Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Abraziv material
Abraziv material abraziv alətlərin kəsici hissəsini təşkil edirlər. Kəsici dənəciklər şəklində istifadə edilən bu materiallar kifayət qədər bərk, istiyədavamlı, çoxlu tillərə malik olurlar. Onlar iki qrupa bölünürlər: təbii materiallar (kvars, sumbata, korund, təbii almaz) və süni abraziv materiallar (normal və az elektrokorund, monokorund, silisum karbidi, bor karbidi, bor nitridi və sintetik almaz). Abraziv materiallar əsasən maşın hissələrinin təmiz emalında istifadə edilirlər. Məqsədi pardaqlamada, honalamada, cilalamada emal olunan səthin kələkötürlüyünü azaltmaqdır. == Növləri == === Təbii abraziv materiallar === Təbiətdə rast gələn süxurlar və minerallar (kvars, sumbata, korund və almaz) aiddir. Kvars iri kristallı silisium 4-oksiddən ibarət olub aşağı kəsmə xassələrinə malikdir. Qum itiləyiciləri, bülöv daşları və pardax sumbata kağızı hazırlanmasında istifadə olunur. Sumbata və təbii korund alüminium oksidi kristallarından və (AL2O3) qatqılardan (sumbatada 25-30%, korundda 95%-ə qədər) ibarətdir. Sumbata qara və qara-boz, korund isə qəhvəyi rəngdədir.
Abraziv materiallar
Abramov
Abramov — Soyad. Bu soyadı olan tanınmışlar Yevda Abramov — millət vəkili. Vladimir Abramov — Sovet İttifaqı Qəhrəmanı.
Abraziya
Abraziya (geomorfologiya)
Arazi
Movses Melikoviç Harutunyan (erm: Մովսես Մելիքի Հարությունյան) və ya Arazi (erm: Արազի; 20 mart (1 aprel) 1878, Şüləver, Tiflis quberniyası – 21 dekabr 1964, İrəvan[…]) — erməni yazıçı. == Həyatı == Movses Harutunyan və ya təxəllüsüylə desək Arazi, 1 aprel 1878-ci ildə indiki Gürcüstan Respublikası ərazisində olan Şaumyani kəndində anadan olmuşdur. 1925-ci ilə qədər bu kəndin adı Şuləver (Şulaver) olmuşdur. Orta təhsilini Tiflisdə tamamladıqdan sonra, 1898-ci ildə Peterburq Texnologiya İnstitutunda təhsil almağa başlayır. Tələbə hərəkatlarına qoşulduğu üçün həbs edilərək 1901–1905-ci illərdə Şimali Qafqaza sürgün edilir. 1906-cı ildən etibarən isən aktiv olaraq yazıçı kimi fəaliyyətə başlayır. Erməni proletar nəsrinin banilərindən hesab edilən Arazinin "Son yuxu" (1912), "Günəş", "Yaralı quş" (1913), "Qanlı çiçək"(1916) kimi hekayələrində burjua cəmiyyəti tənqid edilir. O, "Yoldaş Mukuç" (1924), "Qorxudulmuş Hanes" (1927), "Minbaşlı" (1931) kimi əsərləri sosializm quruculuğundan bəhs edən əsərlər yazmışdır. Arazinin 1959-cu ildə yazdığı "İsrael Ori" tarixi romanı XVII–XVIII əsrdə ermənilərin azadlıq mübarizəsindən, erməni-rus münasibətlərindən bəhs edir. Arazinin 1925-ci ildə yazdığı "Düşmənin mahnısı" hekayəsində isə azərbaycanlı kəndlilərinin inqilabdan əvvəlki ağır həyatından bəhs edilir.
Abramis alburnus
Adi şəmayı (lat. Alburnus alburnus) — Çəkiyəbənzərlər dəstəsinə, Şəmayılar cinsinə daxil olan növ. == Təsviri == Qarışıq rəngə sahibdir — beli tünd, boz-mavidən zeytuni yaşıla qədər, qarnı və ətrafları gümüşü. Bel və quyruq üzgəcləri tünd, digərləri isə sarı və ya qırmızımtıl olur. 20 sm uzunluğa (ortalama 12–15 sm, ən böyüyü 25 sm) və 60 q çəkiyə sahib olur. Bununla belə 80–100 çəkiyə sahib nümunələrinə də rast gəlinir. Ən sevimli qidası milçək tırtıllarıdır. == Yayılması == Adi şəmayılar Azov, Baltik, Qara, Xəzər (şimal hissəsinə aid hövzədə) və Ağ dəniz (qərb avkatoriyasında) sularında müşahidə edilirlər. == Həyat tərzi == Çaylarda, göllərdə, su anbarlarında və nisbətən duzlu olan çay mənsəblərində yayılırlar. Sürü halında yaşayırlar və əsasən suyun üst hissələrini üstün tuturlar.
Abramis brama
Çapaq (lat. Abramis brama) çəkilər fəsiləsinin çapaqlar cinsinə aid növ. == Yayılması == Baltik, Qara, Azov, Xəzər və Aral dənizləri hövzələrinin çay və göllərində,eləcə də Ağ dənizdə və Peçorada yayılmışdır. Xəzərdə Şərq çapağı-Abramis brama orientalis Berg yarımnövü yaşayır.Arealı bütün iri çayların-Volqa, Ural, Terek, Kür çaylarının aşağı axarını,eləcə də Lənkəran sahillərinin kiçik çaylarını əhatə edir.Kür silsilə su anbarlarında və Kürətrafı göllərdə nisbətən çoxsaylıdır. Xəzərin Abşeron yarımadasından şimalda və cənubda da, Dəvəçi limanı və Kiçik Qızılağac körfəzində də rast gəlinir. == Morfoloji əlamətləri == Şərq çapağının bədəni hündürdür. Başı balacadır. Ağzı yarımaltdır. Cavanları gümüşü, yaşlıları daha tünd olub , qızılı rəngə çalır. Üzgəcləri boz, anal üzgəci uzundur.
Abrazion düzənlik
Abrazion düzənlik — dalğaların və ləpədöyənin abrazion fəaliyyəti nəticəsində əmələ gəlmiş düzənlik. Sahillərin qalxması, çöküntü çatışmazlığı şəraitində və abraziya zamanı çoxlu miqdarda çöküntü əmələ gətirməyən ana suxurların əlverişli litoloji tərkibə (əhəngdaşı, mergel və s.) malik olduğu halda formalaşır. Eni, adətən, bir neçə kilometr, uzunluğu onlarla kilometr olur. Səthi xırda heykələbənzər relyef formaları ilə mürəkkəbləşir. Abrazion düzənliklər Şimal Buzlu okeanı sahillərində daha geniş inkişaf etmişdir. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası, I cild.
Abrazion proses
Abraziya (geomorfologiya)
Abraziya (geomorfologiya)
Abraziya və ya abrazion proses — dəniz dalğaları və axınların köklü süxurları mexaniki parçalama prosesidir. Abrazion proses nəticəsində sahil yuyulur, hamarlaşır və abrazion düzənliklər, terraslar və b. relyef formaları əmələ gəlir. Abraziya dalğavə ləpədöyənin ölçülərindən, suyun və süxurların xassələrindən aslıdır və əsasən hövzənin 10-20 metr dərinliynə qədər təzahür edir. == İstinadlar == == Ədəbiyyat == Геологический словарь, М: Недра, 1978 В. Б. Караулов, М. И. Никитина. Геология.
Fyodor Abramov
Fyodor Aleksandroviç Abramov (rus. Фёдор Александрович Абра́мов; 29 fevral 1920[…], Verkola[d], Arxangelsk quberniyası[d] – 14 may 1983[…], Leninqrad) — sovet-rus yazıçısı. "Pryaslinı" trilogiyası (1958-1973), "Ev" romanı (1978), həmçinin "Pelageya" (1969), "Taxta atlar" (1970), "Keçmişə səyahət" (1974) hekayələrinin müəllifidir. Abramovun sosial təhlilə meyilli olan və dilinin rəngarəngliyi ilə seçilən nəsri İkinci Dünya müharibəsi illərində və müharibədən sonrakı illərdə insanların taleyini, şimal kəndlərinin problemlərini, kolxoz həyatının qeyri-təntənəli mənzərəsini, kəndli xarakteri və həyat tərzinin deformasiyasını əks etdirir. Ədəbi tənqid və jurnalistika ilə də məşğul olmuşdur. == Təltif və mükafatlar == "Lenin" ordeni (28.02.1980); II dərəcəli "Vətən müharibəsi" ordeni (08.06.1946); "Leninqradın müdafiəsinə görə" medalı ; "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı; SSRİ-nin digər medalları. == İstinadlar == == Əlavə ədəbiyyat == Life and work of F. Abramov / Ed. D. Gillespie. Evanston, 1997. Большакова А. Ю. Нация и менталитет: феномен «деревенской прозы» XX в.
Kuzma Abramov
Kuzma Qriqoriyeviç Abramov (rus. Кузьма́ Григо́рьевич Абра́мов; 30 oktyabr (12 noyabr) 1914, Starıe Naymanı[d], Simbirsk quberniyası[d] – 4 avqust 2008, Saransk) — Rusiya və SSRİ yazıçısı, dramaturqu, redaktoru. O, Mordoviya mədəniyyətinə, o cümlədən erzyan ədəbiyyatına verdiyi töhfələr ilə tanınır. Abramov Mordoviya Əməkdar (1964) və Xalq (1985) yazıçısıdır, Mordoviyanın fəxri vətəndaşıdır (2000). == Həyat və fəaliyyəti == Kuzma Qriqoriyeviç Abramov 30 oktyabr 1914-cü ildə Rusiya imperiyasının Starıe Naymanı kəndində qarışıq etnik tərkibli bir kəndli ailəsində anadan olmuşdur. Atası milliyyətcə mordva və erzyan olan Qriqori Stepanoviç idi. Stepanoviç miqrant işçi və Birinci Dünya müharibəsinin iştirakçısı idi. Anası Anastasiya Maksimovna rus əsilli bir evdar qadın idi. 1920-ci ildə Abramovlar ailəsi Molniya kəndinə köçmüşdür. Abramov uşaq ikən "həm rus, həm də mordov dillərində eyni dərəcədə pis idi" və kəndinin ucqar olduğu üçün sistemli şəkildə məktəbə gedə bilməmişdir.
Vadim Abramov
Vadim Abramov (rus. Вадим Карленович Абрамов; 5 avqust 1962, Bakı) — Sovet və Özbəkistan futbolçusu və futbol məşqçisi. Vadim Karlenoviç Abramov 1962-ci ildə Azərbaycanın paytaxtı olan Bakı şəhərində dünyaya gəlmişdir. O, 2010–2012-ci illərdə Özbəkistan milli futbol yığmasının baş məşqçisi vəzifəsində olmuşdur. Abramov, 2003–2005-ci illər ərzidə Trantor Daşkənd futbol klubunun baş məşqçi vəzifəsində çalışıb. Futbol klubu 2004-cü ildə Özbəkistan Kubokunda finala çıxmış və bir il sonra Liqada 4-cü yerdə qərarlaşmışdır. O, 2006-cı ildə Lokomotiv Taşkənd futbol klubuun baş məşqçisi olmuşdur. Klub 2009 mövsümünü 6-cı sırada tamamlamışdır. Abramov 6 aprel 2010-cu ildə Mirjalol Qasımovu əvəzləyərək Özbəkistan Milli Komandasının baş məşqçisi vəzifəsinə təyin olunmuşdur. Abramov 28 noyabr 2013-cü ildə Astananın yeni baş məşqçisi seçildi.
Vladimir Abramov
Vladimir Abramov (Abramov Vladimir Fyodoroviç; 14 iyun 1921, Kuznetsk, Saratov quberniyası[d] – 23 may 1985) — Sovet İttifaqı Qəhrəmanı (22 iyul 1944) 14 iyun 1921-ci ildə doğulmuşdur. 1939-cu ildə Bakı aeroklubunu bitirmişdir. 23 may 1985-ci ildə vəfat etmişdir.
Yakov Abramov
Yakov Vasilyeviç Abramov (rus. Яков Васильевич Абрамов; 21 oktyabr (2 noyabr) 1858, Stavropol – 18 sentyabr (1 oktyabr) 1906, Stavropol) — Rusiya publisisti, ədəbiyyatşünası və jurnalisti, ictimai xadim, xalq həyatının tədqiqatçısı. O, islahatdan sonrakı kənddə kəndlilərin taleyi və şəhər kənarında yaşayanların həyatı haqqında hekayə və esselərin müəllifi olmuşdur. Abramov liberal populist olmuşdur. O, 1880-ci illərin əvvəllərində. "Oteçestvennıye zapiski", "Ustoy", "Slovo", "Delo" jurnallarında məqalələr yazmışdır. 1880-ci illərin ortalarında. "Nedelya" qəzetində "kiçik əməllər nəzəriyyəsi"ni təbliğ etmişdir. O, 1890-cı ildən "Severnıy Kavkaz" qəzetinin redaktoru olmuşdur. Абрамов В. Я. Женские врачебные курсы.
Yevda Abramov
Yevda Sasunoviç Abramov (12 iyun 1948, Qırmızı Qəsəbə, Quba rayonu – 6 dekabr 2019, Bakı) — yəhudi əsilli azərbaycanlı siyasətçi, Azərbaycan Milli Məclisinin deputatı (2005–2019), "Şöhrət" ordeni laureatı (2018). Yevda Abramov 12 iyun 1948-ci ildə Quba rayonunun Qırmızı Qəsəbəsində anadan olmuşdur. Milliyətcə yəhudidir. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsini bitirib və pedaqoji fəaliyyətlə məşğul olmağa başlayıb. 7 dekabr 2019-cu ildə vəfat etmişdir. Azərbaycan, türk, rus və fars dillərini bilirdi. Ailəli idi, 4 övladı var. Yeni Azərbaycan Partiyasının üzvü olmuşdur. Azərbaycan Milli Məclisinin III, IV və V çağırış deputatı seçilmişdir. 11 iyun 2018-ci ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Yevda Sasunoviç Abramov "Şöhrət" ordeni ilə təltif edilib.
İvan Abxazov
İvan Nikolayeviç Abxazov (1764, Tiflis – 5 oktyabr 1831, Rusiya imperiyası) — knyaz, general-mayor. O, Tiflisdə knyaz ailəsində anadan olmuşdur. Atası da çara sədaqətli xidməti ilə "şöhrət" qazanmışdı. Atası oğlunun gələcəkdə yaxşı bir zabit olacağı ümidilə onu Tiflisdəki hərbi məktəbə vermişdi. O, əvvəlcə general A. P. Yermolovun, sonra isə İ. F. Paskeviçin yanında qulluq etmiş, onların xarakterində mövcud olan bir çox keyfiyyətləri əxz etmişdi. İ. N. Abxazov rus qoşunlarının Azərbaycana işğalçı yürüşlərinin demək olar bir çoxunda iştirak etmişdi. Müharibələrdə öz sələflərindən heç də geri qalmırdı. İnsan qanı axıtmaqda, işğalçılıqda mahir usta idi. İ. N. Abxazov polkovnik rütbəsində olduğu vaxt, daha yeni bir vəzifə aldı. O, Qafqazda müsəlman əyalətləri idarəsinin başçısı təyin olundu.
Sedrak Abramov
Sedrak Karapetoviç Abramov (28 aprel 1900, Vartaşen, Nuxa qəzası – bilinmir) — Azərbaycan-sovet dövlət və partiya xadimi, Azərbaycan Kommunist Partiyası Dağlıq Qarabağ Muxtar Vilayət Komitəsinin birinci katibi (1949–1952), Azərbaycan SSR xalq balıq sənayesi komissarı (1939–1945). Sedrak Karapetoviç Abramov 1900-cü ildə Nuxa qəzasının Vartaşen kəndində (hazırkı Oğuz) çəlləkçi ailəsində doğulmuşdur. Kənd məktəbini bitirdikdən sonra əvvəlcə kənd təsərrüfatı sahəsində çalışmış, sonra isə Nuxa şəhərinə köçərək tütün fabrikində fəhləlik etmişdir. Azərbaycanda sovet hakimiyyəti qurularkən bolşeviklər partiyasına üzv olmuş və Fəhlə-Kəndli Qırmızı Ordusunun sıralarında ağqvardiyaçılara qarşı vuruşmuşdur. Sedrak Abramov 1922-ci ildə ordudan tərxis edilərək Azərbaycana qayıtmış və 3 il Nuxa şəhərində sovet və həmkarlar işində çalışmışdır. 1925-ci ildə Azərbaycan Həmkarlar İttifaqları Şurasında təlimatçı vəzifəsinə təyin edilərək Bakıya köçmüş, sonrakı illərdə Azərbaycan SSR Xalq Maarif Komissarlığında müfəttiş vəzifəsində işləmişdir. 1932-ci ildə Azərbaycan Neft İnstitutunu bitirərək "Azərneft"in əmtəə-nəqliyyat idarəsinin plan-maliyyə şöbəsinin rəisi vəzifəsinə irəli çəkilmiş və 4 il bu vəzifədə işləmişdir. 1936–1937-ci illərdə ixtisaslı neft sənayesi işçilərinin hazırlanması sahəsində çalışmış, 1937-ci ilin sentyabr ayında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Ali məktəb və elmlər şöbəsi müdirinin müavini təyin edilmişdir. 1938-ci ilin sentyabr ayında isə Azərbaycan KP Bakı Şəhər Komitəsinin ikinci katibi seçilmişdir. Sedrak Abramov 1929–1939-cu illərdə vəzifələrdə çalışmaqla bərabər ictimai-iqtisadi elmlər üzrə pedaqoji fəaliyyət də göstərmişdir.
Abazin dili
Abaza dili — abazaların dili. Abxaz-adıq dillərindən biridir. Əsasən Qaraçay-Çərkəzdə yayılmışdır. Bu dildə 30 mindən çox adam danışır. İki əsas dialektə bölünür: tapanta və aşxaraua (şkaraua). 1932–33-cü illərdə latın qrafikası əsasında yazısı hazırlanmışdır. 1938-ci ildən isə kiril əlifbasına keçmişdir. == Orfoqrafiya == 1938-ci ildən bəri abaza dilində aşağıda göstərilən kiril əlifbasından istifadə eolunur.
Abazin rayonu
Abazin rayonu (abq. Абаза район, kab.-çərk. Абазэ район / Абазэ куей, qaraç.-balk. Абаза район, noq. Абаза район) — Rusiya Federasiyası, Qaraçay-Çerkesiya Respublikasının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi İnjiç-Çuqun auludur. == Coğrafiyası == Abazin rayonu Qaraçay-Çərkəz Respublikasının mərkəzi hissəsində yerləşir. Rayonun sahəsi 300,19 km²-dir. Qərbdə Xabez rayonu, şimalda Adıge-Xabl rayonu, şərqdə Çerkessk şəhər rayonu və Ust-Cequtin rayonu ilə həmsərhəddir. Rayon şərqdə Kuban çayı, qərbdə onun sol qolu olan Kiçik Zelençuk çayı ilə sərhədlənir.
Elçin Arazov
Konstantin Abxazi
Konstantin (Kote) Nikolaeviç Abxazi (gürc. კონსტანტინე (კოტე) ნიკოლოზის ძე აფხაზი; 25 sentyabr 1867, Kardaxani[d], Tiflis quberniyası – 20 may 1923, Tiflis Rusiyada Abxazov) — Gürcüstan hərbi və siyasi lideri, Rusiya imperator Ordusunun (1916) və Gürcüstan Demokratik Respublikasının Milli Ordusunun (1918) general-mayoru, Tiflis əyalətinin zadəganlarının lideri. == Həyatı == Knyaz Konstantin (Kote) Abxazi 1867-ci il sentyabrın 25-də Kaxeti bölgəsinin Kardenaxı kəndində varlı və zadəgan ailəsində anadan olub. O, knyaz Nikoloz Abxazinin və görkəmli gürcü yazıçısı və ictimai xadimi İlya Çavçavadzenin bacısı knyaginya Nino Çavçavadzenin oğlu idi. == Hərbi xidmət == Konstantin Abxazi Tbilisi Kadet Korpusu və Sankt-Peterburqdakı 1-ci Pavlovsk Hərbi Məktəbini (1886) bitirib. Hərbi məktəbi bitirdkdən sonra 1890-cı ildə Rusiya imperiyası ordusuna xidmətə qəbul edilmişdir. Polkovnik -leytenant (1908). Qafqaz Qrenadyorr Topçu Briqadasının 4-cü batareyasının komandiri. 21 mart 1911-ci ildə polkovnik rütbəsi verilərək istefaya göndərildi. Xidmətini başa vurduqdan sonra bir çox sosial və iqtisadi layihələrdə, o cümlədən Gürcüstanda dəmir yolunun çəkilişində iştirak etmişdir.
Sul-Brazil
Sul-Brazil (port. Sul Brasil) — Braziliyanın Cənub regionunun Santa-Katarina ştatında yerləşən bələdiyyədir. 2006-cı il məlumatlarına əsasən bələdiyyənin əhalisi 3059 nəfərdir. Ərazisi 114,9 кm²-dir. Əhalinin sıxlığı 26,6 nəfər/кm²-dir. Bələdiyyə 26 sentyabr 1991-ci ildə yaradılmışdır.
Səyyar Arazov
Temur Abazov
Temur Abazov və ya Teymur Abbasov — Gürcüstanın Marneuli rayonunun icra başçısı. Temur Abazov 2 dekabr 1981-ci ildə anadan olmuşdur. 2003-cü ildə Gürcüstan Daxili İşlər Nazirliyinin Polis Akademiyasını və Türkiyənin Ankara şəhərində, Türkiyə Cümhuriyyətinin Elmi Təhlükəsizlik Akademiyasını bitirmişdir. 2004-cü ildə Gürcüstan Daxili İşlər Nazirliyində Xüsusi Tapşırıqlar İdarəsinin, Xüsusi Tapşırıqlar Müfəttişi vəzifəsində çalışmışdır. 2005-ci ildə Cəza İstintaq İşləri Baş İdarəsinin, Təşkilatlı Cinayət ilə Mübarizə Xidmətinin Üçüncü Şöbəsinin Müfəttişi vəzifəsində çalışmışdır. 2005-ci ildə "JTI" MMC-nin, Azərbaycan Respublikasında Gürcüstan nümayəndəsi olmuşdur. 2006-cı ildə Gürcüstan Parlamentinin kadr məsələləri departamentinin əməkdaşı olmuşdur. 2006–2007-ci illərdə "ANADOLU" Türkiyə Dövlət İnformasiya Agentliyinin Gürcüstandakı nümayəndəsi olmuşdur. 2007–2011-ci illərdə "Elita Bürc" MMC-də Marketinq Xidmətinin Meneceri, 2011–2015-ci illərdə isə Marketinq Xidmətinin Rəhbəri kimi çalışmışdır. 2012-ci ildə "Qlobal Kontrakt Konsaltinq" MMC-də Layihə Rəhbərinin Müşaviri və Xüsusi Qərargahın Rəhbəri olmuşdur.
Arazı
Arazı — Araz ətrafı rayonlarda, o cümlədən Naxçıvan Muxtar Respublikasının Ordubad, Culfa, Şərur, Babək və Kəngərli rayonlarının toy şənliklərində ifa olunan qədim yallı növlərindəndir. Bu yallının digər adı Papuro da adlanır. Asta və sürətlə ifa olunmaqla iki hissədən ibarət bu yallını qadınlar və kişilər qarışıq şəkildə çeçələ barmaqları ilə çiyin səviyyəsində bir-birindən tutaraq ifa edirlər. İfaçılar sağ ayaqlarını daban üstə qarşıya sola qoyur, sağ ayağı da cəld çox da hündür olmayaraq qarşıya sola atırlar. Naxçıvan Muxtar Respublikasının Ordubad, Culfa, Şərur, Sədərək, Babək rayonlarında, eləcə də Naxçıvan şəhərində keçirilən mədəni-kütləvi tədbirlərdə toy və bayram mərasimlərində folklor rəqs kollektivləri tərəfindən maraqla ifa olunur.
Hal obrazı
Hal — mifoloji obrazdır. Doğum mərasimləri keçirilərkən, adının hallandırılması çox zaman tabu sayılsa da, istər-istəməz ən çox Hal obrazı ilə bağlı ayinlər icra edilir. Bu isə bir mifoloji varlıq olaraq Halın təsəvvürlərdə özünə çox geniş yer alması ilə və doğuş prosesinə əngəl törədə biləcək mövhumi qüvvə olması ilə əlaqədardır. Buna görə də insanlar mifik üsullarla Hala qarşı tədbirlər görməklə bahəm, həm də onun elmi mahiyyətinə enməyə səy göstərirlər. Müxtəlif ölkələrin və xalqların alimləri bu sahədə ciddi araşdırmalar aparmışlar. Lakin buna baxmayaraq, bu yöndə mülahizələr başa çatmamış, istər dini-mifoloji nöqteyi-nəzərdən, istərsə də elmi-nəzəri baxımdan bu məsələ nə qədər çözülməyə çalışılsa da, hələ kifayət qədər öyrənilib qurtarmamışdır. Hal Anasına bəzən "Həmzad" adı da verilir. Bu da doğan arvadların, yenicə dünyaya gətirdikləri uşağın ciyərini çıxarıb aparırmış. Ona görə də bəzən yenicə doğmuş arvad bayıldıqda "onu hal aparmış" deyirlər. Hətta kəndlərdə doğan arvadın bayıldığı zaman "Hal anasını" qaçırmaq üçün evdə tüfəng atarmışlar.