Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
ARMN
Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Armi
Armi (fr. Armix) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Biryo-le-Qran kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01019. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 20 nəfər təşkil edirdi. == Coğrafiyası == Armi, Yura dağlarında, Amberye-an-Byuje şəhərindən 21 km cənub-şərqdə, dəniz səviyyəsindən 720 m yüksəklikdə yerləşir. == Həmçinin bax == Fransa rayonlarının siyahısı == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Armi ilə əlaqəli mediafayllar var. "Armi" (fransız).
Carmo
Carmo - İraqın Süleymaniyyə şəhəri yaxınlığında, dəniz səviyyəsindən 800 metr yüksəklikdə yerləşən Zaqros dağlarının qərb yamaclarında erkən Neolit dövrünə aid (e.ə. VII minilliyin I yarısı) aid yaşayış məskəni.Carmo qədim yaşayış məskəni İraqın qədim tarix üzrə departamenti tərəfindən aşkar edilmişdir. Arxeoloq R.Breydvudun rəhbərliyi ilə Amerika Birləşmiş Ştatlarının Çikaqo Universitetinin arxeoloji ekspedisiyası burada qazıntılar (1948, 1950-1951, 1954-1955) aparmışdır.. R.Breydvud Carmoda aşkar olunan maddi mədəniyyət nümunələri əsasında ilk dəfə İraq ərazisində Neolit inqilabı prosesini tədqiq etmiş və Yaxın Şərqdə istehsal təsərrüfatının meydana gəlməsi mərkəzlərindən biri olan Zaqros mədəni birliyi haqqında fərziyyə irəli sürmüşdür. Sahəsi təqribən 1,3 hektar olan ərazidə 6-dan 16-yadək mədəni təbəqə aşkar edilmişdir. Məskəndə eyni zamanda 25-ə qədər ev olmuşdur. Çox zaman iri çaydaşından ibarət bünövrə üstündə tikilən divarlar gillə bərkidilmiş yastı saman kərpiclərdən hörülürdü. 5-ci təbəqədə digər evlərdən aralı yerləşən ev 10 kvadrat metr sahəsi olan yaşayış otağından və bir neçə təsərrüfat tikilisindən ibarət idi. Tikililərdən birində bacası olan dairəvi tağlı soba yerləşirdi. Nukleuslar, bıçaqvari lövhələr, çaxmaqdaşı və dəvəgözüdən (obsidan) həndəsi formalarda çoxsaylı mikrolitlər (o cümlədən, üst təbəqələr üçün səciyyəvi olan quraşdırma alətlərin içlikləri) bazalt dəndaşılar, toxmaqlar, oxranın əzilməsi üçün paletkalar aşkar olunmuşdur, yarımkürəvi daş kasalar, yastı oturacaqlı qədəhlər və yastı piyalələr səciyyəvidir.
Ramo
Ramo - İlk bölümü 14 yanvar 2020-ci ildə yayımlanan, rejissoru Çağatay Tosun, ssenari müəllifi Toprak Karaoğlu, Seda Karaoğlu və Birol Tezcan üçlüyü olan türk aksiyon və dram televiziya serialıdır. Serialın baş rol aktyoru Murat Yıldırımın canlandırdığı Ramo realda olan bir insandan təsvir olunmuşdur. 2 sezondan ibarət olan serial 16 aprel 2021-ci ildə yayımlanan 40-cı bölümü ilə sona çatdı. == Mövzu == Seriala adını verən Ramo (Murat Yıldırım) cəsur, ağıllı və haqsızlığa dözməyən quruluşa malikdir. O, ailəsi ilə birlikdə Adanada, Çukurovada illərlə fəhlə işləsə də, bu gün nüfuzlu bir ailənin qeyri-qanuni biznesi ilə məşğuldur. Ailəsinin etirazına baxmayaraq, Ramo üsyan etmək qərarına gəlir. Bununla belə, onunla müdirin qızı Sibel (Esra Bilgiç) arasında cazibə artır. Onun əsas məqsədi atasının ölümünü əmr edən Cihangir (Olgün Şimşek) adlı şəxsə çatmaqdır. Bunun üçün ilk növbədə özünü Adanada sübut etməsi və Cihangirin köməkçisi Yavuzu (Yiğit Özşener) arxasına alması şərtdir. Ailəsi və dostları ilə Adana ilə İstanbul arasında üsyan hekayəsi başlayacaq.
ARO
ARO (Auto Romania üçün qısa) — off-road avtomobil istehsalı üçün Rumıniya zavodudur. İlk avtomobil - IMS-57 - 1957-ci ildə buraxıldı. Avtomobil QAZ-69 əsasında qurulmuşdur. 2006-cı ildə iflas oldu. == Şirkətin tarixi == ARO zavodunun tarixi 1885-ci ildə zavod qurulduqdan sonra başladı, lakin 1899-cu ildə işə son verildi. 1941-1944-cü illər dövründə anbar kimi istifadə edilmişdir. 1945-ci ildən 1950-ci ilə qədər Rumıniya və Sovet qoşunlarının avtomobillərini təmir etmək üçün istifadə edilmişdir. 1953-cü ildə onlar IMS-53 motosikletinin istehsalını qurmağa çalışdılar, amma cəmi 12 ədəd istehsal edildi. 1957-ci ildən etibarən zavod avtomobil hissələri - mühərrikləri və dişli qutuları istehsal etməyə başlayıb, eyni ildən etibarən IMS 57, M 59, ARO M 461 avtomobillərinin istehsalı başlayıb. Zavodun bütün həyatı boyu təxminən 380 min avtomobil istehsal etmişdir.
Antonen Arto
Antonen Arto (4 sentyabr 1896[…], Marsel, Buş-dü-Ron, Fransa – 4 mart 1948[…], Paris və ya İvri-sür-Sen) — "Qəddarlıq" və ya "kryuotik teatr" konsepsiyasının müəllifi teatr dilinin novatoru hesab olunur. Fransız yazıçısı, şair, dramaturq, kinossenarist, rejissor və teatr nəzəriyyəçisi A. Artonun tanınmış "Teatr və onun oxşarı" (1938) adlı əsərində "Qəddarlıq teatr"ının iki manifestini elan olunur. Burada o, magiya və dini ayinlərə qayıdış hesab"Qəddarlıq" və ya "kryuotik teatr" konsepsiyasının müəllifi Antonen Arto (1896–1948) teatr dilinin novatoru hesab olunur. Fransız yazıçısı, şair, dramaturq, kinossenarist, rejissor və teatr nəzəriyyəçisi A. Artonun tanınmış "Teatr və onun oxşarı" (1938) adlı əsərində "Qəddarlıq teatr"ının iki manifestini elan olunur. == Həyatı == Marsel şəhərində doğulmuşdu. Dörd yaşı olanda minenqitə tutuldu ki, bunun nəticəsində bütün ömrü boyu psixoloji xəstəlikdən əziyyət çəkdi. İlk ədəbi yazılarını, şerlərini erkən gəncliyində yazan Arto 1914-cü ildə böyük bir depressiya keçirdi və yazdıqlarının hamısını yandırdı. Şeirlərində Edqar Ponun, Andre Bretonun təsirləri hiss olunurdu. Onun işləri uğursuzluqla nəticələnirdi. Arto özü də çox ziddiyyətli adam idi.
Arno Breker
Arno Breker (ing. Arno Breker; 19 iyul 1900[…] – 13 fevral 1991[…], Düsseldorf) — alman heykəltaraşı, qrafik və memar. Faşist Almaniyasında ictimai əsərləri ilə tanınan ən yaxşı alman memarı və heykəltaraş idi. == Həyatı == Heykəltəraş olan qardaşı Hansla (1906–93) birlikdə atasından (daşyonan) dərs almış, sonra Düsseldorf Rəssamlıq Akademiyasında (1920–25) oxumuşdur. 1927–33-cü illərdə Parisdə işləmişdir; yaradıcılığına O. Rodenin təsiri olmuş, K. Brınkuşi, E.A. Burdel, A. Mayol, J. Kokto və b. ilə dostluq etmişdir. 1933-cü ildə İtaliyada olmuş, antik heykəltaraşlığı və Mikelancelo yaradıcılığını öyrənmişdir. V.K. Rentgen (Remşaydda, 1930) və H. Heynenin (eskiz 1932, 1982-ci ildə Düsseldorfda qoyulmuşdur) abidələrinin müəllifidir. == Fəaliyyəti == 1936-cı ildə Berlində Olimpiya stadionu üçün heykəllər işləmişdir. Breker Üçüncü reyx incəsənətinin əsas fiqurlarından olmuşdur.
Arno Danjua
Arno Danjua (fr. Arnaud Denjoy;5 yanvar 1884[…] – 21 yanvar 1974[…], Paris) — fransız riyaziyyatçısı,Fransa Elmlər Akademiyasının Prezidenti (1962) == Həyatı və təhsili == Arno Danjua 5 may 1884-cü ildə Oş,dep-t Jerdə anadan olmuşdur. Paris Ali normal məktəbi bitirmişdir. === Vəfatı === 21 fevral 1974-cü ildə Paris şəhərində vəfat etmişdir. == Fəaliyyəti == === Pedaqoji fəaliyyəti === Monpelye (1909-1917), Utrexta (1917-19), Strasburq (1919-22) və Paris (1922-25) universitetlərində dərs demişdir. Paris Univeristetinin professoru olub. === Elmi fəaliyyəti === Əsas elmi işləri həqiqi və kompleks dəyişənli funksiyası nəzəriyyəsi, kvazi-analitik funksiyalar, topologiya, çoxluqların deskriptiv nəzəriyyəsinə aiddir. Analiz məsələlərinin həlli üçün həm topoloji, həm də metrik üsullardan istifadə etmişdir. İnteqral anlayışının ümumiləşdirilmələrindən biri Danjuanın adı ilə bağlıdır.
Arno Nordin
Arno Nordin (17 iyun 1998, Paris, Fransa) — Liqa 1 təmsilçilərindən olan Sent-Etyen AS klubunda hücumçu kimi çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == === Sent-Etyen === Nordin Sent-Etyen AS akademiyası vasitəsilə inkişaf etmişdir. O, Liqa 1-də debütünü Sent-Etyen klubu ilə 25 sentyabr 2016-cı ildə Lill klubuna qarşı oyunda etmişdir. == Şəxsi həyatı == Nordin Fransada anadan olmuşdur. Valideynləri isə Martinika vətəndaşlarıdır.
Qarmo dağı
Qarmo dağı və ya Qarmo zirvəsi (tac. Қуллаи Гармо, Qullai Garmo; rus. пик Гармо, pik Garmo) — Tacikistanın Dağlıq Badaxşan muxtar dairəsində yerləşən, Pamir dağlarının bir hissəsi olan dağ. Dağın hündürlüyünün 6.595 və 6.602 metr arasında olduğu təxmin edilir.Dağda bir neçə buzlaq yerləşir, ən böyük buzlağı Fedçenko buzlağıdır. Fedçenko buzlağı dünyada qütblərdəki buzlaqlar istisna edildikdə, ən uzun buzlaqdır. Bu buzlaq şərqə doğru axmaqdadır. Dağa ən yaxın yaşayış məskəni Poymazorda, dağın 50 km cənubunda, dəniz səviyyəsindən 2.785 metr yüksəklikdədir. (38° 39' 10 Şm, 71° 58' 2 Ş)Dağın dəqiq hündürlüyü məlum deyil. Qəbul edilmiş konsesusa əsasən dağın hündürlüyü 6.595 metr kimi qəbul olunur. 1973-cü ildə "American Alpine Journal" jurnalında dağın hündürlüyü 6.615 metr verilmişdir.
Bernar Arno
Bernar Arno, 5 mart 1949-cu ildə Rube şəhərində anadan olub, fransız sahibkar və milyarder LVMH lüks qrupunun baş direktorudur. Daşınmaz əmlakın inkişafına yönəltdiyi tikinti şirkətinin varisi, o, Fransa dövlətindən subsidiyalar alaraq ''Boussac'' qrupunu satın aldı . O, ''Christian Dior'' və ''Le Bon Marché''-ni saxladı və ''Boussac''-ın digər fəaliyyətlərindən ayrıldı. 1989-cu ildə LVMH lüks qrupunun əsas səhmdarı, sədri və baş direktoru oldu. O, LVMH-ni stratejik satın almalar yolu ilə inkişaf etdirərək qrupu lüks sənayedə dünya lideri etdi. Həmçinin Le Parisien, Radio Classique və Les Échos kimi fransız mediasının sahibkarıdır. Bernar Arno və ailəsinin sərvəti 2022-ci ildə Challenges jurnalı tərəfindən 149 milliards avro hesab eddi. 2019-cu ildən bəri Avropanın ən böyük sərvəti kimi sıralanır , o, 2022-ci ilin dekabrından Forbes milyarderlərinin dünya reytinqində birinci yeri tutur . == Şəxsi vəziyyəti == === Milli Kimliyi === Bernar Jon Etiyen Arno Rubedə, Nord departamentində 5 mart 1949-cu ildə anadan olub. Varlı ailənin uşağı , Bernard Arno burjua təhsilindən bəhrələnirdi o cümlədən - fortepiano, atçılıq və tennis öyrənirdi .
Amo Sagiyan
Amo Sagiyan (erm. Համո Սահյան, əsl adı Amayak Saakoviç Qriqoryan; 14 aprel 1914, Lor, Zəngəzur qəzası – 17 iyul 1993, İrəvan) — sovet və erməni şairi. == Həyatı == 14 aprel 1914-cü ildə Rusiya imperiyasının Lor kəndində kəndli ailəsində anadan olmuşdur. Vətənində ibtidai təhsili aldıqdan sonra orta təhsilini Bakıda aldı, Böyük Vətən Müharibəsindən əvvəl isə Bakı Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) linqvistika şöbəsini bitirdi. 1939-1941-ci illərdə Bakıda "Sovet yazıçısı" jurnalında ədəbiyyatçı kimi çalışmışdır. Müharibə iştirakçısı olan Amo Sagiyan Xəzər flotiliyasında xidmət etmişdir. Müharibədən sonra erməni yazıçısı Stefan Zoryanın dəvəti ilə İrəvana gəldi və bir müddət onun evində yaşadı. Ömrünün sonuna qədər İrəvanda yaşayıb işlədi. 1946-cı ildə Sovet İttifaqı Kommunist Partiyası üzvü oldu. 17 iyul 1993-cü ildə İrəvanda vəfat etdi.
Armi-Rana əyrisi
Armi-Rana əyrisi (ing. Armey-Rahn curve, BARS curve, Rahn curve) — dövlət xərclərinin ÜDM-dəki payındakı artımın ÜDM artımının sürətlənməsindən və optimal nöqtəyə çatdıqdan sonra (Skalli nöqtəsi) yavaşlamasına asılılığı. Asılılıq 1993-cü ildə Robert Barro, 1995-ci ildə Riçard Armi, 1996-cı ildə Riçard Rana və 1994-cü ildə Jerald Skallinin əsərlərində təklif olunur в 1996 году и Джеральдом Скалли. == Tarixi == Bağımlılıq 1993-cü ildə Robert Barro, 1995-ci ildə Riçard Armie, 1996-cı ildə Riçard Rana və 1994-cü ildə Jerald Skalli tərəfindən təklif olunur. == Asılılığın mahiyyəti == Armi-Rana əyrisi, dövlət xərclərinin ÜDM-dəki payındakı artımın ÜDM artımının sürətlənməsindən və optimallıq nöqtəsinə (Skalli nöqtəsi) çatdıqdan sonra yavaşlamasına asılılığı kimi. Armi-Rana əyrisində, ÜDM-də dövlət xərclərinin payı ( g = G / X {\displaystyle g=G/X} ) ölkənin iqtisadi böyüməsi ilə birlikdə böyüyür ( Δ X / X {\displaystyle \Delta X/X} ) - Skalli nöqtəsinə - g ∗ {\displaystyle g^{*}} (maksimum böyümə) və sonra azalır. == Tənqid == Uzun müddətdir ki, elmi ictimaiyyətdə dövlət xərclərinin payının hansı səviyyədə icazə verilən maksimum sayılması barədə müzakirələr aparılır. Beləliklə, amerikalı iqtisadçı J. Skalli öz işində ABŞ üçün ÜDM-in 23% -i səviyyəsində dövlət sektorunun optimal ölçüsünü müəyyənləşdirmişdir, 2003-cü ildə ABŞ-da ÜDM-də dövlət xərclərinin payı 35,7%, AB-də isə 47,6% olmuşdur. Bununla birlikdə, tənqidçilər Armie-Rahn əyrisinin qurulmasının müəyyən çətinliklər yaratdığını və Skalli nöqtə dəyərlərinin özlərində məhdudiyyətlər olduğunu qeyd edirlər: hər ölkənin öz fərdi optimal nöqtələrini yaradan öz büdcə siyasətləri rejimi vardır; dövlət xərclərinin ÜDM-dəki payının göstəricisi birmənalı deyil (bəzən yalnız federal dövlət xərcləri qiymətləndirilir, bəzən - regional və bələdiyyə orqanlarının xərcləri daxil olmaqla ümumi dövlət xərcləri); dövlət xərclərinin artması əksər hallarda büdcə kəsirinin artması ilə əlaqələndirilir ki, bu da öz növbəsində yenidən maliyyələşdirmə faizinin artmasına və iş fəaliyyətinin soyumasına səbəb olur (bu, dövlət xərclərinin artımının ciddi şəkildə məhdudlaşdırılmasını tələb edir); dövlət xərclərinin ÜDM-dəki payının göstəricisi büdcə xərclərinin strukturunu nəzərə almır (büdcə ödənişlərinin müxtəlif maddələri * dövlət sərmayələrinin gəliri baxımından fərqli effektivliyə və bütövlükdə iqtisadiyyata stimullaşdırıcı (çarpan) təsir göstərir).Beləliklə, Armi-Rana əyrisinin praktik tətbiqi olduqca məhduddur və bütün kəmiyyət qiymətləndirmələri ciddi şərh tələb edir.
Arqo (film, 2012)
Arqo — 2012-ci ildə ABŞ-də ekranlaşdırılmış siyasi triller. Filmin rejissoru Ben Afflekdir. Filmin ssenarisi Toni Mendezin "The Master of Disguise" və Coşua Biermenin "Wired" jurnalında çıxmış "The Great Escape" məqaləsindən götürülmüşdür. Filmdə əsas rolda Ben Afflek, Mendez rolunu canlandırır, ondan əlavə isə Alan Arkin, Brayan Krenston və Con Qudman da filmdə yer alıblar. Filmin prodüserləri Ben Afflek, Qrant Heslov və Corc Klunidir. Film 85-ci Akademiya Mükafatı üzrə yeddi nominasiya alıb və üçündə laureat olub. Bu laureatların arasında Ən yaxşı film də var. Bundan əlavə beş Qızıl Qlobus mükafatına da nominasiya olmuş və bunlardan ikisini qazanmışdır. == Filmin xülasəsi == 4 noyabr 1979-cu ildə İran aktivistləri İran İslam İnqilabı zamanı ABŞ prezidenti Cimmi Karterin Şaha sığınacaq verdiyinə görə İrandakı ABŞ səfirliyinə hücum edirlər. Əllidən çox səfirlik işçisi girov götürülür, lakin altı işçi ordan qaçmağa nail olurlar və Kanada səfirliyində sığınırlar.
Jan-Filipp Ramo
Jan-Filipp Ramo (fr. Jean-Philippe Rameau; 25 sentyabr 1683[…], Dijon, Fransa krallığı – 12 sentyabr 1764[…], Paris, Fransa krallığı) — Fransalı bəstakar.
Kot-d’Armor
Kot-d’Armor (fr. Côtes-d’Armor, bret. Aodoù-an-Arvor, hərfən «dəniz sahili») — Fransa qərbində, Bretan regionun departamentlərindən biri. Sıra nömrəsi — 22. İnzibati mərkəzi (Prefektura departamenti) — Sen-Briyö. Əhalisi — 612383 nəfər (departamentlər arasında 41-ci, məlumatlar 2010). Keçmişdə Kot-dü-Nor (Côtes-du-Nord) adlandırılıbdır. == Coğrafiya == Ərazisi — 6878 km². Bretan yarımadasının şimalında yerləşən departament İngilis Kanalı tərəfindən yuyulur. == Tarixi == Kot-d’Armor — 1790-cı ilin martında Fransız İnqilabı dövründə meydana gələn ilk 83 departamentdən biridir.
Peter Nikolay Arbo
Peter Nikolay Arbo (norv. Peter Nicolai Arbo; 18 iyun 1831[…] – 14 oktyabr 1892[…], Kristianiya[d]) — Norveç rəssamı. O, Norveç tarixindən olan rəsm əsərləri və skandinav mifologiyasından şəkillər üzrə ixtisaslaşmışdı. Onun ən tanınmış əsəri Vəhşi ov və Valkiriya mövzuları əsasında yağlı boya ilə çəkilmiş "Odinin Vəhşi ovu" rəsm əsəridir. == Həyatı == Peter Nikolay Arbo 18 iyul 1831-ci ildə Norveçin Drammen şəhərinin Skoger borosunda anadan olmuşdur. O, məktəb direktoru olan Kristian Fredrik Arbo (1791–1868) və onun həyat yoldaşı Mari Kristian fon Rozenin oğlu idi. Onun qardaşı Karl Oskar Oygen hərbi həkim və Norveç antropologiya elmlərinin pionerlərindən biri idi. Arbonun uşaqlıq evi olan Qulskogen 1804-cü ildə yay iqamətgahı kimi tikilmişdir.Arbo incəsənət təhsilinə Frederik Ferdinand Helsted (1809–1875) tərəfindən idarə olunan və Kopenhagen şəhərində yerləşən İncəsənət Məktəbində start vermişdir. Bundan sonra o, Düsseldorf şəhərində yerləşən bir incəsənət akademiyasında təhsilini davam etdirmişdir. O, 1853-cü ildən 1855-ci ilə qədər Karl Ferdinand Sohnun müəllimliyi ilə Düsseldorf İncəsənət Akademiyasında, 1857-ci ildən 1858-ci ilə qədər Emil Hüntenin müəllimliyi ilə təhsil almışdır.
ARM Cortex-A12
ARM Cortex-A12 — İlk dəfə 2013-cü ilin yayında təqdim edildi, [2] orta seqment üçün yerləşdirildi. Keş koherens dəstəyi ilə 4 nüvəyə qədər çox nüvəli konfiqurasiyalarda istifadə edilə bilən lisenziyalı 32 bit prosessor nüvəsidir . 2014-cü ilin əvvəlində A12-nin varisi ARM Cortex-A17 nüvəsi idi . İkinci versiyadan başlayaraq, A12 və A17 arasındakı fərq o dərəcədə azaldı ki, ARM A12 adını buraxdı və hər iki nüvə üçün A17 təyinatını istifadə etməyə başladı. == Xüsusiyyətləri == ARM əmin etdi ki, Cortex-A12 nüvəsi Cortex-A9 nüvəsindən 40% daha yüksək tipik performansa malikdir . Cortex-A9 ilə müqayisədə bu nüvə hardware virtualizasiyası və 40 bitlik Böyük Fiziki Ünvan Genişləndirilməsi (LPAE) üçün dəstək əlavə edir. Nüvə enerjiyə qənaət edən Cortex-A7 nüvələri ilə birlikdə big. LITTLE sxeminə uyğun olaraq istifadə edilə bilər . ==== Cortex-A12 nüvəsinin əsas xüsusiyyətlər ==== sıradan çıxmış spekulyativ superskalar təlimatın icrası, Dhrystone sintetik benchmark səmərəliliyi 3.00 DMIPS / MHz / nüvəyə çatır. NEON vektor təlimatları.
ARM Cortex-A17
ARM Cortex-A17 — ARM Holdings tərəfindən lisenziyalaşdırılmış ARMv7-A arxitekturasını həyata keçirən 32 bitlik prosessor nüvəsidir. Dördə dək keş-koherent nüvəni təmin etməklə, Cortex-A9- un varisi kimi xidmət edir və əvvəlki ARM Cortex-A12 spesifikasiyalarını əvəz edir. ARM iddia edir ki, Cortex-A17 nüvəsi Cortex-A9 nüvəsindən 60% daha yüksək performans təmin edir və eyni iş yükü altında enerji istehlakını 20% azaldır. ARM, 2014-cü ilin əvvəlində A12 nüvəsinin ikinci reviziyasından sonra Cortex-A12-nin adını Cortex-A17 variantına dəyişdirdi, çünki bu ikisi performans baxımından fərqlənməz idi və A17-də mövcud olan bütün xüsusiyyətlər A12-də təkmilləşdirmələr kimi istifadə edilmişdir. Cortex-A17 spesifikasiyasının Cortex-A9 spesifikasiyasında tapılmayan yeni xüsusiyyətləri, Cortex-A7 və Cortex-A15-i də əhatə edən üçüncü nəsil ARM Cortex-A-dan təkmilləşdirmələrdir. == Xüsusiyyətləri == Avadanlığın virtuallaşdırılması və 40 bitlik Böyük Fiziki Ünvan Genişləndirilməsi (LPAE) ünvanlanması. big.LITTLE arxitekturasına dəstək verən tam sistem uyğunluğu. NEON vahidi, üzən nöqtə məlumatı və SIMD emalı üçün. 10-12 mərhələli daha dərin tam ədəd təlimat boru kəməri.
ARM Cortex-A34
ARM Cortex-A34 — ARM Ltd tərəfindən hazırlanmış ARMv8.2-A 64 bit-lik təlimat dəstini həyata keçirən aşağı güclü mərkəzi prosessordur .
ARM Cortex-A5
ARM Cortex-A5 — 2009-cu ilin sonunda ortalarında yaradılmışdır. ARM Holdings tərəfindən hazırlanmış və ARM v7-A təlimat dəsti arxitekturasını həyata keçirən mikroprosessor nüvəsidir. Cortex-A5 aşağı gücə malik əməliyyat sistemlərində yüksək səviyyəli virtual yaddaşın idarə edilməsini tələb edən proqramlar üçün nəzərdə tutulmuşdur. Prosessor geniş çeşidli cihazlar arasında yayılmışdır: smartfon və mobil telefonlardan tutmuş sənaye qurğularına qədər. == Xüsusiyyətləri == Kernel büdcə cihazları üçün ARM9 və ARM11 nüvələrini əvəz etmək üçün nəzərdə tutulub. Bu nüvələrlə müqayisədə Cortex-A5 daha yeni təlimat dəstinə malikdir (ARM9-da v4/v5 əvəzinə ARM v7 və ARM11-də v6) həmçinin VFPv4 və NEON genişləndirmələrini dəstəkləyə bilər. A5 nüvəsi müasir A8 və A9 nüvələri ilə uyğun gəlir və bu, OS və proqramları işə salmağa imkan verir: Android , Windows Embedded , Symbian , Ubuntu ; Adobe Flash , Java SE , JavaFX ==== Əsas xüsusiyyətləri ==== Yenidən sıralanmadan (sifarişlə) hər vuruş üçün birdən çox əmr icra üçün işə salınmır. Konveyer 8 pilləli uzunluqdadır. İsteğe bağlı olaraq, nüvəyə daxil ola bilər. NEON vektor uzantısı.
ARM Cortex-A53
ARM Cortex-A53 — 2012-ci ilin 30 oktyabrında istehsal edilib. Cortex-A57 ilə birlikdə ARM Holdings -in Cambridge dizayn mərkəzi tərəfindən hazırlanmış ARMv8-A 64-bit təlimat dəstini həyata keçirən ilk iki mərkəzi prosessordan biridir . Cortex-A53, bəzi təlimatları ikiqat buraxmağa qadir olan 2 geniş deşifrəli superskalar prosessordur . ARM tərəfindən daha güclü Cortex-A57 mikroarxitekturasına müstəqil, daha enerjiyə qənaət edən alternativ və ya daha güclü mikroarxitektura ilə birlikdə istifadə edilmək üçün satılır. == Xüsusiyyətləri == 2 yollu superscalar , ardıcıl icra boru kəməri ilə 8 mərhələli boru kəmərli prosessor. DSP və NEON SIMD genişləndirmələri hər nüvə üçün məcburidir. Bortda VFPv4 Üzən Nöqtə Vahidi (hər nüvə üçün). Avadanlığın virtualizasiyasına dəstək. TrustZone təhlükəsizlik uzantıları. 64 baytlıq keş xətləri.
ARM Cortex-A55
ARM Cortex-A55 — ARM Holdings -in Cambridge dizayn mərkəzi tərəfindən hazırlanmış ARMv8.2-A 64-bit təlimat dəstini həyata keçirən mərkəzi prosessordur . == Xüsusiyyətləri == Cortex-A55, A53 ilə müqayisədə performansı və enerji səmərəliliyini artırmaq üçün nəzərdə tutulmuş ARM Cortex-A53 -ün varisi kimi xidmət edir . ARM, A55-in A53-ə nisbətən 15% təkmilləşdirilmiş enerji səmərəliliyinə və 18% artan performansa malik olduğunu bildirir. Yaddaş girişi və filial proqnozu da A53 ilə müqayisədə təkmilləşdirilmişdir. Cortex -A75 və Cortex-A55 nüvələri ARM-in DynamIQ texnologiyasını dəstəkləyən ilk məhsullardır . Big. LITTLE- ın davamçısı olan bu texnologiya çox nüvəli məhsulların layihələndirilməsi zamanı daha çevik və miqyaslana bilən olmaq üçün nəzərdə tutulmuşdur. ==== Əsas xüsusiyyətləri ==== Cortex-A55, Intel Agilex D seriyalı SoC FPGA cihazlarında Little-core kimi istifadə olunur. Rockchip RK3566/RK3568, RK3588. Amlogic S905X3, S905X4, A113D2, T962X2, T968X2, T962D2.
ARM Cortex-A57
ARM Cortex-A57 — ARM Holdings tərəfindən hazırlanmış ARMv8-A 64 bitlik təlimat dəstini həyata keçirən mərkəzi prosessordur . Lisenziya sahibləri üçün SIP nüvəsi kimi mövcuddur və onun dizaynı digər SIP nüvələri ilə (məsələn, GPU , displey nəzarətçisi , DSP , görüntü prosessoru və s. Bir çipdə (SoC) sistemi təşkil edən bir kalıpa inteqrasiya etmək üçün əlverişli edir. == Xüsusiyyətləri == 2014-cü ilin yanvarında AMD Opteron A1100-u elan etdi. Serverlər üçün nəzərdə tutulmuş A1100 dörd və ya səkkiz Cortex-A57 nüvəsinə, 128 GiB-ə qədər DDR3 və ya DDR4 RAM dəstəyinə, səkkiz zolaqlı PCIe nəzarətçisinə, səkkiz SATA (6 Gbit/s) porta və iki 10 Gigabit Ethernet portuna malikdir. A1100 seriyası dörd və səkkiz əsas versiya ilə 2016-cı ilin yanvarında buraxıldı. Qualcomm -un 2014-cü rübün 4-cü rübünün nümunəsi üçün təqdim edilən ilk təklifi Snapdragon 810 idi. O, böyük. LITTLE konfiqurasiyada dörd Cortex-A57 və dörd Cortex-A53 nüvəsindən ibarətdir . Samsung həmçinin Cortex-A57 əsaslı SoC -ləri təqdim edir, birincisi 2014-cü ilin 4-cü rübündən nümunə götürmək üçün mövcud olan Exynos Octa 5433 idi.
ARM Cortex-A72
ARM Cortex-A72 — ARM Holdings -in Austin dizayn mərkəzi tərəfindən hazırlanmış ARMv8-A 64-bit təlimat dəstini həyata keçirən mərkəzi prosessordur . Lisenziya sahibləri üçün SIP nüvəsi kimi mövcuddur və onun dizaynı onu digər SIP nüvələri ilə (məsələn, GPU , displey nəzarətçisi , DSP , görüntü prosessoru və s.) çip üzərində sistem təşkil edən bir kalıpa inteqrasiya etmək üçün əlverişli edir. Cortex-A72, 2015-ci ildə Cortex-A57- nin varisi kimi xidmət etmək üçün elan edildi və 20% daha az enerji istifadə etmək və ya 90% daha yüksək performans təklif etmək üçün hazırlanmışdır. == Xüsusiyyətləri == Dərin sıradan çıxmış , spekulyativ problemli 3 tərəfli superskalyar icra boru kəməri ilə boru xəttli prosessor. DSP və NEON SIMD genişləndirmələri hər nüvə üçün məcburidir. Bortda VFPv4 Üzən Nöqtə Vahidi (hər nüvə üçün). Avadanlığın virtualizasiyasına dəstək. Thumb-2 təlimat dəstinin kodlaşdırılması performansa az təsir etməklə 32 bitlik proqramların ölçüsünü azaldır. TrustZone təhlükəsizlik uzantıları. Təlimatların icrasını maneəsiz izləmək üçün Proqram Trace Macrocell və CoreSight Design Kit.
ADMP
Azərbaycan Demokratik Maarifçilik Partiyası və ya qısaca ADMP — Məmmədhənifə Musayev tərəfindən qurulan və 1995-ci il avqustun 4-də dövlət qeydiyyatına alınan siyasi partiya. ADMP 1995–2000-ci illərdə və 2015-ci ildən Milli Məclisdə təmsil olunur. ADMP sədri 1995–2004-cü illərdə Məmmədhənifə Musayev olub, 2004-cü ildən isə sədr onun oğlu Elşən Musayevdir. == Tarixi == Məmmədhənifə Musayevin qurucusu olduğu Azərbaycan Demokratik Maarifçilik Partiyası (ADMP) 1995-ci il avqustun 4-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındı. Yeni qurulan ADMP üç ay sonra, 1995-ci ildə baş tutan Parlament seçimlərində mübarizə apardı. Nəticədə ADMP üzvü v ə partiya katibi Babaxan Muradov qalib gəldi və Milli Məclisin deputatı seçildi. Daha sonra ADMP 2000-ci il noyabrın 11-də baş tutan Parlament seçimlərində mübarizə apardı, amma Milli Məclisdə təmsil olunmaq hüququ qazana bilmədi. ADMP sədri Məmmədhənifə Musayevin 2004-cü ildə vəfat etməsindən sonra onun oğlu, Elşən Musayev ADMP sədri oldu. ADMP 2005-ci il noyabrın 6-da baş tutan Parlament seçimlərində mübarizə apardı, amma növbəti dəfə Milli Məclisdə təmsil olunmaq hüququ qazana bilmədi. Daha sonra ADMP 2010-cu il noyabrın 7-də baş tutan Parlament seçimlərində də mübarizə apardı.
AdMob
Admob- Amerikan kompanyasıdır. Bu kompaniya mobil reklam üzrə ixtisaslaşır və Koliforniya ştatının San Mateo şəhərində yerləşmişdir. Şirkəti 2006-ci ildə Omar Xamoui (Omar Hamoui) təsis etmiş,məqsədi internətə keçidi olan telefonlarda reklamın təsvir edilməsi və genişləndirilməsi. 9 noyabr 2009-cu ilde məlum olmuşdur ki,Google kompanyası Admob kompaniyasını 750 milyon dollara almış, ödənişin 530 milyon dollarını şəxsi aksiyalar, 220 milyon dollarını isə nağd pulla etmişdir. Google kompaniyası press-relizdə öz alışı məqsədini bele şərh etmişdir ki, Admob veb saytlarda və mobil telefon proqramlarının reklam sahəsində böyük təcrübəyə malikdir.
Ammi
Dişqurtlayan (lat. Ammi) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi.
Ammon
Amon və yaxud Ammon, Amoun, Amun, Amen — qədim Misir dini-əfsanəsinə görə külək və bərəkət (məhsuldarlıq) tanrısı (ilahisi). Bu tanrı (allah) (ilahi) Ra — nın əlavə adı Ameni ilə səhv salınmamalıdır. == Mənşəyi == İlk olaraq Misirin mərkəzi əyalətində Amon tanrı kimi qəbul edilmişdir. XI sülalə dövründə Teben şəhərində əyalət tanrısı qəbul olunurdu. Hermontis ailəsi ölkə daxili çəkişməni öz xeyrinə həll etdikdən sonra Tebeni legitimləşdirir. XII sülalə düvründə yeni paytaxt Teben şimala köçürülür. Bundan sonra firon I Senusert Amon məbədi tikdirir. == Təsviri == Amon Amarna dövründən qabaq taclı və əsalı insan obrazında təsvir olunmuşdur. Ammarnadan sonrakı dövrdə isə mavi rəngdə olan tovuz quşu lələyindən ibarət olan qoşa tacla təsvir edilmişdir. Mavi dəri küləyi və yaranışı, lap qədim xalq inacına görə qoçu tərənnüm edirdi.
Amol
Amül, Amul və ya Amol — İran İslam Respublikasının Mazandaran ostanının şəhərlərindən və Amül şəhristanının mərkəzi. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 197,470 nəfər və 55,183 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti mazandaranlılardan ibarətdir və Mazandaran dilində danışırlar.
Amon
Amon və yaxud Ammon, Amoun, Amun, Amen — qədim Misir dini-əfsanəsinə görə külək və bərəkət (məhsuldarlıq) tanrısı (ilahisi). Bu tanrı (allah) (ilahi) Ra — nın əlavə adı Ameni ilə səhv salınmamalıdır. == Mənşəyi == İlk olaraq Misirin mərkəzi əyalətində Amon tanrı kimi qəbul edilmişdir. XI sülalə dövründə Teben şəhərində əyalət tanrısı qəbul olunurdu. Hermontis ailəsi ölkə daxili çəkişməni öz xeyrinə həll etdikdən sonra Tebeni legitimləşdirir. XII sülalə düvründə yeni paytaxt Teben şimala köçürülür. Bundan sonra firon I Senusert Amon məbədi tikdirir. == Təsviri == Amon Amarna dövründən qabaq taclı və əsalı insan obrazında təsvir olunmuşdur. Ammarnadan sonrakı dövrdə isə mavi rəngdə olan tovuz quşu lələyindən ibarət olan qoşa tacla təsvir edilmişdir. Mavi dəri küləyi və yaranışı, lap qədim xalq inacına görə qoçu tərənnüm edirdi.
Amoç
Amoç (erm. Ամոջ) — Ermənistan Respublikasının Loru mərzində kənd. Rusiya imperiyası zamanına aid rəsmi sənədlərdə kəndin adı həmçinin Amvoç və Amaca kimi də qeyd edilir. 7 noyabr 1995–ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995–ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanunu" na əsasən Odzun kəndi ilə birlikdə "Odzun bələdiyyəsi"ni (erm. Օձուն համայնքի) təşkil edir. 12 – 21 oktyabr 2011–ci il siyahıyaalınmasına əsasən kəndin (de–yuri) daimi əhalisi 157 nəfərdir.
Amöb
Amoeba , Amoebae ailəsinə aid birhüceyrəli amöboidlər cinsidir . Cinsin tip növü sinif otaqlarında və laboratoriyalarda geniş şəkildə öyrənilən ümumi şirin su orqanizmi Amoeba proteusdur . == Tarix və təsnifat == Amoebaya bənzəyən orqanizmin ilk qeydi 1755-ci ildə kəşfini Yunan mifologiyasının formasını dəyişdirən dəniz tanrısı Proteusun şərəfinə " der kleine Proteus " ("kiçik Proteus") adlandıran Avqust İohan Rösel von Rosenhof tərəfindən hazırlanmışdır. Röselin illüstrasiyaları hazırda Amoeba proteus kimi tanınan canlıya bənzər bir canlını göstərsə də, onun "kiçik Proteus"unu heç bir müasir növlə eyniləşdirmək mümkün deyil . "Proteus animalcule " termini 18-ci və 19-cu əsrlər boyu hər hansı böyük, sərbəst yaşayan amoeboid üçün qeyri-rəsmi ad kimi istifadədə qaldı. 1758-ci ildə, görünür, Röselin "Proteus"unu özü üçün görmədən, Karl Linney orqanizmi Volvox adı altında öz təsnifat sisteminə daxil etdi . Bununla belə, Volvox adı artıq bayraqlı yosunlar cinsinə aid edildi . 1786-cı ildə Danimarka təbiətşünası Otto Müller Proteus diffluens adlandırdığı bir növü təsvir etdi və təsvir etdi , ehtimal ki, bu gün Amoeba proteus kimi tanınan orqanizm idi . "Dəyişiklik" mənasını verən yunan amoibè ( ἀμοιβή) dən olan Amiba cinsi 1822-ci ildə Bori de Saint-Vinsent tərəfindən qurulmuşdur . 1830-cu ildə alman təbiətşünası CG Ehrenberg mikroskopik canlıların öz təsnifatında bu cinsi qəbul etdi, lakin o öz təsnifatında " Amöba " olaraq qeyd etdi.