Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
And
And - türk və moğol xalq mədəniyyətində və inancında əhd, söz vermə. Ant olaraq da deyilir. Monqolcada Anda və ya Andgay deyilir. Anddan dönmək böyük bir günah və cinayət olaraq qəbul edilir. Sözün müqəddəs gücündən qaynaqlanan bir anlayışdır. Söz ilə bildirdiyi davranış, nəticə və ya obyekt arasında bir fərqlilik olmadığı, sözün (və adların) bir mənada bunların ruhu olduğu, söz ilə bunlar arasında cisimi bir bağ olduğu düşüncəsinin bir nəticəsidir. Böyük bir and içilirken bir qaba qan axıdılması səbəbi debudur. Başkırtlar'da yeri qazaraq and içmə faktı da məzarı çağrıştırması ilə əlaqəlidir. Bu gün belə "And içmək" təbiri istifadə edilər və and edilərkən içilən Süd ilə əlaqəlidir. Söz Vermek deyimi də sözün bir obyekt kimi başqalarına devrdildiği düşüncəsinin bir qalıqları.
Blood and Sand
AND elementi
AND elementi məntiqi əlaqələrdə tətbiq edilən əsas rəqəmli məntiq elementidir –bu sağdakı riyazi cədvələ uyğun şəkildə özünü göstərir. Əgər AND elementində hər iki giriş maximum 1 olarsa , yalnız o zaman maxsimum çıxış 1 alınar. Əgər AND elementində yalnız bir giriş maxsimumdursa, nəticə minimum alınar. AND elementləri üçün 3 simvol var: Amerikan simvolu (ANSİ və ya "hərbi"), IEC (Avropa və ya düzbucaqlı), həmçinin də DIN simvolu. AND elementi A və B girişləri və çıxış C ilə məntiqi ifadəni yerinə yetirir: C=A•B. AND elementi adətən N-kanallı və ya P-kanallı metal oksid yarımkeçirici sahə effekti tranzistorularından (MOYSET) istifadə edilərək işlənib hazırlanır.Əsas rəqəmli girişlər a və b, çıxış F AND funksiyası kimi eyni nəticəyə malik olmalıdır. Əgər heç bir səciyyəvi AND elementləri mövcud olmazsa, bir NAND və ya NOR elementlərindən hazırlana bilər, çünki NAND və NOR elementləri universal elementlər qəbul edilib.Buna görə də onlar başqalarının (başqa elementlərin) yerinə istifadə edilə bilər. Həmçinin XOR elementləri AND elementi ilə orşar istifadə edilə bilər,lakin nadir hallarda bunun üçün istifadə olunur.
And (dəqiqləşdirmə)
And — türk və moğol xalq mədəniyyətində və inancında əhd, söz vermə. And (film, 2002) — rejissor Rafiq Quliyev tərəfindən 2002-ci ildə çəkilmiş film. And (qəzet) — ictimai-siyasi qəzet. And (kənd) — Vedibasarda kənd.
And böhranı
And böhranı — Birinci dünya müharibəsinin sonlarına yaxın Almaniya İmperiya Ordusu ilə Yozef Pilsudski rəhbərliyindəki Polşa ordu birləşmələri arasında yaşanan siyasi qarşıdurma. Birinci dünya müharibəsinin əvvəllərində Üçlər ittifaqı tərəfindən Rusiyaya qarşı döyüşən Pilsudski, Rusiya İmperiyası və Üçlər ittifaqından Almaniya və Avstriya-Macarıstanın müharibənin sonlarında məğlub olacağını ümid edirdi. Buna baxmayaraq, 1917-ci ildə Rusiyanın məğlubiyyətindən sonra Üçlər ittifaqının Polşanın müstəqilliyinə zəmanət verəcək mövqedə olmadığı məlum oldu. 5 noyabr 1916-cı ildə qəbul olunan qanun və Polşa krallığının yaradılmasına baxmayaraq, yeni yaradılan dövlətin Orta Avropa planının bir parçası olan kukla dövlətdən o yana keçə bilməyəcəyi aşkar idi. Bu məqamda Pilsudski Antanta ölkələrinin, xüsusilə də İngiltərə və Fransanın dəstəyini qazana bilmək üçün tərəf dəyişdirməyə qərar verdi. Polşa Legionundan 1917-ci ilin iyul ayında Almaniya İmperatoru II Vilhelmə bağlılıq və itaət göstərməsi istənildiyi zaman bunun üçün bəhanə ortaya çıxmış oldu. Pilsudskinin razı saldığı Polşa Legionunun 1 və 3-cü briqadalarının əsgərləri and içməkdən imtina etdilər. Hadisənin nəticəsində legiona bağlı birliklər dağıdıldı. Avstriya-Macarıstan öz vətəndaşı olan 3000 nəfəri öz ordusuna cəlb elədi. Birliklərin bir hissəsi zorla Polşa Krallıq Ordusununnın tərkibinə verildi.
And dağları
And dağları (isp.: Andes; Cordillera de los Andes), (Andes, anta sözündən, inklərin dilində – mis, misli dağlar) — Cənubi Amerika qitəsinin Sakit okean sahili boyunca uzanan və dünyada ən uzun dağ silsiləsi. Cənubi Amerikanı şimaldan və qərbdən əhatə edir. Kordilyer dağlarının cənub hissəsidir. Yeddi ölkənin ərazisində yerləşir: Venesuela, Kolumbiya, Ekvador, Peru, Boliviya, Çili və Argentina. Yer kürəsinin ən uzun (təqr. 9000 km) və ən yüksək dağ sistemlərindən biri. Cənubi Amerikanın bütün qərb sahilini əhatə edir. Venesuelladan başlayıb Kolombiya, Ekvador, Peru, Boliviya, Argentina və Çiliyə kimi uzanır. Bu yeddi dövlət eyni zamanda And ölkələri olaraqda tanınırlar. And dağları şimaldan cənuba uzunluğu 7000 km'dir.
And kondoru
And kondoru (Vultur gryphus) — Yeni Dünya leşyeyən qartalı ailəsindən olub, Cənubi Amerika quşudur və növün tək üzvü Vulturdur.
And mədəniyyəti
And mədəniyyəti — Cənubi Amerikada qədim mədəniyyət. And mədəniyyətinə tarixi ədəbiyyatda İnka sivilizasiyası da deyilir. "İnka" -terminin mənşəyi "günəş" sözündən götürülmüşdü. Onların mədəniyyətinin tarixi 1200–1572-ci illəri əhatə edir. İnkaların ölkəsi materikin cənub-qərbindən başlayaraq cənuba doğru bir-neçə min kilometrə qədər uzanırdı. Özünün çiçəklənmə çağında həmin ərazidə 15–16 milyon adam yaşayırdı. Bu xalqın mənşəyi haqqındakı əfsanədə deyilir ki, Günəş Allahı İnti kədərlə yer üzərində insanların həyatını müşahidə edirdi: insanlar vəhşi heyvanlardan da əcaib formada yaşayırdı. Günəş Allahının onlara yazığı gəldiyindən öz övladlarını – oğlu Manko Kapaka və qızı Mama Oklonu yerə göndərir. Təmiz qızıldan onlara əsa verən İlahi Ata əsasının çətinlik çəkmədən yerə girdiyi ərazidə məskunlaşmağı əmr edir. Bu hadisə Kusko düzənliyində baş verdiyi üçün Günəş Allahının əmrinə görə burada salınan şəhərə Kasko adı verildi… Burada məskunlaşmış insanlara din və qanunlar verildi, təsərrüfatla məşğul olmaq öyrədildi.
And pişiyi
And pişiyi (lat. Leopardus jacobita) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin pələng pişiyi cinsinə aid heyvan növü. Pişiklər fəsiləsinin Cənubi Amerikada yaşayan növüdür. Onun And dağlarının nisbətən əlçatmaz yerlərində yaşaması səbəbindən haqqında çox az elmi məlumat əldə edilmişdir. Məsələn, And pişiyinin yalnız 2000-ci ildən sonra videogörüntüləri əldə edilmişdir.
And qızılqazı
And ölkələri
And ölkələri - Venesuella, Kolumbiya, Ekvador,Peru, Boliviya, Çili. Argentina-And ölkələrinə aid deyil,And dağlıq qurşağında yerləşən ölkələrə aiddir. And ölkələri Cənubi Amerikada xüsusi xalqlar qrupunu təşkil edir, ümumi coğrafiyanı, İnklərə qədərki və sonrakı dövrdə mövcud olan mədəni dəyərləri, o cümlədən də keçua dili və And mətbəxi kimi dəyərləri paylaşan ölkələr qrupunu təşkil edir. Siyasi baxımdan Argentina və Çili doğma andlı irsindən məhrum olduğuna görə Andlı ölkələrə daxil edilmir. Çünki bu iki ölkə mədəni baxımdan Avropa ölkələri tərəfindən daha çox təsirə məruz qalıb. Bu səbəbdən də bu iki ölkə Andlı Millətlər Birliyinin tərkibinə də daxil edilmir. And ölkələrinə Sakit okean sahili boyu uzanan And dağlarında yerləşən ölkələr daxil edilir: Venesuela Kolumbiya Ekvador Peru Boliviya Argentina Çili Onların birlikdə sahəsi 5482,5 kv km-dir. Burada çoxlu təbii sərvətlər, meşə və su ehtiyatları, sahillərində zəngin balıq ehityatı vardır. And ölkələrində hasilat sənayesi, əlvan metallurgiya, tropik bitkilərin becərilməsi əsas təsrrüfat sahələridir. Regionda əhali əsasən liman şəhərlərində və 100-2500 m-dən yüksək olan ərazilərdə yaşayır.
Hərbi And
Bald and Bankrupt
Bald and Bankrupt (azərb. Keçəl və müflis olmuş‎) — Benjamin Riç (ing. Benjamin Rich) və ya Mister Bold (ing. Mr. Bald) kimi tanınan britaniyalı videoblogerin apardığı ingilis və rusdilli yutub kanalı. 2018-ci ilin iyun ayında açılmış kanalda əsasən postsovet məkanı və Hindistan yarımqitəsi ölkələrindən bəhs olunur. 2022-ci ilin mart ayına olan göstəriciyə əsasən 3,48 milyon abunəçiyə və 489 milyon baxışa malikdir. 2019-cu ilin iyul ayında podkast zamanı yutub-bloger Pyudipay bildirib ki, Bald and Bankrupt onun sevimli yutub kanalıdır.
Bağışlamaq haqqında And
Bağışlamaq haqqında And — xeyriyyəçilik məqsədilə multimilyarderlərin anlaşması Amerikalı multimilyarderlər Bil Geyts və Uorren Baffetin təşəbbüsü ilə hazırlanmış "Bağışlamaq haqqında And"ı imzalayan milyarder sərvətinin böyuk qismini xeyriyyə işlərinə sərf etməyə boyun olur. Sənədi 2010-cu ilin dekabrına kimi artıq 50 milyarder imzalayıb.
Cənub And maralı
Cənub And maralı (lat. Hippocamelus bisulcus) — And maralının iki yarımnövündən biridir. Cənubi Amerikanın cənubunda Çili və Argentina ərazisində yaşayan emdemik canlı. Bu növ marallar And dağlarında 3—5 min metr yüksəklikdə yaşayır. Onlar qrup halında yaşayır. Bu qruplar 2-8 maraldan ibarət olur. Yay ayları dağlara istiqamətlənirlər. Qışda isə 1000 metr səviyyəsinə qədər enirlər . Bəzən dəniz səviyyəsinə qədər enirlər. Günorta qayaların üzərinə çıxırlar.
Heaven And Hell
Heaven And Hell (azərb. Cənnət və cəhənnəm‎) – C. C. Catch tərəfindən 1986-cı ildə ifa edilmiş mahnı.
Honey and Clover
Honey and clover (ハチミツとクローバー, Haçimitsu to kuro:ba, Bal və yonca) — Çika Umino tərəfindən yaranmış manqa və onun əsasında J.C.Staff tərəfindən istehsal olunmuş anime serial. Anime 14 aprel 2006-cı ildə Fuji TV-də noitaminA blokunun ilk animesi kimi yayımlandı. Kollecdən 10 dəqiqəlik məsafədə hamamsız altıotaqlı ev. 25 il bundan əvvəl tikilib, aylıq ödəmə haqqı - 38 000 yen. Heç bir səs izolyasiyası olmayan uçuq ev. Yaşayanların hamısı tələbədir. Pəncərələr şərqə baxdığından səhərlər işıqlı olur. Bədii kollecin tələbəsi Yuta Takemoto özbaşına tələbə həyatına qədəm qoyur. O, sempayları Şinobu Morita və Takumi Mayama ilə bir evdə otaq tutub və özünə həyatda yer tapmaq ümidləri ilə doludur. Günlərin bir günü kollecin cavan professorlarından biri Şüci Hanamoto onları qardaşıqızı Haqumi ilə tanış edir.
Lights and Shadows
Lights and Shadows (azərb. İşıqlar və kölgələr‎) — Niderlandın 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. O'G3NE qrupu "Lights and Shadows" mahnısı ilə Niderlandı Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil etmişdir. Mahnının sözləri Rik Vol, musiqisi isə Rori de Kivitə aiddir.
Ojisan and Marshmallow
Ojisan and Marshmallow və ya Yaponiyada tanınan adı ilə Ojisan to Marshmallow (おじさんとマシュマロ, Ojisan to Mashumaro, azərb. Dayı və marşmellou‎) – Rekomaru Otoy tərəfindən yazılan və çəkilən manqa seriyası. Pixiv vasitəsilə onlayn şəkildə yayımlanır və indiyə qədər 20 milyon baxış əldə etmişdir. Daha sonra Ichijinsha tərəfindən 4 tankobon cildi buraxılmışdır. Creators in Pack tərəfindən 12 seriyalıq anime serialı çəkilmiş və 7 yanvardan 25 mart 2016-cı ilə kimi yayımlanmışdır. Habahiro Hiqe qırxa yaxın yaşı olan veb-şirkət işçisidir. Tabekko marşmelloularını çox sevir. Onun əməkdaşı İori Vakabayaşi tez-tez onu bu barədə əsəbləşdirir, onun qarşısında yeyir və mağazadan bütün marşmellouları alır. Dost olmalarına baxmayaraq əslində İorinin Habahirodan xoşu gəlir, onunla romantik əlaqələrinin olmasını arzulayır, onun diqqətini çəkmək istəyir. Habahiro isə onun nə etmək istədiyindən xəbərsizdir.
Siegfried and Roy
Ziqfrid Fişbaxer və Uve Lüdviq Horn (ing. Siegfried & Roy) — ağ şir və ağ pələnglə göstəriləri sayəsində məşhur olmuş keçmiş estrada artistləri Ziqfrid Fişbaxer və Uve Lüdviq Horndan ibarət alman-amerikan dueti.
Skull and Bones
Kəllə və Sümüklər (ing. Skull and Bones) — 1832-ci ildə Vilyam Huntinqton Rasel və Alfonso Taft tərəfindən Yel Universitetində yaradılmış gizli tələbə cəmiyyəti. Kəllə və Sümüklər XIX əsrin ortalarından etibarən Avropada böyük marağa səbəb olmuş və gizli fəaliyyət göstərməsi səbəbindən təşkilat barədə çoxlu sayda müxtəlif iddialar səsləndirilmişdir. Kəllə və Sümüklərə yalnız kişi cinsdən, ağ dərili və protestant olanlar üzv ola bilərlər. Son illərdə qız tələbələrində təşkilata qəbul edilmələri barədə müxtəlif iddialar olsa da, bu barədə konkret fakt yoxdur. Gizli cəmiyyətə üzv olan tələbələrin adları və təşkilat daxilindəki vəzifə və dərəcələləri, universitet rəhbərliyi başda olmaqla ictimaiətdən gizli saxlanılır. Kəllə və Sümüklərə üzv olmaq üçün Yel Universitetinin sonuncu kurs tələbəsi olmaq ən əsas şərtdir. Pledge adı verilən namizədlər, üçüncü kursda təhsil alarkən təşkilatın xüsusi nümayəndələri tərəfindən izlənilir və izlənmə prosesi uğurla başa catdırıldığı halda namizədə təşkilata qəbul olunması barədə məlumat verilir. Kəllə və Sümüklərs təşkilatının mərkəzi binası məzar adlanır. Bu binanın pəncərələri olmur və təşkilat üzvləri əsas prosesləri buradan idarə edirlər.
Vətənə And (1939)
Kinooçerk əsgərlərin hərbi and qəbul etmələrindən danışır. Filmdə titrlər yoxdur.
Şimali And plitəsi
Şimali And plitəsi — litosfer plitəsi olaraq 0,02394 steradion sahəyə malikdir. Cənubi Amerika plitəsinin tərkibinə daxildir. Materik qabığı üzərində yerləşir. Cənubi Amerikanın şimal-qərbində yerləşir. Venesuela, Kolumbiya və Ekvador dövlətlərinin ərazidində yerləşir. Şərqdə Cənubi Amerika plitəsi ilə konvergent sərhədə malikdir. Qərbdə Naska plitəsi ilə ayrılma nöqtəsində Çili-Peru novunu əmələ gətirir. Şimaldan Karib plitəsi və Panama plitəsi ilə sərhədlənir.
Bed and breakfast
Bed and breakfast, B&B (tərcümədə ing. — "yataq və səhər yeməyi") — müxtəlif evlərdə mövcud olan, qonaqlar üçün yataq və səhər yeməyi xidmətləri təklif olunan mini otel növü. İsraildə B&B-lərə danışıq dilində tzimer (yəhudi dilindən צימער "otaq") deyilir. Hindistanda B&B-nin inkişafını dəstəkləmək üçün hökumət proqramı mövcuddur ki, bu da B&B-ni "qızıl" və "gümüş"ə bölür. Otaq kirayəsini təşviq etmək üçün Havay 1989-cu ildən bəri Oahuda yeni B&B-lərin açılmasını qadağan etmişdir. Hətta böyük kurort mehmanxana kompleksləri "Yataq və səhər yeməyi" qida sistemini təklif edir, yəni otel qonaqları üçün otaq qiymətinə yalnız səhər yeməyi daxildir.
Pump and Dump
Pump&Dump, və ya pamp və damp (tərcümədə ing. — "pompalamaq və boşaltmaq") — qiymətli kağızlar, kriptovalyutalar və ya digər oxşar aktivlər bazarlarında onların sonrakı güclü çöküşü ilə məzənnənin manipulyasiya yolu ilə artırılması sxemi. Əsas yalan, əsaslandırılmamış tövsiyələrin köməyi ilə dəyəri artırmaq cəhdidir. Həmçinin, bu termin qısa müddət ərzində (bir neçə saatdan bir neçə həftəyə qədər) ucuz səhmlərin sürətli artımına (50%-dən çox) əsaslanan ticarət strategiyasını ifadə etmək üçün istifadə olunur. Bu strategiya Amerika penni fond bazarında yaranıb. Pump&Dump sxemi 2000-ci illərin əvvəllərində uğurla işlədi, o zaman fırıldaqçı təşkilatlar fond bazarında ümumi maraq fonunda ucuz şirkətlərin səhmlərini “pompaladılar” və inandırıcı investorların diqqətini onlara cəlb etdilər, daha sonra isə qısa müddət ərzində əvvəllər yığılmış bütün aktivləri dempinq etdi Əksər ölkələrdə kriptovalyuta bazarının tənzimlənməməsi səbəbindən, kriptovalyuta mübadiləsi xidmətlərində nasos və boşaltma dərəcəsi ilə manipulyasiya sxemləri yayıldı. Birjada olduğu kimi, fırıldaqda da iki aktor var - treyder-promouter və treyder-investor. Treyder-promouter “insayder” məlumatlarını paylaşan manipulyasiya sxeminin təşkilatçısıdır, treyder-investor isə promouterin cəlb etdiyi şəxsdir, bir qayda olaraq, təqdim olunan məlumatlara inanmalı olan təcrübəsiz iştirakçıdır. Business Insider, təşviqatçılar və investorlar arasında qarşılıqlı əlaqənin əsas mənbələrini vurğulayan nasos və boşaltma araşdırmasını dərc etdi. Əsas cəlbedici kanal Telegram messenceridir. Bu kanalın populyarlığı, ilk növbədə, proqramın iştirakçıların anonim qalmasına imkan verən uç-to-end şifrələmədən istifadə etməsi ilə bağlıdır.Araşdırma üçün Business Insider PumpKing Community, Crypto4Pumps, We Pump və AltTheWay və digərləri kimi bir sıra məşhur kriptovalyuta icmalarını seçdi.
Viller-an-Arti
Viller-an-Arti (fr. Villers-en-Arthies ) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — Manö-an-Veksen. Əhalisi — 426 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 55 km şimal-qərbdə, Serji belediyyənin 26 km qərbdə yerləşir.
Vyen-an-Arti
Vyen-an-Arti (fr. Vienne-en-Arthies) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — Manö-an-Veksen. Əhalisi — 352 nəfər (2006). Bələdiyyə Paris şəhərinin təxminən 55 km şimal-qərbdə, Serji belediyyənin 25 km qərbdə yerləşir.
ARTE
ARTE (fr. Association relative à la télé européenne) — Fransa və Almaniyanın ortaq televiziya kanalı Mərkəzi Strasburqda yerləşir. ARTE kanalı Avropanın əksər ölkələrində 14 fərqli dildə yayımlanır.
Arta
Arta — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Lerik rayonunun Osyedərə kənd inzibati ərazi vahidinin Arta kəndi Züvüc kənd inzibati ərazi vahidinin tərkibinə verilmişdir. Türk dillərində arta sözünun "sıra dağ; dağ tirəsi; alcaq dağlıq", "dağıdılmış, pozulmuş", "bolluq", "balta kupu" mənalarında işlənməsi məlumdur. Oykonimin coğrafi movqeyi əsas verir ki, onu "dağ aşırımında yerləşən kənd" kimi izah edək. 1917-ci ildə Şamaxı qəzasında Artaçı kəndi də qeydə alınmışdır. Kənd dağlıq ərazidə yerləşir. Əhalisi təqribən 45-50 nəfərdir. Arta kəndinin əhalisi əsasən əkinçilik və maldarlıqla məşğul olur. Əkinçilikdə kartof,buğda,arpa və eləcə də bostançılıq xüsusi yer tutur. Maldarlıqda isə qoyun və inək daha üstünlük təşkil edir.
Sen-Sir-an-Arti
Sen-Sir-an-Arti (fr. Saint-Cyr-en-Arthies) — Fransada bələdiyyə, region — İl-de-Frans, departament —Val-d’Uaz, rayon — Pontuaz, kanton — Manö-an-Veksen. Əhalisi — 226 nəfər (1999). Bələdiyyə Paris şəhərinin 60 km şimal-qərb, Serji bələdiyyənin 28 km şimal-qərbdə yerləşir.
An Officer and a Gentleman
Zabit və Centilmen, orijinal adı "An Officer and a Gentleman" olan 1982 tarixli klassik filmdir. Baş rollarda Richard Gere ve Debra Winger oynamışdırlar. Filmin rejissoru Taylor Hackforddur.
Electronic Arts
Electronic Arts (EA) — oyun distribütoru, istehsalı və nəşri ilə məşğul olan ABŞ şirkəti. Şirkət 1982-ci ilin 28 may tarixində, Trip Hokins tərəfindən yaradılıb və oyun industriyasında ilk şirkətlərdən biri olub. "EA" şirkəti oyunlar üzərində işləyən insanları — dizayner və proqramçıları məşhurlaşdıraraq digərlərindən fərqlənib. Şirkətin ilk kapitalı Trip Hokins tərəfindən verilən 200 min ABŞ dolları olub. Həmin vaxtlar şirkət "Amazin' Software" adlanıb.
Kozo Aray
Kozo Aray (d. 24 oktyabr 1950) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 47 oyun keçirib, 4 qol vurub.
Satomi Aray
Satomi Aray (新井 里美, Arai Satomi, d. 4 iyul 1980) — Yaponiya səs aktrisası. Saytama prefekturasında anadan olmuşdur. 2008-ci ildə bir başqa seyyu Yoşimitsu Şimoyama ilə evlənmiş və 2010-cu ildə bir oğlu olmuşdur.
Antonen Arto
Antonen Arto (4 sentyabr 1896[…], Marsel, Buş-dü-Ron, Fransa – 4 mart 1948[…], Paris və ya İvri-sür-Sen) — "Qəddarlıq" və ya "kryuotik teatr" konsepsiyasının müəllifi teatr dilinin novatoru hesab olunur. Fransız yazıçısı, şair, dramaturq, kinossenarist, rejissor və teatr nəzəriyyəçisi A. Artonun tanınmış "Teatr və onun oxşarı" (1938) adlı əsərində "Qəddarlıq teatr"ının iki manifestini elan olunur. Burada o, magiya və dini ayinlərə qayıdış hesab"Qəddarlıq" və ya "kryuotik teatr" konsepsiyasının müəllifi Antonen Arto (1896–1948) teatr dilinin novatoru hesab olunur. Fransız yazıçısı, şair, dramaturq, kinossenarist, rejissor və teatr nəzəriyyəçisi A. Artonun tanınmış "Teatr və onun oxşarı" (1938) adlı əsərində "Qəddarlıq teatr"ının iki manifestini elan olunur. Marsel şəhərində doğulmuşdu. Dörd yaşı olanda minenqitə tutuldu ki, bunun nəticəsində bütün ömrü boyu psixoloji xəstəlikdən əziyyət çəkdi. İlk ədəbi yazılarını, şerlərini erkən gəncliyində yazan Arto 1914-cü ildə böyük bir depressiya keçirdi və yazdıqlarının hamısını yandırdı. Şeirlərində Edqar Ponun, Andre Bretonun təsirləri hiss olunurdu. Onun işləri uğursuzluqla nəticələnirdi. Arto özü də çox ziddiyyətli adam idi.
Şu Aray
Şu Aray (新井周, Aray Şu, 9 yanvar 1975) — Yaponiyanı təmsil edən stolüstü tennisçi. Şu Aray Yaponiyanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, cüt turnirdə isə 17-ci pillənin sahibi olub.
Party Favor
"Party Favor" — amerikalı müğənni Billi Aylişin ilk mini-albomu "Don't Smile at Me"dən mahnı. Darkroom və Interscope Recods tərəfindən mini-albomun yeddinci və sonuncu sinqlı kimi buraxılıb. Record Store Day üçün 7 düymlük vinil formatında buraxılıb, b tərəfi kimi Dreykin "Hotline Bling" mahnısına olan kover ifası yer alıb.
Kiniçi Aray
Kiniçi Aray (荒井欣一, Aray Kiniçi, 6 iyul 1923, Tokio – 18 aprel 2002) – Yaponiya ufoloqu. O, Yaponiyada UNO araşdırmalarının qabaqcılı olmuşdur. Yaponiya Uçan Boşqab Tədqiqat Assosiasiyasının qurucusudur. Aray 1923-cü ildə Tokioda doğulmuşdur. İkinci Dünya müharibəsi illərində Yaponiya Hava Qüvvələrində radarla işləmişdir. Havanın vəziyyəti, astronomiya müşahidələri və hava qurğularına böyük marağı olmuşdur. Müharibədən sonra Maliyyə Nazirliyində işləmiş, daha sonra Tokionun Şinaqava bölgəsində kitab evi açaraq maraq dairəsinə aid kitablar oxumağa başlamışdır. Bu zaman 1954-cü ildə Corc Adamski tərəfindən nəşr olunmuş "Uçan boşqablar endi" kitabının yaponca tərcüməsi ilə tanış olmuşdur. Adamski kitabında uçan boşqabın göyərtəsinə qalxdığını və Veneradan olan yadplanetlilərlə söhbət etdiyini iddia edirdi. Aray dərhal UNO-larla maraqlanmağa başlamışdır.
Andy Dick
Endryü Roan "ЭEndi" Dik (ing. Andrew Roane "Andy" Dick; d. 21 dekabr 1965-ci il, Çarlston, Cənubi Karolina, ABŞ) — amerika aktyoru, rejissor, prodyussor, ssenarist, bəstəkar.
Andy Whitfield
Endi Uitfild (ing. Andy Whitfield; 17 oktyabr 1971 – 11 sentyabr 2011[…], Sidney, Avstraliya) — 1971-ci ildə Uelsin şimal şəhəri olan Amlukxe-də anadan olub. Endi 1999-cu ildə inustutu bitirdikdən sonra, Avstraliyanın, Sidney şəhərinə köçərək aktyor və model olur. 2003-cü ildə Veşti Uitfild-lə evlənərək ailə həyatı qurdu. 2004-cü ildə aktyor olan Endi bu ildə Avstraliyada "All Saints" serialına çəkildikdən sonra, "The Strip" (2008), "Pached to the Rafters" (2008) və "McLeod’s Daughters" (2008) seriallarına çəkilir. Axırıncı oyndağı rol isə 2010-cu ildə rejisor Ceyms Rebbits-in çəkdiyi "Spartacus: Blood and Sand" olur. Spartacus rolunda oynayan Endi serialın ilk sezonu 13 bölümündə oynadıqdan sonra xərçəng xəstəliyinin qurbanı olaraq filmdən ayrıldı və mualicəyə başladı. Və xərçəng xəstəliyinin qurbanı olan Endi 11 sentyabr 2011-ci ildə Sidneydə vəfat etmişdir.
Andy Williams
Hovard Endrü "Endi" Vilyams (ing. Howard Andrew "Andy" Williams; 3 dekabr 1927[…], Voll-Leyk[d], Ayova – 25 sentyabr 2012[…], Brenson[d], Missuri) — əfsanəvi ABŞ pop müğənnisi və aktyoru. 18 Qızıl və 3 Platin albom yazdırmışdır. 1962–1971-ci illərdə öz televiziya şousunda aparıcı olmuşdur. Son illərində ABŞ-nin Missuri ştatının Brenson şəhərindəki "Moon River Theatre" adlı şəxsi teatrında çıxış edirdi. Karyerasına "Vilyams qardaşları" kvartetinin heyətində başlamışdır. Bu kvartet 1944-cü ildə Binq Krosbinin ən məşhur mahnılarından olan "Swinging on a Star" mahnısının yazılmasında iştirak etmişdir. 1952-ci ildən solo çıxış edir. 1956-cı ildə "Canadian Sunset" adlı mahnısı ilə ilk dəfə Billboard Hot 100-ün ilk onluğuna düşə bilmiş, növbəti il isə Elvis Preslinin stilinə bənzər tərzdə oxuduğu "Butterfly" mahnısı ilə birinci yerə qalxmışdır. Williams, Iowa ştatının Wall Lake şəhərində , sığorta və poçtda işləyən Florensiya (doğma Finley) və Jay Emerson Williamsda anadan olmuşdur.
One Man, and a Crate of Puppets
One Man, and a Crate of Puppets (azərb. Bir kişi və bir kukla qutusu‎) — Cerri Holkins tərəfindən yazılan, Mayk Krahulik tərəfindən illistrasiya edilmiş və "Fallout 3" video oyununun baş dizayneri Emil Paqliarulo ilə birgə yaradılmış 12 hissəli rəsmi "Fallout" veb-komiksi. Komiks 2008-ci ilin iyul ayında rəsmi "Fallout 3" veb-saytında buraxılmışdır. Komiks "Sığınacaq 77"nin yeganə sakini və onun kuklalarla dolu qutusundan bəhs edir. Veb-komiks, hər həftənin çərşənbə günü yenilənirdi. Komiksin əvvəlində baş qəhrəman "Sığınacaq 77"nin yeganə sakini və sığınacaqda sadəcə kuklalarla dolu bir qutunun olduğunu öyrənir. Bu, Volt-Tek tərəfindən həyata keçirilmiş təcrübələrdən biri idi. Sığınacaq sakini ilk aylarda ilkin vahimə və depressiya yaşamışdır. Buna görə də o, oyanmasından bir il, üç ay və on iki gün sonra qutunu açmışdır. Kukla-adam bu kuklalarla — Kral, Nənə və Müqəddəs itlə oynayır.