Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Göyük (Ağcabədi)
Göyük — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Göyük kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Ağcabədi rayonunun Göyük kəndi Muğanlı kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Göyük kənd inzibati ərazi vahidi yaradılmışdır. == Toponimikası == Köyük oykonimi türk dillərindəki köyük sözündən olub, təmizlənmiş meşə yeri" anlamındadır. Çox ehtimal ki, kənd salındığı ərazinin adı ilə adlandırılmışdır. Köyük toponimini türk dillərində müxtəlif məna ifadə edən köyük sözü ilə əlaqələdirən araşdırıcılar var. Köyük sözü "ceyran", "xallı maral" mənasındadır. Yevlax rayonunda da Köyük kəndi var. Rusiyanın Başqırdıstan ərazisində, İskə Köyək, Yanqı Köyək adlı kəndlər də mövcuddur. == Əhalisi == Əhalisinin sayı 773 (01.01.2007-ci il üçün) nəfərdir. == İqtisadiyyatı == Kənd əhalisi heyvandarlıq, taxılçılıq, baramaçılıqla məşğul olur.
Hacılar (Ağcabədi)
Hacılar — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Hacılar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağcabədi rayonunun Hacılar kəndi Boyat kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Hacılar kənd inzibati-ərazi vahidi yaradılmışdır. Əhalisi 560 nəfər. == Topoimikası == Yaşayış məntəqəsi qızılbaşların zülqədər tayfasının hacılar tirəsinə mənsub ailələrin məskunlaşması nəticəsində yarandığı üçün belə adlandırılmışdır. Etnotoponimdir. Bu baxımdan Azərbaycanın bir çox bölgələrində, Gədəbəy, Laçın, Tovuz, Xaçmaz, Ağdaş, Ağcabədi, Bərdə rayonlarında "Hacılar" yaşayış məntəqəsi mövcuddur. == Tarixi == === Tarixi abidələri === Kənddə eneolit dövründən qalan abidələr və qədim qəbristanlıq var. Qəbristanlıq YUNESKO tərəfindən tarixi abidə kimi qeydə alınmışdır.
Hüsülü (Ağcabədi)
Hüsülü — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Hüsülü kənd inzibati ərazi dairəsində kənd. Qarabağ düzündədir. == Tarixi == XIX əsrin əvvəllərində husulu Qarabağda maldarlıqla məşğul olan 13 ailədən ibarət kicik elat olmuşdur. Husulu mənşəcə qızılbaşların ustaclı tayfasının tirələrindən biri idi. XVII əsrdə bu tirəyə mənsub ailələr Şəhsevənlərə qarıŞmış və Qarabağda yaşamağa başlamışdılar. Yayı Sarıyer və Qırxqız yaylaqlarında, qışı isə Qarabağ düzündə keçirən hüsülülər əvvəlcə indiki kənddən 1 km. aralıdakı Məşədi Ələkbər Suatı (suat "su götürülən yer" deməkdir) adlı yerdə məskunlaşmışdılar. XIX əsrin ortalarında Hacı Həsən adlı bir nəfər indiki kəndin yerində kəhriz qazmış və əhali də buraya köçüb məskunlaşmışdır. == Əhalisi == Əhalisinin sayı 4.199 (01.01.2007-ci il üçün)nəfərdir. Əhali əsasən heyvandarlıq, taxılçılıq və pambıqçılıqla məşgul olur.
Kültəpə (Ağcabədi)
Kültəpə — Ağcabədi rayonunun Minaxorlu kəndi ərazisində, kənddən bir qədər aşağıda qeydə alınmış coğrafi addır. == Tarixi == Vaxtilə bu təpənin yerində böyük tikili olmuşdur. İndi həmin təpəni qazanda oradan küllü torpaq çıxdığına görə camaat bu təpəni Kültəpə adlandırmışdır. Qazıntılar zamanı Kültəpədən müxtəlif tarixi dövrlərə aid maddi-mədəniyyət nümunələri tapılmışdır. == Toponimikası == Kültəpə oronimi kül sözündən və təpə müsbət relyef forması bildirən coğrafi termindən ibarətdir. Təpədə müxtəlif mineral qatışıqlarsdan əmələ gələn yanıcı olmayan kül qalıqları olduğu üçün toponim çox güman ki, belə ad almışdır.Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndi ərazisində də Kültəpə oroqrafik obyekti qeydə alınıb. Beyləqanda, Füzulidə, Naxçıvan şəhəri yaxınlığında, Qərbi Azərbaycanda və başqa ərazilərdə də Kültəpə adına rast gəlirik.
Kürdlər (Ağcabədi)
Kürdlər — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Kürdlər kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Kürdlər Ağcabədi rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Qarqar çayının sahilində, Qarabağ düzündədir. Kənd musanlı tayfasının kürdlər tirəsinin məskunlaşması nəticəsində yaranmışdır. == Toponimikası == Kürdlər oykonimi musanlı tayfasının kürdlər tirəsinin vaxtilə burada məskunlaşması nəticəsində yaranmışdır. Kürdlər kürmancı, yezidi-qədim irandilli tayfadır. Qədim yunan müəllifi Ksenofont kürdləri kardux, başqa qaynaqlar kordux, kardu, ilk dəfə orta əsr ərəb coğrafiyaçıları kürd (cəm halı əkrad) adlandırmışlar. Çox güman ki, kürdlərin dili İran qrupundan I minilliyin sonunda ayrılmış və yetkinləşmişdir. Kürdlər çox-çox əvvəllər İranın qərb sərhədlərində yerləşmişdilər. Ərəb qaynaqları bu Zaqros dağlı tayfalarını kürd adlandırırdılar.
Kəbirli (Ağcabədi)
Kəbirli (əvvəlki adı: Dördüncü barak) — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Kəbirli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağcabədi rayonunun Yeni Qaradolaq kənd inzibati-ərazi vahidi tərkibindəki Dördüncü barak kəndi Kəbirli kəndi adlandırılmışdır. Kəbirli kəndi Yeni Qaradolaq kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Kəbirli kənd inzibati-ərazi vahidi yaradılmışdır. == Toponimikası == Kəbirli oykonimi türkdilli qədim xəzərlərin kəbirli tayfasının adı ilə bağlıdır. Mənbələrdə adı kəbərli kimi də çəkilir. Onların xəzərlərin tərkibinə daxil olan kəbər tayfasının nəsilləri olması güman edilir. Xəzərlərin eramızın əvvəllərindən bəri Albaniya (Qafqaz) ilə əlaqələri və erkən orta əsrlərdə bu ərazilərə xəzər ailələrinin dəfələrlə köçürülməsi tarixdən məlumdur. Tarixi mənbələrdə kəbirlilərin hələ erkən orta əsrlərdə Azərbaycana gəlmələri, burada yaşamışlar. Onların burada məskunlaşdığı ərazilər Kəbirli mahalı adlanırdı. XVIII əsrin ortalarında Qarabağ xanlığının təşkilində kəbirlilər mühüm rol oynamışlar.
Muğanlı (Ağcabədi)
Muğanlı — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Muğanlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikasının ərazisində Muğan adı ilə bağlı 18 yaşayış məntəqəsi mövcuddur. Ağdam rayonu, Ağstafa rayonu, Bərdə rayonu, Xocavənd rayonu, Kürdəmir rayonu, Qubadlı rayonu, Şamaxı rayonu, Şərur rayonu, Zaqatala rayonu, Zəngilan rayonu və digər ərazilərdə olan yaşayış məntəqələri buna misal ola bilər. Yaşayış məntəqələri Cənubi Azərbaycanın Muğanlı kəndindən köçüb gəlmiş mollahəsənli, mehdili və cabbarlı nəsillərinə mənsub ailələr tərəfindən salınmışdır. Oykonim türkdilli Azərbaycan tayfası olan muğanlıların adı ilə bağlıdır. Muğanlı tayfa adı XVI əsrin əvvəllərindən məlumdur. Sonralar mənbələrdə şahsevənlərin tərkibində müstəqil tayfa kimi qeydə alınmış muğanlılar XIX əsrin əvvələrində 8 tirədən ibarət olmuşlar. Tayfa Muğan düzündə yaşadığına görə həmin düzün adı ilə adlandırılmışdır. Kənddə "Seyid İsmayıl Ağa" məscidi dini icması fəaliyyət göstərir.
Nəcəfqulubəyli (Ağcabədi)
Nəcəfqulubəyli — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Nəcəfqulubəyli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndi Ağcabədi şəhər inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Nəcəfqulubəyli kənd inzibati-ərazi vahidi yaradılmışdır.
Poladlı (Ağcabədi)
Poladlı — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Poladlı kənd inzibati ərazi dairəsində kənd.
Pərioğlular (Ağcabədi)
Pərioğullar — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Pərioğullar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Ağcabədi rayonunun Pərioğlular kəndi Hacıbədəlli kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Pərioğlular kənd inzibati ərazi vahidi yaradılmışdır.
Qaradolaq (Ağcabədi)
Qaradolaq (əvvəlki adı:Şaumyankənd) — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Qaradolaq kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Ağcabədi rayonunun Şaumyankənd kəndi Qaradolaq kəndi və müvafiq olaraq Şaumyankənd kənd Soveti Qaradolaq kənd Soveti adlandırılmışdır. Qaradolaq toponimi qara və dolaq sözlərindən əmələ gəlib. Kənd sakinlərinin dediklərinə görə qaradolaqlılar çox-çox əvvəllər həmişə başlarına və qollarına qara dolaq bağlayarmışlar. Bu, onları digər tayfalardan fərqləndirirdi. Elə bu səbəbdən də onlara qaradolaqlar deyilmişdir. Qaradolaqlar Qarabağa gələndən sonra Təklə Qara dolaq adlanırdı. Ağcabədi rayonunda Qaradolaq kəndi yaxınlığında qaradolaq tayfasının adı ilə bağlı digər oykonim-Yeni Qaradolaq kəndi də qeydə alınmışdır. Kənd rayon mərkəzindən 22 km cənub-qərbdə, Qarabağ kanalından 7 km aralıda, Mil-Qarabağ düzündə yerləşir. Qaradolaq kəndi XX əsrin əvvəllərinədək əsasən yarımköçəri həyat tərzi keçirmiş qaradolaqlar Azərbaycan tayfasının adı ilə əlaqədar yaranmışdır.
Qaravəlli (Ağcabədi)
Qaravəlli — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Qaravəlli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağcabədi rayonunun Qaravəlli kəndi Gələbədin kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Qaravəlli kənd inzibati-ərazi vahidi yaradılmışdır. Kənd XVII əsrdən bəri obalardan ibarət olub (Belqışlaq, Qaraqışlaq, Güllüqışlaq v.s.). XIX əsrdən Yelizavetpol quberniyasının Şuşa qəzasına daxil olub. Kolxozlaşma gedişində yuxarıda sayılan obalar bir yerə cəmləşdirilib. Kolxoz sistemi yaranandan sonra əhalinin tərəkəmə həyat tərzinə son qoyulur. Burdakı əhali əksərən tərəkəmə Qaravəlli elatından olanlardır. Zaman keçmiş və insanlar bu kəndin coğrafiyasına uyğunlaşmışlar. Qaravəlli elatının yaşı min ildən çoxdur. Qoca tarixin yazdığına görə Oğuz xanın 6 oğlundan böyüyü Gün xanın dördüncü (sonbeşik) oğlu Qaraevli idi.
Qaraxanlı (Ağcabədi)
Qaraxanlı — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Qaraxanlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağcabədi rayonunun Boyat kənd inzibati-ərazi vahidinin Qaraxanlı kəndi Hacılar kənd inzibati-ərazi vahidinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Ağcabədi rayonunun Qaraxanlı kəndi Hacılar kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Qaraxanlı kənd inzibati ərazi vahidi yaradılmışdır. Qaraxanlı oykonimi qaraxanlı nəslinin adı ilə bağlıdır. Tarixi sənədlərin verdikləri məlumata görə, oğuz tayfalarından biri olan bayat tayfasına mənsub olan qaraxanlılar (qaraxanlı tirəsi) 1865-ci ildə burada məskən salmış və məntəqəsi də bu tirənin adı ilə adlandırılmışdır. Bəzi araşdırıcılar toponimi 927–1212-ci illərdə Mərkəzi Asiyada Qaraxanilər dövlətini idarə edən qaraxanilər müsəlman-türk sülaləsinin adı ilə eyniləşdirir. Məlumdur ki, onların ilk xanı Əbdülkərim Satuk Qaraxan olub. Qaraxanilər sonuncu nümayəndəsi olan Qılıc Arslan İbn Xarəzm Məhəmməd tərəfindən 1212-ci ildə öldürülmüşdür. 1728-ci il sənədində İrəvan əyalətinin Zarzəmin nahiyəsində Qaraxanlı adlı qışlaq qeydə alınmışdır. Əhalisinin sayı 882 (01.01.2007-ci il üçün) nəfərdir.
Qazantəpə (Ağcabədi)
Qazantəpə-Hindarx kəndi yaxınlığında Tunc dövrünə aid Qazantəpə adlı kurqan vardır. Qazantəpə oroqrafik obyekti Ağcabədi rayonu ərazisində Hindarx kəndi yaxınlığında qeydə alınıb.Qazantəpə oronimi qazan və təpə sözlərindən ibarətdir. Təpə-müsbət relyef forması bildirən coğrafi termindir.Toponim xarici görünüşünə görə kənardan baxanda qazana bənzədiyinə görə belə adlandırılmışdır.Bu tipli toponimlərə Azərbaycanın digər rayonlarının ərazilərində də rast gəlirik. Qazantəpə ev əşyalarının adları ilə əlaqədar olaraq yaranmış metofor adlardandır. Toponimin tərkibindəki qazan sözü həmin təpənin məişətdə işlədilən qazan qabına oxşarlığını bildirir.
Sarvanlar (Ağcabədi)
Sarvanlar — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Sarvanlar kənd inzibati ərazi dairəsində kənd. Sarvanlar kəndi Ağcabədi rayonunda, rayon mərkəzindən 34 km məsafədə, Qarqar çayının sağ sahilində Qarabağ düzündə yerləşir. Sarvanlar kəndinin keçmiş adı Piyada Qurbanlı olub. Bu yaşayış məntəqəsi sarvançılıqla məşğul olmuş qurbanlı nəslinin burada məskunlaşması nəticəsində yarandığına görə belə adlanmışdır. Kəndin ərazisində vaxtilə karvanların və sarvanların düşərgəsi, dayanacaq yeri də olmuşdur. Burada içməli su olduğu üçün gələn karvanlar burada dayanıb dincələ̟rmişlər Sonralar camaat burada evlər tikmiş, kəndi Sarvan düşən adlandırmışlar. Sonralar kənd Sarvanlar adlandırılmışdır. Sarvanlar kəngərlərin bir qoludur. XIX əsrin ortalarına aid olan məlumata görə sarvanlar Şəki qəzasında köçərilik etmiş bir içma olmuşdur. Onlar qışı indiki kəndin yerləşdiyi yerdə ərəbşəki icması ilə bir yerdə keçirmiş, sonralar orada daimi yaşayış məntəqəsi salmışlar.
Sarıcalı (Ağcabədi)
Sarıcalı — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Sarıcalı kənd inzibati ərazi dairəsində kənd. Əhalisinin sayı 1591 (01.01.2007-ci ilə aid olan statistik məlumata görə) nəfərdir. Kənd əhalisi əsasən, heyvandarlıq, taxılçılıq, pambıqçılıq və baramaçılıqla məşğul olur. Sarıcalı yaşayış məntəqəsi cavanşir tayfasının sarıcalı (əslində sarıcaəlili) qolunun burada məskunlaşması nəticəsində yaranmışdır. Qədimdə sarıcalılar türk tayfası bəhmənli elinə mənsub idilər. Onlar orta əsrlərdə cavanşir tayfasına qarışmışlar.XIX əsrin əvvələrində sarıcalılar Dərgahlı sarıcalısı, Əmiraslanbəyli sarıcalısı, Çəmənli sarıcalısı, İncilli sarıcalısı, Yetim sarıcalısı, Novruzlu sarıcalısı adlı tirələrə bölünmüşdülər.XX əsrin 30-cu illərinə qədər Ağdamın Novruzlu kəndi yaxınlığında da Sarıcalı adlı kənd olub. Qarabağ xanı olan Pənahəli xan bu tayfadandır.Ağdam, Tərtər, Cəbrayıl rayonlarında da Sarıcalı adlı kənd vardır. Tofiq Sarıcalınski — Dövlət xadimi Rüstəm Rüstəmov — Professor , alim Ələsgər Rüstəmov — Hüquqşünas Youtube-da bax: Bir kəndin nağılı. Sarıcalı (film) Kəmalə Sarıdcalinskaya — Hüquqşünas, Zakavkaziyada ilk qadın kriminalist.
Ağcabədi
Ağcabədi — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Ağcabədi şəhər inzibati ərazi dairəsində şəhər. Ağcabədi rayonunun inzibati mərkəzi. == Tarixi == Ağcabədi yaşayış məntəqəsinin adı mənbələrdə ilk dəfə 1593-cü ildən çəkilir. Ağcabədi bir müddət mənbələrdə Ağcabədi Xəlfərəddin adı ilə qeyd olunmuşdur. Şəhərin mərkəzindəki çökəkliyin bir hissəsi keçmişdə Xəlfərəddin adlanırdı. XIX əsrin əvvəllərində ərazidəki xəlfərəddinlilər 88 ailədən ibarət bir icma olmuşdur. Ağcabədi rayonu Azərbaycanın qədim yaşayış məskənlərindən biridir. Bu qədimliyi sübut edən maddi əlamətlərdən olan eneolit, tunc, antik dövrünə və orta əsrlərə aid yaşayış yerlərinin qalıqları – Kamiltəpə, Nərgiztəpə, Qaraköbərli, Yantəpə, Qalatəpə və Gavur arxı diqqəti cəlb edir. Tarixçilər bu təpələri Misir ehramları ilə müqayisə edərək qeyd edirlər ki, hətta Gavur arxının Makedoniyalı İsgəndər tərəfindən təmir olunması güman olunduğu halda, XVI əsrdə Teymurləng tərəfindən tam təmir olunması tarixi faktdır. Rayonda orta əsrlərə aid daşdan yonulmuş formalı başdaşlarına qəbirstanlıqlarda rast gəlmək olur.
Töyrətəpə (Ağcabədi)
Töyrətəpə-Ağcabədi rayonunun Boyat kəndi ərazisində qeydə alınıb. Bu tarixi abidə miladdan öncə III-II minillikləri-Eniolit dövrünü əhatə edir. Ağcabədi rayonunun Şənlik və Cəfərbəyli kəndləri ərazisində Tövrətəpə oronimi qeydə alınıb.Qax,Qazax, Bərdə, Göyçay, Xanlar, Şəki rayonları ərazisində də Tövrətəpə coğrafi adına rast gəlinir. Toponim töyrə (tövrə) və təpə sözlərindən ibarətdir. Tavr sözü ərab dilində "hərəkət, hal, tərz, surət" deməkdir. Qədim türk dillərində tavur sözü (arabalardan düzəldilmiş düşərgə, möhkəmləndirilmiş yer, "köçün düşərgə yeri" mənasındadır.Əski türklərdə törə sözü "qanun" anlamı bildirərək dövlət, el ilə bağlı işlənmişdir. Töyrətəpə (Tövrətəpə) toponimi davar (mal-qara, qoyun)sözü ilə də əlaqələndirirlər. Görünür, bəzi coğrafi adlarda işlənilən bu termin müəyyən fonetik dəyişikliyə uğramışdır.
Təzəkənd (Ağcabədi)
Təzəkənd — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Təzəkənd kənd inzibati ərazi dairəsindı kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağcabədi rayonunun Təzəkənd kəndi Hüsülü kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Təzəkənd kənd inzibati-ərazi vahidi yaradılmışdır. Kənddə 36 ədəd mis dirhəmdən ibarət sikkə dəfinəsi (NF 28016 – 28027; 8836 – 8859) aşkarlanmışdır. Numizmatik təyinatına əsasən, orta çəkisi 7 – 9 q olan belə dirhəmlər V Azərbaycan atabəyi Özbəyin (hicri 607–622-miladi 1210–1225-ci illər) dövründə zərb edilmişdir. Həmin sikkələrin bəziləri yazıları aydın bilinməklə (12 ədəd), digərləri isə (24 ədəd) səliqəsiz möhürlərlə zərb edilmişdir. Təzəkənd dəfinəsindəki Azərbaycan atabəyi Özbəyin dövrünə aid sikkələrə həkk edilmiş iki, bəzən üçdişli yaba, yay və xəncər təsvirləri dövrün hərb tarixi barədə məlumat verir. Belə sikkələrin bəzilərində aydın görünən yazılara əsasən hökmdar Özbəyin və atasının adları (Uzbək bin Muhəmməd), şərəfli və uca titulları (əzəmətli atabəy, dinin Günəşi; məlik, haciblərin əmiri), həmçinin Abbasi xəlifəsi ən-Nasirin adı və titulu (əmirəl muminin ən-Nasir lidinillah; 1180 – 1225), zərb tarixi sözlərlə (hicri tarixə müvafiq) həkk edilmişdir. Bu Abbasi xəlifəsinin adı həm də Şirvanşah I Gərşasbla (1205–1225) birgə dövrün mis felslərində (2 – 4 q) nəzərə çarpır.
Xocavənd (Ağcabədi)
Xocavənd — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Xocavənd kənd inzibati ərazi dairəsində kənd. Qarabağ düzündədir. Elmi ədəbiyyatda Xocavənd sözünün mənası " Xocalı nəsli" deməkdir. Vaxtilə bu ərazidə Xoca adlı bir şəxs, ilk sakin yaşamış, ərazidən keçən Qarqar çayının qarşısına bənd vurdurmuşdur. Ona görə bu yerlər Xocabənd, sonralar təhrif olunuraq Xocavənd adlanmışdır. Kəndin yaşayış məskəni kimi mövcudluğu XVIII əsrin birinci yarısına kimi qeyd olunur. Xocavənd kəndinin ərazisi 23.4 km² olmaqla əhalisi 3527 nəfərdir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır Xocavənd oykonimini müxtəlif prizmalardan izah edən araşdırıcılar vardır. Keçmişdə mədrəsə təhsili almış şəxslər, din xadimləri və başqaları xoca adlanırdı. Türklər indi də müəllimə xoca deyir.
Üçtəpə (Ağcabədi)
Üçtəpə — Ağcabədi rayonunun Salmanbəyli kəndi yaxınlığında, Üçtəpə kurqanları olan ərazidədir. Miladdan öncə X-IX əsrlərə aid yaşayış yeri olan Üçtəpə Ağcabədi rayonunun Salmanbəyli kəndi yaxınlığında, Üçtəpə kurqanları olan ərazidə qeydə alınmışdır. Burada aparılmış arxeoloji qazıntılar zamanı Üçtəpədən yarımköçərilərə məxsus olan qazma tipli ev qalıqları, təsərrüfat quyuları, ocaq qalığı, saxsı qablar(cam, xeyrə, bardaq, küp və s.), daşdan (dəndaşı, sürtgəc, həvənglər və s.), obsidian və çaxmaqdaşından (bıçaq, ərşin, ox ucu, və s.), metal, sümük və s.-dən alətlər aşkar edilib. Üçtəpədən üzəri şirli daş üzük, balıqqulağı və s.-də tapılmışdır. Bu əşyalar yerli əhalinin Yaxın Şərq ölkələri ilə əlaqəsini göstərir. Üçtəpə oronimi üç və təpə sözlərindən ibarətdir. Bu yuksəkliklər üç ayrı-ayrı təpədən ibarət olduğu üçün toponim belə adlanmışdır. müsbət relyef forması bildirən təpə coğrafi termininin iştirakı ilə Azərbaycan oronimiyasında 4000-dən çox oroqrafik obyekt qeydə alınıb. Üçtəpə coğrafi adına Abşeron, Cəlilabad, Xanlar, Ordubad və başqa rayonlarımızın da ərazisində rast gəlirik. Bu kurqan-təpə Salmanbəyli kəndinin 400 metrliyində yerləşir.
İmamqulubəyli (Ağcabədi)
İmamqulubəyli — Azərbaycan Respublikasının Ağcabədi rayonunun İmamqulubəyli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Ağcabədi rayonunun İmamqulubəyli kəndi Hindarx kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla İmamqulubəyli kənd inzibati ərazi vahidi yaradılmışdır. İmamqulubəyli yaşayış məntəqəsi XIX əsrin əvvəllərində 104 ailədən ibarət qaradolaq tayfasına mənsub olan ailələr tərəfindən salınıb. Çar hökuməti həmin ailələrin idarəsini İmamqulu bəyə 5 illiyə vermişdi. Bundan sonra həmin qaradolaq ailələri İmamqulubəyli adlanmışdır. Sonralar imamqulubəylilər bir neçə eyni adlı kəndlər yaratmışlar. Hazırda Ağdam və Bərdə rayonlarında da İmamqulubəyli kəndi vardır. Kənd Qarabağ düzündə yerləşir. 1500 nəfərdən çox. Kəndin əhalisi əsasən heyvandarlıq, taxılçılıq, pambıqçılıq və baramaçılıqla məşğul olur.
Şahsevən (Ağcabədi)
Şahsevən — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Şahsevən kənd inzibati ərazi dairəsində kənd. XIX əsrin sonlarında Ağcabədi rayonunun Şahsevən kəndindən köçmüş Abdulla adlı şəxs Kəlbəcər rayonunun — Mozçayın sol sahilində, dağ ətəyi ərazidə iki binə salmışdır. XX əsrin əvvəllərində də Cavanşir qəzasında Böyük və Kicik Abdullauşağı adlı iki binə adı qeydə alınmışdır. Rayonun Çobangərəkməz kəndi yaxınlığında bir yurd yeri indi də Abdulla yurdu adlanır. İran şahı I Abbas (1589–1629) hakimiyyətə gəldikdən sonra (XYII əsr) Qızılbaş tayfalarının müqavimətini qırmaq üçün "şahın (yəni özünün) mübarək başını sevənlər şah ətrafında toprlaşsınlar" fikrini irəli sürmüş, nəticədə Azərbaycanın həm şimalında, həm cənubunda yaşayan bir sıra ellər birləşərk Şahsevən tayfa ittifaqını yaratmışlar. Şimali Azərbaycan ərazisində Afşar, Qacar və Cavanşir tayfaları da şahsevən olmuşlar. Əvvəlcə bu ittifaq (Arxcanbəy və onun qardaşları) Qocabəy və Bəndəlibəy başçılıq etmişlər. Bir sıra qollardan və tirələrdən ibarət şahsevənlər Azərbaycanın hər iki hissəsində maldar həyat keçirmişlər.
Şotlanlı (Ağcabədi)
Şotlanlı — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Şərəfxanlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Ağcabədi rayonunun Kəhrizli kənd inzibati ərazi vahidinin Şotlanlı kəndi Şərəfxanlı kənd inzibati ərazi vahidinin tərkibinə verilmişdir. Şotlanlı oykonimini hunların varisi olan qədim türk mənşəli şot-şatı etnonimi ilə əlaqələndirən tədqiqatçılar vardır. Toponimin tərkibindəki -lan komponenti "məskən", "yurd" mənasındadır, -lı səkilçisi mənsubluq bildirir. Şotlanlı toponimini "dəvəli" yozumu ilə izah edənlər var. Bəzi tədqiqatçılar isə Şotlanlı oykonimini səhvən kürd mənşəli şotlanlı tayfasının adı ilə bağlayırlar. Onlar bunu 1828-ci ildə imzalanmış "Türkmənçay" müqaviləsindən sonra Zilanlı tayfası ilə birlikdə Cənubi Azərbaycandan gəlmiş şotlanlıların əvvəlcə Zəngəzurda yaşamaları, XIX əsrin ortalarında isə onların bir hissəsinin Cahangir xanın başçılığı ilə Qarabağa (Ağdam və Ağcabədi rayonları ərazilərinə) gələrək burada yaşamaları ilə əsaslandırırlar. Kəndin əsgəruşağı nəsli, bayramuşağılar, davudlular, şirinlilər, əliuşağılar, məcnunuşağılar, misirağlılar və başqa tayfaları vardır. Kənd rayon mərkəzindən 28 km məsafədə, düzənlik ərazidə yerləşir. Əhalisinin sayı 286 nəfərdir (01.01.2007-ci il üçün).
Şənlik (Ağcabədi)
Şənlik — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Şənlik kənd inzibati ərazi dairəsində kənd.
82 saylı Ağcabədi seçki dairəsi
Hacılar bələdiyyəsi (Ağcabədi)
Ağcabədi bələdiyyələri — Ağcabədi rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Kürdlər bələdiyyəsi (Ağcabədi)
Ağcabədi bələdiyyələri — Ağcabədi rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Kəbirli bələdiyyəsi (Ağcabədi)
Ağcabədi bələdiyyələri — Ağcabədi rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Muğanlı bələdiyyəsi (Ağcabədi)
Ağcabədi bələdiyyələri — Ağcabədi rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Poladlı bələdiyyəsi (Ağcabədi)
Ağcabədi bələdiyyələri — Ağcabədi rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qaratəpə yaşayış yeri (Ağcabədi)
Qaratəpə yaşayış yeri — Azərbaycanın Ağcabədi rayonunun Kəbirli kəndi yaxınlığında e.ə. I minillikdən orta əsrlərə qədərki dövrə aid yaşayış yeri. Sahəsi 2 ha-a yaxındır. qazıntılar zamanı üç mədəni təbəqə öyrənilmişdir. E.ə. VII-VI əsrlərə aid alt təbəqədə çiy kərpicdən hörülmüş çoxmənzilli yaşayış binasının qalığı, təndir, ocaq aşkar edilmiş,qara rəngli şüyrələnmiş gil qablar, nehrə, ipəyirən, dən daşları və s. tapılmışdır. Ikinci təbəqədən e.ə. V-I əsrlərə aid tikinti qalıqları ilə yanaşı antropomorf və zoomorf qablar da əldə edilmişdir.Təbəqənin üst qatlarından tapılmış gil qabların bir qismi Yaloylutəpə mədəniyyəti üçün xarakterikdir.Hər iki təbəqənin materialları e.ə. I minillikdə Mil düzündə oturaq əkinçiliklə yarımköçəri maldarlığın eyni vaxtda mövcud olmasına baxmayaraq, maldarlığın üstünlük təşkil etdiyini göstərir.Yaxınlıqdakı (4 km) Beyləqan qalasının tərəqqi etdiyi dövrdə Qaratəpə də kiçik yaşayış yeri olub.Bu XI-XIII əsrlərə aid olan III təbəqənin materiallarından da (Örnəqala tipli şirli və şirsiz qablar) aydın görünür.
Qaravəlli bələdiyyəsi (Ağcabədi)
Ağcabədi bələdiyyələri — Ağcabədi rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Sarıcalı bələdiyyəsi (Ağcabədi)
Ağcabədi bələdiyyələri — Ağcabədi rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.