SƏDƏF

is. [ ər. ] Bəzi balıqqulağıların iç qatını təşkil edən və müxtəlif bəzək şeyləri hazırlamaq üçün istifadə edilən, müxtəlif rənglərə çalan parlaq bərk maddə.
Yaxasına hərdən-hərdən; İnci sədəf düzən gözəl! Aşıq Ələsgər.
İmi çəhrayı atlaz örtüyü açıb, başdan-başa sədəfə tutulmuş tarını ehtiyatla çıxartdı. İ.Əfəndiyev.

// Sədəfdən qayrılmış, sədəflə bəzədilmiş. Sədəf düymə. Sədəf qaval. – Səba xanım öz etidalını itirmədi.
Kamançanı götürüb başındakı sədəf qübbəni çıxardı, onun içərisindən kiçik bir məktub çıxarıb Atabəyə uzatdı. M.S.Ordubadi.
Tarçı, köklə sarı simi; Bir şey çal ellər eşqinə! Durma, köklə sədəf tarı. M.Müşfiq.

// məc. Öz parlaqlığı, zərifliyi, rənginin saflığı ilə sədəfi xatırladan (bəzən obrazlı təşbehlərdə işləyir).
Bir şirin göftarlı, bir şəkər sözlü; Ağzı sədəf, dişi dürdanədəndir. M.V.Vidadi.
Sədəf dəhanından çıxan sözlərin; Hər biri bir qeybixəzanədəndir. M.P.Vaqif.
Gülzarın süzgün baxışı, yanaqlarının atlaz şəfəqi, gülümsədiyi zaman görünən ağ sədəf dişləri indi də Rüstəmin bu gün səhər gördüyü kimi qarşısında idi. T.Ş.Simurq.

□ Sədəf kimi – ağ, parlaq.
Onun sədəf kimi ağ dişləri parıldayır, iki ala gözləri dərin bir səmimiyyətlə alışıb yanırdı. M.Hüseyn.
…Güləndə dodaqlarının arasından sədəf kimi saf dişləri ağarırdı. M.Rzaquluzadə.

Sədəf saçmaq (səpmək) – nur saçmaq, işıqlandırmaq, parıldatmaq.
Gündüz yağan qar toxtamış, Ay aləmə sədəf saçırdı. Çəmənzəminli.

Омонимы

  • SƏDƏF SƏDƏF I is. [ ər. ] zool. İçindən inci çıxan dəniz böcəyi. Külək sədəfləri vurub sahilə çıxarmışdı. SƏDƏF II is

Этимология

  • SƏDƏF Dəniz böcəyinin adıdır, ərəb sözüdür. Qədim düşüncəyə görə, dənizə ildırımlı yağış yağanda sədəf dürrə (inciyə) hamilə olur, ildırımsız yağanda isə şə
SƏDD
SƏDƏFGÜLÜ
OBASTAN VİKİ
Sədəf Budaqova
Sədəf Budaqova – Azərbaycanlı xanəndə (muğam ifaçısı), müğənni. == Həyatı == Budaqova Sədəf Mehdi qızı 1 fevral 1995-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2001-ci ildə Masazır qəsəbəsində 11 saylı orta məktəbdə təhsil almağa başlayıb, 2012–ci ildə bu məktəbi bitirmişdir. 2007-2012-ci illər ərzində Xırdalan şəhər musiqi məktəbində Xanəndə ixtisası üzrə Qasım Əliyevdən təhsil alır. 2012–ci ildə Asəf Zeynallı adına Musiqi Kollecinin Xanəndə ixtisası üzrə Azərbaycan və Özbəkistanın xalq artisti Gülyaz Məmmədovanın sinfinə daxil olaraq 2015-ci ildə Kolleci bitirir. Həmin ildə Azərbaycan Milli Konservatoriyasının Xanəndə ixtisası üzrə Xalq artisti, professor Mənsum İbrahimovun sinfinə daxil olur. 2019-cu ildən Sumqayıt Musiqi Kollecində müəllimə kimi çalışır. 2020-ci ildə Konservatoriyanı bitirir. 2022-ci ildən magistr pilləsi üçün yenidən Milli Konservatoriyada təhsil alır. == Fəaliyyəti == 2011-ci ildə Bakıda, Beynəlxalq Muğam Mərkəzində Gənclər və İdman, Mədəniyyət və Turizm Nazirliklərinin yardımı, Paşa Bankın baş sponsorluğu, İctimai Televiziya və Radio Yayımları Şirkətinin informasiya dəstəyi ilə "Kainat" Gənclik Mərkəzinin təşkil etdiyi III Beynəlxalq Uşaq Muğam Festivalında baş mükafat — "Qran–Pri" qazanıb.
Sədəf Tahiryan
Sədəf Tahiryan (fars. صدف طاهریان‎; 21 iyul 1988, Tehran) — İran aktrisası və model.
Sədəf adası
Sədəf adası (türk. Sedef Adası, yun. Τερέβινθος) — Türkiyəyə məxsus olan, Mərmərə dənizində yerləşən ada. Adalar arxipelaqının ən kiçik adasıdır. Bizans imperiyası dönəmində sürgün yeri kimi istifadə edilirdi. Əvvəlki adı Terebinthosdur. Əvvəllər dovşanın bol olması ilə əlaqədar dovşan adası belə deyilirdi. Ada 1850-ci ildə Topxana müdiri Fəthi Əhmət Paşanın mülkiyyətinə verilmişdir. O, adaya zeytun ağacları əkdirmişdir. Paşanın ölümündən sonra ada baxımsız qalmışdır.
Sədəf Çaxmaq
Sədəf Çaxmaq (türk. Sedef Çakmak; 9 iyun 1982) — Türkiyə siyasətçisi, LGBT fəalı. Çaxmaq Türkiyədə açıq şəkildə LGBT kimliyi ilə vəzifəyə gəlmiş ilk siyasətçidir. O, lezbiyandır. == Həyatı == Sədəf Çaxmaq 9 iyun 1982-ci ildə anadan olmuşdur. O, 2015-ci ildən bəri Cümhuriyyət Xalq Partiyasının İstanbul Başakşəhər bələdiyyəsi rayon məclis üzvüdür. Çaxmaq Türkiyədə açıq şəkildə LGBT kimliyi ilə vəzifəyə gəlmiş ilk siyasətçidir. Sədəf Çaxmaq Qalatasaray Universitetinin Sosiologiya Fakültəsindən bakalavr dərəcəsi ilə məzun olmuşdur. O, universitet illərində mülki cəmiyyət təşkilatlarında işləməyə başlamışdır. 2004-cü ildən bəri LGBT fəalı olaraq fəaliyyət göstərir.
Aleksandra sədəflisi
Aleksandra sədəflisi (lat. Argynnis alexandra) — Pulcuqluqanadlılar dəstəsinə, Nimfalidlər fəsiləsinə aid növ., == Təsviri == Qanadları açılmış halda erkəklər 45 mm, dişilər isə 55 mm-dir. Qanadların üst tərəfi kərpici — qırmızı rəngdə olub, üzərində çoxlu sayda kiçik ləkələr vardır. Arxa qanadların alt səthi yaşıla çalan sədəf rəngli olub, üzərində gümüşü ləkələr vardır. Bu ləkələr qanadın əsasına doğru cəmlənmişdir. == Yayılması == Talış meşələri. == Həyat tərzi == Kol və ayıdöşəyi pöhrəliklərində, meşə talalarında və kənarlarında, yollar və cığırlar boyunda. Kəpənəklər mayın axırında iyulun ortalarına qədər uçur. Tırtıllar iyul – avqustda yerli bənövşənin- Viola caspia Kupff, yarpaqları ilə qidalanır. Puplar qışlayır.
Sədəfi buludlar
Sədəfi buludlar, Perlamutr buludları - Stratosferdə 20-26 km hündürlükdə müşahidə olunan xırda buz kristallarından və soyumuş su damlalarından ibarət ox nazik buludlardır.
Sədəfli
Sədəfli — Azərbaycan Respublikasının Qobustan rayonunun Bədəlli kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kəndin keçmiş adı Sədəf Yekəxanası olmuşdur. Tədqiqatçıların ehtimalma görə, oykonim kəndin ilk sakinlərindən olan Sədəf adlı şəxsin adı ilə bağlıdır. == Tarixi == == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 335 nəfər əhali yaşayır. == Coğrafiyası və iqlimi == Kənd Mərəzə platosunda, Qarpızlı yaylasının yamacında yerləşir.

Значение слова в других словарях

бессмы́сленность испра́внический поселя́нский расшиби́ться рето́ртный сбо́ку ума́щиваться влета́ние кулуа́ры отлича́ть полупусты́нный ренесса́нс скро́мничать усыновле́ние хлебать bobbysox bundled software dim-sighted laticifer mad money politicking unputdownable uprose выявлять робкий