ƏRƏ

(Lənkəran, Lerik, Yardımlı, Masallı)
mişar
ƏREYİ
ƏRƏC
OBASTAN VİKİ
Ermənistan–Səudiyyə Ərəbistanı münasibətləri
Səudiyyə Ərəbistanı—Ermənistan münasibətləri — Səudiyyə Ərəbistanı və Ermənistan arasında iki tərəfli diplomatik münasibətlər. Ermənistan və Səudiyyə Ərəbistanı arasında rəsmi diplomatik əlaqələr yoxdur. Buna səbəb isə Səudiyyə Ərəbistanının Ermənistanla diplomatik əlaqələr qurmaqdan imtina etməsidir. Bununla belə iki ölkə arasındakı münasibətlərdə, türk nüfuzunun artmasına qarşılıq ümumi müqavimət üzündən 2010-cu illərdən bəri əhəmiyyətli dərəcədə istiləşmə müşahidə olunur. == Tarix == === 1990-cı illərdən 2010-cu illərin əvvəllərinə === Dağlıq Qarabağ münaqişəsinə görə Səudiyyə Ərəbistanı, Azərbaycanın Qarabağdakı mövqeyini dəstəklədiyi üçün Ermənistanla rəsmi münasibətlər qurmamışdır. Səudiyyə Ərəbistanı Azərbaycanın bir hissəsi olaraq Qarabağ bölgəsi ilə bağlı mövqeyində möhkəm qaldığından və əlaqələr qurmadığından bu məsələ bu formada qalır. === 2010-cu ilin ortalarından === Lakin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanın hakimiyyətə gəlməsindən, Səudiyyə Ərəbistanı və Ermənistanla münasibətləri pis olan Türkiyə ilə artan düşmənçiliyindən sonra iki ölkə arasında münasibətlər yeni bir inkişaf səviyyəsini qədəm qoyur. Həm Səudiyyə Ərəbistanı, həm də Ermənistan Rəcəb Tayyib Ərdoğan dövründə türk ekspansionizminin bu ölkələr üçün bir təhdid kimi ortaq bir baxışa sahibdirlər. Səudiyyə Ərəbistanı 2019-cu ildə antitürk boykotu elan edir. Vəziyyəti Türkiyə hökumətinin Səudiyyə əleyhinə açıqlamaları ağırlaşdırır.
Eyn əl-Ərəb blokadası
Kobaninin mühasirəsi — Suriyanın Kobani şəhəri uğrunda 2014-cü ilin 16 sentyabr tarixindən başlayan və 2015-ci il 26 yanvar tarixində İŞİD-in məğlubiyyəti ilə başa çatan qanlı döyüşlər. Şəhər yenidən YPG güclərinin nəzarəti altına keçmişdir. Eyn-əl-Ərəb şəhərində əsasən etnik kürdlər yaşayır və şəhər kürdlər tərəfindən (kürd. Kobanê) adlandırılır. Suriyanın əsasən mərkəzi hissələrində aparılan hərbi əməliyyatlarda iştirak edən İŞİD silahlıları sentyabr ayının ortalarından etibarən ölkənin şimal bölgələrinə doğru həmlələr etməyə başlamış və həmin ərazilərə gözlənilməz hücumlar təşkil etmişdir. Kürd birliklərini hazırlıqsız yaxalamağı bacaran İŞİD döyüşçüləri Eyn-əl-Ərəb əyalətində 2014-cü il 2 oktyabr tarixinə olan məlumata əsasən 350-dən çox kürd kəndini işğal etmişdir. Eyn-əl-Ərəbdə yaşayan 200 minə yaxın etnik kürd davam etməkdə olan qanlı döyüşlərdən xilas olmaq üçün Suriya-Türkiyə sərhədinə cəmləşmişdir. Türkiyə hökumətinin icazəsindən sonra Eyn-əl-Ərəbdən gələn qaçqınların ölkəyə buraxılmasına başlanıb və onların təhlüksəziliyi təmin edilib. 5 oktyabr tarixinə olan məlumatlara əsasən Eyn-əl-Ərəb şəhərinin ətraf əraziləri və kəndləri tamamilə İraq Şam İslam Dövlətinin nəzarəti altındadır. YPG və PKK silahlıları isə Eyn-əl-Ərəb şəhər mərkəzinin müdafiəsini təmin edirlər.
Fars körfəzinin Ərəb dövlətləri
Fars körfəzinin Ərəb ölkələri, Fars körfəzi sərhəd altı ərəb ölkələri aiddir: Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qatar, Küveyt, Bəhreyn, və Oman.
Fars körfəzinin Ərəb ölkələri
Fars körfəzinin Ərəb ölkələri, Fars körfəzi sərhəd altı ərəb ölkələri aiddir: Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qatar, Küveyt, Bəhreyn, və Oman.
H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrı
Sumqayıt Dövlət Dram Teatrı — Sumqayıtda fəaliyyət göstərən peşəkar teatr. == Tarixi == Sumqayıt Dövlət Dram Teatrı 1968-ci ildə yaranmışdır. 1969-cu ildə Azərbaycan hökuməti Hüseyn Ərəblinskinin xatirəsini əbədiləşdirmək haqqında qərar qəbul etmişdir. Bu məqsədlə Sumqayıt Dövlət Gənclər Dram Teatrına Hüseyn Ərəblinskinin adı verilmişdir. 1968-ci ilin sentyabr ayında Azərbaycan SSR Nazirlər Kabinetinin qərarı və Mədəniyyət Nazirliyinin sərəncamı ilə Sumqayıtda ilk professional kollektiv – H. Ərəblinski adına Sumqayıt Dövlət Gənclər Teatrı yarandı. Öz pərdəsini 1969-cu ilin mart ayının 14-də Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin “Müsyo Jordan və Dərviş Məstəli şah” (rejissoru Cənnət Səlimova) məzhəkəsi ilə açan teatr, sabahısı gün öz tamaşaçılarını ingilis dramaturqu Con Patrikin “Qəribə missis Cəvic” (rejissoru Nəsir Sadiqzadə) tragikomediyası ilə sevindirdi. 1974-cü ildə Mədəniyyət Nazirliyinin qərarı ilə teatra "Sumqayıt Dövlət Dram Teatrı" statusu verildi. == Repertuarı == Teatrın repertuarına klassik və müasir Azərbaycan, rus və xarici ölkə dramaturqlarının pyesləri daxildir. Mixail Lermontovun "Maskarad", Nəcəf bəy Vəzirovun "Müsibəti Fəxrəddin", İ. Ştokun "İlahi komediya"sı ,Əbdürrəhim bəy Haqverdiyevin "Kimdir müqəssir" vodevili (2022) , Dyula Urbanın "Bütün siçanlar pendiri sevir" pyesi Fuad Kazımovun quruluşunda (2024) teatrın səhnəsində məharətlə oynanılmışdır. == Uğurları == Nəriman Həsənzadənin "Bütün Şərq bilsin" əsərinin tamaşası 1981-ci ildə teatr tamaşalarına SSRİ ümumittifaq baxışının diplomuna layiq görülmüşdür.
Hüseyn Ərəblinski
Hüseyn Məmməd oğlu Xələfov (Hüseyn Ərəblinski) (1881, Bakı – 4 mart 1919, Bakı) — Azərbaycan aktyoru və rejissoru, Azərbaycan peşəkar teatr sənətinin banilərindən biri. == Həyatı == Hüseyn Ərəblinski 1881-ci ildə Bakı şəhərində yoxsul bir ailədə dünyaya gəlib. Atası pişkah Məmməd Xələf oğlu yelkənli gəmidə işləyirdi. Hüseyn Ərəblinski azyaşlı olarkən atası dəniz fırtınasında batmışdı. Ərəblinskinin həyatı hələ uşaq yaşlarından ehtiyac və maddi sıxıntılar içində keçmişdi. Anası Pəri xanım oğlu Hüseyni və qızı Dürsədəfi böyük çətinliklə saxlamasına baxmayaraq, Hüseyni təhsil alması üçün mollaxanaya qoyub. O, mollaxanada Molla Hadinin yanında təlim almışdır. Hüseyn Ərəblinski 12–13 yaşınadək mollaxanada oxumuş, lakin sonra təhsil xərcini ödəyə bilmədiklərinə görə, mollaxanadakı təhsilini yarımçıq qoymağa məcbur olmuşdu. Ərəblinski 14 yaşlarında ikən "Üçüncü rus-tatar" məktəbinin müəllimi Həbib bəy Mahmudbəyovun yoxsul uşaqlarını məktəbə pulsuz götürdüyündən xəbər tutub oraya daxil olmaq üçün müraciət edib. Həbib bəy Mahmudəbəyov Hüseyni məktəbə qəbul etməklə bərabər, onun maddi cəhətdən çox yoxsul olduğunu nəzərə alıb, kitab və başqa dərs ləvazimatı xərcini də öz üzərinə götürüb.
Hüseyn Ərəblinski (film, 1982)
Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrı
Sumqayıt Dövlət Dram Teatrı — Sumqayıtda fəaliyyət göstərən peşəkar teatr. == Tarixi == Sumqayıt Dövlət Dram Teatrı 1968-ci ildə yaranmışdır. 1969-cu ildə Azərbaycan hökuməti Hüseyn Ərəblinskinin xatirəsini əbədiləşdirmək haqqında qərar qəbul etmişdir. Bu məqsədlə Sumqayıt Dövlət Gənclər Dram Teatrına Hüseyn Ərəblinskinin adı verilmişdir. 1968-ci ilin sentyabr ayında Azərbaycan SSR Nazirlər Kabinetinin qərarı və Mədəniyyət Nazirliyinin sərəncamı ilə Sumqayıtda ilk professional kollektiv – H. Ərəblinski adına Sumqayıt Dövlət Gənclər Teatrı yarandı. Öz pərdəsini 1969-cu ilin mart ayının 14-də Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin “Müsyo Jordan və Dərviş Məstəli şah” (rejissoru Cənnət Səlimova) məzhəkəsi ilə açan teatr, sabahısı gün öz tamaşaçılarını ingilis dramaturqu Con Patrikin “Qəribə missis Cəvic” (rejissoru Nəsir Sadiqzadə) tragikomediyası ilə sevindirdi. 1974-cü ildə Mədəniyyət Nazirliyinin qərarı ilə teatra "Sumqayıt Dövlət Dram Teatrı" statusu verildi. == Repertuarı == Teatrın repertuarına klassik və müasir Azərbaycan, rus və xarici ölkə dramaturqlarının pyesləri daxildir. Mixail Lermontovun "Maskarad", Nəcəf bəy Vəzirovun "Müsibəti Fəxrəddin", İ. Ştokun "İlahi komediya"sı ,Əbdürrəhim bəy Haqverdiyevin "Kimdir müqəssir" vodevili (2022) , Dyula Urbanın "Bütün siçanlar pendiri sevir" pyesi Fuad Kazımovun quruluşunda (2024) teatrın səhnəsində məharətlə oynanılmışdır. == Uğurları == Nəriman Həsənzadənin "Bütün Şərq bilsin" əsərinin tamaşası 1981-ci ildə teatr tamaşalarına SSRİ ümumittifaq baxışının diplomuna layiq görülmüşdür.
Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram teatrı

Kiçik Asiya dağ ərəbdovşanı
Kiçik ərəbdovşanı
Kor ərəbin mahnısı
Kor ərəbin mahnısı — görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun Azərbaycan şairi, yazıçı və dramaturq Hüseyn Cavidin "Şeyx Sənan" dram əsərinin tamaşasına bəstələdiyi mahnı. Mahnının ilk ifaçısı Məmmədəli Əliyev olub.
Kəsbi Ərəşi
Kəsbi Ərəşi XVIII əsri şair Kəsbi Ərəşi barədə Salman Mümtaz məlumat vermiş, onun XVII əsrdə yaşa­dı­ğını, I Şah Abbas dövrünün (1587-1629) tarixi şəxsiyyətləri Yusif xan və Molla Həsənin dostu olduğunu bildirmişdir. «XI əsri-hicrinin əvvəllərində Şah Ab­bas Kəbir tərəfindən Yusif xan adlı bir zat Şirvan vilayətinə bəylərbəyi təyin olun­muşdu. Yusif xan özü gözəl təbi-şerə malik olduğu kimi, və­ziri Molla Həsən də o vaxtın dərin bilikli, fəsahətli şair­lə­rindən idi. Bu şairdust əmirin əhdində bəzi türkcə və farsca şeirlər söyləyən qüdrətli şairlər də yetişmişdir ki, onlardan da bəhs etmək mənfəətdən xali de­yil­dir.
Lamə-i Ərəmənə (Xudafərin)
Lamə-i Ərəmənə (fars. لمه ارامنه‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Matxaf: Ərəb Müasir İncəsənət Muzeyi
Matxaf: Ərəb Müasir İncəsənət Muzeyi (ərəb. متحف : المتحف العربي للفن الحديث‎) — Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Doha şəhərində yerləşən müasir incəsənət muzeyi. Muzeyin sahəsi 5 500 kv. metrə yaxındır. Muzey Doha Təhsil şəhərinin tərkibində tikilmiş köhnə məktəb binasında yerləşir. == Tarix == Matxaf: Ərəb Müasir İncəsənət Muzeyi 30 dekabr 2010-cu ildə Sacil (Sajjil) adı altında nümayiş etdirilən sərgi ilə açılmışdır. Ərəb dilində "qeydlər aktı" mənasını ifadə edən bu sərgidə son 100 ildə ərəb incəsənətinin məcmusu nümayiş etdirilmişdir. Muzeydə eyni zamanda 5 müasir aparıcı ərəb rəssamının: Dia Azzavinin, Farid Beikaxinin, Əhməd Navarın, İbrahim əl-Salahinin ə Hassan Şərifin yeni əsərlərindən ibarət Tədbir (Interventions) adlandırılan sərgi və 23 müasir ərəb rəssamının yeni əsərlərindən ibarət Told/Untold/Retold adlandırılan sərgi də nümayiş etdirilmişdir. Matxafda növbəti böyük sərgi (Cai Guo-Qiang: Saraab) 5 dekabr 2011-ci il tarixdən 26 may 2012-ci ilədək olan müddətdə təşkil olunmuşdur. Cai Guo-Qiang: Saraab sərgisində tanınmış Çin rəssamı Tsay Qotsyanın 17 yeni əsəri də daxil olmaqla 50-dən artıq əsəri nümayiş etdirilmişdir.
Mir Ərəb mədrəsəsi
Mir Ərəb mədrəsəsi (özb. Mir-i Arab mаdrаsasi, fars. مدرسهٔ میر عرب‎ Madrasa-ye mir-e arab) — Buxaradakı (Özbəkistan) XVI əsrə aid dini, mənəvi, təhsil tarixi mədəni-xatirə binası. Poi Kalan memarlıq ansamblının bir hissəsidir. 1993-cü ildə Buxaranın digər görməli yerləri kimi UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdir. Mir Ərəb mədrəsəsi XVI əsrdə Özbək Şeybanilər sülaləsinin hakimiyyəti dövründə tikilmişdir. Buxara xanlığının əsas dini mərkəzlərindən biri idi. 1920-ci ildə Buxara Qızıl Ordu tərəfindən tutulduqdan sonra 1920-ci illərin sonunda mədrəsə tərk edildi və bağlandı; ruhanilər repressiyaya məruz qaldı. Mədrəsə yalnız 1946-cı ildə Orta Asiya və Qazaxıstan Müsəlmanlarının Ruhani İdarəsinin (SADUM) sədri Şeyx Eşon Babaxan ibn Əbdülməcidxanın təşəbbüsü ilə açıldı və 1989-cu ilə qədər SSRİ ərazisində fəaliyyət göstərən yeganə mədrəsə olaraq qaldı (1956–1961-ci illərdən başqa, Sovet İttifaqında Daşkənddə başqa bir var idi.) Mir Ərəb mədrəsəsinin Buxaranın Özbək hökmdarı Ubaydulla xanın ruhani müəllimi və Mavəraünnəhr xalqlarının Qızılbaş (Səfəvilər imperiyası) dövlətinə qarşı apardığı mübarizənin ideoloji ilhamçısı Nəqşibəndilik tariqatının şeyxi Seyid Abdullah əl-Yəməni Xadramauti tərəfindən tikildiyi iddia edilir. Mədrəsənin tikintisinə başlanılması dəqiq tarixi bu gün mübahisəlidir.
Miri Ərəb mədrəsəsi

Misir Ərəb Respublikası
Misir (ərəb. مصر‎‎ [misˤr]; Misir dialektinin tələffüzü: [masˤr]) və ya rəsmi adı Misir Ərəb Respublikası (ərəb. جمهوریّة مصر العربیّة‎‎) — əsas hissəsi Afrikada yerləşən qitələrarası ölkə. Misirin şimal-şərq hissəsi Asiya qitəsində olan Sinay yarımadasında yerləşir. Sərhədin şərq hissəsini Fələstin, İsrail və Qəzza zolağı ilə Misir, cənubda Sudan və qərbdə Liviya ilə əhatə edir. Şimaldan Aralıq dənizinə, şərqdən isə Akaba körfəzinə və Qırmızı dənizə çıxışı var. Aqaba körfəzi şimal-şərqdə Misiri İordaniya və Səudiyyə Ərəbistanından ayırır. Qahirə ölkənin paytaxtı və ən böyük şəhəri, ikinci ən böyük şəhəri olan İsgəndəriyyə isə Aralıq dənizi sahilində iri sənaye və turizm mərkəzidir. Təxminən 100 milyon əhalisi olan Misir dünyanın ən çox əhalisi olan 14-cü ölkəsidir. E.ə.
Müdafiə Nazirliyi (Səudiyyə Ərəbistanı)
Müdafiə Nazirliyi (ərəb. وزارة الدفاع‎) — Səudiyyə Ərəbistanında, ölkənin milli təhlükəsizliyinin, mənafelərinin və suverenliyinin xarici təhdidlərdən qorunmasından və milli təhlükəsizlik və sabitliyə nail olmaq üçün dövlətin bütün nazirlikləri ilə işləyən bir Nazirlikdir. Hazırkı müdafiə naziri 23 yanvar 2015-ci ildə təyin olunmuş Şahzadə Məhəmməd bin Salmandır. Nazirliyə dörd silahlı qüvvə daxildir; Səudiyyə Kral Quru Qoşunları (RSLF), Səudiyyə Krallığı Hava Qüvvələri (RSAF), Səudiyyə Krallığı Hərbi Dəniz Qüvvələri, Səudiyyə Krallığı Hava Müdafiə Qüvvələri (RSADF). 2017-ci ildə Səudiyyə Ərəbistanı hərbi xərcləri ilə dünyada üçüncü sırada və Orta Şərqdə ən böyük hərbi xərci olan ölkələr arasındadır. Ölkənin ümumi daxili məhsulunun (ÜDM) 10% -ni təmsil edən 69,4 milyard dollarlıq büdcəsi ilə Səudiyyə Ərəbistanı, Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutuna (SIPRI) görə hərbi xərclərdə dördüncü yeri tutan Rusiyanı əvəz etdi. SIPRI, Səudiyyə Ərəbistanının Fars Körfəzi bölgəsindəki müasir avadanlıqların siyahısına görə ən yaxşı silahlanmış ölkə olduğunu da bildirdi. Hərbi İşlər İdarəsi – 1929-cu ildə Səudiyyə Ərəbistanının qurucusu Kral Əbdüləziz tərəfindən hərbi məsələlərlə məşğul olmaq və güclü bir ordu qurmaq üçün Hərbi İşlər İdarəsi yaratmaq üçün krallıq əmri verildi. Ordu üç hissəyə bölündü: pulemyot, piyada və artilleriya bölmələri. Müdafiə Agentliyi – Hərbi İşlər İdarəsinə əlavə olaraq Müdafiə Agentliyi 1934-cü ildə Kral Əbdüləzizin əmri ilə daha da dəstələrin yaradılması və ölkənin şəhərlərinə və dəniz limanlarına paylandığı genişləndirmə və modernləşdirmə tələbi olaraq quruldu.
Mühyiddin İbn əl-Ərəbi
Mühyiddin İbn əl-Ərəbi (28 iyul 1165, Mursiya, Mursiya[…] – 16 noyabr 1240, Dəməşq, Abbasilər xilafəti) — İslam alimi. İslam düşüncəsinin batini yönünü fəlsəfi baxımdan izah edən ilk sufi və mütəfəkkir olan İbn Ərəbi 1165-ci il avqust ayının 7 – də (hicri 560-cı il Ramazan ayının 27 – si) İspaniyanın Mursiya əyalətində anadan olub. Təhsilini İslam mədəniyyətinin mərkəzlərindən hesab edilən Sevilyada tamamlayan İbn Ərəbi 1198-ci ildə şərqə üz tutmuş və bir daha boya – başa çatdığı yerlərə geri qayıtmamışdır. İbn Ərəbi ilk mühüm dayanacağı olan Məkkədə ən məşhur əsəri olan "Fütuhat əl-Məkkiyyə"ni yazmağa başlamış və kitabı Suriyada tamamlamışdır. İbn Ərəbi 560 fəsildən ibarət olan bu məşhur əsərində bütün batini İslam elmlərini özünün anladığı və təcrübədən keçirdiyi formada araşdırmışdır. Digər tərəfdən, kitab məşhur sufi alimin daxili dünyası ilə bağlı əhəmiyyətli məlumatları ehtiva etdiyindən şəxsi ensiklopediya mahiyyətindədir. Misirdən Anadoluya – Konyaya keçən İbn Ərəbi burada Sədrəddin Konəvi ilə qarşılaşdıqdan bir müddət sonra onun anası ilə evlənmişdir. İbn Ərəbi uzun səyahətlərdən sonra Suriyada məskunlaşmış və 1240-cı ildə burada vəfat etmişdir. Mühyiddin ibn Ərəbinin fikir və düşüncələrinin təqdir olunmamasına baxmayaraq ondan sonra yaşayan bütün sufilər Ərəbidən təsirlənmişdir. Mühyiddin ibn Ərəbi əsərlərində öz nəsəbini belə bildirir: Mühyiddin Əbu Abdullah Məhəmməd ibn Əli ibn Məhəmməd ibn əl – Ərəbi əl – Hatımi əl – Tai əl – Əndəlüsi.
Müqəddəs Məryəm kilsəsi (Ərəkül)
Müqəddəs Məryəm kilsəsi — Xocavənd rayonunun Ərəkül kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsi. Vaxtilə Erməni Qriqoryan Kilsəsinin Qarabağ yeparxiyasına tabe olmuş kilsə 1902-1907-ci illərdə Bakının zəngin ermənilərindən olan Makiç Qriqoryanın sifarişi ilə inşa edilmişdir. Kilsə, Ərəkül kəndindən olan, lakin Bakıda yaşayan zəngin ermənilərdən biri – Makiç Qriqoryanın sifarişi ilə tikilmişdir. 1902-1907-ci illərdə kilsənin inşası üçün 30.000 rubl xərclənmişdir. 1960-cı illərdə Horadiz stansiyasından təkrar emal üçün göndərilmiş metal tullantıları arasından bu kilsənin naxışlı zınqırovu aşkarlanaraq Xankəndi Tarix-Diyarşünaslıq Muzeyinə göndərilmişdir. Ərəkül kəndinin qədim mərkəzində inşa edilmiş Müqəddəs Məryəm kilsəsi, digər tikililər arasında effektiv şəkildə seçilir. Kilsənin layihəsi Tbilisidən dəvət edilmiş memar tərəfindən hazırlanmış, lakin, memarın adı sənədlərdə qeyd edilməmişdir. İnteryerlərin işlənməsi üçün isə Bakıdan beş ədəd yunan memar dəvət edilmişdir. Digər işlərin icrasında yerli sənətkarlardan istifadə olunmuşdur. 20,5x16 metr ölçülərə malik olan kilsə, planda günbəzli bazilika quruluşuna malikdir.
Məhəmməd Tağı Ərəszadə
Araslı Həmid Hacı Məmmədtağı oğlu – ədəbiyyatşünas, akademik, professor, əməkdar elm xadimi. Dövrünün görkəmli din xadimi, tərcüməçi və publisist Axund Hacı Məhəmməd-Tağı Ərəszadə 1867-ci ildə Gəncə şəhərində ruhani ailəsində anadan olmuşdur. Məhəmməd-Tağı Ərəszadə Nəcəf şəhərində təhsil almışdır. Hacı Məhəmməd-Tağı Ərəszadə zəmanəsinin mükəmməl təhsilli alim-ruhanilərindən biri idi. Axund Hacı Məhəmməd-Tağı Zaqafqaziya Şiə Ruhani İdarəsinin üzvü olmuşdur. O, dövri mətbuatda dini-əxlaqi, şəriət məsələləri ilə bağlı mütəmadi olaraq yazılarla çıxış edirdi. Onun ərəb dilindən etdiyi bəzi tərcümələr və yazdığı “Vəşrihi-fəraiz” adlı kitab bu gündə alimin şəxsi kitabxanasında qorunub saxlanılır. “Vəşrihi-fəraiz” kitabı 1907-ci ildə Tiflis mətbəəsində çap olunmuşdur. 1911 də fəfat etmişdir. Vəşrihi-fəraiz 1907 Həmid Araslı Azərbaycan diplomatı Elman Araslının atasıdır.
Məhəmməd bəy Ərətnalı
Sultan Qiyasəddin Məhəmməd bəy Ərətna bəy oğlu Uyğur (1352-1354) — Ərətna bəyliyinin ikinci sultanı. Əlaaddin Ərətna bəyin ölümündən sonra, bəyliyin irəli gələn əmirlərinin ittifaqiyla kiçik oglu Məhəmməd bəy hökmdar oldu. Qiyasəddin ünvaniyla bəyliiin başina keçən Məhəmməd bəy, bilxassə vəziri Xoca Əlişahin taəhrikiylə böyük qardaşı Cəfər bəyi həbs etdirdi. Vəzir Xoca Əli, Məhəmməd bəyin hələ çox kiçik yaşda olmasindan da istifadə edərək deövlət idarəsində söz sahibi olmağa başladi. Ayrica Ərətnanin ölümünü fürsət bilən türkman tayfaları üsyan etdikləri kimi, cənubda Zülqədəroğulları da Ərətna bəyliyi əleyhinə sinirlarini genişlətməyə başlamişdilar. Buna rəgmən Zülqədər bəyi Qaraca bəy, Məmlüklülərlə apardigi mücadilədə məğlub olunca Qiyasəddin Məhəmməd bəyə iltica etmək zorunda qaldi. Ancaq Məmlük sultanından çəkinən Məhəmməd bəy, sultanın istəyi üzərinə Qaraca bəyi Hələbe göndərdi. Oradan Misirə götürülən Zülqədər əmiri Qaraca bəy, orda edam edildi. Bu sirada Məmlüklülərin Malatya valisi, Ərətna bəyliyi və Zülqədəroğullari torpaqlarina hücuma keçirdilər. Buna görə Qiyasəddin Məhəmməd bəy ilə Zülqədərlər birləşərək Malatya valisi üzərinə yürüdülər ve onu məglub edərək ortadan qaldirdilar.
Məlikov Əvəzağa Ərəstun
Əvəzağa Məlikov (6 yanvar 1932; Salyan, Azərbaycan SSR ― 11 dekabr 2015; Bakı, Azərbaycan) ― Azərbaycan SSR əməkdar həkimi, tibb elmlər namizədi, ali dərəcəli cərrah, Salyan rayon mərkəzi xəstəxanasının baş həkimi (1971-1989). 1932-ci il yanvarın 6-da Salyan rayonunun Piratman Gəncəli kəndində anadan olmuşdur. Kənddə yeddiillik məktəbi bitirdikdən sonra təhsilini Salyan şəhər 2 saylı orta məktəbdə davam etdirmişdir. 1950-1956-cı illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə fakültəsində təhsil almışdır. Uzun sürən xəstəlikdən sonra Əvəzağa Məlikov 2015-ci il dekabrın 10-da Bakı şəhərində vəfat etmişdir. Dekabrın 11-də doğulduğu Salyan rayonunun Piratman Gəncəli kəndində ailə məzarlığında dəfn edilmişdir. Ailəli idi, iki övladı var. Əmək fəaliyyətinə Rusiya SFSR-nin Kamensk vilayətinin Aleksey-Lozovski rayon mərkəzi xəstəxanasında terapiya şöbəsinin müdiri kimi başlamışdır. Bir müddət sonra mütəxəssis kimi Rostov Elmi-Tədqiqat Onkologiya və Radiologiya İnstitutuna kliniki ordinaturaya göndərilmiş, ordinaturanı bitirdikdən sonra Rostov vilayətinin Milyutinsk rayon xəstəxanasında cərrahiyyə şöbəsinin müdiri, bir qədərdən sonra isə bu xəstəxananın baş həkimi vəzifəsində çalışmışdır. 1964-cü ilin mart ayında doğma Salyana qayıdan Əvəzağa Məlikov burada ilk olaraq qanköçürmə kabinetində həkim işləmişdir.
Osmanlı Ərəbistanı
Osmanlı Ərəbistanı (ərəb. الدولة العثمانية في شبه الجزيرة العربية‎; türk. Osmanlı Arabistanı) — Ərəbistan yarımadasının 1517-ci ildən 1918-ci ilə qədər davam edən dövrdəki adı. Bu dövrdə, Ərəbistan torpaqlar Osmanlı imperiyasının tərkibində olduğuna görə belə adlandırılmışdır. Regionda osmanlıların nəzarəti mərkəzi hakimiyyətin gücü zəiflədikcə azalmağa başladı. XVI əsrdə Osmanlı imperiyası Qırmızı dənizindən Fars körfəzinə qədər olan torpaqlarda (Hicaz, Asir və əl-Xasa) öz hakimiyyətlərini qurdular. Qırmızı dənizi və Hind okeanı sahillərində portuqaliyalıların güclənməsinin qarşısını almaq üçün bu fəthlər çox önəmli idi. Hələ 1548-ci ildə Məkkə şərifi Nəcd və Hicaz tayfalarını cəzalandırmaq məqsədilə basqınlar təşkil edirdi. XVIII əsrdə Ərəbistan yarımadasının mərkəzi bölgələrində Səud sülaləsi güclənməyə başlamışdı. Bu sülalə müstəqil ərəb dövlətlərinin formalaşmasına önəmli rol oynamışdı.