Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aşura
Aşura günü — Məhərrəm ayının 10-cu günü. Matəm günü. İmam Hüseynin, onun ailə üzvlərinin və tərəfdarlarının qətl olunduğu gün.Hicri təqvimi ilə 61-ci ildə İmam Hüseyn və silahdaşlarının Kərbəlada şəhid edildiyi gün. Şiələr bu günü yas günü kimi qəbul edirlər və əzadarlıq edirlər. Şeyx Abbas Qumi "Məfatihul-cinan" kitabında deyir: «Məhərrəm ayının onuncu günü İmam Hüseynin şəhadət günüdür. Əhli-Beyt və onların şiələri üçün kədər gündür.
Xaşuri
Xaşuri (gürc. ხაშური) — Gürcüstanda şəhər, Xaşuri bələdiyyəsinin inzibati mərkəzi. Şida Kartli düzənlikdə, Suramula çayının sahilində, dəniz səviyyəsindən 700 metr yüksəklikdə yerləşir. XIX əsrdə Poti-Tbilisi dəmir yolu açılandan sonra, Xaşuri tədricən əsas nəqliyyat mərkəzi olmuşdur. == Ədəbiyyat == Gürcüstan Sovet Ensiklopediyası, X cild, səh.
Ali (Xaşuri)
Ali (gürc. ალი) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. Xaşuridan 25 km uzaqda yerləşir. == Əhali == 2002 siyahıyaalmaya görə kəndin əhalisi 1 375 nəfər idi. 2014-cü ildə 1 068 nəfər yaşayırdı, 549 kişi və 519 qadın. == Ədəbiyyat == Gürcüstan Sovet Ensiklopediyası, I cild, səh. 308, Tbilisi, 1975 T. Latsabidze, Xaşuri tarixi toponimləri, 2000.
Axalsopeli (Xaşuri)
Axalsopeli (gürc. ახალსოფელი) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. Kür çayın sağ tərəfində, Xaşuridan 6,5 km uzaqda yerləşir. == Əhali == 2002 siyahıyaalmaya görə kəndin əhalisi 190 nəfər idi. 2014-cü ildə 137 nəfər yaşayırdı, 71 kişi və 66 qadın. == Ədəbiyyat == Gürcüstan Sovet Ensiklopediyası, II cild, səh.
Axalubani (Xaşuri)
Axalubani (Xaşuri) (gürc. ახალუბანი) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. == Əhali == 2002 siyahıyaalmaya görə kəndin əhalisi 84 nəfər idi. 2014-cü ildə 72 nəfər yaşayırdı. == Ədəbiyyat == Gürcüstan Sovet Ensiklopediyası, II cild, səh.
Axalşeni (Xaşuri)
Axalşeni (Xaşuri) (gürc. ახალშენი) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. == Əhali == 2002 siyahıyaalmaya görə kəndin əhalisi 87 nəfər idi. 2014-cü ildə 61 nəfər yaşayırdı. == Ədəbiyyat == Gürcüstan Sovet Ensiklopediyası, II cild, səh.
Aşura (qida)
Aşura pudinqi(türk. Aşure) və ya Nuh pudinqi- taxıl,meyvə və qozkimilər qarışığından ibarət türk deserti. Aşura pudinqi, İslami təqvimin ilk ayı Məhərrəmin onunda və ya Aşura günü təklif edilir. == İnqredientləri == Aşura pudinqinin bir növ resepti yoxdur çünki regionlar və ailələr arasında reseptlər dəyişir.Ənənəvi olaraq, ən azı yeddi inqredientdən ibarət olduqu deyilir. Bəziləridə “onuncu” mövzusuna uyğun ən azı on inqredientdən ibarət olduqunu deyirlər. Bunların arasında buğda, düyü, lobya, noxud, şəkər (və ya digər şirinləndiricilər), qurudulmuş meyvə və qozkimilərdən ad aparmaq olar buna baxmayaraq ki bir çox variantları var. Bir çoxlarıda pudinqin dərinliyinə artırmaq üçün portağal və limon qabığı əlavə edirlər. Küncüt toxumu, nar dənəsi, gülab və darçın kimi dadvericilər üzərinə qoyulur. Aşura pudinqinin bəzi reseptlərində mərciməkdə ələvə olunur.
Aşura günü
Aşura günü — Məhərrəm ayının 10-cu günü. Matəm günü. İmam Hüseynin, onun ailə üzvlərinin və tərəfdarlarının qətl olunduğu gün.Hicri təqvimi ilə 61-ci ildə İmam Hüseyn və silahdaşlarının Kərbəlada şəhid edildiyi gün. Şiələr bu günü yas günü kimi qəbul edirlər və əzadarlıq edirlər. Şeyx Abbas Qumi "Məfatihul-cinan" kitabında deyir: «Məhərrəm ayının onuncu günü İmam Hüseynin şəhadət günüdür. Əhli-Beyt və onların şiələri üçün kədər gündür.
Bexleti (Xaşuri)
Bexleti (Xaşuri) (gürc. ბეღლეთი) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. == Əhali == 2002 siyahıyaalmaya görə kəndin əhalisi 22 nəfər idi. 2014-cü ildə 22 nəfər yaşayırdı. == Ədəbiyyat == Gürcüstan Sovet Ensiklopediyası, II cild, səh.
Brili (Xaşuri)
Brili (Xaşuri) (gürc. ბრილი) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. == Əhali == 2002 siyahıyaalmaya görə kəndin əhalisi 470 nəfər idi. 2014-cü ildə 313 nəfər yaşayırdı. == Ədəbiyyat == Gürcüstan Sovet Ensiklopediyası, II cild, səh.
Fərzad Aşubi
Fərzad (Qulam Abbas) Aşubi (6 aprel 1980, Rey ya Şabdüləzim, Tehran)) — İran futbolçusu, müdafiəçi. Aşubi 2011-ci ilin iyul ayında Təbrizin Traktor Sazi klubuna qoşulmuşdur. O Traktor Sazi klubuna gələndən öncə Slovakiyanın Dunayska Streda, Uğab, Mis-i Kirman, Tehranın Persepolis və İstiqlal futbol klublarında oynamışdır. İran milli futbol komandasının oyunçusu olmuşdur.
Gomi (Xaşuri)
Gomi (Xaşuri) (gürc. გომი) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. == Əhali == 2002 siyahıyaalmaya görə kəndin əhalisi 1410 nəfər idi. 2014-cü ildə 1128 nəfər yaşayırdı. == Ədəbiyyat == Gürcüstan Sovet Ensiklopediyası, III cild, səh.
Monasteri (Xaşuri)
Monasteri (Xaşuri) (gürc. მონასტერი) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. == Əhali == 2002 siyahıyaalmaya görə kəndin əhalisi 217 nəfər idi. 2014-cü ildə 195 nəfər yaşayırdı. == Ədəbiyyat == Gürcüstan Sovet Ensiklopediyası, VII cild, səh.
Nadarbazevi (Xaşuri)
Nadarbazevi (Xaşuri) (gürc. ნადარბაზევი) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. == Əhali == 2002 siyahıyaalmaya görə kəndin əhalisi 7 nəfər idi. 2014-cü ildə 8 nəfər yaşayırdı. == Ədəbiyyat == Gürcüstan Sovet Ensiklopediyası, VII cild, səh.
Natsargora (Xaşuri)
Natsargora (Xaşuri) (gürc. ნაცარგორა) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. == Əhali == 2002 siyahıyaalmaya görə kəndin əhalisi 263 nəfər idi. 2014-cü ildə 201 nəfər yaşayırdı. == Ədəbiyyat == Gürcüstan Sovet Ensiklopediyası, VII cild, səh.
Odzisi (Xaşuri)
Odzisi (Xaşuri) (gürc. ოძისი) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. == Əhali == 2002 siyahıyaalmaya görə kəndin əhalisi 56 nəfər idi. 2014-cü ildə 50 nəfər yaşayırdı. == Ədəbiyyat == Gürcüstan Sovet Ensiklopediyası, VII cild, səh.
Tsivtskaro (Xaşuri)
Tsivtskaro (gürc. ცივწყარო) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. == Əhali == 2002 siyahıyaalmaya görə kəndin əhalisi 41 nəfər idi. 2014-cü ildə 21 nəfər yaşayırdı. == Ədəbiyyat == Gürcüstan Sovet Ensiklopediyası, XI cild, səh.
Xaşuri bələdiyyəsi
Xaşuri bələdiyyəsi (gürc. ხაშურის მუნიციპალიტეტი) — Gürcüstanda, Şida Kartli diyarının tərkibində inzibati-ərazi vahidi. 1917-ci ilə qədər, Xaşuri bələdiyyəsi, Tiflis quberniyasının Qori qəzası vilayətinə daxildi. 1921-ci il inzibati-ərazi bölgüsünə görə, yenə Qori qəzasına daxil edilmiştir, 1930-cu ildə müstəqil rayon olmuştur. Hal-hazırda bələdiyyədir. Şimal və şərqdən Kareli bələdiyyəsi, şimaldan Saçxere bələdiyyəsi, cənub və qərbdən Borjomi bələdiyyəsi və cənubdan Xaragauli bələdiyyəsi həmsərhəddir. Sahəsi — 585.2 km².
Xidiskuri (Xaşuri)
Xidiskuri (gürc. ხიდისყური) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. == Əhali == 2002 siyahıyaalmaya görə kəndin əhalisi 93 nəfər idi. 2014-cü ildə 55 nəfər yaşayırdı. == Ədəbiyyat == Gürcüstan Sovet Ensiklopediyası, XI cild, səh.
Aşur Cəmiyev
Aşur Bəybala oğlu Cəmiyev (18 iyun 1989, Şahbuz rayonu – 21 oktyabr 2020, Zəngilan rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin Sərhəd Qoşunlarının kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Aşur Cəmiyev 1989-cu il iyunun 18-də Şahbuz rayonunun Külüs kəndində anadan olub. 2003-2006-cı illərdə Heydər Əliyev adına hərbi liseydə oxuyub. 2006-2010-cu illərdə Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının Sərhəd Qoşunları fakültəsinin məzunu olub. == Hərbi xidməti == Aşur Cəmiyev əvvəlcə, sərhəd zastavasında rəis müavini kimi xidmət edib. Sonra kəşfiyyat bölüyünün komandiri olub. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kapitanı olan Aşur Cəmiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin, Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Aşur Cəmiyev oktyabrın 21-da Zəngilanın azad edilməsi zamanı şəhid olub.
Aşur Hüseynov
Aşur Hüseynov (1920, Ağdam) — 1945-ci ildə "Bunker" əməliyyatında SSRİ xüsusi təyinatlı zəbt qrupunun tərkibində döyüşmüş ilk azərbaycanlı. == Bir günlük tələbə == Aşur Hüseynov 1920-ci ildə Ağdam rayonunda anadan olub. Ailələri 1930-cu ildə o vaxtkı Karyagin – indiki Füzuli rayonuna köçüb. Füzulidə orta təhsil alıb və 1941-ci ildə Bakı Dövlət Universitetinə daxil olub. Universitetə daxil olduğu xəbərini valideynlərinə çatdırar-çatdırmaz Almaniyanın SSRİ-yə hücum etdiyi və müharibənin başlanıldığı rəsmən elan edilir. A. Hüseynov universitetə yalnız bir gün gedə bilir. Onu və yoldaşlarını hərbi komissarlıq Bakıdan Uzaq Şərqə göndərir. Orta məktəbi malakanların məktəbində oxumuş Aşur Hüseynov rus dilində sərbəst danışa bildiyindən yoldaşlarından fərqli olaraq əsgərliyin ilk günləri onun üçün problemsiz ötüşür. İlkin təlimlərdən sonra gənclər müxtəlif qoşunlara bölürlər. Canlı-cüssəli və savadlı olması, eyni zamanda rus dilini yaxşı bilməsi nəzərə alınaraq, A.Hüseynov və bir neçə əsgər Uzaq Şərqdən Qazaxıstana göndərilir.
Aşur ada
Aşur ada (fars. آشوراده‎, türkm. Aşyr Ada) — Xəzər dənizinin cənub-şərqində İranın Gülüstan ostanına tabe olan ada. İranın Xəzər dənizi sahillərində mövcud olan yeganə adadır. 800 hektar sahəsi olub torpaq yolu ilə Mianqala yarımadası ilə əlaqələndirilmişdir. İranın 40% kürü ehtiyatı Aşur adadan təmin edilir. Bəndər Türkmən limanından 3, Gürgan 23 km məsafədə yerləşir.
Aşur məscidi
Aşur məscidi və ya Ləzgi məscidi — İçəri Şəhərdə yerləşən və ölkə əhəmiyyətli abidə olan məscid. İçərişəhərin tarixi mərkəzində Qız qalası ilə Sınıqqala məscidi arasında yerləşən qədim məscid. Məscid XIX əsrin sonu XX əsrin əvvəllərindən etibarən əsasən Dağıstandan köçmüş, xalq arasında ləzgi adlanan camaatın daha çox toplanması ilə əlaqədar olaraq Ləzgi məscidi kimi də tanınmışdır. == Tarixi == Üstündəki kitabəyə görə onu Hicri-qəməri təqvimlə 567-ci ildə/ 1169 ustad Nəcəf Aşur ibn İbrahim tikmişdir. == Haqqında == Məscid sasanilər dövrü abidəsi üzərində tikilmişdir. Həmin abidədən yalnız iki portik və qübbə ilə örtülmüş otağı qalmışdır. Məscid həcmcə parallelepiped formasındadır. Cənub fasadında isə sonradan iki kiçik pəncərə açılmışdır. Məscidin şimal-şərq hissəsində yerləşən kiçik çatma formalı giriş, geniş birkameralı, qalın tipli çatma qübbə ilə örtülmüş ibadət zalına aparır. Gözəl ifadə olunmuş tac, ibadət zalını sanki iki hissəyə bölür.
Şuri qəsri
Şuri qəsri (首里城, Shuri-jō, okin. Sui Gushiku) – Yaponiyanın Okinava prefekturasının Naha şəhərinin Şuri rayonunda yerləşən Ryukyu qusukusu. Sanzan dövründə tikildiyi güman olunur. Okinava prefekturasının simvollarından biridir. 1429-1879-cu ildə Ryukyu krallığının sarayı olmuş, dövlətin siyasi, mədəni, hərbi və dini mərkəzi olmuşdur. Ryukyu krallığı ilə Çin münasibətlərinin inkişafında əhəmiyyəti olmuşdur. 1609-cu ildə yaponların əlinə keçsə də, 2 il sonra qaytarılmışdır. 1879-cu ildə Ryukyu krallığı Okinava prefekturası kimi Yaponiyaya daxil olandan sonra qəsr əhəmiyyətini itirməyə başlamışdır. Həmin tarixdən sonra uzun müddət baxımsız vəziyyətdə qalmışdır. 1945-ci ildə İkinci dünya müharibəsi zamanı baş tutan Okinava döyüşü zamanı qəsr ABŞ donanması tərəfindən 3 gün boyunca bombardman edilmiş və tamamilə dağılmışdır.
Murad Aşurlı
Murad Aşurlı — azərbaycanlı alpinist. 2013-cü ilin 19 may tarixində Yer kürəsinin ən yüksək zirvəsi olan Everest zirvəsində üçüncü dəfə Azərbaycan bayrağını qaldıran şəxs olaraq tarixə keçmişdir. == Həyatı == Murad Aşurlı 1972-ci ildə Bakı şəhərində anadan olmuşdur. Ali təhsilini Moskva şəhərində aldıqdan sonra ABŞ-yə köçüb. O, son illər ABŞ-də aparıcı telekommunikasiya şirkətlərindən birinin top-meneceri vəzifəsində çalışırdı. 2007-ci ildə Şimali Amerikanın ən yüksək nöqtəsi – Makkinli zirvəsini, 2013-cü ildə isə Everesti fəth edib. == Vəfatı == Murad Aşurlı 21 oktyabr 2014-cü ildə Himalay dağlarında alpinistlər arasında populyar olan, 6856 metr hündürlüyə malik Ama Dablam zirvəsindən enərkən qəzaya uğrayıb. Bildirilir ki, "7 zirvə" kommersiya ekspedisiya qrupuna daxil olan Murad Aşurlu 8 digər alpinistlə birlikdə Ama Dablam zirvəsinə uğurla qalxıb. Lakin geri qayıdanda faciləvi şəkildə itkin düşüb.Ekspedisiyanın başlamasından əvvəl Murad “Finding your Everest” (“Öz Everestinin axtarışında”) adlı kitabı üzərində işi yekunlaşdırıb. Kitab yaxın gələcəkdə ABŞ-də dərc ediləcək.
İsrafil Aşurlı
İsrafil Əli oğlu Aşurlı (16 yanvar 1969, Bakı) — alpinist, Azərbaycan Alpinizm Federasiyanın Baş katibi (2022-ci ildən). Azərbaycan Alpinizm Federasiyasının prezidenti (2010–2016), dünyanın ən hündür zirvəsi hesab olunan Everesti və Şimal qütbünü fəth etmiş ilk azərbaycanlı.2007-ci ildə Everest (8848 m), 2009-ci ildə Qələbə (Pobeda 7439 m), 2011-ci ildə isə Kanqçencanqa (8586 m), 2019-ci ildə isə Lxotze (8516 m), Manaslu (8163 m), 2022-ci ildə Broud-Zirvəsi (8051 m) və 2023-ci ildə Makalu (8485 m) zirvələrlərinə çıxmış ilk azərbaycanlıdır. == Bioqrafiya == İsrafil Aşurlı 1969-cu ilin 16 yanvarında Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini Bakı şəhərində yerləşən 6 saylı məktəbdə almışdır. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Neft Akademiyasının Energetika fakültəsinə daxil olmuşdur. İsrafil Aşurlı 1991-ci ildə "İnsol" şirkətinin əsasını qoymuşdur. Şirkət 1998-ci ildən Rusiyada simli və simsiz rabitə üçün telekommunikasiya avadanlıqlarının quraşdırılması və işə salınması ilə məşğuldur. Öz şirkətini yaratdıqdan sonrakı dövrdə İsrafil Aşurlının alpinizmə qarşı marağı artmışdır. Onun dediyinə görə, bu həvəs təsadüfən meydana gəlmişdir. 2000-ci ildə o, Himalay dağlarının Kançencanqa bölgəsinə turistik treninqə yollanmışdır.
Abari
Abari — Ambrolauri rayonunda kənd. == Toponimkası == Abari — Ambrolauri rayonunda kənd adı. Hun tayfa ittifaqına daxil olmuş qədim türk mənşəli Abar tayfasının adını əks etdirir. Tədqiqatçılara görə avarlar özlərini məhz "abar" adlandırırdılar. Orxan-Yenisey türk run yazılarında Apar kimidir. Mənşəcə Ermənistanda olmuş altı Abaran kənd adı ilə eynidir.