Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Arğalı
Arğalı — Arazbar qəzasında var olmuş kənd. Hal-hazırkı ərazidə Qazaxlar və Əhmədalılar kəndi yerləşir. == Tarixi == Arğalı yurdu qədim-qayım Qarabağın Arazbar qəzasında yerləşirdi. Orta çağlarda ara savaşları zəminində əhalisi köçürülmüşdür. Hazırda kəndin yerində Qazaxlar və Əhmədalılar yaşayış məntəqələri bərqərardır. XIII yüzillikdə Arğalı kəndində Arğalı türbəsi inşa edilmişdir. 1727-ci ilə aid Osmanlı qaynağında yazılır: "Arazbar qəzasına tabe olan Arğalı kəndi". Heç kimin yaşamadığı bu kənddə kənardan gələn rəiyyətlər çəltik əkib-becərirdilər. Orta çağlarda Xudafərin körpüsündən Arğalıya qədər yol uzanırdı. Bu yol "Arğalı yolu" adlanırdı.
Arğalı türbəsi
Arğalı türbəsi — Füzuli rayonunun Əhmədalılar kəndi yaxınlığında yerləşən XIII əsrə aid türbə. Türbə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. == Haqqında == Arğalı türbəsi XIII əsrdə Füzuli rayonunun Əhmədalılar kəndinin yaxınlığında tikilib. Türbənin yerləşdiyi yerdə vaxtilə Arğalı adlı kənd olduğu üçün belə adlanıb. Türbədə kimin dəfn olunduğu, hansı əsrdə yaşaması və türbənin nə üçün məhz bu yerdə inşa olunması araşdırılmayıb. Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra türbə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. == Memarlığı == Arğalı türbəsi düzən ərazidə inşa edilib. Memarlıq və konstruksiya baxımından planı səkkizbucaqlı olunduğundan onun həm gövdəsi, həm də günbəzi eyni sayda tillərə malikdir. Lakin buna baxmayaraq Arğalı türbəsini günbəzi iki qatlı hörülüb, ara məsafəsi daş və əhəng qarışıqlı məhlulla doldurulub. Türbənin şimal tərəfində qoyulmuş qapı ilə üzbəüz mehrab əvəzinə ikinci qapı qoyulub.
Darğalı
Darğalı (Qəmərli) — İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. Darğalı (Urmiya) — İranda kənd.
Qarğalı
Qarğalı - İrəvan xanlığının Dərəçiçək mahalında kənd adı. XIX əsrin ortalarından sonra adı çəkilmir. Toponimin mənşəyi barədə iki fikir ola bilər: Karqa tayfasının adını əks etdirir. Toponim türk dillərində karqa "üst-üstə düşmüş buzlaq daşları" sözündəndir. XIX əsrdə Qars əyalətinin Qars dairəsində Qarqaluq kənd xarabalığı, Zaqatala rayonundanunda Qarqalı dağı, Naxçıvanda Qarqalıq kəndi, Qazaxıstanda Karqalı toponimləri ilə mənşəcə eynidir.
Arallı
Arallı — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanının Hir bəxşində şəhər. == Tarix == 2019-cu ildə, Böyük Arallı və Kiçik Arallı kəndləri birləşdirilərək, şəhər statusu almışdır. == Əhalisi == 2016-cı ilin məlumatına görə şəhərdə 3,261 nəfər yaşayır (913 ailə). === Milli tərkibi === Əhalisi Azәrbaycan türklərindən ibarətdir və Azərbaycan türkcəsində danışırlar.
Araqlı
Araqlı (türk. Araklı) — Trabzon ilinin ilçəsi.
Arali
Arali Tiflis quberniyasının Axalsix qəzasında (indi Adıgün rayonunda) kənd adı. == Toponimkası == Arali - Tiflis quberniyasının Axalsix qəzasında (indi Adıgün rayonunda) kənd adı. Axısqa türklərindən ibarət əhalisi 1944-cü ildə deportasiya olunmuşdur.Azərbaycanda Ərəş qəzasında Aral kənd, Şimali Qafqazda Kaytak-Tabasaran dairəsində Arallar - Göytəpə kənd, Dağıstan dairəsinin Kürə nahiyəsində Aral (Yenkicə) kənd və Teymurxan şura dairəsində Aral dağ və kənd adları ilə mənaca eynidir. XVII əsrdə Tiflis əyalətinin Ağcaqala nahiyəsində Aral tayfasının adı çəkilir. Mənşəcə Afşar tayfasının bir qoludur. Azərbaycanda Aral kəndi (Ağdaş rayonu), qaraqalpaqlarda isə Aral tayfası vardır.
Ağalı
Azərbaycanda tərkibində Ağalı sözü olan aşağıdakı kəndlər mövcudur: Ağalı — Azərbaycanın Ağdaş rayonunda kənd. Ağalıq — Azərbaycanın Şabran rayonunda kənd. Ağalıkənd — Azərbaycanın Biləsuvar rayonunda kənd. Ağalı — Zəngilan rayonunda Azərbaycanın ilk ağıllı kəndi. Birinci Ağalı — Azərbaycanın Zəngilan rayonunda kənd. İkinci Ağalı — Azərbaycanın Zəngilan rayonunda kənd. Üçüncü Ağalı — Azərbaycanın Zəngilan rayonunda kənd. Əhmədağalı — Azərbaycanın Ağdam rayonunda kənd. Xanağalı — Azərbaycanın Bərdə rayonunda kənd. Qasımağalı — Azərbaycanın Gədəbəy rayonunda kənd.
Darğalı (Qəmərli)
Darğalı — İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. 1940-cı illərin əvvəllərində rayondakı Aşağı Darğalı və Yuxarı Darğalı kəndləri birləşdirilərək Darğalı kəndi yaradılmışdır. == Tarixi == === Aşağı Darğalı === Rayon mərkəzindən 3–4 km şərqdə, Gərni çayından axan arxın yanında, Araz çayının yaxınlığında, Yuva kəndinin yaxınlığında yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim monqol dilində "şəhər, qəza, mahal, vilayət hakimi" mə'nasında işlənən darğa sözünə mənsubluq bildirən -lı şəkilçisinin artırılmasından əmələ gəlib "şəhər, qəza, mahal, vilayət hakiminə mənsub kənd" mə’nasını bildirir. "Aşağı" fərqləndirici əlamət bildirir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin l. XII.1949-cu il fərmanı ilə kəndin adı dəyişdirilib Anastasavan (26lardan olan Anastas Mikoyanın şərəfinə), 30. XII.1957-ci il fərmanı ilə yenidən dəyişdirilərək Aygezard qoyulmuşdur.
Darğalı (Urmiya)
Darğalı (fars. دارغالو‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 290 nəfər yaşayır (91 ailə).
Hayar Alxaldi
Hayar Alxaldi (17 mart 1995) — Bəhreynli sprinter. Hayar Alxaldi Bəhreyni 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Hayar Alxaldi birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 100 m məsafəyə qaçış yarışlarında 1-ci təsnifat mərhələsində 11.59 saniyəlik nəticə ilə 1-ci cığırda 6-cı yeri tutdu və mübarizəni dayandırdı.
Ocotea argylei
Ocotea kenyensis (lat. Ocotea kenyensis) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinin ocotea cinsinə aid bitki növü. Efiopiyadan Afrikanın cənub hissələrinə qədər yayılmışdır. Tylostemon kenyensis Chiov. Ocotea argylei Robyns Ocotea gardneri Hutch. & M.B.Moss Ocotea gardneri var. cuneata Lebrun Ocotea viridis Kosterm.
Zaur Darğalı
Zaur Darğalı və ya Zaur Darğallı — 2017–2019-cu illər Kvemo Kartli bölgə qubernatorunun müavini. 2019-cu ilin 19 may tarixində keçirilən seçkilərə əsasən 78,6% səs toplayaraq Marneulinin bələdiyyə sədri seçilib. Zaur Darğalı 4 iyul 1988-ci ildə anadan olub. O, 2005–2009-cu ildə İlia adına Dövlət Universitetinin Kompüter texnologiaları və ingilis dili ixtisası üzrə təhsil alıb, bakalavr dərəcəsi üzrə həmin universiteti bitirib. Azərbaycan, gürcü, rus, ingilis, türk dillərini bilir. Zaur Darğalı 2007–2012-ci illərdə Marneuli Gənclər Mərkəzinin yaranmasında iştirak edib. Həmin proqram çərçivəsində Avrasia İnkişaf Fondu komitəsinin və Marneuli Gənclər Şurasının üzvü olub. O, 2007–2011-ci ilər ərzində Müharibə və Sülh İnstitutu (IWPR), Qafqaz Jurnalistləri Şəbəkəsi, Regional Jurnalistlər Şəbəkəsi, İcma Radiosu, "Timer" qəzeti kimi media təşkilatlarında çalışıb. Zaur Darğalı 2008–2011-ci illərdə Marneuli Gənclər Mərkəzinin layihələr üzrə meneceri vəzifəsini icra edib. Həmçinin 2008–2011-ci illərdə müxtəlif layihələrdə fəal şəkildə iştirak edib, onlardan "Effektiv inteqrasiya naminə, daha yaxşı komunikasiya" (layihə eyni zamanda məcburi köçkün şəxslərlə bağlı məsələləri nəzərdə tuturdu), "Marneuli QHT-ləri inkişaf və əməkdaşlıq forumu" (layihə Marneulidə 12 QHT-nı əhatə edib) və s.
İki arvadlı
İki arvadlı – Şəki rayonunun Qaradağlı kəndində yaradılmış məzəli Azərbaycan rəqsi. Kişilərin ifa etdikləri bu rəqs məzəli xarakter daşımış və satirik planda oynanılarmış.
Arkadi Arzumanyan
Artaşes Nikolayeviç Arzumanyan (5 (17) may 1898, Şuşa – 1985) — erməni mənşəli Azərbaycan SSR xalq artisti (1954). == Həyatı == 17 may 1898-ci ildə Şuşada anadan olmuşdur. Bakı, Xankəndi və Gümrü teatrlarında aktyor kimi fəaliyyət göstərmişdir. Repertuarında Cəfər Cabbarlının "1905-ci ildə" əsərindəki Salamov obrazı xüsusilə məşhur olmuşdur. 1985-ci ildə vəfat edib.
Arkadi Manciyev
Arkadi Naminoviç Manciyev və ya Mancin Arkad (rus. Аркадий Наминович Манджиев, kalm. Манҗин Аркадь, 14 dekabr 1961, Komsomolski[d], Kalmıkiya MSSR[d] – 16 may 2022, Elista) — Kalmıkiyanın pop, rok və folk-müğənni, bəstəkar.
Arkadi Manuçarov
Arkadi Manveloviç Manuçarov (erm. Արկադի Մանվելի Մանուչարով; 22 iyul 1931, Stepanakert – 4 yanvar 2008, Moskva) - Ermənistanda Qarabağ hərəkatının rəhbərlərindən, Xankəndi tikinti materialları kombinatının direktoru və 1988-ci ildə Xankəndi şəhərində yaradılmış Krunk (erm. Կռունկ, azərb. Durna‎) adlı ictimai-siyasi-terror təşkilatın rəhbəri. Manuçarov Dağlıq Qarabağ münaqişəsinin başladığı 1988-ci ildən etibarən Azərbaycana qarşı açıq terror siyasəti aparmış və azərbaycanlıların Dağlıq Qarabağdan və ətraf 7 rayondan qovulmasında xüsusi xidmətlər göstərmişdir. == Həyatı == Arkadi Manveloviç Manuçarov 1931-ci ilin 22 sentyabr tarixində Azərbaycan Sovet Sosialist Respublikasına daxil olan Dağlıq Qarabağ Muxtar Vilayətinin Xankəndi şəhərində anadan olmuşdur. Xankəndi əhərdəki 3 nömrəli orta məktəbdə oxuyub. 1950–1955-ci ildə Moskvada Kuybışev adına Mühəndis-Tikinti institutunda ali təhsil alıb. İlk əmək fəaliyyətinə Rusiya Sovet Federativ Sosialist Respublikasının Çelyabinsk şəhərində mühəndis kimi başlayıb. Manuçarov 1958-ci ildə Xankəndi şəhərinə qayıdıb və şəhərdəki tikinti idarəsində baş mühəndis, 1962-ci ildən isə idarənin rəisi vəzifəsində işləyib.
Arkadi Naydiç
Arkadi Naydiç (alm. Arkadij Naiditsch‎; 25 oktyabr 1985, Riqa) — əvvəllər Latviya, Almaniya və Azərbaycanı təmsil etmiş Bolqarıstan şahmatçısı, qrosmeyster (2001). == Həyatı == 1995-ci ildə 10 yaşadək şahmatçıların Avropa birinciliyində birinci yeri, yeniyetmələr arasında dünya birinciliyində isə 2-ci yeri tutub. 1996-cı ildə Naydiçin ailəsi Riqadan Dortmunda köçür. Sonrakı illərdə bir çox qrosmeyster Arkadi Naydiçlə məşğul olur. 15 yaşında qrosmeyster adını qazanır. 2005-ci ilin əvvəllərində Almaniya vətəndaşı olur. Bir çox turnirlərdə bu ölkəni birinci lövhədə təmsil edib. 2011-ci ildə Almaniyanın Avropa çempionu olmasında böyük rol oynayıb. 1 aprel 2009-cu il tarixində 2700 reytinq balını keçmiş ilk alman şahmatçısı kimi tarixə düşüb.
Arkadi Plastov
Arkadi Aleksandroviç Plastov (rus. Аркадий Александрович Пластов; 31 yanvar 1893 Simbirsk Rusiya; 12 may 1972 Ulyanovsk vilayəti)—Rusiya rəssamı. == Həyatı == Arkadi Aleksandroviç Plastov 31 yanvar 1893-cü ildə Rusiya imperiyasının Simbirsk şəhəri yaxınlığındakı Prislonixa kəndində anadan olmuşdu. O, misilsiz tablolar yaradan dahi bir rəssam idi. Sosializm realizminin ustalarından sayılır. Arkadi Aleksandroviç Plastov 12 may 1972-ci ildə vəfat edib. Ulyanovsk vilayəti Prislonixa kəndində dəfn edilib.
Arkadi Qaydar
Arkadi Petroviç Qaydar (rus. Арка́дий Петро́вич Гайда́р, 9 (22) yanvar 1904, Lqov[d], Kursk quberniyası[d][…] – 26 oktyabr 1941[…], Leplyavo[d], Poltava vilayəti) — Sovet yazıçısı. == Həyatı == Arkadi Qaydar 1904-cü il fevralın 9-da Kursk vilayətinin Lvov şəhərində anadan olmuşdur. On üç yaşlı Arkadi realnı məktəbinin üçüncü sinfində oxuyanda 1917-ci ilin fevral inqilabı baş verdi. O, 14 yaşından könüllü olaraq Qızıl ordu sıralarına daxil olmuş, Kiyevdə komandirlər kursunu bitirdikdən sonra on altı yaşında onu alay komandiri təyin edirlər. Qaydar altı il Qızıl ordu sıralarında xidmət etmişdir. 1923-cü ildə isə bərk xəstələndiyinə görə onu ordudan tərxis edirlər. Ordu sıralarında hərbi xidmətini başa vurduqdan sonra o, ədəbi fəaliyyətlə məşğul olmuşdur. 1925-ci ildə "Kovş" adlı Leninqrad almanaxında ilk povesti – "Məğlubiyyət və qələbə günlərində" çapdan çıxır. 1930-cu ildə gənc nəsil üçün yazdığı "Məktəb" povesti dərhal uşaq və məktəb kitabxanalarında əl-əl gəzir, oxucuların ən sevimli kitablarından birinə çevrilir.
Arkadi Qukasyan
Arkadi Qukasyan (erm. Արկադի Ղուկասյան; 22 iyun 1957, Stepanakert) — Qondarma Dağlıq Qarabağ Respublikasının ikinci prezidenti. 8 sentyabr 1997-ci ildə prezident seçilib və 2002-ci ildə yenidən seçilib, onun prezidentlik müddəti 7 sentyabr 2007-ci il tarixində başa çatdı. == Həyatı == Arkadi Qukasyan 1957-ci ildə Xankəndi şəhərində anadan olmuşdur. 1979-cu ildə İrəvan Dövlət Universitetinin dilçilik fakültəsini bitirmişdir. İşçi karyerasına 1981-ci ildə baş redaktor müavini vəzifəsinə başladığı, "Sovet Dağlıq Qarabağ" qəzetinin müxbiri kimi başlayıb. 1991-ci ildə Qukasyan Dağlıq Qarabağ Respublikasının ilk parlamentinə seçildi. 1992-ci ilin sentyabr ayında Dövlət Müdafiə Komitəsinin sədri təyin olundu və ATƏT-in Azərbaycanla görüşləri zamanı Dağlıq Qarabağın nümayəndə heyətlərinə rəhbərlik etdi. 1993-cü ildən Dağlıq Qarabağın Təhlükəsizlik Şurasına üzv olmuşdur. 1993-cü il iyulun 23-də Dağlıq Qarabağ Respublikasının ilk xarici işlər naziri olmuşdur.
Arkadi Raykin
Arkadi İsaakoviç Raykin (latış. Arkādijs Raikins‎; rus. Аркадий Исаакович Райкин, 11 (24) oktyabr 1911, Riqa – 17 dekabr 1987, Moskva) — sovet teatr və kino aktyoru, SSRİ xalq artisti (1968), Lenin mükafatı laureatı (1980), Sosialist Əməyi Qəhrəmanı (1981). == Həyatı == Arkadi İsaakoviç Raykin 1911-ci il oktyabr ayının 24-də Riqa şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1935-ci ildə Leninqrad (indiki Sankt-Peterburq) Teatr Texnikumunu bitirmişdir. Əvvəllər Leninqrad fəhlə-gənclər teatrında, sonralar Lenin komsomolu adına teatrda, eyni zamanda estradada çıxış etmişdir. 1939-cu ildə Moskvada keçirilən Ümumittifaq estrada artistləri müsabiqəsinin laureatı olmuşdur. 1939-cu ildə Leninqrad Estrada və Miniatür Teatrının artisti, sonradan bədii rəhbəri və quruluşçu rejissoru olmuşdur. 1982-ci ildən teatr Moskvadadır. Raykinin yaradıcılığı üçün zəngin ifadə vasitələri, dərin ictimai kəskinlik, güclü satira səciyyəvidir.
Arkadi Struqatski
Arkadi və Boris Struqatski qardaşları (Arkadi Struqatski d.1925 – ö.1991), (Boris Struqatski 14.4.1933 - 19.11.2012) - Rus yazıçı, == Həyatı == Boris Struqatski 20-ci əsrin ən məşhur sovet və rus yazıçı-fantastlarından biri olub. Qardaşı Arkadi ilə birlikdə o, “Bazar ertəsi şənbə günü başlayır”, “Tanrı olmaq çətindir”, “Yol kənarında piknik” kimi 30-dan çox roman və povest yazıb. Struqatskinin əsərləri dəfələrlə ekranlaşdırılıb. Ən çox tanınan əsəri “Yol kənarında piknik” əsasında 1979-cu ildə Andrey Tarkovskinin çəkdiyi “Stalker” filmi çox məşhurdur. Qardaşının ölümündən sonra Struqatski Vititski ləqəbi altında bir neçə əsəri təkbaşına yazıb. Onun ölümünə səbəb kimi ürəyində olan problemlər göstərilib. Yazıçının 79 yaşı var idi. 2012-ci ilin noyabr ayının 19-da xəstəxana ölüb.
Arkadi Tolbuzin
Aktyor == Həyatı == Arkadi Nikolayeviç Tolbuzin 1 avqust 1920-ci ildə Moskvada anadan olub. Petrozavodsk Teatr Texnikumunda təhsil alıb (1940). Bir çox teatrlarda çalışıb. 1960-cı ildən Kinoaktyor Teatr-Studiyasının aktyoru olub. Rusiyanın əməkdar artisti (1954) Arkadi Tolbuzin 24 mart 1972-ci ildə vəfat edib.
Arkadi Averçenko
Arkadi Timofeyeviç Averçenko (rus. Арка́дий Тимофе́евич Аве́рченко; 15 (27) mart 1880, Sevastopol, Tavriya quberniyası[d] – 12 mart 1925[…]) — Rusiya yazıçısı, satiriki, dramaturqu və teatr tənqidçisi, "Satirikon" (1908–1913) və "Novıy Satirikon" (1913–1918) jurnallarının redaktoru. == Həyatı == Arkadi Timofeyeviç Averçenko 27 mart 1880-ci ildə Sevastopolda yoxsul tacir Timofey Petroviç Averçenkonun və Poltava vilayətindən istefada olan əsgərin qızı Susanna Pavlovna Sofronovanın ailəsində anadan olmuşdur. O, 1905-ci ildən sonra kontorçu kimi işləmiş, 1908-ci ildə "Satirikon"un redaktoru olmuşdur. "Jurnale dlya vsex", "Utre", "Zritele" və digər nəşrlərdə əməkdaşlıq etmişdir. Onun hekayələri ayrı-ayrı kitablar şəklində çap olunmuşdur. Averçenkonun yumoru dayaz, vodevil xarakteri daşıyır, baxmayaraq ki, nadir hallarda o, ictimai satiraya yüksələ bilmişdir. O, inqilab illərində mühacirət etməli olmuşdur. Averçenko Sovet Rusiyasını daim tənqid etmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Колотило М. Н. Толстовский дом.