ƏRŞ
ƏRZ
OBASTAN VİKİ
Dəbbətül-ərz
Dəbbətül-ərz (ərəb. دابة_الأرض‎) — İslamda Qiyamət gününün əsas əlamətlərindən biridir. Quranın Nəml surəsində, bu canlı günəş qərbdən çıxdığı zaman baş verəcək. Bu vaxt tövbə aradan götürüləcək; heç bir tövbə qəbul edilməyəcək, heç bir əməl qəbul edilməyəcək. Canlıda Musanın əsası və Süleymanın möhürü olacaq. == Ümumi məlumat == Qiyamət əlamətlərindən biri hesab edilən əfsanəvi varlıq. Əhdi-ətiqdə əjdahaşəkilli bir varlıqdan müxtəlif adlarla (livyatan, rahav) bəhs edilir (Əyyub 3:8, 9:3, 26:12; Zəbur 74:13, 89:10, Yeşaya 30:7, 51:9-10). Əhdi-cədiddə şeytana bərabər tutulan bu varlığın və tərəfdarlarının Allaha qarşı çıxacağı, sonda isə məğlub olacağı göstərilir (Vəhy 12:13, 13:11-18, 16:13-14, 20:2-3, 7-10). Bu düşüncənin Babil mədəniyyətindən gəlməsi fikri mövcuddur. Dəccal (antixrist) anlayışının yaranmasında Dəbbətül-ərzin təsirinin olması qeyd edilir.
Dəhvul ərz
Dəhvul ərz — Müsəlmanlara görə Yer kürəsinin Kəbə evinin altından genişlənməsi günüdür və o gün Hicri-Qəməri təqvimi ilə Zilqədə ayının 25-nə təsadüf edir. Müsəlmanlara görə bu gün il ərzində olan ən fəzilətli günlərindən biridir. Müsəlmanlar üçün o günün orucu çox fəzilətli və məqbul sayılır. İslamı rəvayətlərdə buyurulur ki, Dəhvul ərz gününün orucu yetmiş ilin orucuna bərabərdir. O günün orucunun yetmiş ilin kəffarə orucuna bərabər olması vurğulanır. Hər kəs o günü orucu tutub, gecəsini ibadətlə keçirsə, onun üçün yüz ilin ibadəti yazılar və bu günü oruc tutan şəxs üçün göylər və yer arasında olan hər bir şey istiğfar edər. O gün elə bir gündür ki, Allahın rəhməti hər yeri bürüyür. == İstinadlar == == Mənbə == Əbədi nur jurnalının elmi heyəti. "Kəbə tövhid əhli üçün tikilən ilk evdir" (az.). ebedinur.net.
Həşərətül-ərz
"Həşərətül-ərz" — Cənubi Azərbaycanda nəşr olunmuş qəzetlərdən biri. == Tarixi == Qəzet 1908-ci ildə Təbrizdə nəşrə başlamışdır. Həftəlik nəşr edilən bu qəzetdə rəngli, yumoristik şəkillərə də rast gəlmək olurdu. Cənubi Azərbaycanda "Azərbaycan" dərgisindən sonra "Həşəratül-ərz" ikinci satirik mətbu orqanı idi. Qəzetdə rəssamlıq işlərini Tahirzadə Behzad yerinə yetirirdi. Onun karikaturaları gülüş və məsxərə hissi doğurur əzici və ayıldıcı xarakter daşıyırdı. Bu karikaturalar Məhəmmədəli Mirzədən tutmuş ən aşağı vəzifəli dövlət məmurlarına qədər, hamının canına vəlvələ salırdı. Bu rəsmlərin müəllifi Behzad Tahirzadə öz xatirələrində yazırdı: Bir gün Məşrutə inqilabından söhbət gedərkən qardaşım söhbətarası dedi ki, Mərənd şəhərində polis tərəfindən məlum oldu ki, məmurlar şahın karikaturasını çəkmiş bir rəssamı axtarırlar. "Həşəratül ərz"də çap olunmuş bu karikaturada şah çanaqlı bağaya bənzədilmişdi. Əgər onu mənim çəkdiyimi bilsəydilər, şübhəsiz tutub edam edərdilər".
Atatürk adına Ərzurum Universiteti
Atatürk Universiteti — 1957-ci ildə yaradılan universitetidir. == Tarix == Atatürk Universitetinin tarixi Türkiyə Cümhuriyyətinin önəmli röyalarından birinin gerçəkləşməsidir. Cümhuriyyətin qurucusu Mustafa Kamal Atatürk 1 noyabr 1937-ci ildə Türkiyə Böyük Millət Məclisindəki nitqində Şərqi Anadoluda böyük bir universitetin qurulmasının lazım olduğunu ifadə etmiş, bu yöndə işlərin başlanmasına təlimat vermişdir. Atatürkün ölümündən sonra bu işlərə 12 il ara verilmiş və 1950-ci ildə yenidən gündəmə gətirilmişdir. 1951-ci ildə yaradılan komissiya Şərq Universitetinin Ərzurumda olmasına qərar verdi. 1954-cü ildə çıxarılan 6373 nömrəli qanunla da universitetin adı "Atatürk" qoyuldu. Həmin il Amerika Birləşmiş Ştatlarının USAİD təşkilatı vasitəsilə Atatürk Universiteti ilə Nebraska Universiteti arasında işbirliyi qurulmuşdur. Beləliklə, Atatürk Universitetinin gənc müəllim heyəti Nebraska Universitetinin texniki və akademik araşdırmaları təcrübəsindən yararlanmışlar. İlk olaraq universitetdə əkinçilik, dil-ədəbiyyat, mühəndislik və memarlıq fakültələri var idi. Hazırda isə Atatürk Universitetində 17 fakültə, 5 yüksək məktəb, 15 peşə məktəbi, 6 institut və 16 araşdırma mərkəzi var.
Ayişə Ərzan
Ayişə Ərzan (1949, Ankara) — Türkiyə fizikaçısı. == Həyatı == Ayişə Ərzan Ankarada anadan olmuşdur.O sonrakı təhsilini İstanbulda sonra isə ABŞ-nin Brayn Mavr kollecində davam etmişdir. 1970-ci ildə o ilk qazancını qazanmışdır. 1976-cı ildə Stoni Bruk Universitetinin fizika üzrə namizədlik işini müdafiə etmişdir. Ərzan Ankaraya qayıdır və Yaxın şərq Texnika Universitetində fizika şöbəsində işləməyə başlayır. 1977-ci ildə İstanbul Texnika Universitetinə qoşulur. Bu dövr ərzində o sülh və qadın azadlığına görə mübarizə aparmışdır. == Karyerası == 1980-ci ildə o yenidən ölkəni tərk edir. 1981-1990-cı illərdə Ərzan müxtəlif institut və universitetlərdə çalışmışdır. 1981-1982-ci illərdə Cenevrə Universitetinin Teoretikal fizika şöbəsində işləmişdir.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (LATI /FAO/) (ing. Food and Agricultural Organization of the United Nations, FAO) — vəzifəsi əhalinin kənd təsərrüfatı məhsulları ilə təminatını yaxşılaşdırmaq məqsədilə fərdi və kollektiv fəaliyyətlər aparmaq və həmçinin kənd təsərrüfatının inkişafı məsələləri üzrə hökumətlərarası təşkilatların işlərini əlaqələndirmək üçün BMT-nin ixtisaslaşdırılmış təşkilatı. 1945-ci ildə yaradılmışdır. Əsas vəzifələrindən biri – kənd təsərrüfatı istehsalı, meşə və balıq təsərrüfatında inkişaf etməkdə olan ölkələrə kömək göstərməkdir. Inkişaf etmiş kapitalist ölkələrdən ərzağın birbaşa digər ölkələrə çatdırılması, kənd təsərrüfatında elmi araşdırmaların və işlərin həyata keçirilməsi və təşkilinə köməklik daxil olmaqla, FAO yardımı maddi və qeyri-maddi xarakter daşıyır. FAO milli və beynəlxalq miqyaslı tədbirlərdə iştirak edir. FAO umumdünya torpaq xəritəsini tərtib etmiş, dünya səhralaşma xəritəsinin hazırlanmasında iştirak etmişdir. Hal-hazırda FAO səhralaşma problemi ilə əlaqəli 50-yə yaxın layihə həyata keçirir. Onlar arasında "Səhralaşmanın qiymətləndirilməsi və xəritələşdirilməsi", "Quraq və yarımquraq otlaq yerlərinin ekoloji idarə edilməsi" və s. var.
Bakı-Tbilisi-Ərzurum Boru Xətti
Bakı-Tbilisi-Ərzurum Boru Xətti - Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından çıxarılan qazın Gürcüstan və Türkiyəyə nəqli üçün inşa edilmişdir. Kəmərin uzunluğu 980 kilometr, diametri 42 düymdür. Boru kəməri ildə 20 milyard kubmetrədək ötürmə gücünə malikdir. == Tarixi == 2007-ci il iyulun 3-də isə "Şahdəniz" qaz-kondensat yatağından hasil edilən təbii qaz Bakı-Tbilisi-Ərzurum marşrutu üzrə Cənubi Qafqaz qaz boru kəməri ilə Türkiyə sərhədlərini aşaraq, qardaş ölkənin qaz kəmərləri sisteminə daxil olmuşdur. 2012-ci il oktyabrın 4-nə keçən gecə Türkiyənin Qars əyalətinin Sarıqamış kəndi yaxınlığında Bakı-Tbilisi-Erzurum qaz kəmərində partlayış baş verib. Nəticədə Azərbaycandan qaz ixracı tamamilə dayandırılıb. 2015-ci il avqustun 25-də gecə saatlarında PKK terrorçuları Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin Qars vilayətindən keçən hissəsində partlayış törədiblər. Partlayış kəmərin Qars vilayətinin Sarıqamış qəsəbəsindən keçən hissəsində törədilib. 2015-ci il sentyabrın 3-də kəmərin Azərbaycandan keçən hissəsinin operatoru olan "BP-Azerbaijan" şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı "APA-Economics"ə bildirdiyinə əsasən Bakı-Tbilisi-Ərzurum təbii qaz kəməri vasitəsilə mavi yanacağın nəqli bərpa edilib.
Bakı-Tbilisi-Ərzurum qaz kəməri
Bakı-Tbilisi-Ərzurum Boru Xətti - Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından çıxarılan qazın Gürcüstan və Türkiyəyə nəqli üçün inşa edilmişdir. Kəmərin uzunluğu 980 kilometr, diametri 42 düymdür. Boru kəməri ildə 20 milyard kubmetrədək ötürmə gücünə malikdir. == Tarixi == 2007-ci il iyulun 3-də isə "Şahdəniz" qaz-kondensat yatağından hasil edilən təbii qaz Bakı-Tbilisi-Ərzurum marşrutu üzrə Cənubi Qafqaz qaz boru kəməri ilə Türkiyə sərhədlərini aşaraq, qardaş ölkənin qaz kəmərləri sisteminə daxil olmuşdur. 2012-ci il oktyabrın 4-nə keçən gecə Türkiyənin Qars əyalətinin Sarıqamış kəndi yaxınlığında Bakı-Tbilisi-Erzurum qaz kəmərində partlayış baş verib. Nəticədə Azərbaycandan qaz ixracı tamamilə dayandırılıb. 2015-ci il avqustun 25-də gecə saatlarında PKK terrorçuları Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin Qars vilayətindən keçən hissəsində partlayış törədiblər. Partlayış kəmərin Qars vilayətinin Sarıqamış qəsəbəsindən keçən hissəsində törədilib. 2015-ci il sentyabrın 3-də kəmərin Azərbaycandan keçən hissəsinin operatoru olan "BP-Azerbaijan" şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı "APA-Economics"ə bildirdiyinə əsasən Bakı-Tbilisi-Ərzurum təbii qaz kəməri vasitəsilə mavi yanacağın nəqli bərpa edilib.
Bakı Şəhər Rəisi yanında zəruri ərzaqların ucuzlaşdırılması komitəsi
Bakı şəhər rəisliyi — Bakı şəhərində və onun ətrafındakı mədən və fabrik-zavod rayonlarında qayda-qanunu və təhlükəsizliyi qoruyan hakimiyyət orqanı. == Tarixi == Bakı şəhər rəisliyi 1906-cı il oktyabrın 28-də Rusiya senatının qərarı ilə yaradılmışdı. Ərazisi Bakı qubernatorunun tabeçiliyindən çıxarılmış və qubernatorun idarəçilik hüquqları şəhər rəisinə verilmişdi. Bakı şəhər rəisliyinə aid işlərin müxtəlif quberniya idarələrində müzakirəsində şəhər rəisi sədrlik edirdi. Şəhər rəisliyi yanında iki idarə -inzibati işlər və neft işləri idarələri vardı. Bakı Xalq Komissarları Sovetinin dekreti ilə 1918-ci ilin mayında Bakı şəhər rəisliyi ləğv olunmuşdu. Bakı şəhər və onun ətrafındakı mədən rayonunda (bütün Abşeron yarımadasında və Bakı yaxınlığındakı adalarda) Bakı qubernatorunun funksiyalarını eyni səlahiyyətlə, əvvəllər olduğu kimi, yenə Bakı şəhər rəisi icra edirdi. Şəhər rəisi vəzifəsi Bakıda və mədən rayonunda mövcud olaan xüsusi şərait nəzərə alınaraq təsis olunmuşdu. Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı olaraq Bakı şəhərindəki real şərait burada ictimai asayişi və təhlükəsizliyi qorumaq üçün qubernator hüququna malik ayrıca hakimiyyət orqanının olmasını tələb edirdi. Şəhər rəisinin müavini vardı.
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (LATI /FAO/) (ing. Food and Agricultural Organization of the United Nations, FAO) — vəzifəsi əhalinin kənd təsərrüfatı məhsulları ilə təminatını yaxşılaşdırmaq məqsədilə fərdi və kollektiv fəaliyyətlər aparmaq və həmçinin kənd təsərrüfatının inkişafı məsələləri üzrə hökumətlərarası təşkilatların işlərini əlaqələndirmək üçün BMT-nin ixtisaslaşdırılmış təşkilatı. 1945-ci ildə yaradılmışdır. Əsas vəzifələrindən biri – kənd təsərrüfatı istehsalı, meşə və balıq təsərrüfatında inkişaf etməkdə olan ölkələrə kömək göstərməkdir. Inkişaf etmiş kapitalist ölkələrdən ərzağın birbaşa digər ölkələrə çatdırılması, kənd təsərrüfatında elmi araşdırmaların və işlərin həyata keçirilməsi və təşkilinə köməklik daxil olmaqla, FAO yardımı maddi və qeyri-maddi xarakter daşıyır. FAO milli və beynəlxalq miqyaslı tədbirlərdə iştirak edir. FAO umumdünya torpaq xəritəsini tərtib etmiş, dünya səhralaşma xəritəsinin hazırlanmasında iştirak etmişdir. Hal-hazırda FAO səhralaşma problemi ilə əlaqəli 50-yə yaxın layihə həyata keçirir. Onlar arasında "Səhralaşmanın qiymətləndirilməsi və xəritələşdirilməsi", "Quraq və yarımquraq otlaq yerlərinin ekoloji idarə edilməsi" və s. var.
Genetik modifikasiya olunmuş ərzaq məhsulları
GMO - (Genetik Modifikasiya olunmuş Orqanizm) genetika mühəndisliyi metodları istifadə olunaraq genetik materiyalı dəyişdirilmiş orqanizmlərə verilən addır. Bəzi qaynaqlarda GDO, Genetikası Dəyişdirilmiş Orqanizm də adlandırılır. GMOlar qida, dərman istehsalında və elmi tədqiqatlarda geniş istifadə olunmaqdadır. Dünyada xüsusilə GMO istifadə olunaraq istehsal olunan qidaya yanaşma birmənalı deyildir. GMOnun ekologiya, insan sağlığı və iqtisadiyyata potensial zərərləri haqqında qızğın müzakirələr getməkdədir. Transgen orqanizm GMO-nun bir növü olub tamamilə başqa bioloji növlərdən gen və ya genlərin köçürülməsi yolu ilə əldə olunmuş orqanizmlər nəzərdə tutulur. GMO canlının öz DNTsində dəyişikliklər əmələ gətirmək yolu ilə də əldə oluna bilər. == Tarix == 1976-ci ildə dünyanın ilk genetik mühəndisliyi şirkəti Genentech qurulmuşdur. Bir il sonra şirkət insan zülalı, somtostatini E.coli bakteriyası vasitəsilə istehsal etməyə başlamışdır. 1978-də isə şirkət insan insulin hormonunu genetik işləyərək eyni bakteriyada istehsal etmişdir.
Osmanov Ərzuman
Ərzuman Kamran oğlu Osmanov (25 dekabr 1990; Orta Ləki, Ağdaş rayonu — 1 oktyabr 2020; Ağuçuq yüksəkliyi, Gülüstan-Madagiz ) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ərzuman Osmanov 1990-ci 25 dekabr tarixində Ağdaş rayonunun Orta Ləki kəndində anadan olub. 1997-2008-ci illərdə Nizami Gəncəvi adına Mingəçevir şəhər 8 saylı tam orta məktəbdə təhsil alıb. Subay idi. == Hərbi xidməti == Əsgər yoldaşları arasında "Aliço" ləqəbi ilə tanınan Ərzuman Osmanov oktabrın 1-də Madagiz uğrunda döyüşlərdə ağır yaralanıb və ondan bir daha xəbər alınmayıb. İtkin düşən Ərzuman Osmanovun nəşi dekabrda aparılan axtarışlar zamanı tapılıb və DNT analizindən sonra 9 dekabr 2020-ci il tarixində ailəsinə təhvil verilib. Ərzuman Osmanov 10 dekabr tarixində Mingəçevir şəhər şəhidlər xiyabanında böyük izdihamla dəfn olunub.
Pir Məhəmməd Ərzincani
Pir Məhəmməd Ərzincani (Ərzincan və ya Osmanlı imperiyası – 1465, Ərzincan və ya Osmanlı imperiyası) — mənşəcə türk olan böyük sufi alimi. == Həyatı == Pir Məhəmməd Bəhaəddin Ərzincani Ərzincanın Üzümlü ilçəsinin Qaraqaya (Keləriç) kəndində doğulmuşdur. Mədrəsə təsilini aldıqdan sonra Ərzincanda uzun müddət tələbə yetişdirmişdir. Daha sonra Şirvana gələrək Seyid Yəhya Bakuviyə şagird olmuşdur. Şirvanda nə qədər qaldığını bilinmir. Ancaq Xəlvətilik təriqətinin ədəb və üsulunu öyrəndikdən sonra şeyxin əmri ilə xalqı irşad etmək üçün Ərzincana göndərilir. Öz kəndində (Qaraqaya) bir zaviyə və məscid inşa etdirib, burada irşad fəaliyyətinə başlayır. Mənbələrin verdiyi məlumata görə, Ərzincani cümə günləri Ərzincandakı Cameyi-Kəbirə gələrək burada söhbət və vəz edər, təsəvvüfə aid gözəl sözlər söyləyərmiş. Şeyx Ağqoyunlu hökmdarı Uzun Həsənlə iki dəfə görüşmüşdür. Uzun Həsən Fateh Sultan Mehmetlə hərbə qərar verəndə şeyxi ziyarət edərək dəstəyini almaq istəmiş, ancaq buna nail ola bilməmişdir.
Qışlaq-i Ərzbəy (Hurand)
Qışlaq-i Ərzbəy (fars. قشلاق ارض بيك‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Rusiya İmperiyasının Ərzurum vilayəti
Ərzurum vilayəti (rus. Эрзерумская область) — Şərqi Anadoluda, 1878–ci ildə Rusiya imperiyası tərkibində mövcud olmuş inzibati vahid. 1878-ci ilin əvvəlində Osmanlı İmperiyasının keçmiş Ərzurum vilayətinin rus ordusu tərəfindən tutulmuş hissələrində Ərzurum vilayəti (rus. Эрзурумский область) təşkil edildi. Bundan qısa müddət sonra dairə rəislərinə mümkün qədər dəqiq olmaqla tüstü və təxmini əhali sayı göstərilməklə vilayətdəki yaşayış məntəqələrinin siyahılarının tərtib edilməsi əmri verildi. Siyahılar kənd müdirlərinin və şəhər muxtarlarının nəqli əsasında tərtib edilirdi. 1878-ci ilin may ayının 13-nə çatdırılan siyahılar yekun işlənilmə üçün erməni əsilli ermənişünas tarixçi Aleksandr Eritsova verildi. Eritsov tərəfindən yaşayış yerlərinin adlarının düzgün transkipsiyası bərpa edilməyə çalışılmış, hesablanan yekunlar dəqiqləşdirilmiş, siyahıya izah və əlavələr daxil edilmişdir. == Mənbə == VI. Приложенія. 2) Списокь населенныхь пунктовь бывшей Эрзерумской области, находившейся во временномь управленіи Россіи, составленный А. Д. Ерицовымь, стр.
Çat (Ərzurum)
Çat — Ərzurum ilinin ilçəsi. İlçə Ərzurum və Ərzincan arasındakı sərhəd bölgədə yerləşir. == Tarixçə == Çat ilçesi 18-ci əsrin başlarında Osmanlı Sipahilər tərəfindən mahala 17 km uzaqlıqda olan bağlıca Beldesi ətrafında qurulmuş. I. Dünya Döyüşündən sonra Kığı mahalına bağlanmış, daha sonra coğrafi mövqeyi səbəbiylə Tercan mahalına bağlanmışdır. Yavi bucaq mərkəzi ikən 1936-cı ildə Aşağıçat Köyü ilçe Mərkəzi olmuş, 1939-cu ildə inzibati bağlılığı dəyişdirilərək Aşkale mahalına bağlanmışdır. 1946-ci ildə Oyuklu kəndi adı altında Ərzurum vilayətinə bağlanmışdır. 1954-cü ildə isə Oyuklu Köyü Çat adı altında ilçe mərkəzi halına çevrilmişdir. == Coğrafiya == Ilçe Ərzurum ilinin cənubunda iştirak edən Palandöken dağların cənub qərbindəki 1960 rakıma sahib, vulkanik və qayalıq, ətrafı təpələrlə əhatə bir ərazi görünüşü kəsb edən yüksək platolar geniş sahələrə yayıldığı, çoxca düzgün ərazinin olmadığı qismən şoran və duzlu torpaqlara sahib bir quruluşda olan ilçe şərqində Tekman mahalı, Qərbində Tercan ilçesi, şimalında Ərzurum ili və Cənubda Bingöl ili, Karlıova və Yedisu mahalları ilə çevrilidir. 1986-ci ildə xidmətə girən Ərzurum - Bingöl Quru yolu mahalda keçməkdədir. Ərzurum ilinə 52 km uzaqlıqda olan ilçe Bingöl ilinin Karlıova mahalına 61 km məsafədədir.
Üzümlü (Ərzincan)
Üzümlü — Ərzincanın 9 ilçəsindən biri. == Əhali == 2016-cı ilin məlumatına görə ilçədə 12.913 nəfər yaşayır. == Bələdiyyə == Üzümlü bələdiyyəsi 1924-ci ildə quruldu.
Ərzaq
Məhsul, məmulat, ərzaq ya da yeyinti — ölkə, region və şəxsi təsərrüfatın torpaq sahəsində müəyyən kənd təsərrüfatı bitkisinin yetişdirilərək əldə edilən nəticənsiin ümumi həcmi. Əksər məhsullar tоnla ölçülür.
Ərzaq mağazası (film, 1937)
== Məzmun == Reklam-filmdə ərzaq mağazası təbliğ olunur. Ticarətin müxtəlif sahələrində reklam işinin vacibliyi haqqında danışılır. == Film haqqında == Film saxlanılmayıb.
Ərzev
Ərzev (ərəb. أرزيو‎, fr. Arzew) — Əlcəzairin şimalında, Vəhran vilayətində kommuna və liman şəhəri. == Coğrafi mövqe == Kommuna vilayətin şimal-şərq hissəsində, dəniz səviyyəsindən 131 metr (430 ft) yüksəklikdə yerləşir.Kommuna ölkənin paytaxtı Əlcəzairdən təqribən 400 kilometr (250 mil) qərbdə və Vəhran vilayətinin inzibati mərkəzindən 35 kilometr (22 mil) şimal-şərqdə yerləşir.
Ərziküş
Ərziküş — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisinin sayı 21 nəfərdir. == Toponimikası == Ərziküş Siyəzən rayonunda çay. Gilgilçayının sağ qoludur. Ərazisindən axdığı kəndin adındandır.
Ərzil (Vərziqan)
Ərzil (fars. ارزيل‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 432 nəfər yaşayır (125 ailə).
Ərziman Əliyev
Ərziman Mikayıl oğlu Əliyev — Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi, polis general-mayoru. == Həyatı == Ərziman Əliyev 2004–2007-ci illərdə Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır. Hal-hazırda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisidir. Ərziman Əliyev Mikayıl oğlu Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilməmişdən əvvəl Göycay Rayon polis idarəsinin rəisi vəzifəsində işləyib. Polis general-mayor rütbəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə rəis təyin edilən zaman verilib.
Ərzin (Urmiya)
Ərzin (fars. ارزين‎‎‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 72 nəfər yaşayır (10 ailə).
Ərzincan
Ərzincan — Türkiyənin Ərzincan ilinin inzibati mərkəzi.

Значение слова в других словарях

вса́дница многосло́вие ожеле́дь петроле́йщик рёберный говорли́во конса́лтинговый обра́тный разма́тывать фузе́я briquette gun-park immalleable Kronshtadt lindy long odds mistful oophorectomy power point prerelease ranunculus unhedged жевательный погребать эбуллиоскопия