Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ərk qalası
Ərk qalası (və ya Ərk-i Əlişah, Məscid-i Əlişah, Təbriz qalası, fars. ارگ تبريز‎) — Təbriz şəhərində yerləşən və XIV əsrdə Hülakülər (Elxanilər) zamanında vəzir Əlişah tərəfindən tikdirilən abidə. Günümüzdə şəhərin mərkəzində parkın üzərində yerdən 26 metr yüksəkliyə ucalan Ərk-i Əlişah qalası və ya köhnə adı ilə Məscid-i Əlişah Elxanilər dövrü memarlığının bir nümunəsidir. Son Elxani hökmdarı Əbu Səid Xanın (1316–1335) vəziri Əli şah tərəfindən tikdirilən abidə ilk tikildiyi zaman məscid olub və müsəlmanların namaz qılması üçün uzun müddət bu şəkildə istifadə edilib. Sonralar ehtimal ki, Təbrizdə baş verən şiddətli və tez-tez baş verən zəlzələlər səbəbindən bina dağılıb və bəzi əlavələrlə (divarlar, zirzəmilər, anbarlar və s.) qalaya çevrilmişdir. Bundan sonra abidə Ərk-i Əlişah adlandırılmışdır. Qala sadəliyi, ölçüləri və kərpic hörgüsü ilə diqqəti özünə cəlb edirdi. Tacəddin Əli şah tərəfindən tikdiriilən və sonradan qalaya çevrilən bu binanın eni 30 metr, hündürlüyü 26 metr, qalınlığı isə 10 metrdir . Təəssüf ki, günümüzdə onun yalnız qurbangahı və yan divarları qalmaqdadır. Bundan başqa abidənin üzərində günümüzə qədər gəlib çatmış heç bir yazı yoxdur.
Təbriz Ərk teatrı
Təbriz Ərk teatrı və ya Şiri Xurşid teatrı (fars. تئاتر شیر و خورشید تبریز‎‎) — İranın Təbriz şəhərində keçmiş teatr. Teatr 1927-ci ildə Təbriz şəhərində açılmış, 1980-ci ildə İslam inqilabından sonra isə dağıdılmışdır. == Tarixi == Bina 1927-ci ildə Qırmızı şir və günəş cəmiyyəti tərəfindən tikilib başa çatır. Binanın memarı dəqiq bilinməsə belə onun Qafqazdan gəldiyi ehtimal olunur, çünki teatrın binası Bakı və Tiflisdəki intibah dövrünün italyan üslubunu və yüksək dekorativ interyerə malik alman rokoko üslubunu özündə birləşdirib. Teatrın açılışı 1927-ci ilin sentyabr ayında baş tutub. Əsas zalın uzunluğu 30 metr eni isə 10 metr və 800 nəfərlik olub. Zalın ən vacib cəhəti isə mərtəbələr və binanın tavanında olan xüsusi akustikaya görə burada heç bir səs gücləndirici alətlərə ehtiyacın olmamasıdır. Zalın birinci cərgəsində oturan tamaşaçılar musiqini necə eşidirdilərsə sonuncu cərgədə oturanlar da elə eşidirmişlər. Teatr binası Azərbaycan Milli Hökumətinin qurulmasından sonra əsaslı şəkildə təmir edilmiş, pərdələri və çılçıraqları dəyişdirilmişdir.
Ark
Ark — L'Arc~en~Ciel qrupunun albomudur.
Dərk
Dərk (kənd) — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Dərk çayı — Quba rayonu ərazisində çay. Dərketmə — insanın öz əqli və fiziki qabiliyyətlərinin öyrənilməsi və anlamasıdır.
Eak
Eak (həmçinin Ayak və ya Oyak, q.yun. Αἰακός, lat. Aeacus) — qədim yunan mifologiyasında personaj, Zevsin oğlu və Egina adasının hökümdarı. O, güclü ədalət və dindarlıq hissləri ilə seçilirdi. Axilles və Ayaks Telamonidin də daxil olduğu Eakidlər sülaləsinin əcdadıdır. Bir mifə görə, vəfatından sonra axirət dünyasında hakim oldu. == Mifologiyada == Eakın anası Egina idi, hansı ki çay tanrısı Asopun qızı və Saronikos körfəzində yerləşən adanın eponimi olmuşdur (qədim müəlliflərindən yalnız biri Mavr Sevi Honorat Eakın anası kimi digər qadını Avropanı qeyd edir). Elə məhz bu adada Eak dünyaya göz açdı. Hesiod tərəfindən yazılmış mifin köhnə versiyasına görə, o, orada yeganə insan idi; Zevs onun istəyi ilə yerli qarışqaları insanlara çevirdi və beləliklə yeni Mirmidonlar xalqı yarandı və Eak onların hökümdarı oldu. Sonrakı dövrlərdə yaşayan müəlliflər yazırlar ki, qısqanc Hera Eginaya azar göndərdi, bunun nəticəsində bütün yerli sakinlər öldü.
Era
Era (lat. aera): Era – [lat. aera – an, ləhzə] 1)hər hansı əlamətdar və ya əfsanəvi hadisə ilə bağlı olan tarix hesabının başlanğıc anı (vaxtın ardıcıl hesabı bu andan başlayır); tarix hesabı sistemi. Təqvimin başlandığı hadisənin xarakterindən asılı olaraq era üç yerə bölünür. Astronomik, siyasi, dini era; 2)tarixi geologiyada geoxronoloji şkalanın ən böyük zaman ölçü vahidi; 3)il hesabının başlandığı zaman, tarix başlanğıcı. Məsələn, yeni era (isanın doğulduğu zənn edilən gündən başlanan tarix); 4)böyük tarixi əhəmiyyəti olan dövr; 5)yer tarixinin ən böyük xronoloji bölgüsü. Zamanda — vaxt ölçüsünün ilkin başalnğıcı. Məsələn: bizim era, xristian erası, islam erası, yeni era (danışıqda). Böyük zaman ölçüsü, dövr, epoxa Geoloji era — geoloji prosesdə zaman kəsiyi. Məsələn, paleozoy erası, mezozoy erası və s.
Erd
Erd (mac. Érd) — Macarıstanda Peşt əyalətinin tərkibinə daxil olan şəhər. == Tarixi == Ərazidə ilkin məskunlaşma qədim dövrlərdən başlamışdır. Arxeoloji tapıntılara əsasən insanların burada 50 min il əvvəl məskunlaşdığı göstərilir. Erd haqqında 1243-cü ilin sənədlərində bəhs edilir. Osmanlı İmperiyasının Macarıstanı işğal etdiyi vaxtlarda Erd türklər tərəfindən 1543-cü ildə Sekeşfexervar qalasının təslim olmasından sonra fəth edildi. Osmanlılar burada ənənəvi bir qala inşa etmişdilər. Övliya Çələbi öz səyahətnaməsində yazır ki, qala içərisində 20 ev və məscid var. 1684-cü ildə Lotaringiya hersoqu V Çarles in başçılıq etdiyi ordu Erd yaxınlığında türkləri məğlub etdi və şəhər 150 ilə yaxın sürən Osmanlı hakimiyyətindən çıxdı. 1776-cı ildə Erd qəsəbə oldu.
Erik
Erik — Erik, Şimali Alman mənşəli bir kişi adı. == Adamlar == Kürən Erik — island vikinqi Erik Norales Erik Vluymans == Danimarka kralları == Erik I (1095 - 1103) Erik II (1134 - 1137) Erik III (1137 - 1146) Erik IV (1232 - 1250) Erik V (1259 - 1286) Erik VI (1286 - 1319) Erik VII (1412 - 1439) == Norveç kralları == Erik I (931? — 933?) Eyrik II Maqnusson (1280—1299) Erik III (1389—1442) == Isveç kralları == Eric VI əvvəlki İsveç kralları tarix elmində sabit sayılmır. Əslində, monarxların sayı 16-cı əsrin ortalarında tətbiq olundu və onun sayəsində istifadə olunan tək Erik, Erik XIV idi. Erik, İsveçin əfsanəvi kralı, Alreka qardaşı. Erik Byornson, İsveçin yarı əfsanəvi kralı. Erik Refilsson, İsveçin yarı əfsanəvi kralı. Erik Anundson (? - 882?), İsveçin yarı əfsanevi kralı, Eric Emundsson kimi də tanınır. Erik Vetrhoq (Erik Vederhatt), İsveçin əfsanəvi kralı, ehtimal ki, Erik Anundson ilə eyni.
Erkə
Ərkə - türk və altay mifologiyasında ayartıcı tanrıça. İrke xanım da deyilir. Başdan çıxarıcı tanrıçadır. Nazlı olaraq təyin olunur. Erke Sultan (Erkə Solton) da deyilir. Ülgene qurban təqdim etmək üçün göyə çıxarkən kamı (şamanı) yolundan uzaqlaşdırmağa çalışan pis mələk / ruh. Bəzi Türk boylarında Erlikin iki qızından biri olduğuna inanırlar (Digəri Kiştəydir). == Etimologiya == (Ər/Er/Erk/Erh) kökündən törəmişdir. Güclü, qüvvətli deməkdir. İşvə, cilvə, naz məzmununa da malikdir.
Fərk
Fərk (fars. فرک‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Mərkəz bəxşinin Vəfs dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 64 ailədə 137 nəfəri kişilər və 121 nəfəri qadınlar olmaqla cəmi 258 nəfərdir. Kəndin əhalisini tatlar təşkil edir, vəfscə danışırlar və şiə müsəlmandırlar.
Tərk
Tərk (farsca: تَرك) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanında şəhər. Əhalisi azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar. 1390 hicri (2011) ilində İranda gərçəkləşən umumi sayıma görə (سرشماری عمومی نفوس و مسکن سال 90) şəhərdə yaşıyanların sayısı 2406 başdır. Tanınmış şair Həbib Sahir bu şəhərdə anadan olub və sonra ata və anası ilə Təbrizə köçüb.
Ərak
Ərak (İran) — İran İslam Respublikasının Mərkəzi ostanında şəhər. Ərak (Tabasaran) — Dağıstan Respublikasının Tabasaran rayonunda yerləşən kənd.
Ərik
Adi ərik (lat. Prunus armeniaca) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Ümumi == Adi ərik mart-aprel aylarında çiçəkləyir. Çiçəkləri ağ və ya açıq çəhrayıdır, yarpaqlarından çox əvvəl açılırlar. Çiçək saplaqları qısadır. Meyvələri iyun-avqust aylarında yetişir. Meyvələri birçəyirdəkli olub, rəngi ağ, sarı və qırmızı-narıncı olur. Meyvəsinin ağırlığı 3-18 q, forması isə müxtəlifdir. Ətliyi şirəli, şirin və ya turşa-şirindir. Adi ərik təzə halda istehlak edilir.
Ərkə
Ərkə - türk və altay mifologiyasında ayartıcı tanrıça. İrke xanım da deyilir. Başdan çıxarıcı tanrıçadır. Nazlı olaraq təyin olunur. Erke Sultan (Erkə Solton) da deyilir. Ülgene qurban təqdim etmək üçün göyə çıxarkən kamı (şamanı) yolundan uzaqlaşdırmağa çalışan pis mələk / ruh. Bəzi Türk boylarında Erlikin iki qızından biri olduğuna inanırlar (Digəri Kiştəydir). == Etimologiya == (Ər/Er/Erk/Erh) kökündən törəmişdir. Güclü, qüvvətli deməkdir. İşvə, cilvə, naz məzmununa da malikdir.
Eri
Eri (Pensilvaniya) — şəhər. Eri-TV — telekanal Eri gölü — Kanada və ABŞ arasında, Böyük göllər sisteminə daxil göl Eri Kanalı — Eri gölü ilə Hudson çayını bir-birinə bağlayır.
Abbasabad (Ərak)
Abbasabad — İranın Mərkəzi ostanında kənd.. == Coğrafi yerləşməsi == Ərak şəhristanının Tərxoran bölgəsinin Rudbar kəndistanında, Tərxoran qəsəbəsindən 42 km şimal-qərbdədir.
Adi ərik
Adi ərik (lat. Prunus armeniaca) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Ümumi == Adi ərik mart-aprel aylarında çiçəkləyir. Çiçəkləri ağ və ya açıq çəhrayıdır, yarpaqlarından çox əvvəl açılırlar. Çiçək saplaqları qısadır. Meyvələri iyun-avqust aylarında yetişir. Meyvələri birçəyirdəkli olub, rəngi ağ, sarı və qırmızı-narıncı olur. Meyvəsinin ağırlığı 3-18 q, forması isə müxtəlifdir. Ətliyi şirəli, şirin və ya turşa-şirindir. Adi ərik təzə halda istehlak edilir.
Adinəməscidbala (Ərak)
Adınəməscidbala — İranın Mərkəzi ostanında kənd.. == Coğrafi yerləşməsi == Ərak şəhristanının Sərbənd bölgəsinin Yuxarı sərbənd kəndistanında, Astana şəhərindən 26 km cənub-qərbdədir.
Adınəməscidbala (Ərak)
Adınəməscidbala — İranın Mərkəzi ostanında kənd.. == Coğrafi yerləşməsi == Ərak şəhristanının Sərbənd bölgəsinin Yuxarı sərbənd kəndistanında, Astana şəhərindən 26 km cənub-qərbdədir.
Aqilabad (Ərak)
Aqilabad — İranın Mərkəzi ostanında kənd.. == Coğrafi yerləşməsi == Ərak şəhristanının Sərbənd bölgəsinin Qarakəhriz kəndistanında, Sərbənd qəsəbəsindən 39 km şimal-qərbdədir.
Ark (Averon)
Ark (fr. Arques, oks. Arcas) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Pon-de-Salar kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12010. Kommuna təxminən Parisdən 510 km cənubda, Tuluza şəhərindən 135 km şimal-şərqdə, Rodezdən isə 19 km qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 123 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 83 yaşda (15-64 yaş arasında) 71 nəfər iqtisadi cəhətdən fəal, 12 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 85.5%, 1999-cu ildə 61.8%).
Ağacəkəni (Ərak)
Ağacəkəni — İranın Mərkəzi ostanında kənd.. == Coğrafi yerləşməsi == Ərak şəhristanının Sərbənd bölgəsinin Yuxarı Sərbənd kəndistanında, Astana şəhərindən 42 km. cənubda, dağlıq yerdədir.
Ağcabulaq (Ərak)
Ağcabulaq — İranın Nərkəzi ostanında kənd.. == Coğrafi yerləşməsi == Ərak şəhristanının Sərbənd bölgəsinin Yuxarı Sərbənd kəndistanında, Astana şəhərindən 18 km cənub-qərbdədir.
Bizim era
Bizim era, b. e. — Yulian və Qriqorian təqvimi ilə 1-ci ildən indiki dövrə qədər olan zaman. 1-ci ildə qurtaran dövr bizim eraya qədər olan dövr adlanır. == Ədəbiyyat == Аноприенко А.Я. Археомоделирование: Модели и инструменты докомпьютерной эпохи. Донецк, УНИТЕХ, 2007, s. 202.
Bərk çoğan
Bərk çoğan (lat. Gypsophila robusta) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinin çoğan cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN B1 ab(i, ii, iii) c (iii, iv) + 2b(i, ii). Azərbaycanın nadir növüdür. Qafqaz endemikidir. Regional IUCN Statusu VU B2ab (iii, v). == Qısa morfoloji təsviri == Çoxillik, göyümtül ot bitkisidir. Hündürlüyü 50-70 sm-dir. Yarpaqları oturaq, uzunluğu 1-2 mm olan qısa qına bitişik, enlidir, uzunsov-ellipsivari, uzunsov-lansetşəkilli, yaxud uzunsov, tərs-yumurtaşəkilli, alt tərəfdəkilər küt, sonrakılar isə iti, eni (0,7) 2-3 sm-ə çatır, 3-5 (7) damarlıdır. Çiçək qrupu budaqlıdır.
.срб
.срб (.xn--90a3ac) — Yuxarı səviyyəli kiril əlifbasında olan Serbiyanın milli domeni. İnternetdə kiril əlifbasında yazılmış ikinci domen. (birinci .рф) . Domen 3 may 2011-ci ildə işə salınmışdı . Domen adlarının qeydiyyat prosesi 27 yanvar 2012-ci ildə başladı.. Bu zonada birinci qeyd edilmiş domen "рнидс.срб" oldu — (Serb milli domen registratoru).
.рф
.рф (punycode: .xn--p1ai; (Российская Федерация) — yuxarı səviyyəli Rusiya milli domeni. İnternetdə ilk kiril əlifbasında yazılmış domen. Daha əvvəl daxil edilmiş ".ru" domenindən fərqi odur ki, domendə ". рф" xüsusi istisnalıqla kiril əlifbasında yazılır. Domen 12 may 2010-cu ildə daxil edilmişdir.
Oton (Эн)
Oton (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqritisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Мир ПК
"PC World" — ABŞ aylıq kompüter texnologiyası jurnalı. Jurnal 1983-cü ildən 2013-cü ilə qədər "International Data Group" tərəfindən nəşr olunmuşdur. 2013-cü ilin avqust ayından başlayaraq jurnalın çap versiyası dayandırılmış və onun redaksiya heyəti tamamilə onlayn formata keçmişdir. Jurnalın məqalələri fərdi kompüterlər, serverlər və iş stansiyaları üçün aparat və proqram təminatının işlənib hazırlanması, onların həm istehlakçı şəraitində, həm də müəssisələrdə tətbiqi məsələlərinin geniş spektrini əhatə edirdi. Publikasiyanın məzmunu müxtəlif ixtisaslara malik olan oxuculara yönəlmişdir == Tarixi == Jurnal 1982-ci ilin noyabrında "COMDEX"də elan edilmiş və ilk növbədə "Personal Computer World" adlandırılmışdır. Jurnal "VNU" və "Ziff Davis Publishing" daxil olmaqla naşirlər tərəfindən bir neçə dəfə yenidən satılmışdır. 1999-cu ilin fevralında jurnal rekord tirajla 1 milyon nüsxə ilə nəşr olunmuşdur. Bu, o zaman belə rəqəmlərə nail olan ilk və yeganə kompüterlə bağlı jurnal idi. 2013-cü ildə jurnalın sahibi "International Data Group" şirkəti "PC World" jurnalının 30 il davam etmiş nəşriyyatının dayandırıldığını elan etmişdir. 2013-cü ilin avqust nömrəsi "PC World" jurnalının çap olunan sonuncu nömrəsi idi.