Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Anbaran-i Ülya (Nəmin)
Anbaran-i Ülya (fars. عنبران عليا‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 706 nəfər yaşayır (183 ailə).
Abadan
Abadan (fars. آبادان‎) — İranın Xuzistan ostanında yerləşən liman şəhəri. Şəttülərəb çayı sahilində portdur. Əhalisi 415 min (2005) nəfər. Avtomobil yolları qovşağıdır, beynəlxalq aeroporta malikdir. Ölkənin iri neft emalı və neft-kimya sənayesi mərkəzidir. Tehran və İsfahan boru kəmərlərinin başlanğıc məntəqəsidir. Xam neft və neft məhsulları ixrac edilir. == Tarixi == Şəhər 8-ci əsrdən məlumdur. Abbasilər dövründə liman şəhəri kimi fəaliyyət göstərirdi.
Abakan
Abakan (xak. Ағбан) — Rusiya şəhəri, Xakasiya Respublikasının paytaxtı. Şəhər Abakan şəhər dairəsini təşkil edir. Əhalisi 167,4 min (2002) nəfərdir. Minusa çökəkliyinin mərkəzində, Abakan çayının Yeniseyə töküldüyü yerdədir. Dəmiryolu və avtomobil yolları qovşağıdır. Çay portu və aeroport yerləşir. Xakasiyanın iri sənaye, mədəniyyət və elm mərkəzidir. Ağır maşınqayırma, yüngül və yeyinti sənayesi, meşə və ağac emalı, tikinti materialları istehsalı müəssisələri; 11 ali məktəb (filialları ilə birlikdə), 4 kitabxana, muzeylər, 5 teatr, filarmoniya var. Abakan şəhəri 18 əsrin axırlarında salınmışdır.
Abaran
Abaran, əvvəlki adı: Baş Abaran — Ermənistan Respublikasında şəhər. Abaran rayonunun mərkəzi. == Tarixi == Abaran şəhərinin ilk adı Baş Abaran kəndi olub. Kənd İrəvan quberniyasının Eçmiədzin qəzasına aid olmuşdur. X əsrdən mənbələrdə adı çəkilir. Toponim Azərbaycan dilində "əsas" mənasında işlənən baş sözü ilə cəmlik bildirən -an şəkilçisi qəbul etmiş apar türk etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.Erm. SSR AS RH-nin 3.1.1935-ci il fərmanı ilə adı dəyişdirilib Aparan qoyulmuşdur. == Coğrafiyası == İrəvandan 42 km şimalda, Abaran çayının sahilində yerləşir.
Abaxan
Albalan
Albalan — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Etimologiyası == Toponimin tərkibindəki albalı ağac adı, «an» isə «məkan», «yer» mənasındadır. == Tarixi == == Toponimikası == Cəlilabad r-nunun Xəlilli i.ə.v.-də kənd. Burovar silsiləsinin ətəyindədir. Oykonim al (burada "qırmızı") və balan (türk dillərində "başınağacı") sözlərindən düzəlib, "qırmızı başınağacı" deməkdir. 1917-ci ildə bu oykonim Alıbağan şəklində qeydə alınmışdır. Bu məqamda həmin oykonim Alı (antr.) və bağan/bakan (türk dillərində "asılı", "aid"; "məxsus"; "tabeliyində olan") sözlərindən düzəlib, "Alı (və ya Əli) adlı şəxsə məxsus kənd" deməkdir. Toponimi "Alının bələni (aşırımı)", "boz aşırım" kimi yozanlar da var. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 593 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Albana
Albana — Azərbaycanda, qədim dövrlərdə mövcud olmuş şəhər. Yunan coğrafiyaşünası Ptolemey "Coğrafi təlimnamə" əsərində Albananın Kas çayı mənsəbində olduğunu göstərmişdir. Bir sıra alimlər buranı Qax rayonundakı Torpaqqala, Rusiyadakı Dərbənd və Zərdab rayonundakı Əlvənd kəndi ilə eyniləşdirirlər. Albananın Bakı yaxınlığında olması da güman ediliir. Lakin Quba rayonundakı indiki Alpan kəndinin Albana olması ehtimalı alimlər arasında daha inandırıcı qəbul edilmişdir.
Anabad
Anabad (Ordubad)
AneCan
AneCan (姉キャン, Anekyan) – Shogakukan nəşriyyatı tərəfindən 2007-2016-cı illərdə nəşr olunmuş Yaponiya dəb jurnalı. "Ane" (姉) yapon dilində "böyük bacı" deməkdir, "Can" hissəciyi isə bacı jurnal olan "CanCam" jurnalının adından gəlir. Jurnal 20 yaşlarının ortalarında və ya sonlarında olan qadınlar üçün nəzərdə tutulub və "CanCam" jurnalını oxumaqdan "məzun olanlar" üçün yaradılıb. == Tarixi == "AneCan" jurnalı "CanCam" jurnalını oxuyan daha yaşlı kütlə üçün 2007-ci ilin martında yaradılıb. Jurnalın adı "ane" (böyük bacı) sözü və bacı jurnalın adından yaranmışdır.Jurnalın nəşrinə "Isetan" alış-veriş mərkəzi və bir neçə geyim şirkəti dəstək vermiş və yeni brendlər yaratmışdılar. 14 mart 2007-ci ildə "Senken Shimbun" "AneCan" brendinin 4 gün ərzində 30 milyon yen gəlir gətirdiyini bildirmişdir.10 avqust 2016-cı ildə jurnalın 2016-cı ilin dekabrından etibarən nəşr olunmayacağı açıqlanmışdır.
Anjuan
Anjuan və yaxud Ndzvani (kom. Ndzwani, fr. Anjouan, ərəb. أنجوان‎‎) — Hind okeanında Komor adaları qrupunda yerləşən ada. Ndzuani muxtariyyət vahidi kimi Komor adalarına daxildir. İnzibati mərkəzi və ən böyük şəhəri Mutsamududur. Eyni adlı ərazisində 2007-2008-ci illərdə tanınmamış separatçı dövlət olub. Mohamed Bacar rəhbərlik etdiyi bu qondarma dövlət Afrika Birliyi və Komor adalarının birlikdə apardığı hərbi əməliyyatla ləğv edildi. Bacar Mayotta adasına qacaraq canını qurtardı. Bu əməliyyatlar zamanı 3 nəfər öldü, 11 dinc sakin olmaqla 21 nəfər yaralandı və 100 nəfər həbs edildi.
Arbatan
Arbatan (Salyan) — Azərbaycanın Salyan rayonunda kənd. Arbatan (Şərur) — Azərbaycanın Şərur rayonunda kənd.
Atbatan
Atbatan — Atbatan palçıq vulkanı. Atbatan — Tovuz rayonunda bataqlıq; Atbatan — Abşeron yarımadasında gol. Atbatan (Bostanabad) — İranda kənd.
Nabran
Nabran — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində qəsəbə. Nabran Azərbaycanın Xaçmaz rayonunda, Rusiya-Azərbaycan sərhədinin yaxınlığında yerləşən, məşhur kurort və istirahət mərkəzidir. Əhalisi 1,313 nəfərdir. İstirahət mərkəzi Nabran, Dalğalı, Turist, Meşəli, Günəşli, Samurçay və Şimal kəndlərindən ibarətdir. Nabran, Xaçmaz Rayonunun ən böyük istirahət mərkəzidir. Azərbaycanın paytaxtı Bakıdan 3 saatlıq məsafədə yerləşən Nabran Xəzər dənizi sahilində subtropik meşələrlə əhatələnir. Nabran bir neçə kilometr ərazini əhatə edən yaşayış qəsəbəsidir. Evlər, oteller, əyləncə obyektləri və restoranlar istirahət mərkəzinin sol tərəfində, 30 kilometrlik sahil boyunca uzanan çimərlik isə yolun sağ tərəfindədir. == Coğrafiyası və iqlimi == Nabran qəsəbəsi Xəzər dənizi sahilində, Xudat şəhərinin yaxınlığında yerləşir. == Ekoloji vəziyyət == Nabran qəsəbəsindəki meşə massivlərində qırılan ağacların yerində 100-ə yaxın qanunsuz tikililər inşa olunub.
Abana
Abana (Kastamonu) — Türkiyənin Qara dəniz sahilində, Kastamonuda şəhər və rayon. Abana (kənd) — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazisində kənd.
Abdan
Abdan — İranın Buşehr ostanının Deyr şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6 058 nəfər və 1 224 ailədən ibarət idi.
Alban
Albanlar (alb. Shqiptarët) və ya Arnaudlar ― Albaniyanın əsas əhalisi, həmçinin Adriatik dənizi sahillərində, Balkan yarımadasında yaşayan Avropanın ən qədim xalqlarından biri. Ümumi sayları 9 milyon nəfərdir. Təxminən 70%-i müsəlmanlardır. Müsəlmanların əksəriyyəti sünni, azı isə bəktaşidir. Qalan hissəsi katolik və paroslav xristianlarıdır. Ənvər Xocanın dövründə Albaniyada ateizm təbliğ edilirdi. Kommunist hökmranlığın mirası olaraq, müsəlman və ya xristian olan albanların əksəriyyəti dindar deyil və əhəmiyyətli bir qismi dinsizdir. == Tarixi == Albanların əcdadları Avropanın ən qədim avtoxton xalqı olan illiriya tayfaları, xüsusən dardanlar hesab edilir. Albanlar haqqında ilk tarixi qeydlər XI əsrə aiddir.
Anbar
Anbar — Yüklərin saxlanması onların daşınması, ehtiyaatların idarə edilməsi və anbarlama əməliyyatları ilə sıx bağlıdır. İstifadə olunan daşımaçı, ehtiyatların səviyyəsi və tələb olunan anbarların arasında birbaşa əlaqə vardır. Göstərilən əməliyyatlar həmçinin yükləmə-boşaltma işləri ilə də bağlıdır.İstənilən material axınlarının yerdəyişməsi onların lazım olan miqdarının müəyyən yerlərdə cəmlənməsi olmadan mümkün deyildir. Cəmlənmə istənilən logistik sistemin ayrılmaz bəndi olan anbarlarda aparılır. Bu obyektlərdə qəbul olunan və yola salınan yük partiyalarının böyüklüyünə, tərkibinə, göndərmə vaxtına və s. parametrlərinə görə dəyişdirilməsi hesabına yük axınlarının şəkil dəyişmə baş verir. Malların anbarlardan keçməsi əmək və maddi vəsaitləri sərfinə səbəb olduğundan onların dəyərinin artmasına gətirib çıxarır. Ona görə də anbarların fəaliyyəti material axınlarının hərəkətinin optimallaşdırılmasına əhəmiyyətli təsir göstərir. == Anbarların təsnifatı == Logistik fəaliyyətdə çoxlu anbar növləri istifadə olunur. Anbarlar aşağıdakı xarakteristikalarına görə təsnif olunurlar: Logistikanın bazis sahələrinə; Mülkiyyət formalaarına; Funksional təyinatlarına; Mal xüsusiləşməsinə; Sahəsinin ölçülərinə Texniki təminatına; Anbar binasının və ətraf ərazinin növünə görə.
Anşan
Anşan – Çinin şimal-şərqində, Lyaonin əyalətində şəhər. == Ümumi məlumat == Əhalisi 1,2 mln., aqlomerasiyada – 3,44 mln. (2005). Şərqi Mancuriya dağlarının ətəklərində, Anşan çayı sahilindədir. Nəqliyyat qovşağı. 1911-ci ilədək kiçik kənd olmuş Anşan yaxınlığındakı dəmir filizi yatağının istismarı ilə əlaqədar olaraq böyümüş və şəhər statusu almışdır. Mühüm ağır sənaye mərkəzlərindəndir. Ölkənin ən iri metallurgiya kombinatı Anşandadır. Maşınqayırma, kimya, sement, neft emalı sənayesi müəssisələri var.
Knaan
K'naan - repçi. == Həyatı == "Knaan" təxəllüsü ilə tanınan reper Keynan Abdi Varsame 2010-cu ilin iyununda Cənubi Afrika Respublikası nda keçiriləcək futbol üzrə dünya çempionatının rəsmi himnini bəstələyib. Himn "Wavin Flag" adlanır. Bu kompozisiya ilk dəfə 2009-cu ilin fevralında "Troubadour" qrupunun albomunda yer alıb və "Billboard" sinqllərinin hit-paradında 99-cu yeri tutub. Futbol kampaniyası müddətində "Wavin Flag: The Celebration Mix" mahnısına remiksdən də istifadə olunacaq. Knaan Somali də doğulsa da, 1991-ci ildə vətəndaş müharibəsi zamanı ailəsi ilə birgə ölkəni tərk edib. Hazırda o, Kanada da yaşayır.
Abaran (dəqiqləşdirmə)
Abaran, Baş Abaran — Ermənistan Respublikasında şəhər. Abaran rayonu — Qərbi Azərbaycanın Abaran mahalı ərazisində rayon. Abaran mahalı — İrəvan xanlığında mahal. Abaran nahiyəsi — İrəvan əyalətinda nahiyə. Abaran — İrəvan əyalətinin Karbi nahiyəsində kənd adı. Abaran — Alagöz (Ələyəz) və Pəmbək dağ silsilələri arasında yaylaq. Abaran — İrəvan quberniyasının İrəvan qəzasında çöl adı. Abaran (çay) — İrəvan xanlığının Abaran mahalında çay adı.
Abaran (kənd)
Abaran kəndi — 1728-ci ildə İrəvan əyalətinin Karbi nahiyəsində kənd adı.Qədim türk mənşəli Abaran tayfasının adnı əks etdirir.
Abaran (yaylaq)
Abaran yaylağı - Alagöz (Ələyəz) və Pəmbək dağ silsilələri arasında Kasax (əsli Qazax) çayının yuxarı axınında yaylaq adı Qədim türk mənşəli Abaran tayfasının adını əks etdirir.
Abaran (çay)
Abaran çayı- İrəvan xanlığının Abaran mahalında çay adı . Abaransu da adlanır. Alagöz dağından (bax) başlanan və Zəngiçaya qarışan hissəsi Kasax (Qazax) çayı (bax) adlanır.
Abaran (çöl)
Abaran çölü- İrəvan quberniyasının İrəvan qəzasında çöl adı Ələyəz dağının qərb hissəsində ovalıq adıdır.
Abaran (İspaniya)
Abaran ( isp. Abarán) — İspaniyada şəhər və bələdiyyə. Şəhər Mursiya muxtar icmasının bir hissəsi kimi Mursiya əyalətinin bir hissəsi. Bələdiyyə Veqa-Alta-del-Sequra komarkasının bir hissəsidir. 115,38 km2 ərazini tutur. 2019-cu ilin məlumatına görə, əhalisi 12,964 nəfərdir. Vilayətin inzibati mərkəzinə qədər olan məsafə 40 kilometr (25 mil) qədərdir. Sequra çayının sahilində yerləşir. Şəhər ərazisində tunc dövrünə aid arxeoloji tapıntılar aşkar edilmişdir. Şəhərin adı ilk dəfə 1281-ci ildə qeyd edilmişdir.
Abaran mahalı
Abaran mahalı — İrəvan xanlığında mahal adı. == Tarixi == Rayonun ərazisi I–V əsrlərdə Ayrarat quberniyasının Niq qəzasının tərkibində olmuşdur. Sonra ərəblər tərəfindən işğal edilmişdir. XI–XIII əsrlərdə səlcuqların, XIV–XV əsrlərdə monqolların tabeliyinə keçmişdir. XVI əsrdə rayonunun ərazisi İrəvan qəzasının Abaran nahiyyəsinin tərkibində olmuşdur. XVI əsrdən XIX əsrin 30-cu illərinə kimi İrəvan xanlığının mahallarından biri (Abaran mahalı) olmuşdur. 1728-ci il tarixli "İrəvan əyalətinin icmal dəftəri"ndə Abaran adlı nahiyyənin və Abaran nahiyəsində Abaran kəndinin olduğu qeyd edilir. XIX əsrin 40-cı illərindən 1920-ci ilə kimi İrəvan quberniyasının Eçmiədzin qəzasının tərkibinə daxil olmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra, 1920–1930-cu illərdə Ermənistan SSR Eçmiədzin qəzasının inzibati ərazi bölgüsünə Baş Abaran adı ilə daxil edilmişdir. 9 sentyabr 1930-cu ildə Abaran adında rayon yaradılmışdır.