Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Azaru
Azaru — Azərbaycan Respublikasının Astara rayonunun Asxanakəran kənd inzibati ərazi dairəsində kənd. Azaru Astara rayonunun Asxanakəran inzibati ərazi vahidində kənd. Peştəsər silsiləsinin ətəyindədir. Adını ərazidəki eyniadlı çaydan almışdır. Talış dilində azu (asu) "sürətli" və rud "çay" sözlərindən olub "iti axan çay" (İtiçay) və ya çay kənarındakı kənd mənasındadır. Pəncəli Teymurov (1981–2016).
Anar
Anar (tam adı: Anar Rəsul oğlu Rzayev; 14 mart 1938, Bakı) — azərbaycanlı yazıçı, şair, tərcüməçi, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin sədri, Azərbaycan Respublikasının xalq yazıçısı Anarın atası şair Rəsul Rza, anası şairə Nigar Rəfibəylidir. Anar anası tərəfdən Azərbaycanın məşhur ictimai və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin ilk səhiyyə naziri və Gəncə şəhərinin general-qubernatoru olan Xudadat bəy Rəfibəylinin nəvəsidir. Atası tərəfdən isə Məmmədxanlılar nəslindəndir. Soy adları ulu babası, Çiyni və bir para kəndlərin mülkədarı Məmmədyar oğlu Məmməd xanla bağlıdır. Bayat boyundan, Şahsevən tayfasından olan Məmməd xan XIX əsrin ortalarında rus əsgərləriylə toqquşmadan sonra zindana atılır və orda zəhərlənərək öldürülür. Məmmədxanın nəticəsi, Rəsulun atası İbrahim Məmmədxanlı Göyçayda mirzəlik edər və ticarətlə məşğul olarmış. 1915-ci ildə Bakıda vəfat etmiş və Çəmbərəkənddə dəfn edilmişdir. 1913-cü il iyunun 29-da Gəncədə anadan olmuş Nigar xanım Rəfibəyli məşhur Rəfibəylilər nəslindəndir. Ata tərəfdən babası Ələkbər bəy Rəfibəyli – el ağsaqqalı, maarifçi, Azərbaycanda ilk siyası partiya olan "Difai" partiyasının yaradıcılarındandır. Ələkbər bəyin yeganə oğlu, Nigar xanımın atası Xudadat bəy ilk ali təhsilli cərrahlardandır.
Anau
Anau (türkm. Änew) — eramızdan əvvəl 5 -ci minilliyin sonlarına aid arxeoloji yer NS. - XVI / XVII əsrlər. n. NS. Türkmənistanda, Kopetdağın ətəklərində. Qədim əkinçilik məskunlaşma yerlərinin və yaşayış yerlərinin qalıqları, M37 magistral yolunun cənubunda, Aşqabaddan 12 kilometr şərqdə , Axal velayatın inzibati mərkəzi olan Annau şəhərinin şərqində yerləşir. Abidə, erkən eneolit ​​- son tunc dövrünə aid yaşayış məskəni (iki təpə -izah) və XV əsrə aid Temurilər məscidinin xarabalıqları ilə erkən dəmir dövrü və orta əsrlər yaxınlığındakı "Gözəllik Evi" . 1904 -cü ildə Rafael Pumpellinin Anau qəsəbələri üzərində apardığı işlər nəticəsində alim Hubert Schmidt [de] ilk olaraq Türkmənistanın cənubundakı abidələr üçün stratiqrafik miqyas qurdu və bunun əsasında qədim əkinçilərin bu mədəniyyətinin mövcudluğu bölündü. eramızdan əvvəl II minilliyin ikinci yarısından dördüncü mərhələyə qədər NS. (Anau I - Anau IV) . Anau təpələrində aparılan qazıntılar Orta Asiyanın cənub -qərbindəki erkən əkinçilik tayfalarının tarixi ilə əlaqədar Anau mədəniyyəti adlanan və Anau ilə Qərbi Asiyanın əkinçilik mədəniyyətləri arasında əlaqələrin mövcudluğunu təsdiq edən bir çox material verdi. . Anau IA -nın ən qədim dövrünün təbəqələrində qara və qırmızı boyalarla işlənmiş dama taxtası və üçbucaqlı divar rəsmləri olan bir bina tapıldı.
Frederik Ananu
Kanqni Frederik Ananu (20 sentyabr 1997-ci ildə anadan olub) — 2. Bundesliqa təmsilçilərindən olan İnqolştadt 04 klubunda müdafiənin mərkəzi cinahında çıxış edən Almaniyalı peşəkar futbolçudur. Ananu Köln klubunun gənclər akademiyası vasitəsilə inkişaf etmişdir və 2016-cı ilin yay ayında Niderlandın Roda klubuna transfer olmuşdur. Ananu Almaniyada anadan olmuşdur. Valideynləri isə Toqo vətəndaşlarıdır. O, 2016-cı ildə Almaniya U-19 və U-20 millilərinə dəvət almışdır.
Tupak Amaru
Tupak Amaru və ya Túpac Amaru (Keçua: Thupaq Amaru; 1545 – 24 sentyabr 1572, Kusko[d]) — 1545–1572-ci illərdə hakimiyyətdə olmuş son İnk hökmdarı və Sapa İnka.
Anar (İran)
Anar — İranın Kirman ostanının şəhərlərindən və Anar şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 12,791 nəfər və 3,227 ailədən ibarət idi."Anar", farsca nar deməkdir.
Anar (şəhər)
Anar — İranın Kirman ostanının şəhərlərindən və Anar şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 12,791 nəfər və 3,227 ailədən ibarət idi."Anar", farsca nar deməkdir.
Anar Abbasov
Anar Atayev
Anar Axundzadə
Anar Axundzadə (6 iyul 1972, Naxçıvan) — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı. Anar Axundzadə 1972-ci ildə Naxçıvan şəhərində anadan olub. 1990–1995-cil illərdə Naxçıvan Dövlət Universitetinin kənd təsərrüfatı və həmin universitetin (ikinci təhsil) hüquq fakultəsin bitirib. 1995-ci ildə Naxçıvan MR Nazirlər Kabinetinin birinci dərəcəli mütəxəssisi, elə həmin ilin dekabr ayında Naxcıvan MR Ali Məclisi sədrinin köməkçisi təyin edilib. 1996–1997-ci illərdə Naxçıvan DİN Daxili Qoşunlarinda həqiqi hərbi xidmətdə olub. 1997–2000-ci illərdə Naxçıvan MR Ali Məclisi Sədrinin köməkçisi işləyib. 2000-ci il fevral ayında Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini təyin edilib. 2000-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə 3 saylı Naxçıvan Şəhər dairəsindən Azərbaycan Respublikasının millət vəkili seçilib (2000–2005).. Deputatlıq fəaliyyəti dövrundə bir sıra beynəlxalq təşkilatların üzvü və seminarların iştirakçısı olub. 2000–2005-ci illərdə ATƏT seminar konfransı (Portuqaliya), Dunya Bankının seminar konfransı (Avstrya), NATO seminar konfrans (Almaniya, Belçika), Avropa Birliyi Əməkdaşlıq komitəsinin iclası (Fransa), Azərbaycan-Sloveniya Parlamentlərarası Dostluq qrupunun sədri, Azərbaycan- Birləşmiş Ərəb Əmirlikləri dostluq qrupunun sədr müavini, eyni zamanda 5 il Azərbaycan Avropa Əməkdaşlıq Komitəsinin üzvü olub.
Anar Ağakişiyev
Anar Ağakişiyev (21 iyul 1984, Tbilisi) — Azərbaycan stilisti, qrimçi. Stilist Anar 21 iyul 1984-cü ildə Gürcüstannın Tiflis şəhərində anadan olub. Uşaqlıqdan rəsm dərnəyində rəssamlığın sirrlərini öyrənməyə başlayıb. 1999-cu ildən saç ustası kimi fəaliyyətə başlayib. Bu illər ərzində make-up sənətinə də yiyələnib. Hər iki sahədə Moskvada xüsusi dərslər alıb. Almaniya, İspaniya və İtaliyada təkminləşdirmə kursları və seminarlarda iştirak edib. Azərbaycanın Ruhi, Aygün Kazımova, Röya Ayxan, Nigar Camal və bir çox mügənnilərin imici üzərində çalışıb. Stilist Gürcüstanı 2011-ci ildə Eurovision Mahnı Müsabiqəsində təmsil edən Safo Nijaradze ilə də işləyib. 2012-ci ildə isə Anar Bakıda keçirilən Eurovision Mahnı Müsabiqəsinin core time grupunda müsabiqə iştirakçiları ilə çalışıb.
Anar Babaşov
Anar Bahadurov
Anar Bağırov
Anar Ramiz oğlu Bağırov (19 iyun 1976, Azərbaycan) — Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvü, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının "Vəkillərin peşəyə buraxılış və ixtisasartırma" fakültəsinin dekan əvəzi və Akademiyanın Elmi şurasının üzvü. Hüquq elmləri üzrə fəlsəfə doktorudur. Azərbaycan Respublikasının Prezidentinin 19 may 2015-ci il tarixli Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunmuşdur. Anar Bağırov 1976-cı ildə Gəncə şəhərində anadan olmuşdur. Rus, ingilis və türk dillərini bilir. Ailəlidir. Üç övladı vardır. 1997-ci ildə Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə bakalavriatura, 1999-cu ildə isə Mülki hüquq istiqaməti üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2006-cı ildə AMEA-nın Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunda aspirantura pilləsini bitirərək hüquq elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 2014-cü ildən AMEA-nın AMEA Hüquq və İnsan Haqları İnstitutunun doktorantıdır.
Anar Bürcəliyev
Anar Cavadzadə
Anar Cəbrayıllı
Anar Cəfərov
Anar Dosiyev
Anar Dosiyev (Dosiyev Anar Adıgözəl oğlu; d. 1972. Bakı, Azərbaycan SSR, SSRİ) — Türkiyə alimi; Fizika‑riyaziyyat elmləri doktoru (2012), professor (2006). Yaxın Şərq Texniki Universitetinin riyaziyyat kafedrasının professoru. Dosiyev Anar Adıgözəl oğlu 1972-ci il oktyabrın 10-da Bakıda anadan olub. 1990-cı ildə Novosibirsk Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə qəbul olunub. 1993-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinə (indiki Bakı Dövlət Universiteti) keçirilib və 1995-ci ildə oranı bitirib. 1995-1998-ci illərdə Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Riyaziyyat və Mexanika İnstitutunun aspiranturasında təhsil alıb. “Li cəbrinin Banaxov təsvirində Teylor spektri” mövzusunda namizədlik dissertasiyasını müdafiə etdikdən sonra 1998-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun funksional analiz şöbəsində elmi işə başlayıb. 1998-2001-ci illərdə institutda kiçik elmi işçi, 2002-2004-cü illərdə böyük elmi işçi vəzifələrində işləyib.
Anar Eyvazov
Anar Məhəmmədəli oğlu Eyvazov — Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Müdafiə Nazirliyinin Xidmətinin rəisi. 2023-cü il iyunun 26-da Sılahlı Qüvvələr Günü münasibətiylə müdafiə nazirinin əmri ilə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin Rəisi vəzifəsi təsis edilib və bu vəzifəyə Anar Eyvazov təyin olunub. 2020-ci il sentyabrın 26-da müdafiə nazirinin əmri ilə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin Mətbuat Katibi vəzifəsi təsis edilib və bu vəzifəyə Anar Eyvazov təyin olunub. 2020-ci il sentyabrın 27-də səhər saat 06:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən genişmiqyaslı təxribat törədilmişdir və cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri iriçaplı silahlar, minaatnalar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutulmuşdur, nəticədə ölənlər və yaralananlar olmuşdur. Bu barədə məlumat Azərbaycan Prezidenti İlham Əliyevə bildiriləndən sonra səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin döyüş fəaliyyətinin qarşısını almaq məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin Komandanlığı tərəfindən cəbhəboyu zonada hücum əməliyyatlarının başlaması barədə qərar verilmişdir. Bu barədə məlumatı Azərbaycan cəmiyyətinə canlı yayında məhz Anar Eyvazov çatdırmışdır. Anar Eyvazov Vətən müharibəsi zamanı mütamadi olaraq brifinqlərdə cəbhədə baş verən hadisələri Azərbaycan cəmiyyətinə bildirib. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Eyvazov "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.
Anar Fərəcbəyli
Anar Kazımov
İkinci Qarabağ müharibəsindən sonra şəhid olan Azərbaycan hərbçilərinin siyahısı — aşağıda 10 noyabr 2020-ci ildən sonra Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 21 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Siyahıda 12-15 sentyabr 2022-ci ildə və 19-20 sentyabr 2023-cü ildə baş verən hərbi əməliyyatlar zamanı şəhid olan 80 və 204 hərbi qulluqçu barədə məlumatlar ayrıca siyahılarda verilmişdir.
Anar İbrahimov
Anar Adil oğlu İbrahimov (14 avqust 1976, Böyükdüz, Naxçıvan rayonu) — Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavini, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin II, III, IV, V və VI çağırış deputatı, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sabiq sədri, Naxçıvan Muxtar Respublikası Sahibkarlığa Kömək Fondunun icraçı direktoru, Naxçıvan Muxtar Respublikası Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsinin sədr müavini. Anar İbrahimov 1976-cı ilin avqust ayının 14-də Naxçıvan rayonunun Böyükdüz kəndində doğulmuşdur. Orta təhsilini 1983–1993-cü illərdə Naxçıvan şəhər Vəli Zeynalov adına 3 nömrəli rus orta məktəbində almışdır. 1993–1997-ci illərdə ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun Sosial-siyasi münasibətlər — Politologiya fakültəsində təhsil almışdır. İxtisasca politoloqdur. 2017-ci ildə Sakarya Universitetinin Siyasi Elmlər Fakültəsində Dövlət İdarəetməsi üzrə magistraturanı bitirmişdir. Anar İbrahimov 1996-cı ildə leytenant rütbəsi almışdır, ehtiyatda olan zabitdir. Anar İbrahimov 1997-ci ildə Naxçıvan Muxtar Respublikası Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsində aparıcı mütəxəssis, 1998-ci ildə həmin komitədə şöbə müdiri vəzifəsində çalışmışdır. Anar İbrahimov 1999–2001-ci illərdə Naxçıvan Muxtar Respublikası Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsinin sədr müavini vəzifəsində çalışmışdır. O, 2000–2001-ci illərdə bu vəzifəsinə paralel olaraq Naxçıvan Muxtar Respublikası Sahibkarlığa Kömək Fondunun icraçı direktoru vəzifəsini də daşımışdır.
Anar Axundov
Anar Ədalət oğlu Axundov (1975, Bakı) — Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini 1975-ci ildə anadan olub. 1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetini iqtisadçı ixtisasi üzrə bitirib. Əmək fəaliyyətinə Bakı Banklararası Valyuta Birjasında başlayıb, həmçinin bir sıra kommersiya banklarında çalışıb. 1999–2004-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində baş mütəxəssis, şöbə rəisi və departament rəisi vəzifələrində işləyib. 2004–2006-cı illərdə Bakı Fond Birjasının Fond bazarının inkişafı departamentinin rəisi və İdarə Heyətinin sədri, 2006–2009-cu illərdə Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru olub. 2009–2014-cü illərdə "Bank Standart" QSC-nin İdarə Heyəti sədrinin müavini vəzifəsində işləyib. 2014–2022-ci illərdə Azərbaycan Respublikasının Təhsil Nazirliyində idarə rəisi vəzifəsində çalışıb. 2022-ci ildə dövlət başçısının Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının üzvü təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 16 aprel tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini təyin olunub. Ailəlidir, 2 övladı var.
Anar Allahverdiyev
Anar Xanlar oğlu Allahverdiyev (10 mart 1975) — azərbaycanlı şahmatçı, beynəlxalq usta (1997). Məşqçi. Azərbaycan Respublikasının Əməkdar məşqçisi. Azərbaycan Respublikasının əməkdar idman ustası. == Şahmat karyerası == Anar Allahverdiyev 10 mart 1975-ci ildə şahmatçı Xanlar Allahverdiyevin ailəsində anadan olub. 1980-ci ildə — 5 yaşında ikən atası onu şahmatla tanış edib. 9 yaşında olarkən 1-ci şahmat dərəcəsini, 11 yaşında olarkən isə idman ustası namizədi adını almışdır. Uşaqlıqda həm şahmatçı, həm də şəxsiyyət kimi kumiri altıncı dünya çempionu Mixail Botvinnik olub. Anar, müxtəlif yaş kateqoriyalarında dəfələrlə Respublika çempionu olmuş, həmçinin bir sıra açıq turnirlərin qalibi və mükafatçısı olmuşdur. 1994-1998-ci illərdə kişilərdən ibarət şahmat üzrə Azərbaycan yığmasının üzvü olub.