ağbirçək
ağcaqanad
OBASTAN VİKİ
Ağcabədi
Ağcabədi — Azərbaycan Respublikasının Ağcabədi rayonunun inzibati mərkəzi. == Tarixi == Ağcabədi yaşayış məntəqəsinin adı mənbələrdə ilk dəfə 1593-cü ildən çəkilir. Ağcabədi bir müddət mənbələrdə Ağcabədi Xəlfərəddin adı ilə qeyd olunmuşdur. Şəhərin mərkəzindəki çökəkliyin bir hissəsi keçmişdə Xəlfərəddin adlanırdı. XIX əsrin əvvəllərində ərazidəki xəlfərəddinlilər 88 ailədən ibarət bir icma olmuşdur. Ağcabədi rayonu Azərbaycanın qədim yaşayış məskənlərindən biridir. Bu qədimliyi sübut edən maddi əlamətlərdən olan eneolit, tunc, antik dövrünə və orta əsrlərə aid yaşayış yerlərinin qalıqları – Kamiltəpə, Nərgiztəpə, Qaraköbərli, Yantəpə, Qalatəpə və Gavur arxı diqqəti cəlb edir. Tarixçilər bu təpələri Misir ehramları ilə müqayisə edərək qeyd edirlər ki, hətta Gavur arxının Makedoniyalı İsgəndər tərəfindən təmir olunması güman olunduğu halda, XVI əsrdə Teymurləng tərəfindən tam təmir olunması tarixi faktdır. Rayonda orta əsrlərə aid daşdan yonulmuş formalı başdaşlarına qəbirstanlıqlarda rast gəlmək olur. Ağcabədi rayonu 1930-cu ildə təşkil edilmiş, 1963-cü ildə ləğv olunub Ağdam rayonunun tabeliyinə verilmiş, 1965-ci ildə isə yenidən müstəqil rayon olmuşdur.
Aran (Ağcabədi)
Aran (əvvəlki adı: Kuybişev) — Azərbaycan Respublikasının Ağcabədi rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağcabədi rayonunun Yeni Qaradolaq kənd inzibati-ərazi vahidi tərkibindəki Kuybişev kəndi Aran kəndi adlandırılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 11 iyun 2002-ci il tarixli, 341-IIQ saylı Qərarı ilə Ağcabədi rayonunun Aran kəndi Yeni Qaradolaq kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Aran kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Kəndin daha qədim adı Qaradolaq olmuşdur. Yaşayış məntəqəsi kəngər tayfalarının bir qolu tərəfindən salındığı üçün belə adlandırılmışdı. 1935-ci ildən kənd SSRİ partiya və dövlət xadimi V. V. Kuybışevin (1888–1935) xatirəsinə Kuybışev adlandırılmışdır. Memorial toponimdir. == Tarixi == Bu kəndin adı ərazinin coğrafi mövqeyi ilə əlaqədar belə adlanmışdır. Vaxtilə düzəngah, susuz sahələr olan bu ərazilər ötən əsrin əvvəllərində məşhur Gavur arxının əsasında böyük Orçenikidze adına kanalın çəkilməsi ərazinin təsərrüfata yararlılığını artırdı. XX əsrin 30-cu illərin sonunda Kürün daşıb, məcrasından çıxması nəticəsində Kürqırağı ərazilərdə yaşayan əhalinin təhlükəsizliyini təmin etmək üçün kəndi indiki olduğu əraziyə köçürülüb, Aran kəndi salınmışdı.
Arazbar (Ağcabədi)
Arazbar — Azərbaycan Respublikasının Ağcabədi rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Arazbarı/Arazbar/Arasbar Ağcabədi rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Qarqar çayının sağ sahilində, Mil düzündədir. İlk dəfə XIII əsrə aid mənbələrdə (Fəzlullah RəŞidəddin "Məktublar") Arasbar Şəklində qeydə alınmışdır. XVI əsrdə türk səyyahı Ovliya Çələbinin yazdığına görə, Araz çayının nisbətən yuxarıdan töküldüyü ərazi yerli əhali arasında Arazbar adlanırmış. XVIII əsrdə Arazbar Qarabağ xanlığının banisi Pənahəli xanın atası İbrahim ağanın otlaq yeri olmuşdur. XIX əsrə aid mənbələrin birində Araz çayının Ordubad və Mehri arasında Arasbar adlı dar dərədən axdığı göstərilir. Həmin əsrə aid başqa bir mənbədə isə Arazbarlı kəndi qeydə alınmışdır. 1917-ci ildə Cəbrayıl və Şuşa qəzalarında Arasparlı, 1917 və 1933-cü illərdə Goyçay qəzasında Arazbəyli yaşayış məntəqəsi olmuşdur. 1933-cü ildə Ağcabədi rayonundakı Arazbar kəndinin adı Araspar Şəklində qeydə alınmışdır.
Avşar (Ağcabədi)
Avşar (əvvəlki adı: Üzeyirkənd) — Azərbaycan Respublikasının Ağcabədi rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Ağcabədi rayonunun Üzeyirkənd kəndi Avşar kəndi və müvafiq olaraq Üzeyirkənd kənd Soveti Avşar kənd Soveti adlandırılmışdır. == Coğrafiyası və iqlimi == == Əhalisi == Əhalisi 1940 nəfərdir. === Tanınmış şəxsləri === Namiq Abdullayev — Azərbaycanın Milli Qəhrəmanı. Məzahir Ərtuğ Avşar — rəssam == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
Ağabəyli (Ağcabədi)
Ağabəyli — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Ağabəyli kənd inzibati-ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağcabədi rayonunun Ağabəyli kəndi Hacıbədəlli kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Ağabəyli kənd inzibati-ərazi vahidi yaradılmışdır. == Toponimikası == Kəndin adı Azərbaycanın qədim kəbirli tayfasına məxsus eyniadlı nəslin adı ilə əlaqədardır. Bu kəndin adı oykonim şəxs adı ilə bağlı olub, Ağabəyli nəslinin adını əks etdirir. Tarixi həqiqətə görə XIX əsrdə kənddə Ağabəy adlı bir bəy yaşamış və kəndə ağalıq etmişdir. Ağabəyli kəbirli tayfasının bir qoludur. == Coğrafiyası və iqlimi == Kənd Qarqarçayın sahilində yerləşir. Ağabəyli kəndinin ərazisi 5.3 km²-dir. == Əhalisi == Əhalisi 563 nəfərdir. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
Ağcabədi (şəhər)
Ağcabədi — Azərbaycan Respublikasının Ağcabədi rayonunun inzibati mərkəzi. == Tarixi == Ağcabədi yaşayış məntəqəsinin adı mənbələrdə ilk dəfə 1593-cü ildən çəkilir. Ağcabədi bir müddət mənbələrdə Ağcabədi Xəlfərəddin adı ilə qeyd olunmuşdur. Şəhərin mərkəzindəki çökəkliyin bir hissəsi keçmişdə Xəlfərəddin adlanırdı. XIX əsrin əvvəllərində ərazidəki xəlfərəddinlilər 88 ailədən ibarət bir icma olmuşdur. Ağcabədi rayonu Azərbaycanın qədim yaşayış məskənlərindən biridir. Bu qədimliyi sübut edən maddi əlamətlərdən olan eneolit, tunc, antik dövrünə və orta əsrlərə aid yaşayış yerlərinin qalıqları – Kamiltəpə, Nərgiztəpə, Qaraköbərli, Yantəpə, Qalatəpə və Gavur arxı diqqəti cəlb edir. Tarixçilər bu təpələri Misir ehramları ilə müqayisə edərək qeyd edirlər ki, hətta Gavur arxının Makedoniyalı İsgəndər tərəfindən təmir olunması güman olunduğu halda, XVI əsrdə Teymurləng tərəfindən tam təmir olunması tarixi faktdır. Rayonda orta əsrlərə aid daşdan yonulmuş formalı başdaşlarına qəbirstanlıqlarda rast gəlmək olur. Ağcabədi rayonu 1930-cu ildə təşkil edilmiş, 1963-cü ildə ləğv olunub Ağdam rayonunun tabeliyinə verilmiş, 1965-ci ildə isə yenidən müstəqil rayon olmuşdur.
Ağcabədi bələdiyyələri
Ağcabədi bələdiyyələri — Ağcabədi rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Ağcabədi bələdiyyəsi

Ağcabədi nahiyəsi
Ağcabədi nahiyəsi — 1593 cü ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyaləti Xaçın sancağı inzibati–ərazi nahiyə == Kəndləri == 1593-cü ildə Osmanlı dövləti Ağcabədi nahiyyəsinin oba, kənd, qışlaq və məzrələrini siyahıya alıb.
Ağcabədi rayonu
Ağcabədi rayonu — Azərbaycan Respublikasında inzibati — ərazi vahidi. İnzibati mərkəzi Ağcabədi şəhəridir. Ağcabədi rayonunun mərkəzi aeroport, Ağdam dəmir yolu stansiyasından 45 km, Bakıdan 374 km aralı, Qarqar çayının hər iki sahilində Mil və Qarabağ düzlərindədir. == Etimologiyası == Azərbaycan Respublikasının ən iri kənd təsərrüfatı rayonlarından biri olan Ağcabədi rayonunun ərazisi 1756 km² — dir, əhalisi 136,7 min nəfərdir (1 yanvar 2020).Məşğul əhalinin əsas hissəsi səhiyyə, təhsil, mədəniyyət sahəsində, kənd təsərrüfatında, rayonda fəaliyyət göstərən sənaye müəssisələrində, ticarət, ictimai iaşə xidmət sahələrində çalışır. Ağcabədi rayonu 1 şəhər, 1 qəsəbə və 39 kənd inzibati ərazi vahidindən və 44 kənddən (Ağcabədi şəhəri, Hindarx qəsəbəsi, Avşar, Aşağı Avşar, Xocavənd, Salmanbəyli, Mehrablı, Aran, Yeni Qaradolaq, Qaradolaq, Kəbirli, Hacıbədəlli, Nəcəfqulubəyli, Şənlik, Şahmalılar, Şotlanlı, Bala Kəhrizli, Böyük Kəhrizli, Biləğan, Ağabəyli, Pərioğullar, Cəfərbəyli, Hüsülü, Rəncbərlər, Qiyaməddinli, Qaravəlli, Təzəkənd, Muğanlı, Şahsevən, Şahsevən-Təzəkənd, Köyük, Boyat, Qaraxanlı, Hacılar, Kəhrizli, Şərəfxanlı, Arazbar, Sarvanlar, Kürdlər, Minəxorlu, Yuxarı Qiyaməddinli , Sarıcalı, Taynaq, Poladlı, İmamqulubəyli, Gələbədin kəndləri ) ibarətdir. Rayon ərazisində 216 idarə və müəssisə, 8 bank filialı, 2 rabitə müəssisəsi, 5 mehmanxana fəaliyyət göstərir. İşçilərin sayına və ərazisinə görə ən iri müəssisə Atena MMC- dir. Bu Məhdud Məsuliyyətli cəmiyyətin 200 nəfər işçisi vardır. Hazırda rayon üzrə məşğul əhalinin sayı 72632 nəfər, o cümlədən sənayedə çalışanların sayı 664 nəfər, kənd təsərrüfatında çalışanların sayı 32681 nəfər, tikintidə 398 nəfər, nəqliyyat və rabitədə 329 nəfər, təhsil, mədəniyyət və incəsənətdə 5351 nəfər, səhiyyə, bədən tərbiyəsi və sosial təminatda 1171 nəfər,kreditləşmə maliyyə və sığortada 134 nəfər, İdarəetmə orqanları aparatında 417 nəfər, ticarət və xidmət sahələrində 3635 nəfər, digər sahələrdə 24361 nəfərdir. Adının mənası iri məskən (ağca-iri, badi-məskən, qəsəbə) olan Ağcabədi rayonu Azərbaycanın qədim yaşayış məskənlərindən biridir.
Ağcabədi şəhəri
Ağcabədi — Azərbaycan Respublikasının Ağcabədi rayonunun inzibati mərkəzi. == Tarixi == Ağcabədi yaşayış məntəqəsinin adı mənbələrdə ilk dəfə 1593-cü ildən çəkilir. Ağcabədi bir müddət mənbələrdə Ağcabədi Xəlfərəddin adı ilə qeyd olunmuşdur. Şəhərin mərkəzindəki çökəkliyin bir hissəsi keçmişdə Xəlfərəddin adlanırdı. XIX əsrin əvvəllərində ərazidəki xəlfərəddinlilər 88 ailədən ibarət bir icma olmuşdur. Ağcabədi rayonu Azərbaycanın qədim yaşayış məskənlərindən biridir. Bu qədimliyi sübut edən maddi əlamətlərdən olan eneolit, tunc, antik dövrünə və orta əsrlərə aid yaşayış yerlərinin qalıqları – Kamiltəpə, Nərgiztəpə, Qaraköbərli, Yantəpə, Qalatəpə və Gavur arxı diqqəti cəlb edir. Tarixçilər bu təpələri Misir ehramları ilə müqayisə edərək qeyd edirlər ki, hətta Gavur arxının Makedoniyalı İsgəndər tərəfindən təmir olunması güman olunduğu halda, XVI əsrdə Teymurləng tərəfindən tam təmir olunması tarixi faktdır. Rayonda orta əsrlərə aid daşdan yonulmuş formalı başdaşlarına qəbirstanlıqlarda rast gəlmək olur. Ağcabədi rayonu 1930-cu ildə təşkil edilmiş, 1963-cü ildə ləğv olunub Ağdam rayonunun tabeliyinə verilmiş, 1965-ci ildə isə yenidən müstəqil rayon olmuşdur.
Boyat (Ağcabədi)
Boyat — Azərbaycan Respublikasının Ağcabədi rayonunun inzibati ərazi vahidində kənd. Keçmiş Bayat nahiyəsinin mərkəzi. == Tarixi == Boyat (Bayat, Bəyat) – "Kitabi-Dədə — Qorqud"da hadisələrin başlanğıc və cəryan etdiyi coğrafi adlardan biridir. Boyat coğrafi adına Ağcabədi, Salyan, Neftçala, Ucar, Şamaxı, Şabran, eləcə də Şimali Azərbaycanda – Qədim Albaniyada – Arran – Şirvan ərazisində və digər yerlərdə təsadüf edilir. Boyat (Bayat, Bəyat) türkdilli qəbilələrdən birinin adı olub IX–X əsrlərdə qay tayfası ilə yanaşı Şimali Qazaxıstanın çöllərində oğuzlara başçılıq etmiş tayfalardandır. Şah İsmayıl Xətai yeni hökumətə dayaq olmaq və onu əldə saxlamaq üçün İranda yaşayan Boyat türklərindən bir dəstəsini siyahı uzrə köçürüb Dərbənddə və Şabranda yerləşdirmişdir. Həmin tayfanın üzvləri tərəfindən salınmış yaşayış məntəqələri onların adı ilə Boyat adlandırılmışdır. Toponim səlcuq oğuzlarının boyat/bayat tayfasının adını daşıyır. Etnotoponimdir.Bildiyimiz kimi Azərbaycan xalqının formalaşmasında əsas amilə malik olan tayfalardan biri də Bayat tayfası olmuşdur. Həmin tayfanın söylədikləri nəğmələr isə Bayat tayfasının nəğmələri, yəni bayatı adı altında termin kimi formalaşmışdır.
Göyük (Ağcabədi)
Göyük — Azərbaycan Respublikasının Ağcabədi rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Ağcabədi rayonunun Göyük kəndi Muğanlı kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Göyük kənd inzibati ərazi vahidi yaradılmışdır. == Toponimikası == Köyük oykonimi türk dillərindəki köyük sözündən olub, təmizlənmiş meşə yeri" anlamındadır. Çox ehtimal ki, kənd salındığı ərazinin adı ilə adlandırılmışdır. Köyük toponimini türk dillərində müxtəlif məna ifadə edən köyük sözü ilə əlaqələdirən araşdırıcılar var. Köyük sözü "ceyran", "xallı maral" mənasındadır. Yevlax rayonunda da Köyük kəndi var. Rusiyanın Başqırdıstan ərazisində, İskə Köyək, Yanqı Köyək adlı kəndlər də mövcuddur. == Əhalisi == Əhalisinin sayı 773 (01.01.2007-ci il üçün) nəfərdir. == İqtisadiyyatı == Kənd əhalisi heyvandarlıq, taxılçılıq, baramaçılıqla məşğul olur.
Hacılar (Ağcabədi)
Hacılar — Azərbaycan Respublikasının Ağcabədi rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağcabədi rayonunun Hacılar kəndi Boyat kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Hacılar kənd inzibati-ərazi vahidi yaradılmışdır.Əhalisi 560 nəfər. == Topoimikası == Yaşayış məntəqəsi qızılbaşların zülqədər tayfasının hacılar tirəsinə mənsub ailələrin məskunlaşması nəticəsində yarandığı üçün belə adlandırılmışdır. Etnotoponimdir. Bu baxımdan Azərbaycanın bir çox bölgələrində, Gədəbəy, Laçın, Tovuz, Xaçmaz, Ağdaş, Ağcabədi, Bərdə rayonlarında "Hacılar" yaşayış məntəqəsi mövcuddur. == Tarixi == === Tarixi abidələri === Kənddə eneolit dövründən qalan abidələr və qədim qəbristanlıq var. Qəbristanlıq YUNESKO tərəfindən tarixi abidə kimi qeydə alınmışdır.
Hüsülü (Ağcabədi)
Hüsülü — Azərbaycan Respublikasının Ağcabədi rayonunun inzibati ərazi vahidində kənd, eyniadlı inzibati ərazi vahidində kənd. Qarabağ düzündədir. == Tarixi == XIX əsrin əvvəllərində husulu Qarabağda maldarlıqla məşğul olan 13 ailədən ibarət kicik elat olmuşdur. Husulu mənşəcə qızılbaşların ustaclı tayfasının tirələrindən biri idi. XVII əsrdə bu tirəyə mənsub ailələr Şəhsevənlərə qarıŞmış və Qarabağda yaşamağa başlamışdılar. Yayı Sarıyer və Qırxqız yaylaqlarında, qışı isə Qarabağ düzündə keçirən hüsülülər əvvəlcə indiki kənddən 1 km. aralıdakı Məşədi Ələkbər Suatı (suat "su götürülən yer" deməkdir) adlı yerdə məskunlaşmışdılar. XIX əsrin ortalarında Hacı Həsən adlı bir nəfər indiki kəndin yerində kəhriz qazmış və əhali də buraya köçüb məskunlaşmışdır. == Əhalisi == Əhalisinin sayı 4.199 (01.01.2007-ci il üçün)nəfərdir. Əhali əsasən heyvandarlıq, taxılçılıq və pambıqçılıqla məşgul olur.
Kültəpə (Ağcabədi)
Kültəpə — Ağcabədi rayonunun Minaxorlu kəndi ərazisində, kənddən bir qədər aşağıda qeydə alınmış coğrafi addır. == Tarixi == Vaxtilə bu təpənin yerində böyük tikili olmuşdur. İndi həmin təpəni qazanda oradan küllü torpaq çıxdığına görə camaat bu təpəni Kültəpə adlandırmışdır. Qazıntılar zamanı Kültəpədən müxtəlif tarixi dövrlərə aid maddi-mədəniyyət nümunələri tapılmışdır. == Toponimikası == Kültəpə oronimi kül sözündən və təpə müsbət relyef forması bildirən coğrafi termindən ibarətdir. Təpədə müxtəlif mineral qatışıqlarsdan əmələ gələn yanıcı olmayan kül qalıqları olduğu üçün toponim çox güman ki, belə ad almışdır.Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndi ərazisində də Kültəpə oroqrafik obyekti qeydə alınıb. Beyləqanda, Füzulidə, Naxçıvan şəhəri yaxınlığında, Qərbi Azərbaycanda və başqa ərazilərdə də Kültəpə adına rast gəlirik.
Kürdlər (Ağcabədi)
Kürdlər — Azərbaycan Respublikasının Ağcabədi rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kürdlər Ağcabədi rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Qarqar çayının sahilində, Qarabağ düzündədir. Kənd musanlı tayfasının kürdlər tirəsinin məskunlaşması nəticəsində yaranmışdır. == Toponimikası == Kürdlər oykonimi musanlı tayfasının kürdlər tirəsinin vaxtilə burada məskunlaşması nəticəsində yaranmışdır. Kürdlər kürmancı, yezidi-qədim irandilli tayfadır. Qədim yunan müəllifi Ksenofont kürdləri kardux, başqa qaynaqlar kordux, kardu, ilk dəfə orta əsr ərəb coğrafiyaçıları kürd (cəm halı əkrad) adlandırmışlar. Çox güman ki, kürdlərin dili İran qrupundan I minilliyin sonunda ayrılmış və yetkinləşmişdir. Kürdlər çox-çox əvvəllər İranın qərb sərhədlərində yerləşmişdilər. Ərəb qaynaqları bu Zaqros dağlı tayfalarını kürd adlandırırdılar.
Kəbirli (Ağcabədi)
Kəbirli (əvvəlki adı: Dördüncü barak) — Azərbaycan Respublikasının Ağcabədi rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağcabədi rayonunun Yeni Qaradolaq kənd inzibati-ərazi vahidi tərkibindəki Dördüncü barak kəndi Kəbirli kəndi adlandırılmışdır. Kəbirli kəndi Yeni Qaradolaq kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Kəbirli kənd inzibati-ərazi vahidi yaradılmışdır. == Toponimikası == Kəbirli oykonimi türkdilli qədim xəzərlərin kəbirli tayfasının adı ilə bağlıdır. Mənbələrdə adı kəbərli kimi də çəkilir. Onların xəzərlərin tərkibinə daxil olan kəbər tayfasının nəsilləri olması güman edilir. Xəzərlərin eramızın əvvəllərindən bəri Albaniya (Qafqaz) ilə əlaqələri və erkən orta əsrlərdə bu ərazilərə xəzər ailələrinin dəfələrlə köçürülməsi tarixdən məlumdur. Tarixi mənbələrdə kəbirlilərin hələ erkən orta əsrlərdə Azərbaycana gəlmələri, burada yaşamışlar. Onların burada məskunlaşdığı ərazilər Kəbirli mahalı adlanırdı. XVIII əsrin ortalarında Qarabağ xanlığının təşkilində kəbirlilər mühüm rol oynamışlar.
Muğanlı (Ağcabədi)
Muğanlı — Azərbaycan Respublikasının Ağcabədi rayonunun inzibati-ərazi vahidində kənd. == Tarixi == Azərbaycan Respublikasının ərazisində Muğan adı ilə bağlı 18 yaşayış məntəqəsi mövcuddur. Ağdam rayonu, Ağstafa rayonu, Bərdə rayonu, Xocavənd rayonu, Kürdəmir rayonu, Qubadlı rayonu, Şamaxı rayonu, Şərur rayonu, Zaqatala rayonu, Zəngilan rayonu və digər ərazilərdə olan yaşayış məntəqələri buna misal ola bilər. Yaşayış məntəqələri Cənubi Azərbaycanın Muğanlı kəndindən köçüb gəlmiş mollahəsənli, mehdili və cabbarlı nəsillərinə mənsub ailələr tərəfindən salınmışdır. Oykonim türkdilli Azərbaycan tayfası olan muğanlıların adı ilə bağlıdır. Muğanlı tayfa adı XVI əsrin əvvəllərindən məlumdur. Sonralar mənbələrdə şahsevənlərin tərkibində müstəqil tayfa kimi qeydə alınmış muğanlılar XIX əsrin əvvələrində 8 tirədən ibarət olmuşlar. Tayfa Muğan düzündə yaşadığına görə həmin düzün adı ilə adlandırılmışdır. == Din == Kənddə "Seyid İsmayıl Ağa" məscidi dini icması fəaliyyət göstərir.
Nəcəfqulubəyli (Ağcabədi)
Nəcəfqulubəyli — Azərbaycan Respublikasının Ağcabədi rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndi Ağcabədi şəhər inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Nəcəfqulubəyli kənd inzibati-ərazi vahidi yaradılmışdır.
Poladlı (Ağcabədi)
Poladlı — Azərbaycan Respublikasının Ağcabədi rayonunun inzibati ərazi vahidində kənd.
Pərioğlular (Ağcabədi)
Pərioğullar — Azərbaycan Respublikasının Ağcabədi rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Ağcabədi rayonunun Pərioğlular kəndi Hacıbədəlli kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Pərioğlular kənd inzibati ərazi vahidi yaradılmışdır.
Qaradolaq (Ağcabədi)
Qaradolaq (əvvəlki adı:Şaumyankənd) — Azərbaycan Respublikasının Ağcabədi rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Ağcabədi rayonunun Şaumyankənd kəndi Qaradolaq kəndi və müvafiq olaraq Şaumyankənd kənd Soveti Qaradolaq kənd Soveti adlandırılmışdır. == Toponimikası == Qaradolaq toponimi qara və dolaq sözlərindən əmələ gəlib. Kənd sakinlərinin dediklərinə görə qaradolaqlılar çox-çox əvvəllər həmişə başlarına və qollarına qara dolaq bağlayarmışlar. Bu, onları digər tayfalardan fərqləndirirdi. Elə bu səbəbdən də onlara qaradolaqlar deyilmişdir. Qaradolaqlar Qarabağa gələndən sonra Təklə Qara dolaq adlanırdı. Ağcabədi rayonunda Qaradolaq kəndi yaxınlığında qaradolaq tayfasının adı ilə bağlı digər oykonim-Yeni Qaradolaq kəndi də qeydə alınmışdır. == Coğrafiyası və iqlimi == Kənd rayon mərkəzindən 22 km cənub-qərbdə, Qarabağ kanalından 7 km aralıda, Mil-Qarabağ düzündə yerləşir. == Tarixi == Qaradolaq kəndi XX əsrin əvvəllərinədək əsasən yarımköçəri həyat tərzi keçirmiş qaradolaqlar Azərbaycan tayfasının adı ilə əlaqədar yaranmışdır.
Qaravəlli (Ağcabədi)
Qaravəlli — Azərbaycan Respublikasının Ağcabədi rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağcabədi rayonunun Qaravəlli kəndi Gələbədin kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Qaravəlli kənd inzibati-ərazi vahidi yaradılmışdır. == Tarixi == Kənd XVII əsrdən bəri obalardan ibarət olub (Belqışlaq, Qaraqışlaq, Güllüqışlaq v.s.). XIX əsrdən Yelizavetpol quberniyasının Şuşa qəzasına daxil olub. Kolxozlaşma gedişində yuxarıda sayılan obalar bir yerə cəmləşdirilib. Kolxoz sistemi yaranandan sonra əhalinin tərəkəmə həyat tərzinə son qoyulur. Burdakı əhali əksərən tərəkəmə Qaravəlli elatından olanlardır. Zaman keçmiş və insanlar bu kəndin coğrafiyasına uyğunlaşmışlar. Qaravəlli elatının yaşı min ildən çoxdur. Qoca tarixin yazdığına görə Oğuz xanın 6 oğlundan böyüyü Gün xanın dördüncü (sonbeşik) oğlu Qaraevli idi.
Qaraxanlı (Ağcabədi)
Qaraxanlı — Azərbaycan Respublikasının Ağcabədi rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağcabədi rayonunun Boyat kənd inzibati-ərazi vahidinin Qaraxanlı kəndi Hacılar kənd inzibati-ərazi vahidinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Ağcabədi rayonunun Qaraxanlı kəndi Hacılar kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Qaraxanlı kənd inzibati ərazi vahidi yaradılmışdır. == Toponimikası == Qaraxanlı oykonimi qaraxanlı nəslinin adı ilə bağlıdır. Tarixi sənədlərin verdikləri məlumata görə, oğuz tayfalarından biri olan bayat tayfasına mənsub olan qaraxanlılar (qaraxanlı tirəsi) 1865-ci ildə burada məskən salmış və məntəqəsi də bu tirənin adı ilə adlandırılmışdır. Bəzi araşdırıcılar toponimi 927–1212-ci illərdə Mərkəzi Asiyada Qaraxanilər dövlətini idarə edən qaraxanilər müsəlman-türk sülaləsinin adı ilə eyniləşdirir. Məlumdur ki, onların ilk xanı Əbdülkərim Satuk Qaraxan olub. Qaraxanilər sonuncu nümayəndəsi olan Qılıc Arslan İbn Xarəzm Məhəmməd tərəfindən 1212-ci ildə öldürülmüşdür. 1728-ci il sənədində İrəvan əyalətinin Zarzəmin nahiyəsində Qaraxanlı adlı qışlaq qeydə alınmışdır. == Əhalisi == Əhalisinin sayı 882 (01.01.2007-ci il üçün) nəfərdir.
82 saylı Ağcabədi seçki dairəsi
83 saylı Ağcabədi-Ağdam seçki dairəsi
83 saylı Ağcabədi-Füzuli seçki dairəsi
Aran bələdiyyəsi (Ağcabədi)
Ağcabədi bələdiyyələri — Ağcabədi rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialı
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialı — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. == Tarixi == === AMİ Ağcabədi filialı === Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli, 349 nömrəli Fərmanına əsasən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şuşa filialı, Bakı Mədəni-Maarif Texnikumunun Ağcabədi şöbəsi və Ağdaş Pedaqoji Texnikumunun Ağcabədi şöbəsinin bazasında yaradılmışdır.2000-ildə AMİ-nin ilkin Ağcəbədi filialına 100 nəfər tələbə qəbulu fərmanına əsasən ilkin kadr hazırlığı əyani olmaqla yalnız iki ixtisas müəyyənləşdirilmişdi — "İbtidai təhsilin pedaqogikası və metodikası" və "Məktəbəqədər təhsilin pedaqogikası və metodikası". Təhsil Nazirliyinin 8 yanvar 2001-ci il tarixli 82 01–24 saylı məktubu əsasında ADPU-nun Şuşa, Qazax, Şamaxı və BDU-nun Şəki filiallarındakı "İbtidai təhsilin pedaqogikası və metodikası" və "Məktəbəqədər təhsilin pedaqogikası və metodikası" fakültələri həmin filialaların bazasında yaradılmış Ağcəbədi, Şamaxı, Şəki və Qazax filiallarına keçmişdilər. Filialda bir pedaqoji fakültə, əvvəllər təkcə "Pedaqogika və psixologiya", 2 il sonra isə "Riyaziyyat və onun tədrisi metodikası" və "Ana dili və onun tədrisi metodikası" kafedraları fəaliyyət göstərməyə başladı. Filialda 4 kafedra — "Ana dili, ədəbiyyat və onların tədrisi metodikası", "Riyaziyyat, Fizika və onların tədrisi metodikası", "Ümumi elmi fənlər" və "Humanitar fənlər" kafedraları fəaliyyət göstərmişdir. Filialın dislokasiyasına daxil edilmiş əvvələr 10, indi isə 8 rayona pedaqoji işçilərin yenidən hazırlanması və ixtisaslarının artırılması aparılmışdır. Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialı Azərbaycan Respublikası Prezidentinin 26 noyabr 2015-ci il tarixli, 1582 nömrəli Sərəncamına əsasən Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması nəticəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialına çevrilmişdir. === ADPU Ağcabədi filialı === Azərbaycan Respublikası Prezidentinin 26 noyabr 2015-ci il tarixli, 1582 nömrəli Sərəncamına əsasən Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması nəticəsində Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialı Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialı hesab olunmuşdur.
Azərbaycan Müəllimlər İnstitutu (Ağcabədi filialı)

Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialı

Ağabəyli bələdiyyəsi (Ağcabədi)
Ağcabədi bələdiyyələri — Ağcabədi rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Ağcabədi Dövlət Rəsm Qalereyası
Ağcabədi Dövlət Rəsm Qalereyası — Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin diqqət və qayğısı sayəsində 03.01.2005-ci il tarixdən Ağcabədi rayon Dövlət Rəsm Qalereyası yaradılıb və həmin gündən fəaliyyətə başlamışdır. == Qalereyanın fəaliyyəti == Qalereya 140 m2 kv sahəsi olan 3 otaqdan ibarətdir.Qalereyanın fondunda 160 rəsm əsər vardır. Əsərlərin 38 ədəd Respublika rəssamlarının, 31 ədəd yerli rəssamların, 50 ədəd müvəqqəti kağız üzərində, 9 ədəd taxta üzərində yandırma üsulu ilə, 4 ədəd heykəl, 1 ədəd döymə çikanka, 27 ədəd iplə toxumalar toplanıb Qalereyanın fondunda mühafizə olunur və uçot kitabına qeydiyyata alınmışdır.Qalereyada Rəsm Dərnəyi fəaliyyət göstərir.İl ərzində Qalereyaya fərdi gələnlərin sayı 450 nəfər, ekskursiyaya gələnlər 900 nəfər, Qalereyadan kənarda sərgilərin sayı 56 olmuşdur.Qalereyada 10 nəfər işçi çalışır, 1 nəfər ali, 4 nəfər orta ixtisas, 2 nəfər ümumi orta təhsilli, 1 nəfər fəhlə, 1 nəfər xadimə, 1 nəfər gözətçidir. == İstinadlar == == Xarici keçidlər == "Ağcabədi Dövlət Rəsm Qalereyası". azgallery.az. İstifadə tarixi: 16.03.2021. "Ağcabədi Regional Mədəniyyət İdarəsinin Ağdam Dövlət Rəsm Qalereyası". www.travelagenciesfinder.com. İstifadə tarixi: 16.03.2021.
Ağcabədi Pedaqoji Kolleci
Ağcabədi Pedaqoji Kolleci (əvvəlki adı: Ağcabədi Pedaqoji Texnikumu) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi == Tarixi == Əvvəlki adı Ağcabədi Pedaqoji Texnikumu olmuş və 16 iyun 2010-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən hazırkı ad ilə adlandırılmışdır. Hazırda ən qabaqcıl orta ixtisas təhsili müəssisələrindəndir. == İxtisaslar == Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır: Fiziki tərbiyə müəllimliyi (ümumi orta təhsil bazası üçün); Texnologiya müəllimliyi; Musiqi müəllimliyi; İnformatika müəllimliyi (ümumi orta təhsil bazası üçün); Təsviri incəsənət müəllimliyi; İbtidai sinif müəllimliyi; Məktəbəqədər təlim və tərbiyə.
Ağcabədi Pedaqoji Texnikumu

Ağcabədi Tarix-Diyarşünaslıq Muzeyi
Ağcabədi Tarix-Diyarşünaslıq Muzeyi — Ağcabədi rayonunda yerləşən muzey. Əsası 1980-ci ildə qoyulmuş muzeydə, hazırda 5000-ə yaxn eksponat saxlanılır. == Muzey haqqında == İki mərtəbədən ibarət olan muzey binasının ümumi sahəsi 1830m2 olub 6 ekspozisiya otağından ibarətdir. Hər bir otaq ayrı-ayrı tarixi dövrləri əks etdirərərk, ən qədim eksponatları arxeoloqların rayon ərazisində qazıntı işləri zamanı aşkarladıqları eramızdan əvvəl VI–V minilliklərə (Neolit dövrünə) aid sümükdən iynə və bizlər, daş qab məişət əşyalarıdır. Muzey "Təbiət", "Arxeologiya", "Etnoqrafiya", "Görkəmli şəxsiyyətlər", "Sovet dövrü" və "Müasir dövr" bölmələrindən ibarətdir. == Muzeyin tarixi == 1980-ci ildən fəaliyətə başlayan muzey binanın sahəsi 700m2. Muzey 6 ekspozisiya otağı, 4 iş otağı, 2 fond otağı və 1 zaldan ibarətdir. Hazırda muzeydə 5000-ə yaxın (4782) eksponat qorunur. Eksponatlar bölmələr üzrə qruplaşdırılıb. Muzeyin birinci bölməsi olan təbiət bölməsi olduqca rəngarəng və maraqlıdır.
Ağcabədi seçki dairəsi
Ağcabədi Şəhidlər Xiyabanı
Ağcabədi Şəhidlər Xiyabanı — Ağcabədi şəhərində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğurunda şəhid olanların dəfn olunduğu məzarlıq. Xiyaban 1992-ci ildə Ağcabədi şəhərində yaradılıb.
запе́ниваться к ве́тру медова́рка расквартиро́вываться ревмя́ деле́ц нажева́ть сле́дом за че́шка шулятник шурукать bobbin lace body cell cassada cul-de-sac diaclase disject harlequin opal quayage tiffany white-haired воссоздание заезжать каблук отождествление