Hacılar — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Hacılar kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağcabədi rayonunun Hacılar kəndi Boyat kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Hacılar kənd inzibati-ərazi vahidi yaradılmışdır.[2]
Hacılar | |
---|---|
40°03′07″ şm. e. 47°06′50″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi 560 nəfər.
Yaşayış məntəqəsi qızılbaşların zülqədər tayfasının hacılar tirəsinə mənsub ailələrin məskunlaşması nəticəsində yarandığı üçün belə adlandırılmışdır. Etnotoponimdir. Bu baxımdan Azərbaycanın bir çox bölgələrində, Gədəbəy, Laçın, Tovuz, Xaçmaz, Ağdaş, Ağcabədi, Bərdə rayonlarında "Hacılar" yaşayış məntəqəsi mövcuddur.[3]
Kənddə eneolit dövründən qalan abidələr və qədim qəbristanlıq var. Qəbristanlıq YUNESKO tərəfindən tarixi abidə kimi qeydə alınmışdır.
Ağcabədi rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |