Aşur Bəybala oğlu Cəmiyev (18 iyun 1989, Şahbuz rayonu – 21 oktyabr 2020, Zəngilan rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin Sərhəd Qoşunlarının kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi.
Aşur Cəmiyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Şahbuz rayonu, Azərbaycan |
Vəfat tarixi | (31 yaşında) |
Vəfat yeri | Zəngilan rayonu, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Sərhəd Qoşunları |
Xidmət illəri | 2010—2020 |
Rütbəsi | Kapitan |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Zəngilanın azad edilməsi |
Təltifləri | 2020 2020 2020 |
Aşur Cəmiyev 1989-cu il iyunun 18-də Şahbuz rayonunun Külüs kəndində anadan olub.[1] 2003-2006-cı illərdə Heydər Əliyev adına hərbi liseydə oxuyub. 2006-2010-cu illərdə Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının Sərhəd Qoşunları fakültəsinin məzunu olub.
Aşur Cəmiyev əvvəlcə, sərhəd zastavasında rəis müavini kimi xidmət edib. Sonra kəşfiyyat bölüyünün komandiri olub.
Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kapitanı olan Aşur Cəmiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin, Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Aşur Cəmiyev oktyabrın 21-da Zəngilanın azad edilməsi zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Aşur Cəmiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Aşur Cəmiyev ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.[3]
Azərbaycanın Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Aşur Cəmiyev ölümündən sonra "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edildi.Allah bütün şəhidlərimizə rəhmət etsin [4]