Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Alak üsyanı
Alak üsyanı (qaz. Алақ көтерілісі) — Semipalatinsk quberniyasının, Qızıltas bölgəsinin, Qızılkəsik kəndinin sakinləri tərəfindən 1931-ci ildə məcburi kollektivləşdirməyə qarşı baş vermiş üsyan. Üsyanda həmçinin indiki Aksuat və Kokpektinsk bölgələrinin də sakinləri iştirak ediblər. Bölgənin nüfuzlu şəxslərinin, o cümlədən 1885-ci ildə Omsk Mərkəzi Feldşer məktəbini bitirmiş və keçmişdə volost (ərazi vahidi) rəhbəri olmuş Jakul Kuşikovun, Zaysan uyezdinin, Boqask volostının keçmiş rəhbəri Mukış Kuanovun və Qasım Kozıbayevin əmlakının müsadirə olunması üsyana səbəb oldu. Hacı Tırayısın Birləşmiş Dövlət Siyasi İdarəsinin əməkdaşları tərəfindən öldürülməsi insanların qəzəbinə səbəb oldu. Üsyan qəddarlıqla yatırıldı. Üsyanı davam etdirməyin mənasızlığını başa düşən sağ qalan üsyançılar sərhəddi keçərək Çinə keçdilər.
AKAK
Qafqaz Arxeoqrafiya Komissiyasının Aktları (QAKA) (rus. А́кты Кавка́зской археографи́ческой коми́ссии (АКАК)) — Qafqaz Canişini Baş İdarəsi arxivindən əldə edilmiş sənədlərin rəsmi nəşri. == Nəşrin içindəçilər == Aktlar 12 cilddən ibarətdir (VI cild 2 hissədə olmaqla).
Abak
Abak (lat. abacus – hesab taxtası) — b.e.ə. IV əsrdən başlayaraq Qədim Yunanıstanda, Romada və 18 əsrədək Qərbi Avropada hesablama üçün işlədilmiş lövhə. == Tarixi == Lövhə zolaqlara bölünürdü. Bu zolaqlardakı markaları (sümük, daş və s.) hərəkət etdirməklə hesablama aparılırdı. Azərbaycanda abak – hesab taxtası kimi tanınır. Çində abaka suan-pan deyirlər. Bu abak quruluşuna görə rus abakından fərqlənir. Onun hər milində 7 aşıq vardır və bu aşıqlar boyuna sədlə iki hissəyə ayrılır. Hissələrin birində 5, digərində isə 2 aşıq vardır.
Adak
Alam
Alam və ya Alamos (yun. Άλαμος) — Azərbaycanda qədim yaşayış məntəqəsi. II əsrdə yaşamış yunan coğrafiyaşünası Ptolemeyin "Coğrafi təlimnamə" əsərində Alban çayı (Samurçay) ilə Kas çayı (Qusarçay) arasında olduğu göstərilmişdir. Yeri müəyyənləşdirilməmişdir. Bəzi tədqiqatçılar Alamı indiki Xaçmaz rayonunun Yalama kəndi ilə əlaqələndirirlər.
Alan
Alan — ad. Bu adı olan tanınmış şəxslər Alan Corc Lafley — Procter & Gamble şirkətinin indiki rəhbəri. Alan Arkin — amerika kinoaktyoru."Oskar" mükafatına layiq görülüb. Alan Türinq — ingilis riyaziyyatçısı, məntiqçi və kriptoqrafı. Yaşayış məntəqələri Alan (Kürdüstan) — Alan (Sərab) — Alaniya — Müasir Rusiya federasiyası ərazisində yerləşən qədim vilayətlərdən birinin adı.
Alaq
Alaq – becərilən bitkilər arasında özbaşına bitən bitki. Azərbaycanda pambıq tarlalarında 92, qarğıdalı və yonca sahələrində müvafiq olaraq 120 və 125, payızlıq taxıl zəmilərində 152, tərəvəz əkinlərində 25, üzüm bağlarında 148 növ alaq bitir. Alaq əkinçiliyə böyük zərər verir: becərilən bitkilərə lazım olan qida maddələrinin, suyun, işığın bir hissəsini alır; ziyanvericilərin, xəstəliklərin inkişafı üçün şərait yaradır; becərməni, məhsul yığımını çətinləşdirir; Alaqlı yerlərdə kənd təsərrüfatı bitkilərin məhsuldarlığı və məhsulun keyfiyyəti aşağı düşür. Alağa qarşı mübarizədə aqrotexniki tədbirlərlə yanaşı kimyəvi mübarizə əsas yer tutur.
Alar
Alar (əvvəlki adı: Allar)— Azərbaycan Respublikasının Cəlilabad rayonunun Alar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 27 mart 2001-ci il tarixli, 110-IIQ saylı Qərarı ilə Cəlilabad rayonunun Allar kənd inzibati ərazi dairəsi tərkibindəki Allar kəndi Alar kəndi, Allar kənd inzibati ərazi dairəsi Alar kənd inzibati ərazi dairəsi adlandırılmışdır. == Toponimilası == Etnooykonimdir. == Tarixi == Mənbələr Alar ərazisində qədim şəhər mədəniyyətinin olduğunu təsdiq edir. Alar tarixdə həm də Alar üsyanı ilə tanınır. Xalq XIX əsrin ortalarında alarlar canşalı (cahanşahlı) tayfa birliyinə daxil idilər. Q. Qeybullayev arxiv materiallarına istinad edərək göstərir ki, Canşalı tayfası (cahanşahlu) allar adlanırdı və Lənkəran bölgəsində yaşayırdı. XIX əsrin ortalarında bu tayfa birliyi 102 ailə olmaqla Alar, Hüseynxanlu, Təpəbaşi, Fətullahli, Vəliməmmədli, Cahanşahlı (yaxud Ağalıkənd-Kərim) və Köüzbulaqdan ibarət idi. Göründüyü kimi, faktlar oykonimin Alı adlı şəxslə bağlılığını inkar edir. Həmin ərazidə Alar yaşayış məntəqəsi Alı xana qədər də mövcud olmuşdur.
Alas
Alas — Yakutiyada çoxillik donmuş yeraltı süxurların əriməsi və ərazinin enməsi nəticəsində əmələ gələn hamar çökəklikdir. Arktikanın daimi donmuş ərazilərinin ərimə və təkrar yenidən donma prosesi səbəbi ilə çökməsi nəticəsində əmələ gəlir. Alas ərimiş suyun çökəkliyi doldurması nəticəsində əvvəlcə dayaz bir göl kimi inkişaf edir, daha sonra isə göl quruyur və yerini ot bitkiləri tutur. Alaslar örüş kimi istifadə olunur. == Nümunələr == Alas Arktikanın başqa yerlərində tapılan termokarst çökəkliklərindən ona görə fərqlidir ki, buradakı göl müvəqqəti xarakter daşıyır və Yakutiyanın quraqlığı səbəbindən gölün aşağısındakı buz tükəndikdən sonra quruyur. Dünyadakı ən böyük Alas Ust-Aldan ulusunda yerləşən Myuryudur. Alaslar həm də böyük mədəni əhəmiyyətə malikdir. Yakutların ənənəvi Yeni il bayramı olan Ihıax festivalı zamanı yayda 20 000-ə yaxın insan Yakutsk şəhərinin yaxınlığındakı alasa toplaşır. Saxa Respublikasında yerləşən başqa bir alasda digər kiçik bayramlar keçirilir.
Alay
Alay və ya polk — bir polkovnikin əmri altında üç ya da dörd tabordan ibarət olan hərbi birlik. Bir həbri birlik olaraq çox köhnə tarixə malikdir. 16 əsrin ortalarında Fransız süvari birliklərinə də alay deyilirdi. Daha sonrakı əsrlərdə alayların öz bayraq, forma və gerbləri inkişaf etdirilmiş və müəyyən alaylar müəyyən bir şəxsiyyət, hərbi karier əldə etmişlər. 20 əsrin əvvəllərinə qədər Avropa və ABŞ ordularında alaylar 10 bölükdən ibarət idi. Napoleon isə alay təşkilatında yeni tənzimləmələrə getmiş və əmri altındaki alayları, biri qərargahda, digər ikisi də ərazidə olmaq üzrə üç tabor şəklində təşkilatlandırmışdır. 20 əsrin başlanğıcında Birləşmiş Ştatlar ordusu da bu yeniliyi mənimsəmişdir. Alayların bu quruluşu Birinci dünya müharibəsi, İkinci dünya müharibəsi və Koreya müharibəsi ərəfəsində dəyişməmişdir. Azərbaycan Silahlı Qüvvələrində və digər dövlətlərdə həbri birləşmələrdən başqa,hüquq mühafizə orqanlarının şəxsi heyətinin birləşmələridə Alay adlandırılır.məs:Çevik Polis Alayı və s.
Alik
Alik (erm. Ալիք) - İranın paytaxtı Tehran şəhərində gündəlik nəşr olunan erməni dilli qəzet. Alik, İranda nəşr olunan ilk və yeganə erməni icmasına məxsus qəzetdir. Qəzetin nəşrinə 1931-ci ilin mart ayında başlanmışdır. İlk vaxtlarda həftədə 1 dəfə olmaqla nəşr edilən Alik, 1935-ci ilin əvvvələrindən etibarən həftədə 2 dəfə olmaqla nəşr edilmişdir. 1941-ci ildən etibarən isə gündəlik nəşrə keçmişdir. Hal-hazırda baş redaktoru Terenik Melikyandır.
Balak
Bələk (Balak) — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisian rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 9–10 km şimal-qərbdə, Bazarçay çayının sağ sahilində yerləşir. 1590-cı il tarixli «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə qeyd edilmişdir. Toponim qədim türk dilində təpə mənasında işlənən bələk sözündən əmələ gəlmişdir. Quruluşca sadə toponimdir. == Əhalisi == Ermənilər buraya 1828-29 - cu illərdə İranın Salmas vilayətindən köçürülərək yerləşdirilmiş və azərbaycanlılar tarixi torpaqlarından qovulmuşdur.
Аfаk
Afak
Afak (ərəb. عفك‎) — İraqın Qədisiyyə mühafəzəsində şəhər. Əhalisi 75,000-dir. Qədim şəhər olan Afak'ın təməli 1715-ci ildə qoyulub. İtirilmiş İrisariq şəhərinin Afak yaxınlığında yerləşdiyi ehtimal edilir.
Ala
Ala — rəng çalarlarından biridir. "Bu rəng daha çox ağ rəngin başqa rənglərlə qarışığından ibarət olub canlı-cansızdakı rəng əlamətini tanıdır. Yəni "ala" çox-çox "...sözlərin əvvəlində sözün ifadə etdiyi şeydə alalıq, rəngbərənglik, ala-bulalıq, ağ rəng ilə qarışıqlıq, yaxud yarımçıqlıq, qeyri-müəyyənlik, dağınıqlıq, adda-buddalıq, natamamlıq və s. bu kimi xassələr olduğunu bildirir". Bir neçə misala baxaq: alapaça-paçalarının arası ağ olan kəhər və ya kürən at; alaçiy - tam bişməmiş; alaağac -ölkələri ayıran, sərhədlərə basdırılmış ağ-qara zolaqlı ağac (dirək); alanəm - qurumamış, yaş; alakölgə - həm işıqlı, həm kölgəli yer və s. Arxada "ala göz"dəki "ala"nın da rəng bildirdiyini demişdik. Daha bir neçə örnək: "Ala itdən məşhur", "Ala ördək", "Ala qaz", "Alaboyun", "Alabaş" (it adı) və s. Göründüyü kimi, bu misallardakı "ala" bilavasitə rəng deməkdir. Bununla belə, "ala"nın hündür ("Ala çadırın yer üzünə dikdirgil", "Qarşı yatan ala dağdan bir oğul uçurdunsa degil mana" və s.), böyük ("Ala barigah otağını çox görmüşəm", "Ala yorğan içində"), səmt, istiqamət, tərəf ("Başın ala baxar olsam, başsız ağac! Dibin ala baxar olsam dibsiz ağac!") və s.
Lak
Laklar (lak. лак, гъази-гъумучи) — Şimali Qafqazda yaşayan xalq. Laklar tarixən Mərkəzi Dağlıq Dağıstan ərazisində yayılmışlar. Lakların etnik-mədəni ərazisi Lakiya adlanır. == Etimologiya == === Endomin === «Lak sözü lakların öz-özlərini adlandırmasıdır. «Ju lak buru» — biz laklarıq; «ju lakral xalk buru» — biz lak xalqıyıq; «lakssa» — lak, laklar; «lakkuçu» — lak kişi, laklı; «lakku maz» — lak dili; «lakku bilayət» — Lak ölkəsi; «Lakkuy» — Lakiya; «lakral rayon» — lak rayonu; «lakral kıanu» — lak yeri; «lak naççaxıluq» — lak dövləti. Laklar "lak" adını etnonim və toponim kimi istifadə edirlər. Lak dilində «lak» sözü «laxsaa» (yüksək) və «laq» (qala) sözlərinə yaxındır. === Ekzomin === Lakları digər xalqlar müxtəlif adlarla adlandırırlar. Avarlar laklara tumal, qumeq; darginlər — vuluquni, vuleqi, suluquni; ləzgilər — yaxular, yaxulşu; qumuqlar — qazıqumuqlar; çeçenlər — qıazıumki; ruslar — laklar, qazıqumuxlar adlandırırlar.
Dənəvərləşdirilmiş şlak
Dənəvərləşdirilmiş şlak - domna və marten sobalarında metal əridilməsində istifadə olunan odadavamlı qum qarşılıqlı gillərdən ibarət kərpici rəngində tullantıların termiki şəraitdə dənəvərləşdirilməsi ilə alınır. Bu üsulla alınan şlaklar həm yüngül, həm də yüksək dərəcədə məsaməli olurlar (ümumi həcminin 70 %-dən çox). Neft mədəni yerlərində mazutlaşmış və bitumlaşmış torpaqlann rekultivasiyasında yağlı-qatranlı kütlənin parçalanmasında daha doğrusu rekultivasiya qatının yaradılmasında fəallaşdırıcı maddə kimi istifadə edilir.
Engin Alan
Engin Alan (3 mart 1945, Üsküdar, İstanbul ili) – türkiyəli hərbçi, təqaüddə olan general-leytenant. Keçmişdə Xüsusi Təyinatlı Qüvvələrin komandanı olmuş və 24. çağırış TBMM-də MHP İstanbul millət vəkili olmuşdur. == Həyatı == Engin Alan 31 mart 1945-ci ildə Türkiyənin paytaxtı İstanbul şəhərinin Üsküdar bölgəsində anadan olmuşdur. Türk millətçisi olması və Abdullah Öcalanın həbs edilməsi ilə nəticlənən əməliyayta rəhbərlik etməsi ilə məşhurdur. Ailəlidir və 2 uşaq atasıdır. Yüksək səviyyədə rusca və ingiliscə bilir. == Hərbi karyerası == 1965-ci ildə Quru Hərb Məktəbini bitirmişdir. Müxtəlif bölmələrdə xidmət etmişdir. Daha sonra Qara Hərb Akademiyasını bitirərək qərərgah zabiti oldu.
Jas Alaş
Jas Alaş — 1921-ci ildə təsis edilmiş, Qazax dilində gündəlik dərc olunan siyasi qəzetdir. Sovet dövründə " Лениншіл жас" ("Lenin Gəncliyi") adı altında nəşr olunurdu. == İlk illəri == Qəzet, 1921-ci il martın 22-də Türkistan Muxtar Sovet Sosialist Respublikasının (Türkistan MSSR ) Komsomol təşkilatı liderlərindən biri olan Gəncə Muratbayev tərəfindən respublikanın paytaxtı Daşkənddə təsis edilib və nəşrin baş redaktoru olub. Altı ay ərzində qəzet Sovet hakimiyyəti orqanları tərəfindən bağlanıb və bu nəşrin millətçi, demokratik və anti-bolşevik "Alaş" hərəkatından təsirləndiyini hesab edilirdi. Türkistan Sovet Sosialist Respublikasının Qazaxıstan gəncləri üçün (Qazaxıstanın cənubu) və Türkistan Komsomol təşkilatının əsası kimi xidmət edən nəşri, 1922-ci il sentyabrın 1-də "Jas Kayrat" qəzetinin yayımına başlandı (redaktor E. Aldonqarov ). Qəzet təxminən 1 il nəşr edildi və 1924-cü ildə eyni ad altında jurnal buraxıldı. Bununla belə, 3 fevral 1925-ci ildən 30 oktyabr 1926-dək Orenburqda, daha sonra isə Qızılordada "Jas Kayrat" adı altında həftəlik qəzetin nəşri bərpa olundu. Təkrar dərcini bərpa edən qəzet oxuculara ölkədə və xaricdə olan xəbərləri təqdim etdi. "Qazaxıstan Gəncliyi" bölməsində yerli gənclər təşkilatlarının fəaliyyəti barədə məqalələr dərc edilmişdir. "sağlam bədən – sağlam ruh" başlığı tibb və idmana həsr edilmişdir.
Mazanabad (Alan)
Mazanabad (fars. مزن اباد‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 244 nəfər yaşayır (51 ailə).
Məzrayə (Alan)
Məzrayə (fars. مزرعه‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 122 nəfər yaşayır (28 ailə).
Puli Alam
Puli alam — Əfqanıstanın Lövgər vilayətində şəhər. Məşhur əfqan kriketçilər Məhəmməd Nəbi və Gülbəddin Nayib burada anadan olub.
Qazaxlı Alik
Arif Fuad oğlu Muradov (ləqəbi: Qazaxlı Alik; 12 fevral 1958, Dağ Kəsəmən, Ağstafa rayonu) — Birinci Qarabağ müharibəsinin Azərbaycan tərəfindən iştirakçısı, ehtiyatda olan polkovnik. Arif Fuad oğlu Muradov (Qazaxlı Alik) 1958-ci ildə Ağstafa rayonunun Dağkəsəmən kəndində anadan olmuşdur. 1987-ci il noyabrın 25-dən ermənilərə qarşı fəaliyyət göstərməyə başlamışdır. İlk dövrlərdə 15–20 nəfərlik dəstəyə rəhbərlik etmişdir. İlk hərbi əməliyyatlarını isə düşmən arxasına təşkil etmişdir. 1991-ci ilin noyabr ayında hərbi hissə yaradılmış və Qazaxlı Alikin hərbi dəstəsi rəsmi qaydada vuruşmağa başlamışdır. Mayor rütbəsi alan Qazaxlı Alikin döyüşdüyü hərbi hissədə hərbi qulluqçuların sayı 930 nəfər çatmışdı. Onun komandanlıq etdiyi dəstə ilk şəhidini Xocalı soyqırımından sonra vermişdir. 1992-ci il martın 14-də ermənilərin daha böyük dəstə ilə Qazax tərəfdən, Aşağı Əskipara Xeyrimli kəndinin üstündən baş tutan hücumunun qarşısını alarkən Qazaxlı Alik özü yaralanmış, onun dəstəsindən olan Rasim Bayramov isə yaralı halda ermənilər tərəfindən ələ keçirilmiş, sonradan da şəhid edilmişdir. Ağstafa, Tovuz, Qazax, Kəlbəcər, Laçın, Goranboy, Gədəbəy və Qarabağın bir çox bölgələrindəki hərbi əməliyyatlarda iştirak etmişdir.
Sibel Alaş
Sibel Alaş (13 fevral 1975, Türkiyə) — türk müğənni.
Slak Kakosyan
Slak Kakosyan (erm. Սլակ_Կակոսյան; 25 yanvar 1936, İrəvan – 24 avqust 2005) — Ermənistan ilahiyyatçısı, keşişi, etanizm neopaqan hərəkatının lideri. Slak Kakosyan 25 yanvar 1936-cı ildə Ermənistan SSR-in paytaxtı İrəvan şəhərində anadan olmuşdur. Onun nəsli Taron vilayətindən Slkunyats sülaləsindən gəlirdi. Kakosyan 1961-ci ildə erməni dilinin saflığını qorumaq məqsədi daşıyan "Mesrop Maştots" tələbə təşkilatını yaratmışdır. 1964-cü ildə sovet hakimiyyəti onu Sibirə deportasiya etmişdir. Kakosyan İrəvan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. O, uzun illər Qaxsu kəndində erməni dili və ədəbiyyatı müəllimi, sonra İrəvanın müxtəlif universitetlərində müəllim işləmişdir. Kakosyan 1979-cu ildə sovet davranışına tabe olmadığı üçün ölkədən deportasiya edilmiş və ABŞ-da köçmüşdür. Burada o, Qaregin Njdenin həyat və yaradıcılığını öyrənmiş və "tsağakronizm" ideologiyasını qəbul etmişdir.