir.
Lokarno sazişləri
Fransa Ruru işğal etdikdən sonra Avropada təhlükəsizlik üçün etibarlı təminat yaradılması məsələsi böyük dövlətlər arasında müzakirə obyektinə çevrildi. Fransanın beynəlxalq mövqeləri getdikcə zəifləyirdi. Onun mövqelərinə təsir edən məsələlərdən biri də Fransanın Suriyada yerli əhaliyə qarşı apardığı hərbi əməliyyatlar idi. 1925-ci ildə Millətlər Cəmiyyətinin Mosul rayonunu İraqa verməsi Türkiyə tərəfindən böyük narazılıqla qarşılandı. Belə bir şəraitdə təminat qərarının imzalanması məsələsi böyük zərurətə çevrildi. Təminat məsələsinə həsr edilmiş Lokarno konfransı 1925-ci il oktyabrın 5-16-da keçirildi. Konfransda Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Belçika, Polşa və Çexoslovakiya nümayəndələri iştirak edirdi. Konfransın sədri Nevill Çemberlen idi. Lokarno konfransı aşağıdakı sənədləri qəbul etdi: Konfransın yekun aktı; Almaniya, Belçika, Fransa, Böyük Britaniya və İtaliya arasında təminat müqaviləsi və ya Reyn paktı; Almaniya ilə ayrı-ayrılıqda Belçika, Fransa, Polşa və Çexoslovakiya arasında arbitraj müqaviləsi; Fransa ilə Polşa arasında saziş; Fransa ilə Çexoslovakiya arasında saziş.Reyn təminat paktını imzalayan dövlətlər Versal sülh müqaviləsi ilə müəyyən olunmuş ərazilərdə status-kvoya hörmət edəcəklərini bildirərək, bir-birlərinə qarşı müharibələrdən imtina etmək və sərhədlərinin toxunulmazlığına dair öhdəlik götürürdülər. İngiltərə və İtaliya arbitraj sazişlərinin təminatçıları oldular.
Nəcəf Şikarov
Nəcəf Şikar oğlu Şikarov (24 yanvar 1985; Şamaxı, Azərbaycan — 9 noyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nəcəf Şikarov 1985-ci il yanvarın 24-də Şamaxı şəhərində anadan olub. 1992–1999-cu illərdə Xətai rayonunda 24 nömrəli tam tam orta məktəbində, 1999–2002-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2002–2006-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. == Hərbi xidməti == Nəcəf Şikarov 2007-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Ordusunun kapitanı olan Nəcəf Şikarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nəcəf Şikarov noyabrın 9-da Hadrutun azad edilməsi zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Nəcəf Şikarov "Qarabağ" ordeni ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nəcəf Şikarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Nəcəf Şikarov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Nəcəf Şikarov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Rikardo Kaká
Kaka (port. Kaká; Portuqalca tələffüz: [[Beynəlxalq fonetik əlifba|[hiˈkaɾdu iˈzɛksõ duˈsɐ̃tus ˈlejt͡ʃi]]]; tam adı Rikardo İzekson dos Santos Leyte port. Ricardo Izecson dos Santos Leite; 22 aprel 1982[…], Qama[d], Federal dairə — braziliyalı futbolçu, Orlando Siti klubunun yarımmüdafiəçisi. Kakanın futbol karyerası 8 yaşında yerli klubların birində başlayıb. Uşaqkən tennis ilə məşğul olub, amma San-Paulu futbol komandası ilə 15 yaşlılar üçün nəzərdə tutulmuş müqaviləni bağlayandan sonra, o, futbolu gələcək sənəti seçdi. 2003-cü ildə İtaliyanın Milan klubu 8,5 milyon avro müqabilində onu transfer etdi. Milandaki karyerası ərzində İtaliya A Seriyasını və Çempionlar Liqasını qazanmışdır, 2007-ci ildə o, FİFA-nın İlin Oyunçusu və Ballon d'Or mükafatlarını almışdır. Milandaki uğurlu çıxışından sonra Kaka 65 miliyon avro müqabilində Real Madridə keçdi. O vaxt üçün bu futbol tarixinin ən bahalı (avro) ikinci transferi idi, yalnız 75 milyonluq Zinəddin Zidandan geridə qalırdı. İspaniyada dörd mövsümdən sonra Kaka 2013-cü ildə bir sezonluq Milana qayıtdı və Milanın formasında özünün 100-cü qolunu vurmağa bacardı.
Rikardo Kuarejma
Rikardo Andrade Kuarejma Bernardo (d: 26 sentyabr 1983, Lissabon, Portuqaliya) - Sağ cinahda oynayan portuqaliyalı futbolçu. Hal-hazırda Türkiyə Super Liqası təmsilçilərindən Kasımpaşa klubunda və Portuqaliya millisində forma geyinir. == Klub Karyerası == ===== Sportinq Lissabon ===== Dörd yaşında futbol oynamağa başlayan Kuarejma,on yaşında Sportinq Lissabona daxil oldu.Bacarığıyla Diqqətləri üzərinə çəkən Kuarejma Portuqaliya ilə 17 yaş altı Avrupa Çempionatının qalibi adını qazandı. Həmin il Kuarejma Mançester Yunaytedin transfer gündəmində idi. Lakin Kuarejma 6 milyon avro qarşılığında Barselonaya transfer olundu. === Barselona === Barselonada 24 oyunda 1 qol 1 məhsuldar ötürmə etdi. === Porto === ==== 2004-2005 ==== 43 oyunda 7 qol atdı. ==== 2005-2006 ==== 36 oyunda 5 qol 11 məhsuldar ötürmə etdi. ==== 2006-2007 ==== 35 oyunda 8 qol 19 məhsuldar ötürmə etdi. ==== 2007-2008 ==== 39 oyunda 11 qol 15 məhsuldar ötürmə etdi.
Rikardo Laqos
Rikardo Froilan Laqos Eskobar (isp. Ricardo Froilán Lagos Escobar; 2 mart 1938, Santyaqo) — vəkil, iqtisadiyyatçı və 2000–2006-cı illərdə Çili prezidenti. Rikardo ABŞ-nin Laqos ştatında yerləşən Braun Universitetində siyasət və iqtisadiyyat dərsləri keçir. Həmçinin Madrid Klubunun keçmiş prezidentidir.
Rikardo Skamarçio
Rikardo Skamarçio(it. Riccardo Scamarcio, doğ. 13 noyabr 1979) — İtaliya aktyoru. == Həyatı == Rikardo Skamarçio 13 noyabr 1979-cu ildə Andriyada anadan olub. 16 yaşında dostlarının məsləhəti ilə Romaya gəlib. Milli Kino məktəbində oxuyub. İlk debütü serialda olub.
Rikardo Varqas
Rikardo Varqas (21 noyabr 1997) — Meksikalı üzgüçü. Rikardo Varqas Meksikanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Rikardo Varqas birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 1500 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 15:11.53 saniyəlik nəticəsi ilə 25-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Sikaso (bölgə)
Sikaso (Bambara: ߛߌߞߊߛߏ ߘߌߣߋߖߊ təl. Sikaso Dineya) — Malinin ən cənub bölgəsi. Bölgənin paytaxtı Sikaso, ölkənin ikinci ən böyük şəhəridir və Kot-d'İvuardakı şiddətdən cənuba qaçan insanlar səbəbiylə sürətlə böyüyür. Əsas etnik qruplar arasında maskaları və heyvanlara hörmətləri ilə tanınan Senoufolar, Malinin ən yaxşı fermerləri kimi tanınan Samaqolar və Malidəki əsas etnik qrup olan Bambara qəbiləsi var. Bölgənin yerli iqtisadiyyatı əkinçiliyə əsaslanır və Malinin digər bölgələrindən daha çox yağış aldığından meyvə və tərəvəz ilə tanınır.
Skanno mükafatı
Skanno mükafatı (it. Premio Scanno) — İtaliyanın Tanturri Fondunun təsis etdiyi mükafat. Mükafat gümüşdən hazırlanmış maskadan ibarətdir.1972-ci ildə italiyalı yazıçı, jurnalist Rikkardo Tanturri de Horatio tərəfindən təsis olunmuş bu mükafat müxtəlif sahələr üzrə böyük istedad sahibləri, qeyri-adi yaradıcılıq qabiliyyətinə malik şəxslərin fəaliyyətinin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.Tanturri Fondu ənənəvi olaraq hər il ədəbiyyat, hüquq, sosiologiya, ekologiya, tibb, musiqi, ədəbiyyat və digər nominasiyalar üzrə fərqlənən şəxslərə "Skanno mükafatı"nı təqdim edir.
Vilhelm Şikard
Vilhelm Şikard (22 aprel 1592[…], Herrenberq – 24 oktyabr 1635, Tübingen[d]) — kalkulyatoru icad etmiş yəhudi əsilli alman alimi, astronom, riyaziyyatçı və şərqşünas. Almaniyanın Tübingen Universitetində Şərq dilləri kafedrasının professoru.Vilhelm Şikard - 22 aprel 1592-ci ildə alman alimi, astronom, riyaziyyatçı və şərqşünas, mexaniki kalkulyatorun ixtiraçısı, Almaniyanın Tyübingen universitetinin “Şərq dilləri” kafedrasının professoru Vilhelm Şikkard (Wilhelm Schickard) anadan olmuşdur. O, Blez Paskalın (Blaise Pascal) cəmləyici maşını yaratmasından 20 il əvvəl – 1623-cü ildə ədədlər üzərində hesab əməlləri yerinə yetirən qurğunu icad etmişdir, lakin yanğın nəticəsində bu qurğu sıradan çıxmışdır. Ona görə də Paskal Şikkarddan daha çox şöhrət qazanmışdır. XX əsrin ikinci yarısında İohann Keplerin həyatını tədqiq edən Frans Hammer Şikardın 1623 və 1624-cü illərdə Keplerə yazdığı məktublarda kalkulyatorun iş prinsipini izah etdiyini müəyyən etmiş və bununla da onun Blez Paskaldan 20 il əvvəl kalkulyatoru ixtira etdiyini bəyan etmişdir.Sonrakı dəqiq araşdırmalar və hesablamalar göstərdi ki, Şikardın kalkulyatoru tamamlanmamışdı və əlavə dişli çarxlara və yaylara ehtiyacı var idi.Blez Paskal 300 il ərzində kalkulyatorun yaradıcısı hesab edildiyindən, Vilhelm Şikard çox tanınmır. == Fəaliyyəti == Tübingen Universitetində təhsil almış, daha sonra bu universitetin akademiki olmuşdur. Özünün Keplerə yazdığı məktubda qeyd etdiyinə görə, 1623-cü ildə ixtira etdiyi kalkulyator 6 xanaya qədər olan ədədləri toplayıb-çıxa bilirdi. Kalkulyator bacara bilmədikdə səslə bunu istifadəçiyə bildirirdi.
Şikari dastanı
Şikari dastanı – qəhrəmanlıq mövzusunda olan bu dastan islamiyyətin yayılması motivi əsasında yaranmışdır. Dastan keçən əsrin 60-70- ci illərindən etibarən Təbriz aşıqları tərəfindən sürəkli repertuarlara salınmış, ancaq dastanın həcmi böyük olduğundan yalnız müəyyən qolları məclislərdə aşıqlar tərəfindən söylənilmişdir. Dastanın tam variantda ifa edilməməsi nəticədə müxtəlif mətnlər arasında əlaqəsizliyə gətirib çıxarmış, daha sonrakı mərhələdə tam mətninin toplanılmasında müəyyən çətinliklər yaratmışdır. Azərbaycan türkcəsinin Təbriz şivəsində söylənən “Şikari” dastanı Aşıq Yədullah tərəfindən öz ustadının dilindən alınaraq bugünkü variantında qorunub saxlanmışdır. “Şikari” dastanı ənənəvi qəhrəmanlıq dastanlarına uyğun çoxşaxəli qollar üzərində qurulmuşdur. Dastanın məzmunu şah Daranın oğlu Şikarinin İslam dinini yaymaq uğrunda mübarizəsi ilə bağlı olaraq müxtəlif ölkələrə səyahətini, eyni zamanda ailə-məişət məslələrinin də yer aldığı hadisələri əhatə edir. “Şikari”də hadisələrin inkişaf nöqtəsi bir çox dastan və nağıllarda motivləşən iki qardaşın rəqabətindən başlanır. Belə ki, Rum şahı Daranın Ərçə adlı oğlu qardaşı Şikarinin atası tərəfindən vəliəhd seçilməsini qəbul edə bilmir, ov bəhanəsiylə Şikarini saraydan uzaqlaşdırıb uzaq bir səhrada quyuya salır. Şah Daraya isə Şikarini ovda şirlərin parçalaması xəbərini verir. Keyvan tacir tərəfindən quyudan azad olunan Şikari onunla birlikdə ölkələri dolaşıb İslamı yaymaq uğrunda mübarizəyə qoşulur.
Şikar Aslanov
Aslanov Şikar Davud oğlu (10 iyul 1970, Cəbrayıl rayonu – 2 iyul 1992, Xocavənd rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şikar Aslanov 1970-ci il iyun ayının 10-da Cəbrayıl rayonunun Süleymanlı kəndində doğulmuşdur. İlk təhsilini burada alan Şikar 1987-ci ildə məktəbi bitirir. 1988-ci ildə sovet ordusuna hərbi xidmətə çağırılır. 1990-cı ildə doğma vətənə dönərək DİN-in post patrul xidmətinə qəbul olunur. Erməni işğalçılarının vətənə basqını zamanı Şikar silaha sarılaraq cəbhəyə yollanır. 1992-ci ildə Xocavənd rayonunda gedən döyüşlərdə düşmənin atəş nöqtələrini peşəkarcasına susdurur. 1992-ci il iyul ayının 2-si əməliyyat zamanı Şikar snayper gülləsinə tuş gəlir, cəsur döyüşçünü hospitala çatdırsalar da onun həyatını xilas etmək mümkün olmur, vətənimizin igid oğlu əbədi olaraq gözlərini yumur.Subay idi. Doğulduğu Süleymanlı kəndində dəfn edilmişdir. Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Aslanov Şikar Davud oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Şikar Qasımov
Şikar Qasımov (9 fevral 1958, Cicimli, Laçın rayonu) — Azərbaycanın tarixçi alimi, Azərbaycan Texniki Universitetinin tarix kafedrasının müdiri, tarix elmləri doktoru (2008), professor. == Həyatı == Şikar Qasımov 1958-ci il fevralın 9-da Laçın rayonunun Cicimli kəndində anadan olub. 1974-cü ildə Cicimli kənd səkkiz illik məktəbini bitirmiş, sonra isə Güləbird kənd orta məktəbində təhsilini davam etdirmiş 1976-cı ildə oranı bitirmişdir. 1981-ci ildə Stepanakert Pedaqoji İnstitunun Tarix fakultəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1981–1985-ci illərdə təyinatla Laçın aryonunda tarix müəllimi, 1985–1987-ci illərdə Abşeron rayon mədəniyyət şöbəsində tarixi abidələrin mühavizəsi və diyarşünaslıq muzeyində elmi işçi vəzifəsində işləmişdir. 1987-ci ildən Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutunun Sov. İKP tarix kafedrasında (indiki Azərbaycan Texniki Universitet) işləyir. Kafedrada laborantlıqdan, baş laborant, müəllim, dosent və kafedra müdiri vəzifəsinədək yüksəlmişdir. 1990-cı ildə AE Tarix institutunda "Azərbayacan fəhlə sinfinin beynəlmiləlçik və vətənpərvərlik tərbiyyəsində müttəfiq Sovet respublikaları ilə əməkdaşlığın rolu 1928–1937-ci illər" mövzusunda namizədlik disertasiyasını müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. 1992-ci ildə AzTU-nun tarix kafedrasında müəllimlik vəzifəsindən kafedranın dosenti vəzifəsinə seçilmişdir.
Şikar Bədəlov
Şikar Bədəlov (5 fevral 1986, Şamaxı)— Azərbaycanlı kikboksçu, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin idmançısı, "Kings of Kings" dünya kəmərinin sahibi. == Həyatı və təhsili == Bədəlov Şikar Maqsud oğlu 1986-cı fevralın 5-də Şamaxı şəhərində anadan olub. 1993-2003-cü illərdə Şamaxı şəhərində yerləşən 5 nömrəli orta məktəbdə təhsil alıb. 2004-2005-ci illərdə həqiqi hərbi xidmətdə olub. 2006-2010-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr təhsili alıb. == İdmançı kariyerası == 2017-ci ildə Almaniyanın Herni şəhərində kikboksinqin K1 versiyası üzrə "Fight Vision Europe" yarışında iştirak edib. 13 ölkədən 26 idmançının iştirak etdiyi yarışda alman rəqibini 3-cü raundda texniki nokautla məğlub edərək qalib olub. 2018-ci ildən Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin idmançısıdır. 2018-ci il iyunun 2-də Almaniyanın Düsseldorf şəhərində kikboksinq üzrə peşəkarlar arasında reytinq döyüşü olan XXII “Heroic battle”-a qatılıb. 2021-ci ildə Türkiyənin Konya şəhərində kəmər döyüşünə çıxıb.
Şarno-syur-En
Şarno-syur-En (fr. Charnoz-sur-Ain) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Meksimyo kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01088. == Cöğrafiyası == Kommuna Paris şəhərinin 400 km cənub-şərqində, Lion şəhərindən 32 km şimal-şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 37 km cənubda yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 911 nəfər təşkil edirdi. == İqritisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 608 nəfər (15-64 yaş arasında) arasında 483 nəfər iqtisadi cəhətdən, 125 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 79,4%, 1999-cu ildə 79,1%). Aktiv 483 sakindən 469 nəfər (245 kişi və 224 qadın), 14 nəfər işsizdir (7 kişi və 7 qadın).