Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Artuk bəy
Artuk bəy və ya Zahirüldövlə Artuk bəy – Səlcuqlu imperiyasının XI əsrdə fəaliyyət göstərmiş türk sərkərdəsi. O, Qüdsün 1085–1091-ci illərdəki qubernatoru olmuşdur. Artuklu sülaləsinin onun adı ilə adlandırılmasına baxmayaraq, əslində, bu sülalənin əsası ondan sonra oğlanları olan Sökmən və İlqazi bəy tərəfindən qoyulmuşdur. O, həmçinin Alp-Yaruq, Bəhram, Əbd əl-Cabar və 3 başqa övladı olmuşdur. Oğuzların Döğər boyundan olmuşdur. Artuk bəy 1071-ci ildə baş vermiş Malazgird döyüşündə Böyük Səlcuqlu imperiyasının komandanlarından biri olmuşdur. Döyüşdən sonra o, səlcuqlular tərəfindən Anadolunun fəthində iştirak etmişdir. O, 1074-cü ildə Yeşilırmaq vadisini ələ keçirmişdir. O, həm də sultanın əmri ilə 1077-ci il üsyanının yatırılmasında da iştirak etmişdir. Artuk bəy 1086-cı ildə Diyarbəkirin Mərvanilərdən alınması əməliyyatında da iştirak etmişdir.
Antik
Antik və ya əntiq (lat. antikvitas - "qədimlik", "köhnəlik") — ümumi mənada müasir "qədimlik" anlayışına bərabər söz. Lakin elə həmin mənada Qədim Yunanıstan, Qədim Roma və ellin dövlətlərini də bildirir. Antik dedikdi tarixin e.ə. I minilliyin əvvəllərindən e.ə. X əsrə qədərki dövrü nəzərdə tutulur. Bu dövr XXXI əsrin əvvəllərində fransız dilində qəbul edilmiş və xüsusi bir sənət növünü nəzərdə tutur. İncəsənət tarixində bir çox tədqiqatların ortaya çıxması konsepsiyanın yunan-roma qədimliyinə zəmin yaratmasına gətirib çıxardı . Erkən qədimlik ( e.ə. VIII əsr — e.ə.
Aptek
Aptek (Yunanca: apotheke(anbar) ) - reseptlə dərman hazırlayan, hazır dərman və digər tibbi mallar saxlanan və satılan tibbi müəssisə. XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə dəvaxana (دواخانا) adlandırılmışdır. Farmakologiya Əczaçılıq Vikianbarda Aptek ilə əlaqəli mediafayllar var.
Artek
"Artek" (rus. Арте́к) — Ukrayna ərazisində, Krım yarımadasında beynəlxalq uşaq mərkəzi. Krım yarımadasının cənub sahilində, Qurzuf qəsəbəsinin yaxınlığında yerləşir. Vaxtilə keçmiş SSRİ-nin ən məşhur pioner düşərgələrindən biri olmuşdur. Uzun müddət sosialist ölkələrindən gələn deleqasiyaların və xarici dövlət rəhbərlərinin qaldığı yer olmuşdur. Düşərgə öz adını yerləşdiyi yerin adından götürmüşdür. Həmçinin yaxınlıqdan eyniadlı çay axır. "Artek" sözünün mənşəyi isə mübahisəlidir. Daha əsaslı versiyalar arasında bu sözün yunan dilindəki άρκτος ("ayı", yaxınlıqda Ayu-dağ adlı dağ yerləşir), oρτύκια (bildirçin), άρτος (çörək) və ya tatar dilindəki "artık" (artıq, əlavə) sözündən yaranması qeyd edilə bilər. Düşərgənin özündə "bildirçin" versiyası daha populyardır və "Artek — bildirçin adacığı" deyimi və bu adda mahnı mövcuddur.
Ağgül
Ağçiçək (lat. Leucojum) — zanbaqçiçəklilər sırasının nərgizçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Leucojum L. - cinsinin adı yunanca "süd kimi ağ" sözündən yaranmışdır. Bu bitkinin 10 növü Avropa və Şimali Afrikanın mülayim iqlim rayonlarında yayılmışdır. Gülçülükdə onların 2 növündən geniş istifadə olunur. Yaz ağgülü (L. vernum) enli, parlaq yarpaqlı, tək-tək, ağ, uzunsaplaqlı çiçəkləri olan çoxillik bitkidir. Çiçəyinin forması zəngiçiçəyinə bənzəyir. Bu bitkidən 1420-ci ildən gülçülükdə istifadə edilir. Yay ağgülünün (L.aestivum L.) çiçək saplağındakı çiçəklərin sayı 2-7 ədəd olub, yarpaqlarının forma və quruluşuna görə fərqlənir. Ağgüldə hər il 1-2 bala soğanaq əmələ gəlir.
Kətük
Ağgədik (əvvəlki adı: Kötük) — Azərbaycan Respublikasının Xocalı rayonunun Xanabad kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Kötük kəndi Ağkədik kəndi adlandırılmışdır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Ağgədik kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində azad olunmuşdur. Ağgədik kəndi dağətəyi ərazidədir. Keçmiş adı Ağdar, 1992-ci ilədək Kotuk ("gədik" sözünun təhrif forması) olmuşdur. Oykonim ərazidəki eyniadlı dağ keçidinin adından yaranmışdır. Zaman-zaman Kətük, Kətik kimi də qeyd olunmuşdur. Bəzi tədqiqatçılar kəndin adını Qafqaz Albaniyasındakı məşhur Kətik məbədinin (XII əsr) adı ilə bağlayırlar.
Örtük
Örtük — geologiyada böyük sahə tutan və kifayət qədər qalınlığı olan hər hansı törəməni ifadə etmək üçün işlədilən termin.
Şötük
Şötük — ən çox quzu və dəvə yunundan, eləcə də zərif qoyun yunundan hazırlanmış ipliklərdən hörülən əşya. Şötükdən ulaq və qəflə-qatırı alıqlamaq üçün istifadə olunardı. Hörülmə üsulu çatıda olduğu kimi yerinə yetirilsədə çatıya nisbətən boş hörülərdi. Şötük hazırlandıqdan sonra bir ucuna doğanaq tikilərdi.
Ağdü
Ağdü — Ermənistan Respublikasının Sünik mərzinin Sisyan rayonunda yerləşən kənd. Tarixən Rusiya imperiyasının Yelizavetpol quberniyasının Zəngəzur qəzasına aid olmuşdur. Ağdü Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonunda, rayon mərkəzində 5 km cənub — şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində Aqudı formasında qeyd edilmişdir. Toponim qədim türk dilində "hörmətli, uca, yüksək" mənasında işlənən ağ sözü ilə uti//udi türk dilli tayfanın adı əsasında formalaşmışdır. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Kənddə 1831-ci ildə 60 nəfər, 1873-cü ildə 450 nəfər, 1886-cı ildə 903 nəfər, 1897-ci ildə 1162 nəfər, 1908-ci ildə 1345 nəfər, 1914-cü ildə 1070 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin azərbaycanlı əhalisi erməni təcavüzünə məruz qalaraq qırğınlarla qovulmuşdur. İndiki Ermənistanda Sovet hakimiyyəti qurulandan sonra kənd sakinlərindən sağ qalanlar doğma evlərinə dönə bilmişdir.
Ağdüz (Qəzvin)
Ağdüz (fars. اق دوز‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 35 nəfər yaşayır (9 ailə).
Ağdüz (Çaldıran)
Ağdüz (fars. اق دوز‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 290 nəfər yaşayır (57 ailə). Maku şəhristanının Siyahçeşmə bölgəsinin Çaldıran kəndistanında, Siyahçeşmə qəsəbəsindən 18 km şimal-qərbdədir.
Allüvial örtük
Allüvial örtük (və ya allüvial yelpik) — 1) iri çayların daşqın zamanı basdığı sahələrdə yaranmış lilli yumşaq çöküntülər təbəqəsi. 2) leysan yağışlar zamanı dağ çaylarının gətirmə konusu səthində çökdürdüyü daha kobud çöküntülər qatı.
Antik dünya
Antik filosoflar
Antik fəlsəfə — antik dövrün fəlsəfəsidir, qədim yunan, ellinizm və qədim Roma dönəmlərini əhatə edir (m. ö. VII — m. VI). Fəlsəfi irsin formalaşması yunan fəlsəfəöncəsi dövrdən başlanmışdır. Eyni zamanda bu prosesə Misir, Mesopotamiya və orta Şərq xalqlarının dünyagörüşü də təsir etmişdir. Birinci filosof Fales, sonuncu isə Boesius sayılır. Naturalistik dövr. Sokrata qədərki filosofları dünyanın quruluşu və başlanğıcı problemləri maraqlandırırdı; Humanistik dövr. Sofistlər və Sokratdan sonra filosoflar diqqəti daha çox insan və cəmiyyət problemlərinə yönəltmişdirlər; Klassik dövr.
Antik fəlsəfə
Antik fəlsəfə — antik dövrün fəlsəfəsidir, qədim yunan, ellinizm və qədim Roma dönəmlərini əhatə edir (m. ö. VII — m. VI). Fəlsəfi irsin formalaşması yunan fəlsəfəöncəsi dövrdən başlanmışdır. Eyni zamanda bu prosesə Misir, Mesopotamiya və orta Şərq xalqlarının dünyagörüşü də təsir etmişdir. Birinci filosof Fales, sonuncu isə Boesius sayılır. Naturalistik dövr. Sokrata qədərki filosofları dünyanın quruluşu və başlanğıcı problemləri maraqlandırırdı; Humanistik dövr. Sofistlər və Sokratdan sonra filosoflar diqqəti daha çox insan və cəmiyyət problemlərinə yönəltmişdirlər; Klassik dövr.
Oleofobik örtük
Oleofobik örtük (lat. oleum — yağ və yun. φόβος — qorxu) portativ qurğularda tez-tez istifadə edilən xüsusi bir örtük növüdür. Oleofobik Örtük sayəsində örtülən səth barmaq izi, maye izi və çirk tutmama xüsusiyyətinə malik olur. Bu şəkildə istifadə edilən səthin davamlı olaraq təmiz qalması da təmin olunur. Ümumi olaraq ağıllı telefonlarda görsək də daha bir çox sahədə də oleofobik örtük texnologiyasının istifadə edildiyini söyləmək lazımdır. Kompüterlər, maşınlar və bir çox alətdə istifadə olunan oleofobik örtük ağıllı telefonlarda isə bəzi modellərdə diqqət çəkir. Bu örtük növü ilə tam təmin etmək istənilən səthin üzərində çirk tutulmamasıdır. Adətən ağıllı telefonlarda ekranda barmaq izi qalmaması üçün üstünlük verilən örtmə materialı, su keçirməyən IP68 sertifikatına malik olan ağıllı telefonlarda isə həm ekranda barmaq izi qalmaması, həm də ekranların maye ilə təmas etməsi halında mayelərin ekranda iz qoymamasını təmin etmək üçün üstünlük verilən material kimi istifadə edilir. Bundan başqa, oleofobik örtük yalnız örtən səthin çirk tutmamasını təmin etməklə da vəzifəli deyil.
Polis (antik)
Polis (q.yun. πόλις, πολιτεία — tərc. "şəhər") — şəhərətrafı mülkləri, çox sayda qeyri-bərabər hüquqlu qulları olan və özünü siyasi qurum (adətən, dövlət) şəklində təqdim edən mülki şəhər icması, Qədim Yunanıstan və Qədim Roma üçün səciyyəvi olan cəmiyyətin xüsusi təşkili forması. Müasir tarix elmində Qədim Yunanıstandakı şəhər-dövlətləri ifadə etmək üçün işlədilir.
Örtük (coğrafiya)
Örtük - Geologiyada böyük sahə tutan və kifayət qədər qalınlığı olan hər hansı törəməni ifadə etmək üçün işlədilən termin (Lava örtüyü, üstəgəlmə örtüyü, moren örtüyü, çöküntü örtüyü və s.).
Örtük buzlağı
Örtük buzlağı (rus. ледник покровный, ing. cover glacier, covering glacier) — buzlağın morfoloji təsnifatından biri, adətən yüksəklikləri tutan (örtən), geniş kömbəvari buz kütləsi. Ölçülərindən asılı olaraq Ön buzlağı: 1) İslandiya tipli buzlaq-iri, orta və kiçik (50 km-ə qədər)olu; 2) Buzlaq qalxanı-linza quruluşunda buzlaq kütləsi, forması buzlaqaltı relyefdən asılı olmayıb, maksimal yüksəkliyi qurunun daha yüksək yerinə deyil, buzlağın mərkəzində yerləşir; 3) buzlaq örtüyü-buzlaşma sahəsi, bir neçə buzlaşma mərkəzinin qovşağında əmələ gəlir. (Antarktida buzlaq örtüyü).
Örtük buzlaşması
Örtük buzlaşması (rus. покровное оледенение, ing. cover glaciation, covering glaciation) — buzlağın morfoloji tipi, forması yer səthinin relyefindən yox, buzun qidalanmasının və sərfinin paylanmasından asılıdır. Buzun hərəkəti qanunauyğun olaraq mərkəzi hizzədən kənarlara doğru baş verir. Qar xəttinin ovalığın səviyyəsinə, tək-tək halda platovarı yüksəklik səviyyəsinə düşən sahələrdə Örtük buzlaşması əmələ gəlir. Buzlağın kənarı quruda yaxud dənizdə qurtara bilər, sonuncu halda sərfin müəyyən hissəsi aysberqlərin parçalamnası hesabına baş verir. Örtük buzlaşması ölçüsünə görə buzlaq günbəzinə və buzlaq qalxanına, morfologiyasına görə-çıxarılma (ayrılma) buzlağında və şelf buzlağıma ayrılır.
Örtük sistemi
Örtük sistemi (lat. integumentum, in + tegere — «örtmək») - əzələlərin və bədən boşluqlarının üstünü örtən , əzələ, birləşdirici və sinir toxumalar (epiteli) növlərinin orqanizm üzərində cəmləşmiş kompleksi . Örtük sistemi orqanizmi ətraf temperaturun mənfi təsirindən, mümkün zədələrdən, xəstəlik törədən mikroorqanizmlərdən və zəhərli maddələrdən qoruyur. Həmçinin, örtük sistemi çoxlu sayda kiçik, əsasən onurğasızlarda, su heyvanlarında və yüksək nəmlikdə yaşayan heyvanlarda nəfəs üzvü kimi fəaliyyət göstərə bilir. Örtük sistemi həcminə görə orqanizm sistemlərinin ən böyüyüdür.
Örtük strukturu
Örtük strukturu (rus. покровная структура, ing. nappe structure) — tektonik örtüklə əmələ gələn, geoloji struktura. Örtük strukturu olan dağlar örtük tipli dağ adlanır. Mis: Şərqi Alplar.
Aptek sümürgəsi
Aptek sümürgəsi (lat. Asplenium ceterach) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinin əsl qıjılar dəstəsinin sümürgəkimilər fəsiləsinin sümürgə cinsinə aid bitki növü. Hündürlüyü 3-10 sm olan çoxillikdir bitkidir. Çim əmələ gətirir. Kökümsovu qısadır. Yarpaqları qısa saplaqlıdır, qalındərilidir, görünüşünə görə neştərvaridir, birqatlələkvari bölünmüşdür; seqmentləri tamkənarlı və ya az dairəvi-dişlidir, ovalvari-dairəvi, qalıntəhərdir, üst tərəfdən bozumtul-yaşıl rəndədir, çılpaqdır, alt tərəfdən üçbucaqşəkilli, qonur, pulcuğabənzər qabıqla sıx örtülüdür; buğumları növbəlidir, ox üzərində digər tərəfdəki oyuğa əks istiqamətdə yerləşmişdir. Sorusları pulcuğabənzər qabıqlar arasında gizlənmişdir; sporları ovalvariböyrəkşəkillidir. İyul-avqust (sentyabr) aylarında sporlayır. BQ (Quba), Abşeron, Qob., BQ şərq, BQ qərb, KQ şimal, KQ mərkəzi, KQ cənub, Nax. dağ., Lənk.
Antik Yunanıstan
Qədim Yunanıstan (yun. Αρχαία Ελλάδα) — Balkan yarımadasının cənub hissəsində, Egey dənizi arasında, Frakiya sahilində, Kiçik Asiyanın qərb sahilində yaranmış dövlətlər qrupunun ümumi adı; təsir dairəsi Appenin yarımadasının cənub sahilinə, Siciliyanın qərbində, Mərmərə, Qara və Aralıq dənizləri sahillərinə də yayılmışdı. Yunanıstan ərazisinin məskunlaşması orta paleolitə aid edilir. Neolit dövründə (e.ə. 7-ci minilliyin ortaları-e.ə. təqr. 2800) Yunanıstan əhalisi əkinçilik və maldarlıqla məşğul olur, oturaq həyat keçirirdi. Yunanıstanın ilk sakinləri qədim yunanlar (onları pelasgilər, karilər adlandırırdılar) yəqin ki, hind-avropalı olmamışlar. E.ə. 2800 və 2000-ci illər arasında şimaldan yunanlar hücum edib Attika, Şimal-Sərqi Peloponnesi, axaylar isə Peloponnesin böyük hissəsini, eoliyalılar Fessaliya və Orta Yunanıstanı tutdular.
Artak Qulyan
Artak Qulyan (erm. Արտակ Ղուլյան; 28 dekabr 1958, Gülüstan, Şaumyan rayonu) — Ermənistan memarı və dizayneri, memarlıq elmləri doktoru, dosent, Beynəlxalq Memarlıq Akademiyasının professoru. 2013-cü ilin sentyabrında "Ermənistan Respublikasının əməkdar memarı" adını almışdır. O, 2013-cü ilin dekabrında Müqəddəs Üçkilsə Ana Taxtında Vatçe və Tamar Manukyan adına Əlyazmalar Kitabxanası binasının layihəsinə görə Ermənistan Respublikasının Dövlət mükafatına layiq görülmüşdür. Qulyan bir çox mülki binaların və abidələrin müəllifidir, lakin onun şöhrəti əsasən yeni erməni kilsələrinin təkamül dizaynlarına əsaslanır. Artak Qulyan 1958-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının Şaumyan rayonunun (indiki Goranboy rayonunun bir hissəsi) Gülüstan kəndində erməni ailəsində anadan olmuşdur. Valideynləri kənd məktəbində müəllim olmuşdular. 1976-cı ildə doğulduğu kənddə orta təhsilini fəxri fərmanla başa vuran Qulyan İrəvana köçmüşdür. O, burada Ermənistan Milli Memarlıq və İnşaat Universitetinin memarlıq fakültəsində təhsil almışdır. 1981-ci ildə universitetdən məzun olmuşdur.
Aztek imperiyası
Astek imperiyası — XIV–XVI əsrlərdə Mərkəzi Amerikada asteklər tərəfindən yaradılmış erkən sinfi dövlət. İmperiya müasir Meksikanın mərkəzi hissəsini əhatə edirdi. Astek imperiyasına Üçlər ittifaqı, Meksika imperiyası və ya Tenoçka imperiyası da deyilirdi. Üçlər ittifaqı Askaposalko şəhəri ilə ona tabe olan vilayətlər arasında vətəndaş müharibəsində qalib gələn qəbilə fraksiyalarından yaradılmışdır. Üç özünü idarə edən şəhər-dövlətlərin birliyi kimi imperiyanın ilkin konsepsiyasına baxmayaraq, Tenoçtitlan tez bir zamanda hərbi cəhətdən dominant olmuşdur. 1521-ci ildə imperiya Ernan Kortesin başçılıq etdiyi İspaniya konkistadorları tərəfindən dağıdılmışdır.
Aqtau
Aqtau / Ağdağ (qaz. Aqtau) — Qazaxıstanın qərbində, Xəzər dənizi sahilində Manqışlaq yarımadasında yerləşən şəhər. Şəhər 1964-1991-ci illər aralığında Şevçenko adlandırılıb, hal-hazırda Manqıstau əyalətinin əyalət mərkəzidir. Aqtaunun yerləşdiyi ərazi neft və uran ehtiyatları ilə zəngin olduğundan SSRİ dövründə 1961-ci ildə bu ərazidə yeni yaşayış məntəqəsinin tikintisinə başlanıldı. Salınan yeni yaşayış məntəqəsi isə 1963-cü ildə şəhər statusu aldı. Şəhərin adı 1963-cü ildən 1991-ci ilə kimi Ukrayna şairi Taras Şevçenkonun xatirəsinə Şevçenko adlandırılsa da 1991-ci ildə şəhərin adı dəyişdirilərək Aqtau (aq [aқ] -ağ, tau [тау] -dağ; Ağdağ) edildi.
Artur
Artur — Dünyada çox işlədilən ad və soyad. Kral Artur Artur Bleyk — Birləşmiş Ştatları təmsil edən yüngül atlet. Artur Braziliano Maya — Braziliya futbolçusu Artur Cefri — avstraliyalı şərqşünas Artur Con Robin Qorell Milner — hesablama sistemləri nəzəriyyəsi sahəsində ixtisaslaşmış britaniyalı alim. Artur de Qobino — Fransız yazıçı və diplomat. Artur Dryuri — FİFA prezidenti Artur Henderson — İngiltərənin Xarici İşlər Naziri Artur Keli — İngilis riyaziyyatçısı Artur Klark — İngilis fantastı, yazıçı Artur Konan Doyl — ingilis yazıçı, Artur Kostler — Macarıstanlı jurnalist, araşdırmaçı yazar və tarixçi. Artur Qayton — Amerika fizioloqu Artur Leist — alman yazıçısı. Artur Lenk — İsrailin Azərbaycanda Fövqəladə və Səlahiyyətli səfiri Artur Lyuis —iqtisadçı. Artur Makdonald — Kanadalı astrofizik. Artur Mas — Kataloniya əyalətinin 129-cu prezidenti. Artur Miller — ABŞ dramaturqu.
Artuş
Artuş (e. ə. II əsr – e.ə. 63) — erməni əsilli İberiya çarı. I Artaksiasın oğlu idi. Hakimiyyət dövrü boyu Romalılarla müharibə etmişdi. Eramızdan əvvəl 65-ci ildə Qney Pompeyə qarşı Armazi qalasını itirdi. 9000 əsgər öldürüldü, 10000 nəfər isə qul edildi. 2 il sonra kral vəfat etdi.
Ağduz
Ağdüz və ya Ağduz;
Aktu
Anuk
Anuk — 8 aprel 1975-ci ildə anadan olan Niderlandlı müğənni. Anuk 2013 Avroviziya Mahnı Müsabiqəsində Niderlandı "Birds" mahnısı ilə təmsil edib və Niderlanda 9-cu yeri qazandırıb. Anası da özü kimi müğənnidir.
Atuc
Atuc — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Toponimik tədqiqatlarda bu oykonim belə izah olunur: Atuc mənbələrdə və bəzi müasir türk dillərində rast gəlinən "iki arx arası əkin sahəsi", "suvarma üçün ayrılan lək və ya şum sahəsi" mənalı "atız" sözünün "c" dialekt variantını əks etdirir. Yaşayış məntəqəsi XIX əsrdə Qonaqkənddən gəlmiş ailələrin burada məskunlaşması nəticəsində yaranmışdır. Kənd Baş Qafqaz silsiləsinin yamacında yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 19 nəfər əhali yaşayır.
Atum
Atum — Atum bəzən Atem və ya Tem kimi tərcümə olunur, Misir mifologiyasında mühüm tanrıdır. Atumun adının "tamamlamaq" mənasını verən tm felindən törədiyi güman edilir. Beləliklə, o, xaosa çevrilən dünyanı yaratmaqla yanaşı, "mükəmməllik timsalı" kimi şərh edilmişdir. Yaradıcı kimi o, dünyanın əcdadı hesab olunurdu. Dünyanın əsas substansiyası, tanrılar və başqa hər şey onun təbiətindən yaranmışdır. Atum ən qədim dövrlərdən bəri ən mühüm və tez-tez xatırlanan tanrılardan biridir, bunu padşahın yaradıcısı və atası kimi təsvir olunduğu Piramida Mətnləri də sübut edir. Bir neçə müqəddəs kitab Atumun necə yarandığı ilə ziddiyyət təşkil edir. Bəziləri Atumun öz adını çəkərək yaratdığını, bəziləri isə onun mavi lotus çiçəyindən və ya yumurtasından gəldiyini iddia edir. Heliopolit yaratma mifində Atum kurqanda ilkin sulardan özünü yaradan ilk tanrı hesab olunurdu. İlk miflərdə deyilir ki, Atum Şu tanrısı və ilahə Tefnutu ağzından tüpürərək yaradıb.
AzTU
Azərbaycan Texniki Universiteti və ya qısaca AzTU — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. Azərbaycan Respublikasının texniki təhsil sahəsində aparıcı universitetlərindən biri olan Azərbaycan Texniki Universiteti (AzTU) 1950-ci ildə ölkəmizin paytaxtı Bakı şəhərində tərkibində 7 fakültə olmaqla Azərbaycan Politexnik İnstitutu adı altında yaradılmışdır. Universitetdə texniki elmlərin müxtəlif istiqamətləri üzrə alimlik dərəcəsi verən ixtisaslaşdırılmış elmi şuralar fəaliyyət göstərir. Universitetin elmi nailiyyətləri "Elmi əsərlər" adlı jurnalda çap olunur. 700 mindən artıq kitab fonduna malik olan universitet kitabxanası və internetlə təchiz olunmuş oxu zalları tələbələrə və əməkdaşlara xidmət göstərir. Bolonya prosesinə qoşulması və çoxpilləli təhsil sisteminə keçilməsi ilə əlaqədar universitet ABŞ-nin, Hollandiyanın, Almaniyanın, Türkiyənin, Rusiyanın və başqa ölkələrin qabaqcıl universitetləri və elmi mərkəzləri ilə sıx əlaqələr qurmuşdur. Ümumavropa təhsil layihələrində (TEMPUS, TAJİS və s.) universitetin əməkdaşları fəal iştirak edirlər. Azərbaycan, rus və xarici dillərdə 700 mindən çox kitabla təmin olunmuş əsaslı kitabxana, kifayət qədər müasir kompüterlərlə təchiz olunmuş hesablama mərkəzi, müasir idman kompleksi, poliklinika, yeməkxana və Nabranda istirahət zonası onların tələblərinin ödənilməsinə xidmət edir. Universitetin tərkibində 2,5 milyondan çox kitab fondu olan elmi kitabxana, Yaponiyada istehsal olunmuş müasir tipli rizoqraf və digər çap avadanlıqları olan nəşriyyat, 6 muzey, informasiya və tərcümə mərkəzi, idman-sağlamlıq kompleksi, hərbi kafedra, poliklinika fəaliyyət göstərir. Universitetdə Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı, filologiya üzrə fəlsəfə doktoru Müşfiq Borçalının Baş redaktorluğu ilə rəngli "Ziya" qəzeti çap olunur.
Ağsu
Ağsu — Azərbaycan Respublikasının Ağsu rayonunun Ağsu şəhər inzibati ərazi dairəsində şəhər, Ağsu rayonunun inzibati mərkəzi. Daha əvvəllər "Yeni Şamaxı" adlanmışdır. Azərbaycanda şəhər. Ağsu çayının hər iki sahilində, Şirvan düzünün Şimal-Şərq qurtaracağında, Hinqar silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsi kimi XV əsrdən məlumdur. Şəhərin 4–5 km.-ində "Xaraba Şəhər" adlanan orta əsr Şəhəri Ağsu və ya Yeni Şamaxının qalıqları var. Adını ərazidəki eyni-adlı çaydan almışdır. Abbasqulu ağa Bakıxanov Gülüstani-İrəm əsərində qeyd edir ki, Nadirqulu xan (Nadir Şah) tərəfindən hicri 1148-ci (1735) ilin may ayında Şamaxı şəhərinin 4 ağaclığında (37 km), mövqe etibarilə çox əlverişli olan Ağsu adlı yerdə yeni şəhərin əsası qoyuldu. Hazırda Ağsu rayonunun mərkəzi olan Ağsıı şəhərinin adı bəzi tarixi mənbələrdə Yeni Şamaxı kimi də göstərilir. Bu həmin dövrdə Şamaxı əhalisinin Ağsuya köçürülməsi ilə bağlıdır.
Ağuz
Ağuz — sağmal heyvanlar bala verdikdə ilk sağılan süd. Ağuz heyvanların ilk bala vermə anından - onlardan sağılan süddür. Lakin ağuz adi süddən sarı rəngi və qatılığı ilə seçilir. Ağuz qatı olduğundan süzmək olmur. Ona görə də sağılacaq heyvanın süd vəzləri (yelini və əmcəkləri) yaxşıca yuyulduqdan sonra sağılır. Ağuz bişirildikdə qatılaşır, çox dadlı olduğundan yavanlıq kimi istifadə olunur. Ağuz südündən suluq, qıyma çörəyi, kətəməz, şan-şan, bulama və s. hazırlayırlar.
Qauk
Qauk (alm. Gauck; Hauk, Hauck‎) — alman soyadı.
Ağzuc (Zəncan)
Ağzuc — İranın Zəncan ostanı Əbhər şəhristanının ərazisinə daxil olan kənd. Əbhər şəhristanının Yuxarı Tarım kəndistanında, Sirdan qəsəbəsindən 36 km cənub-qərbdədir.
Ceyms Artur
Ceyms Artur (2 mart 1988, Midlsbro) — ingilis müğənni. The X Factor ingilis yarışmasının doqquzuncu sezonunun qalibi. Onun debüt sinqlı olan "İmpossible", UK Singles Chartda bir nömrəyə qədər yüksəlmişdir.