Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
APT
apt (advanced packaging tool) — Debian və onun üzərində hazırlanmış əməliyyat sistemlərində proqramların yazılması, yenilənməsi və silinməsi üçün istifadə olunan proqramdır. Paketlər internetdən alınır və ya hazır daşıyıcılardan yüklənir. Paketlərin mənbəsi /etc/apt/sources.list faylında və /etc/apt/sources.list.d/ kataloqunda saxlanılır. apt üçün qrafik qabıqlar yeni mənbələri rahat əlavə etmək, lazımsızları isə silməyə imkan verir. apt (apt-get) proqramların əmr rejimində yazılması prosesini olduqca asanlaşdırır. Qrafik interfeysi sevən istifadəçilər üçün daha rahat proqramlar – front-end və Synaptic ilə Adept daha uyğundur. Mətn-qrafik interaktiv paketi də mövcuddur (ncurses) — aptitudeistifadə edir). GNU General Public License istifadəçi razılaşması şərtlərinə uyğun olaraq pulsuz yayılır. Müxtəlif proqramlara paketlərlə işləmək üçün imkan yaradan kitabxananı ifadə edir. apt üçün bir neçə qrafik qabıq mövcuddur: Adept package manager əvvəllər Kubuntu distributivinə daxil idi (hal-hazırda KPackageKit ilə əvəz edilib) Aptitude — mətn və əmr rejimlərində Synaptic — GTK+ əsasında hazırlanmış sadə və güclü qrafik menecer KPackage — KDE iş masası üçün komponent apt-get boş əmrini yığdıqda istifadəçi əmr haqda kiçik yardım faylı görür və sonda bu yazı yaranır: "This APT has Super Cow Powers".
Apt (rayon)
Apt (fr. Apt) — Fransanın Provans-Alp-Kot-d'Azur regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Voklüz. Rayonun əhalisi 2006-cı ildə 122,974 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 89 nəfər / km² . Rayon ərazisi — 1377 km².
Aptek
Aptek (Yunanca: apotheke(anbar) ) - reseptlə dərman hazırlayan, hazır dərman və digər tibbi mallar saxlanan və satılan tibbi müəssisə. XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə dəvaxana (دواخانا) adlandırılmışdır. Farmakologiya Əczaçılıq Vikianbarda Aptek ilə əlaqəli mediafayllar var.
Aptek dağçətiri
Aptek dağçətiri (lat. Peucedanum officinale) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin dağçətiri cinsinə aid bitki növü.
Aptek gücotu
Aptek gücotu (lat. Agrimonia eupatoria) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gücotu cinsinə aid bitki növü. Hündürlüyü 50-125 sm, gövdəsi hündür, düz, sərt qabarıq və qısa qıvrım tüklərlə örtülü olan çoxillik ot bitkisidir. Yarpaqlar saplaqdadır; tək lələkvari yarpaqların yarpaqcıqları elliptik və ya uzunsovdur, mişarvari kəsilmişdir, onlar arasında yerləşən kiçik yarpaqcıqlar yumurtaşəkillidir; bütün yarpaqcıqlar üst tərəfdən yaşıl, alt tərəfdən isə oturaq və ya saplaqlı vəziciyi olan boz-keçə tüklüdür. Çiçəkləri yuxarı hissəsi sıx, aşağı hissəsi isə boş, uzun sünbülşəkilli salxımdadır. Ləçəkləri sarı rəngdə olub, uzunluğu 4–5 mm-dir. May-iyun ayalrında çiçəkləyir, iyun-iyul aylarında meyvə verir. Azərbaycanın bütün rayonlarında, əsasən meşəli rayonlarda, orta dağ qurşağına qədər yayılmışdır. Kəsilmiş meşələrdə, meşə kənarında, kolluqlarda, sahildə, çəmənlərdə rast gəlinir. Yarpaqlarında aşı maddəsi vardır.
Aptek hili
Aptek kinə ağacı
Aptek kinə ağacı (lat. Cinchona officinalis) - kinə ağacı cinsinə aid bitki növü.
Aptek kücotu
Aptek gücotu (lat. Agrimonia eupatoria) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gücotu cinsinə aid bitki növü. Hündürlüyü 50-125 sm, gövdəsi hündür, düz, sərt qabarıq və qısa qıvrım tüklərlə örtülü olan çoxillik ot bitkisidir. Yarpaqlar saplaqdadır; tək lələkvari yarpaqların yarpaqcıqları elliptik və ya uzunsovdur, mişarvari kəsilmişdir, onlar arasında yerləşən kiçik yarpaqcıqlar yumurtaşəkillidir; bütün yarpaqcıqlar üst tərəfdən yaşıl, alt tərəfdən isə oturaq və ya saplaqlı vəziciyi olan boz-keçə tüklüdür. Çiçəkləri yuxarı hissəsi sıx, aşağı hissəsi isə boş, uzun sünbülşəkilli salxımdadır. Ləçəkləri sarı rəngdə olub, uzunluğu 4–5 mm-dir. May-iyun ayalrında çiçəkləyir, iyun-iyul aylarında meyvə verir. Azərbaycanın bütün rayonlarında, əsasən meşəli rayonlarda, orta dağ qurşağına qədər yayılmışdır. Kəsilmiş meşələrdə, meşə kənarında, kolluqlarda, sahildə, çəmənlərdə rast gəlinir. Yarpaqlarında aşı maddəsi vardır.
Aptek poliporusu
Laricifomes officinalis (lat. Laricifomes officinalis) — fungi aləminin basidiomycota şöbəsinin agaricomycetes sinfinin polyporales dəstəsinin fomitopsidaceae fəsiləsinin laricifomes cinsinə aid göbələk növü.
Aptek razyanası
Adi razyana (lat. Foeniculum vulgare) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin razyana cinsinə aid bitki növü. Adi raziyana boyu 2 metrə qədər uzanan ikillik ətirli ot bitkisidir. Razyananın nəzəri cəlb edən sarı rəngdə xırda çiçəkləri vardır. Uzunsov yumurtavarı, qoşa dənədən ibarət meyvələri olur. Vətəni Aralıq dənizi və Yaxın Şərqdir. Azərbaycanda bu bitkiyə Dəvəçi-Xaçmaz zonasında və Abşeronda çox rast gəlinir. Meyvələrinin tərkibində efir yağı, piyli yağ, karotin, C vitamini və s. olur. Dərman məqsədilə razyananın meyvələrindən istifadə olunur.
Aptek seteraxı
Aptek zəncəfili
Aptek zəncəfili (lat. Zingiber officinale) — zəncəfilkimilər fəsiləsinin zəncəfil cinsinə aid bitki növü. Amomum angustifolium Salisb. Amomum zingiber L. Amomum zinziba Hill [Spelling variant] Curcuma longifolia Wall. Zingiber aromaticum Noronha [Invalid] Zingiber cholmondeleyi (F.M.Bailey) K.Schum. Zingiber majus Rumph. Zingiber missionis Wall. Zingiber officinale var. cholmondeleyi F.M.Bailey Zingiber officinale f. macrorhizonum (Makino) M.Hiroe Zingiber officinale var.
Aptek çobanyastığı
Aptek çobanyastığı (lat. Matricaria chamomilla) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin çobanyastığı cinsinə aid bitki növü. Hündürlüyü 20-45 sm, gövdəsi düz, sadə və ya budaqlanan və demək olar ki, çılpaq birillik ot bitkisidir. Yarpaqları oturaq, nazik xətli, sivri uclu, aralanmış dilimlərə ikiqat-üçqat lələkvari bölünmüşdür. Səbətin eni 5–8 mm olub, uzun saplaq üzərindədir. Qın yarımşarşəkillidir, yarpaqcıqları uzunsov-yumurtaşəkilli parlaq pərdəşəkilli haşiyələnmişdir. Dilcikşəkilli çiçəkləri ağ rəngdədir , qından iki dəfə uzundur, ortadakılar borucuqludur, sarı rəngdədir. Toxumlarının uzunluğu 1 mm-ə yaxındır, uzunsov, az qatlanmışdır, qarın tərəfdən 5 ədəd qabırğası vardır, təpə hissədə köndələn, demək olar ki, kənarsızdır. İyun-iyul aylarında çiçəkləyir, iyul-avqust aylarında meyvə verir. Kür-Araz ovalığında yayılmışdır.
Aptek şahtərəsi
Dərman şahtərəsi (lat. Fumaria officinalis) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinin şahtərə cinsinə aid bitki növü. Dərman şahtərəsi 10-30 sm hündürlükdə, budaqlanan, qabırğacıqlı, içərisi boş gövdəli birillik ot bitkisidir. Bitki göyümtül-yaşıl rənglidir. Yarpaqlar gövdə üzərində növbəli düzülmüş və ikiqatlələkvari bölümlüdürlər. Çiçəkləri qırmizi rənglidir, qeyri-müntəzəmdirlər, xırda olub salxıma toplanmışdır. Kasa yarpaqları 4 ədəd, erkəkciklər 2 ədəd və 3 bölümlüdürlər. Meyvəsi uc hissədən bir qədər basıq olan fındıqcıqdır. Bitki aprel ayindan iyun aylarına qədər çiçəkləyir və iyul-avqust aylarinda meyvə verir. Azərbaycan Kür-Araz ovaliqlarından başlamış alp qurşağına qədər bütün regionlarda yayılmışdır.
Apternyx
Kivi (Apteryx Shaw, 1813) — Tilsizlər dəstəüstünə aid yeganə quş cinsi. Kivi uça bilmir, çünki qanadları yoxdur. Uzun dimdiyi var. Bədəninin ölçülərinə nisbətdə yumurtası böyükdür.
Apterygiformes
Kivilər, qanadsızlar (lat. Apterygiformes) — tilsiz quşlar dəstəsi. Qanadları zəif inkişaf etmişdir; quyruqsuzdur, ayaqları güclü, caynaqları itidir. Yumşaq lələkləri bədənini eyni dərəcədə örtür. Dimdiyi uzundur. Burun dəlikləri dimdiyinin ucundadır. Gözləri xırdadır. Kivilərin kütləsi 1,4—4 kq-a qədərdir. Kegə quşlarıdır. Yaxşı eşidir və qoxu bilir.
Apti Batalov
Apti Batalov (19 oktyabr 1956, Şatoy rayonu) — tanınmamış Çeçen İçkeriya Respublikasının hərbi lideri, ÇİR Silahlı Qüvvələrinin briqada general, İçkeriya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ÇİR Prezident Administrasiyasının rəhbəri. Çeçen İçkeriya Respublikası Silahlı Qüvvələrinin Naurski batalyonunun komandiri. Qroznı Neft İnstitutunu (qiyabi şöbə) bitirmişdir. 1994-cü ildə Çeçenistanın Naurski rayonu İşerskayat kənd polis şöbəsinin rəisi işləyir. Apti Batalov polis mayoru rütbəsinə qədər yüksəlmişdir. Birinci Çeçenistan müharibəsi zamanı Çeçen İçkeriya Respublikası Silahlı Qüvvələrinin səhra komandiri olmuşdur. Naurski rayonunun müdafiəsinə cavabdeh olsa da, tapşırığın öhdəsindən gələ bilməmiş, rayon praktiki olaraq döyüşsüz alınmışdır. O həm də Naurski batalyonunun komandiri olmuşdur. Apti Batalov Çeçen İçkeriya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Aslan Masxadovun müavini olmuşdur. 1996-cı il dekabrın 3-dən 1997-ci ilin aprelinə qədər ÇİR Silahlı Qüvvələrinin Baş Qərargah rəisi olur.
Apti Bisultanov
Apti Dibayeviç Bisultanov (çeç. Бисулта́нов, Апти́ Диба́евич; 1 sentyabr 1959) — müasir çeçen şairi, filoloq, dosent. Beynəlxalq PEN klubunun üzvü və Rusiya-Finlandiya PEN klubunun fəxri üzvü. Bisultanov Çeçen İçkeriya Respublikasının sosial məsələlər üzrə keçmiş baş nazirin müavini olub. Apti Bisultanov 1959-cu ildə Çeçenistanın Urus-Martan rayonunun Göy-Çu kəndində anadan olub. 1983-cü ildə Çeçenistan-İnquş Dövlət Universitetinin filologiya fakültəsini bitirmiş, bundan sonra bir il universitetdə müəllim kimi fəaliyyətini davam etdirmişdir. Sonra ədəbi fəaliyyətə başlamışdır. Apti Bisultanov 1982–1984-cü illərdə çeçen uşaqları üçün "Stelagad" (Göy qurşağı) jurnalında çalışıb. 1986-cı ildə "Noh — Tske — Ço" ("Su — Atəş — Ev") adlı ilk şeirlər kitabını nəşr etdirib (məcmuənin adı "çeçenlər ölkəsi" mənasını verən "Noxçiço" sözü ilə uzlaşır). 1988-ci ildə Bisultanov Qroznıdakı Çeçen Kitab Nəşriyyatının redaktoru təyin edilib.
Apton
Apton (Kvebek)
Inga aptera
Inga aptera (lat. Inga aptera) — paxlakimilər fəsiləsinin i̇nqa cinsinə aid bitki növü.
Kate Apton
Keyt Apton (ing. Kate Upton; 10 iyun 1992) — amerikalı model və aktrisa. Keyt Apton 10 iyul 1992-ci ildə ABŞ-nin Miçiqan əyalətində anadan olmuşdur. Uşaqlığını Florida ştatının Melburn şəhərində keçirmişdir. 2008-ci ildə "Miami Elite Model Managment" ilə müqavilə imzalayan Kate, sonradan Nyu-Yorka köçmüşdür və elə orada ilk dəfə modelliyə addım atmışdır. İlk dəfə Dooney&Bourke çanta markasının modeli olmuşdur. Daha sonra "Sports Illustrated Swimsuit Issue" üz qabığına çıxmışdır və müxtəlif mükafatlara layiq görülmüşdür. Həmin dövrdən, indiyədək Beach Bunny çimərlik geyimi və Victoria Secret üçün modellik edir. Həmçinin 2011-ci ilin iyul ayında, "Esquire" jurnalı tərəfindən "Yayın qadını" seçilmişdir. 2014-cü ildə Kameron Diaz və Lesli Mannla birlikdə "Digər qadın" filmində rol almışdır.
Keyt Apton
Keyt Apton (ing. Kate Upton; 10 iyun 1992) — amerikalı model və aktrisa. Keyt Apton 10 iyul 1992-ci ildə ABŞ-nin Miçiqan əyalətində anadan olmuşdur. Uşaqlığını Florida ştatının Melburn şəhərində keçirmişdir. 2008-ci ildə "Miami Elite Model Managment" ilə müqavilə imzalayan Kate, sonradan Nyu-Yorka köçmüşdür və elə orada ilk dəfə modelliyə addım atmışdır. İlk dəfə Dooney&Bourke çanta markasının modeli olmuşdur. Daha sonra "Sports Illustrated Swimsuit Issue" üz qabığına çıxmışdır və müxtəlif mükafatlara layiq görülmüşdür. Həmin dövrdən, indiyədək Beach Bunny çimərlik geyimi və Victoria Secret üçün modellik edir. Həmçinin 2011-ci ilin iyul ayında, "Esquire" jurnalı tərəfindən "Yayın qadını" seçilmişdir. 2014-cü ildə Kameron Diaz və Lesli Mannla birlikdə "Digər qadın" filmində rol almışdır.
İdelson apteki
İdelson apteki — Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən bina. Bina 1884-cü ildə inşa edilmişdir. Bina Taqanroq şəhəri Krasnı xiyabanı, ev 24 ünvanında yerləşir. Aptekin müasir ad 53nömrəli aptek kimi tanınır. İdelson apteki Rusiyanın regional əhəmiyyətli mədəni irs siyahısına daxildir. Bununl bağlı qərar 18 noyabr 1992-ci ildə 301 nömrəli qərarla təstiqlənmişdir. R. B. İdelson öz aprekini yerləşdirmək məqsədilə Çexov küçəsində bina icaryə götürür. İdelson aptekini yerləşdirmək məqsədilə iki mərtəbəli bina alır. Binanın birinci mərtəbəsində aptek təşkil edilir. 1884-cü ildən aptek arrıq yeni binada yerləşirdi.
Ştrimer apteki
Ştrimer apteki — Taqanroq şəhərinin ərazisində, Petrovskaya küçəsi, ev 61 ünvanında yerləşən bina. Binanln inşasına 1971-ci ildə başlanılmışdlr. O zaman bina Petrovskaya küçəsi, ev 33 ünvanında qərarlaşırdı. Kənpiçdən inşa edilən iki mərtəbəli binanın əsası 1871-ci ildə qoyulmuşdur. Bu bina aptek binası olaraq Moisey Osipoviç Ştrimerin vəsaiti gesabına inşa edilmişdir. Təkcə onun zirzəmisində 1870-ci illərdə Taqanroqda butılkalarda Qafqaz mineral suları satılırdı. Moisey Ştrimerin 44 yaşında ikən zərbədən ölümündən sonra (1880-ci ilin fevralında) mülkiyyət hüququ onun həyat yoldaşı olan Nadejda Davidovaya keçir. O, uşaqları Aleksandr (1866) vı Pelenoy (1869) ilə burlikdə binada 1925-ci ilə qədər yaşamışlar. Aktek isə öz fəaliyyətini davam etdirmişdir. Taqanroq üçün nadir hadisələrdən biri onda idi ki, iri bir bina sovet hakimiyyəti qurulduqdan donra belə uzun zaman milliləşdirilməmişdi.
Aptek sümürgəsi
Aptek sümürgəsi (lat. Asplenium ceterach) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinin əsl qıjılar dəstəsinin sümürgəkimilər fəsiləsinin sümürgə cinsinə aid bitki növü. Hündürlüyü 3-10 sm olan çoxillikdir bitkidir. Çim əmələ gətirir. Kökümsovu qısadır. Yarpaqları qısa saplaqlıdır, qalındərilidir, görünüşünə görə neştərvaridir, birqatlələkvari bölünmüşdür; seqmentləri tamkənarlı və ya az dairəvi-dişlidir, ovalvari-dairəvi, qalıntəhərdir, üst tərəfdən bozumtul-yaşıl rəndədir, çılpaqdır, alt tərəfdən üçbucaqşəkilli, qonur, pulcuğabənzər qabıqla sıx örtülüdür; buğumları növbəlidir, ox üzərində digər tərəfdəki oyuğa əks istiqamətdə yerləşmişdir. Sorusları pulcuğabənzər qabıqlar arasında gizlənmişdir; sporları ovalvariböyrəkşəkillidir. İyul-avqust (sentyabr) aylarında sporlayır. BQ (Quba), Abşeron, Qob., BQ şərq, BQ qərb, KQ şimal, KQ mərkəzi, KQ cənub, Nax. dağ., Lənk.
ANT
Ant
APA
Azəri-Press Agentliyi və ya qısa olaraq APA — 2004-cü ildən fəaliyyət göstərən Azərbaycan dövlətinin/hökumətinin nəzarətində olan hakimiyyətyönümlü informasiya agentliyi. "APA Group" media holdinqinin tərkibinə daxildir. "Azəri-Press" Agentliyi MMC 2004-cü il yanvarın 8-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş və həmin il noyabr ayının 16-da fəaliyyətə başlamışdır. "APA" Azərbaycan, rus və ingilis dillərində xəbər xidməti göstərir. Agentliyin Azərbaycanın bütün bölgələrində, eləcə də Türkiyə, Rusiya, Gürcüstan, Böyük Britaniya və İranda fəaliyyət göstərən ofisləri vardır. "APA"-nın tərkibində xüsusi olaraq iqtisadiyyatla bağlı "APA-Economics" bölməsi də fəaliyyət göstərir. İqtisadiyyatın sənaye-energetika, aqrar-sənaye kompleksi, maliyyə, informasiya-kommunikasiya texnologiyaları, infrastruktur, sosial və digər sahələr üzrə xəbərlər, təhlillər bu bölmədə öz əksini tapır. "APA" informasiya agentliyi Azərbaycan Mətbuat Şurasına üzv təşkilatdır.
APK
Android Package, fayl uzantısı adı ilə apk — mobil proqramların, mobil oyunların və aralıq proqramların paylanması və quraşdırılması üçün Android əməliyyat sistemi və bir sıra digər Android əsaslı əməliyyat sistemləri tərəfindən istifadə olunan fayl formatı. Bu formatdan istifadə edən fayl Java və ya Kotlin dilində yazılmış mənbə kodundan qurula bilər. APK faylları Android App Bundle (.aab) istifadə edilərək yaradıla və imzalana bilər. APK Microsoft Windows-da APPX, HarmonyOS-un HAP-da .app və ya Debian əsaslı əməliyyat sistemlərində .deb kimi digər proqram paketlərinin analoqudur. APK faylı yaratmaq üçün proqram əvvəlcə Android Studio və ya Visual Studio kimi alətdən istifadə etməklə tərtib edilir və sonra onun bütün hissələri bir konteyner faylına yığılır. APK faylında proqramın bütün kodu (məsələn, .dex faylları), resurslar, aktivlər, sertifikatlar və manifest faylı mövcud olur. Bir çox fayl formatlarında olduğu kimi, APK faylları da lazım olan hər hansı ada malik ola bilər, lakin belə tanınmaq üçün fayl adının fayl uzantısı ilə bitməsi tələb oluna bilər. Əksər Android tətbiqləri istifadəçilərə APK fayllarını yalnız Google Play kimi etibarlı mənbələr yerinə digər mənbələrdən quraşdırmağa imkan verən "Naməlum mənbələr" parametrini yandırdıqdan sonra manual quraşdırmaq imkanı verir. Bunun edilməsinin əsas səbəbləri tapılmayan proqramları quraşdırmaq və ya mövcud proqramın köhnə versiyasını quraşdırmaqdır. BlackBerry Android Runtime vasitəsilə Android 4.1 Jelly Bean proqramlarını və yuxarısını 2014-cü ilin yanvar 10.2.1 mikroproqram yeniləməsi ilə dayandırılmış Blackberry 10-a qədər dəstəklədi.
APU
Köməkçi Enerji Blokları (KEB), (İngilis dilində Auxiliary Power Unit, qısacası APU), Köməkçi Enerji Birliyi, Köməkçi Enerji Qurğusu, Köməkçi Enerji Cihazı, Köməkçi Enerji Qovşağı, Köməkçi Enerji Mexanizmi, Köməkçi Enerji Aqreqatı kimi də tərcümə edilə bilər. Ümumiyyətlə təyyarələrdə mövcud olsa da, bəzi böyük quru nəqliyyat vasitələrində də mövcuddur və məqsədi avtomobilin əsas güc mənbələri sıradan çıxdıqdan sonra nəqliyyat vasitəsi üçün lazım olan enerjini təmin etməkdir. Bugünkü təyyarələrdə Köməkçi Enerji Blokları, bəzi təyyarələrdə fərqlənə bilsə də, ümumiyyətlə quyruq hissəsində yerləşir. Bir növ kiçik qaz turbin mühərriki olan Köməkçi Enerji Blokları, təyyarənin mühərrikinin işləməsi üçün lazım olan sıxılmış havanın təmin edilməsi üçün istifadə olunurlar. Köməkçi Enerji Bloklarının təyyarələrdə istifadə məqsədləri aşağıdakı kimi göstərilə bilər: Elektrik Təyyarənin motorunu işə salmaq üçün lazım olan ilk elektrik enerjisini təmin etmək. Uçuş zamanı təyyarəyə elektrik enerjisi verən mühərriklərə qoşulmuş elektrik generatorlarının sıradan çıxması halında təyyarə üçün tələb olunan maksimum elektrik enerjisinin verilməsi. Hava Reaktiv mühərriklərin işləməsi, daha doğrusu ilk hərəkəti əldə etməsi üçün sıxılmış hava axınına ehtiyacı vardır. Köməkçi Enerji Blokları bu sıxılmış havanı yaradır və təyyarə mühərrikinin işləməsini təmin edirlər. Köməkçi Enerji Blokları olmadığı və ya qüsurlu olduğu hallarda, reaktiv mühərriki işə salmaq üçün mütləq lazımi sıxılmış havanı təmin edəcək başqa bir vasitə əldə edilir və mühərrik bu vasitə ilə işə salınır. Bəzi inkişaf etdirilmiş və böyük model tanklarda bu növ ehtiyat enerjini təmin etmək üçün kiçik bir dizel mühərriki vardır.
APİ
Azərbaycan Dövlət Pedaqoji Universiteti və ya qısaca ADPU — pedaqoji kadrların hazırlığı ilə məşğul olan dövlət ali təhsil müəssisəsi. Azərbaycan Pedaqoji İnstitutu Azərbaycan SSR Xalq Komissarları Sovetinin (XKS) sədri Nəriman Nərimanovun imzaladığı 1921-ci il 26 avqust tarixli dekret əsasında 6 nəfər tələbə ilə alitəhsilli müəllim kadrları hazırlamaq üçün təsis edilib. Onun ilk buraxılışı 1923–1924-cü tədris ilində olmuşdur. İlk dövrlərdə Ali Pedaqoji Kişi və Ali Pedaqoji Qadın İnstitutları kimi fəaliyyətə başlasa da, Azərbaycan Pedaqoji İnstitutu XX əsrin 90-cı illərində Azərbaycan Dövlət Pedaqoji Universiteti adını alıb. 1927–1929-cu illər və 1941–1943-cü illərdə fəaliyyəti dayandırılmış, Azərbaycan Dövlət Universiteti (indiki Bakı Dövlət Universiteti) ilə birləşdirilmişdir. Abdulla Şaiqin təşəbbüsü ilə yaradılan ilk anadilli məşhur "Nümunə Məktəbi" də ADPU-nun nəzdində fəaliyyət göstərib. Məktəbin direktoru Qafur Əfəndizadə (Qantəmir) idi. 1991-ci ildə Nazirlər Kabinetinin müvafiq qərarı ilə bu ali məktəbə universitet statusu verilmişdir. İnstitutun ilk direktoru Odessa Universitetinin məzunu Fətulla bəy Rzabəyli, direktor müavini Tiflis Müəllimlər İnstitutunun məzunu Həbib bəy Mahmudbəyov olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na uyğun olaraq, ölkə prezidentinin 26 noyabr 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) ADPU-ya qoşulması və onun filiallarının da ADPU-nun strukturuna daxil olması nəticəsində ADPU ölkədə pedaqoji kadr hazırlığı ilə məşğul olan vahid ixtisaslaşmış ali təhsil müəssisəsinə çevrilmişdir.
Akt
Akt (lat. actus - təsir — fəaliyyət; lat. actum est — həyata keçirildi, baş verdi) — müəyyən edilmiş fakt və hadisələri təsdiq edən sənəddir. Bir qayda olaraq o bir neçə şəxs (kollegiyal) və ya xüsusi olaraq təyin edilmiş şəxs tərəfindən tərtib edilir. Akt: əməl, iş, hərəkət, hadisə; rəsmi sənəd, qeyd, protokol; hüquqi qüvvəyə malik olan, şahidlərin iştirakı ilə yazılmış, yaxud yoxlama nəticəsində müəyyən edilən bir faktın, bir hadisənin təsdiqi üçün tərtib edilmiş rəsmi sənəd, yazı, protokol və s. Məsələn, akt tərtib etmək, akta qol çəkmək, notarial aktı; müəyyən faktın qeydə alındığı protokol; müəssisələrin, təşkilatların, vəzifəli şəxslərin, vətəndaşların hərəkətləri, adətən bu cür hərəkətlər əsasında hüquqi normalara riayət edilməsi və pozulması barədə mühakimə yürüdürlər; fərman, qanun, dövlət və ya ictimai əhəmiyyəti olan qərar, hökm; tədris müəssisələrində: təntənəli yığıncaq. İnzibati akt Normativ hüquqi akt Əliquliyev R.M., Şükürlü S.F., Kazımova S.İ., Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2009. 201 s.
Alt
Alt (/viˈoʊlə/, vee-OH-lə, həmçinin brit. /vaɪˈoʊlə/, vy-OH-lə, , ing. və it. viola, fr. alto, alm. Bratsche‎) — skripkadan bir az böyük simli musiqi aləti. Skripkadan böyük olduğu üçün daha aşağı registrdə səslənir. Alt yayla çalınan mövcud simli alətlər arasında ən qədimi sayılır. XV–XVI əsrlərdə yarandığı ehtimal edilir. ВТ-ЭСБЕ. Альт, музыкальный инструмент.
Ape
Ape (latış. ‎) — Latviyada şəhər, əhalisi 1.8 min nəfərdir. Riqadan 177 km. şimali-şərqdə, Estoniya sərhəddinin yaxınlığındadır. Estonca adı Hopadır.
Apo
Apo aşağıdakı mənalara gələ bilər:
LPT
LPT — sətir-sətir çap qurğusunun məntiqi adı; MS-DOS əməliyyat sistemində printerin paralel portları üçün ayrılmış şərti ad, məsələn: LPT1, LPT2 və LPT3. Birinci paralel port (LPT1), adətən, MS-DOS’da həm də möhkəm kopiyanın ilkin çıxış qurğusudur (PRN) mode lpt1:=com1: DOS komandası lpt1-i yenidən təyin edərək com1-ə (birinci ardıcıl porta) bərabər edir. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
.app
.app — ICANN-ın yeni ÜYSD (ümumi yüksək səviyyəli domen) proqramındakı bir ÜYSD. Domen 2015-ci ilin fevralında Google tərəfindən hərracda alınmışdır.
ATP
Azərbaycan Ana Torpaq Partiyası — 1992-ci ildə yaradılan, 1995-ci ildə Müsavat Partiyasına birləşən siyasi partiya. Azərbaycan Ana Torpaq Partiyasının təsisçisi Müsavat Partiyasının sabiq sədri İsa Qəmbərin qardaşı Rövşən Qəmbərdir. Partiya təsisçiləri sırasında daha sonralar İxtiyar Şirinlə birgə Milli Konqres Partiyasını təsis etmiş Sircəddin Hacı, Rafiq Məmmədli, Allahverdi Orucov, kimya üzrə professor Rafiq Əliyev, gənc jurnalist Fəridə Məmmədova, professor Famil Mehdi də olmuşdur. Partiya 26 fevral 1992-ci ildə Xocalı Soyqırımına baş verməsinə cavab axtaran, ermənilərin törətdikləri cinayəti anlaya bilməyən "Quruçay" cəmiyyətinin fəallarının qurulmasəna təşəbüs etdiyi bir siyasi təşkilat kimi meydana gəlib. 1992-ci ilin mart ayında partiyanın quruluşu üçün təşəbbüs başladılmışdır. 15 avqust 1992-ci ildə partiya quruluş qurultayını gerçəkləşdirmişdir və Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmışdır. Partiya qeydiyyata alınan sayca 8-ci partiya olmuşdur. Partiya Azərbaycanda rüşvətsiz tələbə qəbulunu gerçəkləşdirmək üçün test üsulunun tətbiq olunmasını 28 may 1992-ci ildə müzakirə edərək bunun ən vacib problem sayaraq parlament sədri ilə məsləhətləşib təşəbbüs qaldıran ilk partiya olub. Partiyanın sədri Rövşən Qəmbər olmuşdur. Partiya 1995-ci ildə Müsavat Partiyasına birləşmişdir.
MKEK MPT
MKEK MPT və onun variantı olan MPT-76 tüfəngi — Türkiyə Silahlı Qüvvələrinin silahlanmasındakı G-3 piyada tüfənglərinin əvəzlənməsi üçün yaradılıb və 200 ədədlik ilk partiyası 2014-cü ilin may ayında Quru Qoşunlarına təhvil verilib. Çəkisi 4,1 kq təşkil edən silah 7.62×51 mm çaplı patronlardan istifadə edir. Tüfəngin təsirli atış məsafəsi 600 metrdir. Üzərindəki piccatini relsi silaha müxtəlif optik nişangahlar, lazer və s. əlavə etməyə imkan verir.
MPT-76
MKEK MPT və onun variantı olan MPT-76 tüfəngi — Türkiyə Silahlı Qüvvələrinin silahlanmasındakı G-3 piyada tüfənglərinin əvəzlənməsi üçün yaradılıb və 200 ədədlik ilk partiyası 2014-cü ilin may ayında Quru Qoşunlarına təhvil verilib. Çəkisi 4,1 kq təşkil edən silah 7.62×51 mm çaplı patronlardan istifadə edir. Tüfəngin təsirli atış məsafəsi 600 metrdir. Üzərindəki piccatini relsi silaha müxtəlif optik nişangahlar, lazer və s. əlavə etməyə imkan verir.
Normativ akt
Normativ akt– 1) Tənzimlənməsi Azərbaycan Respublikası Konstitusiyası ilə,qanunla və ya fərmanla dövlət orqanının səlahiyyətlərinə aid edilən məsləkər üzrə həmin dövlət orqanı tərəfindən və ya referendum yolu ilə qəbul edilmiş rəsmi sənəddir. Normativ hüquqi aktlar qeyri-müəyyən subyekt dairəsi üçün v Və dəfələrlə tətbiq olunması üçün nəzərdə tutulub. 2)hüquqi akt – hüquq mənbələri növlərindən biri. Normativ akt hüquq normalarının müəyyənləşdirilməsi, dəyişdirilməsi, ləğv edilməsi məqsədilə dövlət orqanı tərəfindən verilir. Hüquqi aktlar kateqoriyasına normativ hüquqi aktlarla yanaşı normativ xarakterli hüquqi aktlar və qeyri-normativ hüquqi aktlar da daxildir. R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Bakı İnformasiya Texnologiyaları, 2009, 201 s.
Op-art
Op-art (ing. op art: ing. optical art; optik sənət) — təsviri sənətdə neoavanqard cərəyan, abstrakt sənətin son modifikasiyalarından biri. Əsasını Fransada yaşayan macar rəssamı Vazareli Vaşarxey qoymuşdur. Op-art sahəsində ilk təcrübələr 1940-50-ci illərə aiddir. Cərəyan kimi 1960-cı illərdən yayılmışdır. Op-art əsərlərinin əsasını cizgi, məkan və rəng münasibətlərinin tədricən dəyişməsindən, sadə həndəsi fiqurların dəfələrlər təkrarından əmələ gələn və optik illüziya yaradan ritmik kombinasiya təşkil edir. Op-art vasitəsilə yaradılan optik və dekorativ effektlər sənaye qrafikası, plakat, dekorataiv-tətbiqi sənət və tərtibat sənətində (poliqrafiya, reklam, toxuculuq, vitrin və iteryerlərin tərtibatı) tətbiq olunur. ASE, VII cild, Bakı, 1983. səh.
Pat (şahmat)
Pat (fransızca pat, italyanca patta — "heç-heçə oyun") — Şahmat termini. Şahların gediş edə bilmədiyi vəziyyət. Özü də burada digər fiqurların və piyadaların da gediş etməyə imkanı olmur.
Pat Benatar
Pet Benatar (ing. Patricia Mae Andrzejewski; 10 yanvar 1953, Bruklin, Nyu-York ştatı) — Polşa əsilli ABŞ müğənnisidir. 4 dəfə Qremmi mükafatına sahib olmuşdur. Onun ən yaxşı mahnıları sırasında «Love Is a Battlefield», «Hit me with your best shot», «We belong», «Heartbreaker» və «Invincible» kimi mahnılar seçilir. Pet Benatar Mezzo-soprano səsinə malikdir. Pet Benatar 10 yanvar 1953-cü ildə ABŞ-də Nyu-York ştatının Bruklin ərazisinin şimalında yerləşən Qrinpoint rayonunda tənəkəçi Endryu Andrzejevski (ing. Andrew Andrzejewski) və kosmetoloq Mildred Andrzejevski (ing. Mildred Andrzejewski) ailəsində doğulmuşdur. Onun 3 yaşı tamam olduqda ailəsi Nyu-Yorkun Lindenhörst ərazisinə köçürlər. Petin atası polşalı, anası isə ingilis, irland və alman əsilli idi.
Pixel Art
Piksel Sənət (ing. Pixel Art) — şəkillərin piksel səviyyəsində düzəldildiyi proqram təminatı ilə yaradılan rəqəmsal sənət formasıdır. Bu cür qrafiklər, qrafik kalkulyatorlar kimi digər məhdud sistemlər ilə yanaşı, 8-bit və 16-bit kompüter və oyun konsollarından gəlir. Piksel şəkillərində istifadə olunan rənglər əsasən məhduddur. Bəzən sadəcə 2 rəngdəndə istifadə olunur. Bunu bir hobbi olaraq edən icmalar spriting adlanır. Bu müddət kompüter qrafikində istifadə olunan sprite terminindən gəlir. Müasir piksel sənəti, 20. Əsrin əvvəllərində Nyu-Yorkun elektron reklam lövhələrində 1937-ci ildə mövcud olan lampalı sadə monoxromatik displeylərində peyda oldu. Hal-hazırda piksel art klassik videooyunlarda, xüsusilə klassik Space Invaders (1978), Pac-Man (1980) və Nintendo Entertainment System (1983) tipli 8-bit konsollarında iştirak edir.
Pop-art
Pop-art və ya pop sənəti (ing. pop art, popular art sözünün qısaldılmış forması — populyar və ya təbii incəsənət) — 1950–1960-cı illərdə Qərbi Avropa və ABŞ-də abstrakt ekspressionizmə əks reaksiya kimi meydana gəlmiş təsviri incəsənət istiqaməti, partlayış, şok effekti əmələ gətirən incəsənət. "Pop-art" terminini ilk dəfə 1966-cı ildə ingilis kritiki Lourens Elleoueya işlətmişdir. Pop-art incəsənətdə bədii cərəyan kimi 1950-ci illərin 2-ci yarısından ABŞ və Qərbi Avropa ölkələrində meydana gəlmişdir. Cərəyanın əsasını ABŞ-də Robert Rauşenberq, Roy Lixtenşteyn, Casper Cons, Ceys Rozenkvist, Klas Oldenburq, Cim Dayn, Endi Uorhol, Böyük Britaniyada Piter Bleyk, Riçard Hamilton və b. qoymuşdur. Pop-art nümayəndələrinin "əsərlərində" bədii obrazlar real həyatdan götürülmüş əşyalar yığımı ilə əvəz olunur, beləliklə də natura, əşya "əsərin" əsas (bəzən də yeganə) komponenti kimi nümayiş etdirilir. Pop-art nümayəndələri adi məişət əşyalarını, kitab və jurnallardan kəsilmiş şəkilləri, plastik materiallardan düzəldilmiş ərzaq məmulatını kompozisiyaya daxil edir, bəzən rəngli şəkillər üzərinə metal, ağac, zinət əşyakarı qeyri-məntiqi şəkildə yapışdırmaqla kompozisiya yaradırlar. Pop-art — populyar, ötəri, hazırcavab, tez unudulan, seksual və gəncdir. — Riçard Hamilon.
Pop art
Pop-art və ya pop sənəti (ing. pop art, popular art sözünün qısaldılmış forması — populyar və ya təbii incəsənət) — 1950–1960-cı illərdə Qərbi Avropa və ABŞ-də abstrakt ekspressionizmə əks reaksiya kimi meydana gəlmiş təsviri incəsənət istiqaməti, partlayış, şok effekti əmələ gətirən incəsənət. "Pop-art" terminini ilk dəfə 1966-cı ildə ingilis kritiki Lourens Elleoueya işlətmişdir. Pop-art incəsənətdə bədii cərəyan kimi 1950-ci illərin 2-ci yarısından ABŞ və Qərbi Avropa ölkələrində meydana gəlmişdir. Cərəyanın əsasını ABŞ-də Robert Rauşenberq, Roy Lixtenşteyn, Casper Cons, Ceys Rozenkvist, Klas Oldenburq, Cim Dayn, Endi Uorhol, Böyük Britaniyada Piter Bleyk, Riçard Hamilton və b. qoymuşdur. Pop-art nümayəndələrinin "əsərlərində" bədii obrazlar real həyatdan götürülmüş əşyalar yığımı ilə əvəz olunur, beləliklə də natura, əşya "əsərin" əsas (bəzən də yeganə) komponenti kimi nümayiş etdirilir. Pop-art nümayəndələri adi məişət əşyalarını, kitab və jurnallardan kəsilmiş şəkilləri, plastik materiallardan düzəldilmiş ərzaq məmulatını kompozisiyaya daxil edir, bəzən rəngli şəkillər üzərinə metal, ağac, zinət əşyakarı qeyri-məntiqi şəkildə yapışdırmaqla kompozisiya yaradırlar. Pop-art — populyar, ötəri, hazırcavab, tez unudulan, seksual və gəncdir. — Riçard Hamilon.
Video-art
Video-art — Video sənayesinin mümkünlüyü haqqında bədii konsepsiyanın ifadəsi üçün istifadə edilən media sənətində istiqamət. Videoart (əyləncəli televiziya kanallarında musiqi klipləri, qoşqular, televiziya reklamları və ya ekran qoruyucularından fərqli olaraq) yalnız kommersiya məhsulu deyil, əksinə, incəsənət məkanında (muzeylərdə, qalereyalarda, festivalda və s) tamaşaçı üçün nəzərdə tutulmuşdur. Video mədəniyyətinin xüsusiyyətləri şok edici bir video seriyası, həddindən artıq redaktə, Konseptualizm və xüsusi effektlər kimi video sənəti üçün prioritetli deyil və digər vasitələrlə birlikdə yalnız bir bədii məqsədə nail olmaq vasitəsi kimi xidmət edə bilər. Amerikada kommersiya kino və televiziyanın yüksəlməsi, sənətçilərin ənənəvi rəsm və heykəltəraşlıq sərhədləri xaricində araşdırma arzusu ilə birləşərək, Marsel Düşan dövründən bəri unutqanlıq içində yaşanan janrını canlandırdı. Icəsənətə dematerializə ehtiyac duyduqlarına inanan sənətçilər, əsas ağacın kinematik təcrübəsinin parodiyası kimi hərəkətli qara və ağ təsvirə döndülər. Bir çox hallarda müasir sənət üçün bir dönüş nöqtəsi olan "Documenta-5" sərgisi (1972) onun ekspozisiyasına 16 mm film və video üzrə filmlərə həsr olunmuş bölməni daxil etməkdən birincisi olmuşdur. O dövrün ən çox bədii filmlərinin yaradıcılarının əsas strategiyası film və ya videoları özünə baxmaq, özünü əks etdirmək, hərəkət edən imicə özünü göstərmək idi. Yalnız bu şəkildə bütün ifadə vasitələrində ən şəffaflığın gücünü qiymətləndirə bilərsiniz. Məsələn, "De La" əsərindəki Kanadalı sənətçi Maykl Snou, kameranı fırlanan bir sap ilə quruluşa yerləşdirdi. Kamera çəkilişin hərəkət sürətini dəyişdirərək, fasiləsiz çəkə bilər.
Sos-art
Sos-art (rus. соц-арт) və ya sovet pop-artı — konseptualizmdə sənət növü. Sos-art SSRİ-də meydana gəlmişdir. Yaradıcıları Vitali Komar və Aleksandr Melamid hesab edilir. Sos-art sosialist realizminə və sovet estetikasına xas obraz, janr və klişeləri istifadə etməklə, onları tamam fərqli tərzdə istifadəçiyə çatdırmağı qarşısına məqsəd qoyur. SSRİ-də 1970-ci illərin sonunda alternativ incəsənətin əsasında dövlət idealogiyasının əksinə çıxan istiqamətlərdən biri idi. Sos-art sanki sovet incəsənətinin parodiyası kimi özünə yer tutmuşdu. Sosrealizmin təbliğ etdiyi şəxləri sos-artçılar ironik şəkildə və ironik adla adlandıraraq təqdim edirdilər. Sos-artı Avropanın pop-artı ilə əlaqələndirmək olar. Yəni sos-artın əmələ gəlməsində sürrealizm və pop-art anlayışları böyük rol oynayırdı.
Аpе
Ape (latış. ‎) — Latviyada şəhər, əhalisi 1.8 min nəfərdir. Riqadan 177 km. şimali-şərqdə, Estoniya sərhəddinin yaxınlığındadır. Estonca adı Hopadır.