Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Alak üsyanı
Alak üsyanı (qaz. Алақ көтерілісі) — Semipalatinsk quberniyasının, Qızıltas bölgəsinin, Qızılkəsik kəndinin sakinləri tərəfindən 1931-ci ildə məcburi kollektivləşdirməyə qarşı baş vermiş üsyan. Üsyanda həmçinin indiki Aksuat və Kokpektinsk bölgələrinin də sakinləri iştirak ediblər. Bölgənin nüfuzlu şəxslərinin, o cümlədən 1885-ci ildə Omsk Mərkəzi Feldşer məktəbini bitirmiş və keçmişdə volost (ərazi vahidi) rəhbəri olmuş Jakul Kuşikovun, Zaysan uyezdinin, Boqask volostının keçmiş rəhbəri Mukış Kuanovun və Qasım Kozıbayevin əmlakının müsadirə olunması üsyana səbəb oldu. Hacı Tırayısın Birləşmiş Dövlət Siyasi İdarəsinin əməkdaşları tərəfindən öldürülməsi insanların qəzəbinə səbəb oldu. Üsyan qəddarlıqla yatırıldı. Üsyanı davam etdirməyin mənasızlığını başa düşən sağ qalan üsyançılar sərhəddi keçərək Çinə keçdilər.
AKAK
Qafqaz Arxeoqrafiya Komissiyasının Aktları (QAKA) ( rus. А́кты Кавка́зской археографи́ческой коми́ссии (АКАК)) — Qafqaz Canişini Baş İdarəsi arxivindən əldə edilmiş sənədlərin rəsmi nəşri. == Nəşrin içindəçilər == Aktlar 12 cilddən ibarətdir (VI cild 2 hissədə olmaqla).
Abak
Abak (lat. abacus – hesab taxtası) — b.e.ə. IV əsrdən başlayaraq Qədim Yunanıstanda, Romada və 18 əsrədək Qərbi Avropada hesablama üçün işlədilmiş lövhə. == Tarixi == Lövhə zolaqlara bölünürdü. Bu zolaqlardakı markaları (sümük, daş və s.) hərəkət etdirməklə hesablama aparılırdı. Azərbaycanda abak – hesab taxtası kimi tanınır. Çində abaka suan-pan deyirlər. Bu abak quruluşuna görə rus abakından fərqlənir. Onun hər milində 7 aşıq vardır və bu aşıqlar boyuna sədlə iki hissəyə ayrılır. Hissələrin birində 5, digərində isə 2 aşıq vardır.
Adak
Adaq - türk ve altay mifologiyasında və xalq mədəniyyətində əhd və ya nəzir deməkdir. Azərbaycan dilində əhd və ya nəzir anlayışına bənzəsə də daha geniş əhatəlidir, çünki Şamanlık ənənəsindəki qansız qurban (saçı) və azad qurbanı (ıdık) anlayışları da "Adak" anlayışı içərisində iştirak edər. Hər hansı bir dilək yerinə gəldiyində qarşılığında ediləcəyi və ya veriləcəyi deyilən şey və bunun nəticəsində insanın özünü Tanrıya qarşı öhdəçilikli etdiyi vəziyyət. Osmanlıca nəzir sözünün Türkçe qarşılığıdır. Müqəddəs varlıqlardan kömək istəmək məqsədiylə qurban kəsmək, saçı vermə, şam yandırma, pul bağışlamaq kimi hərəkətlərdə iştirak etmək taahhüdü. Bu yüklenim yerinə yetirilmədiyi təqdirdə adamın başına mənfiliklər, hətta fəlakətlər gələcəyinə inanırlar. Çünki bu söz Tanrıya qarşı verilmişdir. Əhd anlayışına hər dində rast gəlinməkdədir. Anadoluda "Adamak" (Həsr etmək) sözü ilə də istifadə edilər. Türk mədəniyyətində ən məşhur olanı, əhd qurbanı və əhd sədəqəsidir.
Alam
Alam və ya Alamos (yun. Άλαμος) — Azərbaycanda qədim yaşayış məntəqəsi. II əsrdə yaşamış yunan coğrafiyaşünası Ptolemeyin "Coğrafi təlimnamə" əsərində Alban çayı (Samurçay) ilə Kas çayı (Qusarçay) arasında olduğu göstərilmişdir. Yeri müəyyənləşdirilməmişdir. Bəzi tədqiqatçılar Alamı indiki Xaçmaz rayonunun Yalama kəndi ilə əlaqələndirirlər.
Alan
Alan — ad. Bu adı olan tanınmış şəxslərAlan Corc Lafley — Procter & Gamble şirkətinin indiki rəhbəri. Alan Arkin — amerika kinoaktyoru."Oskar" mükafatına layiq görülüb. Alan Türinq — ingilis riyaziyyatçısı, məntiqçi və kriptoqrafı.Yaşayış məntəqələriAlan (Kürdüstan) — Alan (Sərab) — Alaniya — Müasir Rusiya federasiyası ərazisində yerləşən qədim vilayətlərdən birinin adı.
Alaq
Alaq – becərilən bitkilər arasında özbaşına bitən bitki. Azərbaycanda pambıq tarlalarında 92, qarğıdalı və yonca sahələrində müvafiq olaraq 120 və 125, payızlıq taxıl zəmilərində 152, tərəvəz əkinlərində 25, üzüm bağlarında 148 növ alaq bitir. Alaq əkinçiliyə böyük zərər verir: becərilən bitkilərə lazım olan qida maddələrinin, suyun, işığın bir hissəsini alır; ziyanvericilərin, xəstəliklərin inkişafı üçün şərait yaradır; becərməni, məhsul yığımını çətinləşdirir; Alaqlı yerlərdə kənd təsərrüfatı bitkilərin məhsuldarlığı və məhsulun keyfiyyəti aşağı düşür. Alağa qarşı mübarizədə aqrotexniki tədbirlərlə yanaşı kimyəvi mübarizə əsas yer tutur.
Alar
Alar (əvvəlki adı: Allar)— Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 27 mart 2001-ci il tarixli, 110-IIQ saylı Qərarı ilə Cəlilabad rayonunun Allar kənd inzibati ərazi dairəsi tərkibindəki Allar kəndi Alar kəndi, Allar kənd inzibati ərazi dairəsi Alar kənd inzibati ərazi dairəsi adlandırılmışdır. == Toponimilası == Etnooykonimdir. == Tarixi == Mənbələr Alar ərazisində qədim şəhər mədəniyyətinin olduğunu təsdiq edir. Alar tarixdə həm də Alar üsyanı ilə tanınır. Xalq XIX əsrin ortalarında alarlar canşalı (cahanşahlı) tayfa birliyinə daxil idilər. Q. Qeybullayev arxiv materiallarına istinad edərək göstərir ki, Canşalı tayfası (cahanşahlu) allar adlanırdı və Lənkəran bölgəsində yaşayırdı. XIX əsrin ortalarında bu tayfa birliyi 102 ailə olmaqla Alar, Hüseynxanlu, Təpəbaşi, Fətullahli, Vəliməmmədli, Cahanşahlı (yaxud Ağalıkənd-Kərim) və Köüzbulaqdan ibarət idi. Göründüyü kimi, faktlar oykonimin Alı adlı şəxslə bağlılığını inkar edir. Həmin ərazidə Alar yaşayış məntəqəsi Alı xana qədər də mövcud olmuşdur.
Alas
Alas – Yakutiyada çoxillik donmuş yeraltı süxurların əriməsi və ərazinin enməsi nəticəsində əmələ gələn hamar çökəklikdir. Alas ot bitkiləri ilə örtülü olur, burada dayaz göllər də olur. Örüş kimi istifadə olunur. .
Alay
Alay və ya polk — bir polkovnikin əmri altında üç ya da dörd tabordan ibarət olan hərbi birlik. Bir həbri birlik olaraq çox köhnə tarixə malikdir. 16 əsrin ortalarında Fransız süvari birliklərinə də alay deyilirdi. Daha sonrakı əsrlərdə alayların öz bayraq, forma və gerbləri inkişaf etdirilmiş və müəyyən alaylar müəyyən bir şəxsiyyət, hərbi karier əldə etmişlər. 20 əsrin əvvəllərinə qədər Avropa və ABŞ ordularında alaylar 10 bölükdən ibarət idi. Napoleon isə alay təşkilatında yeni tənzimləmələrə getmiş və əmri altındaki alayları, biri qərargahda, digər ikisi də ərazidə olmaq üzrə üç tabor şəklində təşkilatlandırmışdır. 20 əsrin başlanğıcında Birləşmiş Ştatlar ordusu da bu yeniliyi mənimsəmişdir. Alayların bu quruluşu Birinci dünya müharibəsi, İkinci dünya müharibəsi və Koreya müharibəsi ərəfəsində dəyişməmişdir. Azərbaycan Silahlı Qüvvələrində və digər dövlətlərdə həbri birləşmələrdən başqa,hüquq mühafizə orqanlarının şəxsi heyətinin birləşmələridə Alay adlandırılır.məs:Çevik Polis Alayı və s.
Alik
Alik (erm. Ալիք) - İranın paytaxtı Tehran şəhərində gündəlik nəşr olunan erməni dilli qəzet. Alik, İranda nəşr olunan ilk və yeganə erməni icmasına məxsus qəzetdir. Qəzetin nəşrinə 1931-ci ilin mart ayında başlanmışdır. İlk vaxtlarda həftədə 1 dəfə olmaqla nəşr edilən Alik, 1935-ci ilin əvvvələrindən etibarən həftədə 2 dəfə olmaqla nəşr edilmişdir. 1941-ci ildən etibarən isə gündəlik nəşrə keçmişdir. Hal-hazırda baş redaktoru Terenik Melikyandır.
Balak
Bələk (Balak) — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisian rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 9–10 km şimal-qərbdə, Bazarçay çayının sağ sahilində yerləşir. 1590-cı il tarixli «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə qeyd edilmişdir. Toponim qədim türk dilində təpə mənasında işlənən bələk sözündən əmələ gəlmişdir. Quruluşca sadə toponimdir. == Əhalisi == Ermənilər buraya 1828-29 - cu illərdə İranın Salmas vilayətindən köçürülərək yerləşdirilmiş və azərbaycanlılar tarixi torpaqlarından qovulmuşdur.
Аfаk
Afak (ərəb. عفك‎) — İraqın Qədisiyyə mühafəzəsində şəhər. Əhalisi 75,000-dir. Qədim şəhər olan Afak'ın təməli 1715-ci ildə qoyulub.
Ala
Ala — rəng çalarlarından biridir. "Bu rəng daha çox ağ rəngin başqa rənglərlə qarışığından ibarət olub canlı-cansızdakı rəng əlamətini tanıdır. Yəni "ala" çox-çox "...sözlərin əvvəlində sözün ifadə etdiyi şeydə alalıq, rəngbərənglik, ala-bulalıq, ağ rəng ilə qarışıqlıq, yaxud yarımçıqlıq, qeyri-müəyyənlik, dağınıqlıq, adda-buddalıq, natamamlıq və s. bu kimi xassələr olduğunu bildirir". Bir neçə misala baxaq: alapaça-paçalarının arası ağ olan kəhər və ya kürən at; alaçiy - tam bişməmiş; alaağac -ölkələri ayıran, sərhədlərə basdırılmış ağ-qara zolaqlı ağac (dirək); alanəm - qurumamış, yaş; alakölgə - həm işıqlı, həm kölgəli yer və s. Arxada "ala göz"dəki "ala"nın da rəng bildirdiyini demişdik. Daha bir neçə örnək: "Ala itdən məşhur", "Ala ördək", "Ala qaz", "Alaboyun", "Alabaş" (it adı) və s. Göründüyü kimi, bu misallardakı "ala" bilavasitə rəng deməkdir. Bununla belə, "ala"nın hündür ("Ala çadırın yer üzünə dikdirgil", "Qarşı yatan ala dağdan bir oğul uçurdunsa degil mana" və s.), böyük ("Ala barigah otağını çox görmüşəm", "Ala yorğan içində"), səmt, istiqamət, tərəf ("Başın ala baxar olsam, başsız ağac! Dibin ala baxar olsam dibsiz ağac!") və s.
Lak
Laklar (lak. лак, гъази-гъумучи) — Şimali Qafqazda yaşayan xalq. Laklar tarixən Mərkəzi Dağlıq Dağıstan ərazisində yayılmışklar. Lakların etnik-mədəni ərazisi Lakiya adlanır. == Etimologiya == === Endomin === «Lak sözü lakların öz-özlərini adlandırmasıdır. «Ju lak buru» — biz laklarıq; «ju lakral xalk buru» — biz lak xalqıyıq; «lakssa» — lak, laklar; «lakkuçu» — lak kişi, laklı; «lakku maz» — lak dili; «lakku bilayət» — Lak ölkəsi; «Lakkuy» — Lakiya; «lakral rayon» — lak rayonu; «lakral kıanu» — lak yeri; «lak naççaxıluq» — lak dövləti. Laklar "lak" adını etnonim və toponim kimi istifadə edirlər. Lak dilində «lak» sözü «laxsaa» (yüksək) və «laq» (qala) sözlərinə yaxındır. === Ekzomin === Lakları digər xalqlar müxtəlif adlarla adlandırırlar. Avarlar laklara tumal, qumeq; darginlər — vuluquni, vuleqi, suluquni; ləzgilər — yaxular, yaxulşu; qumuqlar — qazıqumuqlar; çeçenlər — qıazıumki; ruslar — laklar, qazıqumuxlar adlandırırlar.
Adak adası
Adak adası (ing. Adak Island, aleut. Адаҳ) — Aleut adaları qrupuna daxil olan Andreyanov adaları qrupunun ən böyük adasıdır. Ada inzibati cəhətdən ABŞ-nin Alyaska ştatının tərkibinə daxildir. 2010-cu il əhalinin siyahıya alınma məlumatlarına əsasən adanın əhalisi 326 nəfərdən ibarətdir. == Coğrafiyası == Adak adasının ümumi sahəsi 711,18 km²-dir. Sahəsinin böyüklüyünə görə ada ABŞ-nin ən böyük 25-ci adasıdır. Adak adasının uzunluğu təxminən 54,5 km, eni isə 35 km-dir. Adanın ən yüksək nöqtəaı (Moffett dağı) dəniz səviyyəsindən 1196 m hündürlükdə yerləşmişdir. Dağ adanın şimal-qərb qurtaracağında yerləşib.
Alan (Kürdüstan)
Alan - İranın Kürdüstan ostanında kənd.. == Coğrafi yerləşməsi == Sənəndəc şəhristanının Qərvə bölgəsinin Xudabəndalu kəndistanında, Gültəpə qəsəbəsindən 7,5 km şimalda, Həmədan-Bicar avtomobil yolunun üstündədir.
Alan (Sərab)
Alan (fars. الان‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 2,373 nəfər yaşayır (533 ailə). == Coğrafi yerləşməsi == Sərab şəhristanının Alanbirağus bölgəsinin eyniadlı kəndistanında, Təbriz-Sərab avtomobil yolunun 15 kilometrliyindədir. Kənd ərazisindən Acıçay axır.
Alan Arkin
Alan Volf Arkin (ing. Alan Wolf Arkin, 26 mart 1934[…], Nyu-York, Nyu-York ştatı – 29 iyun 2023, Karlsbad, Kaliforniya) — amerika kinoaktyoru. O, "Oskar" mükafatı, BAFTA Mükafatı, "Qızıl Qlobus" mükafatı və Toni mükafatı, həmçinin altı Emmi mükafatı nominasiya daxil olmaqla çoxsaylı mükafatlara layiq görülüb..
Alan Derşovitz
Alan Derşovitz (1938) — məşhur vəkil. == Həyatı == Alan Derşovitz dünyada ən məşhur vəkillərdən biridir və o mülki hüquqların qorunması ilə bağlı sayı-hesabı bilinməyən işlərdə müvəffəqiyyət qazanmışdır. "Newsweek" ona şəxsiyyət hüquqların ən görkəmli müdafiəçisi adını vermişdir. "Time" onu ədliyyənin müqəddəs İudası kimi təsvir etmişdir. Bütün bunlar göstərir ki, Derşovitz tarixdə ən möhtəşəm və hal-hazırda fəaliyyət göstərən vəkillərdəndir. Alan Derşovitz 1962-ci ildə Yel Hüquq məktəbini bitirmişdir orada o, Yel Hüquq jurnalının baş redaktoru olmuşdur. Sonradan Harvard Hüquq məktəbi ilə əməkdaşlığa başladı və Harvard Hüquq məktəbinin tarixində ən cavan hüquq üzrə professoru oldu (28 yaşında). Vəkillik fəaliyyəti dövründə o cinayət işlərə və ölkədə ən səs-küylü işlərə qatılmışdır (o cümlədən, Patrisiya Herst, Leona Helmsli, Mayk Tayson və OJ Simpson). Onun mülki hüquqların qorunması ilə bağlı görülən işlərinə görə Anti-diffamasiya Liqası tərəfindən William O Douglas First Amendment mükafatı verilmişdir. Baxmayaraq ki, Derşovitzin hüquq fəaliyyəti həmçinin çox ziddiyyətli və mübahisəli olmuşdur, mülki hüquqların qorunmasında bir-çox şübhəli anlar olmuşdur, onun məhkəmə döyüşləri və təcrübəsi miras kimi şübhəsiz gələcək nəsillərə örnək olacaq.
Alan Dzaqoyev
Alan Yelizbaroviç Dzaqoyev (rus. Алан Елизбарович Дзагоев, oset. Зæгъойты Елизбары фырт Алан; 17 iyun 1990, Beslan, Şimali Osetiya MSSR) — yarımmüdafiəçi mövqeyində çıxış edən Rusiya futbolçusu, hal hazırda "MOİK Moskva" klubunun şərəfini qoruyur. Rusiya Federasiyasının əməkdar idman ustası (2018). Üçqat Rusiya çempionu, dörd dəfə Rusiya Kubokunun qalibi, dörd dəfə Rusiya Super Kubokunun qalibi. Beş dəfə Rusiya çempionatının 33 ən yaxşı futbolçusu siyahısına daxil edilmişdir. 2008-ci ildən Rusiya millisində oynayır. 2012 Avropa çempionatında, 2014 və 2018 Dünya çempionatlarında iştirak edib. İqor Netto Klubunun üzvüdür. 2021-ci ilin fevral ayında Sport Bible nəşrinin tərtib etdiyi dünyanın ən sadiq 30 futbolçusu siyahısına daxil edildi (13 il 1 ay "MOİK" klubunun əsas komandasında — 26-cı yer).
Alan Higer
Alan Xiqer (22 yanvar 1936[…], Su-Siti[d], Ayova) — 2000-ci ildə kimya üzrə Nobel mükafatçısı 1957-ci ildə Nebraski universitetini bitirərək bakalavr dərəcəsi almışdır. Berklidə kaliforniya universitetində 1961-ci ildə fəlsəfə doktoru dərəcəsi almışdır. 1962–1982-ci illərdə Pensilvaniya universitetində işləmişdir. 1982-ci ildən Santa-Barbarada Kaliforniya universitetinin fizika professoru olmuşdur. 1982–1999-cu illərdə polimerlər və üzvi materiallar institutunun direktoru olmuşdur. 1999-cu ildən eyni zamanda müxtəlif kommersiya şirkətlərində də işləmişdi. Alan Makdiarmid və Xideki Sirkava ilə birlikdə üzvi polimer materiallar almışdır ki, onların elektrik keçiricikləri metalların elektrik keçiriliciyi ilə müqayisə olunandır. Alan Xiqer 2000-ci ildə "Polimerlərdə keçiriliciyin kəşfinə və tədqiqinə görə" kimya üzrə Nobel mükafatına layiq görülmüşdür.
Alan Kalter
Alan Robert Kalter (21 mart 1943, Nyu-York, Nyu-York ştatı – 4 oktyabr 2021, Stamford) ― Amerika televiziya aparıcısı.
Alan Kasayev
Alan Taymurazoviç Kasayev (rus. Алан Таймуразович Касаев; 8 aprel 1986) — yarımmüdafiəçi mövqeyində çıxış edən Rusiya futbolçusu. == Klub karyerası == Peşəkar karyerasına 2002-ci ildə İkinci divizyonun "Tsentr" zonasında çıxış edən "Titan Reutov" klubunda başladı və onun heyətində ümümlikdə 14 oyun keçirdi. 2003-cü ildə Premyer Liqa klubu "Şinnik"ə keçdi. O, əvəzedici heyətdə 19 oyun keçirib və 1 qol vursa da, əsas heyətdə oynamadı. 2004-cü ildə Sankt-Peterburq şəhərinin "Zenit" klubuna keçdi. 2006-cı ilə qədər ehtiyat heyətdə 28 oyuna 6 qol vurmuşdur, Rusiya kubokunda 3 matç keçirmişdir, 2006-cı ildə klubun əsas heyətinə salınmışdır. === "Alaniya" === 2007-ci ildə icarə əsasında "Alaniya" klubuna keçdi və 36 oyuna 3 qol vurdu. Mövsümün sonunda klub oyunçunu tam almaq istəsə də, "Alaniya" rəhbərliyi "Zenit"lə razılığa gələ bilmədi. === "Kuban" === 2008-ci ilin əvvəlində Kasayev "Kuban" klubunun heyətinə qatıldı və 2008-ci il mövsümündə parlaq oyun sərgilədi.
Alan Kuk
Alan Kuk (23 mart 1966) — Birləşmiş Krallıqı təmsil edən stolüstü tennisçi. == Karyerası == Alan Kuk Birləşmiş Krallıqı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 13-cü pillənin sahibi olub. Daha sonra Alan Kuk Birləşmiş Krallıqı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 9-cu pillənin sahibi olub.