Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Avka
Avka (iq. Ọka) — Nigeriyanın Anambra ştatının paytaxtı.
Akka
Akka (lat. Acca) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinə aid bitki cinsi.
Anka
TAI Anka Türkiyə Silahlı Qüvvələrinin tələblərinə uyğun olaraq TAI şirkəti tərəfindən istehsal olunan pilotsuz uçuş aparatıdır. PUA-nın baza variantı olan Anka-A orta yüksəklikdə (3 km-dən 9 km-dək) uçuş həyata keçirmək məqsədilə dizayn olunmuşdur. == Tarixi == Hazırlanmasına TAI tərəfindən 30 dekabr 2010-ildə başlanılıb və 2013-cü ildə istismara verilib. Layihənin hazırlanma dəyəri 200 milyon ABŞ dolları olub. Türkiyənin Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Daxili İşlər Nazirliyi tərəfindən aktiv istifadə edilir. Anka 2000-ci illərin əvvəllərində taktiki kəşfiyyat missiyaları üçün nəzərdə tutulsa da, sonradan sintetik diafraqmalı radar və döyüş sistemlərinə inteqrasiya olunmuşdur. Bu PUA-nın adı əfsanəvi Simurq quşundan götürülmüşdür. 2019-cu ilin sonunda TAI tərəfindən verilən açıqlamada, əsas parametrlərdə havada uçma müddətinin 24 saat olaraq qeyd edilməsinə baxmayaraq, PUA-nın 26 saat 30 dəqiqə uçaraq yeni rekord qırdığı bildirildi. == Variantları == === ANKA-A === Əməliyyatlar başlayan zaman ANKA layihəsinin ilk konfiqurasiyası olan ANKA-A prototipləri Türkiyə Aerokosmik Sənayesinin öz resursları ilə Elazığda yerləşdirildi. === ANKA-S === ANKA-A-da qazanılan təcrübə fonunda sintetik radarları kimi yeni missiya avadanlıqlarını daşıyacaq və daha yüksək performansa sahib olacaq ANKA-S-nin ilk uçuşu 30 yanvar 2015-ci ildə həyata keçirilib.
Avva
Avva və ya Aba (ivr.-aram. אבא, yun. ἀββᾶ) – arami-süryani dilində "ata". İvritcə אב (av), ərəbcə أب (abu), amharca አባት (abat) sözləri ilə eyni mənanı daşıyır. == Xristianlıqda == İlk dəfə olaraq, rahiblərə hörmətlə müraciət forması olaraq, abba sözü Suriyalı Efremin yazılarında rast gəlinir. Süryani, Qibti, Efiopiya kilsələrində "abun" ("atamız") şəklində olan söz kahinlərə, rahiblərə və yepiskoplara aid edilir. Fransada "avva" istənilən katolik keşişə aid edilən tituldur . == İstinadlar == == Xarici keçidlər == Богословско-литургический словарь Игум. Иннокентий (Павлов). Авва // Православная энциклопедия.
Avşa
Avşa adası (türk. Avşa Adası, yun. Αφουσία) — Müasir Türkiyə ərazisində, Mərmərə dənizinin cənubunda yerləşən ada. Cənubi Mərmərə arxipelaqına daxil olan bu ərazi Balıkəsir ilinin Mərmərə ilçəsinə aiddir. Sahəsi 36 km² olan ada 2005-ci ilə qədər ada "Türkeli" adlansada, sonradan dəyişdirilib Avşa adlandırıldı. == Coğrafiyası == Avşa adası böyüklüyünə görə arxipelaqın 3-cü adasıdır.(Mərmərə və Paşalimanı adalarından sonra) Ümumilikdə ada yerləşən arxipelaqda 12 ada var. Geoloji baxımdan adalar materikin, Kapıdağ yarımadasının suda olan davamıdır. Dördüncü dövürdə dəniz səviyyəsinin qalxması nəticəsində ərazi adaya çevrilmiş. Ada yaşı 570–225 milyon il arasında dəyişən qranit, qneys və mərmər süxurlardan təşkil olunub. Ərazidə qumsal və qumlu ərazilər üstünlük təşkil edir.
Ayka
Ayka (mac. Ajka) — Macarıstanın Vesprem medyesində şəhər. Alüminium kombinatı, böyük İES var. Şüşə və odadavamlı kərpic istehsal olunur. Yaxınlığında boksit və qonur kömür çıxarılır.
Vaka
Vaka (gürc. ვაყა) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. == Əhali == 2002 siyahıyaalmaya görə kəndin əhalisi 1423 nəfər idi. 2014-cü ildə 1160 nəfər yaşayırdı. == Ədəbiyyat == Gürcüstan Sovet Ensiklopediyası, IV cild, səh.
Akva alta
Akva alta ( Acqua alta – hərfi tərcümədə hündür su deməkdir) — italyan dilindən alınmış və Veneto vilayətində geniş istifadə olunan bir ifadə. Bu, xüsusi intensivliklə vaxtaşırı olaraq Adriatik dənizinin şimal hissəsindəki Venesiya laqununda yerləşən Venesiya və Kyocca şəhər rayonlarında pik həddə çatan güclü və dağıdıcı, Qrado və Triest liman şəhərlərində isə daha zəif daşqınlara səbəb olan təbiət fenomenidir. Kifayət qədər sıx baş verən bu təbii hadisə əsasən payızla yaz mövsümləri arasında müşahidə olunur. Bu dövrdə xüsusi meteoroloji şərtlərin köməyi ilə isti sirokko küləkləri Appenin və Balkan yarımadaları arasındakı Otranto boğazından başlayaraq, Adriatik dənizi hövzəsinin bütün uzunluğu boyunca əsir və ərazidəki şəhərlərdə suyun müntəzəm çəkilməsinə mane olurlar. == Səbəblər == Məişətdə istifadə edilən "acqua alta" termini ümumiləşdirilmiş şəkildə daşqın hadisənini ifadə edir. Texniki nöqteyi-nəzərdən isə, baş verəcək fenomenin təhlükəli olub olmamasını Venesiya şəhərindəki Punta della Salute hidroqrafik stansiyasında qabarmaların səviyyələrinə əsaslanan daha ciddi araşdırmalar nəticəsində müəyyən etmək mümkün olur. Normadan artıq qabarma hadisələrini aşağıdakı kateqoriyalara bölmək olar: intensiv qabarma - ölçülmüş dəniz səviyyəsinin hündürlüyü standart dəniz səviyyəsindən (bu standart 1897-ci il ərzində dəniz səviyyəsinin ölçülərinin ortalaması yolu ilə müəyyən edilmişdir) təxminən 80-109 santimetr daha artıqdır; daha intensiv qabarma - ölçülmüş dəniz səviyyəsi normadan təxminən 110-139 santimetr daha yüksəkdir; ekstremal daşqınlar - ölçülmüş dəniz səviyyəsi 140 santimetrə çatır və ya bu göstəricidən daha çox olur.Bütovlükdə, qabarmaların və çəkilmələrin səviyyəsi əhəmiyyətli dərəcədə aşağıdakı üç amildən asılıdır: Astronomik amil. O, göy cisimlərinin hərəkəti - ilk növbədə ayın, həmçinin günəşin və əhəmiyyəti o qədər də yüksək olmayan digər planetlərin təsiri nəticəsində yaranır (onların təsir gücü yer kürəsinə olan məsafədən asılı olaraq azalır). Bu amil astronomik mexanikanın qanunlarından asılıdır və dəqiq şəkildə hesablana və uzun müddətli dövr üçün (bir neçə il və ya onilliklər) proqnozlaşdırıla bilər; Geofiziki amil. O, ilk növbədə Adriatik dənizi basseyninin həndəsi formasından asılıdır, hansı ki, öz növbəsində yuxarıda qeyd olunan astronomik amili gücləndirə və ya əksinə azalda bilər.
Anka Krizmaniç
Anka Krizmaniç (Anka Krizmaniç-Pauliç; 10 mart 1896[…] – 2 noyabr 1987[…], Zaqreb) — Xorvat rəssam, qravür və elmi illüstrator. Ən aktiv fəaliyyət dövrü 1910–1946-cı illəri əhatə edir. == Haqqında == O, Zaqrebdə xüsusi rəssamlıq məktəbi olan Krizman Rəsamlıq Məktəbində təhsil amışdır. Tomislav Krizmandan dərs almışdır. 1913–1917-ci illərdə təhsilini Almaniyada Drezden şəhərində Kunstgewerbeschuledə, 1920–1930-cu illərdə isə Parisdə davam etdirib. 1921–1922-ci illərdə Dubrovnikdə litoqrafiya üsulu ilə xəritələr tərtibi üzərində işləməyə başlayıb və bir müdət bu şəhərdə yaşayıb. Onun rəsm əsərləri 2 əsas seriyadan ibarətdir. Birinci "rəqs" seriyasıdır ki, bu seriyaya Anna Pavlova, Qreta Vizental və Gertrud Leystikov kimi rəqqasların şəkilləri daxildir. digər seriya "sevgililər" adlanır. 1935-ci ildə o alman rəssam Lüdviq Veninger (1904–1945) ilə qarşılaşır və aralarında eşq yaşanır.
Arka Bahçem
Arka Bahçem – Göksel-in 2005-ci ildə çıxardığı 4-cü albomudur.
Atka adası
Atka adası — (ing. Atka Island, aleut. Атҳаҳ) — Aleut adaları qrupuna daxil olan Andreyanov adaları qrupunun ən böyük adasıdır. Ada inzibati cəhətdən ABŞ-nin Alyaska ştatının tərkibinə daxildir. == Coğrafiyası == Atka adasının ümumi sahəsi 1048 km²-dir. Sahəsinin böyüklüyünə görə ada ABŞ-nin ən böyük 22-ci adasıdır. Adak adasından 80 kilometr şərqdə yerləşmişdir. Adanın uzunluğu təxminən 3,2 km ilə 105 km arasında, eni isə 32 km-dir. Adanın şimal-şərqində isə adanın ən yüksək nöqtəsi hesab edilən Korovin vulkanı yerləşmişdir. Bu vulkan dəniz səviyyəsindən 1533 m hündürlükdə yerləşmişdir.
Avak Petrosyan
Avak Qeqamoviç Petrosyan (16 (29) mart 1912, Kəmrəz, İrəvan qəzası – 5 noyabr 2000, İrəvan) — erməni mənşəli Azərbaycan SSR xalq artisti (1962). == Həyatı == 29 mart 1912-ci ildə Ermənistanın Abovyan rayonunun Kəmrəz kəndidə anadan olmuşdur.1941-ci ildən Yerevan Opera və Balet teatrının solisti olmuşdur. Ermənilər öz aləmlərində Petrosyanı Üzeyir Hacıbəyovun "Koroğlu" operasının ən yaxşı ifaçısı iddia edirlər.
Ayka Hakoyama
Ayka Hakoyama (d. 27 iyul 1991, Naqano, Yaponiya) — Yaponiyanı təmsil edən sinxron üzgüçü. Ayka Hakoyama 2016-cı ildə Yaponiyanı Olimpiya Oyunlarında təmsil etdi və yarışların bürünc medalını qazandı. Hakoyama həmdə 2015-ci ildə Kazan şəhərində Dünya Çempionatının bürünc medalını qazanıb. == Karyerası == Ayka Hakoyama 2016-cı ildə karyerasında birinci dəfə Braziliyanın Rio-de-Janeyro şəhərində Olimpiya Oyunlarında qüvvəsini sınadı. Ayka Hakoyama komanda yoldaşları ilə birgə yarışların finalında 189.2056 xal topladı və XXXI Yay Olimpiya Oyunlarının bürünc medalını qazandı.
Pol Anka
Pol Anka (ing. Paul Albert Anka, d. 30 iyul 1941, Ottava, Kanada) — Livan əsilli Kanada-ABŞ müəllif-ifaçısı və aktyoru, rok-n-roll estrada ulduzu, 1950-ci illər gəncliyinin kumiri, "Diana", "Lonely Boy" və "You Are My Destiny" hitlərilə məşhurlaşmışdır. 1950-ci illərin sonundan ABŞ-də yaşayan Anka, 1990-cı ildə bu ölkənin vətəndaşlığını alıb. == Həyatı == Pol Anka 30 iyun 1941-ci ildə Kanadanın Ottava şəhərində anadan olub. Suriya əsillidir. Soyadı Ənqa quşunu əks etdirir.
Ramiro Vaka
Ramiro Vaka Ponse (1 iyul 1999-cu ildə anadan olub) — Boliviya Liqa Nasional B təmsilçilərindən olan Klub Quebraço klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Boliviya futbolçusudur. == Milli karyerası == Vaka Boliviya milli futbol komandasında debütünü 3 iyun 2017-ci ildə Nikaraqua millisinə qarşı oyunda etmişdir. O, 88-ci dəqiqədə Luis Xose Varqası əvəz etmişdir. Yoldaşlıq oyununda Boliviya rəqibinə 1-0 hesabı ilə qalib gəlmişdir.
TAI Anka
TAI Anka Türkiyə Silahlı Qüvvələrinin tələblərinə uyğun olaraq TAI şirkəti tərəfindən istehsal olunan pilotsuz uçuş aparatıdır. PUA-nın baza variantı olan Anka-A orta yüksəklikdə (3 km-dən 9 km-dək) uçuş həyata keçirmək məqsədilə dizayn olunmuşdur. == Tarixi == Hazırlanmasına TAI tərəfindən 30 dekabr 2010-ildə başlanılıb və 2013-cü ildə istismara verilib. Layihənin hazırlanma dəyəri 200 milyon ABŞ dolları olub. Türkiyənin Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Daxili İşlər Nazirliyi tərəfindən aktiv istifadə edilir. Anka 2000-ci illərin əvvəllərində taktiki kəşfiyyat missiyaları üçün nəzərdə tutulsa da, sonradan sintetik diafraqmalı radar və döyüş sistemlərinə inteqrasiya olunmuşdur. Bu PUA-nın adı əfsanəvi Simurq quşundan götürülmüşdür. 2019-cu ilin sonunda TAI tərəfindən verilən açıqlamada, əsas parametrlərdə havada uçma müddətinin 24 saat olaraq qeyd edilməsinə baxmayaraq, PUA-nın 26 saat 30 dəqiqə uçaraq yeni rekord qırdığı bildirildi. == Variantları == === ANKA-A === Əməliyyatlar başlayan zaman ANKA layihəsinin ilk konfiqurasiyası olan ANKA-A prototipləri Türkiyə Aerokosmik Sənayesinin öz resursları ilə Elazığda yerləşdirildi. === ANKA-S === ANKA-A-da qazanılan təcrübə fonunda sintetik radarları kimi yeni missiya avadanlıqlarını daşıyacaq və daha yüksək performansa sahib olacaq ANKA-S-nin ilk uçuşu 30 yanvar 2015-ci ildə həyata keçirilib.
VİM-Avia
"VİM-Avia" (rus. «ВИМ-Авиа») — Rusiyanın ən böyük aviaşirkətlərindən biri. 24 təyyarəsi olan aviaşirkət 30 məntəqəyə uşuşlar həyata keçirərək, illik ortalama 1,6 milyon sərnişin daşıyır. 2017-ci ilin sentyabr ayında əlavə vəsait olmadan fəaliyyəti davam etdirə bilmədiyi üçün "VİM-Avia" müflis olduğunu elan edib və satışa çıxarılıb.
Aka Gündüz
Aka Gündüz (əsl adı Hüseyn Avni, yaxud Enis Avni; 1885, Saloniki, Osmanlı imperiyası – 7 noyabr 1958, Ankara) — Türkiyə yazıçısı. Aka Gündüz 1886-cı ildə hərbçi ailəsində anadan olmuşdur. 1908-ci il "Gənc türklər" inqilabının iştirakçısıdır. == Yaradıcılığı == "Dikmen ulduzu" (1928), "Naməlum əsgər" (1930) romanlarının müəllifidir. "Bu torpağın qızları" (1927), "Üç qızın hekayəsi" (1933), "Yaylaq qızı" (1940), " Bir qızın nağılı" (1954) və sair əsərləri qadınların, xüsusilə gənc qızların həyatına həsr edilmişdir. Bəzi romanları əsasında ("Bir sürücünün gizli dəftəri" (1928), "İki süngü arasında" (1929) film çəkilmişdir. Aka Gündüzün yaradıcılığı türk ədəbi dilinin demokratikləşdirilməsində mühüm rol oynamışdır. Türkiyə Böyük Millət Məclisinin üzvü olmuşdur (1931-1943). == Mənbə == Azərbaycan Milli Ensiklopediyası, I cild. Bakı, 2009, səh.
Aka Morçiladze
Aka Morçiladze (gürc. აკა მორჩილაძე; 10 noyabr 1966, Tbilisi) — gürcü yazıçı. == Həyatı == Aka Morçiladze 1966-cı ildə anadan olub, əsərləri bir çox Avropa dillərinə tərcümə olunub. Hl-hazırda Londonda yaşayır. "Madatov adasına gediş və dönüş" postmodern üslubda yazılmış müəllifin ən məşhur romanlarından biridir. Əsərdə azərbaycanlılar və Bakıyla bağlı maraqlı süjetlər var. Ümumən, Aka Morçiladzenin şəxsində çağdaş gürcü ədəbiyyatı ilə tanış olmaq bizim oxucular üçün maraqlı olacaq. İki qonşu ölkənin bu gün ədəbiyyatını dəyərləndirmək baxımından bu roman xarakterikdir. == Əsərləri == Gürcüstan Noutbuklar, Bakur Sulakauri Nəşriyyat, 2013 Obolé, Bakur Sulakauri Nəşriyyat, 2011 Mameluk, Bakur Sulakauri Nəşriyyat, 2009 Bir Gürcüstanda, Saga nəşriyyatı, 2008 Köhnə Hearts və qılınc, Bakur Sulakauri Nəşriyyat, 2007 2007-ci il Tiflis Bakur Sulakauri, Nəşriyyat, Maid Kağız Bullet, Bakur Sulakauri Nəşriyyat, 2006, 2011 Venera yuxu, Bakur Sulakauri Nəşriyyat, 2005 Mr. Deaxley nin Silent Box, Bakur Sulakauri Nəşriyyat, 2005 Santa Esperanza, Bakur Sulakauri Nəşriyyat, 2004, 2008-ci il Kitab, Bakur Sulakauri Nəşriyyat, 2003, 2011 Digər, Bakur Sulakauri Nəşriyyat, 2002, 2011 Madatov adasına gediş və dönüş, Bakur Sulakauri Nəşriyyat, 1998, ISBN 978-9952-5672-3-6 Qarabağa gəzinti, 1992 Film - 2005.
Aka adası
Aka (yap. 阿嘉島) — Kerama adaları qrupuna daxil olan, Sakit okeanda yerləşən ada. İnzibati baxımından Yarponiyanın Okinava prefekturasına daxildir. Ada Okinava adasınadn 35 km qərbdə yerləşir. İqlimi subtropikdir == Mərcanlar, flora və fauna == Ada yaxınlığından Krusio cərəyanı keçir. Ada ətrafında olan mərcanlar fauna baxımından olduqca zəngindir. Bu səbəbdən ərziyə dayvinq və sporkelinq həvəskarları axışır. 1998-ci ildə Akada Yaponiya elimi-texniki agentliyinin (ing. Japanese Science and Technology Agency) Aka Okeanoloji laboratoriyası ing. Akajima Marine Science Laboratory (AMSL) fəaliyyətə başlamışdır.
Ava Qardner
Ava Qardner (ing. Ava Gardner; 24 dekabr 1922 — 25 yanvar 1990) — amerikalı aktrisa.
Ava Çelik
Ava Çelik (1990, Berlin) — Alman aktrisa.
Xubilay Aka
Ava dövləti
Ava dövləti və ya Ava krallığı (birm. အင်းဝခေတ်) — 1364-cü ildən 1555-ci ilə qədər Yuxarı Birmada (Myanma) dominantlıq əldə etmiş krallıq. Birmanın şimalında, Myinge çayı üzərində, Çausxe vadisində yerləşirdi. Ava dövlətinin qurucusu Tadominbya (1364–1368) Birmada keçmiş Paqan krallığının torpaqlarını birləşdirməyə, şanları Birmanın mərkəzi hissələrindən çıxarmağa çalışırdı. Ava dövləti tərəfindən buddist məbədlər tikdirilmiş, monastır icması olan sanqhanı gücləndirilmiş, suvarma sistemi təkmilləşdirilmişdir. 1374-cü ildə Ava dövləti Arakanı, 1377-ci ildə Taunqu knyazlığını özünə birləşdirmişdir. 1373–1383-cü illərdə Şan və Pequ (cənubi Birma) dövlətləri ilə vuruşmuşdu, 1415-ci ildə İravadi deltasının qərb hissəsini tutmuşdur.Avada çəltikçilik və Çinlə karvan ticarəti inkişaf edirdi. Şri-Lanka ilə sıx əlaqə saxlanılmışdır. Həmçinin, Avada milli birman ədəbiyyatı yaranmışdır.Feodal üsyanları, Çin qoşunlarının istilaları (1446), Arakanın müstəqillik əldə etməsi (1430) dövləti zəiflətmişdi. 1527-ci ildə Ava şanlar tərəfindən, 1555-ci ildə Avanı yeni Birma dövlətinə daxil edən Taunqu sülaləsindən Bayinnaunun qoşunları tərəfindən tutulmuşdur.
Frau Ava
Frau Ava (alm. Frau Ava, Ava von Göttweig, Ava von Melk‎; təq. 1060, Aşağı Avstriya[d] – 7 fevral 1127) — orta əsr alman rahibə, dini şairə. O, alman dilində hər hansı bir janrda ilk dəfə əsər yaratmış qadın hesab edilir. Ava xristianlıqda xilas və Məsihin ikinci gəlişi mövzularına həsr olunmuş beş şeirin müəllifidir. Onun Vəftizçi İohann və İsanın həyatına dair əsəri "ilk alman dastanı kimi yüksək qiymətləndirimişdir" == Əsərləri == Vəftizçi İohann (alm. Johannes der Täufer‎) İsanın həyatı (alm. Leben Jesu‎) Antixrist (alm. Antichrist‎) Son hökm (alm. Das Jüngste Gericht‎) == İstinadlar == == Əlavə ədəbiyyat == Ланггут.