ƏRKYANA

zərf Ərki olan adam kimi, ərk edərək, ərklə, özünə çox yaxın bilərək.
Bayram kişi ərkyana [cavanı] danladı: – Yaxşı, nə quruyub durmusan.
Gəl otur, üzüm ye, söhbət elə. M.Rzaquluzadə.
Bəbir bəy ərkyana bir ahənglə üzünü qadına tərəf tutub deyirdi: – Qumru bacı, bunu ayrı yerdə deyib, camaatı özünüzə güldürməyin. Mir Cəlal.
Şüşə tək sınmış eşitdim xatirin məndən, gülüm! Söylədim, gəzmə rəqibimlə, sənə ərkyanə mən. Ə.Vahid.

ƏRKÖYÜNLÜK
ƏRQƏVAN

Значение слова в других словарях