Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sədra
Sədra (fars. شهر جدید صدرا‎) — İranın Fars ostanında və Şiraz şəhərinin yaxınlıqında yeni şəhər.
Sero
Sero (fars. سِرو‎)— İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanının Sumaye Bəradust bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 1,508 nəfər və 279 ailədən ibarət idi.
Sədo
Sədo (lat. Ruta) - sədokimilər fəsiləsinə aid bitki cinsi.
Sədr
Sədr – Səfəvilərin Qaraqoyunlu və Ağqoyunlu dövlətlərindən irsən mənimsədikləri əyalət bürokratiyası vəzifələrindən biridir. Qiyasəddin Məhəmməd bin Əmir Yusifi vilayət sədrinə nümunə olaraq göstərmək olar. I Şah İsmayıl hicri 916 (1510)-cı ildə Xorasanı tutduqdan sonra Əmir Qiyasəddini "şəriətin bütün işlərində vahid və müstəqil hakimiyyətlə" Xorasana qazi təyin etdi. Hicri 922 (1516)-ci ildə Təhmasib Mirzə Xorasan hakimi təyin edilərək oraya göndəriləndə, onun lələsi olan Əmir sultan (Əmir xan Türkman) əməli hakim oldu. Əmir Qiyasəddin isə şahzadəyə sədr təyin edildi. Sədr dini idarəyə rəhbərlik edir və antifeodal bidətçi hərəkatların qarşısının alınmasıkökünün kəsilməsi, habelə hər yerdə şiəliyin mövqelərinin yayılması, möhkəmlənməsi üçün məsuliyyət daşıyırdı. İskəndər bəy Münşi ilk Səfəvilər dövründə sədrin aşağıdakı vəzifələrini göstərirdi: "Onlar seyidlərə və əmmaməlilərə himayə göstərməli və onların işlərində nümayəndələr kimi fəaliyyət göstərməlidirlər (yəni onların mənafeyini müdafiə etməlidirlər); vəqfləri (övqaf) idarə etməli və şəriət məqsədləri (məarif) üçün pul verməlidirlər"55. Sədr vəzifəsi və onun vəzifələri ilk dəfə Səfəvilərdə meydana gəlməmişdir. Teymurilər dövründə, Qaraqoyunlu və Ağqoyunlu sülalələrinin hakimiyyəti zamanı da biz sədrlərə təsadüf edirik56. Səfəvilər dövründə ilk sədr Mövlana Şəmsəddin Lahici (Gilani) olmuşdur.
Bələdiyyə sədri
Bələdiyyə sədri — bələdiyyə tərəfindən idarə olunan inzibati vahidə, şəhərə və ya hər hansısa məkana rəhbərlik edən şəxs. Bələdiyyə sədri seçkili vəzifədir.
II Pedro
II Pedro (port. Pedro II, 2 dekabr 1825 — 5 dekabr 1891) — Braziliya imperatoru olaraq Braqansa dinastiyasından olan və ölkəni 1831–1889 cı illərdə idarə edən şəxs == Həyatı == Adı — Pedro di Alkantara Juan Karluş Leopoldo Salvador Bibiano Fransisko Şaver di Paula Leokadio Migel Qabriel Rafael Qonzaqa di Braqansa və Аustriya (port. Pedro de Alcântara João Carlos Leopoldo Salvador Bibiano Francisco Xavier de Paula Leocádio Miguel Gabriel Rafael Gonzaga de Bragança e Áustria). II Pedro öz imperator postuna cəmi 5 yaşında I Pedru (Braziliya imperatoru)nun ölümündən sonra gəlir. Parlament 1840-cı ilə qədər ölkəni idarə edərək onu hakimiyyətun yeganə mənbəyi elan etmişdir. Yaxşı təhsil almışdır (onun ilk müəllimi Joze Bonifasiu di Andrada və Silva olmuşdur). 1843-cü ildə o, Tereza Kristina Burbon Siçiliyalı ilə evlənmişdir(1822–1889). O, I Fransiskın (Birləşmiş Siçiliyanın kralı) qızıdır. Onların iki oğlu və iki qızı doğulur: Afonsu Braziliyalı (1845–1847) İzabella Braziliyalı (1846–1921), kronşahzadə, регент Бразилии. O, Luis Filip Qaston di Orleansa ərə getmişdir.
I Pedro
I Pedro (port. Pedro I de Portugal; 8 aprel 1320, Koimbra – 18 yanvar 1367[…], Eştremoş[d]) — Portuqaliya krallığının VIII kralı.
Molla Sədra
Sədrəddin Şirazi və ya Molla Sadra (1571, Şiraz – 1641, Bəsrə) — müsəlman filosofu. == Həyatı == Molla Sadra (Sədrəddin Şirazi) varlı fars ailəsində anadan olmuşdur. Onun dövrü I şah Abbasın hakimiyyəti illərinə təsadüf edir. Həmin dövrdə şiəlik hakimiyyəti şəriət qanunlarının nufuzu dini fəlsəfə və teologiyanın populyarlığı öz apogeyinə çatmışdı. Molla Sadra özünü intellektual fənlərin, o cümlədən İbn Sinanın, Şihabəddin Yəhya Sührəvərdinin, neoplatoniklərin, xüsusilə İbn əl-Ərəbinin fəlsəfəsini öyrənməyə həsr etmişdir. Onun fəlsəfəyə olan güclü marağı bəzi ortodoksal əhval–ruhiyyəli qüdrətli siyasi hakimiyyətə malik və fəlsəfəni təriqətçi məşğələ hesab edən fakihləri qıcıqlandırırdı. Düşmənçilik edən bəzi ortodokslara görə bu sahədəki nailiyyətlərini (o nəinki fəlsəfəni öyrənirdi, həm də uğurla onu tədris edirdi) buraxaraq elmlə məşğul olduğu İsfahanı tərk edərək Qum şəhəri yaxınlığındakı kəndlərindən birinə köçməli olur. Burada Molla Sadra 12 il yaşamış düşüncələrə dalmış askez praktikasını dadmışdır. Bu isə öz növbəsində onun intellektual intiusiyasının kəskinləşməsinə gətirib çıxarmışdır. == Molla Sadra fəlsəfəsinin əhəmiyyəti == Molla Sadra bir sıra səbəblərə görə islam fəlsəfəsi tarixində mühüm yer tutur.
Pedro Delqado
Pedro Delqado (10 noyabr 1962) — Ekvador Mərkəzi Bankının rəhbəri. 2012-ci ildə Beynəlxalq Global Finance təşkilatı bütün dünya üzrə mərkəzi bankların rəhbərlərinin fəaliyyətini qiymətləndirərkən, ona ən aşağı qiymət olan, "D" qiymətini vermişdir.
Pedro Enrike
Pedro Enrike Konzen Medina da Silva (16 iyun 1990) — Braziliyalı peşəkar futbolçu. Azərbaycan klublarının heyətində "UEFA Çempionlar Liqası"nın qrup mərhələsində ilk qol vurmuş futbolçu.
Pedro Fernando
Pedro Fernando (əsl adı; Paulo Fernando Fazenda Manuel; 19 noyabr 1998, Luanda) — Anqola rapper. == Həyatı == Pedro Fernando 19 noyabr 1998-cu ildə Luanda şəhərində anadan olub. == Karyera == Pedro hələ məktəbdə oxuyarkən özünə Paulo ləqəbini seçmişdir və o zamandan etibarən "Pedro Fernando" kimi tanınır.
Pedro Laskurain
Pedro Laskurain (tam adı: isp. Pedro José Domingo de la Calzada Manuel María Lascuráin Paredes; 12 may 1858, Mexiko – 21 iyul 1952, Mexiko) — Meksikanın 34-cü prezidenti. Tarixdə ən qısa müddət prezident vəzifəsini tutaraq "Ginnesin Rekordlar Kitabı"na düşmüşdür. Müxtəlif mənbələrdə prezidentlik müddətinin 15–56 dəqiqə arasında davam etdiyi göstərilir. == Həyatı == 8 may 1856-cı ildə Mexikoda anadan olmuşdur. 21 iyul 1952-ci ildə Mexikoda vəfat etmişdir. == Prezidentliyi == 19 fevral 1913-cü ildə ölkədə Fransisko Madero İqnasio devrildikdən sonra konstitusiyaya görə vitse-prezident vəzifəsindəki şəxs də olmadığından, bu post xarici işlər naziri Pedro Laskurainə və təxminən 1 saat sonra isə Laskurainin razılığı ilə daxili işlər naziri Viktoriano Uertaya keçmişdir.
Pedro Madruqa
Pedro Madruqa (d. 1430, Pontevedra — ö. 1486, Alba de Tormes) və ya əsl adı ilə Pedro Alvares de Sotomayor — orta əsrlərdə yaşamış Qalisiya feodal cəngavəri, Kaminya kontu. == Həyatı == Fernan Yanezin Ribadaviya Kontesin bacısı ilə yaşadığı gizli münasibətlərdən sonra anadan olmuşdur. Çox gənc yaşlarında İspaniyanı tərk etmişdir. Atasının ölümündən sonra yeganə varis kimi onun torpaqlarına, qalalarına sahib olmuşdur. Əvvəlcə ancaq Sotomayor ailəsinin mülkiyyətinə sahib idi. Kastiliya kralı IV Henrinin dövründə (1455-1474) həm güc yolu ilə, həm də ticarət yolu ilə var-dövlətini artırmışdır. 1467-cı ildə Pontevedra, Viqo və Redondela şəhərlərində IV Henrinin əmrlərini yerinə yetirməyə başlamışdır. Burada Santyaqo yepiskopu II Alonso Fonseka ilə münaqişə yaşamışdır.
Pedro Manfredini
Pédro Valdemár Manfredini (isp. Pedro Waldemar Manfredini; 7 sentyabr 1935 – 21 yanvar 2019, Roma) — Argentinalı keçmiş futbolçu. Mövqeyi hücumçu olub. 1961-ci ildə "Roma" klubu ilə Yarmarkalar kubokunun qalibi olub. == Karyera == Manfredini karyerasına Avelyanedanın "Rasinq" klubunda başlayıb. Burada meydanda olduğu 39 matçda 28 qol vurur. 1959-cu ildə yeddi mövsüm keçirdiyi İtaliyanın "Roma" komandasına keçir. "Roma"da oynayan zaman 1962/63 mövsümündə A Seriyasının bombardiri olub (Harald Nilsen ilə birlikdə 19 qol vurur) və 1963/64 mövsümündə İtaliya Kubokunu qazanır. "Roma" da 130 oyun keçirib və 76 qol vurub. 1965-ci ildə "Breşiya" klubuna keçir.
Pedro Mosquera
Pedro Mosquera Parada (21 aprel 1988) - ispan futbolçu. orta sahə oynayır və onun cari komanda Deportivo La Coruna edir.
Pedro Petrone
Pedro Petrone (isp. Pedro Petrone, 11 may 1905, Montevideo – 13 dekabr 1964, Montevideo) — Uruqvaylı keçmiş futbolçu, hücumçu. Uruqvay millisinin tarixinin ən yaxşı bombardirlərindən biridir. 1930 Dünya çempionu. İki qat Olimpiya çempionu - 1924 və 1928 . == Karyera == Uruqvay çempionatında "Nasyonal" klubunun formasında 128 matç keçirmiş və 146 qol vurmuşdur. "Fiorentina" klubunda oynayaraq İtaliya çempionatında 44 oyunda 37 qol vurub. 1931/32 mövsümündə İtaliya çempionatının bombardiri olub. Uruqvay millisində ilk matçını 4 noyabr 1923-cü ildə Paraqvaya qarşı (qələbə 2: 0), son matçını 18 iyul 1930-cu ildə Peru ilə ilk dünya çempionatının qrup mərhələsində keçirdib (qələbə 1: 0). Milli komandada 24 oyunda 28 qol vurub.
Pedro Rodriguez
Pedro Sançes
Pedro Sançes (29 fevral 1972[…], Madrid) — İspaniyanın baş naziri. == Həyatı == Pedro Sanchez 1972-ci fevralın 29-da anadan olmusdur 2020-ci ilə əsasən 42 yaşı vardır.Pedro Sanchez evli və 2 uşağı vardır. Pedro Sanchez bu vəzifəyə 2018-ci ilin iyunun 2-də gəlmişdir. 1 iyun 2018-ci ildə parlamentdə keçirilən parlamentdəki 350 səsdən yalnız 169-u və parlamentdəki 350 səsdən yalnız 169-u alan Rajoy baş nazir vəzifəsini davam etdirmək şansını itirdi və vəzifədən getdi.
İbrahim Sədri
İbrahim Sədri (Ərən) (türk. İbrahim Sadri (Eren)) - Türk təqdimatçı, bədii qiraətçi, aparıcı, şair və teatr aktyoru. == Həyatı == İbrahim Sədri İstanbulda dünayaya göz açsa da əslən Ərzincanın, Yücbələn kəndindəndir. İlk və orta məktəbi İstanbulda almışdr. İstanbul Universitetində İdarəetmə fakültəsində oxuduqdan sonra, yeddi il teatrla məşğul olmuşdur. Öz ölkəsində turnelərə çıxaraq Anadolunu yaxından tanıma imkanı olmuşdur. Müxtəlif qəzet və jurnallarda şeirləri yayımlanmışdır. Radiolarda və televizayada aparıcılıq və proqramçılıq etmişdir. İndiyədək özəl bir televizyada proqramlar təşkil etməkdə davam edir. Şeir və teatr tamaşalarından ibarət kasetləri buraxılmaqdadır.
Pedro Enko
Petro Kapşuçenko (ukr. Петро́ Капшуче́нко; 27 sentyabr 1915, Dnepr – 17 noyabr 2006, Nyu Cersi), digər adları ilə Peter Kapşuçenko və ya Pedro Enko – Ukrayna–ABŞ avanqard rəssamı və heykəltaraşı. Əsas əsərləri Müqəddəs Endryu Memorial Kilsəsinin (Nyu-Cersi) ərazisində yerləşən Vasil Lipkivskinin (1983) və Müqəddəs Kiyevli Olqanın (1987) tunc abidələridir. == Bioqrafiyası == Kapşuçenko Ukraynanın Dnepropetrovsk İncəsənət İnstitutunda heykəltaraşlıq təhsili almışdır. 1941-ci ildə Ukrayna Reyxkomissarlığı dövründə Almaniyada yerləşən məcburi əmək düşərgəsinə aparılmışdır. Müharibədən sonra 1949-cu ilə qədər Almaniyanın Regensburq şəhərindəki köçürülmüş əsirlər düşərgəsində yaşamışdır, daha sonra Argentinada məskunlaşmışdır. Argentinada Pedro Enko kimi tanınan Kapşuçenko heykəltaraşlıq fəaliyyətinə davam etmiş və Argentina mədəniyyətinə verdiyi töhfələrə görə Buenos-Ayres Humanitar Elmlər Universitetinin fəxri üzvü seçilmişdir.1963-cü ildə həyat yoldaşı Zoya və qızı Lyudmila ilə birlikdə Filadelfiyaya köçmüşdür. Filadelfiyadakı Ukrayna İncəsənət Studiyasında dərs deməyə başlamışdır. 1990-cı illərdə bir çox heykəli Şimali Amerikada baş tutmuş sərgilərdə nümayiş etdirildikdən sonra məşhurluğu artmışdır. Ukraynanın müstəqilliyindən sonra Ukraynanın muzeylərində, o cümlədən, Ostro Akademiyasında və Taras Şevçenko Milli Muzeyində bir sıra fərdi sərgilər keçirmişdir.
Pedro Kabrera
Pedro Kabrera Lopes (isp. Pedro Cabrera López; 26 aprel 1927, Valensiya) — İspaniya qılıncoynadanı. 1960 Yay Olimpiya Oyunlarında iştirak etmişdir. == Həyatı == Pedro Kabrera 26 aprel 1927-ci ildə İspaniyanın Valensiya şəhərində anadan olmuşdur. 1959-cu ildə Beyrutda keçirilən Aralıq dənizi Oyunlarında şpaqa üzrə komanda turnirində bürünc medal qazanmışdır.
Pedro Kastilyo
Xose Pedro Kastilyo Terrones (isp. José Pedro Castillo Terrones; 19 oktyabr 1969, Punya[d], Peru) — Peru məktəb müəllimi, həmkarlar ittifaqı fəalı və siyasətçisi. O, 2017-ci ildə ümummilli müəllimlərin tətilinin lideri kimi şöhrət qazanmışdır. O, 2021-ci il seçkilərində ikinci turda sağçı namizəd Keiko Fuximorini məğlub edərək solçu "Azad Peru" partiyasından Peru prezidentliyə namizədi olmuşdur. O, 28 iyul 2021-ci ildə and içərək vəzifəsinin icrasına başlamışdır. 7 dekabr 2022-ci ildə Konqresin qərarı ilə hakimiyyətdən uzaqlaşdırılmışdır. == Erkən illəri == Pedro Kastilyo 19 oktyabr 1969- cu ildə Perunun ən yoxsul regionlarından biri olan Kaxamarkadakı Punya qəsəbəsində anadan olmuşdur. O , savadsız kəndli ailəsində doqquz uşaqdan üçüncüsü idi. Atası İreno Kastilyo Nunyes, anası isə Mavilya Terrones Gevara.Kastilyo ibtidai və orta məktəbi bitirdikdən sonra Kutervo vilayətindəki Oktavio Matta Kontreras Ali Pedaqoji İnstitutuna daxil olmuş və burada təhsil üzrə bakalavr dərəcəsi almışdır. Daha sonra Sesar Valyexo Universitetində təhsil psixologiyası üzrə magistr dərəcəsi almışdır.
Musa Sədr
Seyyid Musa Seyid Sədrəddin oğlu Sədr (15 aprel 1928 və ya 15 may 1928, Qum – 31 avqust 1978, yoxa çıxma[d]) — İran islamşünas alimi. == Həyatı == İmam Musa Sədr 1928-ci ildə Qum şəhərinin "Eşqəli məhəlləsi"ndə ruhani ailəsində dünyaya göz açmışdır. Atası mərhum Ayətullah-üzma Seyid Sədrəddin Sədr övladının adını Musa qoydu. Seyid Musa uşaqlıq və yeniyetməlik dövrünü həmin məhəllədə keçirdi. Musa Sədr 1942-ci ildən başlayaraq on il müddətində Qum Elmi hövzəsində təhsil alır. Hövzədə təhsil almaqla yanaşı Tehran Universitetinə daxil olur və iqtisadçı-hüquqşünas ixtisasına yiyələnir. 1944-cü ildən Nəcəf Elmi hövzəsində təhsilini davam etdirir. Musa Sədr 28 yaşında ailə həyatı qurur. Onun bu izdivacdan iki oğlu (Sədrəddin, Həmid), iki qızı (Hura, Məlihə) dünyaya gəlir. Livan səfəri Musa Sədr 1960-cı ildə Livandan çoxsaylı müraciətlər əsasında baba yurduna 30 günlük səfərə çıxır, amma Livandakı vəziyyət onu bu ölkədə qalıb fəaliyyət göstərməyə vadar edir.
Möhsün Sədr
Möhsün Sədr (1871, Məhəllat, Mərkəzi ostanı – 19 oktyabr 1962, Tehran) — İranın baş baziri. == Həyatı == 1945-ci ilin iyununda Günеy Azərbaycanda İşlər ciddiləşdi. İranda yеni hökumət böhranı dərinləşməyə başladı. Bir tərəfdən İbrahim Həkimi hökuməti istеfa vеrmişdi, digər tərəfdən yеni təyin еdilmiş Baş kazir, 70 yaşlı Möhsün Sədr (Sədr-ül-Əşrəf) Məclisdən еtimad ala bilməmişdi. Məclisin müxalifət azlığı və Xalq Partiyası Baş Nazir vəzifəsinə Möhsün Sədrin namizədliyini müdafiə еtmirdilər. Onlar Sadri irticaçı şəxslərdən biri hеsab еdirdilər. Sеyid Ziya tərəfdarlarının və Məclisdə müxalifət çoxluqunun ciddi cəhdlərinə baxmayaraq Məclisdən еtimad almaq məsələsi iki aya qədər yubandı. Əşrəf Sədr Rza şah dövründə Ədliyyə naziri işləmişdi. Onun dövründə Mazandaran düzənliyinin Rza şaha vеrilməsi hüquqi cəhətdən əsaslandırılmışdı. O, Məhəmmədəli şah dövründə Qanuni Əsası və dеmokratiya uğrunda mübarizə aparıb Rusiyanın köməkliyi ilə həbs еdilmiş dеmokratların istintaq işini aparmışdı.
Sero Manutsyan
Sero Bərxudaroviç Manutsyan (1890, Şuşa – 1961, Stepanakert) — Dağlıq Qarabağ Muxtar Vilayətinin birinci Katibi (07.07.1923–17.11.1923) == Həyatı == Sero Manutsyan 1890-cı ildə Şuşada doğulub. 1928-1932-ci illərdə Azərbaycan SSR Dövlət Muzeyinin direktoru işləmişdir. 1961-ci ildə Xankəndidə vəfat etmişdir.