Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
AHDQ
Azərbaycan Hərbi Dəniz Qüvvələri — 1919-cu ilin avqustunda ingilislər Azərbaycanı tərk etdikdən sonra formalaşmağa başlamış Azərbaycan Silahlı Qüvvələrinin xüsusi qoşun növü. 1919-cu ilin sonlarında Baş Qərargahın nəzdində 6 ştat vahidindən ibarət xüsusi hərbi dəniz şöbəsi yaradıldı. Ümumilikdə Azərbaycan Xəzər hərbi donanmasının tərkibində 75, 100 və 120 mm çaplı toplarla silahlanmış iki kanoner gəmisi – "Ərdahan" və "Kars", "Astrabad", "Göytəpə", "Araz", "Nargen" xidməti və köməkçi gəmiləri, "Oryol" nəqliyyat gəmisi, silahlı "Puşkin" paraxodu, həmçinin lazımi qədər kater var idi. Azərbaycanın Hərbi Dəniz Qüvvələri 1919-cu ilin avqustunda ingilislər Azərbaycanı tərk etdikdən sonra formalaşmağa başlamışdır. Bu vaxta qədər Xəzər dənizinin qərb sahillərində müdafiəni ingilis hərbi gəmiləri təmin edirdi. Xəzər hərbi donanmasının gəmiləri isə Bakı azad olunarkən Port-Petrovsk limanına qaçırılmış və yalnız 1918-ci il noyabr ayında ingilislər Bakıya gəldikdən sonra geri qaytarılmışdır. Yeni yaranmış Azərbaycan hərbi donanmasında yüksək rütbəli zabitlərdən yalnız "Ərdahan" və "Astrabad" gəmilərində xidmət edən dəniz xidməti kapitanı Həsən Çilingərzadə və 1-ci dərəcəli kapitan Gitançızadə azərbaycanlı idi. Hərbi Nazirlikdə donanma ilə məğul olan bölmə olmadığından Xəzər hərbi donanması ilə bağlı məsələlərə Nəqliyyat Nazirliyində baxılırdı. 1919-cu ilin sonlarında Baş qərargahın nəzdində 6 ştat vahidindən ibarət xüsusi hərbi dəniz şöbəsi yaradıldı. Ümumilikdə Azərbaycan Xəzər hərbi donanmasının tərkibində 75, 100 və 120 mm çaplı toplarla silahlanmış iki kanoner gəmisi – "Ərdahan" və "Kars", "Astrabad", "Göytəpə", "Araz", "Nargen" xidməti və köməkçi gəmiləri, "Oryol" nəqliyyat gəmisi, silahlı "Puşkin" paraxodu, həmçinin lazımi qədər kater var idi.
ALDI
Aldi (alm. Aldi‎; Albrechts Discount - qısaldılmış forması) — dünyada bir çox ölkədə fəaliyyət göstərən Alman supermarketlər şəbəkəsidir. Şirkət 1913-cü ildə Almaniyanın Essen şəhərində yaradılmışdır. Aldi-nin Avropada təxminən 7000-ə yaxın mağazası mövcuddur.
Andi
ANDİ (AND) — İrəvan xanlığının Vedibasar mahalında (indiki Ararat rayonu) kənd adı. 1828–1832-ci illərdə Azərbaycan türklərindən ibarət əhalisi ermənilər tərəfindən qovulduqdan sonra kənd dağılmışdır. Ermənistandakı türk mənşəli qədim adlardandır. 765-ci ilə aid ermənicə mənbədə Taçat Andzevatsi naharar adının çəkilməsi And toponiminin orada VIII əsrdə mövcud olduğunu göstərir. Alagöz (ermənicə Araqadz) dağının dərəsində Andzin kənd adını Favst Buzand (Vəsr) qeyd etmişdir. (Favst Buzand, III kitab, 24-cü fəsil). Bu müəllif Ərməniyədə Andmiş qala adını da çəkir. "And" sözünün iştirak etdiyi ən qədim toponim II Sarqonun (er. əv. 720–705) assurca kitabəsində Cənubi Azərbaycan ərazisində, indiki Qızılüzən çayı hövzələrində Andiya əyalətinin adı ilə qeydə alınmışdır.
Audi
Audi AG ([ɑʊdɪ]) — avtomobillər istehsalında ixtisaslaşan Volkswagen Group konsernində Audi markası altında Almaniya avtomobil istehsalçısı. Baş ofis Inqolştadtda (Almaniya) yerləşir. Sloqanı Vorsprung durch Technikdir ("Texnologiya ilə tərəqqi"). 2016-cı ildə istehsal həcmi 1,903,259 avtomobil təşkil edib. 2012-ci ildə Alman avtomobil mütəxəssisləri Audini ən yaxşı istifadə edilən avtomobil kimi qiymətləndirdi. Audi DKW, Horch, Audi və Wanderer markaları altında avtomobil və motosiklet istehsal edən dörd şirkətin birləşməsi nəticəsində meydana gələn Auto Union birliyininin davamçısıdır. Dəyişikliklər nəticəsində yalnız Audi markası qalmışdır. İlk Wanderer avtomobili 1913-cü ildə çıxdı, ilk öz müəssisəsi isə (Horch & Co.) 1899-da təşkil edilən və kreditorlar işdən çıxdıqdan sonra 1909-cu ildə isə Audi ortaya çıxdı. 1910-cu ildə ilk avtomobil istehsal olundu. Almancadan tərcümədə Horx (Horch) "qulaq asmaq" deməkdir.
Avdi
Avdi (Urmiya) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. Avdi (peyğəmbər) — Əhdi-ətiq peyğəmbəri, on iki kiçik peyğəmbərlərdən dördüncüsü.
Mahdi
Mehdi, Məhdi; əsl adı Məhəmməd — İslam dinində sonuncu xəlifə və Qiyamətdən öncə gələcək xilaskar. Cəfərilikdə on dördüncü məsum, on ikinci imam və xəlifə, qeybə çəkilib və qiyamətdən öncə zühur edib bəşəriyyəti xilas edəcəyi iddia olunan şəxs. Sünni alimlərinin demək olar ki, hamısının Məhdi (əleyhissəlam) barədə deyilmiş rəvayətləri qəbul etdiyi məlum oldu. Lakin onlardan bir neçəsi, o cümlədən də İbn Xəldun bu hədisləri inkar etmiş, ya da onlara şübhə ilə yanaşmışdır. İbn Xəldun deyir: "Əsrlər boyu bütün müsəlmanlar arasında belə bir inam olmuşdur ki, dünyanın son vaxtlarında Peyğəmbər (səlləllahu əleyhi və alih) ailəsindən bir nəfər mütləq, zühur edib dini möhkəmlədəcək, haqq-ədaləti bərpa edəcək və müsəlmanların hamısı ona tabe olacaq. O, bütün müsəlman ölkələrinə hakim olacaqdır. Həmin şəxsin adı Məhdidir. Qiyamətin qəti müqəddimələrindən olan Dəccalın gəlməsi və sair hadisələr onun zühurundan sonra olacaq. İsa Peyğəmbər göydən enib Dəccalı öldürəcək, ya da onu öldürməkdə Məhdiyə kömək edəcək. İsa (əleyhissəlam) Məhdinin arxasında namaz qılacaq… Məşhur hədisçilərdən bir dəstəsi, o cümlədən, Tirmizi, Əbu Davud, Bəzzar, İbn Macə, Hakim, Təbrani, Əbu Yəla Məhdi (əleyhissəlam) haqqında olan hədisləri öz kitablarında bir qrup səhabənin, o cümlədən, Əli (əleyhissəlam), İbn Abbas, Abdullah ibn Ömər, Təlhə, Abdullah ibn Məsud, Əbu Hüreyrə, Ənəs, Əbu Səid Xudəri, Əli Hilali və Abdullah ibn Harisin dilindən rəvayət etmişlər.
Abdi
Abdi — kişi adı. Abdi Çilingir — Türk siyasətçi. Abdi İpəkçi — Türkiyə jurnalisti, yazıçı. Abdi İbrahim Absieh — Cibutinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2013-cü ildən) Əbdürrəhman Abdi Paşa — Sultan İbrahim və IV Mehmed səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi.
Adi
Adi - daima rast gəlinən, sistemə salınmış, insanlarda təəccüb doğurmayan, təkrarlanan, ənənələri olan, nadir halda dəyişilən, rastlaşanda maraq doğurmayan, heç nə ilə seçilməyən hal, vəziyyət, insan, situasiya və s. Fəlsəfə Filologiya Qeyri-adi С.И.Ожегов. Словарь русского языка. Москва, изд. "Русский язык", стр.377.
Hadi (xəlifə)
Əbu Məhəmməd Musa ibn Əl-Mehdi Əl- Hadi (ərəb. أبو محمد موسى بن المهدي الهادي‎) (d. 26 aprel 764 - ö. 14 sentyabr 786) — 4-cü Abbasi xəlifəsi. Əbu Məhəmməd Musa ibn Mehdi Əl-Hadi 764-cü ildə Bağdad şəhərində anadan olmuşdu. Xəlifə əl-Mehdidən sonra xəlifəliyə əl-Hadi (785-786) yiyələndi. Babası əl-Mənsurun xilafətə Məvali ordusu xəlifənin elə dərin etimadını qazanmışdı ki, o son vəsiyətində oğlu əl-Mehdiyə bu məvaliyə (türklər) çox yaxşı münasibət bəsləməyi və onları yaxın çevrəsinə almağa davam etməsini və saylarının da çoxaltmasını tövsiyə etmişdir. Bəlkə də əl-Mehdinin şərqi Türk hökmdarlarına məktublar göndərməsi və onları İslam dininə çağırması atasının bu tövsiyəsinə görə olsa gərəkdir. O, bizim bütün və buna bənzər rəvayətlərdən anladığımız qədəri ilə türklərdən ibarət olan və qaynaqlarda məvali olaraq zikr edilən ordu birlikləri və saray mühafizləri bu dövlətin ilk qurucularından əl-Mənsur zamanında olmuşdur. Bundan sonra cərəyan edən olaylar və gəlişmələr, bu qənaətimizi doğrulayar qədər aydınlıqla görünməkdədir.
Hadi Atlasi
Hadi Atlasi (tam adı:Hadi Miftaxetdin oğlu Atlasov) — tatar tarixçi, pedaqoq, ictimai xadim.[mənbə göstərin] Hadi Miftaxetdin oğlu Atlasi 1876-cı ildə çar Rusiyasının işğal etdiyi Tatar torpaqlarında yaratdığı Sembir quberniyası Bua qəzasındakı Tübən Çəke kəndində molla ailəsində doğulmuşdur. İndi bu kənd Tatarıstan Cümhuriyyətinin Çüprəle rayonuna daxildir. İlk təhsilini atasından alan Hadi sonra Bua’dakı mədrəsədə oxumağa getmişdir. Avropa ölkələrinin sürətli inkişafı, Rusiyanın hər sahədə onları təqlid etməsi, Rusiya əsarətində olan xalqlarda da bir Avropapərəstlik əhval-ruhiyyəsi yaratmışdı. Buna görə də Hadi üsul-i qədim, yəni orta yüzillərin proqramı ilə keçilən mədrəsədə oxusa da, cədidçilərə meyil göstərmişdir. Bua mədrəsəsini bitirdikdən sonra Orenburq şəhəri yaxınlığındakı Karqalı kəndindəki Müəllimlər Seminariyasına daxil olmuşdur. 1898-ci ildə Müəllimlər Seminariyasını bitirəndə o, Türk, Ərəb, Fars, Rus, Alman dillərini bilməklə yanaşı, astronomiya, coğrafiya, riyaziyyat və başqa fənnləri də oxumuşdur. Müəllimlər Seminariyasını bitirdikdən sonra Buadakı mədrəsədə işə başlayan Hadi Atlasi buradakı təhsil sistemində dəyişikliyə can atır və istədiyinə nail olur. Mədrəsə şagirdləri üçün "Qıyılme həyət", yəni "Astronomiya" və "Tarixe tabiqat", yəni "Təbilət tarixi" dərsliklərini yazaraq çap etdirir. Az vaxtda bacarıqlı pedaqoq, millətsevər insan, ictimai xadim kimi tanındığına görə [1903]-cü ildə onu Böqelmə qəzasının Əlmət kəndindəki məscidə imam və məscid yanındakı məktbə müəllim işləməyə dəvət edirlər.
Hadi Hicazifər
Hadi Hicazifər — İranlı Azərbaycan əsilli Aktyor və kinorejissordur.
Hadi Mirzəzadə
Hadı İsmayıl oğlu Mirzəzadə (1908 – 1965) — Azərbaycan dilçi alimi, türkoloq, filologiya elmləri doktoru (1960), professor (1961). Hadi İsmayıl oğlu Mirzəzadə 1908-ci ildə Bakı şəhərində anadan olmuşdur. İbtidai və orta təhsilini Bakı şəhərində alan Hadi Mirzəzadə 1925-ci ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Darülfünunun (indiki BDU) Şərq fakültəsinə daxil olmuş, 1929-cu ildə həmin fakültənin dilçilik şöbəsini bitirmişdir. 1931-ci ildən respublikanın müxtəlif orta və ali məktəblərində dərs deməyə başlamış, Şamaxı və Naxçıvan pedaqoji məktəblərində, Azərbaycan Pedaqoji İnstitutunda, Qazax Pedaqoji İnstitutunda baş müəllim, kafedra müdiri, dekan vəzifələrində çalışmışdır. 1950-ci ildən başlayaraq Hadi Mirzəzadə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU) ümumi dilçilik kafedrasının dosenti vəzifəsində çalışaraq öz dolğun, məzmunlu mühazirələri ilə müəllim və tələbələr arasında böyük hörmət qazanmışdır. 1953-1955-ci illərdə Bolqarıstan hökumətinin dəvəti ilə Sofiya universitetində müasir türk dilindən mühazirələr oxumuşdur. Azərbaycan dilinin tarixinin yaradıcılarından olan H.Mirzəzadə sonralar Azərbaycan Dövlət Universitetinin filologiya və şərqşünaslıq fakültələrində "Azərbaycan dilinin tarixi" kursundan mühazirələr oxumaqla yanaşı ciddi tədqiqatlarla məşğul olmuşdur. Elmi-pedaqoji kadrların hazırlanmasında böyük xidməti olmuşdur. Kiçik fasilələr nəzərə alınmazsa, onun bütün 30 illik elmi-pedaqoji fəaliyyəti Azərbaycan Dövlət Universiteti ilə bağlıdır. 1961-ci ildən həmin ali məktəbin "Ümumi dilçilik kafedrası"nın professoru seçilən H.Mirzəzadə ömrünün sonuna qədər bu vəzifədə çalışmışdır.
Hadi Rəcəbli
Hadi Musa oğlu Rəcəbli (Rəcəbov) (25 oktyabr 1947, Viravul, Lənkəran rayonu – 17 aprel 2024, Bakı) — Azərbaycan Respublikasının Milli Məclisinin I–V çağırış deputatı (1995–2020), Əmək və Sosial Siyasət Komitəsinin sədri, siyasi elmlər doktoru, professor. Hadi Musa oğlu Rəcəbli 1947-ci il oktyabrın 25-də Lənkəran rayonunun Viravul kəndində anadan olmuşdur. Moskva Yeyinti Sənayesi İnstitutunun texnologiya fakültəsini və Bakı Ali Partiya məktəbini bitirmişdir. 1963-cü ildən Lənkəran çörək zavodunda fəhlə, mühasib, texnoloq, iqtisadçı işləmişdir. 1971-ci ildən Lənkəran Şəhər Komsomol Komitəsinin ikinci katibi, 1972-ci ildən birinci katibi, 1978-ci ildən "Bakinski raboçi" qəzetinin xüsusi müxbiri, 1980-ci ildən Lənkəran Şəhər İcraiyyə Komitəsinin sədri olmuşdur. 1981-ci ildən Azərbaycan KP MK-nın inspektoru, 1983-cü ildən Şəki Şəhər Partiya Komitəsinin birinci katibi, 1989–1995-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabinetində referent, aparıcı mütəxəssis, bölmə müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində çalışmışdır. Ehtiyatda olan mayor olmuşdur. 9 kitabın və 220-dən çox elmi-publisistik məqalənin müəllifidir. Azərbaycanda ilk siyasi elmlər namizədidir. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü olmuşdur.
Hadi Takdaş
Hadi Takdaş (tatar. Hadi Taqtaş; əsl adı tatar. Мөхәммәтһади Хәйрулла улы Такташев; Mөxəmməthadi Xəyrulla uğlı Taqtaşev; 1 yanvar 1901 – 8 dekabr 1931, Kazan) — tatar şair və dramaturq. Tatar Sovet poeziyasının banilərindən biri. "Gizli silahlar" "İtmiş gözəllik" "Kamil" "Əsr və dəqiqə", V. İ. Leninə həsr olunmuşdur (1924-cü il) "Alsu" "Sevgi peşmançılığı" "Gələcəyə məktublar" (tamamlanmadı) Şair Dramaturq Хади Такташ — Стихи на русском языке Хади Такташ.
Hadi Xosrovşahi
Hadi Xosrovşahi (1939, Təbriz – 27 fevral 2020, Tehran) — İranın Vatikandakı səfiri (1981–1986). 1939-cu ildə Təbrizdə doğulub. 1981–1986-cı illərdə İranın Vatikanda səfiri işləyib. Hadi Xosrovşahi 27 fevral 2020-ci ildə koronavirus xəstəliyindən Qum ostanında vəfat edib.
Hadı Rəcəbli
Hadi Musa oğlu Rəcəbli (Rəcəbov) (25 oktyabr 1947, Viravul, Lənkəran rayonu – 17 aprel 2024, Bakı) — Azərbaycan Respublikasının Milli Məclisinin I–V çağırış deputatı (1995–2020), Əmək və Sosial Siyasət Komitəsinin sədri, siyasi elmlər doktoru, professor. Hadi Musa oğlu Rəcəbli 1947-ci il oktyabrın 25-də Lənkəran rayonunun Viravul kəndində anadan olmuşdur. Moskva Yeyinti Sənayesi İnstitutunun texnologiya fakültəsini və Bakı Ali Partiya məktəbini bitirmişdir. 1963-cü ildən Lənkəran çörək zavodunda fəhlə, mühasib, texnoloq, iqtisadçı işləmişdir. 1971-ci ildən Lənkəran Şəhər Komsomol Komitəsinin ikinci katibi, 1972-ci ildən birinci katibi, 1978-ci ildən "Bakinski raboçi" qəzetinin xüsusi müxbiri, 1980-ci ildən Lənkəran Şəhər İcraiyyə Komitəsinin sədri olmuşdur. 1981-ci ildən Azərbaycan KP MK-nın inspektoru, 1983-cü ildən Şəki Şəhər Partiya Komitəsinin birinci katibi, 1989–1995-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabinetində referent, aparıcı mütəxəssis, bölmə müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində çalışmışdır. Ehtiyatda olan mayor olmuşdur. 9 kitabın və 220-dən çox elmi-publisistik məqalənin müəllifidir. Azərbaycanda ilk siyasi elmlər namizədidir. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü olmuşdur.
Hadı Rəcəbov
Hadi Musa oğlu Rəcəbli (Rəcəbov) (25 oktyabr 1947, Viravul, Lənkəran rayonu – 17 aprel 2024, Bakı) — Azərbaycan Respublikasının Milli Məclisinin I–V çağırış deputatı (1995–2020), Əmək və Sosial Siyasət Komitəsinin sədri, siyasi elmlər doktoru, professor. Hadi Musa oğlu Rəcəbli 1947-ci il oktyabrın 25-də Lənkəran rayonunun Viravul kəndində anadan olmuşdur. Moskva Yeyinti Sənayesi İnstitutunun texnologiya fakültəsini və Bakı Ali Partiya məktəbini bitirmişdir. 1963-cü ildən Lənkəran çörək zavodunda fəhlə, mühasib, texnoloq, iqtisadçı işləmişdir. 1971-ci ildən Lənkəran Şəhər Komsomol Komitəsinin ikinci katibi, 1972-ci ildən birinci katibi, 1978-ci ildən "Bakinski raboçi" qəzetinin xüsusi müxbiri, 1980-ci ildən Lənkəran Şəhər İcraiyyə Komitəsinin sədri olmuşdur. 1981-ci ildən Azərbaycan KP MK-nın inspektoru, 1983-cü ildən Şəki Şəhər Partiya Komitəsinin birinci katibi, 1989–1995-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabinetində referent, aparıcı mütəxəssis, bölmə müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində çalışmışdır. Ehtiyatda olan mayor olmuşdur. 9 kitabın və 220-dən çox elmi-publisistik məqalənin müəllifidir. Azərbaycanda ilk siyasi elmlər namizədidir. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü olmuşdur.
Hadı Əliyev
Hadı Əliyev Bədəl oğlu (1900 – 1982) — coğrafiyaşünas alim, professor. Hadı Əliyev 1900-cu ildə anadan olub. Orta təhsilini Bakının Maştağa kəndində Realnı məktəbində almışdır. Azərbaycanda Coğrafiya elminin və coğrafiya təhsilini qoyanlardan biridir. 1927-ci ildən Coğrafiya elminin tədrisi ilə məşğul olmuşdur. 1939-cu ildə coğrafiya elmləri üzrə namizədlik dissertasiyası müdafiə etmiş və Azərbaycanda ilk coğrafiyaşümas alimlərdən biri olmuşdur. XX əsrdə Azərbaycanda coğrafiyaçıların ilk milli müəllimi olnuşdur. O, 1939-cu ildə ADPU-nə müəlimliyə dəvət olunmuşdur. Bir müddət həmin institutun prorektoru vəzifələrində çalışmışdır. 1938-ci ildə keçmiş SSRİ EA-nın Azərbaycan filialında ilk iqtisadi coğrafiya şöbəsini təşkil edir və ona ictimai əsaslarla rəhbərlik edir.
Hippokrat andı
Hippokrat andı — həkim davranışının əsas mənəvi-etik prinsiplərini özündə əks etdirən və həmçinin həkim olmaq istəyən hər kəsin qəbul etdiyi ümumi qəbul edilmiş and.
Horatsilərin andı
Horatsilərin andı — 1784-cü ildə fransız rəssam Jak Lui David tərəfindən çəkilmiş böyük rəsm əsəri. Hal-hazırda Parisdə, Luvr muzeyində saxlanılır. Neoklassisizm üslubunda olan ən yaxşı rəsm əsəri hesab edilir. David bu məşhur tablosunu yaratmaqla yeni inqilabi üslubun — klassisizmin təməlini qoydu. Bu əsərdə dövlətin gücləndirilməsi üçün xalqın birliyini əks etdirən üç oğul və atanın andı təsvir olunmuşdur. Qoca silahı oğullarına uzadaraq, onların döyüşünə xeyir-dua verir. Bu tabloda rəssam gözəllik və zəriflikdən, detalların xırdalıqlarından imtina etmişdir. Üslubda ciddilik, güclü enerji axını hiss olunur. David tabloda hər bir detalı əsərin başlıca ideyasının açılmasına yönəltmiş, kompozisiya və perspektiv qanunauyğunluqlardan böyük məharətlə istifadə etmişdir. "Horatsilərin andı" rəssama çox böyük şöhrət gətirdi və inqilab illərində onun taleyində əhəmiyyətli rol oynadı.
Mahdi Kamara
Mahdi Kamara (30 iyun 1998-ci ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Sent-Etyen klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. 15 mart 2018-ci ildə Kamara akademiyası vasitəsilə inkişaf etdiyi Sent-Etyen klubu ilə ilk peşəkar müqaviləsini imzalamışdır. O, peşəkar karyerasında debütünü 11 avqust 2018-ci ildə Genqam klubuna qarşı oyunda etmişdir. O, 81-ci dəqiqədə Kevin Monnet-Paketi əvəz etmişdir. Liqa 1 görüşündə Sent-Etyen rəqibinə 2-1 hesabı ilə qalib gəlmişdir. Kamara Fransada anadan olmuşdur. Valideynləri isə Mali vətəndaşlarıdır. O, Fransa millisinin müxtəlif yaş qruplarında çıxış etmişdir.
Məhəmməd Hadi
Ağa Məhəmməd Əbdülsəlim oğlu Əbdülsəlimzadə (1879, Şamaxı – may 1920, Gəncə) — Azərbaycan şairi, Azərbaycan romantizminin tanınmış nümayəndələrindən biri, Tofiq Fikrət irsinin ilk araşdırıcısı, Tatar süvari alayının imamı. Məhəmməd Hadi XX əsr Azərbaycan şairləri içərisində mətbuatla sıx əlaqəsi olan sənətkarlardan biridir. Öz əsərlərinin əksəriyyətində vətən, millət mövzusuna toxunan Məhəmməd Hadi Azərbaycan poeziyasının intibah, azadlıq və hürriyyət mücahidlərindən biri olmuşdur. Ona görə də Məhəmməd Əmin Rəsulzadə Azərbaycan Cümhuriyyəti əsərində "bir tərəfdən rus ədəbiyyatı, digər tərəfdən də Osmanlı ədəbiyyatı təsirində bulunan" istiqlal mövzusunda mübariz əsərlər yazan şairlər arasında Məhəmməd Hadini ayrıca dəyərləndirirdi. Romantik maarifçilikdən inqilabi romantizmə yüksələn Məhəmməd Hadinin yaradıcılığının ən mübariz dövrü Azərbaycan Xalq Cümhuriyyəti dönəminə düşür. Məhəmməd Hadi yaradıcılığının ən çağdaş milli və bəşəri keyfiyyətləri məhz bu dövrdə özünü daha aydın göstərdi. O dönəmdə müharibə, azadlıq, istiqlal mövzusunda ən çox əsərlər yazan Məhəmməd Hadi olmuşdur. Əsl adı Ağa Məhəmməd olan, gəncliyində özünə Hadi (ərəb. doğru yol göstərən‎) təxəllüsünü seçən Məhəmməd Hadi 1879-cu ildə Şamaxı şəhərinin Sarıtorpaq məhəlləsində, tacir ailəsində doğulmuşdur. İbtidai təhsilini məhəllə məktəbində şamaxılı Molla Səmədin yanında almış, sonralar şair Abbas Səhhətin atası Əliabbas əfəndinin təsis etdiyi məktəbdə oxumuş, kiçik yaşlarından ərəb və fars dillərini mükəmməl mənimsəmişdir.
Olimpiya andı
Olimpiya andı— Olimpiya oyunlarının açılış mərasimində hər bir olimpiyada iştirakçısını və Olimpiya dərəcəli hakimləri və ya digər səlahiyyətli şəxsin nümayəndəsini təmsil edən bir idmançı və ya hakim tərəfindən təntənəli surətdə verilən vəddir. Olimpiya andı, həmçinin Olimpiya oyunlarının ən mühüm atributlarından biridir və bu idman tədbirində birliyin ideyasını ifadə edir. İdmançıların Olimpiya andının mətni : Bütün idmançıların adından mən söz verirəm ki, komandamızın şərəfi və idmanın zəfəri üçün əsl idman ruhunda narkotiksiz və dopinqsiz idman üçün onları nizamlayan qaydalara riayət və hörmət edərək, Olimpiya oyunlarında iştirak edəcəyik. Hakimlərin Olimpiya andının mətni: Bütün hakimlərin və rəsmi şəxslərin adından mən söz verirəm ki, əsl idman ruhunda onları nizamlayan qaydalara riayət və hörmət edərək, tam qərəzsizliklə bu Olimpiya oyunlarında öz vəzifəmizi yerinə yetirəcəyik. 2010-cu il Gənclərin Yay Olimpiya oyunlarından bəri təşkilatçı ölkənin məşqçiləri tərəfindən Olimpiya andı deyilir. Mətni: Bütün məşqçilər və idmançıları müşaiət edən nümayəndə heyətinin digər üzvləri adından mən söz verirəm ki, Olimpiya hərəkatının fundamental prinsiplərinə uyğun olaraq, ədalətli oyun qaydalarına tam riayət olunmasını və əsl idman ruhunun təmin edilməsini özümüz təşkil edəcəyik. Olimpiya andının vacibliyi , artıq 1906-cı ildə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti və təsisçisi Pyer de Kuberten tərəfindən bəyan edilib. Bu oyunlar zamanı ədaləti bərpa etmək üçün nəzərdə tutulmuşdu. Olimpiya andı ilk dəfə 1920-ci il Antverpen Yay Olimpiya Oyunlarında qılıncoynatma və su polosu idmançısı Viktor Boin tərəfindən edilib. Viktor Boinin 1920-ci ildəki andı: Biz and içirik.
Sudirman Hadi
Sudirman Hadi (9 mart 1996) — İndoneziyalı atlet. Sudirman Hadi İndoneziyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Sudirman Hadi birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında 100 metr məsafəyə qaçış yarışlarında təsnifat mərhələsində 10.77 saniyəlik nəticə ilə 2-ci yeri tutdu və yarım-finala adladı. Bu mərhələdə isə o, 10.70 saniyəlik nəticə ilə 9-cu yeri tutdu və mübarizəni dayandırdı.
Vinifred Addi
Vinifred Addi (17 mart 1973) — Qananı təmsil edən stolüstü tennisçi. Vinifred Addi Qananı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 25-ci pillənin sahibi olub.