Ağsuçay — Kürün sol qolu. Şamaxı, Ağsu və Kürdəmir rayonlarının ərazisindən axıb süni kanal vasitəsilə Kürə tökülür.
Ağsuçay | |
---|---|
azərb. Ağsuçay | |
Ölkə | Azərbaycan |
Rayonlar | |
Mənbəyi | Böyük Qafqaz, Sarıbulaq |
• Yüksəkliyi | 2268 m |
Mənsəbi | Kür |
Uzunluğu | 85 km |
Su sərfi | 1,7 m³/san |
Su sistemi | Kür |
Su hövzəsi | Xəzər dənizi |
Hövzəsinin sahəsi | 572 km² |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Uzunluğu 85 km, hövzəsinin sahəsi 572 km²-dir. Böyük Qafqaz silsiləsindəki Sarıbulaq dağından (2268m) başlayan bir çox bulaqların birləşməsindən əmələ gəlir. Yuxarı axınında Sulutçay adlanır.
Axımı yeraltı (67%), qar (20%) və yağış (13%) sularından əmələ gəlir. Yaz fəslində qar, payızda isə yağış suları çayda daşqınlar əmələ gətirir
Orta illik su sərfi 1,7 kub m/san-dır. Orta illik asılı gətirmələr sərfi 3,08 kq/san, orta lillənməsi 2000 q/kub m-dir. Suyu hidrokabonatlı-kalsiumlu olmaqla 500–700 mq/l minerallaşmaya malikdir.
Ağsuçaydan suvarma məqsədləri ilə istifadə olunur və Cavanşir su anbarını qidalandırır.