Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
AKAK
Qafqaz Arxeoqrafiya Komissiyasının Aktları (QAKA) (rus. А́кты Кавка́зской археографи́ческой коми́ссии (АКАК)) — Qafqaz Canişini Baş İdarəsi arxivindən əldə edilmiş sənədlərin rəsmi nəşri. == Nəşrin içindəçilər == Aktlar 12 cilddən ibarətdir (VI cild 2 hissədə olmaqla).
Saak
Saak Süni — 821-831/832 - ci illərdə Qeqarqunik hakimi. Sünik knyazı Vasakın kiçik oğlu olan Saak atası Vasakın ölümündən sonra Sünikin şimal-qərb ərazisində yerləşən Qeqarqunik ərazisində və Göyçə gölünün ətrafında hakimiyyətə gəlmiş və Sünik sülaləsinin bir qolu olan Qeqarqunik Haykazunları nəslinin əsasını qoymuşdur. 831-832-ci illərdə ərəblərə qarşı Zəngiçay sahilində Kavakert döyüşündə öldürülmüş və nəşi katolikos II David Kakagetsi tərəfindən dəfn edilmişdir. Ölümündən sonra taxta oğlu I Qriqor Supan keçmişdir. “Kavakert dastakerti qarşısında Xurastan çayı sahilində böyük ərlər onları qarşıladılar. Hulun onların üzərinə hücum əmri verməsindən sonra tərəflər arasında vuruşma başlandı və bir çoxlarının qanı töküldü. Öldürülənlər arasında Sünik teri (zadəganı) Saak da var idi. Smbat və Sevada isə qaçaraq canlarını qurtara bildilər. Hul yenidən Dvinə döndü. Sünik teri Saakın cəsədi böyük patriarx David tərəfindən müqəddəs patriarxlıq evinə gətirilərək müqəddəs məbəd yaxınlığında dəfn edilmişdir.
Skad
Skad — Soyuq müharibə dövründə SSRİ tərəfindən istehsal olunmuş taktiki ballistik raketdir. İkinci və Üçüncü dünya ölkələrinə geniş şəkildə ixrac edilmişdir. İlk istehsal olunmuş versiyasının adı R-11, sonrakı daha inkişaf etdirilmiş variantı isə R-17 Elbrus adlanır. "Skad" adı isə bu raketin NATO kod adıdır və bu ad daha çox istifadə olunur. Raketin sürəti maksimum Mach 5.0-dir (2 km/s). == Variantları == === SSRİ === Skad-A 1951-ci ildə R-11 adı ilə dizayn olunan bu texnika "Skad" seriyasının ilk ballistik raketidir. Bir çox xüsusiyyətlərinə görə II Dünya müharibəsi zamanı Faşist Almaniyası tərəfindən istehsal olunan V-2 raketinin oxşarıdır. Bu raket Sovet mühəndisi Viktor Makeyev tərəfindən hazırlanıb. İlk uçuşunu 18 aprel 1953-cü ildə həyata keçirib. 13 dekabr 1953-cü ildən etibarən Zlatoust şəhərində yerləşən SKB-358 zavodunda istehsalına başlanıb.
ŞKAS
ŞKAS (rus: Шпитальный-Комарицкий Авиационный Скорострельный (ШКАС) Shpitalni-Komaritski Aviatsionni Skorostrelni) — Sovet istehsalı olan pulemyotlardan biridir. Silah əksər sovet qırıcılarında və bombardmançılarında istifadə edilmiş və ŞVAK avtomatik topunu əsasını təşkil etmişdir. Mərmisinin çıxış sürəti 775-825 m/s, atış sürəti isə dəqiqədə 1800-3000 arasında olmuşdur.
ŞVAK
ŞVAK (rus: Шпитальный-Владимиров Авиационный Крупнокалиберный (ШВАК) Şpitalni-Vladimirov Aviatsionni Krupnokaliberni) Sovet istehsalı olan 20 mm-lik avtomatik topdur. Silah bir çox sovet təyyarələrinə quraşdırılmışdı və İkinci Dünya Müharibəsində istifadə edilmişdir. İkinci Dünya Müharibəsində geniş istifadə edilmişdir. Yüngül tanklar üçün istehsal edilən model TNŞ (ТНШ) kimi tanınır. Silahın istifadə etdiyi sursat 20×99mmR, kalibri 20 mm, atış sürəti dəqiqədə 700-800 mərmi, mərmisinin çıxış sürəti 750-790 m/s, effektli mənzili 600-800 m, maksimal mənzili 1000 m, bəsləmə sistemi kəmər olmuşdur.
Şak
𐕐 (səslənməsi /ʃ/, transkripsiyası Ş, ş) — Alban əlifbasının 33-cü hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Շաք (Şakʿ) kimi verilmişdir. Tədqiqatçılar Jost Gippert və Wolfgang Schulze'nin fikrincə bu hərfin adı doğrudur və sadə Ş səsini bildirir. Bu səs özünü udi dilində əsasən qoruyub saxlamışdır.
Aleksandr Şpak
Aleksandr Şpak (rum. Alexandru Şpac; 22 noyabr 1989 və ya 21 noyabr 1989) — Moldoviya ağır atleti, Olimpiya Oyunlarının iştirakçısı, Avropa çempionatının bürünc mükafatçısı. 77 kiloqram çəki dərəcəsində çıxış edir. == Karyerası == 2011-ci ilə qədər Aleksandr 69 kiloqram çəki dərəcəsində iştirak edirdi. İlk böyük turniri 2009-cu ildə Buxarestdə keçirilən Avropa çempionatı oldu. Cəmi 288 kiloqram qaldıraraq, on birinci yeri tutdu. 2009 və 2010-cu illərdə o, Avropa Gənclər Çempionatında iştirak edərək müvafiq olaraq dördüncü və ikinci yerləri tutmuşdur. 2012-ci ildə o, ilk dəfə beynəlxalq çempionatın medalını qazandı, Türkiyənin Kepez ilçəsində keçirilən Avropa çempionatının bürünc mükafatçısı oldu. Onun ümumi nəticəsi 330 kiloqrama bərabər idi. Qeyd etmək lazımdır ki, bu çempionat Aleksandr üçün çəki dərəcəsini -77-yə dəyişdirdikdən sonra ilk turnir idi.
Daliya Skay
Dahliya Skay (10 avqust 1989 – 30 iyun 2021, Los-Anceles, Kaliforniya) — amerikalı pornoqrafiya aktrisasıdır. == Həyatı == Dahliya Skay 10 avqust 1989-cu ildə dünyaya gəldi. 2010-cu ildə Bailey Blue ləqəbini götürərək pornoqrafiya sənayesinə başladı. 2014-cü ildə səhnə adının müəllif hüquqlarının əlində olan institusional geyim firmasının xəbərdarlıq göndərdiyinə görə adını dəyişdirdi. 30 iyun 2021-ci ildə Los-Anceles, Kaliforniya-da bir avtomobilin içində silahla vurulmuş halda ölü olaraq görüldü. Ölümündən sonra New York Daily News-da yer alan bir xəbərə görə səlahiyyətlilər hadisənin intihar olduğu qərarını verdi.
Dənəvərləşdirilmiş şlak
Dənəvərləşdirilmiş şlak - domna və marten sobalarında metal əridilməsində istifadə olunan odadavamlı qum qarşılıqlı gillərdən ibarət kərpici rəngində tullantıların termiki şəraitdə dənəvərləşdirilməsi ilə alınır. Bu üsulla alınan şlaklar həm yüngül, həm də yüksək dərəcədə məsaməli olurlar (ümumi həcminin 70 %-dən çox). Neft mədəni yerlərində mazutlaşmış və bitumlaşmış torpaqlann rekultivasiyasında yağlı-qatranlı kütlənin parçalanmasında daha doğrusu rekultivasiya qatının yaradılmasında fəallaşdırıcı maddə kimi istifadə edilir.
Mikoyan Skat
Mikoyan Skat (rus. Микоян Скат) — MiG şirkəti tərəfindən Rusiya Müdafiə Nazirliyi üçün 2005-ci ildən bəri Stels texnologiyası əsasında yaradılmış pilotsuz uçuş aparatıdır. == Dizayn və inkişaf == Skat pilotsuz uçuş aparatının kökü 2005-ci ildə Mikoyan şirkətinin layihə üzərində işə başlamasına kimi gedir. Radarlara mümkün qədər az tutulması ehtimalı xüsusilə vurgulanmış və buna görə də, aparat uçan qanad konfiqurasiyasında, üçbucaq şəklində, kompozit materiallardan istifadə edilməklə və iki daxili silah çuxurunda gizlənmiş silahlanma yuvaları ilə hazırlanmışdır. Yalnız tam ölçülü maketi ilk dəfə MAKS 2007 beynəlxalq hava şousunda təqdim edilmişdir. Bununla birlikdə, pilotsuz təyyarə istehsal mərhələsindən keçmədi və maliyyə çatışmazlığı səbəbindən layihə üzərində iş daha sonra 2012-ci ildə dayandırıldı. Skat, Klimov RD-93 mühərrikinin bir variantı olan Klimov RD-5000B turbofan mühərriki ilə işləyən Kh-31 kimi raketlər üçün kifayət qədər böyük olan iki ventral silah bölməsində silah aparmaq üçün nəzərdə tutulmuş, radarlara tutulma ehtimalı aşağı olan səs sürətindən aşağı sürətlə (subsonik) uçan PUA-dır. Tək mühərrikli subsonik dizaynı 11.5 metr (37.7 fut) qanad sahəsinə malikdir və uzunluğu 10.25 metr (33.6 fut) təşkil edir. PUA maksimum hündürlük ağırlığında saatda maksimum 800 kilometr (497 mil) sürətə və 10 ton ağırlığında qalxma ağırlığına (yəni maksimum 10 tonluq yük ilə havaya qalxa bilər) malikdir. Döyüş radiusu 2000 km (1240 mil) təşkil edir və iki tona qədər döyüş yükünün daşınması nəzərdə tutulmuşdur.
Mixal Şpak
Mixal Şpak (pol. Michał Szpak; d. 26 noyabr 1990, Yaslo, Polşa) — Polşa müğənnisi və bəstəkarı. O, Polşanın X Factor musiqi yarışmasında iştirakından sonra şöhrət qazanmışdır. Mixal Şpak Polşanı 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı == Mixal Şpak 26 noyabr 1990-cı ildə Polşanın Yaslo şəhərində anadan olmuşdur. Onun iki bacısı və bir qardaşı var. İfaçının söylədiyinə görə onu musiqiyə ilhamlandıran Queen, Muse, Devid Boui və Maykl Cekson olmuşdur. Şpak məktəb vaxtlarında dostu Kamil Çapla ilə birlikdə Whiplash adlı hard rok qrupunun tərkibində çıxış etmişdir. O, hal-hazırda Varşavada yaşayır və universitetdə psixologiya üzrə təhsil alır.
Saak Sevada
Saak Sevada (doğum və ölüm tarixləri bilinmir) - X əsrin I yarısında Xaçın və Girdiman hakimi. Qriqor Hamamın oğlu, Atrnersehin nəvəsidir. Onun hakimiyyətinə Parisos (Artsakın şimalı), Uti və Girdimanın xristianlarla məskunlamış əraziləri daxil idi. Saak Sevada, qızı ilə evlənmiş erməni hökmdarı II Aşotun köməkliyi ilə Utili Movsesin üsyanını yatırmışdır. Saak Sevadanın digər qızı Şahanduxt isə Sünik knyazı I Smbatla evli olmuşdur. I Smbat Sünikin müstəqilliyini elan etdikdə Saak Sevada onun tərəfində duraraq erməni hökmdarı II Aşota qarşı çıxmışdı. II Aşotla döyüşdə məğlub olan Saak Sevada əsir alınmışdı. Erməni hökmdarı onun və oğlu Qriqorun gözlərini çıxartdırmışdı. Digər oğlu Hovannes Sənəkərim isə Parisos hakimi olmuşdur.
Saak Süni
Saak Süni — 821-831/832 - ci illərdə Qeqarqunik hakimi. Sünik knyazı Vasakın kiçik oğlu olan Saak atası Vasakın ölümündən sonra Sünikin şimal-qərb ərazisində yerləşən Qeqarqunik ərazisində və Göyçə gölünün ətrafında hakimiyyətə gəlmiş və Sünik sülaləsinin bir qolu olan Qeqarqunik Haykazunları nəslinin əsasını qoymuşdur. 831-832-ci illərdə ərəblərə qarşı Zəngiçay sahilində Kavakert döyüşündə öldürülmüş və nəşi katolikos II David Kakagetsi tərəfindən dəfn edilmişdir. Ölümündən sonra taxta oğlu I Qriqor Supan keçmişdir. “Kavakert dastakerti qarşısında Xurastan çayı sahilində böyük ərlər onları qarşıladılar. Hulun onların üzərinə hücum əmri verməsindən sonra tərəflər arasında vuruşma başlandı və bir çoxlarının qanı töküldü. Öldürülənlər arasında Sünik teri (zadəganı) Saak da var idi. Smbat və Sevada isə qaçaraq canlarını qurtara bildilər. Hul yenidən Dvinə döndü. Sünik teri Saakın cəsədi böyük patriarx David tərəfindən müqəddəs patriarxlıq evinə gətirilərək müqəddəs məbəd yaxınlığında dəfn edilmişdir.
Skay adası
Skay adası (ing. Isle o Skye; şot.kelt An t-Eilean Sgitheanach və ya Eilean a' Cheò; ş.german Isle o Skye) — Şotlandiyanın şimal-qərbində yerləşən ada. Bu, Daxili Hebridlərin ən böyük arxipelaqıdır. İnzibati cəhətdən Haylend rayonuna aiddir. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Murray, W.H. The Hebrides. London: Heinemann. 1966. == Əlavə ədəbiyyat == Adomnán of Iona. Sharpe, Richard (redaktor ). Life of St Columba.
Slak Kakosyan
Slak Kakosyan (erm. Սլակ_Կակոսյան; 25 yanvar 1936, İrəvan – 24 avqust 2005) — Ermənistan ilahiyyatçısı, keşişi, etanizm neopaqan hərəkatının lideri. == Həyatı == Slak Kakosyan 25 yanvar 1936-cı ildə Ermənistan SSR-in paytaxtı İrəvan şəhərində anadan olmuşdur. Onun nəsli Taron vilayətindən Slkunyats sülaləsindən gəlirdi. Kakosyan 1961-ci ildə erməni dilinin saflığını qorumaq məqsədi daşıyan "Mesrop Maştots" tələbə təşkilatını yaratmışdır. 1964-cü ildə sovet hakimiyyəti onu Sibirə deportasiya etmişdir. Kakosyan İrəvan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. O, uzun illər Qaxsu kəndində erməni dili və ədəbiyyatı müəllimi, sonra İrəvanın müxtəlif universitetlərində müəllim işləmişdir. Kakosyan 1979-cu ildə sovet davranışına tabe olmadığı üçün ölkədən deportasiya edilmiş və ABŞ-da köçmüşdür. Burada o, Qaregin Njdenin həyat və yaradıcılığını öyrənmiş və "tsağakronizm" ideologiyasını qəbul etmişdir.
Travis Skat
Trevis Skott (əsl adı: Jak Berman Vebster II; 30 aprel 1991, Hyuston, Texas, ABŞ) — amerikalı repçi, müğənni, mahnı yazarı və prodüser. O, "Billboard", "Latin Qremmi", "MTV Video" və "BET Hip Hop" da daxil olmaqla çoxsaylı mükafata layiq görülüb, üstəlik səkkiz dəfə "Qremmi" mükafatına namizəd göstərilib. O, 2023-cü ilə qədər ABŞ-də 49 milyondan çox albom satmağa nail olmuşdur. Trevis 2012-ci ildə Epic Records ilə müqavilə imzalayıb, bunun ardınca o, 2013-cü ildə "Owl Pharaoh" adlı ilk miksteypini çıxarıb. Onun ikinci miksteypi "Days Before Rodeo" növbəti il 2014-cü ildə buraxılıb. 2015-ci ildə yayımladığı ilk albomu "Rodeo" ona geniş tanınma qazandırıb, alboma daxil olan "Antidote" sinqlı "Billboard" hit-paradında yuxarı cərgələrdə qərarlaşıb. İkinci albomu "Birds in the Trap Sing McKnight" 2016-cı ildə işıq üzü görüb, və bu onun ilk bir nömrəli albomu kimi yadda qalıb. Trevisin üçüncü albomu "Astroworld" 2018-ci ildə işıq üzü görüb, Dreyk ilə birgə ifa etdiyi "Sicko Mode" albomun ən çox sevilən treklərindən biri olub. Trevis növbəti il 2019-cu ildə "Jackboys" kompilasiya albomunu dinləyicilərinə təqdim edib. 2023-cü ildə, uzun müddətdir gözlənilən dördüncü albomu "Utopia"nı yayımlayıb.
İskak (Əbyəlil)
İskak kəndi (başq. Исҡаҡ) — Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Burqanqol kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası İskak kəndinin milli tərkibi: başqırdlar 99 %. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askorovo): 45 km., kənd sovetliyindən (Burqanqol): 3 km., ən yaxın dəmiryol stansiyasından (Murakayev stansiyası): 92 km. == İstinadlar == == Mənbə == Совет муниципальных образований Республики Башкортостан.
Şlak konusu
Şlak konusu (rus. шлаковый конус, ing. schlag cone) — şlak və adətən bazalt və andezit-bazalt tərkibli vulkan materiallarından təşkil olunmuş və vulkanın bir dəfə püskürməsi nəticəsində əmələ gəlmiş konus formalı kiçik, sərbəst monogen vulkan. Konusun daxili hissəsində qırıntı materiallar adətən qırmızı kərpic rəngində və bir-birinə yapışaraq birləşmiş şəkildə olur.
Sak adası
Sak adası-(tay เกาะสาก)- Tailandın şərqində Siam körfəzi sahillərində Lan adası yaxınlığında ada. == Coğrafiyası == Sak adası cənuba doğru dönən at formasındadır. Bu ada Pattaye, Lan və Krok adaları ilə bir qrupa daxildir. Materikdən 7,5 km məsafədə, Lan adasından isə 600 m şimalda yerləşir. İnzibati cəhətdən Banqlamunqun Conburi əyalətinə daxildir. Adanın uzunluğu təqribən 500 metrdir. Əsasən kolluqlarla örtülüdür. Ən hündür nöqtəsinin hündürlüyü-19 metrdir. Adanın şimal və cənubunda qumlu plyajlar var. Şimalda yerləşən plyajın uzunluğu 250 metr olub, buxtada yerləşməklə üzmə üçün xarakterikdir.
Sak çarlığı
Azərbaycan ərazisində sak-skif-massaget tayfalarının məskunlaşdığı ərazidə yaradılmış qədim dövlət. Eramızdan əvvəl VII-IV əsrlərdə mövcud olmuş Sak çarlığı Şimali Azərbaycan eləcə də Qərbi Azərbaycan (indiki Ermənistan ərazisində) yaradılmış ilk dövlətdir. == Skif,sak və massagetlərin Azərbaycana gəlişi == Skiflərin Cənubi Qafqaz ərazisindən Cənuba doğru irəlilədiyini göstərən T.Sulimirski onların Cənubi Qafqaza və Güney Azərbaycana gəlmələri tarixini daha əvvələ çəkməyi məsləhət görür. Yazılı mənbələrin verdiyi məlumatlara, həmçinin Qara dənizyanı bozqırların və Qafqazın skiflərə aid edilən arxeoloji materiallarına əsaslanaraq skiflərin gəlmələri arasında iki il fərq olduğunu qeyd edən T.Sulimirski Azərbaycanda kərtmə qəbirlər mədəniyyətini erkən skif mədəniyyəti saymağı təklif edir. O, katakomba mədəniyyəti adamlarını kimmerlərlə eyniləşdirir. Katakomba qəbirləri mədəniyyətinin sonunu isə təqribən e.ə. 700-cü ildə kimmerlərin Urartu dövləti sərhəddlərində görünmələri dövrünə aid edir. Ağ bəzəkli keramika ilə müşahidə olunan Gəncə-Qarabağ mədəniyyətinin yaranmasını o, Cənubi Qafqaza yeni türk tayfaları olan skif və massagetlərin (Q.Qeybullayev qeyd edir ki, onlar skiflər yox, saklar və massagetlər idi) axınları ilə əlaqələndirir. O, qeyd edir ki, Gəncə-Qarabağ mədəniyyəti nümunələri Cənubi Qafqaz cizgiləri ilə yanaşı Qara dənizyanı bozqırların cizgilərini də özündə birləşdirir. T.Sulimirski skiflərin daha öncə bu əraziyə gəlmələrini təsdiqləmək üçün II Aşşurnasirpalın dövrünə aid relyefdəki səhnəni misal gətirir.
Subhash Kak
Subhash Kak (26 mart 1947, Srinaqar[d]) — Hindistan yazıçısı, şair, kompüter alim və riyaziyyatçı.
Subhaş Kak
Subhash Kak (26 mart 1947, Srinaqar[d]) — Hindistan yazıçısı, şair, kompüter alim və riyaziyyatçı.
Ağır Şkaf (1971)
Ağır şkaf qısametrajlı bədii filmi rejissor Cəmil Fərəcov tərəfindən 1971-ci ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə əsas rolu Elçin Məmmədov ifa edir. Film yükvuran fəhlələrin həyatından bəhs edən lirik səhnədir. Film rejissor Cəmil Fərəcovun və operator Azər Salayevin kurs işidir. == Məzmun == Film yükvuran fəhlələrin həyatından bəhs edən lirik səhnədir. == Film haqqında == Film rejissor Cəmil Fərəcovun və operator Azər Salayevin kurs işidir.
SKA SKVO (stadion)
«SKA SKVO» stadionu — Rostov-na-Donu şəhərində yerləşən stadion. Stadion 1971-ci ildə inşa edilmişdir. Bu zaman onun oturacaq sayı 27300 nəfər üçün planlaşdırılmışdır. Stadionda SKVO FK öz ev oyunlarını keçirir. == Tarixi == Stadionun tikintisinə 1960-cı illərdə general-polkovnik Altuninin rəhbərliyi altında başlanılmışdır. Bu kompleksə ümumi oturacaq sayı 33 min olan stadion, yüngül atletika qurğuları olan ərazi, su-idman kompleksi və idman meydançaları. Əsas arena və ümumilikdə kompleks 1971-ci ildə tsn istismara verilir. Kompleksin tam layihələnməsini «Voenproekt» gerçəklənmişdir. 2007-ci ilin fevralında stadion yenidən bərpa edilir. Şərq və qərb tribunaları yenidən təmir olunmuşdur (aşağı oturacaqlar, VIP-loja).
Ağır Şkaf (film, 1971)
Ağır şkaf qısametrajlı bədii filmi rejissor Cəmil Fərəcov tərəfindən 1971-ci ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə əsas rolu Elçin Məmmədov ifa edir. Film yükvuran fəhlələrin həyatından bəhs edən lirik səhnədir. Film rejissor Cəmil Fərəcovun və operator Azər Salayevin kurs işidir. == Məzmun == Film yükvuran fəhlələrin həyatından bəhs edən lirik səhnədir. == Film haqqında == Film rejissor Cəmil Fərəcovun və operator Azər Salayevin kurs işidir.
2Pak
Tupak Amaru Şakur (16 iyun 1971, Nyu-York-13 sentyabr, 1996, Las-Veqas) afro-amerikan hip-hop ifaçısı, Qərbi Sahil repinin və qanqsta-repin ən görkəmli ulduzlarından biri və əfsanəvi reper. Dünya üzrə 75 milyondan artıq (onlardan 50 — ABŞ-də)musiqi albomlarını sata bilib. Bu da onu dünyada satış üzrə birinci ifaçıya çevirir. İki Qremmi mükafatı laureatı olaraq, altı filmdə çəkilmişdir. Bir sıra səbəbə görə həbsxanada cəza çəkmişdir. Musiqisində getto həyatının bir çox ağırlıqlarını təmsil edən Tupak ölümə "If I Die 2Nite" və "Death Around the Corner" mahnılarını == Həyatı == Afeni Şakur və Billi Qarland ailəsində doğulmuş Tupak II Tupak Amarunun şərəfinə adlandırılmışdı. 1988-ci ildə evi tərk etmiş Tupak "Strictly Dope" rep-qrupuna qoşuldu. 3 ildən sonra dostların "Digital Underground" qrupuna daxil etmiş Tupak onun 1991 il "Same Song" sinqlində oxumuşdur. Həmin ildə Şakur "Brenda's Got a Baby" hiti ilə "2Pacalypse Now" öz debüt solo albomu buraxdı. "Juice" filmində (1992) təsvir edildiyi aqressiv Bişop personajı və Laki rolu ("Poetic Justice", 1993) Şakurun şəxsi həyatının bir çox problemini əks etdi.
Abak
Abak (lat. abacus – hesab taxtası) — b.e.ə. IV əsrdən başlayaraq Qədim Yunanıstanda, Romada və 18 əsrədək Qərbi Avropada hesablama üçün işlədilmiş lövhə. == Tarixi == Lövhə zolaqlara bölünürdü. Bu zolaqlardakı markaları (sümük, daş və s.) hərəkət etdirməklə hesablama aparılırdı. Azərbaycanda abak – hesab taxtası kimi tanınır. Çində abaka suan-pan deyirlər. Bu abak quruluşuna görə rus abakından fərqlənir. Onun hər milində 7 aşıq vardır və bu aşıqlar boyuna sədlə iki hissəyə ayrılır. Hissələrin birində 5, digərində isə 2 aşıq vardır.