Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Alqu
Alqu (Marağa)
Ağdü
Ağdü — Ermənistan Respublikasının Sünik mərzinin Sisyan rayonunda yerləşən kənd. Tarixən Rusiya imperiyasının Yelizavetpol quberniyasının Zəngəzur qəzasına aid olmuşdur. == Tarixi == Ağdü Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonunda, rayon mərkəzində 5 km cənub — şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində Aqudı formasında qeyd edilmişdir. Toponim qədim türk dilində "hörmətli, uca, yüksək" mənasında işlənən ağ sözü ilə uti//udi türk dilli tayfanın adı əsasında formalaşmışdır. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Kənddə 1831-ci ildə 60 nəfər, 1873-cü ildə 450 nəfər, 1886-cı ildə 903 nəfər, 1897-ci ildə 1162 nəfər, 1908-ci ildə 1345 nəfər, 1914-cü ildə 1070 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin azərbaycanlı əhalisi erməni təcavüzünə məruz qalaraq qırğınlarla qovulmuşdur. İndiki Ermənistanda Sovet hakimiyyəti qurulandan sonra kənd sakinlərindən sağ qalanlar doğma evlərinə dönə bilmişdir.
Ağsu
Ağsu şəhəri — Azərbaycan Respublikası ərazisində şəhər, eyniadlı rayonunun inzibati mərkəzi. Daha əvvəllər "Yeni Şamaxı" adlanmışdır. Azərbaycanda şəhər. Ağsu rayonunun mərkəzi — Ağsu çayının hər iki sahilində, Şirvan düzünün Şimal-Şərq qurtaracağında, Hinqar silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsi kimi XV əsrdən məlumdur. Şəhərin 4–5 km.-ində "Xaraba Şəhər" adlanan orta əsr Şəhəri Ağsu və ya Yeni Şamaxının qalıqları var. Adını ərazidəki eyni-adlı çaydan almışdır. == Tarixi == Abbasqulu ağa Bakıxanov Gülüstani-İrəm əsərində qeyd edir ki, Nadirqulu xan (Nadir Şah) tərəfindən hicri 1148-ci (1735) ilin may ayında Şamaxı şəhərinin 4 ağaclığında (37 km), mövqe etibarilə çox əlverişli olan Ağsu adlı yerdə yeni şəhərin əsası qoyuldu. Hazırda Ağsu rayonunun mərkəzi olan Ağsıı şəhərinin adı bəzi tarixi mənbələrdə Yeni Şamaxı kimi də göstərilir. Bu həmin dövrdə Şamaxı əhalisinin Ağsuya köçürülməsi ilə bağlıdır.
İqlu
İglo və ya iglu (İnuitçe: İglu), Eskimoslar və Aleut xalqı kimi etnosların yaşadığı ev. İqloların çoxu ov zamanı inşa olunur. Belə evlərdə bəzən 4 ay yaşayan yerlilər, daha sonra həmin evlər tərk edilir və yeniləri inşa olunur. == İqlolar haqqında == İqlolar daimi yaşamaq üçün nəzərdə tutulmamışdır. Eskimoslar və ya digər xalqlar əsasən ov zamanı və ya bir neçə günlük gəzinti zamanı, gecələmək üçün nəzərdə tutulan iqlolar, qardan və ya taxtadan hazırlanır. Əsasən qardan hazırlanan iqlolar daha məşhurdur. İqlonun tam hazırlanması üçün bir neçə saat lazımdır. Təcrübə olmadan iqlo hazırlanmasının mümkün olmadığı fikri məşhurdur. == İqloların tikilmə qaydası == İqlo tikmək eskimoslar üçün çox asantdır.Peşəkar bir ovçu qar bıçaqının köməyi ilə bir saata iqlo inşa edə bilər. Lakin çox zaman iqlo tikilməsində iki nəfər iştirak edir.
Alqu (Bünab)
Alqu (fars. القو‎) — İranın Şərqi Azərbaycan ostanının Bünab şəhristanı ərazisinə daxil olan kənd. Bünab qəsəbəsindən 11 km şimaldadır. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,710 nəfər yaşayır (359 ailə).
Alqu xan
Alqu xan (?- 1266) — 1260–1266-cı illər arasında Cığatay xanı. Çingiz xanın nəticəsi, Cığatay xanın nəvəsi və Baydar xanın oğludur. == Həyatı == Böyük Monqol imperiyası Böyük xanı Möngke 1260-cı ildə öldüyündə taxta çıxan Arık Bökə tərəfindən anası Orqina xatun vəsayətindəki kiçik yaşdaki Mübarəkşahın yerinə Cığatay xanlığı taxtına çıxartılır.1261-ci ildə öncədən Göy Orda idarəsindəki bölgələri də ələ keçirərək hakimiyətini genişlədir. Səmərqənd və Buxaranı öz idarəsinə alır. Bu dönəmdə Monqol taxtı üçün Kubilay xan ilə qanlı bir içsavaşın ortasında olan Arık Bökəyə qarşı üsyan qaldırır. İki il boyunca sürecək savaşlar qanlı keçəcəkdir. Alqu, Kubilay xanın valilərindən Mahmud Yalavac oğlu Məsud bəyin və Orgina xatunun dəstəyini alacaq və Arık Bökənin güclərini zəiflədəcəkdir.1263-cü ildə Kubilay xana bağlılığını bildirən Alqu xan, Arık Bökəni dəstəkləyən Kaydu xan ilə savaşır. Kaydu yardım üçün başvurduğu Qızıl Orda dövləti hökmdarı Bərkə xandan böyük dəstək görür. Torpaqları işgal altına qalan Alqu, Kayduya yenilərək geri çəkilmək məcburiyyətində qalır. Güclərini toplayaraq yenidən hücuma keçən Alqu xan yeni səfər sırasında 1266–cı ildə ölür.
Aqul dili
Ağul dili — Qafqaz dillərindən biridir. Dağıstanın Kurax və Ağul bölgələrində yayılmışdı. Təqribən 14 minə qədər adam bu dildə danışır. Genetik cəhətdən tabasaran dilinə yaxındır. 4 dialekti vardır: tipig, keren, burkihan və koşan. Yazısı rus qrafikası əsasında hazırlanmışdır.
Ağabəyli (Ağsu)
Ağabəyli — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Ağsu rayonunun Çaparlı inzibati ərazi vahidində kənd. Ağsu çayının sahilində, Şirvan düzündədir. Tam adı Hacı Ağabəylidir. Oykonim ağabəyli nəslinin adını əks etdirir. Bu etnonimlə bağlı Şamaxı rayonunda Ağabəyli (1933), Ağdam və Ağsu rayonlarında Ağalarbəyli (1917–1961), Ağsu rayonunun Bozavand kəndində Ağaboy qobusu, Qax rayonunun Zərnə kəndində Ağabəylilər obası və s. qeydə alınmışdır. Ağabəylilər kəbirlilərin ağabəyalı qoluna məxsus bir nəslin adıdır. == Din == Kənddə Ağabəyli kənd məscidi dini icması fəaliyyət göstərir.
Ağalarbəyli (Ağsu)
Ağalarbəyli — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Ağalarbəyli kəndinin əsası 19-cu əsrin ikinci yarısında Ağalar bəy tərəfindən qoyulmuşdur. Kənd Ərəbuşağı inzibati dairəsinin tərkibindədir. Kənd Ağsu çayının sol sahilindədir. Kəndin ilkin salınma zamanında kəndin indiki giriş yerindən sola el arasında Kükəş çayı deyilən kiçik çaya doğr ru olmuşdur. Elə həmin giriş hissədə də Ağalar bəyin malikan,əbə böyük bağı olmuşdur. 20-əsrinrin 80-ci illərinə kimi həmin bağdan qalma 10-a yaxın tut ağacı qalmaqda idi. Həmin ağaclar üzümlüklər salınarkən demək olar ki, hamısı məhv edildi. Həmin ərazinin cənub hissəsi indi də "Bağın altı" deyə adlandırılır. Hazırda kənddə 200-ə yaxın ev vardır.
Ağsu (Dərələyəz)
Ağsu - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazisində kənd. == Tarixi == Toponim «keyfiyyətli, içməyə yararlı» mənasında işlənən ağ sözü ilə qədim türk dilində «çay» mənasında işlənən su (əsli sub) sözündən əmələ gəlmişdir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == Burada 1829 - cu ildə 41 nəfər, 1879 - cu ildə 71 nəfər azərbaycanlı yaşamışdır. XIX əsrin axırlarında kənd ləğv edilmişdir. İndi xaraba kənddir.
Ağsu (Göygöl)
Ağsu — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Göygöl rayonunun eyni adlı i.ə.v-də kənd. Gəncə-Qazax düzənliyindədir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 121 nəfər əhali yaşayır.
Ağsu (Laçın)
Ağsu - Laçın rayonunda çay. Həkəri (Əkərə) çayının sağ qoludur. Qarabağ silsiləsindən başlanır.
Ağsu (Susuz)
Ağsu — Qars ilinin Susuz ilçəsinin Mərkəz bucağında kənd. == Tarixi == == Coğrafiyası == Kənd Qars ilinin inzibati mərkəzi Qars şəhərindən 30 km, Susuz ilçəsinin inzibati mərkəzi Susuz qəsəbəsindən 10 km uzaqlıqda yerləşir. == Əhalisi == 31 dekabr 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 348 nəfər daimi əhali yaşayır.
Ağsu (Xalxal)
Ağsu (fars. اق سو‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 32 nəfər yaşayır (7 ailə).
Ağsu (dəqiqləşdirmə)
KəndlərAğsu — Azərbaycan Respublikası ərazisində şəhər, eyniadlı rayonunun inzibati mərkəzi. Ağsu rayonu — Azərbaycan Respublikası ərazisində rayon. Ağsu (Göygöl) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Ağsu (Laçın) — Azərbaycan Respublikasının Laçın rayonunun inzibati ərazi vahidində kənd. Ağsu (Susuz) — Qars ilinin Susuz ilçəsinin Mərkəz bucağında kənd. Ağsu (Dərələyəz) — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazisində kənd. Ağsu — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazisində kənd. Aksu (şəhər) — Çin Xalq Respublikasının Sintszyan-Uyğur Muxtar Rayonunda bir şəhər. Ağsu (Xalxal) — Ərdəbil ostanında kənd.ÇaylarAğsu — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda çay.
Ağsu FK
Ağsu FK — Ağsu Futbol Kulubu 2012-ci ildə yaradılıb. Klub ev oyunlarını öz şəxsi Ağsu şəhər stadionunda keçirir. == Tarixi == 2012-ci ildə yaradılmışdır. Adındanda görüldüyü kimi Ağsu şəhərinin futbol klubudur. Komanda yaradılanda ilk öncə həvəskar liqada oynayırdı. Amma o zaman qeyri-stabil heyətlə çıxış edirdi bu səbəbdən də klub tezliklə dağıdıldı. Lakin 2012-ci ildə tam heyətlə yaradılaraq 2012/2013 mövsümündə Azərbaycan Birinci Liqasında çıxış etməklə fəaliyyətə başladı. Çıxış etdiyi elə ilk mövsümdəcə 1-ci divizionun çempionu oldu. Lakin müəyyən səbəblərə görə Azərbaycan Premyer Liqasına yüksələ bilmədi. Amma AFFA-nın 2014-cü ildə qoyduğu yeni qərara əsasən 2014–2015 mövsümündə aşağı liqadan ilk 6 yeri tutan komanda Azərbaycan Premyer Liqasına yüksələcəkdi.
Ağsu aşırımı
Ağsu aşırımı — Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 143-157-ci kilometrlik hissəsi (14 km). Dəniz səviyyəsindən 900 m-ə qədər yüksəklikdədir. == Coğrafi mövqeyi == Bu aşırım Böyük Qafqazın cənub ətəklərindəki Ləngəbiz sıra dağlarının orta hissəsində yerləşir. Aydın havada buradan ətrafa tamaşa edəndə Şirvan vadisinə gözəl bir mənzərə açılır.
Ağsu bələdiyyələri
Ağsu bələdiyyələri — Ağsu rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Ağsu bələdiyyəsi
Ağsu bələdiyyələri — Ağsu rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Ağsu döyüşü
Ağsu döyüşü — Qafqaz İslam Ordusu qüvvələri ilə Stepan Şaumyanın başçılıq etdiyi Bakı Xalq Komissarları Sovetinin ordu hissələri arasında 1918-ci il iyulun 5–6-da Ağsu ətrafında baş vermiş döyüş. == Haqqında == Döyüşdə Qafqaz İslam Ordusunun 10-cu və 13-cü piyada alayları, 10-cu alayın tabeliyinə verilmiş Azərbaycan süvari bölmələri iştirak edirdilər. İyulun 6-da düşmən qüvvələrinin müqavimətini qıran 13-cü alay Ağsuya daxil oldu və hücumunu Şamaxı yoxuşuna qədər davam etdirdi. 10-cu alay isə Ağsunun şimalından irəliləyərək, qaçan düşmənə ciddi zərbə endirdi. Gürçüvanı azad edərək, orada mövqe tutdu. Döyüşün gedişində 1 səhra topu, 1 cəbhəxana arabası, 5 pulemyot, 30-a qədər müxtəlif silah və daşnakların talan etdiyi yerli əhalinin əmlakı ilə dolu 15-ə qədər araba ələ keçirildi. Ağsu döyüşü Qaraməryəm döyüşündə qazanılmış qələbəni möhkəmləndirdi.
Ağsu rayonu
Ağsu rayonu — Azərbaycan Respublikasında inzibati-ərazi vahidi. == Etimologiyası == Tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli yazır ki, Ağsu rayonunun Ülgüc kəndi yaxınlığında yerləşən orta əsr Ağsu şəhərinin adı XVI–XVII əsrdən tarixə bəllidir. 1735-ci ildə Nadirqulu xan (1736-cı ildən sonra Nadir şah) zəlzələ və ara müharibələrindən zərər çəkmiş və yararsız hala düşmüş Şamaxı şəhərinin əhalisini Ağsuya köçürüb, ciddi plan əsasında şəhəri yenidən tikdirib. Azərbaycanın tarixi-coğrafiyasını yazan Zəki Vəlidi Toğan bu haqda bildirir: "Nadir şah 1735-ci ilin martında Şamaxını tutduqdan sonra Şirvanın hökumət mərkəzini şəhərin 30 km cənubi-qərbində əvvəllər mövcud olan Ağsu qəsəbəsinə keçirib Şamaxının əhalisini də oraya köçürür. 1767-ci ildə hökumət mərkəzi az vaxt müddətinə Ağsudan Şamaxıya qaytarılsa da, həmin ildə yenidən Ağsuya gətirilmiş və 1795-ci ilədək burada qalmışdır". Həmin dövrdə və sonralar yaşamış yerli müəlliflər — Haşimi Şirvani, Zülali Şirvani, Ağa Məsih Şirvani, Şakir Şirvani, Hacı Zeynalabdin Şirvani, Abbasqulu ağa Bakıxanov, Seyid Əzim Şirvani və başqaları öz əsərlərində bir qayda olaraq bu şəhəri Ağsu adlandırıblar. Şəhərin rəsmi adı istər Nadir şah, istər Hacı Məhəmmədəli xan, istər Məhəmmədsəid xan, istərsə də Mustafa xan dövründə Ağsu olmuşdur. Xaraba şəhər şəhərin adı deyil, dağıldıqdan sonra bu cür adlanıb. Yeni Şamaxı isə heç bir rəsmi əhəmiyyət daşımır, Şamaxıya nisbətdə deyilib. Ağsu adı isə şəhərin rəsmi adı olub, tarixi əhəmiyyət daşıyır.
Ağsu sikkələri
Azərbaycanın son orta əsr şəhərləri içərisində əhalisinin sayına və tutduğu ərazinin böyüklüyünə görə fərqlənən Ağsu şəhəri 1735-ci ildən 1806-cı ilədək Şirvanın baş şəhəri olmuşdur. Ağsunun adı tarixi mənbələrdə ilkin olaraq XVI əsrdən etibarən ticarət-sənətkarlıq məntəqəsi kimi xatırlanır. 1734-cü ilin yayında Nadir xan öz qoşunu ilə Şamaxıya hücum edir. Şirvan hakimi Surxay xanın Şamaxını tərk etməsinə baxmayaraq, şəhər əhalisi iki ay müddətində müqavimət göstərir. Əhalinin belə ciddi müqavimətindən qəzəblənmiş Nadir xan 1734-cü il avqustun sonlarında Şamaxını ələ keçirdikdən sonra şəhəri yandıraraq darmadağın edir, əhalisini isə Şamaxı şəhərinin 4 ağaclığında (37 km) Ağsu adlanan yerə köçürür. Həmin dövrdən etibarən Ağsu şəhəri Şirvan hakimlərinin iqamətgahı oldu. 2010-cu il mart ayında AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Ağsu arxeoloji ekspedisiyası Ağsu şəhər yerində tədqiqatlara başladı. Üç ay ərzində arxeoloji ekspedisiya iki min kvadrat metr ərazidə qazintı işləri apararaq coxlu miqdarda maddi-mədəniyyət nümunələri əldə etmişdir. 34 ha ərazini əhatə edən Ağsu şəhəri (Yeni Şamaxı) dörd bir tərəfdən kvadrat formaya malik, cay daşından tikilmiş qala divarı və dərin xəndək ilə əhatələnib. Arxeoloji tədqiqat zamanı qazıntı sahəsindən digər maddi mədəniyyət nümunələri ilə yanaşı çoxsaylı gümüş və mis sikkələr aşkar edilmişdir.
Ağsu təpəsi
Ağsu təpəsi - Laçın rayonunun Budaqdərə kəndi ərazisində yüksəklik.
Ağsu çayı
Ağsuçay - Kürün sol qoludur. Şamaxı, Ağsu və Kürdəmir rayonlarının ərazisindən axıb süni kanal vasitəsilə Kürə tökülür. Uzunluğu 85 km, hövzəsinin sahəsi 572 km²-dir. Böyük Qafqaz silsiləsindəki Sarıbulaq dağından (2268m) başlayan bir çox bulaqların birləşməsindən əmələ gəlir. Yuxarı axınında Sulutçay adlanır. Axımı yeraltı (67%), qar (20%) və yağış (13%) sularından əmələ gəlir. Yaz fəslində qar, payızda isə yağış suları çayda daşqınlar əmələ gətirir Orta illik su sərfi 1,7 kub m/san-dır. Orta illik asılı gətirmələr sərfi 3,08 kq/san, orta lillənməsi 2000 q/kub m-dir. Suyu hidrokabonatlı-kalsiumlu olmaqla 500-700 mq/l minerallaşmaya malikdir. Ağsuçaydan suvarma məqsədləri ilə istifadə olunur və Cavanşir su anbarını qidalandırır.
Ağsu şəhəri
Ağsu şəhəri — Azərbaycan Respublikası ərazisində şəhər, eyniadlı rayonunun inzibati mərkəzi. Daha əvvəllər "Yeni Şamaxı" adlanmışdır. Azərbaycanda şəhər. Ağsu rayonunun mərkəzi — Ağsu çayının hər iki sahilində, Şirvan düzünün Şimal-Şərq qurtaracağında, Hinqar silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsi kimi XV əsrdən məlumdur. Şəhərin 4–5 km.-ində "Xaraba Şəhər" adlanan orta əsr Şəhəri Ağsu və ya Yeni Şamaxının qalıqları var. Adını ərazidəki eyni-adlı çaydan almışdır. == Tarixi == Abbasqulu ağa Bakıxanov Gülüstani-İrəm əsərində qeyd edir ki, Nadirqulu xan (Nadir Şah) tərəfindən hicri 1148-ci (1735) ilin may ayında Şamaxı şəhərinin 4 ağaclığında (37 km), mövqe etibarilə çox əlverişli olan Ağsu adlı yerdə yeni şəhərin əsası qoyuldu. Hazırda Ağsu rayonunun mərkəzi olan Ağsıı şəhərinin adı bəzi tarixi mənbələrdə Yeni Şamaxı kimi də göstərilir. Bu həmin dövrdə Şamaxı əhalisinin Ağsuya köçürülməsi ilə bağlıdır.