Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Allı
Allı (Əhər) — İranda kənd. Allı (Allıçay) — Xocavənd rayonunda çay.
Daşlı
Daşlı (Laçın)
Aslı Iskıt
Aslı İskit (d. 7 dekabr 1993) — Türkiyəni təmsil edən həndbolçu. Aslı İskit, Türkiyə yığmasının heyətində 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb. == Karyerası == Aslı İskit, 2017-ci ildə Türkiyə yığması ilə birgə IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Türkiyə yığması, gərgin oyunun sonunda Azərbaycan yığmasına 26:28 hesabı ilə məğlub oldu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.
Aslı İskit
Aslı İskit (d. 7 dekabr 1993) — Türkiyəni təmsil edən həndbolçu. Aslı İskit, Türkiyə yığmasının heyətində 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb. == Karyerası == Aslı İskit, 2017-ci ildə Türkiyə yığması ilə birgə IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Türkiyə yığması, gərgin oyunun sonunda Azərbaycan yığmasına 26:28 hesabı ilə məğlub oldu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.
Aslı Ərdoğan
Aslı Ərdoğan (türk. Aslı Erdoğan) - Türk fizik və yazar. Türk ədəbiyyatına əsərlərini 1990-cı illərdən verməyə başlamış, dövrünün yeni yazarlarındandır və Avropa atom araşdırmaları mərkəzində xidmət edən ilk türk fizikidir. Fizika doktoranturasını yarıda buraxaraq ədəbiyyatı seçdi, hekayə yazarı kimi tanındı. Hekayələrdən roman, poetik mətn, sınaq üçün əsərlər yazdı. Çoxsaylı qazetlərdə köşe yazarı kimi işləmişdir. Bir çox yerli və beynəlxalq mükafatlara layiq görülmüş Erdoğanın əsərləri xüsusilə Avropa ölkələrində maraq görmüş çoxsaylı dillərdə tərcümə olunmuşdur. == Həyatı == 1967-ci ildə İstanbulda dünyaya gəlib İlk öncə Amerika Robert Liseyini bitirmiş ardınca Boğaziçi Universitetinin Kompüter Mühəndisliyi və Fizika bölümlərini bitirmişdir. 1991-1993-cü illərdə Cenevrədə Avropa atom araşdırmaları mərkəzində Higgs booze üzərində çalışdı. Türkiyəyə döndükdən sonra İstanbulda Afrikalı qaçqınlarla yaşadı.
Aslı Güngör
Aslı Güngör (27 sentyabr 1979, İzmir) — türk musiqiçi, müğənni və bəstəkar. == Bioqrafiyası == Aslı Güngör 27 sentyabr 1979-cu ildə İzmirdə dünyaya gəlib. İlk səhnə fəaliyyətinə tələbəsi olduğu Dokuz Eylül Universitetində tələbə olarkən başlayıb. 2007-ci ildə bəstələdiyi və sözlərinin özünə aid olduğu "Qəlb Qəlbə Qarşı" mahnısı Türkiyədə böyük marağa səbəb olub. İnternetdə qeyri-professional mahnı kimi səsləndirdiyi bu mahnı, türkiyəli musiqiçi Fərhad Köçərin diqqətini çəkir və mahnı haqqında Enbe Orkestrının rəhbəri Behzat Gerçeker ilə bu mahnını müzakirə edir. Nəticədə uğurlu bir duet ilə Aslı Güngörün musiqi karyerası başlayır. "Qəlb Qəlbə Qarşı" mahnısı qısa zaman ərzində Türkiyədə yayımlanan seriallarda və filmlərdə səsləndirilməyə başlayır və bunun nəticəsində Aslı Güngör 35-ci Qızıl Kəpənək Mükafatının, "Ən Yaxşı Qadın Sənətçi" nominasiyası üzrə qalib olur. Leqal olaraq 2008-ci ilə qədər "Qəlb Qəlbə Qarşı" mahnısı 1 milyon 150 min satış rəqəmi əldə edir. 2009-cu ilin yanvar ayının statistikasına görə "Aslı Güngör" albomu, albomda yer alan , "Qəlb Qəlbə Qarşı", "Eşq Hər Şeyə dəyər" və "Son Öpüş" mahnılarının sayəsində 2 milyon 700 min rəqəmsal satışla rekorda imza atır.
Alı
Alı — Azərbaycanda daha çox işlədilən kişi adı. Aşıq Alı — Azərbaycanın görkəmli aşığı. Dəli Alı — Azərbaycanın xalq qəhrəmanı. Alı Mustafayev — Azərbaycan telejurnalisti, publisist, şair, Azərbaycan Milli Qəhrəmanı Alı Həsənli — Vətən müharibəsi şəhidi Alı Qocayev — Samux Rayon İcra Hakimiyyətinin Başçısı. Alı Alıyev — "Tərəqqi" medalı laureatı (2009), Füzuli rayonu İcra hakimiyyətinin başçısı.
Ablı (Ərdəbil)
Ablı — İranın Ərdəbil ostanında kənd.. == Coğrafi yerləşməsi == Xalxal şəhristanının Gəncgah kəndistanında, bölgənin mərkəzindən 10 km qərbdə, Xalxal-Ərdəbil avtomobil yolunun üstündədir.
Adlı təqaüd
Allı (Əhər)
Allı (fars. اللو‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 736 nəfər yaşayır (170 ailə).
Göy atlı
Göy atlı (alm. Der Blaue Reiter‎) — XX əsrin əvvəllərində Almaniyada ekspressionizm (əsasən rəssamlar) nümayəndələrinin yaradıcılıq birliyi. Birlik eyni adlı almanaxların müəllifidir. == Tarixi == 1911-ci ildə Münhendə Vasili Kandinski və Mark Frans tərəfindən Göy atlı birliyi yaradılmışdır. Bu birliyin əsas məqsədi akademik rəssamlığın daşlaşmış ənənələrindən azad olmaq idi. Onlardan başqa "Göy atlı" birliyində həmçinin, Avqust Make, Marianna Verevkina, Aleksey Yavlenski və Paul Kleye kimi rəssamlar var idi. Bu incəsənət birliyinin işində həmçinin rəqqaslar və bəstəkarlar da iştirak edirdilər. Onları orta əsrlər və primitiv incənətə maraq birləşdirmişdi. Avqust Make və Mark Frans hesab edirdilər ki, hər bir insan gerçəkliyinin incəsənət vasitəsilə birləşdirilən daxili və xarici qavrayışı vardır. Bu ideya nəzəri cəhətdən Kandinski tərəfindən irəli sürülmüşdü.
Mügə Anlı
Mügə Anlı (türk. Müge Anlı) — Türkiyəli prodüser, jurnalist və televiziya aparıcısı. Mügə İhsan qızı Anlı 19 dekabr 1973-cu ildə İstanbul şəhərində anadan olmuşdur. Ali təhsilini Mərmərə Universitetində, magistr təhsilini isə Kadir Has Universitetində almışdır. Televiziya həyatında ilk olaraq, şou-proqramla başlamışdır. Daha sonra 2006-cı ildə "Dobra Dobra" proqramında aparıcılıq etmişdir. 2008-ci ildən indiyədək ATV kanalında "Müge Anlı ile Tatlı Sert" realiti şousunda aparıcılıq edir. 1999-cu ildə jurnalist Burhan Akdağ ilə evlənmiş, 2008-ci ildə boşanmışdır. İkilinin bu evlilikdən bir qızı vardır.
Ramazan Kaşlı
Ramazan Kaşlı (1969, Ağsaray ili) — iş adamı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı. Ramazan Kaşlı 1969-cu ildə Aksaray ilində anadan olub. Aksaray Ticarət Peşə Liseyindən məzun olub. İş adamı olaraq çalışıb. 1978-ci ildən ayaqqabı biznesi ilə məşğul olur. 1999-2004-cü illərdə Aksaray Bələdiyyə Məclisinin üzvü olub. Uzun illərdir MHP üzvüdür. 2003-2009-cu illərdə MHP Aksaray ilçə sədri, 2016-2018-ci illərdə isə MHP Aksaray il sədri vəzifələrində çalışıb. 2018 və 2023-cü illərdə MHP namizədi olaraq Aksaray ilindən Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı seçilib. İngiliscə bilir.
Atlı (İrəvani)
Atlı — Azərbaycan rəssamı Mirzə Qədim İrəvaninin çəkdiyi rəsm. Rəsm Bakıda, Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır. == Təsviri == Bu əsərdə təsvir zəif, təxmini və sxematikdir. Miklaşevskinin sözlərinə görə insan və atın təsviri taxta kimi və ya kukla kimi görünür. "Atlı" İrəvaninin dövrümüzə çatmış əsərləri arasında peyzaj və at təsviri olan yeganə əsərdir.. == İstinadlar == == Ədəbiyyat == Миклашевская Н. М. Художники XIX в. Мирза Кадым Эривани и Мир Мохсун Навваб / Под ред. Полевого В. М. — Искусство Азербайджана. — Баку, 1954.
Atlı qoşun
Atlı qoşun, Süvarilər, Kavaleriya - (fr. cavalerie, it. cavaleria, от lat. caballus — at) - atlılar - döyüş əməliyyatlarının aparılması və yerdəyişmə üçün minik atlarından istifadə edilən qoşun növü. == Tətbiqi və xüsusiyyətləri == Sürətli və güclü zərbə ilə birlikdə, yüksək hərəkətliliyə və manevrliyə malik olan süvarilər, keçmişin bir çox döyüşlərində həlledici qüvvə idi. Öz qoşunlarından xeyli aralı məsafədə müstəqil hərəkət etmək bacarığı, qısa zaman ərzində böyük məsafələri qət etmək, rəqibin arxasında və cinahlarında qəflətən peyda olmaq, döyüş üçün çevik açılmaq həm atlı, həm də piyada sırada bir hərəkətlərdən başqasına çevik keçid bacarığı, süvarilər üçün çoxfunksional taktiki və strateji-əməliyyat imkanları yaradırdı. Süvarilərin əsas döyüş hərəkətlərindən birincisi, gedişində rəqibə saldırılan, cinahlarına zərbə endirilən, geri çəkiləndə isə onu qovan, hücum idi. Süvarilər həmçinin, öz qoşunlarının cinahlarını və geri çəkilməsini qorumaq, kəşfiyyat aparmaq və rəqibin arxasına reyd etmək və sairə əməliyyatlarda əsas qüvvə idi. == Yaranması və inkişafı == Süvarilər qeyri-nizami atlı qoşun kimi Qədim Dünyanın, atların kütləvi yetişdirildiyi ölkələrində yaranmışdır. Qədim Misir, Hindistan, Çin və başqa ölkələrdə atlara qoşulmuş döyüş arabaları istifadə olunurdu.
Atlı xalqlar
Atlı xalqlar — yaşamının böyük hissəsini atüstü keçirən köçəri ya yarım-köçəri xalqlar. Onlar atı əhliləşdirmiş, döyüş arabası, atlı qoşun, atlı oxatan, yüyən, dəhnə, üzəngi, şalvar geyimini, atüstü yarışma oyunları yaratmışlar. == Etnik kimlikləri == Atlı xalqların əzici çoxu türk idi. Onlar at əti yeyirdilər və qımız (at südü) içirdilər. Yaxşı dəmirçi, metallurq və zərgər idilər. Atüstü idman növləri vardı: çovqan (atüstü polo), sür-papaq (atüstü basketbol) , er eniş (atüstü gürəş) , papaq oyunu və b. Karuselin yaranması da atlı xalqlarla bağlıdır: ilk dəfə karusel atları döyüş üçün məşq etmək üçün yaradılmışdı, sonralar insanlar tərəfindən yelləncək kimi işlədilmişdir. Qeyri-türk xalqlarında köçərilik görülsə də (məsələn, qaraçılar, bədəvi ərəblər), uşaqlı, qadınlı, kişili elliklə kütləvi şəkildə atlı həyat tərzi sürmək, at əti yemək, at südü içmək təsvir olunmamışdır. == Döyüş tərzləri == Skiflər — əfsanəvi atlı oxatanlar, "kentavrlar". Sarmatlar — başdan ayağa zirehli döyüşçülər, atları da zirehli idi.
Axlı lələ
Axlılələ — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. Kənd əhalisinin sayı 690 nəfərdir (2014).
Ağlı qişa
Aşir Atlı
Aşir Atlı (türk. Aşir Atlı) (1881, Kilis – 23 oktyabr 1957, Türkiyə) — Türk əsgəri və siyasətçisi. == Həyatı == 1864-cü ildə Böyük çərkəz sürgünü zamanı daha əvvəl Balkanlara, sonra isə Anadoluya köçən adıgeylər ailəsinə məxsus olan Mehmet bəyin oğlu idi. 1903-cü ildə hərbi məktəbi, 1906-cı ildə isə Hərbi Akademiyanı kapitan rütbəsi ilə bitirdi. Birinci Dünya müharibəsində İraq cəbhəsində müxtəlif komandirliklərdə rəhbərlik etmişdi. == Hərbi fəaliyyəti == 27 iyun 1918-ci ildə 2-ci tümən, 23 dekabr 1919-cu ildə 16-cı tümən və 1921-ci ilin avqustunda 16-cı bölmə komandirliyinə təyin edildi. 23-cü bölməyə komandirlik etdiri müddətdə İzmir Şərq Cəbhəsi Milli Qüvvələrinə komandirlik etdi. Bu cəbhədə birlikdə döyüşdüyü Kuva-yi Seyyarenin Marmara və Anadoludakı üsyanları yatırmağa göndərilməsi səbəbilə Kuva-yi Seyyarenin komandiri Çərkəz Ethəmin ilə onun arasında bəzi anlaşılmazlıqlar oldu. Yunanıstanın hücumundan və irəliləməsindən sonra və çərkəz mənşəli olduğundan Bursalıların yıxılmasından general-mayor Bəkir Sami bəy ilə birlikdə Bursanın yunanların əlinə keçməsində cavabdeh oldu. Lakin onun xidmətlərini bilən və təqdir edən Mustafa Kamal Paşanın məsələyə müdaxilə etməsi və Türkiyə Böyük Millət Məclisində onları müdafiə etməsi səbəbilə arxa cəbhədə Antalya Valiliği və Region Komandirliyinə təyin edildi.
Başlı sümük
Başlı sümük (lat. os capitatum) — əlin bilək nahiyəsinə aid sümüklərdən biri. Onun qayığabənzər sümüyə məxsus ınə doğru çıxmış yuxarı səthi, III daraq sümüklərinə məxsus aşağı, yuxarıda qayığabənzər sümüyə və aşağıda trapesiyayabənzər sümüyə məxsus bayır və qarmaqlı sümüyə məxsus yastı içəri səthi vardır. == İstinadlar == == Mənbə == Prof.
Bürünc atlı
Bürünc atlı (poema) — Aleksandr Puşkinin poeması. Bürünc atlı (heykəl) — I Pyotrun Sankt-Peterburqun Senat meydanında XVIII əsrdə ucaldılmış heykəli.
Daşlı (Eçmiədzin)
Daşlı — Eçmiadzin rayonunda kənd adı. == Tarixi == 1728-ci ilə aid mənbədə Qarni nahiyəsində kənd adı kimi qeyd olunmuşdur. Mənbədə kəndli Çinəxan kəndi yaxınlığında yerləşdiyi göstərilir. 1949-cu ildə əhalisi Azərbaycana köçürülmüşdür. 1728-ci ilə aid mənbədə "Reyhanlı camaatına məxsus Taşlu kəndi kimidir. 1968-ci ildə kənd ermənicə Daştəkar adlandırılmışdır. Erməni alimləri elə güman etmişlər ki, kəndin adındakı daş sözü (çünki hqiqətdə də yerli əhali içərisində kənd Daştı kimi də tələffüz olunmuşdur) fars dilindən erməni dilinə keçmiş dəşt "səhra", "düzən" sözündəndir.
Daşlı (Kəleybər)
Daşlı (fars. داشلي‎) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd.
Daşlı (Laçın)
Daşlı — Azərbaycan Respublikasının Laçın rayonu Daşlı kənd inzibati ərazi dairəsində kənd. == Etimologiyası == Ərazinin daşla əhatə olunduğu və çınqıllı, daşlı yer oldugu üçün, həmçinin kəndin də həmin daşlı ərazidə salındığına görə, toponimin adı da Daşlı adlandırılmışdır.Yerli əhali bəzən kəndin adını Daşdı, Daştı formasında tələffüz edir. Daşlı sözü düzəltmə toponimdir və relyeflə bağlı yaranıb. Sözün kökü ola daş termini oronimiyada “filiz”, “qaya”, “daş” mənalarında işlənir. Sözün ikinci hissəsi Azərbaycan dilində daş sözünə çoxluq mənası ifadə edən “lı” şəkilçisidir. Daşlı toponiminin arealları Xəzər dənizinin arxipelağında ada, Gədəbəy ərazisində dağ, Şamaxı ərazisində dağ adı kimi keçir. Ölkə xaricində Başqırdıstanda Taşlı, Dağıstanda Daşlıkənd, Moldovada Taşlı, Türkmənistanda Daşlıq və s. == Tarixi == 1593 cü ildə Daşlıkəndinin ərazisi Mağavuz nahiyəsinin tərkibində olub. Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyaləti Xaçın sancağı inzibati–ərazi nahiyəsinin tərkibində olan zaman Osmanlı dövləti Mağavuz nahiyəsinin oba, kənd, qışlaq və məzrələrini siyahıya alıb. Həmin siyahıda Böyük Daşlı və Kiçik Daşlı adında iki kənd qeydə alınmışdır.
Yaşlı Amca
Yaşlı Amca - 2012 -ci ildə rəqəmsal qeydlərə başlayan türk rok qrupu, vokal və ritm gitarasında Artun Özoğlu, gitarda və arxa vokalda Sarper Sonbay, bas gitarada Hüseyn Tosun və barabanda Barış Kutlunun olduğu Türk rock qrupu Alternativ rock,1980-ci illərdə yeraltı və müstəqil musiqi mədəniyyətlərindən yaranan və 1990-cı illərdə geniş populyarlıq qazanan rok musiqisinin bir alt növüdür. Yaşlı əmi,2015- ci ildə karyerasının ilk rəsmi əsəri olan "Sabaha Kadar" adlı EP -ni yayınladı. Daha sonra 2016 -cı ildə "Giderdi Hoşuma" və "Ve Ben" adlı iki single hazırladılar. 2017 -ci ildə qrup, tək işi ilə siqnallarını verdikləri "Axşam" albomu ilə pərəstişkarları ilə görüşdü. Albomdan sonra, 2018-ci ildə "Kafam karışık" və 2019-cu ildə "Anla Hain" və "Götürün beni" adlı daha iki singl yayınlandı. 2020-ci ildə qrupun öz adını daşıyan "Qoca Əmi" və "Kal Ki Adəta" albomları çıxdı. Son olaraq 2021 -ci ildə "Hoş" mahnısını yayınladılar.
Asti
Asti — İtaliyanın Pyemont regionunda şəhər.
Şali
Şali (çeç. Шела) - Rusiyanın subyekti olan Çeçenistan respublikasında yerləşən Şalinski rayonunun şəhər mərkəzi. Şəhər Şalinski rayonunun mərkəzi hissəsində, Çeçen düzənliyinin ətəklərindən keçən meşə silsiləsini kəsən Bass çayının hər iki sahilində yerləşir. Arqun dəmiryol stansiyasından 18 km cənubda və Qroznı şəhərindən 36 km cənub-şərqdə, regional avtomobil magistralı qovşağının keçdiyi yerdədir. Şəhərin sahəsi 2009-cu ilin məlumatlarına görə 27,02 km²-dir. Mülayim kontinental iqlim üstünlük təşkil edir. Orta illik yağıntının miqdarı təxminən 450 mm-dir. XIX əsrin ortalarında Şali Böyük Çeçenistanın ən böyük kəndlərindən biri idi. Strateji mövqeyinə görə, aul Qafqaz müharibəsi illərində çar qoşunlarına hücum etmək üçün yola çıxan İmam Şamil qoşunlarını toplanma nöqtəsi kimi xidmət edirdi. 1944-cü ildə Çeçenlər və İnquşların məcburi köçürülməsindən və Çeçen-İnguş Muxtar Sovet Sosialist Respublikasının ləğv edilməsindən sonra kənd Mejdureçe adlandırıldı.
Asi
Asi (عاصی - üsyançı):
Eşli Conson
Eşli Conson (12 sentyabr 1994, Mayami, Florida) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. == Karyerası == Eşli Conson, ABŞ yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə İtaliya yığmasını 12:5 hesabı ilə məğlub edən ABŞ yığması, Rio-de-Janeyro Olimpiadasının qızıl medalına sahib oldu.
Eşli Yanq
Eşli Saymon Yanq (d. 9 iyul 1985; Hartfordşir, İngiltərə) İngiltərə Premyer Liqasının Mançester Yunayted klubunda və İngiltərə milli yığmasının heyətində yarımmüdafiəçi mövqeyində çıxış edən ingilis futbolçu. İngiltərənin Hartfordşir bölgəsində anadan olan və burada böyüyən Yanq peşəkar futbolçu karyerasına Uotford klubunda başlamış, baş məşqçi Rey Levinqtonun başçılığı altında 2003-cü ildə debüt oyununa çıxmışdır. 2004-cü ildən etibarən Uotfordun heyətində əsas oyunçulardan birinə çevrilmişdir. Yaxşı çıxışı ilə diqqətləri özünə cəlb etməyi bacaran Yanq 2007-ci ilin yanvarında 8 milyon funt-sterlinq qarşılığında digər Premyer Liqa təmsilçisi olan Aston Villa klubuna transfer olur. Kluba gəldiyi ilk günlərdən əsas heyət üzvünə çevrilmiş, stabil çıxışı sayəsində 2009-cu ildə Premyer Liqada ilin gənc futbolçusu mükafatına layiq görülmüşdür. 23 iyun 2011-ci ildə açıqlanmayan məbləğ qarşılığında Mançester Yunaytedə transfer olmuş və burada klubla birlikdə bir çox turnirin qalibi olmuşdur.
Paslı üskükotu
Paslı üskükotu (lat. Digitalis ferruginea) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin üskükotu cinsinə aid bitki növü. Çoxillik, çılpaq və ya demək olar ki, çılpaq, hündürlüyü 50-150 sm, gövdəsi uca, düz, sadə bitkidir. Kökətrafı yarpaqları tərslansetvari, saplağa daralan, gövdə yarpaqları oturaq, uzunsov-lansetvari, tam kənarlı, iti və ya itiləşmiş, aşağıdan yuxarıya doğru kiçiləndir. Çiçəkqrupu sünbülvaridir. Çiçəkləri qısa saplaqlıdır. Kasacıq 7–10 mm uzunluqda, zəngvari, çılpaqdır. Ləçəkləri 15– 20 mm uzunluqda, sarı rəngli, qəhvəyi rəngli damarları var, vəzili tükcüklü, üst dodaq qısa ikidişli, orta dodaq alt dodağa tərəf uzanmışdır. Qutucuq 7–10 mm uzunluqda, yumurtavari, itidir. Toxumları 1,5–2 mm uzunluqda, uzunsovdur.
Pyer Qasli
Pyer Qasli (fr. Pierre Gasly), 7 fevral 1996, Ruan, Normandiya) — Fransa avtoyarışçısı, Eurocup Formula Renault 2.0 çempionu (2013). Pyer 2006-cı ildə Fransız kartinq çempionatının kiçik sinfində karyerasına başlamış və 15-ci sırada iştirak etmişdir. 2007-ci ildə Qasli French Cadet Championship-ə getdi, ilk mövsümündə altıncı, 2008-ci ildə isə dördüncü yeri tutdu. 2010-cu ildə Pyer Fransız Avtomobil Birliyinin üzvü oldu və Avropa Çempionatı olan KF3 və WSK Euro Series-də çıxış etdi. 2011-ci ildə Pyer Fransız Formula-4-də — açıq təkərli avtomobillər sinfində debüt etdi. Sezonda yeddi dəfə podiuma çıxdı, onlardan üçü — 1-ci yer idi. Mövsümü üçüncü yerdə bitirdi. 2012-ci ildə Pyer Eurocup Formula Renault 2.0-a getdi, iki dəfə podiuma çıxaraq mövsümü 10-cu sırada tamamladı. Növbəti 2013-cü ildə artıq beş podium və üç qalibiyyətlə, Qasli seriyanın çempionu oldu.
Sali (Əlcəzair)
Sali (ərəb. سالي‎‎) — ‎ Əlcəzairin cənubunda, Adrar vilayətində şəhər və kommuna. Rəqqan dairəsinin bir hissəsidir. Şəhər vilayətin şərq hissəsində, Böyük Səhranın mərkəzi vahələrindən birinin ərazisində, ölkənin paytaxtı Əlcəzairdən təxminən 1110 kilometr cənub-cənub-qərbdə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 286 metr yüksəkdir. Sali kommunasının 16,683 km2-dir. Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində yağıntı demək olar ki, yoxdur (orta illik miqdarı 7 mm-dir).
Xaslı (Azərşəhr)
Xaslı (fars. خاصلو‎) — İranın Şərqi Azərbaycan ostanının Azərşəhr şəhristanı (Tufarqan) ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 975 nəfər yaşayır (283 ailə).
Əziz Əsli
Əziz Əsli (d. 9.4.1938, Təbriz, İran) — keçmiş İranlı futbolçu. Dərayi və Persepolis klublarında oynayıb. Eləcə də İranın yığma komandasında çıxış edib.
Dele Alli
Dele Alli (11 aprel 1996[…], Milton-Kins, Cənub-Şərqi İngiltərə[d]) — yarımmüdafiəçi kimi çıxış edən Nigeriya əsilli ingilis futbolçu. Superliqa komandalarından olan "Beşiktaş"da icarə əsasında çıxış edir.
Ayli Yurqenson
Ayli Yurqenson (est. Aili Jürgenson,; 24 may 1931, Tallin – 9 avqust 2017, Kеilа, Haryumaa) — 1946-cı il mayın 8-nə keçən gecə Tallində sovet əsgərlərinin xatirəsinə ucaldılmış müvəqqəti taxta abidəni partladan estoniyalı məktəbli. O, məktəbli dostu Ageeda Paavel ilə birlikdə bu aksiyanı həyata keçirib. Yurqenson deyib ki, onun motivi hakimiyyət tərəfindən Estoniyanın Müstəqillik Müharibəsində həlak olan Estoniya əsgərlərinin abidələrinin dağıdılmasına görə qisas almaqdır. Hər iki məktəbli qız uzun müddətə azadlıqdan məhrum edilib. 1998-ci ildə Ayli Yurqenson Estoniyanın ən ali mükafatı olan - Qartal Xaç ordeninə layiq görülüb. Mükafatı ona şəxsən ölkə prezidenti təqdim edib. == Həyatı == Ayli Yurqenson 25 may 1931-ci ildə Tallində anadan olub. 1946-cı ildə onun 15 yaşı var idi və məktəblərin birində 9-cu sinifdə təhsil alırdı. 1946-cı il mayın 8-də axşam saatlarında Ayli dostu Ageda Paavel ilə birlikdə Tallinin mərkəzində Böyük Vətən müharibəsində həlak olmuş sovet əsgərlərinin xatirəsinə ucaldılmış abidənin altında partlayıcı qurğu yerləşdiriblər.